Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-397/2021 05.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı Abdulhüseyn oğlunun vəkili X13 iştirakı ilə, İddiaçı Abdulhüseyn oğlunun Cavabdehnə və (üçüncü şəxs qismində Azərbaycan Respublikası Maliyyə Nazirliyi cəlb olunmaqla) qarşı mülkiyyətində olan İsmayıllı rayon Nizami küçəsində yerləşən 1.13712 ha torpaq sahəsinin 0.335046 hektar hissəsinin dövlət ehtiyacları üçün geri alınması ilə əlaqədar ona dəymiş 51.000 manat zərərin, həmçinin 2743.4 kv.m tikinti sahəsinin 900 m2 və digər tikililərin 97 m2 dövlət ehtiyacları üçün geri alınması ilə əlaqədar 70.000 manat ziyanın, əldən çıxmış faydaya görə 100.000 manat, ümumilikdə 221.000 manat maddi ziyanın və 100.000 manat mənəvi ziyanın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dаir inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 21 iyun 2021-ci il tаrixli, 2-1(116)-1/2021 nömrəli qərarından İddiaçı Abdulhüseyn oğlu və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Abdulhüseyn oğlu Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mülkiyyətində olan İsmayıllı rayon Nizami küçəsində yerləşən 1.13712 ha torpaq sahəsinin 0.335046 ha hissəsinin dövlət ehtiyacları üçün geri alınması ilə əlaqədar ona dəymiş 51.000 manat zərərin, həmçinin 2743.4 kv.m tikinti sahəsinin 900 kv.m-i və digər tikililərin 97 kv.m-nin dövlət ehtiyacları üçün geri alınması ilə əlaqədar 70000 manat ziyanın, əldən çıxmış faydaya görə 100.000 manat, ümumilikdə 221.000 manat maddi ziyanın və 100.000 manat mənəvi ziyanın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar verilməsini məhkəmədən xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, iddiaçı, X3 24.10.2007-ci il tarixli Qəbələ rayon Ərazi İdarəsindən verilmiş 3005 saylı arayışa və 18.10.2007-ci il taixli ******* saylı çıxarışa əsasən X6 məxsus İsmayıllı şəhəri, Nizami küçəsində 1.13712 ha torpaq sahəsində yerləşən qeyriyaşayış və torpaq sahəsini satın almışdır. Alqı-satqı müqaviləsi 27 oktyabr 2007-ci il tarixdə İsmayıllı Rayon Dövlət Notariat Kontorunda təsdiq edilmiş, 4Ə-4/475 saylı reyestrlə qeydə alınmışdır. Qeyd olunan qeyri-yaşayış və torpaq sahəsi ilə əlaqədar həmin qeyri-yaşayış və torpaq sahəsinin X7 məxsus olması barədə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən əmlakın satılmasına dair şəhadətnamə verilmişdir. Alqı-satqı müqaviləsi ilə satın aldığı qeyriyaşayış və torpaq sahəsi AR DƏK yanında DƏDRX-nin Qəbələ Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış və iddiaçıya Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli, qeydiyyat nömrəsi **********0, qeydiyyat tarixi 08.07.2014 olan çıxarış verilmişdir. Həmin çıxarışa əsasən mübahisəli tikili və torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. İddiaçı Cavabdehnə alınmış torpaq sahəsi və qeyri-yaşayış sahəsinin dövlət ehtiyacları üçün əlindən alınması ilə əlaqədar kompensasiya ödənilməsi üçün müraciət etmiş, lakin müraciətə 13 oktyabr 2014-cü il tarixdə verilmiş cavabda müraciətin hərtərəfli və obyektiv araşdırılması üçün iddiaçının mülkiyyəti barədə bütün sənədlərin surətinin tam şəkildə İcra Hakimiyyətinə təqdim edilməsi bildirilmişdir. Yenidən 07 noyabr 2014-cü il tarixdə iddiaçıya Cavabdehndən mülkiyyətində olan torpaq sahəsi və qeyri-yaşayış binası ilə əlaqədar sənədlərin təqdim edilməsi üçün DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə sorğu göndərildiyi bildirilmişdir. DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 13.05.2015-ci il tarixli arayışında göstərilmişdir ki, Ərazi İdarəsinin mühəndisləri tərəfindən ərazi müayinə olunarkən 08.07.2014-cü il tarixli, **********02-06301 reyestr nömrəli “Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”da göstərilən 1.1371 ha torpaq sahəsi ilə faktiki yerində olan torpaq sahəsi arasında 0.335046 ha əksiklik mövcuddur. Məsələnin araşdırılması zamanı iddiaçının adına olan qeyri-yaşayış binasının “Texniki pasport”nun faktiki olan 0.802054 ha torpaq sahəsi ilə tərtib olunmasına iddiaçının razı olub-olmadığını dəqiqləşdirmək məqsədi ilə işin müəyyən olunmuş vaxt ərzində icrasının mümkün olmadığı məlum olmuşdur. Bununla bağlı “Daşınmaz əmlakın dövlət reyestr haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən ərizənin icrasına 1 (bir) ay müddətinə dayandırılma verilmişdir. İddiaçı 31 iyul 2015-ci il tarixdə Cavabdehnə müraciət edərək mülkiyyətində olan İsmayıllı rayonu ünvan 1 ünvan: Natavan küçəsi) yerləşən 1.13712 ha torpaq sahəsinin 0,335046 ha və 2743.4 kv.m tikinti sahəsinin 900 kv.m-i və digər tikililərin 97 kv.m-nin dövlət ehtiyacları üçün geri alınması ilə əlaqədar ona Azərbaycan Respublikası Qanunları çərçivəsində kompensasiya ödənilməsini xahiş etmişdir. İddiaçı müraciətində göstərmişdir ki, qeyd olunan mübahisəli ərazidə torpağın hər sotunun bazar qiymətinin 1500-2000 manat hesabı ilə satıldığına görə, hər sot torpağa görə 1500 manat məbləğində kompensasiya hesablanaraq əlindən alınmış 0,335046 sot torpağa görə ona 51000 manat kompensasiya ödənilməlidir. Həmçinin 2743,4 kv.m tikinti sahəsinin 900 kv.m-i sökülmüşdür. Buna görə də ona 50.000 manat, 97 kv.m hasar və digər tikililərə görə isə 20.000 manat məbləğində ziyan dəydiyini bildirərək ümumilikdə ona dəyən zərərin 121.000 manat məbləğindədir. O, torpaq sahəsi və həmin torpaq sahəsində olan və halhazırda sökülmüş qeyri-yaşayış sahəsində tikinti materiallarının satışı ilə məşğul olmuşdur. 2009-cu il tarixdən hal-hazıra kimi istehsal və satışla məşğul olması mümkün olmadığına görə xeyli miqdarda ziyan çəkmişdir. Bu ziyanın məbləği 100.000 manatdan yuxarıdır. Eyni zamanda torpaq sahəsi və tikililər əlindən alındığına görə çox böyük mənəvi ziyan çəkmişdir. Bu ziyanın məbləği isə 100.000 manatdan yuxarıdır. Mülkiyyətində olan torpaq sahəsi İsmayıllı şəhərində aparılan abadlaşdırma işləri ilə əlaqədar iddiaçıdan dövlət ehtiyacları üçün alınmışdır. Cavabdeh orqan birinci instansiya məhkəməsinə ünvanladığı 28.01.2020-ci il tarixli, 01/52 nömrəli məktubunda qeyd etmişdir ki, iddiaçı iddia edir ki, onun mülkiyyətində olan 1,13712 ha torpaq sahəsinin 0,335045 ha hissəsi Cavabdeh tərəfindən 2007-ci ildə dövlət ehtiyacları üçün geri alınmışdır. Halbuki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi həmin mübahisəli 1,13712 ha torpaq sahəsi üzərində İddiaçı Abdulhüseyn oğlunun mülkiyyət hüququnu dövlət qeydiyyatına alaraq ona ******* saylı 08.07.2014-cü il tarixli müvafiq çıxarış vermişdir. Əgər torpaq sahəsinin 0,335045 ha hissəsi 2007-ci ildə dövlət ehtiyacları üçün geri alınmışdırsa, iddiaçı 18.07.2014-cü il tarixdə mübahisəli 1,13712 ha torpaq sahəsi üçün necə çıxarış ala bilmişdir? İddiaçı bəzi sənədlərdə torpağın dövlət ehtiyacları üçün 2007-ci ildə geri alındığını, bəzi sənədlərdə 2008-ci ildə, bəzi sənədlərdə 2009-cu ildə, bəzən də 2014-cü ildən sonra geri alındığını iddia edir. Lakin bu ehtimalları barədə məhkəməyə heç bir sənəd təqdim edə bilmir. Ona görə ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olarkən hüdudları dəyişdirilmiş, 2005-ci ilədək Qaraməryəmİsmayıllı-Şəki və Muğanlı- İsmayıllı-Şəki avtomagistral yollarının mühafizə zolağı olmuşdur. X10 isə İsmayıllı mebel fabrikinin yerləşdiyi 1,13712 ha torpaq sahəsini 2 (iki) il sonra 18.10.2007-ci ildə özəlləşdirmiş və sonradan İddiaçı Abdulhüseyn oğluna satmışdır. Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2005-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planından, İsmayıllı şəhərinin N.Gəncəvi küçəsi ilə Xurşudbanu Natəvan küçələrinin kəsişməsində yerləşən ərazinin kirill əlifbası ilə olan Baş Planından da aydın görünür ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olarkən hüdudları dəyişdirilmişdir. Babadağ Mebel fabrikini İddiaçı satmamışdan qabaq “Kislovodsk” tipli modul metal konstruksiyasının sökülməsi və materiallarının da hal-hazırda 30 ildən yuxarı İsmayıllı mebel fabrikinin müdiri işləmiş Söydümalı İsmayılovun istifadəsində olması da onu sübut edir ki, bütün bunlar özəlləşdirmədən qabaq baş vermişdir. İddiaçı “Babadağ” mebel fabrikinin və onun altındakı torpaq sahəsini Soydumalı İsmayılovdan indiki hüdudları daxilində almış, İsmayıllı RİH tərəfindən onun heç bir mülkiyyət hüququ pozulmamışdır. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər təqdim olunmuşdur: İşdə olan Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 08.11.2006-cı il tarixli, 000673 qeydiyyat nömrəli “Şəhadətnamə”nin surətindən görünür ki, İsmayıllı şəhəri, Nizami küçəsində yerləşən ümumi sahəsi 2625.5 kv.m, ümumi satış dəyəri 14691 manat olan “Babadağ” mebel fabrikini X2 almışdır. İşdə olan Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 16.07.2007-ci il tarixli, 000541 qeydiyyat nömrəli “Şəhadətnamə”nin surətindən görünür ki, İsmayıllı şəhəri, Nizami küçəsi ünvanında yerləşən “Babadağ” mebel fabrikinin yerləşdiyi 11371.2 kv.m olan torpaq sahəsini X2 almışdır. İşdə olan MH seriyalı, ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən müəyyən olunur ki, İsmayıllı Şəhəri, Nizami küçəsində mülkiyyətində olan 1.13712 ha torpaq sahəsində yerləşən 2 girişli, 2625.5 kv.m ümumi, 1541.8 kv.m əsas, 1083.7 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası(mebel fabriki) tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan 4Ə-4/475 reyestr nömrəli 27.10.2007-ci il tarixli müqavilənin təsdiq edilmiş surətindən müəyyən olunur ki, İsmayıllı şəhəri, Qəbələ küçəsi, ev 2, mənzil 12-də yaşayan X10 ona məxsus olan İsmayıllı şəhəri, Nizami küçəsində olan 1.13712 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasını 90.000 manat müqabilində İddiaçı Abdulhüseyn oğluna satmışdır. İşdə olan 08.07.2014-cü il qeydiyyat tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın və **********02-06301 reyestr nömrəli 05.06.2015-ci il tarixdə tərtib edilmiş qeyri-yaşayış binasının “Texniki pasportu”nun təsdiq edilmiş surətindən müəyyən olunur ki, İsmayıllı şəhəri, Nizami küçəsi ünvanında yerləşən 1.1371 ha torpaq sahəsi, tikintialtı sahəsi 2743.4 kv.m olan qeyri-yaşayış binası (mebel fabriki) İddiaçı Abdulhüseyn oğlunun tam mülkiyyətindədir. İşdə olan cavabdeh orqanın məhkəməyə ünvanladığı 29.12.2015-ci il tarixli, 01/703 nömrəli məktubunda qeyd edilir ki, İsmayıllı RİH-nin 2011-2015-ci illərə dair sərəncam kitablarında və qovluqlarında Nizami küçəsində istirahət parkının salınması barədə heç bir məlumat yoxdur. İşdə olan Cavabdeh 22.12.2015-ci il tarixli, 01/613 nömrəli məktubundan müəyyən edilir ki, cavabdeh İsmayıllı rayon Prokurorluğuna müraciət edərək hazırki iş üzrə iddiaçının iddiasına münasibət bildirmək məqsədi ilə İsmayıllı RİH tərəfindən araşdırma aparıldığını bildirmiş və araşdırma zamanı İddiaçı Abdulhüseyn oğlunun saxta sənədlərlə “Babadağ” mebel fabrikini şəxsi mülkiyyətinə çevirdiyini, orada qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, mebel fabrikini təyinatı üzrə istifadə etmədiyini, obyektin metal konstruksiyalarını söküb satdığını, 2007-ci il tarixdən hal-hazıradək özəlləşdirilmiş obyektdə heç bir istehsalla məşğul olmadığını, işçilərə əmək haqqını ödəmədiyini və vergidən yayındığını qeyd etmişdir. İsmayıllı rayon Prokurorluğu isə məktubu məhkəmədə olan mülki işə əlavə olunub baxılması üçün Şəki İnzibati-İqtisadi məhkəməsinə göndərmişdir. İşdə olan DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 13.05.2015-ci il tarixli **********10 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçı İsmayıllı rayon Təzəkənd kəndində yerləşən qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində texniki pasportunun tərtib olunması ilə bağlı idarəyə müraciət etmişdir. Ərazi idarəsinin mühəndisləri tərəfindən ərazi müayinə olunarkən məlum olmuşdur ki, 08.07.2014-cü il tarixli **********02-06301 reyestr nömrəli “Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”da göstərilən 1.1371 ha torpaq sahəsi ilə faktiki yerində olan torpaq sahəsi arasında 0.335046 ha əksiklik mövcuddur və bununla bağlı ərazi idarəsi qeyri-yaşayış binasının “Texniki pasportu”nun faktiki olaraq 0.802054 ha torpaq sahəsi ilə tərtib olunmasına iddiaçının razı olubolmamasını dəqiqləşdirmək məqsədi ilə ərizənin icrası bir ay müddətinə dayandırılmışdır. İşdə olan iddiaçının DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə ünvanladığı ərizədən müəyyən olunur ki, iddiaçı Cavabdeh ilə mülki qaydada münasibətlər aydınlaşdırılana qədər ərazi idarəsinin mühəndis-texniki işçiləri tərəfindən müəyyən edilmiş faktiki texniki göstəricilər daxilində 0.802054 ha torpaq sahəsinə və 1748.1 kv.m tikintialtı sahəyə “Texniki pasport”un tərtib edilməsinə (Cavabdeh ilə mülki qaydada münasibətlər razılaşdırıldıqdan sonra 0.335046 ha torpaq sahəsi və 995.3 kv.m tikintialtı sahə daxil olmaqla torpaq sahəsinə və tikintialtı sahəyə ümumi sənədləşmə işləri həyata keçirilmək şərti ilə) razılıq vermişdir. İşdə olan İsmayıllı Rayon Dövlət Arxivinin Cavabdehnə ünvanladığı 23.08.2015-ci il tarixli 31 nömrəli arayışından müəyyən olunur ki, 03 nömrəli Arxiv fondu üzrə Cavabdeh 2008-ci ilə dair sərəncam kitablarında İsmayıllı şəhərinin abadlıq yaşıllaşdırma işləri ilə əlaqədar 0.335046 ha torpaq sahəsinin və onun üzərində yerləşən 995.3 kv.m tikinti altında olan sahənin istirahət parkının yaradılmasına ayrılması (sökülməsi və s.) barədə heç bir sənəd aşkar edilməmişdir. İşdə olan Cavabdeh 29.12.2015-ci il tarixli, 01/703 nömrəli arayışından müəyyən edilir ki, İsmayıllı RİH-nin 2011-2015-ci illərə dair sərəncam kitablarında və qovluqlarında Nizami küçəsində istirahət parkının salınması barədə heç bir sənəd yoxdur. İşdə olan İsmayıllı RİH başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin RİH başçısına təqdim etdiyi arayışdan müəyyən olunur ki, mübahisələndirilən ərazi 1974-2000ci il üçün tərtib olunmuş baş planda yaşıllıq-park zonası kimi göstərilmişdir. 20002007-ci illərdə İsmayıllı şəhərinin baş planı təsdiq edilmədiyi üçün 1974-2000-ci illin qüvvədə olan baş planı həmin dövrə də şamil edilmişdir. İsmayıllı Rayon İH başçısının 25 may 2009-cu il tarixli 77 saylı sərəncamı (surəti iş materiallarına əlavə edilmişdir) ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında “Azərmemarlayihə” layihə İnstitutu tərəfindən 2007-2027-ci illər üçün hazırlanmış İsmayıllı şəhərinin baş planı hazırlanmışdır. Hazırda qüvvədə olan 2007-2027-ci illər üçün baş planda da sözügedən ərazi yaşıllıq-park zonası kimi nəzərdə tutulmuşdur. İşdə olan DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 06.02.2016-cı il tarixli, **********02 nömrəli məktubunda qeyd olunur: qeyd olunan əmlakla bağlı DƏDRX-nin 9 saylı Ərazi İdarəsində saxlanılan arxiv materiallarından istifadə olunmaqla araşdırmalar aparılmış və aşağıdakılar müəyyən olunmuşdur:
1. Mübahisə predmeti olan İsmayıllı şəhəri, Nizami (Natəvan küçəsində) küçəsində yerləşən qeyri-yaşayış binası X4 mülkiyyətində olan zaman həmin qeyri-yaşayış binasına dair tərtib olunmuş texniki pasportda qeyd olunan göstəricilərlə həmin qeyri-yaşayış binasına 05.06.2015-ci il tarixdə 407-1/2915 inventar nömrəsi ilə tərtib edilmiş texniki pasportda qeyd olunan göstəricilər arasında fərq mövcuddur. Belə ki, qeyri-yaşayış binası X4 mülkiyyətində olan zaman həmin qeyri-yaşayış binasına (“Babadağ” mebel fabrikinə) dair tərtib olunmuş texniki pasportda tikililərin ümumi faydalı sahəsi 2625.5 kv.m, mülkiyyətdə olan torpaq sahəsinin miqdarı 1.13712 ha olduğu göstərildiyi halda İsmayıllı şəhəri ərazisində aparılan abadlıq və yenidənqurma işləri nəticəsində vətəndaşın mülkiyyətində olan 1.13712 ha torpaq sahəsinin bir hissəsi, 0.3351 ha torpaq sahəsi və bu torpaq sahəsinin üzərində yerləşən hazır məhsul anbarı, gözətçi məntəqəsi və anbar tikililəri yeni salınan parkın ərazisinə düşdüyündən 05.06.2015-ci ildə tərtib olunmuş texniki pasportda torpaq sahəsinin miqdarı 0.802054 ha, tikililərin ümumi sahəsi 1671.2 kv.m olduğu göstərilmişdir.
2. İddiaçı Abdulhüseyn oğlunun mülkiyyətində olan qeyri-yaşayış binasına dair 05.06.2015-ci ildə texniki pasport işlənən zaman texniki pasportda qeyd olunan texniki göstəricilər X4 adına 18.10.2007-ci il tarixdə verilmiş **********02-06301 nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa, daşınmaz əmlakın alqı-satqısına dair 27.10.2007-ci il tarixli, 46-4/475 nömrəli müqaviləyə və Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən “Babadağ” mebel fabrikinin adına 17.04.1998-ci il tarixdə işlənmiş texniki pasporta əsasən müəyyən edilmişdir.
3. Daşımnaz əmlak obyektinin əvvəlki ünvanı İsmayıllı şəhəri ünvan 2 olduğundan daşınmaz əmlak obyektinin yeni ünvanı İsmayıllı şəhəri Natəvan küçəsi 1-dir. İşdə olan İsmayıllı RİH başçısının aparatının Memarlıq və tikinti şöbəsinin müdirinin X8 ünvanladığı 27.10.2008-ci il tarixli, 1012 nömrəli məktubda qeyd edilir ki, şəhərin Nizami küçəsinin şimalında X8 məxsus keçmiş mebel fabrikinin ərazisində son vaxtlara qədər tikinti materiallarının satışı ilə məşğul olduğu köhnə, primitiv, yararsız vəziyyətə düşmüş modul konstruksiyalı tikili həmin ərazidə gedən abadlıq işləri ilə əlaqədar rayonun daxili imkanları hesabına 5500 dollar məbləğində əmək haqqı verilərək sökülmüş və materialları X8 təhvil verilmişdir. X8 məxsus ərazidə mülkiyyətində olan inzibati binanın fasadının əsaslı təmirinə və dam örtüyünün dəyişdirilməsinə 20000 manat vəsait xərclənmişdir. X8 məxsus digər 2 binanın əsaslı təmirinə və 3000 m2-ə qədər torpaq sahəsində abadlıq işlərinə daxili imkanlar hesabına 47000 manat vəsait xərclənmişdir. Görülən abadlıq işləri X5 tikmək istədiyi, İsmayıllı RİHnin Memarlıq və tikinti şöbəsi tərəfindən təsdiq olunmuş, tikintisinə icazə verilmiş şadlıq evinin qarşısında olmaqla ümumi xidmət sahəsinə aiddir. İşdə olan hazırda sözügedən əmlakın əvvəlki sahibi olmuş X12 RİH başçısına ünvanladığı 02.03.2016-cı il tarixli məktubdan müəyyən edilir ki, S.İsmayılov “Babadağ” mebel fabrikini İddiaçı satmamışdan qabaq “Krasnodar” modul tikilisi sökülərək materialları S.İsmayılova təhvil verilmişdir. Məktubda həmçinin qeyd edilir ki, S.İsmayılova Azərbaycan Respublikasının Prezidentinə məktub yazmış və həmin məktubla əlaqədar İsmayıllı RİH tərəfindən ona cavab verilmişdir. S.İsmayılov bildirir ki, həmin məktub yuxarıda qeyd olunan İsmayıllı RİH başçısının aparatının Memarlıq və tikinti şöbəsinin müdirinin X8 ünvanladığı 27.10.2008-ci il tarixli, 1012 nömrəli məktubla eyni deyildir. İşdə olan hazırkı iş üzrə Cavabdeh DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilən iddiaçının mülkiyyətinə dair ******* saylı, 08.07.2014-cü il tarixli çıxarışın etibarsız hesab edilməsi tələbi ilə 13.04.2016-cı il tarixli məhkəmə iclasında məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim etmişdir. İddia ərizəsində tələbi belə əsaslandırmışdır ki, 27.10.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X10 1.13712 ha torpaq sahəsini deyil, həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasını İddiaçı Abdulhüseyn oğluna satmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 03.05.2016-cı il tarixli, 2-1(84)-117/2016 nömrəli məhkəmə qərardadı ilə qarşılıqlı iddia mümkün sayılmamışdır. Qeyd olunan qərardaddan Cavabdeh apellyasiya şikayəti vermiş, lakin Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09.06.2016-cı il tarixli, 2- 1(107)197/2016 nömrəli qərardadı ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 03.05.2016-cı il tarixli, 2-1(84)117/2016 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh qərardaddan kassasiya şikayəti vermiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 20.10.2016-cı il tarixli, 2-1(102)-1473/2016 nömrəli qərarla kassasiya şikayətini təmin etməmiş və Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09.06.2016-cı il tarixli, 2-1(107)- 197/2016 nömrəli, qərardadını dəyişdirilmədən qüvvədə saxlamışdır. Qərarda həmçinin qeyd edilmişdir ki, mübahisələndirilən çıxarış qeyri-yaşayış binasının İddiaçı satılması barədə alqı-satqı müqaviləsinin nəticəsidir ki, həmin çıxarışın mübahisələndirilməsinə dair iddia öz predmetinə görə inzibati xarakterli deyildir və tələbə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bundan sonra hazırkı iş üzrə cavabdeh, həmin iş üzrə iddiaçı Cavabdehlər (hazırkı iş üzrə iddiaçı) İddiaçı Abdulhüseyn oğlu və DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı ******* saylı, 08.07.2014-cü il tarixli çıxarışın etibarsız sayılması tələbi ilə İsmayıllı Rayon Məhkəməsində iddia qaldırmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10.02.2017-ci il tarixli, 2-1(84)-7/2017 nömrəli qərardadı ilə mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. İsmayıllı Rayon Məhkəməsinin 25.07.2017-ci il tarixli, 2(037)-07/2017 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. İsmayıllı Rayon Məhkəməsi Şəki İnzibati-İqtisadi Məhkəməsinə ünvanladığı 25.10.2017-ci il tarixli, 388 nömrəli məktubunda qətnamənin 29.08.2017-ci il tarixdə qanuni qüvvəyə mindiyini qeyd etmişdir. Bundan sonra Şəki İnzibati-İqtisadi Məhkəməsinin 30.10.2017-ci il tarixli, 2-1(84)-7/2017 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmiş və tərəflərə 31.10.2017-ci il tarixli sərəncam ünvanlanmışdır. İsmayıllı RİH məhkəməyə 17.11.2017-ci il tarixli, 01/623 nömrəli məktub ünvanlayaraq bildirmişdir ki, icraatın təzələnməsinə əsas olan məhkəmə qətnaməsi İH-nin səlahiyyətli nümayəndəsinə təqdim edilməmişdir və qeyd edilmişdir ki, qətnamədən apellyasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Qeyd olunanlarla bağlı İsmayıllı Rayon Məhkəməsinə məktub ünvanlanaraq apellyasiya şikayətinin daxil olub-olmaması barədə məlumat verilməsi xahiş olunmuş və 29.11.2017-ci il tarixli, 450 nömrəli cavab məktubunda apellyasiya şikayətinin İsmayıllı Rayon Məhkəməsinə daxil olduğu qeyd edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsi yenidən İsmayıllı Rayon Məhkəməsinə məktub ünvanalayaraq işin Şəki Apellyasiya Məhkəməsinə göndərilib-göndərilməməsi barədə məlumat verilməsini xahiş etmiş və 28.12.2017-ci il tarixli 502 nömrəli cavab məktubunda işin 21.12.2017-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinə göndərildiyi qeyd edilmişdir.Bundan sonra Şəki İnzibati-İqtisadi Məhkəməsinin 30.01.2018-ci il tarixli, 21(84)- 1/2018 nömrəli qərardadı işin icraatı yenidən dayandırılmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.02.2018-ci il tarixli, 2(107)523/2018 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 25.07.2017-ci il tarixli, 2(037)-07/2017 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali məhkəməsinin Mülki Kollegiyasının 27.06.2018-ci il tarixli, 2(102)-4682/2018 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və iş ürzə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.02.2018-ci il tarixli, 2(107)-523/2018 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. Bundan sonra Şəki İnzibati-İqtisadi Məhkəməsinin 21.09.2018-ci il tarixli 2- 1(84)1/2018 nömrəli qərardadı ilə işin icraatı təzələnmiş və tərəflərə qərardadın surəti və hazırlıq iclası barədə məhkəmə bildirişi göndərilmişdir. Cavabdeh yenidən məhkəməyə 25.10.2018-ci il tarixli, 01/598 nömrəli məktub ünvanlayaraq İsmayıllı Rayon Məhkəməsində cavabdehlər İsmayıllı Rayon Dövlət Notariat Kontoruna, DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə və İddiaçı Abdulhüseyn oğluna qarşı “27 oktyabr 2007-ci il tarixli alqı-satqı müqaviləsinin və DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 08 iyul 2014-cü il tarixli, ******* nömrəli çıxarışın ləğv edilməsi” tələbi ilə iddia qaldırıldığını bildirmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 21.11.2018-ci il tarixli, 2-1(84)-1/2018 nömrəli qərardadı ilə işin icraatı yenidən mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək dayandırılmışdır. İş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 27.12.2018-ci il tarixli, 2(037)- 1120/2018 nömrəli qətnaməsi ilə Cavabdeh İsmayıllı Rayon Dövlət Notariat Kontoruna, DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə və İddiaçı Abdulhüseyn oğluna qarşı “27 oktyabr 2007ci il tarixli alqı-satqı müqaviləsinin və DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 08 iyul 2014-cü il tarixli, ******* nömrəli çıxarışın ləğv edilməsi” barədə iddia tələbi təmin edilməmişdir. Qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və mülki iş 04 mart 2019-cu il tarixdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 aprel 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və İsmayıllı rayon Məhkəməsinin 27.12.2018-ci il tarixli, 2(037)- 1120/2018 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 24.09.2019cu il tarixli, 2(102)-5559/2019 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 aprel 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarında olan İsmayıllı rayon Məhkəməsinin 08.11.2019-cu il tarixli, 21(84)- 1/2019 nömrəli məktubundan müəyyən edilir ki, İsmayıllı rayon Məhkəməsinin 2(037)- 1120/2018 nömrəli 27 dekabr 2018-ci il tarixli qətnaməsi 24 sentyabr 2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. Bundan sonra Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04.12.2019-cu il tarixli, 2-1(84)- 1/2019 nömrəli qərardadı ilə işin icraatı təzələnmiş və tərəflərə bununla bağlı sərəncam və qərardadın surəti göndərilmişdir. İş materiallarında olan Şəki İnzibati Məhkəməsinin 21.08.2020-ci il tarixli, 2- 1(116)1/2020 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İş materiallarında olan 10 saylı Ərazi vergilər İdarəsinin 08.10.2020-ci il tarixli, **********181400 nömrəli məktubunda qeyd edilir ki, İddiaçı Abdulhüseyn oğlu (VÖEN **********) 08.09.2017-ci il tarixdə fiziki şəxs kimi vergi uçotuna alınmışdır. Vergi ödəyicisi tərəfindən məktubda qeyd olunan dövr ərzində vergi uçotunda olmadığı üçün dövlət büdcəsinə ödəniş edilməmişdir. Hazırda ixtisaslaşdırılmamış topdansatış, içki və tütün məmulatları da daxil olmaqla yeyinti məhsullarının ixtisasdırılmamış topdansatışı fəaliyyət növləri ilə qeydiyyatdadır. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 02.12.2020-ci il tarixli, **********00 nömrəli məktubuna əlavə edilən mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, RX seriyalı ******* saylı **********02 reyestr nömrəsi ilə İddiaçı Abdulhüseyn oğlunun mülkiyyətinə verilmiş çıxarışda qeyd olunan torpaq sahəsi ilə **********02-06301 saylı Texniki Pasport sənədində göstərilən ümumi sahə arasında uyğunsuzluq vardır. Belə ki, RX seriyalı ******* saylı çıxarışda mülkiyyətə verilmiş torpaq sahəs 1.13712 hektar olduğu halda **********02-06301 saylı Texniki Pasport əsasında X1 mülkiyyətinə verilmiş torpaq sahəsi sənəd üzrə 0.802054 hektar göstərilmişdir. **********02-06301 saylı Texniki Pasport əsasında İddiaçı Abdulhüseyn oğlunun mülkiyyətinə verilmiş torpaq sahəsi tərtib olunmuş sxemdə olduğu kimi 0.802054 hektardır, elektron baza məlumatlarında öz əksini tapan İsmayıllı şəhərinin Kompleks Yerquruluşu layihəsinə əsasən İsmayıllı şəhər İnzibati Dairəsinin sərhəddı daxilində, kateqoriyası yaşayış məntəqəsi torpaqları olmaqla uqodiyası ictimai tikililər üçün nəzərdə tutulmuş ərazidə yerləşir. **********02-06301 saylı Texniki Pasport əsasında İddiaçı Abdulhüseyn oğlunun mülkiyyətinə verilmiş 0.802054 hektar torpaq sahəsinin koordinatları sxemdə göstərilmişdir. RX seriyalı ******* saylı (reyestr nömrəsi **********02) çıxarış əsasında İddiaçı Abdulhüseyn oğlunun mülkiyyətinə verilmiş 1.13712 hektar torpaq sahəsinə plan-ölçü sənədi tərtib olunmadığı üçün park ərazisi ilə üst-üstə düşməni müəyyənləşdirmək mümkün deyildir. **********02-06301 saylı Texniki Pasport əsasında İddiaçı Abdulhüseyn oğlunun mülkiyyətinə verilmiş 0.802054 hektar torpaq sahəsi park ərazisi ilə üst-üstə düşmür. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 30.04.2021-ci il tarixli, **********76 nömrəli məktubuna əlavə edilən 29.04.2021-ci il tarixli 820 nömrəli “daşınmaz əmlakın qiymətləndirilməsinə dair” rəydə qeyd edilir ki, İsmayıllı şəhəri, Nizami küçəsində yerləşən torpaq sahələrinin 0.01 hektarının 2007-2010-cu illərdə orta bazar dəyəri 1000 (bir min) manat təşkil etmişdir. Şəki İnzibati Məhkəməsinin (hаkim Vidadi Qasımov) 21 iyun 2021-ci il tаrixli, 2- 1(116)-1/2021 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, Cavabdeh üzərinə İddiaçı Abdulhüseyn oğluna mülkiyyətində olan İsmayıllı şəhəri, Nizami küçəsində yerləşən 1.13712 hektar torpaq sahəsinin 0.335046 hektar hissəsinin alınması üçün 33500 (otuz üç min beş yüz) manat kompensasiya məbləğinin ödənilməsi öhdəliyi qoyulması, məhkəmə xərci iddia qismən təmin olunduğu üçün iddiaçı və cavabdeh arasında müvafiq nisbətdə bölüşdürülməklə hər ikisinə aid edilməsi, mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 484 manatın 431 manatı Cavabdehndən, 53 manatı İddiaçı Abdulhüseyn oğlundan tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ**********0000001944, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: ********** hesab: AZ23AİİB********************) köçürülməsi qərara alınmışdır. Şəki İnzibati Məhkəməsinin 21 iyun 2021-ci il tаrixli, 2-1(116)-1/2021 nömrəli qərarından İddiaçı Abdulhüseyn oğlu və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən apellyasiya şikayətləri vermişdir.
Apellyasiya şikayətlərinin dəlilləri
İddiaçı tərəfindən verilmiş apellyasiya şikаyəti onunlа əsаslаndırılmışdır ki, qeyd olunan qeyri-yaşayış və torpaq sahəsinin X9 məxsus olması barədə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən əmlakın satılmasına dair şəhadətnamə verilmişdir. Alqı-satqı müqaviləi ilə satın aldığı qeyri-yaşayış və torpaq sahəsi AR DƏK yanında DƏDRX-nin Qəbələ Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış və ona Dövlət Reyestrindən RX seriyalı ******* saylı, qeydiyyat nömrəsi **********0, qeydiyyat tarixi 08.07.2014 olan çıxarış verilmişdir. Həmin çıxarışa əsasən mübahisəli tikili və torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. O, dəfələrlə Cavabdehnə alınmış torpaq sahəsi və qeyri yaşayış sahəsinin dövlət ehtiyacları üçün əlindən alınması ilə əlaqədar kompensassiya ödənilməsi üçün müraciət etmişdir. DƏDRXnın 9 saylı Ərazi İdarəsi 13.05.2015-ci il tarixli arayışında göstərilmişdir ki, Ərazi İdarəsinin mühəndisləri tərəfindən ərazi müayinə olunarkən məlum olmuşdur ki, 08.07.2014-cü il tarixli, **********02-06301 reyestr nömrəli “Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışıda göstərilən 1.1371 ha torpaq sahəsi ilə faktiki yerində olan torpaq sahəsi arasında 0.335046 ha əksiklik mövcuddur. Qərarda göstərilmişdir ki, iddiaçının tələbinin 2743,4 kv metr tikinti sahəsini 900 kv metr və digər tikililərin 97 kv metrini dövləöt ehtiyacları üçün geri alınması ilə əlaqədar 70000 manat ziyanın ödənilməsi qeyri mümkündür. Məhkəmə qərarda bununla əlaqədar belə izah vermişdir ki, əvvəlki mülkiyyətçi X8 məxsus keçmiş mebel fabrikinin ərazisində son vaxtlara qədər yararsız vəziyyətdə olmuş modul konstruksiyalı tikili həmin ərazidə gedən abadlıq işləri ilə əlaqədar sökülmüşdür. Hesab edir ki, məhkəmə bu hissədə düzgün nəticəyə gəlməmişdir. Belə ki, 2743,4 kv metr tikinti sahəsinin 900 kv metri, digər tikililərin isə 97 kv metri sökülüb götürülmüşdür. Həmin sahədə hasar da İcra Hakimiyyəti tərəfindən sökdürülmüş və oradan çıxan materiallar digər abadlıq işlərində istifadə olunmuşdur. Digər tərəfdən həmin tikililər mənim mülkiyyətində olmuşdur. Buna görə də mülkiyyətində olan əmlakla əlaqədar yalnız o, sərəncam verə bilər. Söküntü işləri aparılarkən orada yerləşən hal-hazırda da istifadə olunan obyektlərə də ziyan vurulmuşdur. Hal-hazıra qədər o, oları bərpa edə bilmir. İddia ərizəsində də qeyd etmişdir ki, torpaq sahəsi və həmin torpaq sahəsində olan və hal-hazırda sökülmüş qeyri yaşayış sahəsində tikinti materiallarının satışı ilə məşğul olurd. 2009-cu il tarixdən hal-hazıra kimi istehsal və satışla məşqul olmağı mümkün olmadığına görə xeyli miqdarda ziyan çəkmişdir. Bu ziyanın məbləği 100000 manatdan yuxarıdır. Mülkiyyətində olan torpaq sahəsi İsmayıllı şəhərində aparılan abadlaşdırma işləri ilə əlaqədar ondan dövlət ehtiyacları üçün alınmışdır. Göstərilənlərə əsasən, Şəki İnzibati Məhkəməsinin 21.06.2021-ci il tarixli, 2-1(116)-1/2021 nömrəli qərarının 2743,4 kv metr tikinti sahəsinin 900 kv metrinin və digər tikililərin 97 kv metrinin dövlət ehtiyacları üçün geri alması ilə əlaqədar ziyanın ödənilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar maddi və prosessual hüquq normalarının pozulması nəticəsində qəbul edildiyindən sözügedən qərar ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Məhkəmə qərarının təsviri hissəsində iş üzrə Cavabdeh iddiaya dair məhkəməyə ünvanlanmış 2020-ci il 28 yanvar tarixli, 01/52 nömrəli məktubundan da aydın olur ki, iddiaçı onun mülkiyyətində olan 1,13712 ha torpaq sahəsinin 0,335045 ha hissəsinin Cavabdeh tərəfindən 2007-ci ildə dövlət ehtiyacları üçün geri alındığını qeyd etsə də, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi həmin mübahisəli 1.13712 ha torpaq sahəsi üzərində İddiaçı Abdulhüseyn oğlunun mülkiyyət hüququnu dövlət qeydiyyatına alaraq ona ******* saylı 08.07.2014-cü il tarixli müvafiq çıxarış vermişdir. Əgər torpaq sahəsinin 0,335045 ha hissəsi 2007-ci ildə dövlət ehtiyacları üçün geri alınmışdırsa, iddiaçının 18.07.2014-cü il tarixdə mübahisəli 1,13712 ha torpaq sahəsi üçün necə çıxarış ala bilməsi sual doğurmaqdadır. İddiaçı bəzi sənədlərdə torpağın dövlət ehtiyacları üçün 2007-ci ildə geri alındığını, bəzi sənədlərdə 2008-ci ildə, bəzi sənədlərdə 2009-cu ildə, bəzən də 2014-cü ildən sonra geri alındığını iddia edir. Lakin bu ehtimalları barədə məhkəməyə heç bir sənəd təqdim edə bilmir. Ona görə ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olarkən hüdudları dəyişdirilmiş, 2005-ci ilədək Qaraməryəm-İsmayıllı-Şəki və Muğanlı- İsmayıllı-Şəki avtomagistral yollarının mühafizə zolağı olmuşdur. X10 isə İsmayıllı mebel fabrikinin yerləşdiyi 1,13712 ha torpaq sahəsini 2 (iki) il sonra 18.10.2007-ci ildə özəlləşdirmiş və sonradan İddiaçı Abdulhüseyn oğluna satmışdır. Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2005-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planından, İsmayıllı şəhərinin N.Gəncəvi küçəsi ilə Xurşudbanu Natəvan küçələrinin kəsişməsində yerləşən ərazinin kirill əlifbası ilə olan Baş Planından da aydın görünür ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olarkən hüdudları dəyişdirilmişdir. Babadağ Mebel fabrikini İddiaçı satmamışdan qabaq “Kislovodsk” tipli modul metal konstruksiyasının sökülməsi və materiallarının da hal- hazırda 30 ildən yuxarı İsmayıllı mebel fabrikinin müdiri işləmiş Söydümalı İsmayılovun istifadəsində olması da onu sübut edir ki, bütün bunlar özəlləşdirmədən qabaq baş vermişdir. İddiaçı “Babadağ" mebel fabrikinin və onun altındakı torpaq sahəsini Söydümalı İsmayılovdan indiki hüdudları daxilində almış, İsmayıllı RİH tərəfindən onun heç bir mülkiyyət hüququ pozulmamışdır. Hesab edirlər ki, məhkəmə tərəfindən kifayət qədər faktlar və sübutlar tədqiq edilməmiş, həmçinin qərarın əsaslandırma hissəsində sözügedən məsələnin halları ilə əlaqədar istinad olunan normativ hüquqi aktlar düzgün müəyyən edilməmişdir. Bu səbəbdən göstərilənləri nəzərə alaraq, Şəki İnzibati Məhkəməsinin 21 iyun 2021-ci il tarixli 2-1(116)-1/2021 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
Tərəflərin izahatları
Məhkəmə kollegiyasının iclasında İddiaçı Abdulhüseyn oğlunun vəkili X19 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdehnn nümayəndəsi Аbbаsоvа Pаkizə Nəsrəddin qızı izahat verərək bildirmişdir ki, əgər torpaq sahəsinin 0,335045 ha hissəsi 2007-ci ildə dövlət ehtiyacları üçün geri alınmışdırsa, iddiaçı 18.07.2014-cü il tarixdə mübahisəli 1,13712 ha. torpaq sahəsi üçün necə çıxarış ala bilmişdir. İddiaçı bəzi sənədlərdə torpağın dövlət ehtiyacları üçün 2007-ci ildə geri alındığını, bəzi sənədlərdə 2008-ci ildə, bəzi sənədlərdə 2009-cu ildə, bəzən də 2014-cü ildən sonra geri alındığını iddia edir. Lakin bu ehtimalları barədə məhkəməyə heç bir sənəd təqdim edə bilmir. Ona görə ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olarkən hüdudları dəyişdirilmiş, 2005-ci ilədək Qaraməryəm-İsmayıllı-Şəki və Muğanlı-İsmayıllı-Şəki avtomagistral yollarının mühafizə zolağı olmuşdur. X10 isə İsmayıllı mebel fabrikinin yerləşdiyi 1,13712 ha. torpaq sahəsini 2 iki il sonra 18.10.2007-ci ildə özəlləşdirmiş və sonradan İddiaçı Abdulhüseyn oğluna satmışdır. Məhkəmə kollegiyasının əvvəlki iclasında üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi Müslümоv Rаdim Yаnvаr oğlu izahat verərək bildirmişdir ki, məhkəmə tərəfindən kifayət qədər faktlar və sübutlar tədqiq edilməmiş, həmçinin qərarın əsaslandırma hissəsində sözügedən məsələnin halları ilə əlaqədar istinad olunan normativ hüquqi aktlar düzgün müəyyən edilməmişdir. Belə ki, əgər torpaq sahəsinin 0,335045 ha hissəsi 2007-ci ildə dövlət ehtiyacları üçün geri alınmışdırsa, iddiaçının 18.07.2014-cü il tarixdə mübahisəli 1,13712 ha torpaq sahəsi üçün necə çıxarış ala bilməsi sual doğurmaqdadır. İddiaçı bəzi sənədlərdə torpağın dövlət ehtiyacları üçün 2007-ci ildə geri alındığını, bəzi sənədlərdə 2008-ci ildə, bəzi sənədlərdə 2009-cu ildə, bəzən də 2014-cü ildən sonra geri alındığını iddia edir. Lakin bu ehtimalları barədə məhkəməyə heç bir sənəd təqdim edə bilmir. Ona görə ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olarkən hüdudları dəyişdirilmiş, 2005-ci ilədək Qaraməryəm-ismayıllı-Şəki və Muğanlı-İsmayıİİı-Şəki avtomagistral yollarının mühafizə zolağı olmuşdur. X10 isə ismayıllı mebel fabrikinin yerləşdiyi 1,13712 ha torpaq sahəsini 2 il sonra 18.10.2007-ci ildə özəlləşdirmiş və sonradan İddiaçı Abdulhüseyn oğluna satmışdır. Həmçinin cavabdehin məhkəməyə ünvanladığı məktubunda qeyd edilir ki, Cavabdeh 2011-2015-ci illərə dair sərəncam kitablarında və qovluqlarında Nizami küçəsində istirahət parkının salınması barədə heç bir məlumat yoxdur. Nəticə etibarı ilə mübahisəli sahənin hansı orqan və ya şəxs tərəfindən hansı məqsədlə alınması sübut olunmamışdır. Məhkəmə mübahisənin müəyyən fasilələrlə 2015-ci ildən 2021-ci ilin ortalarına kimi davam etməsinə baxmayaraq, əraziyə baxış keçirməmiş və mübahisəni yerində araşdırmamışdır. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı Abdulhüseyn oğlu, Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndələri məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İPM-in 2.2.7-ci maddəsinə görə hazırkı iddia növü inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır. İddia mümkün iddiadır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, inzibati orqanın isə onun tələbini təmin etməməsi və ya qanunla müəyyən edilmiş müddət ərzində müraciətini cavablandırmamasıdır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl ərizə ilə cavabdehə müraciət etmiş, imtina cavabı aldıqdan sonra məhkəmədə iddia qaldırmışdır. Apelyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.1-ci, 85.2 -ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində iddiaçının tələbi göstərilmişdir. İddiaçı və üçüncü şəxsin apellyasiya şikayətləri uğurlu sayılmır. Belə ki, onlar, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, 18 oktyabr 2007-ci il tarixli Çıxarışa əsasən İsmayıllı şəhəri, Nizami küçəsi, mülkiyyətdə olan 1,13712 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, ümumi sahəsi 2.625,5 kv.metr, əsas sahəsi 1541,8 kv.metr, köməkçi sahəsi 1.083,7 kv.metr olan qeyri yaşayış binası (mebel fabriki) Söydümalı İsmayılovun mülkiyyətində olmuş, sonuncu 27 oktyabr 2007-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən sözügedən qeyri-yaşayış binasını (mebel fabrikini) 90.000 manata iddiaçıya satmış və 08 iyul 2014-cü il tarixli Çıxarışa əsasən İsmayıllı şəhəri, Nizami küçəsi, mülkiyyətdə olan 1,1371 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, ümumi sahəsi 2.625,5 kv.metr olan qeyri yaşayış binası (mebel fabriki) daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınmışdır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci bəndinə əsasən, bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və dəyişdirilməsi; 3.1.2. sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; 3.1.3. müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; 3.1.4. dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi. Mübahisəli torpaq sahəsinin dövlət ehtiyacı üçün geri alınmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinin mənasına görə dövlət tərəfindən mülkiyyətə yalnız dövlət ehtiyacları tələb etdikdə və yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda xitam verilə bilər. Belə hallara isə dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi aid ola bilər. Hazırkı işdə, qeyd olunan hallardan hər hansı biri müəyyən olunmur. Cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsində park salması, torpaq sahəsinin dövlət ehtiyacı üçün qanuni əsaslarla geri alınması kimi qiymətləndirilə bilməz. Beləliklə, iddiaçıya kompensasiya ödənilmədən ona məxsus torpaq sahəsində sözügedən parkın salınması ilə bağlı cavabdeh tərəfindən müəyyən işlər görülməklə həmin torpaq sahəsinin istifadəsiz vəziyyətə gətirilməsi onun konstitusion qaydada müdafiə olunan mülkiyyət hüququnun pozulması ilə nəticələnmiş və bununla da iddiaçıdan dövlət ehtiyacları üçün torpaq sahəsi qanunla nəzərdə tutulmuş şərtlərə əməl olunmadan alınmışdır. “İnsan hüquqlarının və X18 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Həmin Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Göründüyü kimi Avropa Məhkəməsi mülkiyyət hüququndan istifadə edilməsində məhdudiyyətlər yaranmasını Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli qərarında belə bir hüquqi mövqe göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətidir (ona məxsus əmlaka faktiki sahib olmaq, öz tələbatının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür. Ona görə də birinci instansiya məhkəməsi bu qənaətə gəlmişdir ki, hazırkı işdə iddiaçının mülkiyyətində olan torpaq sahəsi dövlət ehtiyacları üçün alınmasa da, ona müvafiq kompensasiya ödənilməmiş, onun torpaqdan istifadə imkanı məhdudlaşdırılmış və beləliklə də, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləridə pozulmuşdur. Bu halda iddiaçı mülkiyyətində olan torpaq sahəsinin əvəzinin ədalətli şəkildə kompensasiya edilməsini tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 07.12.2007-ci il tarixli, 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndinə görə dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Azərbaycan Respublikasının Konstitusiyanın 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Konstitusiyanın 71-ci maddəsinin X hissəsinə əsasən dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbаycаn Respublikаsının Mülki Məcəlləsinin 6-cı maddəsində mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpa edilməsi, mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsipləri kimi müəyyən edilmişdir. Mülkiyyət hüququ subyektin onа mənsub əmlаkа öz istədiyi kimi sаhib olmаq, ondаn istifаdə etmək və onа dаir sərəncаm vermək üzrə dövlət tərəfindən tаnınаn və qorunаn hüququdur. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Göründüyü kimi, zərərin əvəzinin ödənilməsinin mütləqlik xüsusiyyəti şəxsiyyət və mülkiyyət toxunulmazlığı haqqında Konstitusiya müddəalarına əsaslanır. Şəxsiyyət və mülkiyyət toxunulmazlığı hüquqlarını pozan hərəkət nəticəsində dəymiş zərərin əvəzi mütləq ödənilməlidir. Elə buna görə də zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsində əsas insan və vətəndaş hüquqları və azadlıqları fəslində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində hüququ pozulmuş şəxsin vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ ilə yanaşı, zərərin hüquqi anlayışı da verilmişdir. Maddənin tələbinə görə, əmlakın öz əvvəlki vəziyyətini bərpa etmək mümkün deyildirsə, zərərçəkmiş şəxs həmin əmlakdan məhrum edilmiş hesab olunur və dəymiş zərər əmlakın tam dəyəri ilə ölçülür. Bundan əlavə, delikt məsuliyyətinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlər ümumi norma olduğundan qeyd edilən normanın tətbiqi zamanı da həmin şərtlər (ziyanın mövcud olması, ziyanın hüquqa zidd hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, hərəkət (hərəkətsizliklə) nəticə arasında səbəbli əlaqənin və ziyan vuran şəxsin təqsirinin mövcud olması) tam ödənməlidir. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakın vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakın və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir... Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəyir. Odur ki, iddiaçıya mülkiyyətində olan İsmayıllı şəhəri, Nizami küçəsində yerləşən 1.13712 hektar torpaq sahəsinin 0.335046 hektar hissəsinin alınması üçün 33500 (otuz üç min beş yüz) manat kompensasiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İddiaçının tələbinin “2743.4 kv.m tikinti sahəsinin 900 kv.m-i və digər tikililərin 97 kv.m-nin dövlət ehtiyacları üçün geri alınması ilə əlaqədar 70.000 manat ziyanın, əldən çıxmış faydaya görə 100.000 manat maddi ziyanın və 100.000 manat mənəvi ziyanın hesablanaraq ödənilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin tələblər təmin edilə bilməz. Belə ki, Nizami küçəsinin şimalında X8 məxsus keçmiş mebel fabrikinin ərazisində son vaxtlara qədər tikinti materiallarının satışı ilə məşğul olduğu köhnə, primitiv, yararsız vəziyyətə düşmüş modul konstruksiyalı tikili həmin ərazidə gedən abadlıq işləri ilə əlaqədar rayonun daxili imkanları hesabına 5500 dollar məbləğində əmək haqqı verilərək sökülmüş və materialları X8 təhvil verilmişdir. Həmin tikililər əvvəlki mülkiyyətçi tərəfindən sökülərək aparılmışdır. İş materiallarında olan 10 saylı Ərazi vergilər İdarəsinin 08.10.2020-ci il tarixli, **********181400 nömrəli məktubunda qeyd edilir ki, İddiaçı Abdulhüseyn oğlu (VÖEN **********) 08.09.2017-ci il tarixdə fiziki şəxs kimi vergi uçotuna alınmışdır. Vergi ödəyicisi tərəfindən məktubda qeyd olunan dövr ərzində vergi uçotunda olmadığı üçün dövlət büdcəsinə ödəniş edilməmişdir. Göründüyü kimi iddiaçının 2009-cu il tarixdən hal-hazıra kimi istehsal və satışla məşğul olması mümkün olmadığına görə xeyli miqdarda ziyan çəkməsi öz təsdiqini tapmır. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31.05.2002-ci il tarixli qərarında göstərmişdir ki,mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri–maddi nemətlərə aid (şərəf,ləyaqət,işgüzar nüfuz,şəxsi ailə sirri,hərəkət etmək azadlığı,yaşayış yeri seçmə,ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən məhkəmələr Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X18 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını,habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Həmin Qərarda həmçinin qeyd edilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması,səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi ziyanla bağlı isə iddiaçı tərəfindən ümumiyyətlə heç bir sübut məhkəmələrə təqdim olunmamışdır və həmin hissədə də iddia ona görə təmin oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Nəticəvi hissə:
Yuxarıda qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı Abdulhüseyn oğlu və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Şəki İnzibаti Məhkəməsinin 21 iyun 2021-ci il tаrixli, 2-1(116)-1/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Elçin Hüseynov