Məhkəmə qərarları › İş №2-1(107)-387/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-387/2025

01.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-387/2025 01.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil, və cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinə qarşı “cavabdehin xx.xx.2025-ci il tarixli 3- 43-66/2-86/2025 saylı qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 27 fevral 2025-ci il tarixli 2-1(116)-2060/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət ederək “cavabdehin xx.xx.2025-ci il tarixli 3-43-66/2- 86/2025 saylı qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum əri X8 hərbi xidmət zamanı xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. Qanuna müvafiq olaraq ona şəhid statusu verilmiş və eyni zamanda o, şəhid ailəsi statusu əldə etmişdir. Lakin, 2007-ci ildə pensiya idarəsindən zəng olunaraq pensiyanın dayandırıldığı bildirilmişdir. Bununla bağlı dəfələrlə müxtəlif instansiyalara müraciət etmişdir. Verilən cavablarda ərinin özünəqəsd edərək həlak olması əsas gətirilərək verilən təminatların dayandırıldığı qeyd olunmuşdur. Lakin, hal-hazıradək şəhid statusunun ləğv edilməsi barədə heç bir məlumat verilməmişdir. Mərhum ərinin ölüm haqqında xx.xx.1995-ci il tarixli şəhadətnaməsində, ölüm qeydi haqqında xx.xx.1995-ci il tarixli şəhadətnamədə, Yevlax Şəhər Hərbi Komissarlığının arayışlarında onun Azərbaycan Respublikasının suverenliyi uğrunda gedən döyüşlərdə həlak olması qeyd olunmuş və dövlət qurumları bu hüquqmüəyyəndici sənədlər əsasında ona şəhid statusu vermişdir. Eyni zamanda onun nəşi Yevlax şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə edilən çoxsaylı müraciətlərə cavab məktublarında mərhumun özünəqəsd etdiyi faktı əsas gətirilmişdir. Bu səbəbdən Füzuli Hərbi Prokurorluğuna müraciət edərək A.Fəttayevin özünəqəsd faktı ilə bağlı cinayət işinin başlanıb-başlanmaması barədə məlumat verilməsi xahiş olunmuşdur. Sorğuya cavab olaraq xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, X8 ilə bağlı Füzuli Hərbi Prokurorluğunda hər hansı cinayət işi istintaq edilməmiş və material araşdırılmamışdır. - Dövlət Sosial Müdafiə X16 Şəxsin 3 saylı X14 Filialı xx.xx.2023-cü il tarixli məktubunda X5 şəhidlik statusunun xx.xx.2007-ci il tarixdən ləğv olunduğunu və həmin tarixdən Şəhid ailələri üçün verilən təqaüdün dayandırıldığını bildirmişdir. xx.xx.2007-ci il tarixdən qanunsuz dayandırılmış təqaüd məbləğlərinin birdəfəlik qaytarılması, təqaüdün və digər növ təminatların bərpa edilməsi öhdəliyinin qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. X11 ünvanladığı xx.xx.2023-cü il tarixli məktubu ilə iş üzrə cavabdeh qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının qoyulması göstərilmiş və ərizəyə baxılmamışdır. Bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh qurum ərizəsinə xx.xx.2023-cü il tarixli məktubla cavab verərək tələbinin icrasından imtina etmişdir. Cavabdehin bu mövqeyini qanunsuz və əsassız hesab etdiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. - Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixili 2-1(116)-2162/2023 saylı qərarı ilə cavabdeh ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə "xx.xx.2007-ci il tarixdən dayandırılmış təqaüd məbləğinin bərpa edilməsi və ödənilməmiş "şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" məbləğinin birdəfəlik ödənilməsi öhdəliyi qoyulmuşdur. Cavabdeh tərəfindən sözügedən qərardan apellyasiya şikayəti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 fevral 2024-cü il tarixli, 2-1(107)-49/2024 sayh qərarı ilə şikayət təmin edilməmişdir. Sözügedən qərarla razılaşmayan cavabdeh həmin qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(102)- 1835/2024 saylı qərarı ilə şikayət təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 fevral 2024-cü il tarixli, 2-1(107)- 49/2024 saylı qərarı dəyişdirilmədən saxlanmışdır. Məhkəmə qərarının icra olunmasının təmin olunması məqsədilə xx.xx.2024-cü il tarixdə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Şəki İnzibati Məhkəməsi xx.xx.2024-cü il tarixdə icra sənədini icra etməsi üçün cavabdehə göndərərək 20 gün ərzində icranı təmin etməsini tələb etmişdir. Lakin həmin müddətdən 4 aydan çox vaxt keçməsinə baxmayaraq, həmin qərarın icrası təmin edilməmişdir. xx.xx.2025-ci il tarixdə cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax Rayon Şöbəsi hazırda mübahisələndirdiyi qərarı təqdim etmişdir. Qərarda xx.xx.1998-ci il tarixli 672 nömrəli arayışın ləğv olunması, X6 şəhid statusunun verilməməsi və İddiaçı Sayad qızının şəhid ailəsi üzvü hesab edilməməsi qeyd olunmuşdur. Buna görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X2 Xidmətində, X4 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilir. Həmin Qərarın 4.1-ci bəndinin 2-ci abzasına əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsinin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Həmin maddədə, həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə mümkün olduğu qeyd olunub. Həmçinin, müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. - Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili işlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X2 Xidmətinin, X4 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Lakin, mərhum X8 barəsində xx.xx.2024-cü il tarixli 3-43-66/2-2030/2024 nömrəli məktubla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə və xx.xx.2024-cü il tarixli 3-43-66/2- 2138/2024 nömrəli məktubla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kadrlar Baş İdarəsinə sorğular olunaraq cavablar alınmışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli 3336 nömrəli məktubunda və xx.xx.2024-cü il tarixli 3569 nömrəli məktubla göndərilmiş əmrdən çıxarışda bildirilir ki, 5-ci motoatıcı taborun 3-cü bölüyünün çavuşu X8 xx.xx.1995-ci il tarixdə özünə qəsd edərək həlak olduğuna görə N nömrəli hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 674 nömrəli əmri ilə taborun şəxsi heyətinin siyahısından çıxarılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax Rayon Şöbəsinin “inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı inzibati icraatın təzələnməsi barədə” 3-43-66/2-85/2025 saylı və “Şəhid və şəhid ailəsi statusunun verilməsi barədə qərarın ləğv edilməsi” haqqında xx.xx.2025-ci il tarixli 3-43-66/2-86/2025 saylı qərarları, - cavabdehin xx.xx.2024-cü il tarixli 877 nömrəli arayışı, - İİ-ЖГ seriyalı 495666 ölüm haqqında şəhadətnamə.

5. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 27 fevral 2025-ci il tarixli 2- 1(116)-2060/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 3-43-66/2-86/2025 saylı “şəhid və şəhid ailəsi statusunun verilməsi barədə qərarın ləğv edilməsi” barədə qərarının ləğv edilməsi qərara alınmışdır.

6. Məhkəmə qeyd etmişdir ki, iş materialları ilə müəyyən edilir ki, Yevlax şəhər Hərbi Komissarlığının xx.xx.1996-cı il tarixli, 2028 nömrəli arayışında X5 xx.xx.1995-ci il tarixdə Azərbaycan Respublikası suverenliyi uğrunda gedən döyüşlərdə (Fizuli bölgəsi) həlak olması barədə qeydlər icra edilmişdir. Eyni zamanda Yevlax şəhər Hərbi Komissarlığı tərəfindən iddiaçıya verilmiş, xx.xx.1998-ci il tarixli 672 nömrəli arayışda X5 Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olması öz əksini tapmış, həmin arayışın verilməsinə əsas olaraq N saylı hərbi hissənin bildirişi göstərilmişdir. İddiaçıya şəhid ailəsi kimi “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”-nın 4.2-ci bəndinə uyğun olaraq Yevlax rayon ƏSM mərkəzi tərəfindən xx.xx.1995-ci il tarixdə 008483 nömrəli vəsiqə verilmiş, Yevlax rayon Sosial müavinətin təyinatı üzrə Əhalinin Sosial Müdafiə Mərkəzinin 180240 nömrəli qərarı ilə xx.xx.2007-ci il tarixdən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təyin edilmişdir. X1 şəhid statusunun verilməsini nəzərdə tutan Yevlax şəhər Hərbi Komissarlığının xx.xx.1998-ci il tarixli, 672 nömrəli arayışın ləğvi ilə bağlı hər hansı icraat aparılmamış və mübahisələndirilən qərar qəbul edilənədək qüvvədə olmuşdur. - Məhkəmə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-3135/2024 saylı inzibati iş üzrə formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq, hazırkı iş üzrə iddia tələbinin əsaslılığını aşağıdakı kimi qiymətləndirmişdir: - təqdim edilmiş icraat materialları ilə müəyyən olunur ki, cavabdeh orqan xx.xx.2025-ci il tarixdə “inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı inzibati icraatın təzələnməsi barədə” 3-43-66/2-85/2025 saylı qərar qəbul etmiş və eyni gündə “şəhid və şəhid ailəsi statusunun verilməsi barədə qərarın ləğv edilməsi haqqında” 3-43-66/2-86/2025 nömrəli qərar qəbul etmiş və bu zaman ümumiyyətlə “İnzibati icraat haqqında” Qanunun normalarını nəzərə almamış, inzibati icraatda iddiaçının iştirakını, dinlənilmə hüququnu, o cümlədən işin hallarının obyektiv araşdırılmasını təmin etməmişdir. - Şəxsə şəhid statusunun verilməsi cavabdehin özü tərəfindən həyata keçirildiyi halda cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanına malik olmalıdırlar. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları və müddəti isə “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edir. Ona görə də, cavabdeh özünün təyinatla bağlı əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etmək üçün sözügedən qanunvericiliyin tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. - İş materiallarından görünür ki, cavabdeh orqan, Yevlax rayon Əhalinin Sosial Müdafiə Mərkəzinə xx.xx.2007-ci il tarixli 1030 nömrəli məktub ünvanlayarkən N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli, 674 nömrəli əmrindən məlumatlı idi. Bununla belə cavabdeh orqan X1 şəhid statusunun verilməsini nəzərdə tutan Yevlax şəhər Hərbi Komissarlığının xx.xx.1998-ci il tarixli, 672 nömrəli arayışının ləğvi ilə bağlı hazırda mübahisələndirilən inzibati aktı məlumatının olduğu tarixdən 18 il keçdikdən sonra qəbul etmişdir. Cavabdeh orqan mübahisələndirilən qərarı qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etməmiş, N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli, 674 nömrəli əmrindən məlumatlı olduğu tarixdən 18 il keçdikdən sonra müvafiq inzibati aktı qəbul etməsini əsaslandırmamışdır. Hazırki iş üzrə cavabdeh orqan tərəfindən aşkar şəkildə İİHQ-nun tələblərinin kobud şəkildə pozulması ilə qanunsuz əlverişsiz inzibati aktın qəbul edilməsi müəyyən edildiyindən iddiaçı sözügedən inzibati aktın ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur.

7. Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 27 fevral 2025-ci il tarixli 2-1(116)-2060/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə baxarkən və qərar qəbul edərkən işin faktiki hallarını düzgün araşdırmamış, habelə qəbul etdiyi qərarda maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bütün bunlar da məhkəmə qərarının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Belə ki, xx.xx.1994-cü il tarixdə keçmiş Yevlax rayon hərbi komissarlığı tərəfindən səfərbərliyə cəlb olunmuş, Yevlax şəhər sakini olmuş xx.xx.1964-cü il təvəllüdlü mərhum X8 N nömrəli hərbi hissənin xx.xx.1995-ci il tarixli, 311 nömrəli bildirişinə əsasən Azərbaycan Respublikasının suverenliyi uğrunda gedən döyüşlərdə xx.xx.1995-ci il tarixdə güllə yarasından həlak olmuşdur. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlərin tətbiqi qaydaları”nın 4.1-ci bəndinə əsasən Yevlax rayon hərbi komissarlığı tərəfindən mərhum X5 şəhid olması barədə xx.xx.1998-ci il tarixli, 672 nömrəli arayış verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən xx.xx.2007-ci il tarixində Yevlax rayon Hərbi Komissarlığına 26/2-8646 saylı məktubla daxil olmuş N nömrəli hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli N nömrəli əmrindən çıxarışda çavuş X8 xx.xx.1995-ci il tarixdə özünə qəsd edərək həlak olması qeyd olunmuşdur. N saylı hərbi hissə komandirinin N nömrəli əmrindən çıxarışa əsasən keçmiş Yevlax rayon Hərbi Komissarlığı tərəfindən mərhum X5 “Şəhid” statusunun və şəhid ailələrinə verilən imtiyazların dayandırılması məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yevlax rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinə xx.xx.2007-ci il tarixli 1030 nömrəli məktub göndərilmişdir. - N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 311 nömrəli bildirişi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən daxil olmuş N nömrəli hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli N nömrəli əmrinin məzmunu arasında ziddiyyət yaranmışdır. Bununla əlaqədar olaraq Xidmətin Yevlax rayon şöbəsi tərəfindən Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinə sorğu olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavabında göstərmişdir ki, N nömrəli hərbi hissənin 5-ci motoatıcı taborunun 3-cü bölüyünün əsgəri, çavuş 1964-cü il təvəllüdlü X5 xx.xx.1995-ci il tarixdə özünə qəsd edərək həlak olduğuna görə taborun şəxsi heyətinin siyahısından çıxarılması müəyyən edilmişdir (əsas: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli 3336 nömrəli, xx.xx.2024-cü il tarixli, 3569 nömrəli məktubları və N nömrəli hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 674 nömrəli əmri). Bundan sonra, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-1835/2024 nömrəli qərarından irəli gələn məsələlərin həll edilməsinə dair 1964cü il təvəllüdlü mərhum X8 və onun arvadı İddiaçı barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Yevlax rayon hərbi komissarlığı tərəfindən qəbul edilmiş 30 sentyabr 1998-ci il tarixli 672 №-li arayışın (qərarın) ləğv olunması üçün Xidmətin Yevlax rayon şöbəsi tərəfindən “İnzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı inzibati icraatın təzələnməsi barədə” xx.xx.2025-ci il tarixli 3-43-66/2-85/2025 nömrəli qərar qəbul edilmiş və sonradan “Şəhid və şəhid ailəsi statusunun verilməsi barədə qərarın ləğv edilməsi haqqında” xx.xx.2025-ci il tarixli 3-43-66/2-86/2025 nömrəli qərar qəbul edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X16 şəxsin 3 saylı X14 filialına göndərilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinə məlumat verilmişdir. Hesab edirlər ki, Yevlax rayon hərbi komissarlığı tərəfindən verilmiş 30 sentyabr 1998-ci il tarixli 672 №-li arayış (qərar) dövlət maraqlarına ziyan vuran qanunsuz əlverişli inzibati aktdır və bu səbəbdən əsaslı olaraq Xidmətin Yevlax rayon şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli 3-43-66/2-86/2025 nömrəli qərar ilə ləğv edilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir

Tərəflərin izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 27 fevral 2025-ci il tarixli 2-1(116)-2060/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 27 fevral 2025-ci il tarixli 2-1(116)-2060/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

12. İnzibati Prosessual Məcəllə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

13. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; .... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. … Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. Maddə 35. İnzibati icraatın təzələnməsi ilə bağlı təkrar ərizə ilə müraciət etmək üçün əsaslar 35.1. Maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: 35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə; 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda; 35.1.3. inzibati aktın aldatma, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər nəticəsində qəbul edildiyi və ya inzibati orqanı təmsil edən şəxsin icraatın gedişatında cinayət törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduqda. 35.2. Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati orqan təkrar ərizəni yoxlamağa və ərizə ilə bağlı müvafiq qərar qəbul etməyə borcludur. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

Apellyasiya şikayətinin mümkünlüyü

14. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

16. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

17. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

18. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

19. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının hüquqi marağı barəsində inzibati orqan tərəfindən qəbul edilmiş “şəhid və şəhid ailəsi statusunun verilməsi barədə qərarın ləğv edilməsi” barədə xx.xx.2025-ci il tarixli 3-43-66/2-86/2025 saylı qərarın ləğv edilməsi ilə bağlıdır.

20. Cavabdeh orqanın apellyasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli 3336 nömrəli məktubunda və xx.xx.2024-cü il tarixli 3569 nömrəli məktubla göndərilmiş əmrdən çıxarışda 5-ci motoatıcı taborun 3-cü bölüyünün çavuşu X5 xx.xx.1995-ci il tarixdə özünə qəsd edərək həlak olduğuna görə N nömrəli hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 674 nömrəli əmri ilə taborun şəxsi heyətinin siyahısından çıxarıldığı göstərilmişdir. Bundan sonra, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-1835/2024 nömrəli qərarından irəli gələn məsələlərin həll edilməsinə dair 1964-cü il təvəllüdlü mərhum X8 və onun arvadı İddiaçı barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Yevlax rayon hərbi komissarlığı tərəfindən qəbul edilmiş 30 sentyabr 1998-ci il tarixli 672 №-li arayışın (qərarın) ləğv olunması üçün Xidmətin Yevlax rayon şöbəsi tərəfindən “İnzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı inzibati icraatın təzələnməsi barədə” xx.xx.2025-ci il tarixli 3-43-66/2-85/2025 nömrəli Qərar qəbul edilmiş və sonradan “Şəhid və şəhid ailəsi statusunun verilməsi barədə qərarın ləğv edilməsi haqqında” xx.xx.2025-ci il tarixli 3-43- 66/2-86/2025 nömrəli Qərar qəbul edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X16 şəxsi 3 saylı X14 filialına göndərilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinə məlumat verilmişdir

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlili ilə bağlı birinci instansiya məhkəməsinin qiymətləndirməsi ilə razılaşır ki, inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunubqorunmadığı “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır.

22. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindən biridir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı).

23. “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan tələblərinə görə, inzibati orqanlar qanuna riayət etməyə borcludurlar. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

24. Şəxs inzibati orqanın icraatla bağlı hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, inzibati aktı qəbul etməsinin səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.

25. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur.

26. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Digər tərəfdən, həmin tələblərə və prosedurlara uyğun aparılmış icraat üzrə materiallar və həmin materiallar üzrə inzibati orqanın qəbul etdiyi əsaslandırılmış qərar, maraqlı şəxsin narazı qaldığı təqdirdə həmin qərarın mübahisələndirilməsi imkanlarının qiymətləndirilməsi və onun səmərəli hüquqi müdafiə imkanları ilə təchiz olunması məqsədlərinə xidmət edir.

27. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.

28. Əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır.

29. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər.

30. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır. Yuxarıda da qeyd edildiyi kimi “İnzibati icraat haqqında” Qanun belə təminatların sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir.

31. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir.

32. Qanunverici cavabdehin inzibati aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə dair müddətin axımının başlanmasını buna dair əsasın ona məlum olduğu, yəni bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirir. Bu zaman bildiyi və ya bilməli olduğu vaxtın fərqli vəziyyətlər olduğu da nəzərə alınmalıdır. Bildiyi hal elə bir hüquqi faktdır ki, inzibati orqan rəsmi mənbədən özünün əvvəlki qərarının qanunsuz olduğu nəticəsinə gəlməyə əsas verən məlumat alır. Həmin məlumatın hansı orqandan və hansı mənbədən əldə olunması hər hansı bir əhəmiyyət kəsb etmir. Bu zaman əhəmiyyət kəsb edən həmin məlumatın inzibati orqana məlum olması anıdır. Bilməli olduğu hal isə elə hüquqi faktdır ki, inzibati orqanın bu hüquqi fakt barədə məlumatının olmaması həyatın adi axarı və müvafiq sahədə tətbiq olunan yerləşmiş idarəçilik qaydaları nəzərə alındıqda, ağlabatan olmamaqla mümkünsüzdür.

33. Beləliklə, qanunverici müxtəlif obyektiv və subyektiv səbəblərə görə inzibati orqanın da yanlış hərəkət etmə ehtimalının olduğunu qəbul edir, lakin bu yanlış hərəkət barədə məlumatın aşkara çıxarıldığı gündən bir il ərzində qüvvədə olan, ləğv edilməmiş və ya geri çağırılmamış aktı ləğv etmə və ya dəyişdirmə imkanını təsbit edir. Qanunverici belə vəziyyətdə inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu və həmin halların məlum olma vaxtı barədə sübutetmə yükünü inzibati orqanın üzərinə qoyur.

34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər.

35. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur.

36. İş materialları ilə də müəyyən edilir ki, Yevlax şəhər Hərbi Komissarlığının xx.xx.1996-cı il tarixli, 2028 nömrəli arayışında X5 xx.xx.1995-ci il tarixdə Azərbaycan Respublikası suverenliyi uğrunda gedən döyüşlərdə (Fizuli bölgəsi) həlak olması barədə qeydlər icra edilmişdir. Eyni zamanda Yevlax şəhər Hərbi Komissarlığı tərəfindən iddiaçıya verilmiş, xx.xx.1998-ci il tarixli 672 nömrəli arayışda X5 Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olması öz əksini tapmış, həmin arayışın verilməsinə əsas olaraq N saylı hərbi hissənin bildirişi göstərilmişdir. İddiaçıya şəhid ailəsi kimi “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”-nın 4.2-ci bəndinə uyğun olaraq Yevlax rayon ƏSM mərkəzi tərəfindən xx.xx.1995-ci il tarixdə 008483 nömrəli vəsiqə verilmiş, Yevlax rayon Sosial müavinətin təyinatı üzrə Əhalinin Sosial Müdafiə Mərkəzinin 180240 nömrəli qərarı ilə xx.xx.2007-ci il tarixdən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təyin edilmişdir. X1 şəhid statusunun verilməsini nəzərdə tutan Yevlax şəhər Hərbi Komissarlığının xx.xx.1998-ci il tarixli, 672 nömrəli arayışın ləğvi ilə bağlı hər hansı icraat aparılmamış və mübahisələndirilən qərar qəbul edilənədək qüvvədə olmuşdur.

37. İş materiallarından da göründüyü kimi, cavabdeh orqan xx.xx.2025-ci il tarixdə “inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı inzibati icraatın təzələnməsi barədə” 3-43-66/2-85/2025 saylı qərar qəbul etmiş və eyni gündə “şəhid və şəhid ailəsi statusunun verilməsi barədə qərarın ləğv edilməsi haqqında” 3-43-66/2-86/2025 nömrəli qərar qəbul etmiş və bu zaman ümumiyyətlə “İnzibati icraat haqqında” Qanunun normalarını nəzərə almamış, inzibati icraatda iddiaçının iştirakını, dinlənilmə hüququnu, o cümlədən işin hallarının obyektiv araşdırılmasını təmin etməmişdir.

38. Belə ki, cavabdeh orqan, Yevlax rayon Əhalinin Sosial Müdafiə Mərkəzinə xx.xx.2007-ci il tarixli 1030 nömrəli məktub ünvanlayarkən N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli, 674 nömrəli əmrindən məlumatlı idi. Bununla belə cavabdeh orqan X1 şəhid statusunun verilməsini nəzərdə tutan Yevlax şəhər Hərbi Komissarlığının xx.xx.1998-ci il tarixli, 672 nömrəli arayışının ləğvi ilə bağlı hazırda mübahisələndirilən inzibati aktı məlumatının olduğu tarixdən 18 il keçdikdən sonra qəbul etmişdir. Cavabdeh orqan mübahisələndirilən qərarı qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12ci maddəsinin tələbinə əməl etməmiş, N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli, 674 nömrəli əmrindən məlumatlı olduğu tarixdən 18 il keçdikdən sonra müvafiq inzibati aktı qəbul etməsini əsaslandırmamışdır.

39. Hazırkı iş üzrə cavabdeh orqan tərəfindən aşkar şəkildə İİHQ-nun tələblərinin kobud şəkildə pozulması ilə qanunsuz əlverişsiz inzibati aktın qəbul edilməsi müəyyən edildiyindən iddiaçı sözügedən inzibati aktın ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur.

40. Məhkəmə kollegiyası sonda onu da qeyd etməyi zəruri hesab edir ki, ərizəçi İddiaçı məhkəməyə “müvəqqəti xarakterli müdafiə tədbirləri barədə” ərizə təqdim edərək, “məhkəmənin icraatında olan 2-1(116)- 2060/2025 saylı iş üzrə yekun məhkəmə aktı qəbul edilib qanuni qüvvəsini alanadək cavabdehin xx.xx.2025-ci il tarixli, 3-43-66/2-86/2025 saylı qərarının icrasının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 27 fevral 2025-ci il tarixli 15(116)-16/2025 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15(107)-7/2025 nömrəli qərardadı ilə üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərardad qanuni qüvvəsini almışdır.

41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edildiyi hazırda mübahisələndirilən qərarından verdiyi apellyasiya şikayətinin ümumilikdə dəlilləri əsassızdır. Buna görə də iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə, birinci instansiya məhkəməsi isə onun iddiasını təmin etməkdə haqlı olmuşdur.

42. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmaqla iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

43. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

Qərara aldı

Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 27 fevral 2025-ci il tarixli 2-1(116)-2060/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar