Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-397/2023 27.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhəri, Az.Dres qəsəbəsi, “Energetik” yaşayış massivində müəyyənləşdirilmiş aktla ona verilmiş (qonşu sərhədləri məlum olan), hazırda istifadəsində və sahibliyində olan 600 kv.m fərdi yaşayış evi üçün nəzərdə tutulmuş torpaq sahəsinin adına özəlləşdirilməsi (mülkiyyətinə verilməsi) vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 aprel 2023-cü il tarixli 2-1(116)-92/2023 nömrəli qərarından iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Mingəçevir şəhəri, Az.Dres qəsəbəsi, “Energetik” yaşayış massivində müəyyənləşdirilmiş aktla ona verilmiş (qonşu sərhədləri məlum olan), hazırda istifadəsində və sahibliyində olan 600 kv.m fərdi yaşayış evi üçün nəzərdə tutulmuş torpaq sahəsinin adına özəlləşdirilməsi (mülkiyyətinə verilməsi) vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddia ərizəsinin əsaslarına görə, Azərbaycan Respublikası Mingəçevir şəhər Mingəçevir bələdiyyəsinin 18 aprel 2003-cü il tarixli 36/4 saylı Qərarına əsasən iddiaçıya Tərəvəzçilik sovxozunda yeni salınmış “Energetik" yaşayış massivindən baş planda göstərilən 22 saylı yerdən alqı-salqı yolu ilə 600 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. Həmin qərarda iddiaçıya fərdi yaşayış evi tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinin dəyəri (1 milyon 800 min manat) ödənildikdən, torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamə aldıqdan və müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçdikdən sonra onun torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması qeyd olunmuşdur. 24 aprel 2003-cü il tarixli akta əsasən verilmiş torpaq sahəsi müəyyənləşdirilərək iddiaçıya təhvil verilmişdir. 1 milyon 800 min manat Mingəçevir bələdiyyəsinin hesabına ödənilmişdir. Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 20 noyabr 2003-cü il tarixli, 375 nömrəli sərəncamına əsasən Mingəçevir bələdiyyəsinin 36/4 saylı 18 aprel 2003-cü il tarixli qərarı ilə iddiaçıya “Energetik” yaşayış massivində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsində aparatın Memarlıq və tikinti şöbəsi ilə razılaşdırılmış layihə əsasında yaşayış evi tikməyə icazə verilməsi qərara alınmışdır. Mingəçevir şəhərinin Baş Memarı tərəfindən Mingəçevir bələdiyyəsinin 36/4 saylı 18 aprel 2003-cü il tarixli qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsində tikiləcək fərdi yaşayış evinin eskiz-layihəsi ona təqdim edilmişdir. Hazırda həmin torpaq sahəsi iddiaçının istifadəsindədir. Eskiz layihəsinə uyğun olaraq fərdi ev tikintisi üçün bünövrə tökmüş, üç tərəfdən hasarlamalar aparılmış, qonşularla xərclər bölünmüşdür.
3. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********82 nömrəli imtina məktubunda qeyd etmişdir ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün təqdim edilən sənədlər (surətlər) araşdırılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, Mingəçevir bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 36/4 nömrəli qərarı ilə “Energetik” massivindən fərdi mənzil tikintisi üçün 0,06 hektar həyətyanı torpaq sahəsi iddiaçının mülkiyyətinə verilərkən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun, “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD saylı Qanununun, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin mövcud tələblərinə uyğun aparılmamışdır. Belə ki, ərizəyə əlavə edilmiş sənədlər toplusunda torpaq sahəsinin ayrılmasına dair torpaqların alqı-satqısına dair Akt, Mingəçevir Şəhər İcra Hakimiyyəti aparatının Memarlıq və tikinti şöbəsinin və ləğv edilmiş DTXK Mingəçevir şəhər şöbəsinin müvafiq rəyləri, həmçinin torpaq sahəsinin ayrılmasına dair yerquruluşu planı mövcud deyildir. Qanunvericiliyə görə torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin mülkiyyətə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir və planaalma aparılan anda özündə sərhədləri, ölçüləri, ərazinin bütün vəziyyətini, şərti işarələr və nişanələr vasitəsilə əks etdirən texniki sənəd olan müəyyən miqyasda tərtib olunmuş yerquruluşu planı hazırlanır. Həmin sənəd olmadığı üçün faktiki istifadə edilən torpaq sahəsinin Mingəçevir bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 36/4 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsi olduğunu müəyyən etmək mümkün deyildir. Mülki Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Qeyd edilənləri nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15.1.1-ci maddələrinə əsasən ərizənin icrasından imtina olunmuşdur.
4. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********48 nömrəli etiraz məktubunda iddiaçıya ünvanlanmış imtina məktubunda göstərilənləri qeyd etmiş və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir
5. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1030/2022 nömrəli qərardadı ilə Mingəçevir bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 19 aprel 2023-cü il tarixli 2- 1(116)-92/2023 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
8. İddiaçının nümayəndəsi və vəkili Vəkil həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mingəçevir şəhəri Mingəçevir bələdiyyəsinin 18 aprel 2003-cü il tarixli 36/4 saylı Qərarına əsasən Tərəvəzçilik sovxozunda İddiaçı yeni salınmış “Energetik” yaşayış massivindən baş planda göstərilən 22 saylı yerdən alqı-satqı yolu ilə 600 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. Həmin qərarda ona fərdi mənzil tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinin dəyəri (1 milyon 800 min) manat ödənildikdən, torpağın mülkiyyətə verilməsi barədə şəhadatnamə aldıqdan və müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçdikdən sonra onun torpaq sahəsi üzərindən mülkiyyət hüququnun tanınması qərara alınmışdır. 24 aprel 2003-cü il tarixli akta əsasən verilmiş torpaq sahəsi müəyyənləşdirilərək ona təhvil verilmişdir. 1 milyon 800 min manat Mingəçevir bələdiyyəsinin hesabına ödənilmişdir. Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 20 noyabr 2003-cü il tarixli, 375 №li sərəncamına əsasən Mingəçevir bələdiyyəsinin 36/4 saylı 18 aprel 2003-cü il tarixli qərarı ilə İddiaçı “Energetik” yaşayış massivində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsində aparatın Memarlıq və tikinti şöbəsi ilə razılaşdırılmış layihə əsasında yaşayış evi tikməyə icazə verilməsi qərara alınmışdır. Mingəçevir şəhəri baş memarı tərəfindən Mingəçevir bələdiyyəsinin 36/4 saylı 18 aprel 2003-cü il tarixli qərarı ilə İddiaçı ayrılmış torpaq sahəsində tikiləcək fərdi yaşayış evinin eskiz-layihəsi təqdim edilmişdir. Hazırda həmin torpaq sahəsi onun istifadəsindədir. Eskiz layihəsinə uyğun olaraq fərdi ev tikintisi üçün bünövrə tökmüşdür . Üç tərəfdən hasarlamalar aparılmış, qonşularla xərcləri bölmüşlər. Qanuni əsasla ona verilmiş torpaq sahəsinin özəlləşdirilməsi, mülkiyyət hüququnun tanınması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Maraqlı cavabla ona imtina verdilər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin 22 fevral 2022-ci il tarixli **********82 №li məktubunda göstərilmişdir ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün təqdim edilmiş sənədlər araşdırılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, Mingəçevir bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 36/4 saylı qərarı ilə "Energetik" massivində fərdi mənzil tikintisi üçün 0.06 ha həyətyanı torpaq sahəsi onların mülkiyyətinə verilərkən "bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun "Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 23 oktyabr 2007-ci il tarixli 466 İİİQD saylı Qanununun, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərinin hazırlanması və razılaşması qaydaları haqqında" Əsasnamənin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğun aparılmamışdır. Belə ki ərizəyə əlavə edilmiş sənədlər toplusunda torpaq sahəsinin ayrılmasına dair torpaqların alqı-satqısına dair akt Mingəçevir şəhər İH aparatının Memarlıq və Tikinti şöbəsinin ləğv edilmiş DT və XT-nin Mingəçevir şəhər şöbəsinin torpaq sahəsinin ayrılmasına dair yer quruluşu planı mövcud deyildir. Qanunvericiliyə görə torpaq ayrılması üçün sahə seçdikdə həmin torpaq sahəsinin mülkiyyətə verilməsi (satlılması) barədə müvafiq qərar qəbul edilənə qədər sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir və planalma aparılan anda özündə sərhədləri, ölçüləri, ərazilərin bütün vəziyyətini, şərti işarələrlə və nişanələr vasitəsi ilə əks etdirən texniki sənəd olan müəyyən miqyasda tərtib olunmuş yerqurluşu planı hazırlanır. Həmin sənəd olmadığı üçün faktiki istifadə etdiyi torpaq sahəsinin Mingəçevir bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 36/4 saylı qərarı ilə ayrılmış torpaq sahəsi olduğunu müəyyən etmək mümkün deyildir və s. Təqdim etdiyi 24 aprel 2003-cü il tarixli aktda "İstifadəyə və ya icarəyə verilmiş torpaq sahəsinin hüdudları yerində (naturada) müəyyənləşdirildi və torpaq sahəsi başqa torpaqlardan sərhəd nişanları ilə ayrıldı" qeyd edilərək, səlahiyyətli şəxslər tərəfindən imzalarla təsdiqlənmişdir. Qanuni əsasla bələdiyyədən pulunu tam ödəyərək torpağı almışdır. Fərdi ev tikintisi üçün cizgilər də çəkilmişdir. Torpaq da hazırda istifadəsindədir, sərhədləri ilə bağlı qonşuları ilə hər hansı bir mübahisə yoxdur. Yerində mütəxəsis vasitəsi ilə baxış keçirilsə idi onlara hər şey tam aydın olardı. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi qanunsuz olaraq torpağına mülkiyyət sənədi vermir. Mingəçevir bələdiyyəsinin ümumi yığıncağının 36 nömrəli xx.xx.2003-cü il tarixli protokolunda İddiaçı adının qeyd edilməməsi səbəbindən iddiaçının qanuni əsaslarla, pulu ödənilməklə aldığı, tikintiyə layihəsi əsasında fərdi yaşayış evi tikdiyi torpaq sahəsinin onun adına özəlləşdirilməsindən imtina edilərək iddianın rədd edilməsi vətəndaşın hüquqlarının kobud surətdə pozulması deməkdir. Bundan başqa Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin 22 fevral 2022-ci il tarixli **********82 №li imtina məktubundan görünür ki, torpaq sahəsinin ayrılmasına dair torpaqların alqısatqısına dair akt Mingəçevir şəhər İH aparatının Memarlıq və Tikinti şöbəsinin ləğv edilmiş DT və XT-nin Mingəçevir şəhər şöbəsinin torpaq sahəsinin ayrılmasına dair yer quruluşu planı mövcud olmaması səbəbindən mülkiyyət sənədinin verilməsinin mümkün olmaması ilə əsaslandırılmışdır. Bir ildən artıq davam edən məhkəmə icraatı zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi 17 may 2022-ci il tarixli məktubla məhkəməyə İddiaçı istifadəsində olan 0.0609 ha torpaq sahəsinin yerləşdiyi ərazidə torpaq ölçmə işlərinin aparılması, torpaq sahəsinin naturada tanıdılması və mütəxəssis rəyinin verilməsinə dair smeta göndərilmiş və smetanın dəyəri 255 (iki yüz əlli beş) manat qiymətləndirilmişdir. xx.xx.2022-ci il tarixli, qəbz № TT**********432255 sənəddən görünür ki, 255 (iki yüz əlli beş) manat Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin hesabına ödənilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin 05 iyul 2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Mingəçevir şəhəri Az.Dres qəsəbəsi "Energetik" yaşayış massivində müəyyənləşdirilmiş aktla iddiaçıya verilmiş faktiki istifadəsində və sahibliyində olan 600 (altı yüz) kv.m (0.06 ha) fərdi yaşayış evi üçün nəzərdə tutulmuş torpaq sahəsinə “Yerquruluşu planı” verilmiş, həyətyanı torpaq sahəsinin döngə nöqtələrinin koordinatları göstərilmişdir. Yuxarıda göstərilənlərə əsasən inzibati orqan olan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin imtinasına əsas olmuş hallar aradan qaldırılmış, torpaq sahəsinin plan-ölçüsü müəyyən edilmiş, döngə nöqtəsinin koordinatları müəyyənləşdirilmişdir. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən inzibati orqanın imtinasına əsas olmuş halın aradan qaldırılmasına baxmayaraq iddianı rədd etmək üçün əsassız səbəblər axtarmışdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 19 aprel 2023-cü il tarixli 2-1(116)-92/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 19 aprel 2023cü il tarixli 2-1(116)-92/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdi.
11. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 19 aprel 2023cü il tarixli 2-1(116)-92/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, üçüncü şəxs Mingəçevir bələdiyyəsi nümayəndəsinin iştirakını təmin etməmişdir.
13. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
14. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - xx.xx.2003-cü il tarixli “Verilmiş torpaq sahəsinin müəyyənləşdirilməsi” aktında qeyd olunur ki, Mingəçevir bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 36/4 nömrəli qərarına əsasən Az.Dres qəsəbəsində “Energetik” yaşayış massivindən İddiaçı fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Ayrılmış sahədə fərdi yaşayış evinin tikintisi nəzərədə tutulmuşdur. İstifadəyə və ya icarəyə verilmiş torpaq sahəsinin hüdudları yerində müəyyənləşdirildi və torpaq sahəsi başqa torpaqlardan sərhəd nişanları ilə ayrıldı. - Mingəçevir ŞİH başçısının xx.xx.2003-cü il tarixli, 375 nömrəli sərəncamından görünür ki, həmin sərəncamla Mingəçevir bələdiyyəsinin 36/4 nömrəli, xx.xx.2003-cü il tarixli qərarı ilə İddiaçı “Energetik” yaşayış massivində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsində aparatın Memarlıq və tikinti şöbəsi ilə razılaşdırılmış layihə əsasında yaşayış evi tikməyə icazə verilməsi qərara alınmışdır. - X5 filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, 26- Asan nömrəli arxiv arayışına təsdiq olunmuş nüsxəsi əlavə olunmuş Mingəçevir bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 36/4 nömrəli qərarından görünür ki, həmin qərarla klub tikintisi nəzərdə tutulmuş 2,24 ha ərazidə fərdi mənzil tikintisi üçün “Energetik” yaşayış massivinin salınması və adları çəkilən vətəndaşlara həmin yaşayış massivindən alqı-satqı əsasında fərdi mənzil tikintisi üçün torpaq sahələrinin ayrılması qərara alınmışdır. Qərarın 1-1-ci bəndində qeyd olunmuşdur ki, tərəvəzçilik sovxozunda yaşayan İddiaçı yeni salınmış “Energetik” yaşayış massivindən baş planda göstərilən 22 saylı yerdən alqı-satqı yolu ilə 600 kv.m torpaq sahəsi ayrılsın. 2-ci bənddə qeyd olunmuşdur ki, İddiaçı bildirilsin ki, fərdi mənzil tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinin dəyəri (1 milyon 800 min manat) ödənildikdən, torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamə aldıqdan və müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçdikdən sonra onun ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranır. - X5 filialının xx.xx.2022-ci il tarixli 26-Asan nömrəli məktubuna əlavədən görünür ki, Memarlıq və tikinti şöbəsi Mingəçevir bələdiyyəsinə ünvanlanmış xx.xx.2003-cü il tarixli məktubunda Az.Dres qəsəbəsində yeni salınmış “Energetik” yaşayış massivindəki ərazilərdən fərdi mənzil tikintisi və həyətyanı sahə üçün tərəvəzçilik sovxozunda yaşayan X1 alqı-satqı yolu ilə 600 kv.m torpaq sahəsinin ayrılmasına etiraz etməmişdir. Fərdi mənzil tikintisi üçün ayrılmış torpaq sahəsində tikiləcək mənzillərin sənədləri hazırlanmalı və aparatın Memarlıq və tikinti şöbəsi ilə razılaşdırılmalıdır. Eyni məzmunlu əlavə X5 filialının xx.xx.2022-ci il tarixli T-84 nömrəli məktubuna da qoşma edilmiş, arxiv arayışına qeyd hissəsi əlavə edilərək göstərilmişdir ki, sənəddə ad “Nüsrət” yazılmışdır. - Mingəçevir bələdiyyəsi xx.xx.2022-ci il tarixli, 806 nömrəli münasibət məktubuna əlavə edilmiş Mingəçevir bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 36/4 nömrəli qərarının arxiv nüsxəsi də eyni məzmunlu olmuşdur. - Məktuba əlavə edilmiş Yerli iqtisadi inkişaf məsələləri daimi komissiyasının Mingəçevir bələdiyyəsinə ünvanladığı rəyin arxiv nüsxəsində qeyd olunur ki, bir qrup şəhər sakini Mingəçevir bələdiyyəsinə müraciət edərək şəhərin sağ sahilində Az.Dres qəsəbəsində yeni salınmış “Energetik” yaşayış massivində alqı-satqı əsasında fərdi mənzil tikintisi üçün torpaq sahələrinin ayrılmasını xahiş etmişlər. Komissiya tərəfindən həmin əraziyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin ərazidəki torpaq sahələri torpaq kateqoriyasına görə 3-cü zonaya aiddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47 və 59-cu maddələrinə, habelə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununun 19-cu maddəsinə uyğun olaraq siyahıda adları göstərilən vətəndaşlara fərdi mənzil tikintisi üçün alqı-satqı əsasında baş planda göstərilmiş nömrəyə uyğun olaraq 600 kv.m torpaq sahəsinin mülkiyyətə verilməsini Yerli iqtisadi inkişaf məsələləri daimi komissiyası məqsədəuyğun hesab edir. - X5 filialının xx.xx.2022-ci il tarixli, T-84 nömrəli arxiv arayışına Mingəçevir bələdiyyəsinin eyni məzmunlu xx.xx.2003-cü il tarixli, 36/4 nömrəli qərarının arxiv nüsxəsi əlavə olunmuşdur. - Cavabdehin xx.xx.2022-ci il tarixli, **********88 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, İddiaçı naturada göstərdiyi və istifadə etdiyi torpaq sahəsi 0,0608 hektardır. Elektron məlumat bazasında mövcud olan “X4 X6”nə əsasən İddiaçı naturada göstərdiyi 0,0608 ha torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikili altında olan torpaqlar, mülkiyyətçisi Mingəçevir bələdiyyəsi, istifadəçini müəyyən etmək səlahiyyətə aid deyildir. Döngə nöqtələri və koordinatları tərtib olunmuş yerquruluşu planında qeyd edilmişdir. - X5 filialı tərəfindən filialda mühafizə olunan Mingəçevir bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 36 nömrəli protokolunun və 36/4 nömrəli qərarlarının arxiv nüsxəsələri məhkəməyə təqdim olunmuşdur: - Mingəçevir bələdiyyəsinin ümumi yığıncağının 36 nömrəli xx.xx.2003-cü il tarixli protokolundan görünür ki, iclasın gündəliyində 4-cü sırada bir qrup fiziki şəxsə fərdi mənzil tikintisi və həyətyanı sahə üçün torpaq sahəsinin ayrılması məsələsi əks olunmuşdur. Protokolun 4-cü qərarının 1-ci bəndində qeyd olunur ki, Mingəçevir şəhərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1985-ci il tarixli 385 nömrəli qərarı ilə təsdiq edilmiş baş planına əsasən tərtib edilmiş şəhərin sağ sahil hissəsinin müfəssəl planlaşdırma layihəsinə dəyişiklik edilərək klub tikintisi nəzərdə tutulmuş 2,24 ha ərazidə fərdi mənzil tikintisi üçün “Energetik” yaşayış massivi salınsın və adları çəkilən vətəndaşlara həmin yaşayış massivindən alqı-satqı əsasında fərdi mənzil tikintisi üçün torpaq sahələri ayrılsın. Qərarın 1.1-ci bəndində qeyd olunur ki, Təbriz küçəsi ev 31 mənzil 125-də yaşayan X3 yeni salınmış “Energetik” yaşayış massivindən baş planda göstərilən 22 saylı yerdən alqı-satqı yolu ilə 600 kv.m torpaq sahəsi ayrılsın. Qərarın 1.2-ci bəndində qeyd olunur ki, A.Şaiq küçəsi ev 9 mənzil 7-də yaşayan şəhid ailəsi X2 yeni salınmış “Energetik” yaşayış massivindən baş planda göstərilən 9 saylı yerdən alqı-satqı yolu ilə 600 kv.m torpaq sahəsi ayrılsın. Qərarın 2-ci bəndində qeyd olunur ki, B.Ə.Əzimov və G.Ö.Abdullayevaya bildirilsin ki, fərdi mənzil tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinin dəyəri ******* (1 milyon 800 min) manat ödənildikdən, torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamə aldıqdan və müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçdikdən sonra onların ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranır. İclasın protokoluna əsasən Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iclasın gündəliyinə iddiaçıya və iclasın qərarında göstərilən iki şəxsdən başqa digər şəxslərə torpaq sahəsinin ayrılması ilə bağlı məsələ daxil edilməmiş, iclasda iddiaçıya torpaq sahəsinin ayrılması qərara alınmamışdır. Protokolda 4-cü məsələ üzrə müzakirə edilən hallar 1., 1.1., 1.2., 2., 3., 4., 5., 6. və 7. məsələ kimi qeyd edilmişdir. Göstərilən sıra ardıcıllığı daxilində hər hansı əlavə mövcud deyildir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
16. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 67-ci maddəsinə görə, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir; 86-cı maddəsinə əsasən, 1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış aşağıdakı torpaq sahələri və torpaqla bağlı hüquqlar alqı-satqı obyekti ola bilər: xüsusi mülkiyyətdə olan torpaqlar; bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları; “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə ipoteka predmeti sayılan torpaq sahələri; özəlləşdirilən dövlət obyektlərinin yerləşdiyi torpaq sahələri; dövlət və xüsusi mülkiyyətdə olan torpaqlar üzərində istifadə və icarə hüquqları; bələdiyyə mülkiyyətində olan torpaqlar üzərində icarə hüquqları.
17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanunu: Maddə 1.0.4. Qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
18. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azəbaycan Respublikasının xx.xx.2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun: 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir; 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.
19. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli 466-İİİQD nömrəli Qanunu ilə edilmiş dəyişikliklərdən sonra “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azəbaycan Respublikasının xx.xx.2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun 9.6-cı maddəsinin qüvvədə olan mətninə əsasən, bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir.
20. Həmçinin Azəbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin: 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; 4-cü bəndinə görə bələdiyyə torpaqları bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bilavasitə, digər hallarda hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə, "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci və 15-ci maddələrinə və bu Əsasnaməyə uyğun olaraq verilir; 11-ci bəndinə əsasən bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər; 13-1-ci bəndinə görə bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alqısatqı qaydasında verilir; 15-ci bəndinə əsasən bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir; 17-ci bəndinə görə bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir; 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir; 22-ci bəndinə görə bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir; 23-cü bəndinə əsasən bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir; 25-ci bəndinə görə bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində müəyyən edilmiş hədlər daxilində ayrılır.
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
22. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.
23. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
24. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
25. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, qeyd olunan normaların tələbindən də göründüyü kimi, qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Lakin məhkəmə tərəfindən iddiaçının iddia etdiyi qərarın qəbul olunmasını təsdiq edən sübutlar aşkar edilməmiş, bələdiyyənin müvafiq iclasının keçirilməsini təsdiq edən sənədlər, iclas protokolu müəyyən olunmuş, lakin həmin iclasda iddiaçıya torpaq sahəsinin ayrılmasına dair qərarın qəbul edilməsi öz təsdiqini tapmamışdır.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. İş materiallarından görünür ki, Mingəçevir bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 36/4 nömrəli qərarı ilə klub tikintisi nəzərdə tutulmuş 2,24 ha ərazidə fərdi mənzil tikintisi üçün “Energetik” yaşayış massivinin salınması və adları çəkilən vətəndaşlara həmin yaşayış massivindən alqı-satqı əsasında fərdi mənzil tikintisi üçün torpaq sahələrinin ayrılması qərara alınmışdır. Qərarın 1-1-ci bəndində qeyd olunmuşdur ki, tərəvəzçilik sovxozunda yaşayan İddiaçı yeni salınmış “Energetik” yaşayış massivindən baş planda göstərilən 22 saylı yerdən alqı-satqı yolu ilə 600 kv.m torpaq sahəsi ayrılsın. 2-ci bənddə qeyd olunmuşdur ki, İddiaçı bildirilsin ki, fərdi mənzil tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinin dəyəri (1 milyon 800 min manat) ödənildikdən, torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamə aldıqdan və müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçdikdən sonra onun ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranır. Bununla yanaşı, xx.xx.2003-cü il tarixli “Verilmiş torpaq sahəsinin müəyyənləşdirilməsi” aktında qeyd olunur ki, Mingəçevir bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 36/4 nömrəli qərarına əsasən Az.Dres qəsəbəsində “Energetik” yaşayış massivindən İddiaçı fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Ayrılmış sahədə fərdi yaşayış evinin tikintisi nəzərdə tutulmuşdur. İstifadəyə və ya icarəyə verilmiş torpaq sahəsinin hüdudları yerində müəyyənləşdirildi və torpaq sahəsi başqa torpaqlardan sərhəd nişanları ilə ayrıldı. Mingəçevir ŞİH başçısının xx.xx.2003-cü il tarixli, 375 nömrəli sərəncamı ilə Mingəçevir bələdiyyəsinin 36/4 nömrəli, xx.xx.2003-cü il tarixli qərarı ilə İddiaçı “Energetik” yaşayış massivində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsində aparatın Memarlıq və tikinti şöbəsi ilə razılaşdırılmış layihə əsasında yaşayış evi tikməyə icazə verilməsi qərara alınmışdır. X5 filialının xx.xx.2022-ci il tarixli 26-Asan nömrəli məktubuna əlavədən görünür ki, Memarlıq və tikinti şöbəsi Mingəçevir bələdiyyəsinə ünvanlanmış xx.xx.2003cü il tarixli məktubunda Az.Dres qəsəbəsində yeni salınmış “Energetik” yaşayış massivindəki ərazilərdən fərdi mənzil tikintisi və həyətyanı sahə üçün tərəvəzçilik sovxozunda yaşayan X1 alqı-satqı yolu ilə 600 kv.m torpaq sahəsinin ayrılmasına etiraz etməmişdir. Fərdi mənzil tikintisi üçün ayrılmış torpaq sahəsində tikiləcək mənzillərin sənədləri hazırlanmalı və aparatın Memarlıq və tikinti şöbəsi ilə razılaşdırılmalıdır. Eyni məzmunlu əlavə X5 filialının xx.xx.2022-ci il tarixli T-84 nömrəli məktubuna da qoşma edilmiş, arxiv arayışına qeyd hissəsi əlavə edilərək göstərilmişdir ki, sənəddə ad “Nüsrət” yazılmışdır.
29. Bununla yanaşı cavabdehin xx.xx.2022-ci il tarixli, **********88 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı naturada göstərdiyi və istifadə etdiyi torpaq sahəsi 0,0608 hektardır. Elektron məlumat bazasında mövcud olan “X4 X6”nə əsasən İddiaçı naturada göstərdiyi 0,0608 ha torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikili altında olan torpaqlar, mülkiyyətçisi Mingəçevir bələdiyyəsi, istifadəçini müəyyən etmək səlahiyyətə aid deyildir. Döngə nöqtələri və koordinatları tərtib olunmuş yerquruluşu planında qeyd edilmişdir.
30. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, inzibati iş üzrə birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-in 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri”nin tələbləri pozulmuşdur.
31. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iclasın protokoluna əsasən məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iclasın gündəliyinə iddiaçıya və iclasın qərarında göstərilən iki şəxsdən başqa digər şəxslərə torpaq sahəsinin ayrılması ilə bağlı məsələ daxil edilməmiş, iclasda iddiaçıya torpaq sahəsinin ayrılması qərara alınmamışdır. Protokolda 4-cü məsələ üzrə müzakirə edilən hallar 1., 1.1., 1.2., 2., 3., 4., 5., 6. və 7. məsələ kimi qeyd edilmişdir. Göstərilən sıra ardıcıllığı daxilində hər hansı əlavə mövcud deyildir.
32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Azəbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin 23-cü bəndinə əsasən bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Göründüyü kimi inzibati orqan olan bələdiyyə tərəfindən yalnız onun səlahiyyəti daxilində olan iclas keçirildiyindən və iddiaçının bələdiyyənin xx.xx.2023-cü il tarixli iclas protokolunda torpaq sahəsi satılması qərara alınmış şəxslərin sırasında adının olmaması onun günahı deyildir. Bununla yanaşı iddiaçının bələdiyyənin iclas protokolunda torpaq sahəsinin satılması nəzərdə tutulmuş şəxslərin sırasında adının olmamasına baxmayaraq, iş materiallarında olan Mingəçevir bələdiyyəsi tərəfindən təqdim edilmiş mübahisə predmeti olan Mingəçevir şəhəri, Az.Dres qəsəbəsi, “Energetik” yaşayış massivində yerləşən 600 kv.m torpaq sahəsinin iddiaçıya satılması barədə qərar və digər sənədlərlə də öz təsdiqini tapmışdır.
33. Göründüyü kimi, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur.
34. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə qənaətə gəlir ki, mübahisə predmeti olan 600 kv.m torpaq sahəsi Mingəçevir bələdiyyəsinin qərarı ilə iddiaçıya verildiyindən, qərarın 1-1ci bəndində tərəvəzçilik sovxozunda yaşayan İddiaçı yeni salınmış “Energetik” yaşayış massivindən baş planda göstərilən 22 saylı yerdən alqı-satqı yolu ilə 600 kv.m torpaq sahəsi ayrılması qeyd edildiyindən, xx.xx.2003-cü il tarixli “Verilmiş torpaq sahəsinin müəyyənləşdirilməsi” aktı ilə həmin torpaq sahəsi İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrıldığından, bununla yanaşı Mingəçevir ŞİH başçısının xx.xx.2003-cü il tarixli, 375 nömrəli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış həmin torpaq sahəsində aparatın Memarlıq və tikinti şöbəsi ilə razılaşdırılmış layihə əsasında yaşayış evi tikməyə icazə verilməsi qərara alındığından, bununla da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinin tələblərinə əsasən, mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə əsas olan hallar mövcud olduğundan cavabdehin iddiaçının müraciətindən imtina etməsi əsassız olmuşdur.
35. Belə ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edən inzibati orqanın hərəkətləri əsassız olmuş, işə baxan birinci instansiya məhkəməsi tam araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Mingəçevir şəhəri, Az.Dres qəsəbəsi, “Energetik” yaşayış massivində müəyyənləşdirilmiş aktla ona verilmiş (qonşu sərhədləri məlum olan), hazırda istifadəsində və sahibliyində olan 600 kv.m fərdi yaşayış evi üçün nəzərdə tutulmuş torpaq sahəsinin adına özəlləşdirilməsi (mülkiyyətinə verilməsi) öhdəliyi qoyulmalı, apellyasiya şikayəti təmin edilməlidir.
37. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 19 aprel 2023-cü il tarixli 2-1(116)-92/2023 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Mingəçevir şəhəri, Az.Dres qəsəbəsi, “Energetik” yaşayış massivində müəyyənləşdirilmiş aktla ona verilmiş (qonşu sərhədləri məlum olan), hazırda istifadəsində və sahibliyində olan 600 kv.m fərdi yaşayış evi üçün nəzərdə tutulmuş torpaq sahəsinin İddiaçı adına özəlləşdirilməsi (mülkiyyətinə verilməsi) öhdəliyi qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.