Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-398/2020 30.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X5 publik hüquqi şəxsinin Göyçay rayon filialına qarşı "xx.xx.1976-cı ildən xx.xx.1980-ci ilədək Ucar Rayonlararası Təsərrüfat X1 və xx.xx.1980-ci ildən xx.xx.2003-cü ilədək Ucar Rayon Kəndkimya İstehsalat Birliyində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair" inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-1047/2020 nömrəli qərarından iş üzrə cavabdeh Dövlət X5 publik hüquqi şəxsinin Göyçay rayon filialı tərəfindən verilmiş apelyasiya şikаyətinə аçıq məhkəmə iclаsındа baxaraq, müəyyən etdi: Şəki İnzibаti Məhkəməsinin (hаkim V.K.Qasımov) xx xxxxxx 2020-ci il tarixli, 2- 1(116)-1047/2020 nömrəli qərаrı ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1980-ci ilədək Ucar Rayonlararası Təsərrüfat X1 və xx.xx.1980-ci ildən xx.xx.2002-ci ilədək Ucar Rayon Kəndkimya İstehsalat Birliyində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və iddia tələbinin xx.xx.2002-ci ildən xx.xx.2003-cü ilədək olan müddətə aid hissədə təmin edilməməsi qərara alınmışdır. İşin hаllаrı: İddiaçı xx.xx.1955-ci ildə Göyçay rayonu Yeniarx kəndində anadan olmuş və hazırda orada yaşayır. O, xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilədək Göyçay kənd texniki peşə məktəbində təhsil almış, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1976-cı ildən xx.xx.1980-cı ilədək Ucar Rayonlararası Təsərrüfat X1, xx.xx.1980-cı ildən xx.xx.2003-cü ilədək Ucar Rayon Kəndkimya İstehsalat Birliyində sürücü işləmişdir. İddiaçı xx.xx.2020-ci ildə (64 il 6 ay) pensiya yaşına çatmışdır. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2020-ci il tarixli **********0 nömrəli cavab məktubu ilə bildirmişdir ki, əmək pensiyasının təyin olunması üçün minimum 25 il sosial sığorta stajı və yaxud minimum 28800 manat pensiya kapitalı tələb olunur. İddiaçının təqdim etdiyi sənədlərdə ümumi 16 il 5 ay 18 gün sosial sığorta stajı və 12206,23 manat pensiya kapitalı olduğuna görə ona əmək pensiyasının təyin olunması qanunamüvafiq deyil. Bundan sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. O, iddiasını belə əsaslandırmışdır ki, işlədiyi müəssisələrin müəyyən illərinin əmr kitabları və əmək haqqı cədvəlləri saxlanmadığına görə cavabdeh ona əmək pensiyası təyin etməkdən imtina etmişdir. Cavabdeh iddiaya qarşı xx.xx.2020-ci il tarixli **********4 nömrəli etirazında bildirmişdir ki, İddiaçı hal-hazırda 17 il 5 ay 7 gün sosial sığorta stajı və 12910,97 manat pensiya kapitalı vardır. Lakin iddiaçıya pensiya təyini üçün 25 il sosial sığorta stajı və yaxud minimum 28800 manat pensiya kapitalı tələb olunur. İddiaçının tələb olunan sosial sığorta stajı və pensiya kapitalı çatışmadığı üçün ona pensiya təyin etmək mümkünsüzdür. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı verdiyi şikayətin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X4 məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qərаrı çıxаrılmışdır. Apelyаsiyа şikаyətinin dəlilləri: Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-1047/2020 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X5 publik hüquqi şəxsinin Göyçay rayon filialı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə mahiyyəti üzrə baxsa da, həqiqətə nail olmaq üçün bütün faktiki halları tam və hərtərəfli aydınlaşdırmamışdır. Belə ki, İddiaçı Ucar Rayonlararası Təsərrüfat X1 xx.xx.1976-cı il tarixdən xx.xx.1980-cı il tarixə və Ucar rayon Kəndkimya İstehsalat birliyində xx.xx.1980-cı il tarixdən xx.xx.2003cü il tarixədək işləməsi faktınını araşdırmaq üçün DSMF-nun Ucar rayon şöbəsinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq bildirmişdir ki, xx.xx.1976-xx.xx.1980-cı illərdə Ucar Rayonlararası Təsərrüfat X1 işləməsi əmr kitablarına əsasən təsdiqini tapmış, lakin əmək haqqı cədvəlləri saxlanılmadığı üçün əmək haqqı almasını müəyyən etmək mümkün olmamışdır. Ucar rayon Kəndkimya İstehsalat birliyində olan əmr kitablarına əsasən xx.xx.1980-cı il tarixdə 03 saylı əmrlə Birliyə sürücü qəbul edilmiş, xx.xx.1991-ci il tarixdə 55 saylı əmrlə məzuniyyətdən qayıtması əmrinə rast gəlinmişdir. Həmin idarənin 1992-ci ildən sonrakı illərin əmr kitabları saxlanılmır. Ucar rayon Kəndkimya İstehsalat birliyi DSMF-nun Ucar rayon şöbəsinə təqdim etdiyi hesabatlara əsasən müəssisənin xx.xx.1998-ci il tarixədək fəaliyyəti olmuş, xx.xx.1999-cu il tarixdən sonra fəaliyyəti olmamış və şöbəyə heç bir məcburi dövlət sosial sığorta haqqı ödəməmişdir. Ümumilikdə İddiaçı hal-hazırda 17 (on yeddi) il 05 (beş) ay 07 (yeddi) gün sosial sığorta stajı və 12910,97 manat pensiya kapitalı vardır. İddiaçı isə 25 il sosial sığorta stajı və ya 28800 manat pensiya kapitalı tələb olunur. Göründüyü kimi, tələb olunan sosial sığorta stajı və pensiya kapitalı çatışmadığı üçün İddiaçı yaşa görə əmək pensiyası təyin etmək qanunauyğun deyildir. Hesab edirlər ki, apelyasiya şikayəti təmin edilməlidir. Apelyasiya məhkəməsinin iclasında İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)- 1047/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apelyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X5 publik hüquqi şəxsinin Göyçay rayon filialının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, cavabdeh DSMF publik hüquqi şəxsinin Göyçay rayon filialı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-1047/2020nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 82-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi mübаhisə ilə bаğlı işə şikаyət həddində və hüquqi məsələlər, hаbelə sübutlаr və fаktlаr (fаktiki hаllаr) əsаsındа mаhiyyəti üzrə tаm həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci mаddəsinin tələblərinə əsаsən yeni təqdim olunmuş sübutlаrı (sübutetmə vаsitələrini) və fаktlаrı (fаktiki hаllаrı) dа nəzərə аlır. İşdə olan AZE-0******* nömrəli Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur. İşdə olan 91422 nömrəli attestatdan görünür ki, iddiaçı xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilədək Göyçay kənd texniki peşə məktəbində təhsil almışdır. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 16 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. İşdə olan ИT-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1976-cı ildən xx.xx.1980-cı ilədək Ucar Rayonlararası Təsərrüfat X1, xx.xx.1980-cı ildən xx.xx.2003-cü ilədək Ucar Rayon Kəndkimya İstehsalat Birliyində sürücü işləmişdir. İşdə olan Dövlət X5 publik hüquqi şəxsinin Göyçay rayon filialının xx.xx.2020-ci il tarixli **********4 nömrəli etiraz məktubundan görünür ki, iddiaçının hal-hazırda 17 il 5 ay 7 gün sosial sığorta stajı və 12910,97 manat pensiya kapitalı vardır. Lakin iddiaçıya pensiya təyini üçün 25 il sosial sığorta stajı və yaxud minimum 28800 manat pensiya kapitalı tələb olunur. İddiaçının tələb olunan sosial sığorta stajı və pensiya kapitalı çatışmadığı üçün ona pensiya təyin etmək mümkünsüzdür. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Cavabdeh iddiaçının əmək kitabçasında göstərilən müddətlərin 14 il 5 ay 11 gün hissəsini sosial sığorta stajı kimi qəbul etdiyini bildirsə də, həmin müddətləri ardıcıl deyil, yalnız əmək haqqı ödənilmiş ayları toplamaq üsulu ilə əldə etmişdir. Ona görə də məhkəmə bu qənaətə gəlmişdir ki, iddianın əsaslılığı iddia ərizəsində göstərilən bütün müddətlərə münasibətdə yoxlanmalıdır. Birinci instansiya məhkəməsi işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmənin araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1955ci il təvəllüdlü olmaqla, xx.xx.2020-ci ildə pensiya yaşına (64 il 6 ay) çatmışdır. İddiaçının yaşa görə əmək pensiyası hüququ əldə etməsi üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud da azı 25 il sığorta stajına malik olması tələb olunur. İddiaçının adına verilmiş ИT-İ seriyalı ******* nömrəli əmək kitabçası ilə onun xx.xx.1976-cı ildən xx.xx.1980-cı ilədək Ucar Rayonlararası Təsərrüfat X1, xx.xx.1980-cı ildən xx.xx.2003-cü ilədək Ucar Rayon Kəndkimya İstehsalat Birliyində sürücü işlədiyi öz təsdiqini tapır. Cavabdeh orqan iddiaçıya əmək pensiyasının təyin olunmasından imtinasını belə əsaslandırmışdır ki, Ucar Rayonlararası Təsərrüfat X2 əmr kitabları mövcud olsa da, əmək haqqı cədvəlləri saxlanmadığına görə iddiaçının əmək haqqı alıb-almamasını müəyyən etmək mümkün deyil, Ucar Rayon Kəndkimya İstehsalat Birliyinin isə 1992-ci ildən sonrakı əmr kitabları saxlanılmır, eləcə də həmin Birlik xx.xx.1999-cu ildən sonra məcburi dövlət sosial sığorta haqqı ödəməmişdir. Bu səbəblərə görə göstərilən müddətlər iddiaçının sosial sığorta stajına daxil edilmir. Mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 69-cu maddəsində isə deyilir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olan Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinin 1-ci və 2-ci abzaslarına görə, əmək kitabçası fəhlə və ya qulluqçunun əmək fəaliyyəti haqqında əsas sənəddir. Əmək kitabçaları müəssisədə, idarədə, təşkilatda 5 gündən artıq işləyən bütün fəhlələr və qulluqçular üçün açılır. xx.xx.1999-cu ildə qüvvəyə minmiş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87ci maddəsinin 1-ci bəndinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İstinad edilən qanunvericilik normalarından göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Həmin normalar kontekstində məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasında onun işləməsi barədə məlumatların həqiqiliyi şübhə doğurmadığı üçün əmr kitablarının, yaxud əmək haqqı ödənilməsi cədvəllərinin arxivdə saxlanmaması onun əmək kitabçasında göstərilən müddətlərdə işləməsini şübhə altına ala bilməz. Ucar Rayon Kəndkimya İstehsalat Birliyi tərəfindən xx.xx.1999-cu ildən sonra məcburi dövlət sosial sığorta haqqı ödənilməməsi barədə cavabdehin dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, xx.xx.1999-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 252-ci maddəsinə əsasən, bütün işçilər hökmən dövlət sosial sığortası ilə əhatə olunmalıdırlar. Həmin Məcəllənin 253-cü maddəsinə əsasən, işçilərin dövlət ictimai sığortası dövlət hesabına həyata keçirilir. Sosial sığorta haqqı işçilərin əmək haqqından heç bir məbləğ tutulmadan müəssisələr, idarələr, təşkilatlar tərəfindən ödənilir. Müəssisə, idarə, təşkilat tərəfindən sığorta haqqının ödənilməsi işçiləri dövlət ictimai sığortası üzrə təmin olunmaq hüququndan məhrum etmir. xx.xx.1999-cu ildən qüvvəyə minmiş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 304-cu maddəsinə əsasən, sosial sığorta - müvafiq normativ hüquqi aktlarda nəzərdə tutan hallarda işçilərin əmək münasibətləri prosesində itirdikləri gəlirlərinin - əmək haqlarının, əmək haqqına əlavələrin, başqa ödənclərin, həmçinin digər xərclərin müəyyən olunmuş qaydada və məbləğdə əvəzinin ödənilməsi, habelə onların itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. İşəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması, o cümlədən onun əlavə sığorta olunubolunmaması barədə müvafiq məlumatlar hökmən göstərilməlidir. Həmin Məcəllənin 306-cı maddəsinin 2-ci hissəsinə əsasən, işçilərin məcburi dövlət sığortası işəgötürənlər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə həyata keçirilən sosial sığortalanmadır. Qanunvericiliyin müddəalarından göründüyü kimi, əmək münasibətlərində olan işçilərin əmək haqqından müvafiq məcburi sosial sığorta ödənişlərini hesablayıb cavabdehə köçürməsi kimi vəzifəsi müəyyən olunmamışdır. Bu vəzifəni işəgötürən daşımışdır. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci hissəsində deyilir ki, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin maddənin 3-cü hissəsinin a) bəndinə əsasən, işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti də iş stajına daxil edilir. Həmin maddənin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci - yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göstərilən normaların tələbləri belə izah olunur ki, xx.xx.2002-ci ilədək olan dövrdə işcilər dövlət tərəfindən mütləq qaydada sosial sığorta ilə əhatə olunmalı olduqlarına görə həmin dövr üzrə işçilərin əmək fəaliyyəti ümumi iş stajına daxil edilməlidir. Bu müddətə münasibətdə sosial sığorta haqlarının ödənilməməsi həmin müddətin şəxsin əmək stajına daxil edilməməsi üçün hüquqi əsas kimi qiymətləndirilməmişdir. Qanunvericiliyin əlaqəli təhlili o nəticəni yaradır ki, iddiaçının iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyindən və həmin dövrdə o, dövlət sosial sığortası ilə əhatə olunmalı olduğundan, həmin dövrə münasibətdə onun əmək haqqı alıb-almaması və işəgötürən tərəfindən sosial sığorta haqlarının ödənilib-ödənilməməsi iddiaçının əmək kitabçasında olan müddətin onun sosial sığorta stajına daxil edilməsinə təsir göstərmir. Ona görə də konkret halda cavabdehin bildirdiyi dəlil xx.xx.2002-ci ilədək olan müddətlə bağlı əsassız, həmin tarixdən xx.xx.2002-ci ilədək olan müddətlə bağlı isə əsaslıdır. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi bu qənaətə gəlmişdir ki, iddiaçının əmək kitabçasında göstərilən Ucar Rayonlararası Təsərrüfat X1 xx.xx.1976-cı ildən xx.xx.1980-ci ilədək işlədiyi bütün müddət (3 il 6 ay 3 gün) və Ucar Rayon Kəndkimya İstehsalat Birliyində işlədiyi xx.xx.1980-ci ildən xx.xx.2003-cü ilədək müddətin xx.xx.1980-ci ildən xx.xx.2002-ci ilədək (21 il 1 ay) hissəsi onun sosial sığorta stajına daxil edilməlidir. Bu müddətlərin cəmi 24 il 7 ay 3 gün təşkil edir. Eyni zamanda iddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək (2 il 7 gün) SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Həmin müddət də onun sosial sığorta stajına daxil edilməlidir. Belə ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2.3cü maddəsinə görə, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti də daxil edilir. Bundan başqa, iddiaçı xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilədək (11 ay 19 gün) texniki peşə məktəbində təhsil almışdır ki, bu müddət də onun sosial sığorta stajına daxil edilməlidir. xx.xx.1956-cı ildə qüvvəyə minmiş və xx.xx.1992-ci ilədək qüvvədə olmuş "Dövlət pensiya təminatı haqqında" SSRİ Qanununun 109-cu maddəsində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Beləliklə, qanunvericiliyə müvafiq olaraq, iddiaçının 27 il 6 ay 29 gün sosial sığorta stajı vardır, bu isə ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün kifayət edir. Cavabdeh iddiaçının Ucar Rayonlararası Təsərrüfat X1 xx.xx.1976-cı ildən xx.xx.1980-ci ilədək işlədiyi müddəti və Ucar Rayon Kəndkimya İstehsalat Birliyində işlədiyi müddətin xx.xx.1980-ci ildən xx.xx.2002-ci ilədək olan hissəsini onun iş (sosial sığorta) stajına hesablanmalı olan əmək fəaliyyəti dövrü kimi qəbul etməlidir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci və 2-ci abzaslarına əsasən, məhkəmə şikayətə baxılmasının nəticələri barədə qətnamə çıxarır. Məhkəmə şikayətin əsaslı olduğunu müəyyənləşdirdikdə şikayət edilən qərarları və hərəkətləri qanunsuz hesab edir, vətəndaşlar barəsində tətbiq edilən məsuliyyət tədbirlərini ləğv edir, onların pozulmuş hüquq və azadlıqlarını bərpa edir, habelə dövlət orqanlarının və yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin vətəndaşların hüquq və azadlıqlarını pozan qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə bağlı onların məsuliyyətini müəyyənləşdirir. İşin faktiki hallarını və bu halların yuxarıda qeyd olunan qanun normalarına uyğunluğunu nəzərə alan birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1980-ci ilədək Ucar Rayonlararası Təsərrüfat X1 və xx.xx.1980-ci ildən xx.xx.2002-ci ilədək Ucar Rayon Kəndkimya İstehsalat Birliyində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı və iddia tələbi xx.xx.2002-ci ildən xx.xx.2003-cü ilədək olan müddətə aid hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və bununla bağlı əsaslandırması ilə tam razıdır. Məhkəmə iddianı qismən təmin etməkdə haqlı olmuş və düzgün qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Beləliklə, məhkəmə kollegiyаsı аpelyаsiyа şikаyətinin dəlillərini birinci instаnsiyа məhkəməsinin qərаrının ləğv edilməsi üçün yetərli hesаb etmir və bu nəticəyə gəlir ki, Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən аpelyаsiyа şikаyəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərаrı dəyişdirilmədən qüvvədə sаxlаnmаlıdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87, 89, 90, 94-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X5 publik hüquqi şəxsinin Göyçay rayon filialı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)- 1047/2020nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərаrdаn surəti tam formada təqdim olunduğu gündən 01 (bir) ay müddətində Şəki Apelyаsiyа Məhkəməsi vаsitəsilə Azərbаycаn Respublikаsı Ali Məhkəməsinin İnzibati Kollegiyasına şikаyət verilə bilər. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2-1(107)-398/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-398/2020
30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver