Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-388/2023 21.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X1rşı “1 fevral 2021-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanılaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 28 mart 2023-cü il tarixli 2-1(116)-1038/2023 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X1rşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək "Dövlət Qulluqçusu kimi, 01 fevral 2021-ci il tarixindən əmək pensiyasının bərpa olunması və həmin tarixdən, 01 fevral 2023-cü il tarixə qədər hesablanılaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək "01 fevral 2021-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanılaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdi.
3. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
4. İddia ərizəsinin əsaslarına görə, iddiaçının Dövlət Qulluqçusu olmaqla bu vaxta qədər X3 27 il, 2 ay, 15 gün əmək stajı vardır. X4 xüsusi növü sayılan Ədliyyə Orqanlarında İcra Məmuru, Böyük İcra Məmuru vəzifəsində işləməklə 20 il, 4 ay, 14 fevral 1999-cu il tarixdən, 01 iyun 1999-cu il tarixə kimi, Göyçay rayon Əmək və X5 Qulluğu hesab edilən X12 Baş Mütəxəssisi vəzifəsində işləməklə 4 il, 3 ay, 18 gün və 17 iyul 1999cu il tarixdən, 25 yanvar 2002-ci il tarixə kimi, Göyçay rayon İcra Hakimiyyəti Başçısı X7 hesab edilən X6 vəzifəsində çalışmaqla 2 il, 6 ay, 08 gün olmaqla Dövlət Qulluqçusu kimi əmək stajı olmuşdur. 02 iyun 2014-cü il tarixdə o, uzunmüddətli xəstəliyi ilə əlaqədar Dövlət Qulluğunun xüsusi növünə aid Ədliyyə Orqanlarından işdən azad edildiyi zaman, həmin vaxt X3 əmək stajı ən azı 25 il təşkil etdiyi halda, onun Dövlət Qulluqçusu kimi X3 27 ildən artıq əmək stajı olmuşdur.
5. İddiaçıya Dövlət Qulluqçusu kimi 2015-ci ilin yanvar ayından 844 (səkkiz yüz qırx dörd) manat əlillik pensiyası təyin olunmuşdur. 07 mart 2022-ci il tarixdə "Ədliyyə Orqanlarında Qulluq Keçmə Haqqında” Azərbaycan Respublikası Qanununa əsasən onun 60 yaşım tamam olmuşdur. Bununla əlaqədar Xüsusi Şərtlərlə Təyinatı X10 rəsmi Müraciət etmiş, lakin müraciətin təmin edilməsindən imtina edilmişdir.
6. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, iddiaçının qeyd olunan iddia tələbi üzrə işə Şəki İnzibati Məhkəməsi tərəfindən mahiyyəti üzrə baxılmış və iddia təmin olunmamışdır. Həmçinin qərarın məzmununda iddiaçının yaşının 65-dən olduğu, bu səbəbdən də iddiaçıya sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi, həmçinin iddiaçının ədliyyə orqanlarında ümumi iş stajının 20 il 4 ay təşkil etməklə həmin dövrdə "Əmək pensiyaları haqqında” Qanunda nəzərdə tutulmuş staj tələbinə də cavab vermədiyi qeyd edilmişdir.
7. İddiaçı daha sonra Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1 (116)- 792/2022 nömrəli qərarından apellyasiya şikayəti vermişdir.
8. Şəki Apellyasiya Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 2-1(107)-236/2022 nömrəli qərarının məzmunundan göründüyü kimi apellyasiya instansiyasının mövqeyi də birinci instansiya ilə eyni olmuş və iddiaçının apellyasiya şikayəti təmin olunmayaraq Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-792/2022 nömrəli qərarı qüvvədə saxlanılmışdır.
9. İddiaçı, birinci instansiya məhkəməsinin iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. 10 Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında izahat verərək məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
11. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 28 mart 2023-cü il tarixli 2- 1(116)-1038/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
12. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
13. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 mart 2023-cü il tarixli 2-1(116)-1038/2023 nömrəli qərardadının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini və iddia tələbinə yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 28 mart 2023-cü il tarixli 2-1(116)-1038/2023 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq əmək pensiyası ilə bağlı Bakı şəhərində yerləşən Dövlət Sosial Müdafiə Fonduna dəvət olunduğu üçün məhkəmə prosesinin təxirə salınmasını xahiş etmişdir. Lakin bununla bağlı məhkəmə kollegiyasına hər hansı sübut təqdim etməmişdir.
16. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının: Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1 -ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
19. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
21. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
22. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1).
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının cavabdeh orqana qarşı olan tələbi 01 fevral 2021-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanılaraq ödənilməsi ilə bağlıdır.
24. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-792/2022 nömrəli qərarı ilə baxılmış inzibati iş üzrə iddiaçının cavabdeh orqana qarşı tələbi iki hissədən ibarət olmuşdur. Ədliyyə orqanlarının əməkdaşı kimi 2021-ci ilin fevral ayından İİİ qrup əlilliklə bağlı ləğv edilmiş pensiyasının əmək pensiyası növünə keçirilməsi və xx.xx.2021-ci il tarixə qədər pensiyasının hesablanılaraq ödənilməsi.
25. Göründüyü kimi ilkin icraat zamanı iddiaçı cavabdeh orqana qarşı 2021-ci ilin fevral ayında əmək pensiyası növünə keçirilmə barədə iddia qaldırmış və həmin tələbə mahiyyəti üzrə baxılaraq hüquqi qiymət verilmişdir.
26. Məhkəmə kollegiyasının qənaətinə görə belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki hazırkı tələbdə iddia ərizəsinin texniki tərtibatı dəyişdirilərək tələb "01 fevral 2021-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi” şəklində ifadə edilsə də, faktiki olaraq iddiaçının nail olmaq istədiyi hüquqi nəticə eynidir və həmin hüquqi nəticəyə uyğun olaraq artıq bir dəfə inzibati məhkəmə araşdırması aparılaraq yekun məhkəmə aktı qəbul edilmiş və iddia tələbi təmin edilməmişdir.
27. Belə ki, iddiaçıya əmək pensiyasının təyin edilməsinin əsaslılığına qiymət verərərkən Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-792/2022 nömrəli qərarında qeyd edilmişdir ki, ““Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunun iddiaçının qulluq keçməsinə 40.1.5-ci maddəyə əsasən xitam verildiyi xx.xx.2014-cü il tarixdə qüvvədə olmuş mətninə əsasən ədliyyə orqanları işçisinin ədliyyə orqanlarında qulluqda olmasının yaş həddi 60 yaş olmuşdur (maddə 18.1).
28. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan yaş tələbinə cavab verməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun həmin tarixə qüvvədə olmuş 9.7-ci maddəsinə görə isə ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçilərinin yaşa görə əmək pensiyası hüququ nəzərdə tutulurdu. İddiaçı iddia ərizəsində də bildirmişdir ki, onun ədliyyə orqanlarında ümumi iş stajı 20 il 4 ay təşkil etməkdədir.
29. Beləliklə, iddiaçı həmin dövrdə “Əmək pensiyaları haqqında” Qanunda nəzərdə tutulmuş staj tələbinə cavab verməməklə yanaşı, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunda nəzərdə tutulmuş yaş tələbinə də cavab verməmişdir. Həmçinin qanunvericiliklə kişilərə münasibətdə yaş həddinin azaldılması mexanizmi nəzərdə tutulmamışdır. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının ədliyyə orqanlarında qulluq keçməsinə qanunvericiliyin tələblərinə müvafiq olaraq pensiya hüququ yaranmadan xitam verilmiş, yalnız bundan sonra ona əlilliyə görə əmək pensiyası təyin edilmiş, iddiaçı 5 il müddətində İİİ qrup əlil kimi əmək pensiyası almışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iki zəruri şərt müəyyən etməkdədir: 1) şəxsin qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) şəxsin qanunla müəyyən edilmiş sosial sığorta stajına malik olması. İddiaçının qulluq keçdiyi dövrdə isə onun qulluq keçməsinin xüsusi dövlət qulluğu növünə aid olması nəzərə alınmaqla, ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq staına malik olması tələbi şəxsin yaşından asılı olmayaraq ona əmək pensiyasının təyin edilməsinə imkan verirdi.
30. Məhkəmə kolegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı nə hazırda, nə də ki, ona əlilliyə görə əmək pensiyasının təyin edildiyi dövrdə göstərilən tələblərə cavab verməmişdir. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 2-1(107)- 236/2022 nömrəli qərarında qeyd edilmişdir ki, qanunvericiliyin tələbinə görə, əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilməsi istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçməsi üçün ilkin şərt onun hər iki əmək pensiyası növünə görə hüququnun yaranması, digər şərt isə ona əmək pensiyasının bir növünün təyin edilməsindən ibarətdir. Hazırkı vəziyyətdə iddiaçının heç bir növdə əmək pensiyası hüququ yaranmamışdır.
31. Göründüyü kimi hazırkı iddia ərizəsində qeyd olunan “01 fevral 2021-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə münasibətdə qanuni qüvvəyə minmiş məhkəmə qərarları mövcuddur və həmin qərarlarda iddiaçının heç bir növdə əmək pensiyası hüququ yaranmamasına hüquqi qiymət verilmişdir.
32. Belə olan halda hazırkı hüquqi mübahisənin yenidən inzibati məhkəmə icraatı çərçivəsində araşdırılması qanunveriçiliyin prossesual normaların tələblərinə əsasən istisna edilir. Belə ki, iddia tələbi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburi olduğundan inzibati məhkəmə icraatı çərçivəsində həmin qərar ilə müəyyən edilmiş hallara yenidən baxıla bilməz.
33. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 15.5-ci və 15.6-cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
34. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
35. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.
36. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
37. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 28 mart 2023-cü il tarixli 2-1(116)- 1038/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 28 mart 2023-cü il tarixli 2-1(116)-1038/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.