Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-396/2021 08.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "X2 adına verilmiş 04.12.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, **********00-10301 reyestr nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın etibarsız hesab edilməsi" barədə iddiasına dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 28.07.2021-ci il tarixli, 2-1(116)-1134/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "X2 adına verilmiş 04.12.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, **********00-10301 reyestr nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın etibarsız hesab edilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin 28.07.2021-ci il tarixli, 2-1(116)-1134/2021 saylı qərardadı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "X2 adına verilmiş 04.12.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, **********00-10301 reyestr nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın etibarsız hesab edilməsi" barədə iddiasının mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Belə ki, Şəki İnzibati Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2-1(116)-1134/2021 nömrəli qərardadında qeyd edildiyi kimi hazırda Şəki Apellyasiya Məhkəməsinin icraatında olan işlə tərəfindən qaldırılmış iddia tələbi eyni deyildir və hüquqi əsasları fərqlidir. Hazırda DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən X2 adına verilmiş 04.12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********00-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələb olunur və bu da əvvəlki iddia tələbindən tamamilə fərqli bir tələbdir. Bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə 08 avqust 1962-ci il tarixdə Cumayev Abdulkərim və Tamara Abdulkərim qızının adlarına 2957 inventar nömrəli texniki pasport verilmişdir. Nuxa ZDs-nin 28 avqust 1962-ci il tarixli, 7 saylı qərarı ilə X3 0,06 ha torpaq sahəsi ayrılmışdır. Şəki şəhər ZDS-nin 09 iyul 1963-cü il tarixli, 17 saylı qərarı ilə inşa edilmiş fərdi yaşayış evi X1 adına istismara qəbul edilmişdir. 10 avqust 1963-cü il tarixdə X1 adına 8028/2507 saylı torpaq qeydi verilmişdir. Şəki DNK-nın 05 noyabr 1986-cı il tarixli bəxşiş müqaviləsi ilə X6 fərdi yaşayış evini İddiaçı və X5 bağışlamışdır. 10 noyabr 1988-ci il tarixdə İddiaçı və X2 adlarına 8028/2907 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Qeyd olunanlara əsasən X4 özünə məxsus evi 1988-ci il tarixdə qardaşları İddiaçı və X5 bərabər paylarla bağışlamışdır. Yəni mövcud olan ev iki hissəyə bölünmüş və hər bir qardaşa pay yarı olaraq verilmişdir. Bütün bunlara baxmayaraq X7 heç kimin məlumatı olmadan yuxarıda qeyd olunan və Tamara Ramazanovaya məxsus olmuş evin bir hissəsinə 04.12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********00-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış almış və beləliklə də bağışlama əsasında ona düşən hissənin təxminən böyük əksəriyyət hissəsinin adına rəsmiləşdirilmiş və bundan sonra yerdə qalmış payının isə bağışlama müqaviləsi əsasında verilmiş qeydiyyat vəsiqəsinə əsaslanaraq ½ əsasla bölgüsünə nail olmuşdur. X11 payı ¾, onun payı isə ¼ olmuşdur. Göründüyü kimi, X2 adına verilmiş 04.12.2019cu il tarixli, ********** qeydiyyat nömrəli, **********00-10301 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış etibarsız verildiyi andan etibarsızdır və onun qanuni mülkiyyət hüquqlarını pozur. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 28.07.2021-ci il tarixli, 2- 1(116)-1134/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28.07.2021-ci il tarixli, 2-1(116)- 1134/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası digər tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi . Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən edir ki, bundan əvvəl İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "X2 adına verilmiş ********** qeydiyyat nömrəli 04.12.2019-cu il tarixli və ********** qeydiyyat nömrəli 11.09.2020-ci il tarixli çıxarışların ləğv edilməsi" barədə iddia ərizəsi ilə də Şəki İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin 18.05.2021-ci il tarixli 2-1(116)-583/2021 nömrəli qərardadı ilə iddia mümkün sayılmamış, İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermiş və hazırda iş 2-1(107)-298/2021 nömrəsi ilə Şəki Apellyasiya Məhkəməsinin icraatındadır. Göründüyü kimi, əvvəlki iddiada, hazırda etibarsız hesab edilməsi tələb olunan 04.12.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, **********00-10301 reyestr nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğvi tələb olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatında sənədin etibarsız hesab edilməsi və ya ləğv olunması anlayışları yalnız inzibati akta münasibətdə ayrı-ayrı məna daşıyır, "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın isə etibarsız hesab edilməsi, yaxud da ləğv olunması tələbləri mahiyyətcə eyni tələblərdir. Ona görə də yuxarıda göstərilən inzibati iş hazırda Şəki Apellyasiya Məhkəməsinin icraatında olduğu üçün hazırkı iddia mümkün sayıla və məhkəmədə baxıla bilməz. İş materiallarında olan Şəki İnzibati Məhkəməsinin 12.07.2021-ci il tarixli yardım məktubunda qeyd olunmuşdur ki, bu hallar İddiaçı və onun vəkili Vəkil diqqətinə çatdırılmış və qeyd olunan məsələ ilə bağlı fikirlərini Şəki İnzibati Məhkəməsinə yazılı şəkildə bildirmələri üçün 5 gün müddət təyin edilmişdir. Birinci instansiya məhkəməsinin məktubu poçt vasitəsilə göndərilmiş və 15.07.2021-ci ildə iddiaçıya imza etdirilməklə çatdırılmış, lakin ötən müddət ərzində iddiaçı qeyd olunan məsələyə yazılı şəkildə fikrini bildirməmişdir. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, hazırkı iddianın mümkün sayılması üçün əsas yoxdur. Belə olan haldaı icraatın dayandırılmasına zərurət qalmır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini mümkün saymamaqla prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqda haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 28.07.2021-ci il tarixli, 2-1(116)-1134/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalı, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 28.07.2021-ci il tarixli, 2-1(116)-1134/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-396/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-396/2021
08.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver