Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-388/2024 27.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), X4 və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “İddiaçı məxsus tikili obyektində, yəni Göyçay şəhəri, Nizami küçəsində yerləşən qeyri-yaşayış sahəsinə (Göyçay Rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 103 nömrəli sərəncamı və xx.xx.2010-cu il tarixli 653 saylı icazəsi əsasında aparılan və Göyçay Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 20 nömrəli icazəsi əsasında istismarına icazə verilən tikinti, yenidən qurma və genişləndirmə işləri nəzərə alınmaqla) dair kodun verilməsi və verilən koda dair Şəhadətnamənin iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 5 dekabr 2023-cü il tarixli 2-1(116)-2070/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “İddiaçı məxsus tikili obyektində, yəni Göyçay şəhəri, Nizami küçəsində yerləşən qeyri-yaşayış sahəsinə (Göyçay Rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 103 nömrəli sərəncamı və xx.xx.2010-cu il tarixli 653 saylı icazəsi əsasında aparılan və Göyçay Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 20 nömrəli icazəsi əsasında istismarına icazə verilən tikinti, yenidən qurma və genişləndirmə işləri nəzərə alınmaqla) dair kodun verilməsi və verilən koda dair Şəhadətnamənin iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının vəkili (nümayəndəsi) xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “İddiaçı məxsus tikili obyektində, yəni Göyçay şəhəri, Nizami küçəsində yerləşən qeyri-yaşayış sahəsinə (Göyçay Rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 103 nömrəli sərəncamı və xx.xx.2010-cu il tarixli 653 saylı icazəsi əsasında aparılan və Göyçay Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 20 nömrəli icazəsi əsasında istismarına icazə verilən tikinti, yenidən qurma və genişləndirmə işləri nəzərə alınmaqla) dair kodun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.Ərizə həmin tarixli iclas protokolun qərardadı ilə qəbul edilmişdir.
3. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı Göyçay şəhəri, Nizami küçəsində yerləşən qeyri-yaşayış sahəsini (şadlıq sarayını) xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi ilə almışdır. Qeyri-yaşayış sahəsini aldıqdan sonra Göyçay Rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 103 nömrəli sərəncamı və sonradan əlavə olaraq tələb edildiyi üçün iddiaçı tərəfindən alınan Göyçay Rayon İcra Hakimiyyətinin xx.xx.2010cu il tarixli icazəsi əsasında mülkiyyətində olan Göyçay şəhəri, Nizami küçəsində yerləşən qeyri-yaşayış sahəsini (şadlıq sarayını) müasir tələblərə uyğunlaşdırmaq üçün yenidən qurma və genişləndirmə işlərinə icazə verilmişdir. Həmçinin iddiaçıya icra ediləcək tikinti işlərinin sxematik planı təqdim edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassız olmaqla yanaşı onun qanunla müəyyən edilən hüquqlarını pozur və hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edir.
4. Cavabdeh iddiaya qarşı münasibətində bildirmişdir ki, Göyçay şəhəri, Nizami küçəsində yerləşən qeyri-yaşayış sahəsinə (şadlıq sarayına) dair verilmiş xx.xx.2010-cu il tarixli Sərəncam tikinti obyektinin tikintisinə icazə ilə bağlı deyil, mövcud tikinti obyektinin İddiaçı adına rəsmiləşdirilməsinə dair verilmişdir. Həmin Sərəncam Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016- cı il tarixli 495 nömrəli Qərarı ilə təsdiq edilmiş formaya uyğun verilməmişdir. Göründüyü kimi, yerli icra hakimiyyəti orqanı tərəfindən verilən Sərəncam tikinti işlərinin başlanmasına əsas olan tikintiyə icazə sənədi deyil, icazəsi olmadan inşası başa çatmış tikinti obyektinin rəsmiləşdirilməsi məqsədi ilə verilmişdir.
5. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 5 dekabr 2023-cü il tarixli 2- 1(116)-2070/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
7. Cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbinə əsasən şəhərin və şəhər rayonunun icra hakimiyyəti orqanının sərəncamında olan əmlaka münasibətdə icra hakimiyyəti başçısı tərəfindən müvafiq hüquqi hərəkətlərin edilməsi üçün hər-hansı məktub deyil, məhz sərəncam verilir. İddiaçı tərəfindən isə Komitəyə obyektin tikintisinə dair sənəd və məlumatların "Tikintilərin Dövlət reyestri’nə daxil edilməsi üçün müraciət ərizəsinə sadəcə xx.xx.2010-cu il tarixli 653 nömrəli icazə məktubu əlavə edilmiş, lakin icra hakimiyyəti başçısı adından təqdim edilmiş hər-hansı sərəncam əlavə edilməmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 1(116)-2070/2023 nömrəli qərarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması'' Qaydalarının 4.4-cü bəndinə istinad edilərək, belə qənaətə gəlinmişdir ki, kodun verilməsi tələb olunan tikilinin inşasına reyestrin yaranmasından əvvəl başlanıldığından yuxarıda qeyd olunan Qaydaların 4.4-cü bəndinin müddəaları tətbiq olunmalı və cavabdeh orqan tərəfindən iddiaçının müraciəti təmin edilməli idi. Bununla əlaqədar olaraq, “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması” Qaydalarının 4.4-cü bəndi məhz “Tikintilərin Dövlət reyestr”i yaradılana kimi obyektin tikintisinə icazə verilən lakin, istismarına icazə verilməmiş tikinti obyektlərinə dair məlumat və sənədlərin yerli icra hakimiyyəti orqanı və ya sifarişçi tərəfindən reyestrə təqdim edilməsi və tikinti obyektinə kod verilməsini məsələsini tənzimləyir. Yəni sözügedən Qaydanın 4.4-cü bəndi “Tikintilərin Dövlət reyestri” yaradılana qədər artıq mövcud olan obyektin tikintisinə dair sənədlərin birbaşa sifarişçi tərəfindən reyestrə təqdim edilməsi və bu zaman ona kod verilməsi ilə bağlı məsələni tənzimləyir. Həmçinin, Göyçay Rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 103 nömrəli sərəncamı ilə İddiaçı onun mülkiyyətində olan 966 m2 sahədə iki mərətbəli “Şadlıq evi” binasında layihə üzrə 1014 m2 ölçüyə qədər yenidənqurma işlərinin aparılmasına icazə verilmişdir. Lakin xx.xx.2017-ci il tarixli “İstismara hazırlıq” aktından görünür ki, icazə verilən və razılaşdırılan layihədən kənara çıxılaraq 1501 m2 ümumi sahəsi olan tikinti obyekti inşa edilmişdir. Eyni zamanda bildirilmişdir ki, məhkəmə tərəfindən təqdim edilmiş sübutlara hərtərəfli düzgün hüquqi qiymət verilməmiş, iş materialları ətraflı araşdırılmamış, həmçinin iş materiallarında olan sübutlar bir-biri ilə düzgün əlaqələndirilməmiş, habelə məhkəmənin gəldiyi yekun qənaətlə bağlı kifayət qədər əsaslandırılmış izahat verilməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 5 dekabr 2023-cü il tarixli 2-1(116)-2070/2023 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
9. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.
10. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
11. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:
1. Cavabdehin imtina məktubu;
2. Cavabdehin xx.xx.2023-cü il tarixli etiraz ərizəsi;
3. 07 iyun 2005-ci il tarixli 166 reyestr nömrəli Qeydiyyat vəsiqəsinin təsdiqlənmiş surəti;
4. JN-1361 kod 40800001 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktının təsdiqlənmiş surəti;
5. Göyçay RİH başçısının xx.xx.2007-ci il tarixli 103 nömrəli sərəncamı;
6. Göyçay RİH başçısının xx.xx.2010-cu il tarixli 653 nömrəli məktubu;
7. 01 avqust 2005-ci il tarixli 241831 nömrəli müqavilənin təsdiqlənmiş surəti;
8. xx.xx.2017-ci il tarixli istismara hazırlıq aktı;
9. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 X3 12 iyul 2017-ci il tarixli 793 nömrəli rəyi;
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması” Qaydaları : 1.3.1. Reyestrə qeydiyyat və uçot məqsədilə daxil edilən tikinti obyektlərinə dair məlumatları və onların tərkibini; 1.3.2. məlumatların Reyestrə təqdim edilməsini; 1.3.3. məlumatların Reyestrə daxil olunmasından imtina edilməsini və imtina edilmənin əsaslarını və müddətini; 1.3.4. məhdudiyyət və qadağaların qeydiyyatını. 1.4. Reyestrin aparılması Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra – Komitə) tərəfindən büdcə vəsaiti hesabına həyata keçirilir. 3.1. Reyestrə daxil edilən məlumatların tərkibi aşağıdakılardır: 3.1.1. tikintiyə icazə verən orqan (qurum) tərəfindən Reyestrə təqdim edilməsi nəzərdə tutulan icazəyə dair sənəd və məlumatlar, o cümlədən: 3.1.1.1. obyektin tikintisinə icazənin surəti; 3.1.1.2. sifarişçinin torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; 3.1.1.3. tikinti obyektinin yerləşdiyi ərazinin müfəssəl planından çıxarış və ya təsdiq edilmiş şəhərsalma əsaslandırılması; 3.1.1.4. tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi; 3.1.1.5. tikinti obyektinin əsas texniki göstəriciləri, yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları (koordinatlar bu Qaydaların 3.1.1.2-ci yarımbəndində nəzərdə tutulan sənədlərdə göstərilmədiyi hallarda), situasiya planı və təyinatı barədə məlumat; 3.1.1.6. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növlərinə dair ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi və dövlət ekoloji ekspertizasının rəyi. 3.1.2. Tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı aşağıdakı məlumatlar istismara icazə verən orqan (qurum) tərəfindən Reyestrə təqdim edilir: 4.2. Tikintiyə icazə verən orqan (qurum) tikintiyə icazə verdiyi tarixdən 3 iş günü müddətində bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənəd və məlumatları Reyestrə təqdim edir. Bu məlumatlar Reyestr kitabında qeydə alınır, 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilməklə, tikinti obyektinə kod verilir və bu barədə bu Qaydalara Əlavədə göstərilən Şəhadətnamə məlumatları təqdim etmiş tikintiyə icazə verən orqana (quruma) göndərilir. Kağız və elektron daşıyıcılarda qeydə alınmış göstəricilər bir-birinə uyğun olmalıdır. Fərq aşkar edilərsə, kağız üzərində olan yazılara üstünlük verilir. Reyestrə daxil edilmiş tikinti obyektlərinə dair sənəd və məlumatlar qovluqlarda saxlanılır. Gələcəkdə həmin tikintilərdə müvafiq dəyişikliklər edilməsi barədə məlumat daxil olduqda həmin məlumatlar aidiyyəti qovluqlara əlavə olunur və rəhbərin yazılı göstərişi əsasında Reyestrdə müvafiq dəyişikliklər aparılır. 4.2-2. Məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikintisi başa çatdıqdan sonra, sifarişçi bu barədə məlumatı sifarişli poçt göndərişi ilə 10 iş günü müddətində tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərir və ya bilavasitə təqdim edir. Sifarişçi öz arzusu ilə həmin məlumatı sifarişli poçt göndərişi ilə Reyestrə göndərə və ya bilavasitə təqdim edə bilər. 4.3. Bu Qaydaların 3.1.1-ci yarımbəndində qeyd olunan sənəd və məlumatlar tam tərkibdə Reyestrə təqdim edilmədikdə, tikinti obyekti Reyestrdə qeydə alınmır və bu barədə 3 (üç) iş günü müddətində məlumatları təqdim etmiş tikintiyə icazə verən orqana (quruma) əsaslandırılmış imtina məktubu göndərilir. Tikintiyə icazə verən orqan (qurum) çatışmayan sənəd və məlumatları imtina məktubunu aldığı tarixdən 5 (beş) iş günü müddətində Reyestrə təqdim edir. 4.4. Reyestrin yaranmasından əvvəl tikintisinə başlanılmış, lakin istismarına icazə verilməmiş tikinti obyektlərinə dair bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulan məlumat və sənədlər yerli icra hakimiyyəti orqanı və ya sifarişçi tərəfindən Reyestrə təqdim edilir və tikinti obyektinə kod verilir.
14. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu: 87.2. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilibgöstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. 87.3. Törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir.
15. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
16. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
17. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
18. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
19. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
21. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçının hüquqi marağı Göyçay şəhəri, Nizami küçəsində yerləşən qeyri-yaşayış sahəsinin istismarına dair kodun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.
22. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbinə əsasən şəhərin və şəhər rayonunun icra hakimiyyəti orqanının sərəncamında olan əmlaka münasibətdə icra hakimiyyəti başçısı tərəfindən müvafiq hüquqi hərəkətlərin edilməsi üçün hər-hansı məktub deyil, məhz sərəncam verilir. İddiaçı tərəfindən isə Komitəyə obyektin tikintisinə dair sənəd və məlumatların "Tikintilərin Dövlət reyestri”nə daxil edilməsi üçün müraciət ərizəsinə sadəcə xx.xx.2010-cu il tarixli 653 nömrəli icazə məktubu əlavə edilmiş, lakin icra hakimiyyəti başçısı adından təqdim edilmiş hər-hansı sərəncam əlavə edilməmişdir. Həmçinin, Göyçay Rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 103 nömrəli sərəncamı ilə İddiaçı onun mülkiyyətində olan 966 m2 sahədə iki mərətbəli “Şadlıq evi” binasında layihə üzrə 1014 m2 ölçüyə qədər yenidənqurma işlərinin aparılmasına icazə verilmişdir. Lakin xx.xx.2017-ci il tarixli “İstismara hazırlıq” aktından görünür ki, icazə verilən və razılaşdırılan layihədən kənara çıxılaraq 1501 m2 ümumi sahəsi olan tikinti obyekti inşa edilmişdir.
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarından da göründüyü kimi, Göyçay Rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 103 nömrəli sərəncamına əsasən iddiaçıya 966,2 kv.m sahədə iki mərtəbəli “Şadlıq evi” binasında fərdi layihə üzrə 1014 kv.m ölçüyədək genişləndirmə və yenidənqurma işlərinin aparılmasına, ərazisində isə sakinlərin mədəni istirahətinin təşkili üçün əlavə tikililərin tikintisinə icazə verilmişdir. Sonradan iddiaçının təkrar müraciəti əsasında Göyçay Rayon İcra Hakimiyyətinin xx.xx.2010-cu il tarixli icazəsi ilə qeyri-yaşayış binasının yenidən qurma və genişləndirmə işlərinə, yəni iddiaçının mülkiyyətində olan şəhərin Nizami küçəsi ilə Vaqif küçəsinn kəsişən hissəsinin cənubi-şərq tərəfindən yerləşən 0.39 ha torpaq sahəsində verilmiş sxem üzrə 33m x 7.5m ölçüdə iki mərtəbəli iaşə obyektinin, 219 kv.m ölçüdə isə mətbəx və köməkçi otaqların tikintisinə icazə verilmişdir. Bununla yanaşı, kodun verilməsi tələb olunan tikili Reyestrin yaranmasından əvvəl tikintisinə başlanıldığından yuxarıda istinad olunan Qaydaların 4.4-cü bəndinin müddəaları tətbiq olunmalıdır. Həmin bəndə əsasən Reyestrin yaranmasından əvvəl tikintisinə başlanılmış, lakin istismarına icazə verilməmiş tikinti obyektlərinə dair bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulan məlumat və sənədlər yerli icra hakimiyyəti orqanı və ya sifarişçi tərəfindən Reyestrə təqdim edilir və tikinti obyektinə kod verilir.
24. Belə olan halda həmin müddəalara uyğun olaraq iddiaçı tərəfindən sənədlər cavabdehə təqdim edildiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.
25. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir.
26. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı məxsus tikinti obyektinə (Göyçay şəhəri, Nizami küçəsində yerləşən qeyri-yaşayış sahəsi) dair kodun verilməməsinə dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
27. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 5 dekabr 2023-cü il tarixli 2-1(116)-2070/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.