Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-389/2020 17.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Cavabdehnə (bundan sonra cavabdeh və ya DSMF-in Şəki şəhər şöbəsi) qarşı “müharibə veteranları üçün qanunla verilən müavinətin xx.xx.2019-cu il tarixdən geri üç ilinin ödənilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbi barədə inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)- 739/2020 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı 2016-cı ilin aprel ayında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda təcavüzkar Ermənistan Respublikasının silahlı qüvvələrinə qarşı aparılan döyüş əməliyyatlaında iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 086490 nömrəli vəsiqəyə əsasən, iddiaçı müharibə veteranıdır. İddiaçıya Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2001-ci il tarixli 613 saylı fərmanına əsasən Cavabdeh tərəfindən xx.xx.2019-cu tarixdən kommunal, nəqliyyat və digər xidmətlərə görə müharibə veteranlarına sosial müavinət təyin olunmuş və ödənilir. DSMF-nin Şəki şəhər şöbəsi tərəfindən həmin tarixdən ona Prezident təqaüdü təyin edilmiş, lakin müharibə veteranları üçün nəzərdə tutulmuş və əvvəlki illər üçün ödənilən müavinət ona verilməmişdir. İddiaçı bununla əlaqədar DSMF-nin Şəki şəhər şöbəsinə müraciət etmiş, lakin cavabdeh orqan bundan imtina etmişdir. Bundan sonra iddiaçı müharibə veteranları üçün qanunla verilən müavinətin xx.xx.2019-cu il tarixdən geri üç ilinin ödənilməsi ilə bağlı DSMF-in Şəki şəhər şöbəsinə müraciət etmiş, lakin sonuncu xx.xx.2020-ci il tarixli **********0 nömrəli məktubla bildirmişdir ki, ona xx.xx.2019-cu il tarixdən Müharibə veteranlarına verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş və ödənilir. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq, hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2016-cı ilin aprel ayında təcavüzkar Ermənistan Respublikasının silahlı qüvvələrinə qarşı döyüşmüş və ona Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.2019-cu ildə müharibə veteranı vəsiqəsi verilmişdir. xx.xx.2019-cu il tarixdən müharibə veteranları üçün qanunla verilən müavinəti 80 manatı DSMF-in Şəki şəhər şöbəsindən alır. O, DSMF-in Şəki şəhər şöbəsinə xx.xx.2019-cu il tarixdən geri üç ilinin ödənilməsini tələb etmiş, ona bunun veriməsindən imtina edilmişdir. İşə birinci instansiya məhkəməsində baxılan zaman cavabdeh inzibati orqan iddia tələbinə etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, Şəki rayonu Böyük Dəhnə kəndində pasport qeydiyyatında olan İddiaçı xx.xx.2019-cu il tarixli müraciətinə əsasən kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2001-ci il tarixli 613 saylı fərmanına əsasən Cavabdeh tərəfindən xx.xx.2019-cu tarixdən kommunal, nəqliyyat və digər xidmətlərə görə müharibə veteranlarına sosial müavinət təyin olunmuş və ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 151 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət pensiyaçı olmayan hərbi qulluqçulara və xüsusi rütbəsi olan şəxslərə onların xidmət keçdiyi orqan, müavinətə hüququ olan digər şəxslərə isə Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 yerli şöbələri tərəfindən təyin olunaraq ödənilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 1994-cü il tarixli “Veteranlar haqqında” Aərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən Veteranlar üçün nəzərdə tutulmuş jzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Vətəndaş İddiaçı müharibə veteranlarına ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü almaq üçün şöbəyə xx.xx.2019-cu il tarixdə rəsmi ərizə ilə müraciət etmiş və təqdim etdiyi qanunvericiliyə uyğun tələb olunan sənədlərə şöbənin sosial müavinətvə təqaüd təyin edən komissiyasının işində xx.xx.2019-cu il tarixdə baxılmışdır. Vətəndaşa “Müharibə veteranı” adı və vəsiqəsi xx.xx.2019-cu il tarixdən verildiyindən və X3” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən aylıq müavinət ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə (o cümlədən müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət) onu almaq hüququ yaranan gündən (müharibə veteranı adı və vəsiqəsi verilən gündən) təyin edildiyindən, İddiaçıa xx.xx.2019-cu il tarixdən etibarən ƏƏSMN yanında Cavabdeh tərəfindən müharibə veteranlarına sosial müavinət təyin edilmiş və qanunamüvafiq ödənişi aparılır. Məlumat üçün bildiririk ki, müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə güzəştlər xx.xx.2005-ci il tarixdən müavinətlərlə əvəz olunmuşdur. Şəki rayonu Böyük Dəhnə kənd sakini İddiaçı Cavabdehndən heç bir bir növ pensiya almır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxx 2020-ci il tarixli 2- 1(116)-739/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-739/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahat verərək apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-739/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir və həmin sənədlərin məzmununa istinad edilir: İddiaçıya məxsus AZE seriyalı ******** nömrəli X1 surəti; DSMF-nin Şəki şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli **********0 nömrəli imtina məktubu; xx.xx.2019-cu il tarixli M/V seriyalı 086490 nömrəli müharibə veteranı vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilmişdir; Əmək və X4 Nazirliyi yanında Cavabdeh xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubundan görünür ki, Şəki rayonu Böyük Dəhnə kəndində pasport qeydiyyatında olan İddiaçı xx.xx.2019-cu il tarixli müraciətinə əsasən kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2001-ci il tarixli 613 saylı fərmanına əsasən Cavabdeh tərəfindən xx.xx.2019-cu tarixdən kommunal, nəqliyyat və digər xidmətlərə görə müharibə veteranlarına sosial müavinət təyin olunmuş və ödənilir. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-739/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixindən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki, təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları göstərməyi zəruri hesab edir. İddia, mahiyyət etibarı ilə əsassızdır. Belə ki, xx.xx.2019-cu il tarixədək müharibə veteranlarına sosial müavinətin ödənilməsi X3 Qanunun tələblərinə uyğun həyata keçirilirdi. İşdə olan DSMF-nin xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubundan görünür ki, İddiaçı qanunauyğun olaraq xx.xx.2019-cu il tarixdən müharibə veteranlarına ödənilən Prezident təqaüdü təyin edilmişdir və ödənilir. Kollegiya qeyd edir ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019cu il tarixli Fərmanı qəbul edildikdən sonra müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, onun aylıq məbləği 80 manat müəyyən olunmuş, eləcə də Fərmanın xx.xx.2019-cu il tarixindən tətbiq ediləcəyi təsbit edilmişdir. Fərmanın 2.1.1-ci bəndinə əsasən, sözügedən təqaüd 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Həmin Fərmanın 2.1.2-ci maddəsinə əsasən, dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir. Bundan başqa, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 973 nömrəli Fərmanının, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda göstərilən xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanının 3-cü bəndinə əsasən, bu Fərman xx.xx.2019-cu il tarixindən tətbiq edilir. Beləliklə, xx.xx.2019-cu il tarixindən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “X3” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir. Göründüyü kimi, qanunvericilikdə baş vermiş dəyişikliklərdən sonra xx.xx.2019-cu il tarixindən əvvəl və sonra müharibə veteranı vəsiqəsi almış şəxslərə münasibətdə fərqli hüquqi vəziyyət yaranmış, normayaradıcı müharibə veteranlarına ödəniləcək vəsaitin statusu, eləcə də həmin vəsaitlərin əvvəlki dövrlər üzrə ödənilməsinin mümkünlüyü ilə bağlı yeni yanaşma qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hakimiyyətlər bölgüsünə dair konstitusiya prinsipinə görə məhkəmə orqanları hakimiyyətin digər qolunun səlahiyyətinə aid bu məsələnin tənzimlənmə qaydasına müdaxilə etmək hüququna malik deyildirlər. Məhkəmələrin belə mübahisələrə baxarkən rolları ondan ibarətdir ki, qanunvericilikdə baş vermiş bu dəyişikliklərin şəxslərin qazanılmış hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmasına yol verməsinlər. Nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bunun əksi ümumi qəbul edilmiş “qanuni gözlənti”, “qazanılmış hüquq”və “hüquqi müəyyənlik” prinsiplərinə zidd olardı. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə minənədək şəxslərin artıq qazanılmış hüquqlarını əvəzsiz ləğv edə bilməz. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, DSMF-in Şəki şəhər şöbəsinin iddiaçıya müharibə veteranları üçün qanunla verilən müavinətin xx.xx.2019-cu il tarixdən geri üç ilinin ödənilməsindən imtinası qanuni və əsaslı olmuşdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-739/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-389/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-389/2020
17.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver