Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-399/2025 02.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Musayev Taleh Valeh oğlu və X2 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ya qarşı “Əlilliyin qiymətləndirilməsinə dair cavabdehin xx.xx.2024-cü il tarixli imtinasının əsassız hesab edilməsi və aldığı xəsarətlə əlaqədar yaranmış xəstəliyə uyğun olaraq müvafiq əlillik dərəcəsi təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 18 mart 2025ci il tarixli 2-1(116)-812/2025 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Əlilliyin qiymətləndirilməsinə dair cavabdehin xx.xx.2024-cü il tarixli imtinasının əsassız hesab edilməsi və aldığı xəsarətlə əlaqədar yaranmış xəstəliyə uyğun olaraq müvafiq əlillik dərəcəsi təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - o, "Azərişıq ” ASC-nin X1 və Satışı İdarəsinin Hava və X3 Xidmətinin Ucar Elektrik şəbəkəsində elektrik mantyoru vəzifəsində işləyib. xx.xx.2022-ci il tarixdə kənd hava xəttində yaranmış qüsurun aradan qaldırılması işləri ilə məşğul olarkən naqilin açılması nəticəsində elektrik cərəyanının təsirinə məruz qalaraq xəsarət almışdır. Xəsarət nəticəsində sağlamlığına xeyli ziyan dəymiş, ambulator kitabdan çıxarışda da qeyd edildiyi kimi T29.3, T75.4, W85 kodlarla qeyd edilmiş xəsarət almışdır. Müalicəsi uzun müdət davam etmiş, hərəkət qabiliyyəti olmamışdır. Xəstəliyi ilə əlaqədar əlillik dərəcəsi təyini üçün Dövlət Tibbi Sosial Ekspert Komissiyasına müraciət edilmiş, Komissiyanın xx.xx.2023-cü il tarixli qərarı ilə ona əlillik dərəcəsi təyinindən imtina edilmişdir. Sağlamlığında düzəlmə olmadığından müalicəsinə dövlət müəssisələrində davam etdirmiş, xəstəliyində hər hansı bir düzəlmə olmamışdır. Tam tərsinə o yerimə qabiliyyətini itirmişdir. Uzun müalicələr sonrasında ona əlillik təyini üçün yenidən göndəriş verilmiş, xəstəliyi cavabdeh orqan tərəfindən qiymətləndirilərək xx.xx.2024-cü il tarixdə əlillik dərəcəsi təyinindən imtina edilmişdir. Xəstəliyi ilə əlaqədar Diaqnoz: Bədənin bir neçə nahiyəsinin heç olmasa bir nahiyədə üçüncü dərəcəli yanıq göstərilməklə termiki yanıqları, Keçirilmiş elektrotravma nəticəsində bədənin müxtəlif nahiyyəsində olan yanıqdan qalıq əlamətləri. Oynaqların kontrakturası, Hər iki ayaqın İV-V barmaqların kontrakturası. Keçirilmiş elektrotravma nəticəsində bədənin müxtəlif nahiyyəsində olan yanıqdan qalıq əlamətləridir.
3. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Ucar rayon sakini xx.xx.1964-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) ona təyin edilmiş əmək qabliyyətinin itirilmə dərəcəsindən narazı olduğundan yenidən əlilliyin gücləndirilməsi məqsədi ilə göndəriş rəsmiləşdirilmiş və əlillik səbəbi istehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar olduğundan əyani komissiyaya dəvət edilərək həkim ekspertlər tərəfindən müayinə edilmişdir. Müayinəyə gələrkən iş tapşırığını yerinə yetirən zaman elektrik cərəyanının təsirindən xəsarət aldığını bildirmiş, bunu təsdiq edən xx.xx.2023-cü ildə tərtib edilmiş xx.xx.2022-ci il saat 18:50 radələrində baş vermiş bədbəxt hadisəni təfsilatı ilə özündə əks elətdirən "xxxx" ASC tərəfindən təqdim edilmiş İz forması təqdim etmiş, elektrotravmadan sonra bədənin bəzi nahiyyələrinə dəri köçürülməsi icra edildiyini söyləmiş, bəzi müayinə və stasionar müalicə sənədləri təqdim etmişdir.
4. Obyektiv müayinə zamanı sol qulaq seyvanının arxa səthinin, sol çiyin qurşağı, sol bazunun bayır səthinin, sağ saidin ön səthinin, qarnın ön səthinin, hər 2 pəncənin ayaqaltı səthinin lll-İV dərəcəli yanıqdan sonrakı dəri köçürülən sahələri izlənilmiş, dəri köçürülən sahələrdə trofiki pozğunluq aşkarlanmamışdır. Yanıq çapığından sonra yuxarı və aşağı ətraf əzələləri paralel izlənilmiş, əzələ tonusu normal olmuş, ayaqlarda hərəkət məhdudluğu aşkar edilməmişdir.
5. Anamnestik məlumatlar obyektiv müayinə və təqdim edilmiş sənədlərə əsasən Tibbi sosial ekspert komissiyası tərəfindən “Diaqnoz əlillik əlaməti təyin etmir”, əmək qabiliyyətinin 20% (iyirmi faiz) itirilməsinə dair qərar qəbul edilmişdir.
6. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 18 mart 2025-ci il tarixli 2- 1(116)-812/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
8. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə öz qərarını əsaslandırarkən qeyd etmişdir ki: Tibb müəssisəsinin istinad etdiyi 13.7.1 -ci bəndə münasibətdə müəyyən edilir ki, “Əlilliyin müəyyən olunması meyarları”na əlavədə dayaq hərəkət aparatının bir və ya bir neçə bölməsində hərəkətin nəzərəçarpan dərəcədə pozulması orqanizmin funksiyalarının pozulma faizi 1 il müddətinə 35-60% aralığında müəyyən edilmişdir. Həmin diaqnozun düzgünlüyünü cavabdeh orqan da, mübahisələndirmir. Lakin cavabdeh orqan bu diaqnozun əlilik əlaməti təyin etməməsi və iddiaçının əmək qabiliyyətinin 20% itirilməsinə səbəb olması qənaətindədir. Cavabdeh orqan iddiaçının əmək qabiliyyətinin 20% itirilməsini aparılan müayinə zamanı göndərişdə qeyd olunan əlillik təyinatına əsas verə biləcək patofunksional pozuntuların (ayaqaltı nahiyədə trofiki yaranın olması, eləcə də aşıq-baldır oynağında qüsurlu vəziyyətdə kəskin dermogen kontraktura) aşkar olunmaması, sağ pəncədə müəyyən olunan ll-İİİ barmağın amputasion vəziyyəti və digər patofunksional pozuntuların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci i! tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq, əlillik təyinatına (orqanizmin funksiyalarının 35 faizdən çox pozulmasına) əsas verməməsi, aşkar olunan patofunksional pozuntuların orqanizmin həyat fəaliyyəti kateqoriyalarından (xəstənin sənəti və peşəsinin fiziki xarakterli olması nəzərə alınaraq) əmək fəaliyyəti kateqoriyasını qismən pozması ilə əsaslandırmışdır. Məhkəmə Agentliyin mövqeyini əsaslı hesab etmir. Belə ki, İddiaçıya tibb müəssisəsi tərəfindən qoyulmuş diaqnozlar - ayağın ll-İİİ barmaqlarının daraq sümükləri səviyyəsində amputasiyası, daimi ağrı sindromu, axsama və ataktik yeriş, hərəkət funksiyasının kəskin pozulması, hər iki pəncədə sağalmayan xoralar, posttravmatik artroziar və kontrakturalar, kelloid çapıqlar və hipertrofik dəri dəyişiklikləri və digər ağır patoloji hallar - "Dayaq-hərəkət aparatının bir və ya bir neçə bölməsində hərəkətin nəzərəçarpacaq dərəcədə pozulması" meyarına tam şəkildə uyğun gəlir. Cavabdeh orqan əmək qabiliyyətinin yalnız “qismən” pozulduğunu bildirsə də, bu nəticənin hansı konkret funksional göstəricilər əsasında müəyyən edildiyi orqanizmdə müşahidə olunan pozuntuların hansı meyarla ölçülərək qiymətləndirildiyi barədə hec bir əsaslandırma təqdim etməmişdir. Təqdim edilmiş tibbi sənədlər və diaqnozlar özlüyündə 13.7.1-ci bəndin tətbiqi üçün zəruri tibbi- hüquqi əsaslan yaratsa da, cavabdeh orqan bu diaqnozların əmək qabiliyyətinə təsiri ilə bağlı nəticə etibarilə ziddiyyətli və əsaslandırılmamış mövqe ortaya qovaraq iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmişdir. Ümumiyyətlə vətəndaşın sağlamlıq vəziyyətinin araşdırılması üçün birinci instansiya məhkəməsi tərəfindən zəruri araşdırılmalar aparılmamış, ekspertiza belə keçirilmədən məhkəmə öz mülahizəsi əsasında iddiaçının maraqlarına uyğunlaşdırmaqla əlillik təyin etmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstəliyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-812/2025 saylı, 18 mart 2025-ci il tarixli qərarını ləğv edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.
TƏRƏFLƏRİN İZAHATLARİ
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 18 mart 2025-ci il tarixli 2-1(116)- 812/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.
12. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
13. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - xx.xx.2024-cü il tarixli Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair sistemdən çıxarış, Tibbi-Sosial Ekspert Komissiyasının müayinə cavabları (Akt nömrələri: xxxxxxx0001, xxxxxxx0002, xxxxxxx0003, xxxxxxx0004), Göyçay rayon Mərkəzi Xəstəxanasının xx.xx.2025-ci il tarixli məktubu, cavabdehin xx.xx.2025-ci il tarixli məktubu.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. İnzibati Prosessual Məcəllə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 69.5. Məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
15. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
16. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-nın 3-cü bəndində (orqanizmin funksiyalarının pozulması faizləri) anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz (3.1.3) olmaqla müəyyən edilmişdir.
19. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.2-ci . İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
20. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 18 mart 2025-ci il tarixli 2-1(116)-812/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
22. Əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dair qərarları inzibati aktdırlar. Çünki onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Belə olan halda, TSEK-in qərarından narazı qalan şəxslər onu mübahisələndirməlidirlər.
23. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.
24. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).
25. Məhkəmə tərəfindən bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin, göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir.
26. Məhkəmə kollegiyası işin faktiki hallarına qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır.
27. İş materiallarından görünür ki, cavabdeh orqan sonuncu dəfə xx.xx.2024-cü il tarixdə iddiaçıya əlilliyin təyin edilməsindən “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə imtina etmişdir.
28. Müvafiq imtina qərarının hansı tarixdə iddiaçıya təqdim edilməsi ilə bağlı cavabdeh orqan tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmiş, eyni zamanda imtina qərarında hüquqi müdafiə vasitələri göstərilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, İPM-nin 38.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla hazırkı iddianın qaldırılması üçün iddia müddəti ötürülməmişdir.
29. Nəzərə alınmalıdır ki, diaqnozun əlillik əlaməti təyin edib-etməməsinə hüquqi qiymət verilməsi üçün ilk növbədə qoyulmuş diaqnozun düzgünlüyü və iddiaçının sağlamlıq vəziyyətinə uyğunluğu müəyyən edilməlidir. Məhz iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyü və onun sağlamlıq vəziyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əlavədə nəzərdə tutulmuş diaqnoza uyğunluğu sübuta yetirildiyi halda onun “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin hansı məhdudlaşması halına uyğun olması müəyyən oluna bilər.
30. İddiaçı barəsində tibbi göndəriş tərtib etmiş səhiyyə müəssisəsi ona qoyulmuş diaqnozların Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 №-li qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 13.7.1-ci bəndinə uyğun olmasını bildirmişdir.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinə (a) yarımbəndinə əsasən, xəsarətlərin, xəstəliklərin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi haqqında qərarı Hərbi-həkim komissiyası çıxarır.
32. Tibb müəssisəsinin istinad etdiyi 13.7.1-ci bəndə münasibətdə müəyyən edilir ki, “Əlilliyin müəyyən olunması meyarları”na əlavədə dayaq hərəkət aparatının bir və ya bir neçə bölməsində hərəkətin nəzərəçarpan dərəcədə pozulması orqanizmin funksiyalarının pozulma faizi 1 il müddətinə 35-60% aralığında müəyyən edilmişdir.
33. Həmin diaqnozun düzgünlüyünü cavabdeh orqan da, mübahisələndirmir. Lakin cavabdeh orqan bu diaqnozun əlilik əlaməti təyin etməməsi və iddiaçının əmək qabiliyyətinin 20% itirilməsinə səbəb olması qənaətindədir.
34. Cavabdeh orqan iddiaçının əmək qabiliyyətinin 20% itirilməsini aparılan müayinə zamanı göndərişdə qeyd olunan əlillik təyinatına əsas verə biləcək patofunksional pozuntuların (ayaqaltı nahiyədə trofiki yaranın olması, eləcə də aşıq-baldır oynağında qüsurlu vəziyyətdə kəskin dermogen kontraktura) aşkar olunmaması, sağ pəncədə müəyyən olunan İİ–İİİ barmağın amputasion vəziyyəti və digər patofunksional pozuntuların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, əlillik təyinatına (orqanizmin funksiyalarının 35 faizdən çox pozulmasına) əsas verməməsi, aşkar olunan patofunksional pozuntuların orqanizmin həyat fəaliyyəti kateqoriyalarından (xəstənin sənəti və peşəsinin fiziki xarakterli olması nəzərə alınaraq) əmək fəaliyyəti kateqoriyasını qismən pozması ilə əsaslandırmışdır.
35. Məhkəmə kollegiyası cavabdeh orqanın şikayətinin dəlilərini əsaslı hesab etmir. Belə ki, iddiaçıya tibb müəssisəsi tərəfindən qoyulmuş diaqnozlar–ayağın İİ–İİİ barmaqlarının daraq sümükləri səviyyəsində amputasiyası, daimi ağrı sindromu, axsama və ataktik yeriş, hərəkət funksiyasının kəskin pozulması, hər iki pəncədə sağalmayan xoralar, posttravmatik artrozlar və kontrakturalar, kelloid çapıqlar və hipertrofik dəri dəyişiklikləri və digər ağır patoloji hallar – "Dayaq-hərəkət aparatının bir və ya bir neçə bölməsində hərəkətin nəzərəçarpacaq dərəcədə pozulması" meyarına tam şəkildə uyğun gəlir.
36. Cavabdeh orqan əmək qabiliyyətinin yalnız “qismən” pozulduğunu bildirsə də, bu nəticənin hansı konkret funksional göstəricilər əsasında müəyyən edildiyi, orqanizmdə müşahidə olunan pozuntuların hansı meyarla ölçülərək qiymətləndirildiyi barədə heç bir əsaslandırma təqdim etməmişdir. Qanunvericiliyin və tibbi-ekspertiza fəaliyyətinin tələblərinə görə əmək qabiliyyətinin itirilməsinin qiymətləndirilməsi yalnız səthi vizual müşahidələrə deyil, təsdiq olunmuş tibbi diaqnozların yaratdığı funksional nəticələrin obyektiv tədqiqinə əsaslanmalıdır.
37. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan tərəfindən diaqnozların tibbi cəhətdən qəbul olunmasına baxmayaraq, həmin diaqnozların funksional nəticələrinin normativ meyarlara uyğun qiymətləndirilməsi aparılmamışdır. Belə ki, kontrakturalar, travmatik amputasiya, xroniki trofik xoralar, ataktik yeriş, degenerativ artrozlar kimi patofunksional hallar əmək qabiliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərən ciddi pozuntulardır. Bu halların tibbi qiymətləndirilməsi sadəcə “hərəkət məhdudluğu müşahidə olunmaması”, “əzələ tonusunun normal olması” və ya “trofik pozğunluqların görünməməsi” kimi qeyri-obyektiv və səthi yanaşmalarla inkar edilə bilməz.
38. Əmək qabiliyyətinin cəmi 20 faiz itirilməsi kimi qiymətləndirilmə, yuxarıda sadalanan diaqnozlar və funksional pozuntular fonunda nə tibbi məntiqə, nə də hüquqi əsaslandırmaya uyğundur. Həm diaqnostik məlumatların məzmunu, həm də funksional nəticələrin ümumi vəziyyəti 13.7.1-ci bəndin tətbiqinə tam əsas verir və bu halda əmək qabiliyyətinin daha yüksək faizlə itirilməsi qənaəti formalaşmalıdır.
39. Təqdim edilmiş tibbi sənədlər və diaqnozlar özlüyündə 13.7.1-ci bəndin tətbiqi üçün zəruri tibbi-hüquqi əsasları yaratsa da, cavabdeh orqan bu diaqnozların əmək qabiliyyətinə təsiri ilə bağlı nəticə etibarilə ziddiyyətli və əsaslandırılmamış mövqe ortaya qoyaraq iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmişdir.
40. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmaqla iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
41. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 18 mart 2025-ci il tarixli 2-1(116)-812/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.