Məhkəmə qərarları › İş №2-1(107)-390/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-390/2024

08.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-390/2024 08.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X7 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, iddiaçının vəkili X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “JN-136N və JN-136F, KOD 40314028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələr əsasında iddiaçıya məxsus 0,30 ha torpaq sahəsi üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 5 mart 2024-cü il tarixli, 2-1(116)- 156/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-136N və JN-136F KOD 40314028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələr əsasında iddiaçıya məxsus 0,30 ha və 0,63 ha torpaq sahəsi üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı xx.xx.2024-cü il tarixli birinci instansiya məhkəməsinin iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “JN-136N və JN-136F KOD 40314028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələr əsasında iddiaçıya məxsus 0,30 ha torpaq sahəsi üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdi.Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

3. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-156/2024 nömrəli qərardadı ilə X8 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

4. İddia ərizəsinin əsaslarına görə, iddiaçının ailəsinə Qax rayon Aqrar islahat Komissiyasının qərarı ilə torpaq sahələri ayrılmışdır. Belə ki. Qax rayonu Zərnə kənd ərazisində Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı qərarı ilə 0,63 ha və 0,30 ha fərdi yaşayış evi, həyətyanı sahə kimi torpaq sahələri verilmişdir. Qeyd oluna torpaq sahələri üçün 04,06.2004-cü il tarixli, JN- 136A və JN-136F nömrəli (kod ********) "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamə verilmişdir. DƏDRXnin 12 saylı Şəki Ərazi İdarəsi müraciətinə həmin torpaq sahələrini qeydiyyata aldıraraq adıma çıxarış verilməsi xahiş etmişdir.Cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə imtina cavabı verilmişdir.

5. Cavabdeh birinci instansiya məhkəməsinə təqdim etdiyi xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, Qax rayonu Zərnə kənd sakini İddiaçı adına tərtib edilmiş JN-136A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin MH ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”da qeyd olunan 0,20 ha torpaq sahəsinin 0,18 ha hissəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi barədə Şəki İnzibati-iqtisadi məhkəməsinin 14 aprel 2014-cü il tarixli və Şəki Apellyasiya Məhkəməsinin 03 sentyabr 2014-cü il tarixli qərarlarının öz hüquqi qüvvəsini saxladığından JN-136A nömrəli 40314028 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə 0,18 ha torpaq sahəsinə münasibətdə etibarsızdır və həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarış və plan ölçü sənədinin verilməsi məqsədəmüvafiq deyildir.

6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 5 mart 2024-cü il tarixli, 2- 1(116)-156/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

9. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 5 mart 2024-cü il tarixli, 2-1(116)-156/2024 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

10. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 5 mart 2024-cü il tarixli, 2-1(116)-156/2024 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili X9 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 5 mart 2024-cü il tarixli, 2-1(116)- 156/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X8 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 5 mart 2024-cü il tarixli, 2- 1(116)-156/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

13. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdeh nümayəndəsi iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir.

14. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

15. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. - JN-136A seriyalı kod 10314028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə. - JN-136F seriyalı kod 40314028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Şəki ərazi idarəsinin təqdim etdiyi ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Zərnə kəndi ərazisində yerləşən 0.45 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Şəki ərazi idarəsinin təqdim etdiyi ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Zərnə kəndi ərazisində yerləşən 0.7625 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. - JN-138 kod 40314028 saylı Dövlət Aktının surətindən görünür ki, 0.78 ha torpaq sahəsi Qax rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci tarixli 05 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. - MH seriyalı ******* qeydiyyat nömrəli, xx.xx.2008-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Qax rayonu Zərnə kəndi ərazisində yerləşən 0.20 ha torpaq sahəsi X4 mülkiyyətindədir. - Qax rayon Zərnə Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 06 saylı iclas protokolundan çıxarışın surəti. - DTXK-nın Qax rayon şöbəsinin xx.xx.2006-cı il tarixli rəyindən görünür ki, Şöbə 0.20 ha torpaq sahəsinin X1 etiraz etməmişdir. - A seriyalı 025163 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, iddiaçı X5 pay torpağının tamamlanması məqsədi ilə 2000 kv.m torpaq sahəsi ayrılmış, X12 kitabında xx.xx.2006-ci il tarixli 326 nömrə ilə uçota alınmışdır. - Şəki Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2-1(107)-155/2014 nömrəli qərarı; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi “Kadastr və Yerquruluşu Layihə -Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli 3-21-3- 60/2- 1149/2023 nömrəli məktubuna əlavə olunan sənədlərdən görünür ki, 2003-cü il tarixli Qax rayonu Zərnə kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, İddiaçı adı qeyd olunmuşdur. - Arxiv İdarəsi Respublika X13 filialının xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş Qax rayonu Ləkit kənd İƏD üzrə nümayəndəliyinin 1996-2000-ci, 2001-2005-ci, 2006-2010-cu və 2011-2015-ci illərin Təsərrüfatbaşına kitabından mərhum X2 ailə başçısı kimi olmaqla ailə tərkibi, istifadəsində olan ev və həyətyanı torpaq sahəsi qeyd olunmuşdur. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İdiaçının adına tərtib edilmiş JN-136F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd edilmiş 0,63ha torpaq sahəsinin təyinatı kənd təsərrüfatı, uqodiyası çoxillik əkmə, mülkiyyəti xüsusi, faktiki istifadəçisi İddiaçı, faktii sahəsi 0,80 ha təşkil edir. İdiaçının adına tərtib edilmiş JN-136A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd edilmiş 0,30ha torpaq sahəsinin təyinatı yaşayış məntəqəsinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyətçi 0,2729ha sahə X4 (**********83 saylı reystr), 0,1285ha torpaq sahəsi İddiaçı istifadəsində, faktiki sahə 0,4014ha təşkil edir. İstifadə olunan torpaq sahəsi JN-136A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd edilmiş 0,30ha torpaq sahəsi ilə üstüstə düşür.Torpaq sahəsinin 0.18 ha hissəsi **********83 reyestr saylı çıxarışa əsasən X4 istifadəsində, 0.12 ha hissəsi isə İddiaçı istifadəsindədir.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 1.0.4. Qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri Maddə 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Maddə 13.11. Dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir.

18. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

19. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayətləri mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayətləri uğurlu olmayacaqdır.

20. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

21. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

22. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

24. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən olundu ki, iddiaçının hüquqi marağı JN-136A nömrəli 40314028 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında 0,30 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.İddiaçıya hüquqi yardım qaydasında həmin Şəhadətnamənin 0,18 ha hissəsinin qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında ləğv edildiyi,0,12 ha hissə üzərində mülkiyyət hüququnun qeydə alınmasının mümkünlüyü izah edilmiş,iddiaçı tələbinin Şəhadətnaməyə əsasən verilmiş 0,30 ha torpaq sahəsinin qeydə alınması ilə bağlı olduğunu bildirmişdir.

25. İddiaçı və ailə üzvlərinin mülkiyyətinə aqrar islahat zamanı 0.30 ha həyətyanı torpaq sahəsi verildiyinə istinad edir.Təqdim olunan JN-136A seriya 10314028 kodlu "Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən 0,30 ha torpaq sahəsinin təyinatı yaşayış məntəqəsinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyətçi 0,2729 ha sahə X4 (**********83 saylı reystr), 0,1285ha torpaq sahəsi İddiaçı istifadəsində, faktiki sahə 0,4014ha təşkil edir. İstifadə olunan torpaq sahəsi JN-136A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd edilmiş 0,30ha torpaq sahəsi ilə üstüstə düşür.Torpaq sahəsinin 0.18 ha hissəsi **********83 reyestr saylı çıxarışa əsasən X4 istifadəsində, 0.12 ha hissəsi isə İddiaçı istifadəsindədir. Qeyd edilən 0.18 ha torpaq sahəsi Qax rayon Zərnə Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 06 saylı qərarı ilə X4 mülkiyyətinə verilmişdir.

26. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki,iddia tələbinin hüquqi əsasını təşkil edən JN-136A nömrəli 40314028 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-155/2014 nömrəli 03 sentyabr 2014-cü il tarixli qərarı ilə hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X4 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən 0,18 ha hissədə ləğv edilmişdir.Yəni,iddia tələbinin əsası hesab edilən ilkin hüquqmüəyyənedici sənəd qüvvəsini itirdiyindən həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd mövcud deyildir.

27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.

28. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır.

29. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır.

30. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin X12, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir.

31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.11-ci maddəsində deyilir ki, dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir.

32. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.

33. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).

34. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün hüquqmüəyyənedici sənədlər mövcud olmadığından cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.

35. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “JN-136N və JN-136F, KOD 40314028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələr əsasında iddiaçıya məxsus 0,30 ha torpaq sahəsi üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

36. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 5 mart 2024-cü il tarixli, 2-1(116)-156/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar