Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-388/2022 30.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Oğuz rayonunun Filfilli kəndində yerləşən 0,21 ha torpaq sahəsində X19 ilə bərabər X7 ümumibirgə mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli 2-1(116)-196/2022 nömrəli qərardadından iş üzrə İddiaçı1 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçıların etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil1 cavabdehə qarşı birinci instansiya məhkəməsinə müraciət edərək, Oğuz Rayon Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli 65 saylı qərarına əsasən JN-092F saylı torpağın mülkiyyətə verilməsinə dair X1 adının daxil edilməsi, Oğuz rayonu Filfilli kəndində yerləşən X7 təsərrüfatında olan 78 kv.m yaşayış sahəsinin X7 adına mülkiyyət hüquqları əsasında qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər.
2. İddia ərizəsinin əsaslarına görə, İddiaçı1 xx.xx.1969-cu ildə X16 ilə ailə qurub onların yaşadığı Oğuz rayonu Filfilli kəndinə yerləşən evlərinə gəlin köçmüşdür. Həmin evdə iddiaçı, iddiaçının qayınatası Abdulhəşim Dursunov, onun ikinci qeyri-rəsmi arvadı Almarə Dursunova və iddiaçının qayını Dursun Dursunovla birgə yaşamışdır. İddiaçının qayınanası İddiaçı4 xx.xx.1984-cü ildə vəfat etmişdir. Bu evlilikdən iddiaçının xx.xx.1990-cı il təvəllüdlü Zahidə, xx.xx.1992-ci təvəllüdlü Orxan, xx.xx.2000-ci il təvəllüdlü Mərziyə, xx.xx.2001-ci il təvəllüdlü İbrahim adlı uşaqları olmuşdur. İddiaçının qayınatası X17 xx.xx.2000-ci ildə, iddiaçının əri X16 isə xx.xx.2015-ci ildə vəfat etmişdir. İddiaçının qayınatası ilə qayınanası arasında rəsmi nikah bağlanmışdır. Onların birgə evliliyindən 1955-ci il təvəllüdlü Yazgül, 1958-ci il təvəllüdlü Sadəgül, 1959-cu il təvəllüdlü Səməngül, 1963-cü il təvəllüdlü Məhəmməd, 1967-ci il təvəllüdlü Dursun adlı uşaqları olmuşdur. Sadəgül Dursunova 2018-ci ildə, Yazgül Dursunova 2015-ci ildə vəfat etdiyindən iddiaçı X29 və X30 onların vərəsələri olaraq iddia ərizəsində qeyd etmişdir. İddiaçının qayınatası X17 vəfat edənə qədər Oğuz rayonu Filfilli kəndində yaşamışdır. O, vəfat etdikdən sonra Filfilli kəndində yerləşən ümumibirgə mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı 0,51 ha torpaq sahəsi, fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi miras qalmışdır. İddiaçının qayınatası və qayınanasından miras qalmış əmlakı onun mərhum əri X16 qəbul etmiş, həmin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hazırda iddiaçıların istifadəsindədir.
3. İddiaçılara məlum olmuşdur ki, Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 saylı qərarı ilə X17, X19 və X6 təsərrüfatı təyinatlı 0,51 ha torpaq sahəsi verilmişdir. Eyni tarixli qərar əsasında tərtib olunmuş JN-092F saylı torpağın mülkiyyətə verilməsinə dair X9 təsərrüfatı yalnız X12 adına qeydiyyata alınmışdır. Halbuki, Aqrar İslahat Komissiyasının qərarında X7 adı olmasına baxmayaraq şəhadətnaməni tərtib etmiş DTXK-nın Oğuz rayon şöbəsi iddiaçılara məlum olmayan səbəbdən JN-092F saylı X1 adını daxil etməmiş, cavabdeh orqan isə 1958-ci ildə inşa edilmiş 78 kv.m yaşayış sahəsinə Daşdəmir Dursunovun hüquqlarını qeydiyyata almaqdan imtina etmişdir.
4. İddiaçıların etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil1 cavabdehə ərizə ilə müraciət edərək JN-092F nömrəli X1 adının əlavə olunmasını xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır.
5. Cavabdeh xx.xx.2021-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, JN-092 F saylı Torpağın mülkiyyətə verilməsinə dair X1 adının daxil edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsinin səlahiyyətləri daxilində deyil. Qeyd edilən torpaq sahəsində yerləşən fərdi yaşayış evi yaşayış üçün yararsız olduğundan qeydiyyata alınması mümkün olmamışdır.
6. JN-092 F saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında 0,21 ha torpaq sahəsinə X12 adına xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. X19 xx.xx.2020-ci il rarixli, 4Ə 236 saylı alqı-satqı müqaviləsi əsasında 0,21 ha torpaq sahəsini X3. xx.xx.2020-ci il rarixli, 4Ə 236 saylı alqısatqı müqaviləsi əsasında 0,21 ha torpaq sahəsinə X26 adına xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir.
7. Eyni zamanda qeyd edilmişdir ki, ərazi idarəsinin mütəxəssisləri tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar ərazi idarəsində mövcud olan elektron kadastr məlumat bazası ilə müqayisə olunmuşdur. Bu zaman məlum olmuşdur ki, torpaq sahəsi yaşayış məntəqəsi torpaqlarına aiddir. İddia edilən torpaq sahəsi X26 mülkiyyətində və istifadəsindədir. Torpaq sahəsində yaşayş üçün yararsız fərdi yaşayış evi və digər həyət tikililəri mövcuddur.
8. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
9. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
10. İş üzrə üçüncü şəxs X31 birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.2022ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, o, həmin torpaq sahəsini notariat qaydada alqı-satqı olunaraq 12.000 manat məbləğə almışdır. Torpaq sahəsini aldığı zaman həmin ərazidə heç bir tikili mövcud olmamışdır və heç bir tikili Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmamışdır. Mübahisələndirilən torpaq sahəsi üzərində mülkiyyət hüququ yalnız X18 məxsusdur. İddiaçıların başqasının mülkiyyətində olan torpaq sahəsinə rəsmiləşdirilmiş şəhadətnaməyə və ya çıxarışa heç bir aidiyyatı və hüquqi əsası olmayan X7 adının qeyd edilməsi şəxsin mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasıdır. Torpaq sahəsi Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 saylı qərarına əsasən birbaşa X12 adına sənədləşdirilmiş və həmin əsasla JN-092F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Eyni zamanda həmin şəhadətnaməyə əsasən **********54 reyestr nömrəsi ilə qeydiyyata alınmış Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Çıxarış verilmişdir.
11. E.Cabbarov məktubunda qeyd etmişdir ki, X12 həmin torpaq sahəsi üzərindəki payı tamdır və atasından miras qalmamışdır. Qeyd olunan torpaq sahəsinə dair X7 ölümü ilə əlaqədar Oğuz rayon notariat ofisində heç bir vərəsəlik işi aparılmamış, torpaq sahəsi yüklü olmamışdır.
12. E.Cabbarov məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
13. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçılara və onların nümayəndəsi və vəkilinə hüquqi yardım məktubu ünvanlanmış və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən nəzərlərinə çatdırılmışdır ki, qaldırdıqları iddia üzrə subyektiv hüquqa malik olub-olmadıqlarının araşdırılması zərurəti yaranmışdır. Belə ki, hazırkı iddia ərizəsi ilə Oğuz rayonu Filfilli kəndində yerləşən 0,21 ha torpaq sahəsində X19 ilə bərabər X7 ümumibirgə mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edərək, X8 vərəsələri olmalarına dair sənədləri təqdim etsələr də, X10 münasibətdə onun vərəsələri olmalarını təsdiq edən heç bir sənəd təqdim etməmişlər.
14. Odur ki, iddiaçılardan X10 münasibətdə iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olub-olmamaları məsələsinin araşdırılması zərurəti yarandığından, A.Dursunovun vərəsələri olmalarını təsdiq edən sənədləri məhkəməyə təqdim etmək xahiş olunmuş və müəyyən edilmiş müddətində qeyd olunanlara münasibət bildirilmələri təklif edilmişdir.
15. İddiaçılar və onların nümayəndəsi və vəkili tərəfindən hüquqi yardım məktubunda qeyd olunlarla bağlı münasibət bildirilməmişdir.
16. Hazırlıq icraatı çərçivəsində xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçıların etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil1 “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək “Oğuz rayonunun Filfilli kəndində yerləşən 0,21 ha torpaq sahəsində X19 ilə bərabər X7 ümumibirgə mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur.
17. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
18. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxs X31 iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
19. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxs X4 nümayəndəsi Nümayəndə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
20. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
21. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 24 may 2022-ci il tarixli 2- 1(116)-196/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
22. İddiaçı1 həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
23. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə əsaslandırılmış və Şəki İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli 2-1(116)-196/2022 nömrəli qərardadının ləğv edilməsini və iddianın mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X31 və üçüncü şəxs X5 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli 2-1(116)-196/2022 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər.
25. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar, üçüncü şəxslər X33, X19, X13, X34 məhkəmə iclasına gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.
26. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
27. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - JN-092F kod 40500028 nömrəli Şəhadətnamənin surətindən görünür ki, Oğuz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 65 saylı qərarı ilə 0,21 ha həyətyanı torpaq sahəsi X18 verilmişdir. - AA seriyalı 508957 nömrəli plan-ölçü sənədinin surətindən görünür ki, 0,21 ha həyətyanı torpaq sahəsi X18 verilmişdir. - xx.xx.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, 0,21 ha həyətyanı torpaq sahəsi X12 xüsusi mülkiyyətində olmuşdur. - Oğuz RİH başçısının xx.xx.2020-ci il tarixli 14 nömrəli Sərəncamının surətindən görünür ki, X2 Rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli 2(054)-13/2019 nömrəli qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş 13 avqust 1967-ci il təvəllüdlü qardaşı X19 üzərində qəyyum təyin edilmişdir. - xx.xx.2020-ci il tarixli ******* nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, X14 (qardaşı X12 əvəzinə) 0,21 ha torpaq sahəsini X3. - xx.xx.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Oğuz rayonu Filfilli kəndində yerləşən 0,21 ha torpaq sahəsi X26 xüsusi mülkiyyətindədir. - 334434 nömrəli “doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, etibarnamə əsasında səlahiyyətli Nümayəndə iş üzrə üçüncü şəxs Məmmədova (Dursunova) Səməngül Abdulhəşim qızının oğludur. - xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı1, İddiaçı4 Məmməd qızı və İddiaçı2 xx.xx.2015-ci ildə vəfat etmiş X8 vərəsələridirlər. Miras əmlak 9 saylı Qəbələ ərazi idarəsi tərəfindən X11 xx.xx.2020-ci il tarixdə verilmiş **********18 və **********19 reyestr nömrəli çıxarışlara əsasən ümumi sahələri müvafiq olaraq 0,5443 ha və 0,2288 ha olan torpaq sahələrinin mərhuma məxsus hissəsindən ibarətdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
28. İnzibati Prosessual Məcəllə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
29. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının: - 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. - 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. - 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. - 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. - 3.4-cü bəndinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. - 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. - 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. - 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. - 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. - 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
30. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 6 və 7-ci bəndləri ilə məhkəmələrə izah olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Həmin Qərarın 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5).
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrəAzərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”.
32. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
33. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.»
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
34. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
36. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
37. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
38. İstinad olunan Plenum qərarından da göründüyü kimi, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı nəzərə alınmalıdır.
39. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, işdən də göründüyü kimi, iddiaçılara hüquqi yardım məktubu ünvanlanaraq X10 münasibətdə onun vərəsələri olmalarını təsdiq edən müvafiq sənədlərin məhkəməyə təqdim olunması xahiş edilmiş, lakin iddiaçılar X8 vərəsələri olmalarına dair sənədi məhkəməyə təqdim etsələr də, X10 münasibətdə onun vərəsələri olmalarını təsdiq edən heç bir sənəd məhkəməyə təqdim olunmamışdır.
40. İstinad olunan qanunvericilik normalarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı yalnız öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir.
42. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.
43. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
44. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli 2-1(116)- 196/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı1 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli 2-1(116)-196/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.