Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-394/2021 28.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı, Üçüncü şəxs - X12 iştirakı ilə, İddiaçı cavabdeh Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinə qarşı mülkiyyətində olan 0,0148 ha torpaq sahəsinin X3 barədə Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin 16.09.2007ci il tarixli 10 nömrəli qərarının ləğv olunması" barədə iddiasına dair inzibati işə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 19.01.1998-ci il tarixli 13 nömrəli qərarı ilə Qəbələ rayonu Hacıalılı kəndində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsi İddiaçı, X6 və X8 ümumi mülkiyyətinə verilmiş və onların adına 15.03.2001-ci ildə JN-229F kod 40604018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" tərtib edilmişdir. X10 10.02.2007-ci ildə vəfat etmişdir. Mərhumun əmlakına İddiaçı adına 16.11.2011ci ildə "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" verilmişdir. Həmin 0,16 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 24.01.2012-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və ona bu barədə MA seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Qeyd olunan daşınmaz əmlakla bağlı İddiaçı adına 21.01.2012-ci ildə "Daşınmaz əmlakın texniki pasportu" da tərtib edilmişdir. "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi tərəfindən "Qəbələ-Ağdaş avtomobil yolunun tikintisi" layihəsi həyata keçirilərkən məlum olmuşdur ki, sözügedən layihə çərçivəsində İddiaçı mərhum anası X7 məxsus 53,05 kv.m yaşayış evi, 16,10 kv.m şüşəbənd mətbəx, 21 kv.m açıq eyvan, 45,88 kv.m çardaq, 66 kv.m daş hasar, 1751,06 kv.m (həmin torpaq sahəsinin 262,67 kv.m hissəsi zəbt) torpaq sahəsi yolun tikintisi altına düşmüşdür. Göstərilən əmlaka ümumilikdə 55400 manat kompensasiya hesablanmış və 28.08.2012-ci il tarixli qarşılıqlı razılaşma protokolu ilə həmin məbləğ bank vasitəsilə iddiaçıya ödənilmişdir. Bundan başqa, X18 tərəfindən torpaq alqı-satqısı üçün 750 manat pulun ödənilməsi ilə bağlı Qəbələ Rayon Hacıalılı Bələdiyyəsi tərəfindən 15.09.2007-ci il tarixli kassa mədaxil orderinin qəbzi verilmişdir. Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin 16.09.2007-ci il tarixli 10 nömrəli qərarına əsasən, Qəbələ şəhər sakini X15 fərdi yaşayış evi tikmək məqsədi ilə bələdiyyənin perspektiv inkişaf fonduna aid torpaqlarından 0,06 ha torpaq sahəsinin satılması, torpağın dəyərini bələdiyyənin bankdakı xüsusi hesabına ödəməsinin Arzu Manafova tapşırılması və s. qərara alınmışdır. Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinə məxsus 0,06 ha torpaq sahəsinin X3 ilə əlaqədar 23.09.2007-ci ildə "Torpaqların alqı-satqısına dair akt" tərtib edilmiş və Azərbaycan Respublikası DTXK-in Qəbələ rayon şöbəsində 135 nömrəsi ilə qeydiyyata alınmışdır. Eyni zamanda, Azərbaycan Respublikası DT və XK-ninn Qəbələ rayon şöbəsi tərəfindən "Qəbələ şəhər sakini X15 Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinə aid torpaqlardan fərdi yaşayış evi tikmək məqsədi üçün ayrılmış torpaq sahəsinin yerquruluşu planı" tərtib edilmiş və həmin sənəd Bələdiyyənin sədri tərəfindən təsdiq edilmişdir. Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin 16.09.2007-ci il tarixli 10 nömrəli qərarı ilə X4 0,06 ha torpaq sahəsinin 0,0452 ha hissəsi "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi tərəfindən həyata keçirilən "Qəbələ-Ağdaş avtomobil yolunun tikintisi" layihəsinə düşdüyünə görə, X12 razılığı əsasında torpaq sahəsinin qalan 0,0148 ha hissəsinə onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 15.03.2018-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və ona bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Həmin 0,0148 ha torpaq sahəsi ilə bağlı X12 adına 15.03.2018-ci ildə A- 248986 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" də tərtib edilmişdir. İddiaçı cavabdehlər Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinə, Qəbələ Rayon İcra Hakimiyyətinə və "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinə qarşı "Hacıalılı Bələdiyyəsi tərəfindən əsassız satılmış 0,0148 ha torpaq sahəsi və bələdiyyə torpağı kimi qeyd olunmuş, əslində iddiaçıya məxsus 0,007839 ha torpaq sahələri qeyri-qanuni sahibliyindən geri alınaraq, iddiaçıya qaytarılması öhdəliyinin Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin və Qəbələ Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması və iddiaçıya məxsus 0,01116 ha torpaq sahəsində sökülmüş tövlənin əvəzi olaraq 20000 manat məbləğində maddi ziyanın cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə" 06.05.2020-ci il tarixli iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İş məhkəmədə 19.05.2020-ci ildə 2-1(116)-1013/2020 nömrəsi ilə qeydə alınmışdır. İddiaçı məhkəməyə 09.07.2020-ci il tarixli başqa bir iddia ərizəsi göndərməklə iddiasını dəyişdirmişdir. Həmin iddia ərizəsində tələb cavabdehlər Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinə və Qəbələ Rayon İcra Hakimiyyətinə qarşı verilmişdir və "Hacıalılı Bələdiyyəsi tərəfindən əsassız satılmış 0,0148 ha torpaq sahəsi və bələdiyyə torpağı kimi qeyd olunmuş, əslində iddiaçıya məxsus 0,007839 ha və iddiaçıya məxsus hasardan bayıra salınmış 0,0061 ha torpaq sahələri qeyri-qanuni sahibliyindən (yəni Arzu Manafovdan) geri alınaraq, iddiaçıya qaytarılması öhdəliyinin Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin və Qəbələ Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması və iddiaçıya məxsus 0,01116 ha torpaq sahəsində sökülmüş tövlənin əvəzi olaraq 20000 manat məbləğində maddi ziyanın cavabdehlərdən alınaraq iddiaçıya verilməsi"ndən ibarətdir. Şəki İnzibati Məhkəməsinin 04.08.2020-ci il tarixli qərardadına əsasən, 2- 1(116)1013/2020 nömrəli inzibati işdə birgə baxılan iki tələb üzrə icraat aşağıdakı ayrı-ayrı müstəqil icraata ayrılmışdır: İddiaçı cavabdehlər Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinə və Qəbələ Rayon İcra Hakimiyyətinə qarşı "Hacıalılı Bələdiyyəsi tərəfindən əsassız satılmış 0,0148 ha torpaq sahəsi və bələdiyyə torpağı kimi qeyd olunmuş, əslində iddiaçıya məxsus 0,007839 ha və iddiaçıya məxsus hasardan bayıra salınmış 0,0061 ha torpaq sahələri qeyri-qanuni sahibliyindən (yəni Arzu Manafovdan) geri alınaraq, iddiaçıya qaytarılması öhdəliyinin Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin və Qəbələ Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması" barədə, İddiaçı cavabdehlər Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinə və Qəbələ Rayon İcra Hakimiyyətinə qarşı "iddiaçıya məxsus 0,01116 ha torpaq sahəsində sökülmüş tövlənin əvəzi olaraq 20000 manat məbləğində maddi ziyanın cavabdehlər Qəbələ Rayon Hacıalılı Bələdiyyəsindən və Qəbələ Rayon İcraHakimiyyətindən alınaraq iddiaçıya verilməsi" barədə. Hazırda baxılan iş yuxarıda göstərilən birinci işdir. Bundan sonra, 24.08.2020-ci ildə İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, tələbinin yalnız Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinə qarşı olduğunu bildirmiş və xahiş etmişdir ki, ona məxsus olduğu halda, Hacıalılı Bələdiyyəsinin mülkiyyətində olan 0,007839 ha və daş hasardan çölə salınmış 0,0061 ha torpaq sahələrinin ona qaytarılması, həmçinin mülkiyyətində olan 0,0148 ha torpaq sahəsi ilə bağlı Hacıalılı Bələdiyyəsi ilə X18 arasında bağlanmış 23.09.2007-ci il tarixli 135 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilərək ona qaytarılması barədə qərar çıxarılsın. Daha sonra, 31.08.2020-ci ildə İddiaçı məhkəməyə yeni iddia ərizəsi verərək, iddiasını dəyişdirmiş, həmin iddia ərizəsində cavabdeh kimi Qəbələ Rayon Hacıalılı Bələdiyyəsi göstərilmişdir. İddia tələbi "iddiaçıya məxsus olduğu halda, Hacıalılı Bələdiyyəsinin mülkiyyətində olan 0,007839 ha və daş hasardan çölə salınmış 0,0061 ha torpaq sahələrinin ona qaytarılması, həmçinin mülkiyyətində olan 0,0148 ha torpaq sahəsinin X3 barədə Hacıalılı Bələdiyyəsinin 16.09.2007-ci il tarixli 10 nömrəli qərarının ləğv olunaraq ona qaytarılması" kimi ifadə olunmuşdur. Şəki İnzibati Məhkəməsinin 07.04.2021-ci il tarixli qərardadına əsasən, İddiaçı iddianı dəyişdirməsi qəbul edilmişdir. Nəhayət, 30.06.2021-ci ildə İddiaçı məhkəməyə ərizə verərək iddia tələbinin həcmini azaltmış və bildirmişdir ki, iddia tələbi "mülkiyyətində olan 0,0148 ha torpaq sahəsinin X3 barədə Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin 16.09.2007-ci il tarixli 10 nömrəli qərarının ləğv olunması"ndan ibarətdir. Məhkəmənin 30.06.2021-ci il tarixli qərardadına əsasən, iddianın dəyişdirilməsi qəbul edilmişdir. Şəki İnzibati Məhkəməsinin 22.02.2021-ci il tarixli qərardadına əsasən, X18 üçüncü şəxs qismində hazırkı iş üzrə inzibati məhkəmə icraatına cəlb edilmişdir. Üçüncü şəxs X18 10.03.2021-ci ildə məhkəməyə iddia ərizəsinə etiraz göndərərək, İddiaçı tələblərinə mülki icraat qaydasında baxılmalı olduğunu bildirmiş və iddianın mümkün sayılmamasını xahiş etmişdir. Üçüncü şəxs X18 iddiaya 23.06.2021-ci il tarixli etiraz da göndərərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. O, etirazını belə əsaslandırmışdır ki, İddiaçı mübahisələndirdiyi Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin 16.09.2007-ci il tarixli 10 nömrəli qərarı barədə təxminən 1 il əvvəldən məlumatlı olmuş və iddia müddətini buraxmışdır. İddiada göstərilən digər tələblər isə ümumi məhkəməyə aiddir. Şəki İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tаrixli, 2-1(116)-108/2021 saylı qərarı ilə (hаkim Vidadi Qasımov) İddiaçı cavabdeh Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinə qarşı mülkiyyətində olan 0,0148 ha torpaq sahəsinin X3 barədə Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin 16.09.2007-ci il tarixli 10 nömrəli qərarının ləğv olunması" barədə iddiası qismən təmin edilmiş, Cavabdeh Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin 16.09.2007-ci il tarixli 10 nömrəli qərarı üçüncü şəxs X12 adına olan RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"da göstərilmiş 0,0148 ha torpaq sahəsinə aid hissədə ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmiş, Prosessual xərclər cavabdeh Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinə aid edilmiş və ekspertizanın dəyərini təşkil edən 311 manat məbləğində pul ondan alınaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin hesabına ödənilməsi qərara alınmışdır. Üçüncü şəxs X18 və cavabdeh Qəbələ Rayon Hacıalılı Bələdiyyəsi tərəfindən Şəki İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tаrixli, 2-1(116)-108/2021 saylı qərarından ayrıayrılıqda apellyasiya şikayətləri verilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri Apellyasiya şikаyətində üçüncü şəxs X18 birinci instansiya məhkəməsinin qərarını əsassız və qanunsuz hesab edir. Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qərarda göstərilən nəticələr işin hallarına uyğun gəlmədiyini göstərmişdir. iddiaçı ilə onun torpaq sahəsinin üst-üstə düşməsini əsassız hesab edir. Apellyasiya şikayətində üçüncü şəxs İddiaçı iddia ərizəsinin Şəki İnzibati Məhkəməsinə 06.05.2020-ci il tarixdə daxil olduğunu, bundan sonra məhkəmənin 04.06.2020-ci il tarixli məktubu ilə iddiaçıya iddia ərizəsində formal xətaların aradan qaldırılması üçün yardım edildiyini, sonuncunun iddia ərizəsindən, məhkəmənin ona ünvanlanan məktubdan və iddiaçının iddianı dəqiqləşdirilməsi barədə ərizədən 2020-ci ilin əvvəllərində mübahisələndirdiyi inzibati akt barədə məlumata malik olduğunu bildirir. İddiaçı hazırda mübahisələndirdiyi 0,0148 ha torpaq sahəsinin X3 barədə Qəbələ rayonu Hacıalılı Bələdiyyəsinin 16.09.2007-ci il tarixli, 10 nömrəli qərarından məlumatlı olmasına baxmayaraq, həmin sənədi qanunla müəyyən edilmiş müddət ərzində mübahisələndirmədiyini, aradan qanunla müəyyən edilmiş müddətdən artıq müddət keçdikdən sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət etdiyini, bununla da həmin sənədi mübahisələndirmək üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürdüyünü bildirir. Məhkəmə iddiaçı ilə onun torpaq sahələrinin üst-üstə düşməsi barədə nəticəyə gələrkən mütəxəssis rəyinə istinad etdiyini, iddiaçı ilə onun torpaq sahələrinin üst- üstə düşməsini təsdiq edən rəy müvafiq səlahiyyətə malik olmayan şəxs tərəfindən tərtib edildiyini, belə sənədin ekspert rəyi kimi qəbul olunması və ondan məhkəmə icraatı çərçivəsində istifadə olunması qanunazidd olduğunu bildirir. Qanunvericilikdəki yeniliklərə əsasən özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxsin Ədliyyə Nazirliyinin təşkil etdiyi icbari təlimdə iştirak etməli, müsahibədən keçməli, özəl məhkəmə eksperti şəhadətnaməsi almalı və barəsində məlumatlar Məhkəmə Ekspertiza Reyestrinə daxil olunmalı olduğunu, lakin iş materiallarında olan rəydən həmin rəyin Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının ekspertləri və yaxud müvafiq səlahiyyətə malik olan özəl ekspert tərəfindən tərtib olunmadığnı bununla da birinci instansiya məhkəməsi hazırkı iddianın mümkünlüyünü yoxlamadan iddia tələbinə mahiyyəti üzrə baxıb yekun qərar qəbul etməklə səhvə yol verdiyini Şəki İnzibati Məhkəməsinin 2-1(116)-108/2021-saylı, 30 iyun 2021-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edir. Apellyasiya şikаyətini cavabdeh Qəbələ Rayon Hacıalılı Bələdiyyəsi onunla əsaslandırmışdır ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsinə heç bir hüququ olmamış, İddiaçı hazırda mübahisələndirdiyi 0,0148 ha torpaq sahəsinin X3 barədə Qəbələ rayonu Hacıalılı Bələdiyyəsinin 16.09.2007-ci il tarixli, 10 nömrəli qərarından məlumatlı olmasına baxmayaraq, həmin sənədi qanunla müəyyən edilmiş müddət ərzində mübahisələndirməmiş, aradan qanunla müəyyən edilmiş müddətdən artıq müddət keçdikdən sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş, bununla da həmin sənədi mübahisələndirmək üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti otürmüş, məhkəmənin iddiaçı ilə üçüncü şəxsin torpaq sahələrinin üst-üstə düşməsini təsdiq edən rəyin müvafiq səlahiyyətə malik olmayan şəxs tərəfindən tərtib edildiyini bildirmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)- 108/2021-saylı, 30 iyun 2021-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Apellyasiya baxışında iştirak edən üçüncü şəxs X19 oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi ilə bələdiyyənin alqı-satqı yolu ilə ona satdığı, mülkiyyətinə verilmiş torpaq sahələri üst-üstə düşmür. İddiaçı apellyasiya şikayətlərinin dəlillərinə etiraz etmiş, şikayətlərin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin nümayəndəsi apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehin nümayəndəsi apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbini bildirməmişdir. Məhkəmə Kollegiyası inzibati işə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM-nin) 62-ci maddəsinə əsasən xəbərdar edilmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Mübahisənin həlli üçün iş də olan aşağıdakı sənədlərə istinad edilmişdir. İşdə olan, JN-229F kod 40604018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"dən görünür ki, Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 19.01.1998-ci il tarixli 13 nömrəli qərarı ilə Qəbələ rayonu Hacıalılı kəndində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsi İddiaçı, X6 və X8 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan, 16.11.2011-ci il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"dən görünür ki, həmin sənəd 10.02.2007-ci ildə vəfat etmiş X6 əmlakı (Qəbələ rayonu Hacıalılı kəndində yerləşən 0,16 ha torpaq sahəsində 1961-ci ildə tikilmiş, yaşayış sahəsi 55,5 kv.m, köməkçi sahəsi 15,6 kv.m, ümumi sahəsi 71,1 kv.m olan üç otaqlı fərdi yaşayış evi) ilə bağlı İddiaçı adına verilmişdir. İşdə olan, MA seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, həmin 0,16 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 24.01.2012-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan, 21.01.2012-ci il tarixli "Daşınmaz əmlakın texniki pasportu"ndan görünür ki, həmin sənəd qeyd olunan daşınmaz əmlakla bağlı İddiaçı adına tərtib edilmişdir. İşdə olan, 15.09.2007-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, X18 tərəfindən torpaq alqı-satqısı üçün 750 manat pul Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinə ödənilmişdir. İşdə olan, Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin 16.09.2007-ci il tarixli 10 nömrəli qərarından görünür ki, Qəbələ şəhər sakini X15 fərdi yaşayış evi tikmək məqsədi ilə bələdiyyənin perspektiv inkişaf fonduna aid torpaqlarından 0,06 ha torpaq sahəsinin satılması, torpağın dəyərini bələdiyyənin bankdakı xüsusi hesabına ödəməsinin Arzu Manafova tapşırılması və s. qərara alınmışdır. İşdə olan, "Torpaqların alqı-satqısına dair akt"dan görünür ki, həmin sənəd Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinə məxsus 0,06 ha torpaq sahəsinin X3 ilə əlaqədar 23.09.2007-ci ildə tərtib edilmiş və Azərbaycan Respublikası DTXK-in Qəbələ rayon şöbəsində 135 nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan, "Qəbələ şəhər sakini X15 Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinə aid torpaqlardan fərdi yaşayış evi tikmək məqsədi üçün ayrılmış torpaq sahəsinin yerquruluşu planı"ndan görünür ki, həmin sənəd Azərbaycan Respublikası DTXK-in Qəbələ rayon şöbəsi tərəfindən tərtib edilmiş və Bələdiyyənin sədri tərəfindən təsdiq edilmişdir. İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Qəbələ rayon Hacıalılı kəndində yerləşən 0,0148 ha torpaq sahəsinə X12 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 15.03.2018-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan, A-248986 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndən görünür ki, həmin sənəd qeyd olunan 0,0148 ha torpaq sahəsi ilə bağlı X12 adına 15.03.2018-ci ildə tərtib edilmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-nin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İddia mümkün iddiadır. Bekə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Apellyasiya şikayətləri vaxtında, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.1-ci, 85.2 -ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayətlər formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində iddiaçının tələbi göstərilmişdir. Üçüncü şəxsin və cavabdehin apellyasiya şikayətləri uğurlu sayılmır. Belə ki, onlar, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya şikayətlərinin başlıca dəlilləri iddiaçı tərəfindən iddia müddətinin buraxılması ilə bağlıdır. Bununla əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İşdən görünür ki, İddiaçı məhkəməyə ilk iddia ərizəsini 06.05.2020-ci ildə yazmışdır. Həmin ərizədə o, özünə məxsus olan 0,0148 ha torpaq sahəsinin Qəbələ Rayon Hacıalılı Bələdiyyəsi tərəfindən X1 bildirsə də, bələdiyyənin hansı qərarı ilə satıldığını bildirməmiş və həmin qərarı mübahisələndirməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya yardım edildikdən sonra o, bir neçə dəfə iddia tələbini dəyişdirmiş və bələdiyyənin 16.09.2007-ci il tarixli 10 nömrəli qərarının ləğvi barədə tələbi məhkəməyə 31.08.2020-ci ildə vermişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin həmin 16.09.2007-ci il tarixli 10 nömrəli qərarının tarixi və nömrəsi barədə məlumatı İddiaçı çatdıran ilk sənəd DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən iddiaçının vəkili X11 ünvanlanmış 20.08.2020-ci il tarixli **********81 nömrəli məktubdur. Həmin məktubda göstərilmişdir ki, X12 adına olan Qəbələ rayon Hacıalılı kəndi ərazisində yerləşən 0,0148 ha torpaq sahəsi Hacıalılı Bələdiyyəsinin 16.09.2007-ci il tarixli 10 nömrəli qərarı, Hacıalılı Bələdiyyəsi ilə X18 arasında bağlanmış 23.09.2007-ci il tarixli 135 nömrə ilə qeydiyyata alınmış "Torpaqların alqı-satqı müqaviləsi" və 15.09.2007ci il tarixli ödəniş qəbzi əsasında qeydiyyata alınmışdır. Cavabdeh Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin 16.09.2007-ci il tarixli 10 nömrəli qərarının İddiaçı təqdim olunması barədə məhkəməyə, ümumiyyətlə, heç bir sübut təqdim edilməmiş, həmin qərarın tarixi, nömrəsi və məzmunu barədə məlumatların isə iddiaçıya 20.08.2020-ci ildən daha əvvəl bildirilməsi barədə də işdə sübut yoxdur. Bu baxımdan birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddialar üçün iddia müddətinin başlanğıcı kimi inzibati aktın təqdim (elan) olunduğu vaxt nəzərə alındığına, Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin 16.09.2007-ci il tarixli 10 nömrəli qərarının İddiaçı təqdim, yaxud elan olunması barədə isə işdə sübut olmadığına görə onun tərəfindən iddia müddəti buraxılmamışdır. Bələdiyyə qərarının mövcudluğu barədə iddiaçının əvvəlcədən məlumatlı olması barədə üçüncü şəxsin dəlilinə gəldikdə isə, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının bələdiyyə qərarı barədə müxtəlif mənbələrdən əldə etdiyi ümumi məlumat Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş "inzibati aktın təqdim (elan) olunması" kimi qiymətləndirilə və iddia müddətinin başlanğıcının hesablanmasına səbəb ola bilməz. Beləliklə, məhkəmə hazırkı iddianın mümkün sayılmaması üçün əsas müəyyən etmədi. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşır. Məhkəmə kollegiyası iddianı qismən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 6-cı bəndinin Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin 16.09.2007-ci il tarixli 10 nömrəli qərarı verildiyi zaman qüvvədə olmuş redaksiyasında deyilir ki, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir. Bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Lakin müəyyən edilmişdir ki, torpaq sahəsi X2 əvvəl Qəbələ Rayon Hacıalılı Bələdiyyəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanının rəyi alınmamışdır. Bu isə bələdiyyə qərarının qanuniliyini istisna edir. Bundan başqa, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin ikinci hissəsində deyilir ki, bələdiyyə ərazisinin hüdudları "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə mülkiyyətinə verilən torpaq sahələri müvafiq ərazi vahidinin sahəsinə əlavə edilməklə müəyyənləşdirilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1ci hissəsində deyilir ki, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə, müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Sadalanan normalardan görünür ki, xüsusi mülkiyyətə verilmiş torpaqlar bələdiyyə mülkiyyətinə verilmir və bələdiyyələrin həmin torpaqlara sərəncam vermək hüququ yoxdur. İşdən göründüyü kimi, 1998-ci ildə ölkədə keçirilən torpaq islahatı ilə əlaqədar olaraq, Qəbələ rayonu Hacıalılı kəndində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsi İddiaçı, onun anası X6 və bacısı X8 ümumi mülkiyyətinə verilmişdir. X10 vəfat etdikdən sonra onun əmlakı vərəsəlik qaydasında İddiaçı keçmiş və həmin 0,16 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ 24.01.2012-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsinin sxemi 15.03.2001-ci il tarixli JN-229F kod 40604018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də, sonra isə 21.01.2012-ci il tarixli "Daşınmaz əmlakın texniki pasportu"nda əks olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə sorğu edilərək İddiaçı adına olan MA seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"da göstərilən 0,16 ha torpaq sahəsinin və cavabdeh Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin 16.09.2007-ci il tarixli qərarı ilə üçüncü şəxs X4 0,06 ha torpaq sahəsinin üst-üstə düşüb-düşməməsi barədə məlumat tələb olunmuşdur. DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin 16.10.2020-ci il, 12.11.2020-ci il, 20.11.2020-ci il tarixli cavab məktublarından, habelə məktuba əlavə edilmiş "X7 aid torpaq və tikili sahəsinin kadastr planından çıxarış"dan və "İddiaçı mülkiyyətində olan 0,16 ha torpaq və tikili sahəsindən layihəyə düşən hissəsinin sxematik planı"ndan məlum olur ki, Qəbələ rayonunda Aeroporta yeni çəkiləcək avtomobil yolunun təhkim zolağına düşən torpaq sahələrini dürüstləşdirmək məqsədilə 2013-cü ildə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin nümayəndələrinin və ƏMDX-nin Daşınmaz Əmlakın Kadastrı və X5 mütəxəssislərinin iştirakı ilə ərazidə yeni çəkilişlər aparılmış, ƏMDX-nin Daşınmaz Əmlakın Kadastrı və X5 mütəxəssisləri tərəfindən ərazidə çöl ölçmə işləri nəticəsində yeni çəkiləcək yolun qorunma zolağına düşən torpaq sahələrinin sərhədləri müəyyən edilmiş və layihəyə düşən hər bir torpaq sahəsinə dair torpaq sahəsinin kadastr planı tərtib edilmişdir. Eyni zamanda, layihəyə düşən torpaq sahələrinə dair kadastr məlumatları elektron kadastr məlumat bazasına daxil edilərək istifadə üçün Ərazi İdarəsinə göndərilmişdir. Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin 16.09.2007-ci il tarixli qərarı ilə X4 0,06 ha torpaq sahəsinin 0,0452 ha hissəsi yolun genişləndirilməsi zamanı yolun layihəsinə düşdüyünə görə, X12 razılığı əsasında torpaq sahəsinin yalnız 0,0148 ha hissəsi onun adına qeydiyyata alınmışdır. ƏMDX-nin Daşınmaz Əmlakın Kadastrı və X9 tərəfindən Ərazi İdarəsinə 14.03.2013-cü ildə təqdim olunan torpaq sahəsinin elektron kadastr məlumat bazasına görə, dövlət reyestrində X12 adına qeydiyyata alınmış 0,0148 ha torpaq sahəsi və yolun genişləndirilməsi zamanı yolun layihəsinə düşən 0,0452 ha torpaq sahəsi dövlət reyestrindən çıxarışla İddiaçı adına qeydiyyata alınmış 0,16 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Lakin DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsinin 16.10.2020-ci il tarixli məktubu ilə göndərilmiş "X7 aid torpaq və tikili sahəsinin kadastr planından çıxarış" öyrənilərkən müəyyən edilir ki, İddiaçı adına olan 21.01.2012-ci il tarixli "Daşınmaz əmlakın texniki pasportu"nda iddiaçının zəbt etdiyi 0,059 ha torpaq sahəsi həyətin avtomobil yoluna yaxın hissəsində göstərildiyi halda, kadastr planından çıxarışda bundan fərqli olaraq, əks tərəfdə göstərilmişdir. Ona görə də, birinci instansiya 07.12.2020-ci il tarixli məktubu ilə DƏDRXnin 9 saylı Qəbələ Ərazi İdarəsinə sorğu edilərək bu ziddiyyətin səbəbi barədə məlumat tələb edilmişdir. DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin 15.12.2020-ci il tarixli cavab məktubundan məlum olur ki, İddiaçı adına olan 21.01.2012-ci il tarixli "Daşınmaz əmlakın texniki pasportu" tərtib edilən zaman DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsinin mühəndisəri tərəfindən həyətyanı torpaq sahəsində texniki inventarlaşdırma və çöl ölçmə işləri apararkən vətəndaşın mülkiyyətindən əlavə, faktiki istifadəsində 0,059 ha zəbt olunmuş torpaq sahəsinin olması aşkar edilmiş, həmin zəbt olunmuş torpaq sahəsinin sərhədləri dürüstləşdirilərək, texniki pasportda Qəbələ-Ağdaş avtomobil yolu istiqamətində ştrixlə göstərilmişdir. Lakin, 2013-cü ildə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin nümayəndələrinin və ƏMDX-nin Daşınmaz Əmlakın Kadastrı və X5 mütəxəssislərinin iştirakı ilə ərazidə yeni çəkilişlər aparılarkən iddiaçının adına olan texniki pasportda göstərilən torpaq sahəsinin planı nəzərə alınmamış, yeni çəkilişə əsasən, zəbt olunmuş torpaq sahəsi əks istiqamətdə göstərilərək torpaq sahələrinə dair kadastr məlumatları elektron kadastr məlumat bazasına daxil edilərək 14.03.2013-cü ildə istifadə üçün Ərazi İdarəsinə göndərilmişdir. Bundan sonra birinci instansiya məəhkəməsi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu edilərək, aşağıdakı suallarla bağlı məlumat tələb olunmuşdur: 1) İddiaçı adına olan 21.01.2012-ci il tarixli "Daşınmaz əmlakın texniki pasportu"nda göstərilən 0,16 ha torpaq sahəsi və X12 adına olan A-248986 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilən 0,0148 ha torpaq sahəsi sənəd üzrə üst-üstə düşürmü? 2) 2013-cü ildə elektron kadastr məlumat bazasına həmin ərazi ilə bağlı dəyişiklik edilmişdirmi? 3) Edilmişdirsə, bunun səbəbi nə olmuşdur? 4) Edilmişdirsə, elektron kadastr məlumat bazasının hansı variantı (əvvəlki, yoxsa hazırkı) naturadakı vəziyyətə uyğundur? 5) X12 adına olan 15.03.2018-ci il tarixli A-248986 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilən 0,0148 ha torpaq sahəsi 2013-cü ildə elektron kadastr məlumat bazasına dəyişiklik edilənədək Qəbələ Rayonu Hacıalılı Bələdiyyəsinin mülkiyyətində olmuşdurmu? Həmin sorğuya əsasən, Şəki Layihə-Tədqiqat İdarəsi tərəfindən məhkəməyə verilmiş 07.05.2021-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı adına olan 21.01.2012ci il tarixli "Daşınmaz əmlakın texniki pasportu"nda göstərilən 0,16 ha torpaq sahəsi və X12 adına olan A-248986 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilən 0,0148 ha torpaq sahəsi sənəd üzrə üst-üstə düşür. 2013-cü ildə elektron kadastr məlumat bazasına həmin ərazi ilə bağlı dəyişiklik edilmişdir. Ərazidən keçən magistral avtomobil yolunun genişləndirilməsi layihəsi çərçivəsində elektron xəritədə yolun mühafizə zolağının keçdiyi hissələrdə dəyişiklik edilmişdir. 2013-cü ildə ərazidən keçən magistral avtomobil yolunun genişləndirilməsi layihəsi çərçivəsində elektron xəritədə yolun mühafizə zolağının keçdiyi hissələrdə dəyişiklik edildiyi üçün elektron kadastr məlumat bazasının hazırkı vəziyyəti naturadakı vəziyyətə uyğundur. X12 adına olan 15.03.2018-ci il tarixli A-248986 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilən 0,0148 ha torpaq sahəsini yerləşdiyi ərazi **********63-10301 nömrəli 21.01.2012-ci il tarixli çıxarış ilə 0,16 ha torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsinə səbəb olmuş JN-229F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə əsasən Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin mülkiyyətində olmuşdur. Mütəxəssis rəyinə torpaq sahəsinin yerləşmə sxemləri və yerquruluşu xəritəsindən çıxarış əlavə edilmişdir. Həmin sxemlərdən və çıxarışdan görünür ki, X12 adına olan 15.03.2018-ci il tarixli A-248986 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilən 0,0148 ha torpaq sahəsi İddiaçı adına olan 21.01.2012-ci il tarixli "Daşınmaz əmlakın texniki pasportu"nda göstərilən 0,16 ha torpaq sahəsi ilə üst-üstə düşür. Deməli, Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin 16.09.2007-ci il tarixli 10 nömrəli qərarı ilə X4 torpaq sahəsinin 0,0148 ha hissəsi faktiki olaraq daşınmaz əmlakın dövlət reyestrində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmış 0,16 ha torpaq sahəsinin bir hissəsidir. Göründüyü kimi, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmuşdur. Apellyasiya şikayətlərinin həmin dəlilləri də əsassızdır. Beləliklə, İddiaçı X15 torpaq sahəsinin satılması barədə Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin 16.09.2007-ci il tarixli 10 nömrəli qərarının 0,0148 ha hissəsinin ləğvini tələb etməkdə haqlıdır. Bununla yanaşı, o, torpaq sahəsinin yalnız 0,0148 ha hissəsini mübahisələndirdiyi halda, iddia ərizəsində bələdiyyənin qərarının bütövlükdə ləğvini tələb etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının hüquqi marağı yalnız 0,0148 ha torpaq sahəsi ilə bağlı olduğuna görə iddia qismən təmin edilərək, bələdiyyənin qərarı yalnız 0,0148 ha hissədə ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Apellyasiya şikayətlərinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayətləri təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Qəbələ Rayon Hacıalılı Bələdiyyəsi və üçüncü şəxs X18 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(116)-108/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-394/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-394/2021
28.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver