Məhkəmə qərarları › İş №2-1(107)-388/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-388/2020

07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-388/2020 07.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi tabeliyində Dövlət X3 publik hüquqi şəxsinin Ağdaş rayon filialına qarşı ““Prokurorluq orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikasının xx.xx.2001-ci il tarixli Qanunu” ilə prokurorluq işçilərinin əmək haqqında orta aylıq əmək haqqının artımına səbəb olmuş dəyişikliklərin nəzərə alınaraq hər il məzuniyyətə çıxarkən ödənilmiş iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaqla əlaqədar hər ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində verilmiş birdəfəlik pul müavinəti, hər il əmək haqqının ikiqat həcmi miqdarında ödənilmiş maddi yardımın məbləği, 1992, 1994 və 1997-ci illərin yekununa görə bir aylıq əmək haqqı həcmində verilmiş pul mükafatının məbləği, yəni əmək haqqındakı sonrakı artımların cəminin hesablanaraq 80%-i miqdarında təyin olunmuş pensiyaya əlavə edilməsi, eləcə də 2016-cı ilin dekabr ayından başlayaraq ona təyin olunmuş pensiyanın məbləğində yuxarıda göstərilən qaydada tam hesablama aparılmaması nəticəsində yaranmış fərq məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-453/2020nömrəli qərarından iş üzrə cavabdeh Dövlət X3 publik hüquqi şəxsinin Ağdaş rayon filialı tərəfindən verilmiş apelyasiya şikаyətinə аçıq məhkəmə iclаsındа baxaraq, müəyyən etdi: Şəki İnzibаti Məhkəməsinin (hаkim İ.H.Cabbarov) xx xxxx 2020-ci il tarixli, 2-1(116)- 453/2020 nömrəli qərаrı ilə iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi tabeliyində Dövlət X3 publik hüquqi şəxsinin Ağdaş rayon filialının üzərinə İddiaçı hər il məzuniyyətə çıxarkən ödənilmiş iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaqla əlaqədar hər ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində verilmiş birdəfəlik pul müavinəti, hər il əmək haqqının ikiqat həcmi miqdarında ödənilmiş maddi yardımın məbləği, yəni əmək haqqındakı sonrakı artımların cəminin hesablanaraq 80%-i miqdarında təyin olunmuş pensiyaya əlavə edilməsi, eləcə də 2016-cı ilin dekabr ayından başlayaraq ona təyin olunmuş pensiyanın məbləğində yuxarıda göstərilən qaydada tam hesablama aparılmaması nəticəsində yaranmış fərq məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin qoyulması və iddia tələbinin qalan hissədə təmin edilməmsi qərara alınmışdır. İşin hаllаrı: İddiaçıya 2016-cı ilin dekabr ayında Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət X2 Ağdaş rayon şöbəsi tərəfindən «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunlarına əsasən prokurorluqda 25 il qulluq etmiş və həmin orqanda qulluğunu davam etdirən prokurorluq işçisi kimi aylıq əmək haqqı ilə yanaşı ala biləcəyi pensiyanın 50%-i miqdarında əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorunun xx xxxx 2018-ci il tarixli əmri ilə prokurorluqda qulluq keçmənin son yaş həddinə çatmaqla əlaqədar prokurorluq orqanlarından xaric olunmasına görə həmin vaxtdan əmək pensiyası tam həcmdə verilir. Əmək pensiyası seçdiyi 1992-1996-cı illərdə Füzuli hərbi prokurorunun müavini, 1996-1997-ci illərdə Tərtər hərbi prokurorluğunun müstəntiqi vəzifələrində işləyərkən beş il ərzində ona ödənilmiş orta aylıq əmək haqqından hesablanmışdır (Pensiya təyin olunan zaman qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.8.3-cü maddəsinə əsasən prokurorluq işçilərinin pensiyası istənilən beş ilin orta aylıq əmək haqqından hesablanır). Həmin illərdə Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxxxx 1992-ci il tarixli, 38 nömrəli və Azərbaycan Respublikası Baş Prokurorunun xx xxxx 1994-cü il tarixli, 215 nömrəli əmrlərinə əsasən Füzuli, Tərtər və döyüş bölgələrində yerləşən digər hərbi prokurorluqların prokurorluq işçilərinə pul təminatı üç qat məbləğdə ödənilmiş və pensiya hesablanarkən bunlar nəzərə alınmışdır. İddiaçı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının xx.xx.2001-ci il tarixli Qanunu ilə prokurorluq işçilərinin əmək haqqında orta aylıq əmək haqqının artımına səbəb olmuş dəyişikliklərin nəzərə alınaraq hər il məzuniyyətə çıxarkən ödənilmiş iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaqla əlaqədar hər ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində verilmiş birdəfəlik pul müavinəti, hər il əmək haqqının ikiqat həcmi miqdarında ödənilmiş maddi yardımın məbləği, 1992, 1994 və 1997-ci illərin yekununa görə bir aylıq əmək haqqı həcmində verilmiş pul mükafatının məbləği, yəni əmək haqqındakı sonrakı artımların cəminin hesablanaraq 80% miqdarında təyin olunmuş pensiyaya əlavə edilməsi, eləcə də 2016-cı ilin dekabr ayından başlayaraq ona təyin olunmuş pensiyanın məbləğində yuxarıda göstərilən qaydada tam hesablama aparılmaması nəticəsində yaranmış fərq məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan xx xxxx 2020-ci il tarixli, **********8 nömrəli etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının pensiya təminatı xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. İddiaçı prokurorluq orqanlarında işlədiyinə görə 2016-cı ildə xidmət müddətinə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı pensiya təyin edilərkən öz seçiminə uyğun olaraq xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövr ərzində aldığı əmək haqqına əsasən pensiya təyinatı aparılmışdır. 1992-1997-ci illər ərzində iddiaçının aldığı əməkhaqlarına əsasən pensiyanın hesablanması aşağıdakı qaydada olmuşdur: - Vəzifə maaşı - 947.50 manat, Rütbə - 134 manat, Staj 45 faiz - 426.37 manat, 3 qat ə/h - 2162 manat, Mükafat - 95.49 manat, cəmi orta ə/h - 3765.36 manat, bunun 80 faizi - 3012.29 manat (pensiyanın aylıq məbləği). İddiaçı 1997-ci ilin dekabr ayında ödənilən birdəfəlik yardım pensiyanın hesablanması xx.xx.1992-xx.xx.1997-ci illəri əhatə etdiyi üçün nəzərə alınmamışdır. xx.xx.2018-ci il tarixdən prokurorluq orqanlarında çalışan işçilərin vəzifə maaşları 10 faiz artırılmışdır. Bu səbəbdən vətəndaşın pensiyasının məbləği xx.xx.2018-ci il tarixdən artırılmışdır. Hazırda pensiyanın məbləği aşağıdakı qaydadadır: - Vəzifə maaşı - 1045 manat, Rütbə - 134 manat, Staj 45 faiz - 470.25 manat, 3 qat ə/h - 3326.07 manat, Mükafat - 105.32 manat, cəmi orta ə/h - 5080.64 manat; 80 faizi - 4064.51 manat (pensiyanın aylıq məbləği). Yuxarıda qeyd olunanları və “Əmək pensiyası haqqında” Qanunun 20.1.5-ci və 20.1.5.1-ci maddələrini nəzərə alaraq İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh inzibati orqanın nümayəndəsi iddianın təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq qərar qəbul etmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2019-cu il tarixli HP-09/50 nömrəli, HP-09/51 nömrəli arayışları, AZE seriyalı 0******* nömrəli Vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti, AT-İİİ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2016-ci il tarixli, H1-09/63 nömrəli, H1-09/64 nömrəli, H1-09/62 nömrəli, xx.xx.2016-cı il tarixli H109/143 nömrəli arayışları, 015440 nömrəli pensiyaçının vəsiqəsinin təsdiqlənmiş surəti, Pensiya işinin təsdiqlənmiş surəti aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qərаrı çıxаrılmışdır. Apelyаsiyа şikаyətinin dəlilləri: Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-453/2020 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi tabeliyində Dövlət X3 publik hüquqi şəxsinin Ağdaş rayon filialı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla aylıq vəzifə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun xx xxx 2020-ci il tarixli Qərarının 3-cü bəndində ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz” kimi qərara alınmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və qanunun tələblərinə zidd qərar qəbul etmişdir. Hesab edirlər ki, apelyasiya şikayəti təmin edilməlidir. Apelyasiya məhkəməsinin iclasında İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)- 453/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apelyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh inzibati orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, cavabdeh DSMF publik hüquqi şəxsinin Ağdaş rayon filialı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-453/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 82-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi mübаhisə ilə bаğlı işə şikаyət həddində və hüquqi məsələlər, hаbelə sübutlаr və fаktlаr (fаktiki hаllаr) əsаsındа mаhiyyəti üzrə tаm həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci mаddəsinin tələblərinə əsаsən yeni təqdim olunmuş sübutlаrı (sübutetmə vаsitələrini) və fаktlаrı (fаktiki hаllаrı) dа nəzərə аlır. İş materiallarında olan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun HP09/51 nömrəli arayışından görünür ki, iddiaçı 2013-2017-ci illərin hər ilində iki aylıq əmək haqqı məbləğində müalicə olunmaqla əlaqədar pul təminatı, hər ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində məzuniyyətə çıxarkən birdəfəlik pul müavinəti almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2016cı il tarixli H1-09/63 nömrəli arayışından görünür ki, Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.1994-cü il tarixli 215 saylı “Azərbaycan Respublikası Silahlı Qüvələrinin döyüş əməliyyatları apardığı bölgələrdə olan hərbi prokurorluq işçilərinin maddi təminatı və onlara verilən güzəştlər barədə” əmrinə əsasən pul təminatı üçqat məbləğində olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2016cı il tarixli H1-09/62 nömrəli arayışından görünür ki, İddiaçı 1993-cü ildə 1 aylıq əmək haqqı məbləğində, 1995-ci ildə 2 rütbə və 2 vəzifə maaşı məbləğində, 1996-cı ildə 2 rütbə və 2 vəzifə maaşı məbləğində, 1997-ci ildə 1 aylıq əmək haqqının 50 faizi həcmində mükafatlar verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2016cı il tarixli H1-09/143 nömrəli arayışından görünür ki, İddiaçı 1997-ci ilin dekabr ayında ötən ilin iş yekunlarına görə əsas vəzifə maaşı və hərbi rütbənin iki misli həcmində birdəfəlik pul təminatı verilmişdir. Birinci instansiya məhkəməsi işdə olan sübutları tədqiq edib qiymətləndirərək bu nəticəyə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə hesab etmişdir ki, iddiaçı prokurorluq orqanlarında işlədiyi dövr üzrə hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatı və prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğdə ödənilən birdəfəlik pul müavinəti və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım nəzərə alınmaqla, təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun: - 20.8-ci maddəsinə əsasən, prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir; - 20.9-cu maddəsinə əsasən, ... prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir; - 21.4-cü maddəsinə əsasən, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Maddələrdən göründüyü kimi, prokurorluq işçilərinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə vəzifə maaşlarına müəyyən əlavələrin verilməsi nəzərdə tutulmuşdur. Bunlara məzuniyyətlə bağlı müavinət, müalicə olunmaları ilə bağlı müavinət və maddi yardım aiddir. «Prokurorluq haqqında» Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən, prokurorluq işçilərinin maddi və sosial müdafiəsi qanunvericiliklə hakimlər üçün nəzərdə tutulmuş, habelə "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş qaydada həyata keçirilir. Hərbi prokurorluq orqanlarının hərbi qulluqçularına əlavə olaraq Azərbaycan Respublikası Qanunları ilə hərbi qulluqçular üçün müəyyən edilmiş pensiya, tibbi və başqa növ maddi və sosial təminatlar da şamil edilir. «Əmək pensiyaları haqqında» Qanunun 20.1, 20.1.5 və 20.1.5-1-ci maddələrinə əsasən bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçilərinə, qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək əlil olmuş prokurorluq işçilərinə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 20.8-ci maddəsinə görə bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Həmin Qanunun 29.2-ci maddəsində isə təsbit edilmişdir ki, bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1- ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 20.14-cü maddəsinə əsasən, pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Göründüyü kimi, istinad edilən müddəalar nəzərə alınmaqla məhkəmə haqlı olaraq hesab etmişdir ki, həmin əlavələrin hesablanması əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla aparılmalıdır. “Əmək haqqı” anlayışı isə prokurorluq işçilərinə münasibətdə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsində aşağıdakı kimi müəyyən edilmişdir: prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. Ona görə də, iddiaçının pensiya məbləğinə qulluq stajına görə əlavə hesablanarkən prokurorluq işçilərinin aldığı əmək haqqına daxil olan bütün növ ödənişlərin nəzərə alınması qanunla müəyyən edilmişdir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, prokurorluq işçilərinin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla qulluq stajına görə əmək pensiyasına əlavələrin yenidən hesablanması qaydası bilavasitə “Əmək pensiyaları haqqında” Qanunda təsbit olunmuşdur və bu norma aylıq əmək haqqı sonradan artırıldıqda, əmək pensiyasına əlavələrin yenidən hesablanmasını şəxsin bu artımları əvvəllər alması ilə şərtləndirmir. Bu qaydada pensiyanın yenidən hesablanması üçün artımların hazırda prokurorluq işçilərinin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqının məbləğinə daxil olması kifayətdir ki, cavabdeh də bu halı mübahisə etmir. İddiaçının tələb etdiyi əlavələrin onun tərəfindən alınmadığı barədə cavabdehin dəlili ilə bağlı olaraq isə qeyd olunmalıdır ki, həmin əlavələr qanunun göstərişinə görə verilməli olan ödənişlər olmuşdur və hətta, iddiaçıya işləyərkən həmin ödənişlər verilməmişsə belə, o, hazırda həmin əlavələr nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlıdır. Çünki inzibati orqan tərəfindən qanunun göstərişinə əməl edilməyərək sözügedən ödənişlərin verilməməsi özlüyündə işçinin əmək və sosial təminat hüququnu pozan hal sayılır və bu hala istinad edilməklə işçinin (iddiaçının) əlavə məhrumiyyətlərə düçar edilməsi, o cümlədən pensiya hüququnun məhdudlaşdırılması yolverilməzdir. Bundan başqa, iddiaçıya xx xxxxxx 2016-ci ildə əmək pensiyası təyin edildikdən sonra o, xx xxxx 2018-ci ilədək prokurorluq orqanlarında qulluğa davam etmişdir. Ona görə də, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun (xx xxxxxx 2006-cı il tarixli redaksiyası) 37.3 və 37.3.4-cü maddələrinə əsasən iddiaçının əmək pensiyası almaqla yanaşı işlədiyi xx xxxxxx 2016-ci ildən xx xxxx 2018-ci ilədək olan dövr üçün sözügedən əlavələr 50% həcmində nəzərə alınmaqla yenidən hesablanma aparılmalıdır. «Əmək pensiyaları haqqında» Qanunun (xx xxxxxx 2006-cı il tarixli redaksiyası) 37.3 və 37.3.4-cü maddələrinə əsasən, işləyən əmək pensiyaçılarına bu Qanunun 20.1.-20.1.6cı maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr 50% həcmində ödənilir. Həmin Qanunun 37.2-ci maddəsinə (xx xxxx 2017-ci ilədək redaksiyası) əsasən, əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. İddiaçının tələbinin 1992, 1994 və 1997-ci illərin yekununa görə bir aylıq əmək haqqı həcmində verilmiş pul mükafatı məbləğinin pensiya hesablanan gəlirlərə daxil edilməsi tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, İddiaçı 1997-ci ilin dekabr ayında ödənilən birdəfəlik yardım pensiyanın hesablanması xx.xx.1992-ci ildən xx.xx.1997-ci ilədək olan dövrü əhatə etdiyi üçün nəzərə alınmamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və bununla bağlı əsaslandırması ilə razılaşaraq hesab edir ki, məhkəmə iddianı qismən təmin etməkdə haqlı olmuş və düzgün qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Beləliklə, məhkəmə kollegiyаsı аpelyаsiyа şikаyətinin dəlillərini birinci instаnsiyа məhkəməsinin qərаrının ləğv edilməsi üçün yetərli hesаb etmir və bu nəticəyə gəlir ki, Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən аpelyаsiyа şikаyəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərаrı dəyişdirilmədən qüvvədə sаxlаnmаlıdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87, 89, 90, 94-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi tabeliyində Dövlət X3 publik hüquqi şəxsinin Ağdaş rayon filialı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-453/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərаrdаn surəti tam formada təqdim olunduğu gündən 01 (bir) ay müddətində Şəki Apelyаsiyа Məhkəməsi vаsitəsilə Azərbаycаn Respublikаsı Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikаyəti verilə bilər. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar