Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-391/2020 10.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1190/2020 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət X2 publik hüquqi şəxsin Oğuz rayon filialı tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəki İnzibаti Məhkəməsinin (hakim Vidadi Qasımov) xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-1190/2020 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X1 Nazirliyi yanında Dövlət X2 publik hüquqi şəxsin Oğuz rayon filialına qarşı “xx.xx.2016-cı ildən xx.xx.2019-cu ilədək olan müddət üçün sosial müavinət, xx.xx.2019cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət X2 publik hüquqi şəxsin Oğuz rayon filialı həmin qərardan аpеlyаsiyа şikаyəti vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Lаkin iş mаteriаllаrı öyrənilərkən müəyyən edildi ki, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1190/2020 nömrəli qərarı ilə İddiaçı iddiası təmin edilməmişdir. Apelyasiya şikayətinin mümkünlüyü ilə bağlı xx xxxxxxxx 2020-ci il tarixə məhkəmə iclası təyin edilmiş, cavabdehə bu barədə rəsmi məlumat verilmiş, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməsi, o cümlədən аpelyаsiyа şikаyətində qeyd olunan nöqsanları aradan qaldıraraq məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət X2 publik hüquqi şəxsin Oğuz rayon filialı nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət X2 publik hüquqi şəxsin Oğuz rayon filialı məhkəmə kollegiyasına xx xxxxxx 2020-ci il tarixli **********1 nömrəli ərizə göndərərək Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1190/2020 nömrəli qərarından səhvən xx xxxxxx 2020-ci il tarixdə **********5 nömrəli məktubla apelyasiya şikayəti verdiklərini, apelyasiya şikayətini geri götürdüklərini bildirmişlər. Azərbаycаn Respublikаsının İPM-in: 87.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi apelyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3-cü maddəsinə əsasən, apelyasiya mümkün sayılmadıqda apelyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4-cü maddəsinə görə, apelyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apelyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1190/2020nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət X2 publik hüquqi şəxsin Oğuz rayon filialı tərəfindən verilmiş аpelyаsiyа şikayəti qeyri-mümkün hesаb edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət X2 publik hüquqi şəxsin Oğuz rayon filialının Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1190/2020 nömrəli qərarından verdiyi apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-391/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-391/2020
10.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver