Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-391/2024 08.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik еdən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X1 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı şəhəri, Qarabağ qəsəbəsində yerləşən, AN 077409 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən verilmiş 10 ha torpaq sahəsi naturada olduğu kimi Dövlət Reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 16 aprel 2024-cü il tarixli 2-1(116)-396/2024 nömrəli qərardadından İddiaçı tərəfindən vеrilmiş аpеllyаsiyа şikаyətinin mümkünlüyü məsələsinə аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi: Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 16 aprel 2024-cü il tarixli 2- 1(116)-396/2024 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Həmin qərardaddan İddiaçı tərəfindən аpеllyаsiyа şikаyəti verilmişdir. Lаkin iş mаteriаllаrı öyrənilərkən müəyyən edildi ki, аpellyаsiyа şikаyəti qanunvericilikdə müəyyən edilmiş mümkünlük şərtlərinə cavab vermir. Belə ki, sözügedən qərardaddan verilmiş apellyasiya şikayəti şikayət verən şəxs tərəfindən imzalanmamış və qərardadın tarixi düzgün göstərilməmişdir. Apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı 27 iyun 2024-cü il tarixə məhkəmə iclası təyin edilmiş, iddiaçıya bu barədə rəsmi məlumat verilmiş və eyni zamanda apellyasiya şikayətində qeyd edilən nöqsanları aradan qaldıraraq həmin vaxta kimi məhkəmə kollegiyasına təqdim etməsi iddiaçıya təklif edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmə kollegiyasına teleqram göndərərək iclasın 10 gün müddətə təxirə salınmasını xahiş etmiş, bununla bağlı məhkəmə kollegiyasının iclası 8 iyul 2024cü il tarixə təxirə salınmışdır. İddiaçı təkrarən məhkəmə iclasına gəlməmiş, xx.xx.2024-cü il tarixdə məhkəmə kollegiyasına teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, məhkəmə kollegiyası tərəfindən göndərilmiş təklifə münasibət bildirməmiş, apellyasiya şikayətində olan nöqsanları aradan qaldıraraq məhkəmə kollegiyasına təqdim etməmişdir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin: 81.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 86.1. Şikayət daxil olduqdan sonra inzibati məhkəmə şikayətlə bağlı aşağıdakı formal tələblərə apellyasiya şikayəti verən şəxs tərəfindən əməl olunmasını yoxlayır: 86.1.1. şikayətin səlahiyyətli şəxs tərəfindən imzalanmasını; 86.1.3. barəsində şikayət verilən məhkəmə qərarı və ya qərardadının tarixi və nömrəsi barədə məlumatların göstərilməsini; 87.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3-cü maddəsinə əsasən, apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4-cü maddəsinə görə, apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsinin 16 aprel 2024-cü il tarixli 2-1(116)-396/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı Şəki İnzibati Məhkəməsinin 16 aprel 2024-cü il tarixli 2-1(116)-396/2024 nömrəli qərardadından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın və şikayətin icraata qəbulundan imtina edilsin. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-391/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-391/2024
08.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver