Məhkəmə qərarları › İş №2-1(107)-398/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-398/2023

26.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-398/2023 26.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Kod 40402037 JN-0025 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına qeyd edilmiş hər bir ailə üzvünün payının 3 ha olmaqla ********** və ********** qeydiyyat nömrəli çıxarışlarda qeyd edilmiş torpaq sahəsindən əlavə Şəki rayonu Sarıca kəndində yerləşən 2,08 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi və Şəki rayonu Sarıca kəndində yerləşən 2,535 ha torpaq sahəsi ilə bağlı adına verilmiş xx.xx.2017-ci il tarixli, **********94 reyestr nömrəli çıxarışda qeyd edilməyən faktiki istifadəsində olan 0,415 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X2na məxsus olması barədə arayışın (elektron çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 10 aprel 2023-cü il tarixli 2-1(116)- 365/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı X20 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Kod 40402037 JN-0025 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd edilmiş hər bir ailə üzvünə 3 ha olmaqla Şəki rayonu Sarıca kəndində yerləşən və mülkiyyətlərində olan 15 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi və Şəki rayonu Sarıca kəndində yerlşən 2.535 ha torpaq sahəsi ilə bağlı adına verilmiş xx.xx.2017ci il tarixli, **********94 reyestr nömrəli çıxarışda düzəliş edilərək 3 ha torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir

2. İddiaçı birinci instansiya məhkəməsinin iclasında tələbini dəqiqləşdirərək “Kod 40402037 JN-0025 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd edilmiş hər bir ailə üzvünün payının 3 ha olması nəzərə alınmaqla Şəki rayonu Sarıca kəndində yerləşən 15 ha torpaq sahəsi üzərində X20, X7, Hüseynova (Şabanova) Samirə Arif qızı, X18, X10 ümumibirgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi və Şəki rayonu Sarıca kəndində yerlşən 2.535 ha torpaq sahəsi ilə bağlı adına verilmiş xx.xx.2017-ci il tarixli, **********94 reyestr nömrəli çıxarışda qeyd edilməyən faktiki istifadəsində olan 0,465 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X2na məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

4. xx.xx.2023-cü il tarixdə iddiaçı birinci instansiya məhkəməsinin iclasında yenidən tələbini dəqiqləşdirərək “Kod 40402037 JN-0025 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına qeyd edilmiş hər bir ailə üzvünün payının 3 ha olmaqla ********** və ********** qeydiyyat nömrəli çıxarışlarda qeyd edilmiş torpaq sahəsindən əlavə Şəki rayonu Sarıca kəndində yerləşən 2,08 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi və Şəki rayonu Sarıca kəndində yerləşən 2,535 ha torpaq sahəsi ilə bağlı adına verilmiş xx.xx.2017-ci il tarixli, **********94 reyestr nömrəli çıxarışda qeyd edilməyən faktiki istifadəsində olan 0,415 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X2na məxsus olması barədə arayışın (elektron çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

6. İddia ərizəsinin əsaslarına görə, Şəki Rayon Aqrar İslahat Komissiyasının 11 iyul 1998-ci il tarixli 54 saylı qərarı ilə X13, X4, X8, X11 və X3 təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 12,92 ha torpaq sahəsi verilmiş və bununla bağlı Şəki rayon Torpaq Şöbəsi tərəfindən kod 40402037, JN 0025 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanmışdır.

7. Bundan başqa həmin vaxt atası iddiaçının X6 2,535 ha torpaq sahəsi ayrılmışdır. X2 öldükdən sonra Şəki rayon 2 saylı DNK-dan həmin torpaq sahəsi ilə bağlı xx.xx.2017-ci il tarixli 2V-314 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və bu şəhadətnamə əsasında da Şəki rayonu Sarıca kəndində yerləşən 2,535 ha torpaq sahəsi üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2017-ci il tarixli **********94 reyestr nömrəli çıxarış verilmişdir.

8. Şəki rayonu "Sarıca" X9 Yerli AİK-in xx.xx.1998-ci il tarixli 4 nömrəli protokol qərarı ilə kənd yaşayış məntəqəsini əhatə edən "Sarıca" X9nin istifadəsində olan 5438 ha xüsusi mülkiyyətə veriləcək əkin sahəsindən hər bir subyekt üzrə 3 ha nəzərdə tutulmaqla, 2841 ha xüsusi mülkiyyətə ayrılmışdır. Şəki rayon AİK-in xx.xx.1998-ci il tarixli 61 nömrəli qərarı ilə Şəki rayonu "Sarıca" X9 Yerli AİK-in xx.xx.1998-ci il tarixli 4 nömrəli protokol qərarı təsdiq edilmişdir.

9. Sarıca sovxozu Yerli AİK-in xx.xx.2001-ci il tarixli 02 nömrəli protokol qərarı ilə Sarıca bələdiyyəsi tərəfindən Yerli AİK-ə qaytarılan 2292 ha əkinə yararlı torpaq sahələrinin torpaq payı almaq hüququ olan hər bir subyektin torpaq payı müəyyən edildikdən sonra onların arasında bərabər bölünməsi qərar alınmışdır.

10. Şəki rayon AİK-in xx.xx.2002-ci il tarixli 2 nömrəli qərarı ilə "Sarıca" X9ndə torpaq islahatının aparılması haqqında Yerli AİK-in xx.xx.1998-ci il tarixli 4 saylı qərarı ilə respublika AİK-nin xx.xx.1999-cu il tarixli razılıq məktubu əsasında hər bir subyektə 3 ha pay torpağı verilməsi qərara alınmışdır.

11. Şəki rayon AİK-nin xx.xx.2002-ci il tarixli 4 nömrəli qərarı ilə dövlət ehtiyat fondu torpaqlarının pay torpağı kimi yenidən əhaliyə bölünməsinin qeyri-mümkünlüyü, Şəki rayonu üzrə adambaşına düşən pay torpaqlarının həcminin cəmisi 0,61 ha olduğu halda, Sanca, Bolludərə və Qaratorpaq kəndlərində 3 ha torpaq sahəsinin düşdüyü həmin ərazidə yaşayan əhaliyə ətraflı izah edilməsi qərara alınmışdır.

12. Hazırda 5 ailə üzvünə ayrılmış 15 ha və atasından vərəsəlik qaydasında ona keçmiş 3 ha torpaq sahəsini əkib-becərir, torpaq vergisini ödəyir, lakin Dövlət aktında ayrılmış 15 ha torpaq 12,92 ha, atasına ayrılmış 3 ha torpaq sahəsi isə xx.xx.2017-ci il tarixli **********94 reyestr nömrəli çıxarışda 2,535 ha qeyd edilmişdir.

13. Kod 40402037, JN 0025 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında adları qeyd edilmiş hər bir ailə üzvünə 3 ha olmaqla Şəki rayonu Sarıca kəndində yerləşən və mülkiyyətində olan 15 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi və Şəki rayonu Sanca kəndində yerləşən 2,535 ha torpaq sahəsi ilə bağlı adına verilmiş xx.xx.2017-ci il tarixli, **********94 reyestr nömrəli çıxarışda düzəliş edilərək 3 ha torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır.

14. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçı X5-40402037, JN-0025 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında adları qeyd edilmiş hər bir ailə üzvünə 3 ha olmaqla Şəki rayonu Sanca kəndində yerləşən 15 ha torpaq sahəsinə çıxarışın verilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixdə ********** nömrəli ərizə ilə ərazi idarəsinə müraciət etmişdir.

15. Şəki rayonu Sarıca kəndində vətəndaşlara verilən torpağa mülkiyyət hüququna dair dövlət aktlarında adambaşına düşən pay norması torpağın kateqoriyasından asılı olaraq 2.58 ha, 2.70 ha və 2.91 ha kimi hesablanmış, “Sarıca” X9 X32 Komissiyasının xx.xx.1998-ci il tarixli, 4 saylı, xx.xx.2001-ci il tarixli (say göstərilməyib), xx.xx.2001-ci il tarixli, 02 saylı, 07.11,2002-ci il tarixli, 02 saylı qərarları və Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 61 saylı, xx.xx.2002-ci il tarixli; 02 saylı, xx.xx.2002-ci il tarixli qərarları ilə adambaşına düşən pay norması artırılaraq 3 hektara çatdırılsa da, elektron baza məlumatlarında düzəliş aparılmadığından, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 4.1-ci maddəsinin tələblərinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxladığından müraciətinin icrası mümkün olmamışdır.

16. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

17. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

18. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 10 aprel 2023-cü il tarixli 2- 1(116)-365/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

19. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

20. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki rayonu Sarıca kəndində vətəndaşlara verilən torpağa mülkiyyət hüququna dair dövlət aktlarında adambaşına düşən pay norması torpağın kateqoriyasından asılı olaraq 2.58 ha, 2.70 ha və 2.91 ha kimi hesablanmış, “Sarıca” X9 X32 Komissiyasının xx.xx.1998-ci il tarixli, 4 saylı, xx.xx.2001-ci il tarixli (say göstərilməyib), xx.xx.2001-ci il tarixli, 02 saylı, xx.xx.2002ci il tarixli, 02 saylı qərarları və Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 61 saylı, xx.xx.2002-ci il tarixli; 02 saylı, xx.xx.2002-ci il tarixli qərarları ilə adambaşına düşən pay norması artırılaraq 3 hektara çatdırılsa da, elektron baza məlumatlarında düzəliş aparılmadığından, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 4.1-ci maddəsinin tələblərinə əsasən 2006cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxladığından müraciətinin icrası mümkün olmamışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 10 aprel 2023-cü il tarixli 2-1(116)-365/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X16 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 10 aprel 2023-cü il tarixli 2-1(116)-365/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 10 aprel 2023-cü il tarixli 2-1(116)- 365/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

23. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Şəki rayonu Sarıca kəndində yerləşən 2,535 ha torpaq sahəsi üzərində İddiaçı tam mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - JN-0025 kod 40402037 nömrəli Dövlət Aktından görünür ki, Şəki rayon AİK-nın xx.xx.1998-ci il tarixli 54 nömrəli qərarı ilə X13 və 4 nəfər ailə üzvünə 12,92 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi verilmişdir. - JN-0026 kod 40402037 nömrəli Dövlət Aktından görünür ki, Şəki rayon AİK-nın xx.xx.1998-ci il tarixli 54 nömrəli qərarı ilə X17 və X6 5.17 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi verilmişdir. - Şəki rayon AİK-in xx.xx.2002-ci il tarixli 2 nömrəli qərarından görünür ki, "Sarıca" X9ndə torpaq islahatının aparılması haqqında Yerli AİK-nın xx.xx.1998-ci il tarixli 4 saylı qərarı ilə Respublika AİK xx.xx.1999-cu il tarixli razılıq məktubu əsasında hər bir subyektə 3 ha pay torpağı verilməsi qərara alınmışdır. - Şəki rayonu "Sarıca" X9 Yerli AİK-in xx.xx.1998-ci il tarixli 4 nömrəli protokol qərarından görünür ki, kənd yaşayış məntəqəsini əhatə edən "Sarıca" X9nin istifadəsində olan 5438 ha xüsusi mülkiyyətə veriləcək əkin sahəsindən hər bir subyekt üzrə 3 ha nəzərdə tutulmaqla 2841 ha xüsusi mülkiyyətə ayrılmışdır. Şəki Rayon AİK-in xx.xx.1998ci il tarixli 61 nömrəli qərarı ilə Şəki rayonu "Sarıca" X9 Yerli AİK-in xx.xx.1998-ci il tarixli 4 nömrəli protokol qərarı təsdiq edilmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli **********38 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçı X12 faktiki istifadəsində olan torpaq sahəsi 189995 kv.m olub, döngə nöqtələri və koordinatları, iddiaçının sənəd üzrə olan (JN- 0025, **********94) torpaq sahələri, digər subyektlərə məxsus torpaq sahələri ilə üst-üstə düşən hissələr tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, uqodiyası əkin olmaqla, xüsusi mülkiyyətdə olan ərazidir. İddiaçı X1 üzrə olan (JN-0025) torpaq sahəsi ilə faktiki istifadə etdiyi (19 ha) torpaq sahələrinin coğrafi yerləşməsi tamamilə fərqlidir. İddiaçıya məxsus olan JN-0025A (125155.57 kv.m) nömrəli Dövlət Aktında göstərilən torpaq sahəsi ilə ərazi idarəsi tərəfindən verilmiş **********64, **********10, **********21 reyestr nömrəli çıxarışlarda göstərilən torpaq sahələri üst-üstə düşür. İddiaçının faktiki istifadəsində olan 19 ha torpaq sahəsi ilə digər subyektlərə məxsus olan JN-9 (10.33 ha), JN-10 (10.33 ha), JN-14 (18.09 ha), JN-15 (15.50 ha), JN-21 (25.84 ha), JN-328 ( 9.83 ha) torpaq sahələrinin müvafiq hissələri ilə üst-üstə düşür. İddiaçı X12 adına tərtib edilmiş A183105 nömrəli (xx.xx.2017-ci il tarixli, **********94 reyestr nömrəli ) plan- ölçüsü sənədində göstərilən 2.585 ha torpaq sahəsi ilə JN-15 (15.50 ha), JN-21 (25.84 ha) nömrəli dövlət aktlarında göstərilən torpaq sahələrinin və **********1 reyestr nömrəli çixarışda göstərilən 6.63 ha torpaq sahəsinin müvafiq hissələri ilə üst-üstə düşür. - xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Şəki rayonu Sarıca kəndində yerləşən 0,4026 ha torpaq sahəsi üzərində İddiaçı, X19, X7, X18 və X10 ümumi birgə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. - xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Şəki rayonu Sarıca kəndində yerləşən 12,5156 ha torpaq sahəsi üzərində İddiaçı, X19, X7, X18 və X10 ümumi birgə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. - xx.xx.2023-cü il tarixli Yerli baxışın nəticələrinə dair protokoldan görünür ki, iddia olunan torpaq sahəsinin DVJ və TEKUİS məlumatlarına əsasən sənəd üzrə və faktiki istifadə vəziyyəti üzrə koordinatları müəyyən edilmiş, DVJ məlumat bazasına uyğun olaraq iddiaçıya məxsus JN-0025 nömrəli Dövlət Aktında qeyd edilmiş torpaq sahəsinə uyğun olaraq yeni çıxarış verilmiş və həmin çıxarış faktiki olaraq iddiaçının istifadəsində olan torpaq sahəsindən kənarda yerləşir. Həmin çıxarışda qeyd edilmiş torpaq sahəsi TEKUİS məlumatlarına əsasən digər subyektlərin adına işlənmişdir. Mütəxəssis tərəfindən ilkin rəydə təqdim edilmiş, üst-üstə düşdüyü bildirilən Dövlət Aktlarına münasibətdə müəyyən edilmişdir ki, həmin üst-üstə düşmə yalnız hazırda qüvvədə olmayan, köhnə DVJ məlumat bazasında mövcuddur. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi isə yeni elektron baza məlumatlarında, Yəni TEKUİS-də onun özünün adına işlənmişdir və TEKUİS məlumatlarına əsasən iddia olunan torpaq sahəsinin hər hansı digər subyektə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi mövcud deyil. Mütəxəssis tərəfindən iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə və sənəd üzrə işlənmiş torpaq sahəsinə dair elektron baza sənədinin surəti təqdim edildi və həmin döngə nöqtələrinə uyğun olaraq verilmiş rəyin dəqiqləşdiriləcəyi bildirildi. - cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-39/2-1053/2023 nömrəli məktubundan görünür ki, X12 faktiki istifadəsində olan torpaq sahəsi naturada 19.0 hektardır. Naturada üst-üstə düşmə halı mövcud deyildir.

TƏTBİQ EDİLƏN HÜQUQ

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

26. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər. 14-cü maddəsinə əsasən torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir.

27. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

28. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

29. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

30. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

31. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 33 . Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, Şəki rayonu Sarıca kəndində torpaq islahatı aparılan zaman adambaşına düşən pay torpaq norması 3 ha müəyyən edildiyi halda, iddiaçıya Şəki rayon AİK-nın xx.xx.1998-ci il tarixli 54 nömrəli qərarı ilə JN-0025 kod 40402037 nömrəli Dövlət Aktı əsasında 12,92 ha, iddiaçının mərhum X2na JN-0026 kod 40402037 nömrəli Dövlət Aktı əsasında 5.17 ha torpaq sahəsi ayrılmışdır.

34. Cavabdeh inzibati orqan apellyasiya şikayətini pay normasının 3 ha müəyyən edilməsinə baxmayaraq, elektron baza məlumatlarında düzəlişin aparılmaması və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.1-ci maddəsinin tələblərinə əsasən 2006-cı ilin iyulu 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatının öz hüquqi qüvvəsini saxlaması ilə əsaslandırmışdır.

35. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçıya və mərhum atasına ayrılmalı olan torpaq sahəsinin normasının 3 hektara çatdırılması ilə bağlı Şəki rayon AİK-in xx.xx.2002-ci il tarixli 2 nömrəli qərarı mövcuddur və sözgedən qərar inzibati akt olmaqla “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində nəzərdə tutulmuş anlamda daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır.

36. Belə ki, sözügedən normanın tələbinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsi üçün əsas sayılır. Şəki rayon AİK-in xx.xx.2002-ci il tarixli 2 nömrəli qərarı qəbul edildikdən sonra elektron məlumat bazasında müvafiq düzəlişlərin edilməsi və yerquruluşu işlərinin aparılması iddiaçının yox, cavabdeh orqanın vəzifəsi olduğundan cavabdeh orqanın qeyd olunan hala istinad etməsi tamamilə əsassız olmuşdur.

37. Məhkəmə kollegiyasının qənaətinə görə belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı Şəki rayon AİK-in xx.xx.2002-ci il tarixli 2 nömrəli qərarına istinad etməklə Şəki rayonu Sarıca kəndində yerləşən 2,08 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsini və 0,415 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X2na məxsus olması barədə arayışın (elektron çıxarışın) verilməsini cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur.

38. Cavabdehin apellyasiya şikayətinin “Sarıca” X9 X32 Komissiyasının xx.xx.1998-ci il tarixli, 4 saylı, xx.xx.2001-ci il tarixli (say göstərilməyib), xx.xx.2001-ci il tarixli, 02 saylı, xx.xx.2002-ci il tarixli, 02 saylı qərarları və Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 61 saylı, xx.xx.2002-ci il tarixli; 02 saylı, xx.xx.2002-ci il tarixli qərarları ilə adambaşına düşən pay norması artırılaraq 3 hektara çatdırılsa da, elektron baza məlumatlarında düzəliş aparılmamasına dair dəlili ilə razılaşmayan kollegiya qeyd edir ki, həmin düzəlişin aparılması inzibati orqanın üzərinə düşən vəzifədir və vətəndaş bununla bağlı məsuliyyət daşımır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

39. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

40. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Kod 40402037 JN-0025 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına qeyd edilmiş hər bir ailə üzvünün payının 3 ha olmaqla ********** və ********** qeydiyyat nömrəli çıxarışlarda qeyd edilmiş torpaq sahəsindən əlavə Şəki rayonu Sarıca kəndində yerləşən 2,08 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi və Şəki rayonu Sarıca kəndində yerləşən 2,535 ha torpaq sahəsi ilə bağlı adına verilmiş xx.xx.2017-ci il tarixli, **********94 reyestr nömrəli çıxarışda qeyd edilməyən faktiki istifadəsində olan 0,415 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X2na məxsus olması barədə arayışın (elektron çıxarışın) verilmməsinə dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

41. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 10 aprel 2023-cü il tarixli 2-1(116)-365/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar