Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-395/2023 04.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X9 və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı "Elşən-96" kəndli (fermer) təsərrüfatının cavabdeh Yevlax bələdiyyəsinə qarşı "xx.xx.2011-ci il tarixli 06 nömrəli qərarın 50 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi", iddiaçı "xxxx" MMC-nin cavabdeh Yevlax bələdiyyəsinə qarşı "xx.xx.2011-ci il tarixli 06 nömrəli qərarın 20 ha torpaq sahəsi ilə bağlı hissədə ləğv edilməsi" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2-1(116)-4/2022 nömrəli qərarından üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil1 və üçüncü şəxs "xxxx" Bank ASC-nin nümayəndəsi X10 tərəfindən verilmiş аpellyаsiyа şikаyətlərinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. Yevlax Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 51 nömrəli sərəncamına əsasən, 142 nömrəli texniki peşə məktəbinə təlim təsərrüfat məqsədi üçün ayrılmış 128 ha torpaq sahəsinin geri alınması və şəhər icra hakimiyyətinin ehtiyat torpaq fonduna daxil edilməsi, 142 nömrəli texniki peşə məktəbinə həmin torpaqdan istifadə hüququna dair verilmiş xx.xx.1977-ci il tarixli dövlət aktının ləğv olunması, göstərilən torpaq sahəsindən ərzaq bolluğu yaratmaq məqsədilə gələcəkdə kəndli (fermer) təsərrüfatı yaradılması məqsədi üçün istifadə olunması qərara alınmışdır.
2. Bundan sonra Yevlax Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 55 nömrəli sərəncamına əsasən, ərzaq bolluğu yaratmaq məqsədilə şəhər icra hakimiyyətinin ehtiyat torpaq fondundan 50 ha torpaq sahəsində "Elşən-96" kəndli (fermer) təsərrüfatının yaradılması qərara alınmış, onun Nizamnaməsi təsdiq edilmiş və həmin təsərrüfat xx.xx.1997-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bərdə bölgə şöbəsi tərəfindən qeydiyyata alınmışdır.
3. Yevlax Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 55 nömrəli sərəncamına əsasən, "Elşən-96" kəndli (fermer) təsərrüfatının adına 50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsi barədə A-000332 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı" verilmişdir. Həmin sənəddə 50 ha torpaq sahəsinin sxemi də göstərilmişdir.
4. İddiaçı "Elşən-96" kəndli (fermer) təsərrüfatının nümayəndəsi X3 da daxil olmaqla müvafiq komissiya təşkil olunaraq 50 ha torpaq sahəsi seçilmiş, bu barədə xx.xx.1996-cı il tarixli "Torpaq sahəsinin ayrılmasına dair sahəni seçmə aktı" tərtib edilmişdir.
5. Bundan başqa, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 84 nömrəli sərəncamına əsasən, ərzaq bolluğu yaratmaq məqsədilə şəhər icra hakimiyyətinin balansında olan Kür çayı sahilindəki ehtiyat torpaq fondundan 20 ha torpaq sahəsində "Amil-96" kəndli (fermer) təsərrüfatının yaradılması qərara alınmış, onun Nizamnaməsi təsdiq edilmişdir.
6. Yevlax Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 84 nömrəli sərəncamına əsasən, "Amil-96" kəndli (fermer) təsərrüfatının adına 20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsi barədə A-004865 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı" verilmişdir.
7. "Amil-96" kəndli (fermer) təsərrüfatının nümayəndəsi X6 da daxil olmaqla müvafiq komissiya təşkil olunaraq 20 ha torpaq sahəsi seçilmiş, bu barədə xx.xx.1996-cı il tarixli "Torpaq sahəsinin ayrılmasına dair sahəni seçmə aktı" tərtib edilmişdir.
8. Ayrılmış 20 ha torpaq sahəsinin yerquruluşu planı da tərtib edilmişdir.
9. Təsərrüfat təsisçilərinin xx.xx.2004-cü il tarixli 01 nömrəli ümumi yığıncaq qərarına əsasən, "Amil-96" kəndli (fermer) təsərrüfatının adı dəyişdirilərək "xxxx" MMC qoyulmuş və həmin MMC-nin nizamnaməsi təsdiq edilmişdir.
10. Bundan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 278s nömrəli sərəncamına əsasən, Yevlax peşə məktəbinin istifadəsində olan 128 ha, o cümlədən 100 ha şoran dinc, 11,20 ha şoran örüş və 16,80 ha sair torpaq sahəsinin Yevlax bələdiyyəsinin mülkiyyətinə verilməsi qərara alınmışdır.
11. Yevlax bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 16 nömrəli qərarına istinadən, Yevlax bələdiyyəsinin adına 80 ha torpaq sahəsi ilə bağlı A-322330 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmiş, həmin sənəd dövlət torpaq kadastrı kitabında xx.xx.2011-ci ildə 13 nömrəsi ilə uçota alınmışdır.
12. Yevlax şəhərində yerləşən 80 ha torpaq sahəsinə Yevlax bələdiyyəsinin mülkiyyət hüququ xx.xx.2011-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına MA seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir.
13. Bundan sonra Yevlax bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 06 nömrəli protokoluna əsasən, Yevlax bələdiyyəsinin alqı-satqı predmeti olan 80 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə mülkiyyətə verilməsi üçün açıq müsabiqənin keçirilməsi, müsabiqə satış qiymətinin 40000 manat olması müəyyən edilmiş və müsabiqə keçirilməsi ilə bağlı bələdiyyə ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon Torpaq hərrac və müsabiqə komissiyası arasında müqavilənin bağlanması qərara alınmışdır.
14. Keçirilmiş müsabiqə əsasında 80 ha torpaq sahəsi "xxxx" MMC-nin mülkiyyətinə verilmiş və torpaq sahəsi ilə bağlı "xxxx" MMC-nin adına 044788 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir.
15. Həmin torpaq sahəsinə "xxxx" MMC-nin mülkiyyət hüququ xx.xx.2011-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir.
16. Həmin torpaq sahəsinə "xxxx" Bank ASC-nin ipoteka hüququ xx.xx.2017-ci ildə dövlət reyestrində qeydiyyata alınaraq onun adına RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir.
17. Bundan sonra iddiaçı "Elşən-96" kəndli (fermer) təsərrüfatı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı ""xxxx" MMC-nin adına verilmiş xx.xx.2011-ci il tarixli ******* nömrəli, ********** qeydiyyat nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv edilməsi" tələbi barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.
18. O, tələbini belə əsaslandırmışdır ki, həmin 50 ha torpaq sahəsi Yevlax Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 55 nömrəli sərəncamına əsasən ona verilmiş, lakin 2016-cı ildə "xxxx" MMC-nin əməkdaşları onlara məxsus torpaq sahəsini onların əlindən almışlar. Sonradan məlum olmuşdur ki, onların zəbt etdiyi torpaq sahəsinə xx.xx.2011-ci il tarixli ******* nömrəli çıxarış verilmişdir.
19. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi iddiaya qarşı xx.xx.2019-cu il tarixli **********69 nömrəli etirazında bildirmişdir ki, Yevlax bələdiyyəsinin mülkiyyətində olan Yevlax şəhərində yerləşən 80 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon Torpaq hərrac və müsabiqə komissiyasının torpaq hərrac və ya müsabiqənin nəticələri barədə xx.xx.2011-ci il tarixli iclas protokolları və buna əsasən verilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında "xxxx" MMC-nin mülkiyyətinə verilmişdir. Mülkiyyətə verilmiş torpaq sahəsi xx.xx.2011-ci ildə ********** qeydiyyat nömrəsi ilə İdarə tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsi qeydiyyata alınarkən heç bir qanun pozuntusu olmamış və qeydiyyat qanunvericiliyin tələblərinə uyğun aparılmışdır. Hal-hazırda daşınmaz əmlak üzərində mülkiyyət hüququ Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankının Yevlax filialının xeyrinə 120 ay müddətinə yüklü edilərək xx.xx.2017-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
20. Bundan sonra Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(84)- 296/2019 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, "xxxx" Bank ASC və Yevlax bələdiyyəsi üçüncü şəxs qismində iş üzrə inzibati məhkəmə icraatına cəlb edilmişlər.
21. Üçüncü şəxs Yevlax bələdiyyəsi xx.xx.2019-cu il tarixli 60 nömrəli etirazında bildirmişdir ki, "Elşən-96" kəndli (fermer) təsərrüfatına verilən torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmamışdır. Sözügedən torpaq sahəsi xx.xx.2010-cu ilədək Azərbaycan Respublikasının Təhsil Nazirliyinin balansında və istifadəsində olmuşdur. Bu faktlar sübut edir ki, qeyd olunan torpaq sahəsinin iddiaçının istifadəsində olması heç bir yerdə qeydiyyatdan keçməmişdir. Bundan sonra Yevlax Bələdiyyəsi tərəfindən "xxxx" MMC-nin müraciətinə əsasən, qeyd olunan torpaq sahəsi hərrac və müsabiqə ilə ona satılmışdır. Hərrac və müsabiqənin qalibi sənədləri əsasında torpaq sahəsi xx.xx.2011-ci ildə çıxarışla "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır. Bütün əməliyyatlar mülki, torpaq və bələdiyyə torpaqlarına aid qanunvericiliyin tələblərinə uyğun olaraq aparılmışdır. Sənədlərdən aydın olur ki, mübahisəli torpaq sahəsinin "xxxx" MMC-yə satılmasından 7 (yeddi) ildən çox müddət keçib.
22. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(84)-296/2019 nömrəli qərardadı ilə iddiaçı "Elşən-96" kəndli (fermer) təsərrüfatının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı ""xxxx" MMC-nin adına verilmiş xx.xx.2011-ci il tarixli ******* nömrəli, ********** qeydiyyat nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv edilməsi" barədə iddiası mümkün sayılmamışdır. İddiaçı məhkəmənin həmin qərardadından apellyasiya şikayəti vermişdir.
23. X21 Məhkəməsinin icraatında olduğu vaxt "Elşən-96" kəndli (fermer) təsərrüfatının başçısı X1 Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına xx.xx.2019-cu il tarixli ərizə ilə müraciət edərək bildirmişdir ki, o, Şəki İnzibati-İqtisadi Məhkəməsi tərəfindən lazımi qaydada məlumatlandırılmamışdır və hazırda torpaq sahəsinin "xxxx" MMC-yə satılması barədə Yevlax bələdiyyəsinin qərarının ləğv olunmasını istəyir, bu baxımdan da hazırkı ərizəsinin qəbul edilərək təmin olunmasını xahiş edir.
24. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(107)-335/2019 nömrəli qərardadı ilə iddiaçı "Elşən-96" kəndli (fermer) təsərrüfatının apellyasiya şikayəti təmin olunmuş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(84)-296/2019 nömrəli qərardadı ləğv edilərək işə təkrar baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır.
25. Bundan sonra iddiaçı "Elşən-96" kəndli (fermer) təsərrüfatı məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə verərək cavabdeh kimi Yevlax bələdiyyəsini, üçüncü şəxs kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsini və "xxxx" MMC-ni göstərmiş, iddia tələbini isə "xx.xx.2011-ci il tarixli 06 nömrəli qərarın 50 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi" kimi ifadə etmişdir.
26. Üçüncü şəxs "xxxx" Bank ASC xx.xx.2019-cu il tarixli etirazında bildirmişdir ki, iddiaçı "Elşən-96" kəndli (fermer) təsərrüfatının yaradılması zamanı qanunun tələbləri pozulmuşdur. Belə ki, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının kəndli fermer təsərrüfatı yaratmaq səlahiyyəti olmadığı halda bu barədə qanunsuz inzibati akt qəbul etmiş, qanunda göstərilən digər prosedur qaydalarını pozmuşdur. İddiaçı "Elşən-96" kəndli (fermer) təsərrüfatı hüquqi baxımdan ümumiyyətlə mövcud deyil, onun kəndli (fermer) təsərrüfatı kimi fəaliyyəti və mübahisəli torpaq sahəsi üzərində istifadə hüququnun olmasını iddia etməsi qanunsuzdur.
27. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli məhkəmə iclasının protokol qərardadına əsasən, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi Yevlax bələdiyyəsi ilə əvəz edilmişdir.
28. Bundan başqa, iddiaçı "xxxx" MMC cavabdeh Yevlax bələdiyyəsinə qarşı "xx.xx.2011-ci il tarixli 06 nömrəli qərarın 20 ha torpaq sahəsi ilə bağlı hissədə ləğv edilməsi" tələbi barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.
29. O, tələbini belə əsaslandırmışdır ki, onun istifadəsində olan 20 ha torpaq sahəsi hərrac vasitəsilə "xxxx" MMC-yə satılmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci ildə qeydiyyata alınmaqla çıxarış verilmiş və həmin 20 ha sahə də daxil olmaqla 80 ha torpaq sahəsinə "xxxx" MMC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. Göründüyü kimi, bələdiyyənin qərarı ilə hərraca çıxarılan torpaq sahəsi həmin vaxt onların istifadəsində olmuşdur.
30. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmənin icraatında olan aşağıdakı inzibati işlər üzrə icraat bir icraatda birləşdirilmiş və işin nömrəsi 2-1(116)-4/2022 olmuşdur: 1) İddiaçı "Elşən-96" kəndli (fermer) təsərrüfatının cavabdeh Yevlax bələdiyyəsinə qarşı "xx.xx.2011-ci il tarixli 06 nömrəli qərarın və üçüncü şəxs "xxxx" MMC-nin adına verilmiş xx.xx.2011-ci il tarixli ******* nömrəli, ********** qeydiyyat nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın 50 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi" barədə iddiasına dair 2-1(116)-1/2022 nömrəli iş, 2) İddiaçı "xxxx" MMC-nin cavabdeh Yevlax bələdiyyəsinə qarşı "xx.xx.2011-ci il tarixli 06 nömrəli qərarın 20 hektar torpaq sahəsi ilə bağlı hissədə ləğv edilməsi" barədə iddiasına dair 2-1(116)-4/2022 nömrəli iş.
31. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-4/2022 nömrəli qərardadı ilə "xxxx" MMC hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.
32. Birinci instansiya məhkəməsinin eyni tarixli başqa bir qərardadı ilə Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin, xx.xx.2019-cu il tarixli protokol qərardadı isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin üçüncü şəxs qismində cəlb edilməsinə dair hissədə ləğv edilmiş, eləcə də Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş Yevlax bələdiyyəsinin məhkəmə icraatında üçüncü şəxs qismində iştirakına xitam verilmişdir.
33. Bundan başqa, iddiaçı "Elşən-96" kəndli (fermer) təsərrüfatı məhkəməyə "Mübahisələndirmə haqqında iddia üzrə mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbinə dair əlavə ərizə" təqdim edərək mübahisələndirdiyi Yevlax bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 06 nömrəli qərarının icra olunması nəticəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2011-ci ildə "xxxx" MMC-nin adına verilmiş ******* nömrəli ********** qeydiyyat nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın 50 ha hissədə ləğv olunmasını da xahiş etmişdir. X22 Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı "Elşən-96" kəndli (fermer) təsərrüfatının iddianı dəyişdirməsinin qəbulundan imtina edilmişdir.
34. Beləliklə, hazırkı işdə iddiaçı qismində "Elşən-96" kəndli (fermer) təsərrüfatı və "xxxx" MMC, cavabdeh qismində Yevlax bələdiyyəsi, zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində "xxxx" MMC, adi cəlbetmə qaydasında üçüncü şəxs qismində Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankı iştirak edirlər. Hər iki iddiaçının iddia tələbi Yevlax bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 06 nömrəli qərarının qismən, müvafiq olaraq 50 ha və 20 ha torpaq sahələrinə aid hissələrdə ləğv edilməsi barədədir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
35. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) 26 aprel 2022-ci il tarixli 2- 1(116)-4/2022 nömrəli qərarı ilə iddiaçı "Elşən-96" kəndli (fermer) təsərrüfatının iddiası qismən, iddiaçı "xxxx" MMC-nin iddiası təmin edilərək, cavabdeh Yevlax bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 06 nömrəli qərarı iddiaçı "Elşən-96" kəndli (fermer) təsərrüfatının adına olan A-000332 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı"nda göstərilmiş 50 ha torpaq sahəsinin üst-üstə düşən 35,3 ha hissəsində, iddiaçı "xxxx" MMC-nin adına olan A-004865 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı"nda göstərilmiş 20 ha torpaq sahəsi ilə üst-üstə düşən 20 ha hissəsində ləğv edilməsi, iddiaçı "Elşən-96" kəndli (fermer) təsərrüfatının iddiasının qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
36. Üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil1 və üçüncü şəxs "xxxx" Bank ASC-nin nümayəndəsi X10 həmin qərardan apellyasiya şikayətləri vermişlər.
37. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 sentyabr 2022-ci il tarixli 2-1(107)-172/2022 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2-1(116)-4/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
38. Həmin qərardan üçüncü şəxslər "xxxx" ASC və "xxxx" MMC tərəfindən kassasiya şikayətləri verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 4 aprel 2023-cü il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 sentyabr 2022-ci il tarixli 2-1(107)-172/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş və kassasiya şikayətləri təmin edilməmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
39. Üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi vəkili Vəkil1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Yevlax bələdiyyəsinin xx.xx.2011-ci il tarixli qərarının mübahisələndirilməsi barədə iddianı "Elşən-96" kəndli (fermer) təsərrüfatının xx.xx.2019cu ildə (X21 Məhkəməsinin icraatında olduğu vaxt), "xxxx" MMC-nin isə xx.xx.2019-cu ildə verdiyini qərarında göstərsə də, iddiaçıların qeyd olunan bələdiyyə qərarını nə zaman aldıqlarını və həmin qərar barədə nə zaman məlumatlı olduqlarını müəyyən etməmişdir. Qərarda bu halla bağlı hər hansı mövqe bildirilməmişdir. Birinci instansiya məhkəməsi işdə iddiaçıların adına olan torpaq sahələrinin koordinatlarının mövcud olmadığı və həmin torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmadığı barədə işdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məktubları və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəylərini nəzərə almadan və çətinlik çəkmədən məsələni 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndisi ilə həll etmiş, Yevlax şəhərində fəaliyyət göstərən həmin mühəndisin tərtib etdiyi iki sxemi əsas götürərək, tamamilə qanunsuz və əsassız qərar qəbul etməklə üçüncü şəxs "xxxx" MMC-nin mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. Odur ki, Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2-1(116)-4/2022 nömrəli qərarını ləğv edərək, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
40. Üçüncü şəxs "xxxx" Bank ASC-nin nümayəndəsi X10 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, "Elşən-96" KFT-nin nümayəndəsi F.M.Əfəndiyevin xx.xx.2019cu il tarixdən etibarən Yevlax bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 06 saylı qərarından məlumatı olmuşdur. Lakin "Elşən-96'' KFT-nin nümayəndəsi və vəkili Nümayəndə1 həmin bələdiyyə qərarının mübahisələndirilməsi barədə iddianı Şəki İnzibati Məhkəməsinə xx.xx.2019-cu il tarixdə təqdim etmiş və bununla da müvafiq iddianın verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə müəyyən edilmiş 30 günlük müddəti buraxmışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra "AR İP M") 38.1-ci maddəsinin həmin vaxt qüvvədə olmuş redaksiyasında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Sözügedən prosessual müddət buraxıldığından “Elşən-96" KFT-nin nümayəndəsi və vəkili Nümayəndə1 "iddia müddətinin bərpa edilməsinə dair "Şəki İnzibati Məhkəməsinə ərizə təqdim edərək, yuxarıda göstərilən iddia tələbi üzrə müddətin bərpa olunmasını məhkəmədən xahiş etmişdir. Həmin ərizədə müddətin buraxılmasına səbəb kimi Yevlax bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 06 saylı qərarının onlardan gizlədilməsi qeyd olunmuşdur. Lakin müvafiq ərizədə mübahisə edilən bələdiyyə qərarı barədə onların məlumatlı olduqları xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə qədər olan 5 aydan artıq müddət ərzində müvafiq müddətə əməl olunmasına mane olan hallar və həmin halların aradan qalxdığı vaxt barədə heç nə göstərilməmişdir. Yalnız hazırkı icraat çərçivəsində tətbiq edilməli olmayan hüquq normasına, yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 382-ci maddəsinə istinad olunmuşdur. Halbuki, AR İPM-in 24.2-ci maddəsinin tələbinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-4/2022 nömrəli qərardadı ilə "Elşən-96" KFT-nin nümayəndəsi və vəkili Nümayəndə1 yuxarıda göstərilən "İddia müddətinin bərpa edilməsinə dair" ərizəsi mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, "Elşən-96" KFTnin nümayəndəsi F.M.X8 Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına ünvanladığı yuxarıda bəhs olunan xx.xx.2019-cu il tarixli ərizəsi məhz iddianın dəyişdirilməsi barədə ərizədir. Belə ki, həmin ərizədə "Elşən-96" KFT-nin nümayəndəsi yalnız Yevlax bələdiyyəsinin müvafiq qərarı barədə məlumatlı olduğunu bildirməklə kifayətlənməmiş, həm də həmin qərarın ləğv olunmasını istədiyini bildirmiş və hazırkı ərizəsinin qəbul edilərək təmin olunmasını xahiş etmişdir. Buna görə də, "Elşən-96" KFT iddia müddətinin bərpası barədə vəsatət versə də, onun iddia müddətini buraxması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2- 1(116)-4/2022 nömrəli qərarını ləğv edərək, iddiaçı "Elşən-96" KFT və "xxxx" MMC-nin iddia tələblərinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
41. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "Elşən-96" kəndli (fermer) təsərrüfatının nümayəndəsi X3 və iddiaçıların vəkili Vəkil3 apellyasiya şikayətlərinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2-1(116)-4/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
42. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs "xxxx" MMC-nin vəkili Vəkil4 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2-1(116)-4/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi.
43. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Yevlax bələdiyyəsinin nümayəndəsi X11 qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi.
44. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən "xxxx" Bank ASC-nin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2-1(116)-4/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi.
45. Məhkəmə kollegiyasının əvvəlki iclasında mütəxəssis qismində iştirak edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin yerquruluşu təşkili şöbəsinin müdiri X14 izahatında bildirdi ki, məhkəmə tərəfindən təqdim edilən 3 cədvəl üzrə koordinatlarla birlikdə torpaq sahələrinin üst-üstə düşüb-düşməməsinin müəyyən edilmişdir. Birinci cədvəldə yerləşən koordinatlarla müəyyənləşən 20 ha torpaq sahəsi 3-cü cədvəldə göstərilən 80.1 ha trorpaq sahəsi ilə tamamilə üst-üstə düşür. 2-ci cədvəldə göstərilən 50 ha torpaq sahəsi 3-cü cədvəldə göstərilən 80.1 ha torpaq sahəsinin 35.3 ha hissəsi ilə üst-üstə düşür.
46. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - Yevlax Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 51 nömrəli sərəncamından görünür ki, 142 nömrəli texniki peşə məktəbinə təlim təsərrüfat məqsədi üçün ayrılmış 128 ha torpaq sahəsinin geri alınması və şəhər icra hakimiyyətinin ehtiyat torpaq fonduna daxil edilməsi, 142 nömrəli texniki peşə məktəbinə həmin torpaqdan istifadə hüququna dair verilmiş xx.xx.1977-ci il tarixli dövlət aktının ləğv olunması, göstərilən torpaq sahəsindən ərzaq bolluğu yaratmaq məqsədilə gələcəkdə kəndli (fermer) təsərrüfatı yaradılması məqsədi üçün istifadə olunması qərara alınmışdır. - Yevlax Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 55 nömrəli sərəncamından görünür ki, ərzaq bolluğu yaratmaq məqsədilə şəhər icra hakimiyyətinin ehtiyat torpaq fondundan 50 ha torpaq sahəsində "Elşən-96" kəndli (fermer) təsərrüfatının yaradılması qərara alınmışdır. - A-000332 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı"ndan görünür ki, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 55 nömrəli sərəncamına əsasən, "Elşən-96" kəndli (fermer) təsərrüfatının adına 50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. - xx.xx.1996-cı il tarixli "Torpaq sahəsinin ayrılmasına dair sahəni seçmə aktı"ndan görünür ki, iddiaçı "Elşən-96" kəndli (fermer) təsərrüfatının nümayəndəsi X2 daxil olmaqla müvafiq komissiya təşkil olunaraq 50 ha torpaq sahəsi seçilmişdir. - Yevlax Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 84 nömrəli sərəncamından görünür ki, ərzaq bolluğu yaratmaq məqsədilə şəhər icra hakimiyyətinin balansında olan Kür çayı sahilindəki ehtiyat torpaq fondundan 20 ha torpaq sahəsində "Amil-96" kəndli (fermer) təsərrüfatının yaradılması qərara alınmışdır. - A-004865 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı"ndan görünür ki, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 84 nömrəli sərəncamına əsasən, "Amil-96" kəndli (fermer) təsərrüfatının adına 20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. - xx.xx.1996-cı il tarixli "Torpaq sahəsinin ayrılmasına dair sahəni seçmə aktı"ndan görünür ki, "Amil-96" kəndli (fermer) təsərrüfatının nümayəndəsi X4 daxil olmaqla müvafiq komissiya təşkil olunaraq 20 ha torpaq sahəsi seçilmişdir. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 278s nömrəli sərəncamından görünür ki, Yevlax peşə məktəbinin istifadəsində olan 128 ha, o cümlədən 100 ha şoran dinc, 11,20 ha şoran örüş və 16,80 ha sair torpaq sahəsinin Yevlax bələdiyyəsinin mülkiyyətinə verilməsi qərara alınmışdır. - A-322330 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədindən görünür ki, Yevlax bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 16 nömrəli qərarına istinadən, Yevlax Bələdiyyəsinin adına 80 ha torpaq sahəsi ilə bağlı "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmiş, həmin sənəd dövlət torpaq kadastrı kitabında xx.xx.2011-ci ildə 13 nömrəsi ilə uçota alınmışdır. - MA seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Yevlax şəhərində yerləşən 80 ha torpaq sahəsinə Yevlax bələdiyyəsinin mülkiyyət hüququ xx.xx.2011-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Yevlax bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 06 nömrəli protokolundan çıxarışdan görünür ki, Yevlax bələdiyyəsinin alqı-satqı predmeti olan 80 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə mülkiyyətə verilməsi üçün açıq müsabiqənin keçirilməsi, müsabiqə satış qiymətinin 40000 manat olması müəyyən edilmiş və müsabiqə keçirilməsi ilə bağlı Bələdiyyə ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon Torpaq hərrac və müsabiqə komissiyası arasında müqavilənin bağlanması qərara alınmışdır. - 044788 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədindən görünür ki, keçirilmiş müsabiqə əsasında 80 ha torpaq sahəsi "xxxx" MMC-nin mülkiyyətinə verilmiş və torpaq sahəsi ilə bağlı "xxxx" MMC-nin adına "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir. - RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 80 ha torpaq sahəsinə "xxxx" MMC-nin mülkiyyət hüququ xx.xx.2011-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 80 ha torpaq sahəsinə "xxxx" Bank ASC-nin ipoteka hüququ xx.xx.2017-ci ildə dövlət reyestrində qeydiyyata alınmışdır. - Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli məktubuna əlavə edilən mütəxəssis rəyindən görünür ki, cədvəl 1-də göstərilən koordinatlar daxilində yerləşən 20.0 ha və cədvəl 2-də göstərilən koodinatlar daxilində yerləşən 35.3 ha torpaq sahəsi, cədvəl 3-də göstərilən koordinatlar daxilində yerləşən 80.1 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
47. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Maddə 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
48. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 4.2-ci bəndinə əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
49. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
50. Üçüncü şəxslərin apellyasiya şikayətləri vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayətləri mümkündür və qismən əsaslıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2- 1(116)-4/2022 nömrəli qərarı ləğv edilərək, iddia tələbi mümkün sayılmamalıdır.
51. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarını ləğv edərək yeni apellyasiya baxışına qaytaran Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli torpaq sahələrinin üst-üstə düşmələri ilə bağlı birinci instansiya məhkəməsinin qərarındakı əsaslara istinad etsə də, həmin hallarla bağlı apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməmiş, torpaq sahələrinin üst-üstə düşməsi ilə bağlı mütəxəssis rəyinə üstünlük verməsinin səbəblərini qərarında əsaslandırmamışdır. Bundan başqa, əgər apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq iddia olunan (mübahisələndirilən) torpaq sahələri ilə bələdiyyə qərarına əsasən üçüncü şəxsə satılmış torpaq sahəsinin koordinatlarının tam və ya qismən üst-üstə düşdüyünü qəbul edirsə, bu halda, o, həmin torpaq sahələrinin (o cümlədən, iddiaçıların istifadəsində olmuş mübahisəli torpaq sahələrinin) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.9.2010-cu il tarixli, 278s nömrəli sərəncamı ilə bələdiyyə mülkiyyətinə verilmiş 128,0 ha torpaq sahəsinin tərkibində olduğunu da qəbul etməli idi. Məhkəmə kollegiyası nəzərə alır ki, torpaqdan daimi istifadə hüququna qanunla müəyyən edilmiş hallarda və qaydada xitam verilə bilər (Torpaq Məcəlləsinin XV fəsli), həmçinin əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının (o cümlədən, istifadə hüququnun) xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun (Mülki Məcəllənin 158-ci maddəsi). Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 278s nömrəli sərəncamı ilə Yevlax peşə məktəbinin istifadəsində olan 128 ha, o cümlədən 100 ha şoran dinc, 11,20 ha şoran örüş və 16,80 ha sair torpaq sahəsinin Yevlax bələdiyyəsinin mülkiyyətinə verildiyini qərarında qeyd etsə də, həmin sərəncamın mübahisənin düzgün həlli üçün hansı əhəmiyyət kəsb etdiyinə (mübahisəli torpaq sahələrinə münasibətdə hansı hüquqi nəticələr yaratdığına) münasibət bildirməmişdir.
52. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
53. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyət zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.
54. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlüyü məsələsini və mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır.
55. Belə ki, birinci instansiya məhkəməsi iddiaçı "Elşən-96" kəndli (fermer) təsərrüfatının iddiasını qismən təmin və iddiaçı "xxxx" MMC-nin iddiasını təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, alınmış xx.xx.2021-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, cədvəl 1-də ("xxxx" MMC) göstərilən koordinatlar daxilində yerləşən 20 ha və cədvəl 2-də ("Elşən-96" kəndli (fermer) təsərrüfatı) göstərilən koordinatlar daxilində yerləşən 35,3 ha torpaq sahəsi cədvəl 3-də ("xxxx" MMC) göstərilən koordinatlar daxilində yerləşən 80,1 ha torpaq sahəsi ilə üst-üstə düşür. Göründüyü kimi, Yevlax bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 06 nömrəli qərarı qəbul edilərkən maddi hüquq normalarının tələbləri pozulmuş və iddiaçılar barəsində qanunsuz əlverişsiz inzibati akt qəbul edilmişdir.
56. Lakin məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı, eyni zamanda tərəflərin və mütəxəssisin məhkəmə kollegiyasının iclasında verdikləri izahatlarla müəyyən edildi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 278s nömrəli sərəncamı ilə Yevlax peşə məktəbinin istifadəsində olan 128 ha, o cümlədən 100 ha şoran dinc, 11,20 ha şoran örüş və 16,80 ha sair torpaq sahəsi Yevlax bələdiyyəsinin mülkiyyətinə verilmiş və yaşayış məntəqələri torpaqları kateqoriyasına keçirilməsi barədə həmin bələdiyyənin Yevlax Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə razılaşdırılmış təklifi qəbul edilmişdir. A-322330 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədinə əsasən, Yevlax bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 16 nömrəli qərarına istinadən, Yevlax bələdiyyəsinin adına 80 ha torpaq sahəsi ilə bağlı "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmiş, həmin sənəd dövlət torpaq kadastrı kitabında xx.xx.2011-ci ildə 13 nömrəsi ilə uçota alınmışdır. MA seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"la Yevlax şəhərində yerləşən 80 ha torpaq sahəsi üzərində Yevlax bələdiyyəsinin mülkiyyət hüququ xx.xx.2011-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yevlax bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 06 nömrəli protokol qərarına əsasən, bələdiyyənin 80 ha torpaq sahəsinin mülkiyyətə verilməsi üçün açıq müsabiqənin keçirilməsi və s. qərara alınmış, daha sonra həmin 80 ha torpaq sahəsi "xxxx" MMC-yə satılmışdır.
57. Hazırkı işdə iddiaçı "Elşən-96" kəndli (fermer) təsərrüfatının hüquqi marağı Yevlax bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 06 nömrəli qərarının 50 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi, iddiaçı "xxxx" MMC-nin hüquqi marağı Yevlax bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 06 nömrəli qərarının 20 ha torpaq sahəsi ilə bağlı hissədə ləğv edilməsindən ibarətdir.
58. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli məktubuna əlavə edilən mütəxəssis rəyindən görünür ki, cədvəl 1-də göstərilən koordinatlar daxilində yerləşən 20.0 ha və cədvəl 2-də göstərilən koodinatlar daxilində yerləşən 35.3 ha torpaq sahəsi, cədvəl 3-də göstərilən koordinatlar daxilində yerləşən 80.1 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında göstərilənləri nəzərə alan məhkəmə kollegiyası həmin mütəxəssis rəyini vermiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin yerquruluşu təşkili şöbəsinin müdiri X7 məhkəmə kollegiyasının iclasında iştirakını təmin etmişdir. X14 izahatında bildirmişdir ki, məhkəmə tərəfindən təqdim edilən 3 cədvəl üzrə koordinatlarla birlikdə torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi müəyyən edilmişdir. Birinci cədvəldə yerləşən koordinatlarla müəyyənləşən 20 ha torpaq sahəsi 3-cü cədvəldə göstərilən 80.1 ha trorpaq sahəsi ilə tamamilə üst-üstə düşür. 2-ci cədvəldə göstərilən 50 ha torpaq sahəsi 3-cü cədvəldə göstərilən 80.1 ha torpaq sahəsinin 35.3 ha hissəsi ilə üst-üstə düşür.
59. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, mübahisələndirilən torpaq sahələri bələdiyyənin mülkiyyətində olan 80 ha torpaq sahəsi ilə üst-üstə düşdüyündən, həmin torpaq sahəsi kateqoriyası dəyişdirilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 278s nömrəli sərəncamı ilə Yevlax bələdiyyəsinin mülkiyyətinə verildiyindən, MA seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"la 80 ha torpaq sahəsi üzərində Yevlax bələdiyyəsinin mülkiyyət hüququ xx.xx.2011-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından, həmin sərəncam və onun əsasında verilmiş çıxarış da hazırda da qüvvədə olduğundan və onların əsasında verilmiş iddiaçı "Elşən-96" kəndli (fermer) təsərrüfatının "Yevlax bələdiyəsinin xx.xx.2011-ci il tarixli 06 nömrəli qərarının 50 ha torpaq sahəsinə, həmçinin iddiaçı "xxxx" MMC-nin "Yevlax bələdiyəsinin xx.xx.2011-ci il tarixli 06 nömrəli qərarının 20 ha torpaq sahəsi ilə bağlı hissədə ləğv edilməsi" tələbinə dair iddiası mümkün sayılmamalıdır.
60. Belə olan halda məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozaraq iddianın mümkünlük şərtlərini yoxlamadan, nəticə etibarilə İPM-in 12-ci, 13-cü və 48-ci maddələrinin tələbləri baxımından inzibati iş üzrə kifayət qədər araşdırma aparmadan qərar qəbul etməkdə haqlı olmamışdır.
61. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən 20 ha və 50 ha torpaq sahələri ilə üst-üstə düşən 80 ha torpaq sahəsinin Yevlax bələdiyyəsinin mülkiyyətinə verilməsinə dair sərəncam və onun əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında çıxarış mübahisələndirilmədiyindən və hazırda da qüvvədə olduğundan apellyasiya şikayətləri qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2-1(116)-4/2022 nömrəli qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır.
62. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ:
Üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil1 və üçüncü şəxs "xxxx" Bank ASC-nin nümayəndəsi X10 tərəfindən verilmiş аpellyаsiyа şikаyətləri qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2-1(116)-4/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı "Elşən-96" kəndli (fermer) təsərrüfatının cavabdeh Yevlax Bələdiyyəsinə qarşı "xx.xx.2011-ci il tarixli 06 nömrəli qərarın 50 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi", iddiaçı "xxxx" MMC-nin cavabdeh Yevlax Bələdiyyəsinə qarşı "xx.xx.2011-ci il tarixli 06 nömrəli qərarın 20 ha torpaq sahəsi ilə bağlı hissədə ləğv edilməsi" tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.