Məhkəmə qərarları › İş №2-1(107)-387/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-387/2024

20.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-387/2024 20.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), X40 və X17 ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X5, Cavabdehin nümayəndəsi X24, üçüncü şəxs X12, üçüncü şəxs X13 vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “X18, X25, X26, X30 və X19 adlarına verilmiş JN-448F KOD 90200002 nöməli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin” ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-47/2024 nömrəli qərarından iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X18, X25, X26, X30 və X19 adlarına verilmiş JN-448F KOD 90200002 nöməli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-237/2020 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamış, qərardaddan verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(107)-67/2021 nömrəli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Müvafiq qərardaddan verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-698/2021 nömrəli qərarı ilə təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(107)-67/2021 nömrəli qərardadı ləğv edilərək, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.

3. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(107)-305/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-237/2020 nömrəli qərardadı ləğv edilmiş və iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.

4. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-181/2022 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamış, qərardaddan verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(107)-312/2022 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-181/2022 nömrəli qərardadının “İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “X18, X25, X26, X30 və X12 adlarına verilmiş JN-448F kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkün sayılmaması hissəsi ləğv edilmiş və iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.

5. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-600/2023 nömrəli qərardadı ilə X14, X30 və X31 üçüncü şəxs qismində cəlb edilmişdirlər.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 11 yanvar 1988-ci il tarixli 01 saylı qərarı ilə X1 qanuni istifadəsində 1589 kv. metr torpaq sahəsinin saxlanması qərara alınmışdır. Həmin torpaq sahəsinin 0.10 ha torpaq sahəsinə iddiaçı da daxil olmaqla ailə üzvlərinin adlarına JN447F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. 589 kv. metr torpaq sahəsi ilə bağlı isə məhkəmə qaydasında hüquqlarının olması müəyyən olunmuş, cavabdeh orqan həmin sahəyə iddiaçı və onun ailə üzvlərinin mülkiyyət hüquqlarını qeydə almışdır. Hazırda iddiaçı ilə qonşuluqda yaşayan X30 iddiaçıya və onun ailə üzvlərinə qarşı Çıxarışın ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. İşə baxan Mingəçevir Şəhər Məhkəməsi iddianı təmin etmədiyindən apellyasiya şikayəti verilmişdir. Fərid Çələbiyev iddia edir ki, onun ailə üzvlərinə hər birində 0.08 ha torpaq sahəsi olmaqla JN- 448A saylı və JN-448F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir və JN-448F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsi iddiaçı və onun ailə üzvləri tərəfindən zəbt olunmuşdur. İddiaçı bildirir ki, onlara verilən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə 16 iyul 1996cı ildə qüvvəyə minmiş «Torpaq islahatı haqqında» qanunun tələblərinə əsasən verilmişdir. Həmin qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərid Çələbiyev və qeyrilərinin adlarına işlənmiş torpağın mülkiyyətə verilməsinə dair JN-448F saylı şəhadətnamə formal tərtib olunmuşdur, orada hər hansı tikili mövcud deyildir. 448A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə heç bir sərhədi yoxdur. İlkin torpaq ayırma qərarı və çertyoju mövcud deyildir. Buna baxmayaraq həmin vaxt fəaliyyətdə olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu eyni şəxslərin adlarını 2 dəfə eyni ölçüdə torpaq sahəsi verilməsinə dair siyahıya daxil etmiş və eyni şəxslərə eyni əsasla 2 dəfə torpaq sahəsi vermişdir. Hansı ki, JN-448A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə fərdi yaşayış evinin olması qeyd olunmuş, JN-448F saylı şəhadətnamədə fərdi yaşayış evi göstərilməmiş və həmin şəhadətnamənin koordinatları iddiaçı və onun ailə üzvlərinin qanuni istifadələrində olan Mingəçevir şəhər XDS İcraiyyə Komitəsi tərəfindən ayrılmış torpaq sahəsinin sərhədləri hüdudlarında olmaqla iddiaçı və onun ailə üzvlərinin hüquqlarını pozur.

7. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, idarənin arxiv materiallarına istinadən bildiririk ki, ünvan 1 ünvanda 0,1589 ha həyətyanı torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evi üzərində İddiaçı (yaşayış evi tam; ümumbirgə torpaq sahəsi-0,012 ha) və onun ailə üzvlərinin (9 nəfər ümumbigə torpaq sahəsi) mülkiyyət hüququ JN-447F nömrəli, kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1988ci il tarixli, 01 nömrəli qərarı əsasında xx.xx.2017-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyesrində qeydiyyata alınmışdır. Hazırkı mübahisələndirilən iddia ilə bağlı X30 cavabdehlər X6, X7, X8, X32, İddiaçı, X15 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma və torpağın mülkiyyətə verilməsinə dair çıxarışın ləğv olunması barədə Mingəçevir Şəhər Məhkəməsinə iddia tələbi ilə müraciət etmiş, Məhkəmənin 2(051)-1382/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

8. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2024-cü il tarixli 3-21-360/2- 479/2024 nömrəli məktubuna əlavə olunan sənədlərdən görünür ki, 2002-ci il üzrə Mingəçevir şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə dair siyahısından görünür ki, İddiaçı adı qeyd olunmuşdur. - JN-448F kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin 02 may 2000-ci il tarixli 199 saylı Sərəncamına əsasən 0.08 ha həyətyanı torpaq sahəsi X18 və onun ailə üzvlərinin (X25, X26, X30, X33) mülkiyyətinə verilmişdir. - JN-448A kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin 02 may 2000-ci il tarixli 199 saylı Sərəncamına əsasən 0.08 ha həyətyanı torpaq sahəsi X18 və onun ailə üzvlərinin (X25, X26, X30, X33) mülkiyyətinə verilmişidir. - JN-447F kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 02 may 2000-ci il tarixli 199 nömrəli Qərarına əsasən 0.10 ha həyətyanı torpaq sahəsi X16 və onun ailə üzvlərinin (X3, İddiaçı, X9, X20, X21, X22, X41) mülkiyyətinə verilmişdir. - RX seriyalı ******* nömrəli Çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi tam, sahəsi 0.1590 ha olan torpaq sahəsinin 0.49 ha hissəsi iş üzrə İddiaçı, digər hissələr isə iddiaçının ailə üzvlərinin (X27, X20, X21, X22) mülkiyyətinə verilmişdir. - Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(051)-2195/2014 nömrəli qətnaməsi ilə həmin iş üzrə iddiaçı X25 və onun nümayəndəsi X10 cavabdeh X6 qarşı ”atası X4 mülkiyyətində olan JN448F kod 90200002 seriyalı şəhadətnaməsi ilə ünvan 3də yerləşən 0.08 ha həyətyanı torpaq sahəsində zəbt olunmuş torpaq sahəsinin boşaldılması və həmin torpaq sahəsinə gedən yolun açılması” barədə iddia tələbi təmin edilmişdir. Qətnamədən həmin iş üzrə cavabdeh X20 tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli 2(107)432/2015 nömrəli qətnaməsi ilə təmin edilməmiş və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(051)-2195/2014 nömrəli qətnaməsi “JN448F (kod ********) nömrəli şəhadətnaməyə uyğun olaraq zəbt olunmuş ünvan 3 ünvanında yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi boşaldılsın və həmin torpaq sahəsinə gedən yol açılsın” hissəsində dəyişdirilərək “JN-448F kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə ünvan 4 ünvanında yerləşən, zəbt olunmuş 0.08 ha həyətyanı torpaq sahəsi cavabdeh X20 tərəfindən boşaldılsın və həmin torpaq sahəsinə gedən yol onun tərəfindən açılsın” müddəası ilə əvəz edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli 2(107)-432/2015 nömrəli qətnaməsindən həmin iş üzrə cavabdeh X20 tərəfindən verilən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(102)-2854/17 nömrəli qərarı ilə təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli 2(107)-432/2015 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - X23 Filialının xx.xx.2018-ci il tarixli arxiv arayışından görünür ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin arxiv fondunun sənədlərinə əsasən 11 yanvar 1988-ci il tarixli 01 saylı qərarında X4 adına torpaq bölgüsü qeyd edilmişdir (torpaq sahəsi 1393.5 kv.m qeyd edilib). - Mingəçevir şəhər İHB-nın xx.xx.2022-ci il tarixli, 939 nömrəli məktubunda qeyd edilmişdir ki, Mingəçevir şəhər İHB-nın xx.xx.2000-ci il tarixli, 199 №-li sərəncamı Mingəçevir şəhərinin inzibati sərhədi daxilində yerləşən torpaq sahələrindən o zaman yaradılan Mingəçevir bələdiyyəsinə veriləcək torpaq sahələrinin müəyyənləşdirilməsi, lazımı şəhərsalma yerquruluşu sənədlərini tərtib edərək onların mülkiyyətinə təhvil verilməsi məqsədilə komissiyanın yaradılması haqqındadır. Həmin Sərəncamla yaradılmış komissiya Mingəçevir bələdiyyəsinin mülkiyyətinə veriləcək torpaq sahələrini müəyyənləşdirmişdir. Komissiya eyni zamanda vətəndaşların, xüsusən Mingəçevir kəndi deyilən ərazidə yaşayan və uzun müddət istifadələrində torpaq sahələri olan şəxslərin istifadə etdikləri torpaq sahələrinə onların adlarına mülkiyyət şəhadətnaməsinin hazırlanıb verilməsi məsələsini də həll etmişdir. - X23 Filialının xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin arxiv fondunun sənədlərinə əsasən 11 yanvar 1988-ci il tarixli 01 saylı qərarında X1 adına torpaq bölgüsü qeyd edilmişdir (torpaq sahəsi 1589 kv.m qeyd edilib). - Mingəçevir şəhər ərazisindəki Bələdiyyə torpaqlarının Mingəçevir bələdiyyəsinə təhvil verilməsi üçün komissiya yaradılması haqqında” Mingəçevir şəhər İHB-nın xx.xx.2000-ci il tarixli, 199 №-li sərəncamından görünür ki, müvafiq sərəncamla 2 məsələ həll edilmişdir: a. Mingəçevir şəhərinin inzibati sərhədi daxilində yerləşən torpaq sahələrindən, Mingəçevir bələdiyyəsinə veriləcək torpaq sahələrini müəyyənləşdirib, lazımı şəhərsalma yerquruluşu sənədlərini tərtib edərək onların mülkiyyətinə təhvil vermək məqsədilə komissiyanın yaradılması, b. torpaq qanunvericiliyinə uyğun olaraq Mingəçevir bələdiyyəsinin mülkiyyətinə veriləcək torpaq sahələrini müəyyənləşdirib, həmin torpaq sahələrini komissiya tərəfindən hazırlanmış yerquruluşu sənədləri ilə birlikdə Mingəçevir bələdiyyəsinə verilməsinin təmin edilməsi və təhvil-təslim aktı ilə rəsmiləşdirilməsinin komissiyaya tapşırılması.

9. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 30 aprel 2024-cü il tarixli 2- 1(116)-47/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “X18, X25, X26, X30, və X19 adlarına verilmiş JN-448F KOD 90200002 nöməli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin” ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.

10. Məhkəmə qeyd etmişdir ki, hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı X18 və qeyrilərinə verilmiş JN-448F KOD 90200002 nöməli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğv edilməsindən ibarətdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(107)-312/2022 nömrəli qərardadında göstərilmişdir ki, iddiaçının tələbinin əsası mübahisələndirilən Şəhadətnamənin düzgün tərtib edilməməsi ilə bağlıdır. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya əsasən Mingəçevir şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl tələb edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2024-cü il tarixli 3-21-3-60/2479/2024 nömrəli məktubuna əlavə olunan sənədlərdən görünür ki, X18 və ailə üzvlərinin adı subyektlər siyahısında qeyd edilmiş və qanuni istifadəsində 0,166 ha torpaq sahəsinin olduğu göstərilmişdir. Mübahisələndirilən şəhadətnamə Mingəçevir şəhər İcra Hakimiyyətinin 2 may 2000-ci il tarixli 189 saylı sərəncamına əsasən subyektlər siyahısına uyğun tərtib edilmişdir. Məhkəmə tərəfindən mübahisə olunan Torpağa mülkiyyət hüququna dair Şəhadətnamənin verilməsinə əsas olmuş Mingəçevir şəhər İcra Hakimiyyətinin 2 may 2000-ci il tarixli 189 saylı sərəncamı sorğu edilərək əldə edilmiş və həmin sərəncamın Mingəçevir bələdiyyəsinin mülkiyyətinə torpaq sahələrinin ayrılması ilə bərabər, yerdə qalan torpaqların digər fiziki şəxslərin xüsusi mülkiyyətinə verilməsi məsələsini də həll edib-etməməsi, həmçinin müvafiq şəhadətnamələrin sözügedən Sərəncam əsasında tərtib edilib-edilməməsinə aydınlıq gətirilməsi Mingəçevir şəhər İcra Hakimiyyətindən xahiş edilmişdir. Mingəçevir şəhər İHB-nin xx.xx.2022-ci il tarixli, 939 nömrəli məktubunda bildirmişdir ki, müvafiq Sərəncamla yaradılmış komissiya Mingəçevir bələdiyyəsinin mülkiyyətinə veriləcək torpaq sahələrini müəyyənləşdirmiş, Komissiya eyni zamanda vətəndaşların, xüsusən Mingəçevir kəndi deyilən ərazidə yaşayan və uzun müddət istifadələrində torpaq sahələri olan şəxslərin istifadə etdikləri torpaq sahələrinə onların adlarına mülkiyyət şəhadətnaməsinin hazırlanıb verilməsi məsələsini də həll etmişdir. Bu isə onu deməyə əsas verir ki, iddia tələbində ləğv edilməsi tələb edilən, JN- 448F kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” Mingəçevir şəhər İcra Hakimiyyətinin 02 may 2000-ci il tarixli 199 saylı Sərəncamına əsasən tərtib edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, JN-448F kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” Mingəçevir şəhər İcra Hakimiyyətinin 02 may 2000-ci il tarixli 199 saylı Sərəncamı əsasında tərtib edildiyindən, həmin sərəncam mübahisələndirilmədən onun əsasında verilmiş şəhadətnamə də ləğv edilə bilməz. Bu baxımdan cavabdehin imtinası əsaslı olmuşdur.

11. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Nemət qızı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-47/2024 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı apellyasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, məhkəmə iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəməyə Mərkəzin arxivində saxlanılan Mingəçevir şəhəri üzrə həyətyanı torpaq sahəsinə dair subyektlər siyahılarından (əlyazma və elektron) çıxarış təqdim olunmuşdur. Həmin əlyazma cədvəldə 448 sırada X11 4 nəfər ailə üzvünün 0.168 ha həyətyanı sahəsi olması göstərilmişdir. Həmin torpaqğın xəritə nömrəsi 448 qeyd olunmuşdur. Həmin əlyazma cədvəlinin 2022-ci ildə tərtib olunduğu görsənir. Həmin elektron siyahıda isə X4 həyətyanı torpaq sahəsinin 0.1600, ümumi torpaq sahəsinin 0.1725, bələdiyyənin ehtiyat fondu torpaq sahəsi 0.0125, mülkiyyətçiyə verilən torpaq sahəsi isə 0.1600 ha göstərilmişdir. Elektron siyahının 02 aprel 2003-cü ildə X53, Monitorinqi və İnformasiya Mərkəzinin mütəxəssisi tərəfindən tərtib olunduğu görsənir. Məhkəmə nəzərə almamışdır ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-237/2020 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmaması qərardadından verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(107)-67/202 nömrəli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Müvafiq qərardaddan vedikləri kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-698/202 nömrəli qərarı ilə təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(107)-67/2021 nömrəli qərardadı ləğv edilərək iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(107)- 305/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-237/2020 nömrəli qərardadı ləğv edilmiş və iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-181/2022 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamış, qərardaddan verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(107)- 312/2022 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(116)-181/2022 nömrəli qərardadının “İddiaçı cavabdeh “Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “X18, X25, X34, X30 və X12 adlarına verilmiş JN-448F kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkün sayılmaması hissəsi ləğv edilmiş və iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-698/2021 nömrəli qərarında isə göstərilmişdir ki, apellyasiya məhkəməsi mübahisə olunan torpağa mülkiyyət hüququna dair şəhadətnamənin Mingəçevir şəhər İcra Hakimiyyətinin 2 may 2000-ci il tarixli 189 saylı sərəncamı əsasında verilməsini və iddiaçının bu sərəncamla bağlı mübahisə açmamasını nəzərə almamış, sərəncamı aidiyyəti orqandan tələb etməmiş, şəhadətnamənin həqiqətən sərəncama uyğun tərtib edilib-edilmədiyini müəyyənləşdirməmiş, reyestrdəki qeydiyyatın (şəhadətnamənin verilməsinin) inzibati aktın tələbinə uyğun aparılıb-aparılmadığını yoxlamamış, Plenum qərarının 17-ci bəndində göstərilən qaydada araşdırma aparmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, araşdırmanın nəticəsindən asılı olaraq mübahisə predmeti olan torpağa mülkiyyət hüququna dair şəhadətnamə Mingəçevir şəhər İcra Hakimiyyətinin 2 may 2000-ci il tarixli 189 saylı sərəncamına uyğun tərtib olunduğu halda iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmalı, hazırkı iddia mümkün sayılmamalı, şəhadətnamə sərəncama uyğun tərtib edilmədikdə iddianın digər mümkünlük şərtləri mövcud olduğu halda hazırkı mübahisəyə mahiyyəti üzrə baxılmalıdır». Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(107)-305/2021 nömrəli qərardadında isə göstərilmişdir ki, birinci instansiya məhkəməsi mübahisə olunan torpağa mülkiyyət hüququna dair şəhadətnamənin Mingəçevir şəhər İcra Hakimiyyətinin 2 may 2000-ci il tarixli 189 saylı sərəncamı əsasında verilməsini və iddiaçının bu sərəncamla bağlı mübahisə açmamasını nəzərə almamış, sərəncamı aidiyyəti orqandan tələb etməmiş, şəhadətnamənin həqiqətən sərəncama uyğun tərtib edilib-edilmədiyini müəyyənləşdirməmiş, reyestrdəki qeydiyyatın (şəhadətnamənin verilməsinin) inzibati aktın tələbinə uyğun aparılıb-aparılmadığını yoxlamamış, Plenum qərarının 17-ci bəndində göstərilən qaydada araşdırma aparmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, araşdırmanın nəticəsindən asılı olaraq mübahisə predmeti olan torpağa mülkiyyət hüququna dair şəhadətnamə Mingəçevir şəhər İcra Hakimiyyətinin 2 may 2000-ci il tarixli 189 saylı sərəncamına uyğun tərtib olunduğu halda iddiaçı əvvəlcə özünün hüquq marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmalı, hazırkı iddia mümkün sayılmamalı, şəhadətnamə sərəncama uyğun tərtib edilmədikdə iddianın digər mümkünlük şərtləri mövcud olduğu halda hazırkı mübahisəyə mahiyyəti üzrə baxılmalıdır» (qərarın 3-cü səhifəsinin son, 4cü səhifəsinin 1-2-ci abzası). Əlavə olaraq onu bildirir ki, qanuni qüvvəyə minmiş Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(051)-2195/2014 nömrəli qətnaməsi üzrə o, tərəf olmadığından ona münasibətdə predisual olmadığına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında hüquqi mövqeyi olsa da məhkəmə həmin qərarı tədqiq edilən sübutlar siyahısına daxil etməkdə haqlı olmamışdır. Beləliklə işə baxan məhkəmə 3-cü şəxslərin adına 0.1600 ha deyil, 2 ədəd 0.08 ha olmaqla, bir birinə qonşu olmayan 448A və 448F saylı şəhadətnamənin həqiqətən sərəncama uyğun tərtib edilib-edilmədiyini müəyyənləşdirməmiş, reyestrdəki qeydiyyatın (şəhadətnamənin verilməsinin) inzibati akt tələbinə uyğun aparılıb-aparılmadığını yoxlamadan əsassız qərarı qəbul etmişdir. Halbuki, məhz elektron siyahıda qeyd olunan xəritə məlumatlarına əsasən də əlyazma məlumatın elektron məlumata, elektron məlumatın isə tədqiq olunan JN-448F saylı Şəhadətnaməyə uyğun olub-olmadığını müəyyənləşdirə bilərdi.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

14. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili X28 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-47/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

15. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X42 apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

16. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxs X31 və üçüncü şəxs X13 vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

17. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

18. İnzibati Prosessual Məcəllə: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

20. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. 21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 10cu maddədə, dördüncü hissə yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: Vətəndaşlara, onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış verilir. beşinci hissədə "mülkiyyət hüququna dair şəhadətnamə" sözləri "mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış" sözləri ilə, "mülkiyyət hüququnun qeydiyyatını həyata keçirən" sözləri "daşınmaz əmlakın dövlət reyestrini aparan" sözləri ilə əvəz edilmişdir.

21. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ..... 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; dövlət rüsumunun ödənilməsi barədə sənəd. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

22. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

23. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında Əsasnamə (qüvvədən düşmüş)

3. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlara görə onlara torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə (4 nömrəli əlavə) verilir.

4. Torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə və torpağın müvəqqəti mülkiyyətə verilməsinə dair şəhadətnamə 2 nüsxədən ibarət hazırlanır.

5. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir.

8. Verilmiş dövlət aktına və şəhadətnaməyə özbaşına hər hansı bir düzəliş edilməsi qadağandır. Dövlət aktına və şəhadətnaməyə hər hansı bir düzəliş edilməsi zəruriyyəti yaranarsa, səlahiyyətli orqanların qərarı əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu və onun Naxçıvan Muxtar Respublikasındakı filialı həmin sənədləri yenidən müəyyən olunmuş qaydada hazırlayır

24. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1dək verilmiş qərar.

Apellyasiya şikayətinin mümkünlüyü

25. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

27. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

28. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

29. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

30. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarda qeyd olunan maddi hüquq normalarının sistemli təhlilindən göründüyü kimi, inzibati akt qanunla müəyyən olunmuş qaydada ləğv edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt ancaq birtərəfli qaydada verilən nizamasalma formasıdır. Birtərəflilik onda ifadə olunur ki, inzibati aktla iradə ifadə olunarkən digər tərəfin razılığı tələb olunmur. Həmçinin inzibati aktların «qanuni əlverişsiz inzibati akt» və «qanuni əlverişli inzibati akt» kimi növləri müəyyən olunmuşdur. İnzibati aktların ləğv olunması əsasları da bu növlərdən asılı olaraq fərqləndirilir.

31. «İnzibati icraat haqqında» Qanunun 11-ci maddəsinin tələbləri baxımından inzibati orqanın şəxsin hüquq və azadlıqlarına müdaxilə edən aktı yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada qəbul oluna bilər. Bu cür inzibati akt həm formalhüquqi baxımdan, həm də maddi-hüquqi baxımdan qanuni olmalıdır. İnzibati aktın formal-hüquqi baxımdan qanuniliyi dedikdə, aktın səlahiyyətli inzibati orqan tərəfindən, lazımi qaydada həyata keçirilmiş icraat nəticəsində qəbul olunmasını və qanunla müəyyən olunmuş formaya riayət olunması nəzərdə tutulur. İnzibati aktın maddi-hüquqi cəhətdən qanuniliyi dedikdə isə, onun qəbulu üçün səlahiyyətverici normanın dispozisiya şərtlərinin mövcudluğu nəzərdə tutulur.

32. Göründüyü kimi hazırkı iş üzrə iddiaçının hüquqi marağı X18 və qeyrilərinə verilmiş JN-448F KOD 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğv edilməsindən ibarətdir.

33. Həmin şəhadətnamənin tərtib edilməsi üçün hüquqi əsas Mingəçevir şəhər İcra Hakimiyyətinin 2 may 2000-ci il tarixli 199 saylı sərəncamı olmuş, həmin sərancamda nəzərdə tutulan qaydada sözügedən şəhadətnamə tərtib edilərək hüquqmüəyyənedici sənəd olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən şəhadətnaməyə münasibətdə iddiaçının hər hansı hüquqları və qanunla qorunan mənafeləri pozulmamışdır.

34. Bundan başqa, qeyd edilməlidir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.

35. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar qəbul olunarkən həmin tələblər nəzərə alınmalıdır.

36. Həmçinin məhkəmə kollegiyasının iclasında iddiaçı tərəf JN-448F KOD 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğv edilməsini tələb etmiş, həmin şəhadətnamənin verilməsinə əsas olan Mingəçevir şəhər İcra Hakimiyyətinin 2 may 2000-ci il tarixli 199 saylı sərəncamını mübahisələndirmədiklərini və israrla belə bir hüquqi maraqlarının olmadığını bildirmişdir.

37. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə olunan torpağa mülkiyyət hüququna dair şəhadətnamənin verilməsinə əsas olmuş Mingəçevir şəhər İcra Hakimiyyətinin 2 may 2000-ci il tarixli 199 saylı sərəncamı sorğu edilərək əldə edilmiş və həmin sərəncamın Mingəçevir bələdiyyəsinin mülkiyyətinə torpaq sahələrinin ayrılması ilə bərabər, yerdə qalan torpaqların digər fiziki şəxslərin xüsusi mülkiyyətinə verilməsi məsələsini də həll edibetməməsi, həmçinin müvafiq şəhadətnamələrin sözügedən Sərəncam əsasında tərtib edilib-edilməməsinə aydınlıq gətirilməsi Mingəçevir şəhər İcra Hakimiyyətindən xahiş edilmişdir.

38. Mingəçevir şəhər İHB-nın xx.xx.2022-ci il tarixli, 939 nömrəli məktubunda bildirmişdir ki, müvafiq Sərəncamla yaradılmış komissiya Mingəçevir bələdiyyəsinin mülkiyyətinə veriləcək torpaq sahələrini müəyyənləşdirmiş, Komissiya eyni zamanda vətəndaşların, xüsusən Mingəçevir kəndi deyilən ərazidə yaşayan və uzun müddət istifadələrində torpaq sahələri olan şəxslərin istifadə etdikləri torpaq sahələrinə onların adlarına mülkiyyət şəhadətnaməsinin hazırlanıb verilməsi məsələsini də həll etmişdir.

39. Bu isə onu deməyə əsas verir ki, iddia tələbində ləğv edilməsi tələb edilən, JN- 448F kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” Mingəçevir şəhər İcra Hakimiyyətinin 02 may 2000-ci il tarixli 199 saylı Sərəncamına əsasən tərtib edilmişdir.

40. Belə ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 11 yanvar 1988-ci il tarixli 01 saylı qərarı ilə X4 adına torpaq bölgüsünun qeyd edilməsi müəyyən olunduğundan həmin torpaq sahəsinə dair müvafiq şəhadətnamə hazırlanmışdır.

41. Bundan başqa iddiaçı bildirir ki, ləğvini tələb etdiyi şəhadətnamə onun mülkiyyətində olan 1589 kv.m torpaq sahəsinin üzərinə işlənmişdir. İddiaçının mülkiyyətində olan 0.1589 ha torpaq sahəsinə çıxarışın verilməsinə əsas JN-447F nömrəli şəhadətnamə və Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 11 yanvar 1988-ci il tarixli 01 saylı qərarı olmuşdur. Cavabdeh tərəfindən təqdim edilmiş 168 inventar nömrəli texniki pasportda torpaq sahəsi 1589.9 kv.m qeyd edilsə də, həmin texniki pasporta yalnız tikilinin ölçüləri qeyd edilmiş və torpaq sahəsinin yerləşmə vəziyyət ilə bağlı hər hansı qeyd yoxdur. Belə olan halda, cavabdeh orqan tərəfindən Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 11 yanvar 1988-ci il tarixli 01 saylı qərarı əsasında torpaq sahəsinin yerləşmə vəziyyətinin müəyyən edilməsi anlaşılan deyil. Digər tərəfdən nəzərə alınmalıdır ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 11 yanvar 1988-ci il tarixli 01 saylı qərarı ilə torpaq qeydi həm də, X11 verilmiş, istinad olunan sərəncam əsasında vətəndaşların uzun müddət istifadələrində olan torpaq sahələrinə onların adlarına mülkiyyət şəhadətnamə hazırlanıb verilərkən, həmin torpaq sahələrinin, şəhadətnamə veriləcək şəxslərin əvvəllər istifadəsində olması nəzərə alınmışdır.

42. Göründüyü kimi, sözügedən sərəncam “Mingəçevir şəhər ərazisindəki Bələdiyyə torpaqlarının Mingəçevir bələdiyyəsinə təhvil verilməsi üçün komissiya yaradılması haqqında” olsa da, nəzərə alınmalıdır ki, işdə olan bütün digər (cavabdeh orqan tərəfindən təqdim edilmiş digər şəxslərə aid şəhadətnamələr) şəhadətnamələr də, məhz həmin sərəncam əsasında tərtib edilmişdir. JN-448F kod 90200002 nömrəli şəhadətnamənin həmin sərəncam əsasında verilməməsi iddia olunarsa, işdə olan, iddiaçının özünün adına tərtib edilmiş şəhadətnamənin (JN-447F) də mötəbərliyi şübhə altına alınmış olar.

43. Odur ki, məhkəmə kollegiyası da o qənaətdədir ki, JN-448F kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” Mingəçevir şəhər İcra Hakimiyyətinin 02 may 2000-ci il tarixli 199 saylı Sərəncamı əsasında tərtib edildiyindən, həmin sərəncam isə qüvvədə olduğundan onun əsasında verilmiş şəhadətnamə də ləğv edilə bilməz.

44. Beləliklə, iddiaçının hazırki iş üzrə tələbinin qanuni əsası olmadığından iddiaçının apellyasiya şikayətinin dəlilləri də əsassızdır. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

45. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfin apellyasiya şikayətində qeyd etdiyi hallar mübahisələndirilən sənədin mötəbərliyini və etibarlığını aradan qaldırmır. İddiaçı, ləğv edilməsini tələb etdiyi şəhadətnamənin əsassız və qanuna zidd olmasını təsdiq edən dəlilləri təqdim edə bilməmiş, iddiasının hüquqi əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Oxşar xüsusatlar məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. Mövcud vəziyyətdə cavabdeh kimi göstərilən inzibati orqanın hərəkətlərində hər hansı qanunsuzluq olmamışdır.

46. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın təmin edilməsinin əsası kimi qəbul etmir və əsassız hesab edərək belə qənaətə gəlir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

47. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, “X18, X25, X26, X30, və X19 adlarına verilmiş JN-448F KOD 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin” ləğv edilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

48. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

qərara aldı

İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Nemət qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli 2-1(116)-47/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar