Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-393/2022 07.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “çıxarışın ləğvi və torpaq sahəsi üzərində hüquqlarının DƏDR-də qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2- 1(116)-615/2022 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “ünvan 1ində yerləşən, 0.499 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair DƏDRX-də xx.xx.2019cu il tarixli çıxarışla üçüncü şəxs X5 adına qeydiyyata alınan çıxarışın ləğv olunması, 02 iyun 1999-cu il tarixli Muxax kənd YAİK-nın qərarına əsasən iddiaçıya ayrılmış 0.04 ha torpaq sahəsi üzərində hüquqlarının DƏDR-də qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-615/2022 nömrəli qərardadı ilə X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.
3. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: - 02 iyun 1999-cu il tarixli Muxax kənd YAİK-nın qərarına əsasən 1-ci Qarabağ müharibəsi veteranı və 2-ci qrup əlil olduğu üçün ona əlavə bir pay torpaq verilməsi barədə qərar qəbul edilmişdir. Həmin 0.04 ha torpaq sahəsinə dair plan və ölçü sənədi işlənmişdir. İlkin torpaq isiahatı zamanı həmin torpaq sahəsi onun xüsusi mülkiyyətində olmuşdur. Sonradan məlum olmayan səbəblərdən torpaq sahəsi X3 adına işlənmişdir. Daha sonra həmin torpaq sahəsinə dair digər ümumbirgə mülkiyyətçilər öz paylarını X7 bağışlamışlar. İddia ərizəsinə əlavə etdiyi plan və cizgi sənədindən, eyni zamanda Muxax kənd Bələdiyyəsinin vermiş olduğu arayışdan məlum olur ki, 0.04 ha torpaq sahəsi onun adında olmuş, lakin naməlum səbəblərdən X3 ailə üzvlərinin adına işlənmişdir. Həmin 0.04 ha torpaq sahəsində onun ticarət obyekti yerləşir. İstifadəsində olan ticarət obyektinin yerləşdiyi ərazi 1999-cu il tarixdə verilmiş 0.04 ha torpaq sahəsinin plan cizgisinin sərhədləri üçüncü şəxsin adına qeydiyyata alınan torpaq sahəsi ilə üst-üstə düşür. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir.
4. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçının iddia etdiyi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində iddiaçının və digərlərinin, o cümlədən 3-cü şəxsin adlarına paylı mülkiyyət hüququ üzrə qeydiyyata alınmış və çıxarışla rəsmiləşdirilmişdir. Buna görə də iddiaçının ərizəsinin icrası mümkün olmamış və ona bu barədə xx.xx.2021-ci tarixli **********56 nömrəli məktub göndərilmişdir. İddia olunan ünvan 1i ünvanında yerləşən 0,04 ha torpaq sahəsi Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 21 may 1998-ci il tarixli, 69 nömrəli qərarı ilə 0,499 ha ölçüdə kənd təsərrüfatı təyinaltı torpaq sahəsi kimi iddiaçının və digərlərinin (5 nəfərin, o cümlədən 3cü şəxsin) mülkiyyətinə verilmiş və Ləğv edilmiş DTXK-si tərəfindən həmin 0,499 ha torpaq sahəsinə dair AN 246870 nömrəli plan və ölçü sənədi tərtib edilmişdir. Həmin plan və ölçü sənədi və digər sənədlər əsasında sözügedən 0,499 ha kənd təsərrüfatı təyinaltı torpaq sahəsi üzərində iddiaçının və digərlərinin (5 nəfərin, o cümlədən 3-cü şəxsin) ümumbirgə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Daha sonra, notarial qaydada təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-1074 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən sözügedən 0,499 ha kənd təsərrüfatı təyinaltı torpaq sahəsi üzərində iddiaçının (1/5 hissədə payı üzrə) və 3-cü şəxsin (4/5 hissədə payı üzrə) paylı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Göstərilənlər nəzərə alınaraq qanuna müvafiq qaydada qərar qəbul edilməsi xahiş edilmişdir.
5. Üçüncü şəxs iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı iddia ərizəsinə əlavə edilmiş Zaqatala Rayon Dövlət Arxivindən verilən xx.xx.2021-ci il tarixli 5446 saylı Arxiv arayışından görünür ki, Muxax kənd YAİK-nin xx.xx.1999-cu il tarixli iclas protokol qərarı ilə ona əlil olduğu nəzərə alınaraq kənd yaxınlarından 1 pay torpaq sahəsi verilməsi qərara alınmışdır. Halbuki, mübahisə predmeti olan 0,04 ha torpaq sahəsi Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 69 nömrəli qərarı ilə (0,499 ha ölçüdə) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi 5 nəfərin mülkiyyətinə verilmiş, həmin torpağa DT və XK-si tərəfindən AN 246870 nömrəli plan-ölçü sənədi tərtib işlənmişdir. Bundan sonra isə həmin 0,499 ha kənd təsərrüfatlı torpaq sahəsi üzərində 5 nəfərin mülkiyyət hüquqları xx.xx.2019-cu il tarixli ********** nömrəli çıxarışla qeydə alınmış, daha sonra isə xx.xx.2019-cu il tarixli 4Ə-1074 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən həmin 0,499 ha k/t təyinatlı torpaq sahəsi 1/5 hissə İddiaçı, 4/5 hissə onun olmaqla paylı müllkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu ildə ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir.
6. Qeyd edilənlərdən də görünür ki, İddiaçı iddiası əsassız olmaqla yanaşı, əmisi oğlu Muxax Bələdiyyəsinin sədrinin əsassız arayışlarına əsaslanmaqdadır. Halbuki, aqrar islahat zamanı torpaqlar verilərkən bələdiyyə mövcud olmamışdır, bələdiyyənin torpaq sahəsinin üst-üstə düşdüyünü göstərən hər hansı bir ölçü aləti də yoxdur. Arayışlar və sonradan tərtib edilmiş yerquruluşu xəritəsindən çıxarış saxtalaşdırılmışdır. Bələdiyyə arayışında məlum olmayan səbəblərdən torpağın başqa şəxsin adına işləndiyini bildirir, halbuki yuxarıda da qeyd edildiyi kimi mübahisələndirilən torpaq sahəsi 0,499 ha olmaqla Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 69 nömrəli qərarı ilə 5 nəfərin mülkiyyətinə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi verilmişdir. Həmin vaxtlar bələdiyyə mövcud olmadığından Muxax Bələdiyyəsi tərəfindən verilən arayışların doğruluğu da şübhə altındadır, iddiaçıya yardım üçün verilmiş əsassız arayışlardır.
7. Bundan başqa o həmin torpaq üzərində yerləşən mağazanı 2004-cü ildən özü inşa edərək oranı 2017-ci ilin iyun adınadək işlətmiş, 2017-ci ilin iyun ayında İddiaçı ona zor tətbiq edərək mağazadan qovmuş, mağazanı və torpağı əsassız olaraq öz mülkiyyəti kimi istifadə etməyə başlamışdır.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(102)-4690/2018-ci il tarixli qərarında Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(107)-730/2018 saylı qətnaməsi qüvvəsində saxlanılmış, həmin qərarlarda, həmçinin, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadında yuxarıda göstərilən və iddianın əsassız olduğunu sübut edən arqumentlər öz təsdiqini tapmışdır. Bundan başqa həmin vaxt Muxax Bələdiyyəsi tərəfindən verilən arayışların da hüquqi əsasının olmadığı görülməkdədir. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.
10. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 19 sentyabr 2022-ci il tarixli 2-1(116)-615/2022 nömrəli qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi ilə əvəz edilmiş, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Zaqatala rayonu, Muxax kəndində yerləşən, 0.499 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair DƏDRX-də xx.xx.2019cu il tarixli çıxarışla üçüncü şəxs X5 adına qeydiyyata alınan çıxarışın ləğv olunması, 02 iyun 1999-cu il tarixli Muxax kənd YAİK-nın qərarına əsasən iddiaçıya ayrılmış 0.04 ha torpaq sahəsi üzərində hüquqlarının DƏDR-də qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmamışdır.
11. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsində qeyd etdikləri tam, ətraflı və hərtərəfli araşdırılmamış, əsassız qərar qəbul edilmiş, maddi və prosessual hüquq normaları pozulmuşdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2-1(116)-615/2022 nömrəli qərardadının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2-1(116)- 615/2022 nömrəli qərardadının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X8 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2- 1(116)-615/2022 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, məktub göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər.
16. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
17. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0.0499 ha torpaq sahəsi İddiaçı (1/5 hissə) və X5 (4/5 hissə) paylı mülkiyyətindədir. - A246870 №-li Torpaq sahəsinin plan-ölçüsü sənədindən görünür ki, X4 Zaqatala rayon AİK-nın xx.xx.1998-ci il tarixli 69 nömrəli qərarı ilə 499 kv.m kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsinin verilməsi qeyd edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
20. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 4.2-ci bəndinə əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
21. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli 155İQ nömrəli Qanununun: 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası X11 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. 22-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X2 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası X11 Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası X11 Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası X11 Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X10 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X2 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir.
22. X1 verilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının qərarı qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər.
23. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.
24. "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının xx.xx.1995-ci il tarixli 978 nömrəli Qanununun: 3-cü maddəsinin dördüncü hissəsinə sasən, torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir. 4-cü maddəsinə görə islahatın aparılması üçün Azərbaycan Respublikası X11 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilir.
25. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli 290 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasında sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin islahatını aparmaq məqsədi ilə X11 Komissiyası yaradılmış, Prezidentin xx.xx.1995-ci il tarixli 313 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası X11 Komissiyası haqqında Əsasnamə" təsdiq edilmişdir.
26. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə bir neçə sənəd, o cümlədən "Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında Əsasnamə", "Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının keyfiyyəti nəzərə alınmaqla torpaq paylarının müəyyən edilməsi haqqında Əsasnamə", "Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında Əsasnamə" təsdiq edilmişdir.
27. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 226 nömrəli Fərmanı ilə "X10 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli 290 nömrəli Fərmanı və "Azərbaycan Respublikası X10 Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli 313 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmişdir.
28. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 786 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli 290 nömrəli Fərmanının sadalanan Əsasnamələrin təsdiq edilməsinə aid hissəsi ləğv edilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
29. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
31. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
32. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1).
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iddiaçıların iddia qaldırılması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır.
34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarına əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
35. Məhkəmə kollegiyası tərəfindən işin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının hüquqi marağı mağaza binasının yerləşdiyi, xx.xx.2019-cu il tarixli 0.0499 ha torpaq sahəsinə dair DƏDR-dən çıxarışın ləğv edilərək, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına nail olmaqdır. İddia ərizəsinin məzmununda da hüquqlarının qeydiyyata alınması tələb edilən 0.04 ha torpaq sahəsinin üçüncü şəxsin adına qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşdüyü qeyd edilir. Odur ki, qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün ilk növbədə xx.xx.2019-cu il tarixli 0.0499 ha torpaq sahəsinə dair DƏDR-dən çıxarış ləğv edilməlidir ki, yuxarıda qeyd edilən əsaslara görə müvafiq çıxarışın ləğv edilməsi mümkün olmadığından, tələbin həmin hissəsi də mümkün sayıla bilməz.
36. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu verilərək Zaqatala rayon AİKnın xx.xx.1998-ci il tarixli 69 nömrəli qərarının və ünvan 1ində aqrar islahat aparılan zaman həyətyanı torpaq sahəsi alacaq subyektlərdən siyahısından X8 və İddiaçı aid hissədən çıxarış təqdim edilməsi xahiş edilmişdir.
37. Müvafiq sorğunun verilməsində məqsəd A246870 №-li Torpaq sahəsinin planölçüsü sənədinin mötəbərliyinin araşdırılması olmuşdur. İşdə olan üçüncü şəxs tərəfindən təqdim edilmiş Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(107)-730/2018 nömrəli qətnaməsinin 5-ci səhifəsində həmin plan-ölçü sənədinin mötəbərliyinə aşağıdakı kimi hüquqi qiymət verilmişdir: “Göründüyü kimi birinci instansiya məhkəməsinin doğru olmasına şübhə ilə yanaşdığı, iş materiallarının 14-16-cı səhifələrində olan AN246870 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədi saxta olmamaqla ünvan 1i ərazisində 499 kv.m torpaq sahəsinin Zaqatala AİK-nın 21 may 1998-ci il tarixli qərarı ilə iddiaçı X4 verilməsini sübuta yetirir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, hazırkı vəziyyətdə iş materiallarında olan üçüncü şəxs DƏDRX-nin 18 saylı Ərazi İdarəsinin 24 noyabr 2017-ci il tarixli məktubu, həm torpaq sahəsi verilmiş subyektlər siyahısı, həm də AN246870 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin surəti sübuta yetirir ki, mübahisəli 499 kv.m torpaq sahəsi iddiaçı X3 mülkiyyətindədir. Göründüyü kimi, hazırkı vəziyyətdə mübahisəli torpaq sahəsinin təkzibolunmaz sübutlarla iddiaçının mülkiyyətində olması öz əksini tapır və iddiaçı X6 haqlı olaraq mülkiyyətində olan torpaq sahəsində ölçmə işlərinin aparılması ilə həmin torpaq sahəsinə çıxarış almağa çalışır”.
38. Beləliklə, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(107)-730/2018 nömrəli qətnaməsində AN246870 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində öz əksini tapmış məlumatların doğruluğu müəyyən edildiyindən, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə verilmiş sorğunun cavabının alınması zərurəti aradan qalxmışdır.
39. Belə ki, iddia ərizəsində ləğv edilməsi tələb edilən xx.xx.2019-cu il tarixli 0.0499 ha torpaq sahəsinə dair DƏDR-dən çıxarış Zaqatala rayon AİK-nın xx.xx.1998-ci il tarixli 69 nömrəli qərarı əsasında verilmiş, 499 kv.m torpaq sahəsinə dair AN246870 №-li planölçü sənədinə əsasən tərtib edilmişdir.
40. Məhkəmə kollegiyası qeyd edir ki, çıxarış inzibati akt deyildir və onun mübahisələndirilməsi üçün ilk növbədə onun verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlər (hazırkı iş üzrə Zaqatala rayon AİK-nın xx.xx.1998-ci il tarixli 69 nömrəli qərarı) mübahisələndirilməlidir. Həmin qərarın mübahisələndirilməsi ilə bağlı müddətin tətbiqində isə Aqrar İslahat Komissiyasının qərarının qəbul olunduğu zaman qüvvədə olan hüquq normaları rəhbər tutulmalıdır.
41. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzrlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur.
42. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur.
43. Mübahisə predmeti olan çıxarışın verilməsinə əsas olmuş Zaqatala rayon AİK-nın xx.xx.1998-ci il tarixli 69 nömrəli qərarı mübahisələndirilmədən xx.xx.2019-cu il tarixli 0.0499 ha torpaq sahəsinə dair DƏDR-dən çıxarışın mübahisələndirilməsi mümkün deyildir. Zaqatala rayon AİK-nın xx.xx.1998-ci il tarixli 69 nömrəli qərarı qüvvədə olduğundan və onun mübahisələndirilməsi imkanı artıq itirildiyindən, həmin qərar əsasında verilmiş çıxarış mübahisələndirilə bilməz.
44. İddia tələbinin ikinci hissəsinə (Muxax kənd YAİK-nın qərarına əsasən ayrılmış 0.04 ha torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı) münasibətdə birinci instansiya məhkəməsi izah etmişdir ki, tələbin həmin hissəsi ilkin tələbdən asılı olduğundan, ilkin tələbin qeyri-mümkün olması həmin hissədə də iddianın mümkünsüzlüyünə səbəb olur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə də razılaşır.
45. Məhkəmə kollegiyası qeyd edir ki, X2 qərarları inzibati akt olduğundan, həmin qərarların mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. Zaqatala rayon AİKnın xx.xx.1998-ci il tarixli 69 nömrəli qərarı qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
46. İnzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir.
47. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.
48. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 1382 nömrəli Fərmanının 7.2-ci bəndinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin strukturuna daxil olan Komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Komitənin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi yaradılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin xx.xx.2021 -ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi”nin 1.3-cü bəndinə əsasən publik hüquqi şəxsin bu Nizamnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və tabeliyində olan qurumları vasitəsilə həyata keçirir.
49. Ona görə də, inzibati iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi, hüquq varisi olan – “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsi ilə əvəz edilmişdir.
50. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
51. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2- 1(116)-615/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2-1(116)-615/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.