Məhkəmə qərarları › İş №2-1(107)-390/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-390/2020

06.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-390/2020 06.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X3rşı ünvan 1 ünvanda yerləşən 0.23 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dаir inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2-1(116)-280/2020 saylı qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ailəsi ilə birlikdə uzun müddətdir ki, ünvan 2 saylı ünvanda yaşayır. Həmin ünvanda yerləşən torpaq sahəsi elektron xəritə bazasında sahibsiz kimi qeyd olunan JN- 6553S nömrəli şəhadətnamə ilə qeydə alınmışdır. Qeyd olunan torpaq sahəsində yerləşən ev özbaşına tikintidir. İddiaçı bəyan edir ki, onların qonşuluğunda yerləşən yaşayış evləri də özbaşına tikinti olmuşdur. İddiaçının yaşadığı ev və onlarla qonşuluqda olan torpaq sahəsində yerləşən evlər siyahıya alınmış və həmin evlərdə yaşayan şəxslər yaşayış yeri üzrə qeydiyyata alınmışlar. Onlarla qonşuluqda olan həyətyanı torpaq sahələrinə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr verilsə də, iddiaçı və ailə izvləri siyahıya alınma günü evdə olmadıqlarından, siyahıya alınmadıqlarından onlara şəhadətnamə verilməmişdir. Onlarla qonşuluqda olan ev sahiblərinə JN-4115A, JN398A, JN- 400A, JN- 402A və JN-419A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr verilmişdir. Həmin siyahılar Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətin «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-də saxlanılır və həmin siyahıda iddiaçının və ailə üzvlərinin adlarının olmaması barədə rəsmi cavab almışlar. Bundan sonra, iddiaçı özünün yaşadığı ünvan 2 saylı ünvandakı fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi barədə torpağın mülkiyyətə verilməsinə dair JN-6553S nömrəli şəhadətnamənin verilməsi ilə bağlı müraciət etmiş, cavabdeh xx xxxxxxxx 2019cu il tarixli, **********37 saylı məktubla bundan imtina etmişdir. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən 0.23 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, idarənin arxiv materiallarına və elektron xəritə məlumat bazasına istnad edilərək araşdırma aparılarkən məlum olmuşdur ki, fərdi yaşayış evinin istifadəsində olan torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənəd aşkar edilməmişdir. Əsaslı məlumat əldə edilməsi üçün sözügedən torpaq sahələrində mütəxəssis tərəfindən texniki müayinə baxışı keçirilərək ərazidə inventarlaşdırma işləri aparılmış, ərazinin sərhədlərinin döngə nöqtələrinin koordinatları təyin edilmiş və mövcud faktiki ölçüləri müəyyən olunmuşdur. Torpaq sahəsi yaşayış məntəqələri təyinatlı torpaqlara aid faktiki sahəsi 0.21628 ha olan iki hissədən 0,1008 ha olan boş ərazidən və digərində fərdi yaşayış evi inşa olunan ərazidən ibarətdir. İddiaçı yaşadığı evin və həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən torpaq sahəsinin ayrılmasına dair hüquqi aktlardan biri, torpağın yerquruluşu planı və evə dair memarlıq şöbəsi tərəfindən təsdiq edilmiş cizgi layihəsini təqdim etdiyi təqdirdə mümkün ola bilər. Şəki İnzibаti Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2-1(116)-606/2020 saylı qərаrı ilə (hаkim İlqar Cabbarov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X3rşı “ünvan 1 ünvanda yerləşən 0.23 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2-1(116)- 606/2020 saylı qərarından apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətlərinin dəlilləri Apelyasiya şikаyəti onunlа əsаslаndırılmışdır ki, Şəki İnzibati Məhkəməsi isə iddianın fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin yaşayış məntəqələri təyinatlı torpaqlara aid olmasını, torpaq sahəsində yerləşən fərdi yaşayış evinin rəsmi ünvanının olmasını, həmin ünvanda 50 ildən artıq müddət yaşayış yeri üzrə qeydiyyatda olmalarını nəzərə almamışdır. Yaşadığı yaşayış evi özbaşına tikili olsa da, sonradan həmin ev onunla qonşuluqda olan evlər də daxil olmaqla siyahıya alınmış və onlar yaşayış yeri üzrə qeydiyyata alınmışlar. Qonşuluqda olan hər bir həyətyanı torpaq sahəsinə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr verilsə də, siyahıya alınma günü evdə olmamaları səbəbindən siyahıya alınmadığından onlara şəhadətnamə verilməmişdir. İstifadəsində olan 0.23 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınması üçün müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etmişdir. Hesab edir ki, imtina qanunsuz olsa da, işə baxan məhkəmə bunu nəzərə almamışdır. Ona görə də, Şəki İnzibаti Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2-1(116)-606/2020 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər təkrarən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına təqdim olunmuş və məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin materiallara AZE seriyalı 078220 nömrəli şəxsiyyət vəsiqəsinin surəti, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı X4 xx.xx.2019-cu il tarixli **********59 nömrəli imtina məktubu və xx.xx.2019-cu il tarixli **********46 nömrəli məktubu, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli 1062 nömrəli məktubu, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin xx.xx.2019-cu il tarixli **********07 nömrəli məktubu, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı X4 xx.xx.2019-cu il tarixli **********37 nömrəli məktubu, Mingəçevir Regional “ASAN xidmət” X1 xx.xx.2019-cu il tarixli 1488 nömrəli məktubu, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı X4 xx.xx.2019-cu il tarixli **********87 nömrəli məktubu, Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsi 9 saylı Mənzil İstismar İdarəsinin xx.xx.2019-cu il tarixli 190 nömrəli Arayışı, xx.xx.2018-ci il tarixli eskiz layihə, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı X4 xx.xx.2020-ci il tarixli **********54 nömrəli məktubu, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin xx.xx.2020-ci il tarixli **********61 nömrəli məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Əsaslandırma hissəsi: İddiaçının apelyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuna ziddir. Cavabdeh inzibati orqanın bu hərəkəti iddiaçının sosial təminat hüququnu pozur (İPM-in 34.1-ci maddəsi)”. İddia mümkün iddiadır. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. İddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, inzibati orqanın isə onun tələbini təmin etməməsi və ya qanunla müəyyən edilmiş müddət ərzində müraciətini cavablandırmamasıdır. İddiaçı pensiya təyin edilməsi ilə bağlı əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu onun iş illərini sığorta stajına daxil etmədiyini bildirdiyindən hazırkı mübahisə yaranmışdır. Apelyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.1-ci, 85.2 -ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində cavabdehin tələbi göstərilmişdir. İddia tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.4-cü maddəsinə əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1 dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 bu Qanunun 14-cü maddəsinə nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda Həmin Qanunun 15.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olmunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Həmin Qanunun 10.2-ci madddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı X4 xx.xx.2019-cu il tarixli **********59 nömrəli məktubundan görünür ki, mütəxəssis tərəfindən inventarlaşdırma işləri aparılaraq torpaq sahələrinin döngə nöqtələrinin kordinatları təyin edilmiş və elektron baza məlumatları ilə düzgünlüyü yoxlanarkən məlum oldu ki, sözügedən torpaq sahəsi elektron xəritə bazasında sahibsiz kimi qeyd olunan JN-6553S nömrəli şəhadətnaməyə aid 0,23 ha torpaq sahəsində yerləşir. Torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələri ayrıayrı subyektlərin adlarına JN-4115A; JN-398A; JN-400A; JN-402A və 419A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı X4 xx.xx.2019-cu il tarixli **********46 nömrəli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsi ilə bağlı ərazi idarəsinin arxivində heç bir (hüquqi və texniki) sənəd və sənəd məlumatı mövcud deyil. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı X4 xx.xx.2020-ci il tarixli **********54 nömrəli məktubundan görünür ki, idarənin arxiv materiallarına və elektron xəritə məlumat bazasına istnad edilərək araşdırma aparılarkən məlum olmuşdur ki, fərdi yaşayış evinin istifadəsində olan torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənəd aşkar edilməmişdir. Əsaslı məlumat əldə edilməsi üçün sözügedən torpaq sahələrində mütəxəssis tərəfindən texniki müayinə baxışı keçirilərək ərazidə inventarlaşdırma işləri aparılmış, ərazinin sərhədlərinin döngə nöqtələrinin koordinatları təyin edilmiş və mövcud faktiki ölçüləri müəyyən olunmuşdur. Torpaq sahəsi yaşayış məntəqələri təyinatlı torpaqlara aid faktiki sahəsi 0.21628 ha olan iki hissədən 0,1008 ha olan boş ərazidən və digərində fərdi yaşayış evi inşa olunan ərazidən ibarətdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən, torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdən ibarət olmuşdur. Həmin Qanunun 9-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi müəyyənləşdirilmişdir. Sözügedən Qanunun 10-cu maddəsinə əsasən, həyətyanı və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. ....Vətəndaşlara, onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində mülkiyyət hüququna dair şəhadətnamə verilir. Torpaq üzərində mülkiyyət hüququna dair şəhadətnamə vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında mülkiyyət hüququnun qeydiyyatını həyata keçirən dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinə görə, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İddiaçı iddia tələbində qeyd olunan torpaq sahəsinin onun qanuni istifadəsinə və ya icarəsinə verilməsinə dair hər hansı sübutu məhkəmələrə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli torpaq sahəsinin iddiaçının uzun illər istifadəsində olması o halda hüquqların dövlət qeydiyyatı üçün əsas ola bilər ki, həmin torpaq sahəsi qanuni əsaslarla iddiaçıya ayrılmış olsun. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının həmin torpaq sahəsinə hüququnu təsdiq edən heç bir sənəd və sübut olmadığı üçün həmin torpaq sahəsinin təyinatı, kateqoriyası, statusu və sair barədə əlavə araşdırma aparılmasına ehtiyac olmamışdır. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin 0,23 ha torpaq sahəsi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbinin təmin edilməməsi nəticəsinə gələrkən haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı Apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2-1(116)-606/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2-1(116)-606/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar