Məhkəmə qərarları › İş №2-1(107)-399/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-399/2022

30.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-399/2022 30.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik еdən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli 2-1(84)-1098/2016 nömrəli qərarından iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 tərəfindən vеrilmiş аpеllyаsiyа şikаyətinin mümkünlüyü məsələsinə аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi: Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Usaməddin Osmanov) 23 dekabr 2016-cı il tarixli 2-1(84)-1098/2016 nömrəli qərarı ilə iddiaçılar İddiaçı1 Kənan oğlunun, X1, X2, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon şöbəsinə qarşı “xx.xx.1995-ci ildən fevral 2015-ci ilədək ödənilməmiş müavinətin birdəfəlik ödənilməsi” tələbinə dair iddiası rədd edilmiş, ödənilməmiş 10 (on) manat dövlət rüsumu dövlə büdcəsinə aid edilmişdir. Həmin qərardan İddiaçı2 tərəfindən аpеllyаsiyа şikаyəti və buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatət verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə vəsatət təmin edilməmiş, İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış və şikayətin icraata qəbulundan imtina edilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 tərəfindən Şəki İnzibati-İqtisadi Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli 2-1(84)-1098/2016 nömrəli qərarından verilmiş apellyasiya şikayəti məhkəmə kollegiyasına daxil olmuşdur. Müəyyən edilmişdir ki, аpellyаsiyа şikаyəti qаnunlа nəzərdə tutulmuş müddət burаxılmаqlа verilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı 30 noyabr 2022-ci il tarixə məhkəmə iclası təyin edilmiş, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 bu barədə rəsmi məlumat verilmiş və eyni zamanda apellyasiya şikayətinin verilməsi ilə bağlı ötürülmüş prosessual müddətin üzrlü səbəbdən olması barədə sübutları həmin vaxta kimi məhkəmə kollegiyasına təqdim etmələri iddiaçılara təklif edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 izahatında apellyasiya şikayətinin mümkün hesab edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 apellyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin: - 81.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. - 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İş materiallarından görünür ki, Şəki İnzibati-İqtisadi Məhkəməsi tərəfindən xx.xx.2016-cı il tarixdə qərar qəbul edilmiş, qərarın surəti xx.xx.2016-cı il tarixdə iddiaçıların ünvanına göndərilmişdir. Lakin, xx.xx.2022-ci il tarixdə İddiaçı5 Şəki Apellyasiya Məhkəməsinə ərizə göndərərək, həmin məhkəmə qərarının mövcudluğundan xəbərinin olmamasını əsas gətirərək, qərarın surətinin ona göndərilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı4 birinci instansiya məhkəməsinə ərizə göndərərək, həmin məhkəmə qərarının mövcudluğundan xəbərinin olmamasını əsas gətirərək, qərarın surətinin ona göndərilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı3 birinci instansiya məhkəməsinə ərizə göndərərək, həmin məhkəmə qərarının mövcudluğundan xəbərinin olmamasını əsas gətirərək, qərarın surətinin ona göndərilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı2 birinci instansiya məhkəməsinə ərizə göndərərək, həmin məhkəmə qərarının mövcudluğundan xəbərinin olmamasını əsas gətirərək, qərarın surətinin ona göndərilməsini xahiş etmişdir. İddiaçılar tərəfindən xx.xx.2022-ci il tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli 2-1(84)-1098/2016 nömrəli qərarının təsdiqlənmiş surətinin alınması barədə ərizəyə imza edilmişdir. Belə ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli 2-1(84)- 1098/2016 nömrəli qərarının surətinin xx.xx.2016-cı il tarixdə iddiaçıların ünvanına göndərilməsinə baxmayaraq, iddiaçılar yenidən məhkəməyə müraciət edərək qərardan xəbərdar olmadıqlarını bildirmiş və qərarın surətinin onlara göndərilməsini xahiş etmişlər. Buna baxmayaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 tərəfindən Şəki İnzibati-İqtisadi Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli 2-1(84)-1098/2016 nömrəli qərarından şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmüşdür. Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin: -87.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. -87.3-cü maddəsinə əsasən, apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. -87.4-cü maddəsinə görə, apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli 2-1(84)-1098/2016 nömrəli qərarından iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalıdır. Eyni zamanda məhkəmə kollegiyası iddiaçılara izah edir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli 2-1(84)-1098/2016 nömrəli qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə verə bilərlər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 Şəki İnzibati-İqtisadi Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli 2-1(84)-1098/2016 nömrəli qərarından verdikləri apellyasiya şikayəti mümkün sayılmasın və şikayətin icraata qəbulundan imtina edilsin. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar