Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-394/2020 24.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Qax rayon filialına (bundan sonra cavabdeh və ya DSMF publik hüquqi şəxsin Qax rayon filialı) qarşı “xx.xx.1985-ci ildən xx.xx.2004-cü ilədək Zaqatala Avtobazasında işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-835/2020 nömrəli qərarından DSMF publik hüquqi şəxsin Qax rayon filialı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1955-ci ildə Qax rayonu Güllük kəndində anadan olmuşdur və hazırda həmin kənddə yaşayır. O, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək Ukrayna Respublikasında yeraltı dağ-mədən işlərində, xx.xx.1979-cu ildən xx.xx.1983-cü ilədək Baş Qafqaz Geoloji Kəşfiyyat Ekspedisiyasında, xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək X3 müəssisəsində, xx.xx.1985-ci ildən xx.xx.2004-cü ilədək Zaqatala Avtobazasında işləmişdir. Onun qeyd olunan illərdə işləməsi adına açılmış БТ-İ seriyalı ******* nömrəli əmək kitabçası ilə öz təsdiqini tapır. İddiaçı xx.xx.2019-cu ildə (64 yaş) pensiya yaşına çatmışdır. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin cavabdeh xx.xx.2019-cu il tarixli **********6 nömrəli imtina məktubu ilə bildirmişdir ki, əmək kitabçasında Azərbaycan Mərkəzi Kooperativlər X2 işlədiyi müddətdə əmək haqqı almadığına və qanunvericiliklə müəyyən olunan qaydada məcburi dövlət sosial sığorta haqları ödənilmədiyinə görə həmin dövrlər iddiaçının sosial sığorta stajının müəyyən olunması zamanı nəzərə alınmamışdır. Bu səbəbdən kifayət qədər sosial sığorta stajı olmadığından əmək pensiyasının təyin olunması mümkün deyil. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, əmək kitabçasında göstərilən bütün müddətlər ərzində faktiki işləmişdir. Birinci instansiya məhkəməsində cavabdeh inzibati orqan xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubla iddia tələbinə etiraz etmiş və etirazında bildirmişdir ki, İddiaçı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək hərbi xidmətdə olduğu müddət, əmək kitabçasında qeyd edilən xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək Ukrayna Respublikasında yeraltı dağ-mədən işlərində, xx.xx.1979-cu ildən xx.xx.1983-cü ilədək Baş Qafqaz Geoloji Kəşfiyyat Ekspedisiyasında və xx.xx.1984cü ildən xx.xx.1985-ci ilədək X3 müəssisəsində işlədiyi dövrlər mübahisələndirilməyərək qəbul edilmiş, lakin əmək kitabçasında qeyd edilən xx.xx.1985-ci ildən xx.xx.2004-cü ilədək Zaqatala Avtobazasında işlədiyi müddətdə əmək haqqı almadığı, həmçinin müəssisənin fəaliyyət göstərmədiyi dövrlər sosial sığorta stajının müəyyən edilməsi zamanı qanunamüvafiq olaraq nəzərə alınmamışdır. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-835/2020 nömrəli qərarı ilə iddia təmin edilərək, İddiaçı xx.xx.1985-ci ildən xx.xx.2004-cü ilədək Zaqatala Avtobazasında işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi DSMF publik hüquqi şəxsin Qax rayon filialının üzərinə qoyulması qərara alınmışdır. DSMF publik hüquqi şəxsin Qax rayon filialı apelyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-835/2020 nömrəli qərarının ləğv edib yeni qərar çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri DSMF publik hüquqi şəxsin Qax rayon filialının apelyasiya şikayəti etiraz məktubunun dəlillərinə uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən DSMF publik hüquqi şəxsin Qax rayon filialınin nümayəndəsi X4 apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-835/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-835/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərə istinad edilir: БТ-İ seriyalı ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək Ukrayna Respublikasında yeraltı dağ-mədən işlərində, xx.xx.1979-cu ildən xx.xx.1983-cü ilədək Baş Qafqaz Geoloji Kəşfiyyat Ekspedisiyasında, xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək X3 müəssisəsində, xx.xx.1985-ci ildən xx.xx.2004-cü ilədək Azərbaycan Mərkəzi Kooperativlər X1 işləmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon bölməsinin xx.xx.2019-cu il tarixli 58 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Qax rayon filialının xx.xx.2020-ci il tarixli **********3 nömrəli etiraz məktubundan görünür ki, İddiaçı əmək pensiyası hüqunun müəyyən edilməsi zamanı xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək hərbi xidmətdə olduğu müddət, əmək kitabçasında qeyd edilən xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək Ukrayna Respublikasında yeraltı dağ-mədən işlərində, xx.xx.1979-cu ildən 01,06.1983-cü ilədək Baş Qafqaz Geoloji Kəşfiyyat Ekspedisiyasında və xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək X3 müəssisəsində işlədiyi dövrlər mübahisələndirilməyərək qəbul edilmiş, əmək kitabçasında qeyd edilən xx.xx.1985-ci ildən xx.xx.2004-cü ilədək Zaqatala Avtobazasında işlədiyi müddətdə əmək haqqı almadığı, müəssisənin fəaliyyət göstərmədiyi dövrlər sosial sığorta stajının müəyyən edilməsi zamanı qanunamüvafiq olaraq nəzərə alınmamışdır. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-835/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İşin həqiqi halları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla, xx.xx.2019-cu ildə pensiya yaşına (64 yaş) çatmışdır. İddiaçının yaşa görə əmək pensiyası hüququ əldə etməsi üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud da azı 25 il sığorta stajına malik olması tələb olunur. İddiaçının adına verilmiş БТ-İ seriyalı ******* nömrəli əmək kitabçası ilə müəyyən olunur ki, İddiaçı 27.03..1978-ci ildən xx.xx.1978-ci ilədək Ukrayna Respublikasında yeraltı dağmədən işlərində, xx.xx.1979-cu ildən xx.xx.1983-cü ilədək Baş Qafqaz Geoloji Kəşfiyyat Ekspedisiyasında, xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək X3 müəssisəsində, xx.xx.1985ci ildən xx.xx.2004-cü ilədək Zaqatala Avtobazasında işləmişdir. Cavabdeh iddiaçıya əmək pensiyasının təyin olunmasından imtinasını belə əsaslandırır ki, iddiaçının Azərbaycan Mərkəzi Kooperativlər X1 işlədiyi müddətdə əmək haqqı almadığı, həmçinin müəssisənin fəaliyyət göstərmədiyi dövrlər sosial sığorta stajının müəyyən edilməsi zamanı nəzərə alınmadığı üçün əmək pensiyasının təyinindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əmək kitabçasında (24 il 3 ay 22 gün) və hərbi xidmətlə bağlı onun adına verilmiş arayışda (2 il 8 gün) göstərilən müddətləri topladıqda məlum oldu ki, onun 26 il 4 ay sosial sığorta stajı vardır. Belə olan halda, cavabdeh iddiaçının xx.xx.1985-ci ildən xx.xx.2004-cü ilədək Zaqatala Avtobazasında işlədiyi müddətin sosial sığorta stajına daxil etməməkdə haqlı olmamışdır. Ona görə də iddia təmin edilməli, həmin müddətin iddiaçının sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olan Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinin 1-ci və 2-ci abzaslarına görə, əmək kitabçası fəhlə və ya qulluqçunun əmək fəaliyyəti haqqında əsas sənəddir. Əmək kitabçaları müəssisədə, idarədə, təşkilatda 5 gündən artıq işləyən bütün fəhlələr və qulluqçular üçün açılır. xx.xx.1998-ci ildə qəbul edilmiş və xx.xx.1999-cu ildə qüvvəyə minmiş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci bəndinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İstinad edilən qanunvericilik normalarından göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. 46.3-cü maddəsinə görə, maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İstinad olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması yoverilməzdir. İş stajını təsdiq edən sənəd kimi Əmək Kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində deyilir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd" hissəsində deyilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İşdən görünür ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla, xx.xx.2019-cu ildə pensiya yaşına (64 yaş) çatmışdır. Onun yaşa görə əmək pensiyası hüququ əldə etməsi üçün fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud da azı 25 il sığorta stajına malik olması tələb olunur. Onun adına verilmiş БТ-İ seriyalı ******* nömrəli əmək kitabçası ilə müəyyən olunur ki, o, 27.03..1978-ci ildən xx.xx.1978-ci ilədək Ukrayna Respublikasında yeraltı dağ-mədən işlərində, xx.xx.1979-cu ildən xx.xx.1983-cü ilədək Baş Qafqaz Geoloji Kəşfiyyat Ekspedisiyasında, xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək X3 müəssisəsində, xx.xx.1985-ci ildən xx.xx.2004-cü ilədək Azərbaycan Mərkəzi Kooperativlər X1 işləmişdir. Bundan başqa, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon bölməsinin xx.xx.2019-cu il tarixli 58 nömrəli arayışı ilə müəyyən edilir ki, o, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək (2 il 8 gün) SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə görə, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti də daxil edilir. Belə olan halda, iddiaçının əmək kitabçasında (24 il 3 ay 22 gün) və hərbi xidmətlə bağlı onun adına verilmiş arayışda (2 il 8 gün) göstərilən müddətləri topladıqda onun 26 il 4 ay sosial sığorta stajı vardır. Göründüyü kimi, iddiasının təmin ediləcəyi təqdirdə iddiaçının yaşa görə əmək pensiyası almaq hüququ yaranır. Belə olan halda, hazırkı iddianın təmin edilməsində İddiaçı hüquqi marağı mövcuddur. "Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə" Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. Hazırkı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan, yəni 1992ci ilin oktyabr ayında qəbul edilmiş və xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin birinci bəndinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı xx.xx.1985-ci ildən xx.xx.2004-cü ilədək Azərbaycan Mərkəzi Kooperativlər X1 işləmişdir. Cavabdeh onun həmin Zaqatala Avtobazasında işlədiyi illəri sosial sığorta stajına daxil etməmişdir ki, bunda da haqlı olmamışdır. Belə olan halda, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-835/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Qax rayon filialı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-394/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-394/2020
24.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver