Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-387/2022 24.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “0.25 ha torpaq sahəsinin DWJ elektron bazasında əvvəlki yerində iddiaçıların adına yerləşdirilməsi və cavabdeh tərəfindən X13 adına tərtib edilmiş sənədlərin əvvəlki vəziyyətinə geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli 2- 1(116)-939/2022 nömrəli qərardadından iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikаyətinə dair işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “Oğuz rayon AİK-nin 1998-ci il 05 avqust tarixli 68 saylı qərarı əsasında tərtib edilmiş JN-265 B nömrəli 21 oktyabr 2005-ci il tarixli Şəhadətnamə ilə mülkiyyətlərinə verilmiş 0.25 ha torpaq sahəsinin DWJ elektron bazasında əvvəlki yerində iddiaçıların adına yerləşdirilməsi və cavabdeh tərəfindən X13 adına tərtib edilmiş sənədlərin əvvəlki vəziyyətinə geri qaytarılması” barədə qərar qəbul edilməsini xahiş etmişlər. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-939/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə X24 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişdir. İddiaçılar, tələbini aşağıdakı kimi əsaslandırmışlar: - Oğuz Rayon “Qələbə" kolxozunun 27 yanvar 1994-cü il tarixli 03 saylı iclasında qəbul edilən qərar ilə iddiaçıya və ailə üzvlərinə bağ salmaq üçün əkinə yararsız sahədən 0.25 ha torpaq sahəsi ayrılmışdır. Həmin 0.25 ha torpaq sahəsi Oğuz rayonu, AİK-nın xx.xx.1998-ci il tarixli 68 saylı qərarı əsasında JN-265B kod 40504018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə da şəhadətnamə” ilə mərhum X8 adına sənədləşdirilmişdir. Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 05 oktyabr 2010-ci il tarixli qətnaməsindən də göründüyü kimi Oğuz rayon AİK-nin 1998-ci il 05 avqust tarixli 68 saylı qərarı ilə X8 mülkiyyətinə verilmiş 0,25 ha. pay torpaq sahəsi olmaqla onun üçün tərtib edilmiş “Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN- 265 В nömrəli (kod: ********) 21 oktyabr 2005-ci il tarixli Şəhadətnamədə göstərilən torpaq sahəsinin koordinatlarına əsasən Oğuz- Yevlax şose yolu ilə Oğuz-İsmayıllı şose yolunun kəsişmə nöqtəsindən 90 metrdən sonra başlayaraq Oğuz-Qəbələ şose yolu istiqamətində kanal boyu 86 metr, şose yoluna paralel alma bağındakı pay torpaqları ilə sərhəd boyu 84,5 metr, ticarət obyektindən ayıran su arxı boyu 32 metr, şose yolundan alma bağına doğru 31 metr olan ərazidə yerləşmişdir Həmin torpaq sahəsi Oğuz rayonu Kərimli kəndində yerləşən JN-265B KOD 40504018 nömrəli şəhadətnamə əsasında iddiaçılara məxsus olan əmlak obyekti ilə bağlı məlumatlar rəsmi olaraq elektron kadastr məlumatlar bazasına daxil edilmişdir. Həmin qətnamənin 4-ci səhifəsində göstərilir ki, iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 20 noyabr 2009-cı il tarixli, 8055 saylı rəyində görünür ki, A.Haşımovun və İddiaçı2 mülkiyyətlərində olan torpaq sahələrinin ətraf qonşuluqda yerləşən torpaq sahələrinin sərhədləri ilə üst-üstə düşməsi faktı müəyyən edilmir. Həmin Qətnamədə göstərilir ki, Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsinin 04 oktyabr 2010-cu il tarixli 270 saylı məktubundan görünür ki, Oğuz rayon Kərimli kənd sakini X19 və X25 arasında məhkəmə mübahisəsi olan torpaq sahəsinə yenidən baxış keçirilərək, əvvəlki arxiv sənədlərinə istinad edilərək ölçmə işləri aparılmışdır. Ölçmə işləri əvvəllər mövcud olan hal-hazırda qazılaraq yeri müəyyənləşdirilmiş su arxından başlayır. Həmin su arxı Araz Həşimovla, Sabir İbrahimxəlilovun mülkiyyətinə verilmiş torpaq sahələrini ayırır. “Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN-265B KOD 40504018 nömrəli X12 verilmiş mülkiyyət Şəhadətnaməsinin cizgilərinə uyğun olaraq birinci nöqtəni su arxının kənarından götürərək Oğuz-İsmayıllı şose yolu boyunca 86 metr ölçərək ikinci nöqtənin yeri müəyyən edilmişdir. İkinci nöqtədən 32 metr ölçərək üçüncü nöqtə müəyyən edilmişdir. Sonra birinci nöqtədən istifadəyə uyğun 32 metr məsafədə dördüncü nöqtə müəyyənləşdirilmişdir. Ölçmə çizgidə olan formada yerə köçürülmüş və köçürülmə zamanı Araz Həşimovun mülkiyyətində olan torpaq sahəsinin Sabir İbrahimxəlilov tərəfindən zəbt edilməsi müəyyənləşdirilməmişdir. xx.xx.2014-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə mərhum X35 həyat yoldaşı X6, oğlu İddiaçı2, oğlu İddiaçı3 mərhumun vərəsələri olaraq qeyd edilmişdir və həmin torpaq sahəsi hal hazırda mərhumun vərəsələrinin mülkiyyətindədir. Bütün bunlara baxmayaraq Oğuz rayonu, AİK-nın xx.xx.1998-ci il tarixli 68 saylı qərarı əsasında verilmiş JN-265B kod 40504018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə iddiaçılara məxsus olan 0.25 ha torpaq sahəsinin koordinatlarının yerləşdiyi yerdə (yəni Oğuz-Yevlax şose yolu ilə Oğuz-İsmayıllı şose yolunun kəsişmə nöqtəsindən 90 metrdən sonra başlayaraq Oğuz-Qəbələ şose yolu istiqamətində kanal boyu 86 metr, şose yoluna paralel alma bağındakı pay torpaqları ilə sərhəd boyu 84,5 metr, ticarət obyektindən ayıran su arxı boyu 32 metr, şose yolundan alma bağına doğru 31 metr olan ərazidə) olmaqla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 Saylı Qəbələ Ərazi İdarəsi tərəfindən X13 adma olan 4 torpaq sahəsinə aid Çıxarışlara (1) 08 sentyabr 2008ci il tarixli ******* nömrəli, 2) 27 yanvar 2015-ci il tarixli ******* nömrəli, 3) 12 iyun 2015-ci il tarixli 00660000 nömrəli, 4) 24 oktyabr 2015-cil il tarixli ******* nömrəli) Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışlara) Əlavə kimi lakin, qanunsuz olaraq Plan və ölçü sənədləri tərtib edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 24.11,2020-ci il tarixli **********24 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinin təsdiq edilmiş surətində nəticə hissəsində qeyd edilir ki, JN- 265B KOD 40504018 nömrəli şəhadətnamə Mərkəzin Elektron bazasında yoxdur. Bu qanunsuz hərəkət ilə iddiaçıların mülkiyyət hüququ pozulmuş və hal hazırda qanuni qüvvəyə minmiş qətnaməyə görə iddiaçılar, mülkiyyətinə verilmiş həmin 0,25 ha torpaq sahəsindən istifadə edə bilmirlər. Bildirilir ki, həmin torpaq sahələrinə dair Plan-ölçü sənədləri onlara dair Çıxarış və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (84)-29/2016 nömrəli 12 yanvar 2016-cı il tarixli qərarına əsasən tərtib edilmişdir. Bu qanunsuzluq tamamilə X13 DƏDRX-nin 9 Saylı Qəbələ Ərazi İdarəsini çaşdırması yolu ilə meydana gəlmişdir. Belə ki, iddiaçıların mülkiyyətində olan 0,25 ha torpaq sahəsinin yerləşdiyi yeri göstərən Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsi 05 oktyabr 2010-ci il tarixində qəbul edilib. Həmin tarixindən 6 il sonra, yəni 12 yanvar 2016-cı il tarixində Şəki İnzibati- İqtisadi Məhkəməsinin qərar qəbul edərək (başqa heç bir əsas olmadan) X13 adıa olan 4 torpaq sahəsinin iddiaçıların 0,25 ha torpaq sahəsinin olduğu yerdə yerləşdiyini ifadə etmişdir. Bu qətiyyən mümkün olmayan bir məsələ olmaqla birlikdə X24 tərəfindən DƏDRX-nın 9 Saylı Qəbələ Ərazi İdarəsini çaşdırılmış və nəticədə həmin yeni Plan ölçü sənədləri tərtib edimişdir. Başqa bir ifadə ilə həmin 4 torpaq sahəsi 12 yanvar 2016-cı il tarixindən əvvəl də mövcud olub və 3-ü başqa şəxslərə, 1-i isə X20 məxsus olub. Həmin 4 torpaq sahəsini heç biri 12 yanvar 2016-cı il tarixindən əvvəl iddiaçıların 0,25 ha torpaq sahəsinin yerləşdiyi yerdə yerləşməyib. Bu mümkün də deyil. Belə olan halda necə olur ki, birdən birə həmin 4 torpaq sahəsi 12 yanvar 2016-cı il tarixindən sonra iddiaçılara məxsus 0,25 ha torpaq sahəsinin yerləşdiyi yerdə yerləşməyə başladı. Belə ki, RX seriyalı ******* nömrəli Çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, 0.0653 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X13 mülkiyyətinə verilmişdir. Qeyd olunan çıxarış və Şəki inzibati-iqtisadi Məhkəməsinin 2- 1 (84)-29/2016 nömrəli 12 yanvar 2016-cı il tarixli qərarına əsasən xx.xx.2016-cı il tarixli 040462 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. DƏDRX-nın 9 Saylı Qəbələ Ərazi İdarəsinin Şəki İnzibati Məhkəməsinə 2-1 (116)-24/2021 nömrəli iş üzrə göndərdiyi xx.xx.2020-ci il tarixli **********30 nömrəli məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, X24 həmin 0.0653 ha torpaq sahəsini xx.xx.2015-ci il tarixli ******* nömrəli “Alqı-satqı” müqaviləsinə əsasən “Satıcı” X42 və onun ailə üzvlərindən satın alıb. Belə ki, məktuba əlavə edilmiş JN-426 kod 40504018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən edilir ki, Oğuz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 68 nömrəli qərarı ilə 1.22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X42 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş və qeydiyyat kitabında 7419 nömrə ilə qeydiyyata alınmışdır. xx.xx.2015-ci il tarixli ******* nömrəli “Alqı-satqı” müqaviləsinə əsasən “Satıcı” X42 və onun ailə üzvləri ümumi sahəsi 0.0653 ha torpaq sahəsini “Alıcı” X1. RX seriyalı ******* nömrəli Çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, 0.0653 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X13 mülkiyyətinə verilmişdir. Həmin 0.0653 ha torpaq sahəsini X24 xx.xx.2015-ci il tarixində ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” ilə satıcılar X26, X30, X27 və X4 alıb. Belə ki, JN-424 kod 40504018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq edilmiş surətindən müəyyən edilir ki, Oğuz rayon, AİK- nın xx.xx.1998-ci il tarixli 68 saylı qərarı ilə 2.16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X14 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Həmin 2.16 ha torpaq sahəsindən 0.0653 ha hissəsi xx.xx.2015-ci il tarixli, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” ilə satıcılar X26, X30, X27 və X22 tərəfindən alıcı X5. Bundan sonra həmin 0.0653 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üçün bu müqavilə və çıxarışa əsasən xx.xx.2015-ci il tarixli "Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilib. Buradan məlum olduğu kimi xx.xx.2015-ci il tarixindən sonra RX seriyalı ******* nömrəli X3 məxsus olmuş 0.0653 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, həmin tarixdən əvvəl (xx.xx.1998-ci ildən) X14 və onun ailə üzvlərinə məxsus olub və həmin torpaq sahəsinin Plan ölçü sənədi də JN-424 kod 40504018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Şəhadətnamə tərtib edilərkən tərtib edilmişdir. Bu Şəhadətnamədən və Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 05 oktyabr 2010-ci il tarixli qətnaməsindən məlum olur ki, həmi torpaq sahəsi iddiaçılara məxsus 0,25 ha torpaq sahəsinin yerləşdiyi yerdə yerləşmir. RX seriyalı ******* nömrəli Çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, 0.111 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X13 mülkiyyətinə verilmişdir. Qeyd olunan Çıxarış və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-29/2016 nömrəli 12 yanvar 2016-cı il tarixli qərarına əsasən xx.xx.2016-cı il tarixli 040463 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. 0.111 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx.xx.2016-cı il tarixindən əvvəl hazırlanmış sənədlərdən və Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 05 oktyabr 2010-ci il tarixli qətnaməsindən məlum olur ki, həmin torpaq sahəsi iddiaçılara məxsus 0,25 ha torpaq sahəsinin yerləşdiyi yerdə yerləşmir. xx.xx.2008-ci il tarixdə tərtib edilmiş, reyestr nömrəsi **********20- 06301 olan “Daşınmaz əmlakın texniki pasportu” və MH seriyalı ******* nömrəli, xx.xx.2008-ci il tarixli Çıxarışın təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, Oğuz rayonu, Kərimli kəndində mülkiyyətində olan 0.05586 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə X13 mülkiyyətinə verilmişdir. 0.111 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair 2008-ci ildə hazırlanmış sənədlərdən və Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 05 oktyabr 2010-ci il tarixli qətnaməsindən məlum olur ki, həmin torpaq sahəsi iddiaçılara məxsus 0,25 ha torpaq sahəsinin yerləşdiyi yerdə yerləşmir. Göstərilənlər nəzərə alınaraq məhkəmədən cavabdehin üzərinə Oğuz rayon AİKnin 1998-ci il 05 avqust tarixli 68 saylı qərarı əsasında tərtib edilmiş “Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN- 265B nömrəli (kod: ********) 21 oktyabr 2005-ci il tarixli Şəhadətnamə ilə iddiaçıların mülkiyyətinə verilmiş, Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 05 oktyabr 2010-ci il tarixli qətnaməsindən də göründüyü kimi Oğuz-Yevlax şose yolu ilə Oğuz-İsmayıllı şose yolunun kəsişmə nöqtəsindən 90 metrdən sonra başlayaraq Oğuz-Qəbələ şose yolu istiqamətində kanal boyu 86 metr, şose yoluna paralel alma bağındakı pay torpaqları ilə sərhəd boyu 84,5 metr, ticarət obyektindən ayıran su arxı boyu 32 metr, şose yolundan alma bağına doğru 31 metr olan ərazidə yerləşən 0,25 hektar torpaq sahəsinin Daşınmaz əmlakın dövlət reyestri xidmətində tutulan mərkəzi (DWJ) elektron bazasında əvvəlki yerində iddiaçıların adına yerləşdirilməsi, cavabdeh tərəfindən X13 adıa 12 iyun 2015-ci il tarixli 00660000 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla sənədləşədirilmiş 0.0653 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə həmin İdarə tərəfindən xx.xx.2016-cı il tarixində tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” koordinatlarının (ölçüləri) xx.xx.2016-cı il tarixindən əvvəlki vəziyyətinə geri qaytarılması, cavabdeh tərəfindən X13 adına 24 oktyabr 2015-cil il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla sənədləşədirilmiş 0.0653 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə həmin İdarə tərəfindən xx.xx.2015-cı il tarixində tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” koordinatlarının (ölçüləri) xx.xx.2015-cı il tarixindən əvvəlki vəziyyətinə geri qaytarılması, cavabdeh tərəfindən X13 adına 27 yanvar 2015-ci il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla sənədləşdirilmiş 0,111 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə həmin İdarə tərəfindən xx.xx.2016-cı il tarixində tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” koordinatlarının (ölçüləri) xx.xx.2016-cı il tarixindən əvvəlki vəziyyətinə geri qaytarılması, cavabdeh tərəfindən X13 adına 08 sentyabr 2008-ci il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla sənədləşdirilmiş 0.111 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə həmin İdarə tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” koordinatlarının (ölçüləri) əvvəlki vəziyyətinə geri qaytarılması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh iddia tələbinə münasibətində qeyd etmişdir ki, qeyd olunan torpaq sahəsindən 0.0653 ha torpaq sahəsi üzərində X13 mülkiyyət hüquqları xx.xx.2015-ci il tarixdə **********89 reyestr nömrəli çıxarışla, 0.111 ha torpaq sahəsi xx.xx.2015-ci il tarixli **********31 reyestr nömrəli çıxarışla daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmış və qeyd olunan 0.1 1 1 ha və 0.0653 ha torpaq sahələrinə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-eı il tarixli 2-1 (84)-29/2016 nömrəli qərarı əsasında torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Həmin ərazidə yerləşən digər 0.0653 ha torpaq sahəsi üzərində isə X13 mülkiyyət hüquqları xx.xx.2015-ci il tarixdə **********42 çıxarışla daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmış və həmin torpaq sahəsinə X13 adına Çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Respublika üzrə bu tipli problemlərin həlli məqsədilə ‘‘Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin 2020-ci ilədək mərhələlərlə təmin olunmasına dair Tədbirlər Planı”na uyğun olaraq ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra qeyd olunan məsələ ilə bağlı müraciətlərinə təkrar baxılacaqdır. Odur ki, iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Üçüncü şəxs iddia tələbinə etirazında qeyd etmişdir ki, Oğuz Rayon Məhkəməsinin 22 noyabr 2016-cı il tarixli 2(054)-935/2016 nömrəli qətnaməsi ilə İddiaçı1, X10 və İddiaçı3 Oğuz rayon Kərimli kəndində yerləşən, üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsindən çıxarılmaları, həmin torpaq sahəsinin kənarlarına 06 avqust 2016-cı il tarixdə çəkilmiş tikanlı məftilin sökülməsi və üçüncü şəxsin mülkiyyət hüququnun həyata keçirilməsinə maneə törədilməsinin cavabdehlərə qadağan edilməsi barədə iddia tələbinin təmin olunması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi və Ali Məhkəmə cavabdehlərin şikayətlərini təmin etməmiş, Oğuz Rayon Məhkəməsinin 22 noyabr 2016-cı il tarixli 2(054)-935/2016 nömrəli qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Qeyd edilən qətnamənin icra olunmasını gecikdirmək üçün borclular dəfələrlə hazırki iddianın məzmununa uyğun iddialar verərək icra işinə möhlət verilməsini xahiş etmişlər. Bundan əvvəl borclular hazırki iddia tələbinə uyğun dörd dəfə iddia qaldırmışlar. İddiaçıların mübahisələndirdikləri mülkiyyət sənədləri üçüncü şəxsə qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsasında verilmişdir. Ona görə də aşağıda qeyd edilənlərə əsasən hazırkı iddianın rədd olunması məhkəmədən xahiş edilmişdir: Borclular İddiaçı1, X10 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə və üçüncü şəxs X20 qarşı "08 sentyabr 2008ci il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa, 27 yanvar 2015-ci il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa, 12 iyun 2015ci il tarixli 00660000 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa, 24 oktyabr 2015-ci il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlara əlavə olaraq verilmiş plan və ölçü sənədlərinin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə 4-cü dəfə X45 Məhkəməsinə müraciət etmişlər. Hazırki iddia isə eyni məzmunlu beşinci iddiadır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 09 iyun 2015-ci il tarixli 2-1(84)- 500/2015 saylı qərarı ilə X15 mülkiyyətində olan xx.xx.1999-cu il tarixli JN424 nömrəli Torpağın mülkiyyət hüququna dair dövlət aktı əsasında Oğuz rayonu Kərimli kəndində yerləşən 2.16 ha torpaq sahəsinin adına rəsmiləşən 2.0956 ha hissəsindən əlavə, yerdə qalan 0.0653 ha hissəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması öhdəliyi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin 0.0653 ha torpaq sahəsinə Ustakişiyeva Səhər Carı qızının adına xx.xx.2015-ci il tarixli **********42 nömrəli dövlət reyestrindən çıxarış hazırlanmışdır X15 19 oktyabr 2015-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında üçüncü şəxsə satdığı 0.0653 ha torpaq sahəsinə 24 oktyabr 2015-ci il tarixli ******* nömrəli çıxarış hazırlanmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 12 yanvar 2016-cı il tarixli 2- l(84)-29/2016 saylı qərarı ilə üçüncü şəxsin mülkiyyətində olan 0.111 ha torpaq sahəsinə xx.xx.2015-ci il tarixli ******* nömrəli dövlət reyestrindən çıxarışa və 0.0653 ha torpaq sahəsinə 12 iyun 2015-ci il tarixli ******* nömrəli dövlət reyestrindən çıxarışa əsasən hər iki torpaq sahəsinin planı və ölçüsü sənədləri hazırlanıb verilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 03 fevral 2016-cı il tarixli 2-1(84)- 23/2016 saylı qərarı ilə X7 mülkiyyətində olan xx.xx.1999-cu il tarixli JN-425 nömrəli Torpağın mülkiyyət hüququna dair dövlət aktı əsasında Oğuz rayonu Kərimli kəndində yerləşən 0.0654 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması öhdəliyi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. (Şəki İnzibati-İqtisadi Məhkəməsinin 18 avqust 2015-ci il tarixli 2-l(84)- 605/2015 saylı Qərardadı ilə həmin iş üzrə X19 (İddiaçı1) üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. Həmin 0.0654 ha torpaq sahəsinə X7 adına xx.xx.2016-cı il tarixli ******* nömrəli dövlət reyestrindən çıxarış hazırlanmışdır. (Həmin torpaq sahəsi də mübahisələndirilən ərazidə yerləşir və hal-hazırda üçüncü şəxsin mülkiyyətindədir). X45 Məhkəməsinin 21 yanvar 2016-cı il tarixli 2-1(84)- 103/2016 saylı qərardadı ilə İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə və üçüncü şəxs X21 qarşı "X16 adına verilmiş MH seriyalı ******* nömrəli çıxarışın **********20-06301 nömrəli plan və ölçü sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası mümkün sayılmamışdır. Bundan sonra yenidən İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X25, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti) "X16 adına verilmiş MH seriyalı ******* nömrəli çıxarışın, **********20-06301 nömrəli plan və ölçü sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiasının qismən təmin edilməsi barədə Şəki İnzibati-İqtisadi Məhkəməsi 12 may 2016-cı il tarixli 2l(84)-319/2016 saylı qərar qəbul etmiş, Şəki Apellyasiya Məhkəməsi isə həmin Qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə 27 iyul 2016-cı il tarixli 2-l(107)-221/2016 saylı qərar qəbul etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 dekabr 2016-cı il tarixli 2l(102)1910/16 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli 2l(107)221/2016 saylı qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Oğuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(054)-222/2018 nömrəli qətnaməsi ilə iddiaçılar X10, İddiaçı3 və İddiaçı1 cavabdehlər X20 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədlərinin ləğv edilməsi" tələbinə dair iddiası rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(107)- 1049/2019 nömrəli qətnaməsi ilə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Oğuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(054)-222/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-4730/2019 nömrəli qərarı ilə iddiaçılar X10, İddiaçı3 və İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(107)-1049/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 30 iyul 2012-ci il tarixli 2(107)- 213/2012 saylı qətnaməsi icrası mümkün olmayan qətnamə kimi geri qaytarılması barədə Oğuz Rayon İcra və Probasiya Şöbəsinin qanuni qüvvəsini almış qərarı mövcuddur. Təqdim olunan sənədlərdən də göründüyü kimi iddiaçı ilə uzun illər davam edən məhkəmə mübahisələri artıq yekunlaşmaq üzrədir. Lakin, iddiaçılar bununla razılaşmaq istəmirlər, əsassız şikayətlər və iddialarla mübahisənin uzadılmasına çalışırlar. Bir neçə il əvvəl iddiaçılar Oğuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(054)222/2018 nömrəli qətnaməsi qanuni qüvvəsini alan müddətə qədər Oğuz Rayon Məhkəməsinin 22 noyabr 2016-cı il tarixli 2(054)-935/2016 saylı qanuni qüvvəsini almış qətnaməsi barədə icra işi üzrə icraatın dayandırılmasını Oğuz Rayon İcra və Probasiya Şöbəsindən xahiş etmişlər. Oğuz Rayon İcra və Probasiya Şöbəsinin 04 aprel 2019-cu il tarixli qərarı ilə qeyd edilən iş üzrə icraat dayandırılmışdır. Oğuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(054)-222/2018 nömrəli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra Oğuz Rayon İcra və Probasiya Şöbəsinin 15 avqust 2019-cu il tarixli qərarı ilə icraat təzələnmişdir. İddiaçılar Oğuz Rayon İcra və Probasiya Şöbəsinin 15 avqust 2019-cu il tarixli qərarından şikayət vermişlər. Oğuz Rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli 8(054)- 44/2019 saylı qərardadı ilə şikayət təmin olunmamış və mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 07 noyabr 2019cu il tarixli 8(107)- 94/2019 nömrəli qərardadı ilə şikayət təmin olunmamış, Oğuz Rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli 8(054)-44/2019 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçılar qeyd edilən 0.25 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişlər. Şəki İnzibati Məhkəməsi həmin iddianı təmin etməmiş, Şəki Apellyasiya Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli 2-l(107)-l/2022 nömrəli qərarı ilə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Ali Məhkəmənin 27 iyun 2022-ci il tarixli 2-l(102)-1125/2022 nömrəli qərarı ilə iddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli 2-l(107)-l/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Oğuz Rayon İcra və Probasiya Şöbəsinin 04 aprel 2019-cu il tarixli və 07 fevral 2020-ci il tarixli icraatın dayandırılması barədəki qərarları kimi hazırda etiraz verilmiş iddia tələbi də son dərəcə əsassız, qanunsuz və qərəzli bir iddiadır, ona görə də rədd olunmalıdır. İddia işin uzadılması məqsədini güdür. Belə çıxır ki, hər dəfə kiçik dəyişikliklərlə iddiaçılar yeni əsassız ərizələr verərək mübahisəni sonsuzluğa qədər uzadacaqlar. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Şəki İnzibаti Məhkəməsinin (hakim Vüqar Musayev) 26 sentyabr 2022-ci il tarixli 2- 1(116)-939/2022 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz rayon AİK-nin 1998-ci il 05 avqust tarixli 68 saylı qərarı əsasında tərtib edilmiş JN-265 B nömrəli 21 oktyabr 2005-ci il tarixli Şəhadətnamə ilə mülkiyyətlərinə verilmiş 0.25 ha torpaq sahəsinin DWJ elektron bazasında əvvəlki yerində iddiaçıların adına yerləşdirilməsi və cavabdeh tərəfindən X13 adına tərtib edilmiş sənədlərin əvvəlki vəziyyətinə geri qaytarılması” barədə iddia ərizəsi mümkün sayılmamışdır. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 аpеllyаsiyа şikаyəti verərək Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli 2-1(116)-939/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 аpеllyаsiyа şikаyəti verərək bildirmişlər ki, onların subyektiv hüquqları mövcuddur. Belə ki, hal-hazırda əllərində olan sənədə görə, yəni Oğuz rayon AİK-in 1998-ci il 05 avqust tarixli 68 sayl qərarı əsasında tərtib edilmiş “Torpağın Mülkiyyətə Verilməsinə dair” JN-265B nömrəli 21 oktyabr 2005-ci il tarixli şəhadətnaməyə görə onların mülkiyyətlərində 0,25 hektar torpaq sahəsi var. Həmçinin onların əvvəlki tələbləri ilə indiki iddia tələbləri tamamilə fərqli hüquqi mahiyyətə və nəticəyə malikdir. Belə ki, əvvəlki tələbdə çıxarışların ləğvini tələb etdikləri halda, halhazırda iddia tələbləri X17 adına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərin koordinatlarının əvvəlki vəziyyətinə qaytarılmasıdır. Odur ki, Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli 2-1(116)-939/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli 2-1(116)-939/2022 nömrəli qərardadının ləğv edilməsi xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər iddiaçılar İddiaçı1 və İddiaçı3 iştirak etməmişlər. Məhkəmə kollegiyası iddiaçılar İddiaçı1 və İddiaçı3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). . Əsaslandırma hissəsi: İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişlər: - JN-265B KOD 40504018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin surətindən müəyyən edilir ki, Oğuz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 68 saylı qərarı ilə 0.25 ha həyətyanı torpaq sahəsi X8 mülkiyyətinə verilmişdir. - RX seriyalı ******* nömrəli Çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, 0.111 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X13 mülkiyyətinə verilmişdir. Qeyd olunan çıxarış və Şəki İnzibati-İqtisadi Məhkəməsinn 21(84)-29/2016 nömrəli 12 yanvar 2016-cı il tarixli qərarına əsasən xx.xx.2016-cı il tarixli 040463 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. - RX seriyalı ******* nömrəli Çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, 0.0653 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X13 mülkiyyətinə verilmişdir. Qeyd olunan çıxarış və Şəki İnzibati-İqtisadi Məhkəməsinn 21(84)-29/2016 nömrəli 12 yanvar 2016-cı il tarixli qərarına əsasən xx.xx.2016-cı il tarixli 040462 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. - xx.xx.2015-ci il tarixli, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, müqavilə üzrə satıcılar X26, X30, X27 və X22 ümumi sahəsi 0.0653 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə özlərinə məxsus hissələrini alıcı X2. Bununlar bağlı RX seriyalı ******* nömrəli Çıxarış tərtib edilmiş və 0.0653 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X13 mülkiyyətinə verilmişdir. Qeyd olunan müqavilə və çıxarışa əsasən xx.xx.2015-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. - Şəki İnzibati-İqtisadi Məhkəməsinn 2-1(84)-29/2016 nömrəli 12 yanvar 2016cı il tarixli qərarından müəyyən edilir ki, həmin iş üzrə iddiaçı X24 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Oğuz rayonu, Kərimli kəndində yerləşən xx.xx.2015-ci il tarixli ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0.111 ha və 12 iyun 2015-ci il tarixli ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0.0653 ha torpaq sahələrinə X13 adına torpaq sahəsinin planı və ölçü sənədlərinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinn 2-1(84)-29/2016 nömrəli 12 yanvar 2016-cı il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə Oğuz rayonu, Kərimli kəndində yerləşən xx.xx.2015-ci il tarixli ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0.111 ha və 12 iyun 2015-ci il tarixli ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0.0653 ha torpaq sahələrinə X13 adına torpaq sahəsinin planı və ölçü sənədlərinin hazırlanıb verilməsi öhdəliyi qoyulmuşdur. - JN-0908 kod 40504018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın təsdiq edilmiş surətindən müəyyən edilir ki, Oğuz rayonu, Dövlət Notariat Kontorunun xx.xx.2003-cü il tarixli 4-ə-İ/56-57 saylı alqı-satqı müqavilələri ilə satılmış 0.11 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X13 mülkiyyətinə verilmiş və dövlət aktı qeydiyyatı kitabında xx.xx.2003-cü il tarixdə 03 nömrə ilə qeydiyyata alınmışdır. - JN-426 kod 40504018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ndan müəyyən edilir ki, Oğuz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 68 nömrəli qərarı ilə 1.22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X42 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş və qeydiyyat kitabında 7419 nömrə ilə qeydiyyata alınmışdır. - Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-500/2015 nömrəli 09 iyun 2015ci il tarixli qərarından müəyyən edilir ki, həmin iş üzrə iddiaçı X26 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1999-cu il tarixli, JN424 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” əsasında Oğuz rayonu Kərimli kəndində yerləşən 2.16 ha torpaq sahəsinin adına rəsmiləşən 2.0956 ha hissəsindən əlavə, yerdə qalan 0.0653 ha hissəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)500/2015 nömrəli 09 iyun 2015ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə xx.xx.1999-cu il tarixli, JN-424 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” əsasında Oğuz rayonu Kərimli kəndində yerləşən 2.16 ha torpaq sahəsinin adına rəsmiləşən 2.0956 ha hissəsindən əlavə, yerdə qalan 0.0653 ha hissəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin hazırlanması öhdəliyi qoyulmuşdur. - JN-424 kod 40504018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın təsdiq edilmiş surətindən müəyyən edilir ki, Oğuz rayon, AİK-nın xx.xx.1998-ci il tarixli 68 saylı qərarı ilə 2.16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X14 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. - xx.xx.2008-ci il tarixdə tərtib edilmiş, reyestr nömrəsi **********20-06301 olan “Daşınmaz əmlakın texniki pasportu” və MH seriyalı ******* nömrəli, xx.xx.2008-ci il tarixli Çıxarışın təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, Oğuz rayonu, Kərimli kəndində mülkiyyətində olan 0.05586 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə X13 mülkiyyətinə verilmişdir. - JN-0913 kod 40504018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın təsdiq edilmiş surətindən müəyyən edilir ki, Oğuz rayonu, Kərimli bələdiyyəsinin 04 noyabr 2004-cü il tarixli 25 nömrəli qərarı ilə 560 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün X13 mülkiyyətinə verilmiş və sənəd dövlət aktı qeydiyyatı kitabında xx.xx.2005-ci il tarixdə 21 nömrə ilə qeydiyyata alınmışdır. - Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-24/2021 nömrəli qərarından görünür ki, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X24) “cavabdeh tərəfindən üçüncü şəxs X13 adına verilmiş 08 sentyabr 2008-ci il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa, 27 yanvar 2015-ci il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa, 12 iyun 2015-ci il tarixli 00660000 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa, 24 oktyabr 2015-ci il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlara əlavə olaraq verilmiş plan və ölçü sənədlərinin (xx.xx.2008-ci il tarixli reyestr nömrəsi **********20- 06301 olan “Daşınmaz əmlakın texniki pasportu”, xx.xx.2015-ci il tarixli reyestr nömrəsi **********42, xx.xx.2016-cı il tarixli reyestr nömrəsi **********89, xx.xx.2016-cı il tarixli reyestr nömrəsi **********31 olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri) ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)-1810/2021 nömrəli qərarından görünür ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-24/2021 nömrəli qərarından verilmiş apellyasiya şikayəti, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(107)203/2021 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmış və həmin qərardan verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Birinci İnstansiya məhkəməsi tərəfindən iddiaçıların dinlənilmə hüququnun təmin edilməsi üçün hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi xx.xx.2022-ci il tarixli hüquqi yardım məktubunda iddiaçılara izah edilmiş, məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün 5 gün müddət təyin edilmişdir. İddiaçılar xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə göndərərək məhkəmənin hüquqi mövqeyi ilə razılaşmadıqlarını bildirmiş və ərizəni aşağıdakı kimi əsaslandırmışlar: X17 adına tərtib edilmiş yuxarıda qeyd edilən “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərin koordinatlarının (ölçülərinin) əvvəlki vəziyyəti Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 05 oktyabr 2010- ci il tarixli qətnaməsindən də göründüyü kimi Oğuz rayon AİK-nin 1998ci il 05 avqust tarixli 68 saylı qərarı ilə hüquq varisi olduğu mərhum X11 mülkiyyətinə verilmiş 0,25 ha. pay torpaq sahəsi üçün tərtib edilmiş “Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN- 265 В nömrəli (kod: ********) 21 oktyabr 2005-ci il tarixli Şəhadətnamədə göstərilən torpaq sahəsinin koordinatları ilə, yəni Oğuz-Yevlax şose yolu ilə Oğuz-İsmayıllı şose yolunun kəsişmə nöqtəsindən 90 metrdən sonra başlayaraq Oğuz-Qəbələ şose yolu istiqamətində kanal boyu 86 metr, şose yoluna paralel alma bağındakı pay torpaqları ilə sərhəd boyu 84,5 metr, ticarət obyektindən ayıran su arxı boyu 32 metr, şose yolundan alma bağına doğru 31 metr olan ərazidə yerləşən torpaq sahəsi ilə üst üstə düşmürdü. Lakin daha sonra cavabdehin etdiyi yanlışlıqlar səbəbi ilə X17 adına tərtib edilmiş yuxarıda qeyd edilən “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərin koordinatları (ölçüləri) dəyişdirilib və həmin koordinatlar JN- 265 В nömrəli (kod: ********) 21 oktyabr 2005-ci il tarixli Şəhadətnamə ilə iddiaçılara məxsus torpaq sahəsinin yerləşdiyi torpaq sahəsinin olduğu yerə yazılmışdır. Bununla iddiaçıların subyektiv hüququ pozulmuşdur. Ona görə də hesab edirik ki, həmin subyektiv hüququn bərpa olunması üçün X17 adına tərtib edilmiş yuxarıda qeyd edilən “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərin koordinatlarının (ölçülərinin) əvvəlki vəziyyətinə qaytarılması qanunvericiliyin tələbidir. İddiaçıların əvvəlki tələbi ilə indiki iddia tələbi tamamilə fərqli hüququ mahiyyətə və nəticəyə malikdir. Belə ki, əvvəlki tələbdə Çıxarışların ləğvi tələb edildiyi halda, hal hazırkı iddia tələbi X17 adına tərtib edilmiş yuxarıda qeyd edilən “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərin koordinatlarının (ölçülərinin) əvvəlki vəziyyətinə qaytarılmasıdır. Çıxarışın ləğvi ilə, “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərin koordinatlarının (ölçülərinin) əvvəlki vəziyyətinə qaytarılması işlərinin hüquqi nəticələri də tamamilə fərqlidir. Bu səbəblə halhazıkı iddia tələbi ilə bağlı qanuni qüvvəyə minmiş qərar mövcud deyildir. Bundan başqa, X28 qeyd edilən torpaq sahələrinin bir çoxunu başqa-başqa şəxslərdən əldə edib. Həmin sənədlərin əlavəsində olan koordinatlara baxılanda məlum olacaq ki, iddia ərizəsi ilə əvvəlki vəziyyətinə qaytarılması tələb edilən koordinatlar ilə əvvəlki koordinatlar fərqlidir. Bu isə ancaq məhkəmə araşdırması ilə təsbit oluna bilər ki, Çıxarışın ləğvi iddiasında bu məsələ araşdırılmayıb. Çıxarışın ləğvi ilə bağlı verilmiş iddia ərizəsinə İnzibati Məhkəmə tərəfindən baxılarkən məhkəmənin verdiyi şifahi hüquqi yardım əsasında bu iddia ərizəsi tərtib olunmuşdur. Yuxarıda qeyd edilənlər əsasında iddia ərizəsinin olduğu vəziyyətə icraata qəbul edilərək, baxılıb qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdırıb düzgün hesab etmişdir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, idiaçıların üçüncü şəxs X17 adına tərtib edilmiş sənədlərin “əvvəlki vəziyyətinə qaytarılması ilə bağlı” tələb irəli sürmək üçün subyektiv hüququ olmamışdır. Müvafiq tələbi üçüncü şəxs özü irəli sürə bilər. İddia ərizəsinin məzmunundan və məhkəmənin hüquqi yardımına iddiaçının cavabından görünür ki, X17 mülkiyyətində olan torpaq sahəsinə dair plan-ölçü sənədlərinin, JN-265 B nömrəli şəhadətnamədə qeyd edilən 0.25 ha torpaq sahəsinin yerləşdiyi əraziyə tərtib olunması, yəni həmin sənədlərin JN-265 B nömrəli şəhadətnamədə qeyd edilən 0.25 ha torpaq sahəsi ilə üst-üstə düşməsi iddia olunur. Odur ki, iddiaçılar yalnız Araz Həşimovun adına tərtib edilmiş sənədlərin, özünə məxsus hesab etdiyi torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğvini tələb edə bilərlər. Yəni, həmin sənədlərin məzmununun doğru olub-olmaması yalnız, JN-265 B nömrəli şəhadətnamədə qeyd edilən 0.25 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə iddiaçıların hüquqlarına toxunur. İddia ərizəsində “əvvəlki vəziyyətinə qaytarılması” arzu edilən sənədlərdən biri olaraq X13 adına xx.xx.2008-ci il tarixli ******* nömrəli çıxarışla sənədləşdirilmiş 0.111 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə cavabdeh tərəfindən tərtib edilmiş “torpaq sahəsinin planı və ölçüsü” sənədi qeyd edilsə də, cavabdeh tərəfindən təqdim edilmiş müvafiq çıxarış və ona əlavə edilmiş sənədlərdən görünür ki, müvafiq çıxarış əsasında Oğuz rayonu Kərimli kəndində yerləşən 0.05586 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 634.1 kv.m olan qeyri-yaşayış binası üzərində X13 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Yəni qeyd edilən çıxarış 0.111 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı tərtib edilməyib. İş materialları ilə müəyyən edilmişdir ki, qeyd olunan 0.25 ha torpaq sahəsinin 0.0653 ha torpaq sahəsi üzərində X29 mülkiyyət hüquqları xx.xx.2015-ci il tarixdə **********89 reyestr nömrəli çıxarışla, 0.111 ha torpaq sahəsi xx.xx.2015-ci il tarixli **********31 reyestr nömrəli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və qeyd olunan 0.111 ha və 0.0653 ha torpaq sahələrinə Şəki İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(84)-29/2016 nömrəli qərarı əsasında torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Həmin ərazidə yerləşən digər 0.0653 ha torpaq sahəsi üzərində isə X13 mülkiyyət hüquqları xx.xx.2015-ci il tarixdə **********42 nömrəli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və sonuncunun adına Çıxarış və plan-ölçü sənədi verilmişdir. İddia tələbində, JN-265 B nömrəli şəhadətnamədə qeyd edilən 0.25 ha torpaq sahəsinin ərazi hüdudlarının Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsində qeyd edildiyini və müvafiq qətnamədə qeyd edilmiş ölçülərə istinad olunaraq JN-265 B nömrəli şəhadətnamədə qeyd edilən 0.25 ha torpaq sahəsinin, Oğuz Yevlax şosse yolunun kəsişmə nöqtəsindən 90 metrdən sonra başlayaraq Oğuz-Qəbələ şosse yolu istiqamətində kanal boyu 86 metr, şosse yoluna paralel alma bağındakı pay torpaqları ilə sərhəd boyu 84.5 metr, ticarət obyetktindən ayıran su arxı boyu 32 metr, şosse yolundan alma bağına doğru 31 metr olan ərazi olduğunu bildirilir. Bu isə onu deməyə əsas verir ki, iddiaçıların hüquqi marağı - X17 mülkiyyətində olan torpaq sahəsinə dair tərtib edilmiş plan-ölçü sənədlərinin, JN-265 B nömrəli şəhadətnamədə qeyd edilən 0.25 ha torpaq sahəsi ilə üstüstə düşən hissədə ləğvinə və daha sonra həmin 0.25 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının Dövlət qeydiyyatına alınmasına nail olmaqdır. Müəyyən olunur ki, iddiaçıların, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X24) “cavabdeh tərəfindən üçüncü şəxs X13 adına verilmiş 08 sentyabr 2008-ci il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa, 27 yanvar 2015-ci il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa, 12 iyun 2015-ci il tarixli 00660000 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa, 24 oktyabr 2015-cil il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlara əlavə olaraq verilmiş plan və ölçü sənədlərinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-24/2021 nömrəli qərarı ilə təmin edilməmiş, qərardan verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-203/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə təmin edilməmiş, həmçinin kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 21(102)- 1810/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Görünüdüyü kimi mübahisə ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Əvvəllər plan-ölçü sənədlərinin ləğv edilməsi şəklində ifadə edilən iddia ərizəsinin tərtibatını dəyişərək, “plan-ölçü sənədlərinin əvvəlki vəziyyətinə geri qaytarılması” şəkilində ifadə edilsə də, mahiyyət etibarilə hər iki tələb eyni hüquqi nəticənin əldə edilməsinə yönəlmişdir. Buna görə də əvvəlki iş üzrə qanuni qüvvəyə minmiş qərarının mövcudluğu, hazırki iddia tələbinə baxılmasının mümkünlüyünü istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 15.5-ci və 15.6-cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. İddia tələbinin “JN-265 B nömrəli 21 oktyabr 2005-ci il tarixli Şəhadətnamə ilə mülkiyyətlərinə verilmiş 0.25 ha torpaq sahəsi DWJ elektron bazasında əvvəlki yerində iddiaçıların adına yerləşdirilməsi” hissəsində izah olunur ki, tələbin həmin hissəsi digər tələblərdən asılı tələbdir. Belə ki, JN-265 B nömrəli 21 oktyabr 2005-ci il tarixli Şəhadətnamənin elektron bazada iddiaçıların adına qeydə edilməsi üçün, ilk növbədə həmin torpaq sahəsinə dair X13 adına tərtib edilmiş plan-ölçü sənədləri ləğv olunmalıdır. Yuxarıda qeyd olunan əsaslara görə X13 adına tərtib edilmiş plan-ölçü sənədlərinin mübahisələndirilməsi ilə bağlı iddia tələbi mümkünsüz olduğundan, JN-265 B nömrəli 21 oktyabr 2005-ci il tarixli Şəhadətnamənin elektron bazada əvvəlki yerində iddiaçıların adına qeydə edilməsi tələbi də mümkün sayıla bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Lakin, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Hazırkı iş üzrə müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi iddiaçılara hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qısa,) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli 2-1(116)-939/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli 2-1(116)-939/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-387/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-387/2022
24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver