Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-4/2020 11.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi ilə İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı “Ağdaş rayonunun Nehrəxəlil kəndində yerləşən 12 kv metr torpaq sahəsi üzərində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə inşa edilmiş tikiliyə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin qoyulması” tələbi barədə inzibati iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2-1(84)- 1771/2017 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, bu qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ X4-İqtisadi Məhkəməsində cavabdehə qarşı iddia qaldıraraq Ağdaş rayonunun Nehrəxəlil kəndində yerləşən 12 kv metr torpaq sahəsi üzərində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə inşa edilmiş tikiliyə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim K.Vəliyev) xx xxxxxx 2017-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərаrı ləğv edilmiş və iş üzrə yeni qərar qəbul edilərək iddiatələbi təmin edilmişdir. Cavabdeh tərəfindən qərardan kassasiya şikayəti verilərək, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının qeyd olunan qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsininİnzibati-İqtisadi kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, o 0,12 kv metr torpaq sahəsini bələdiyyədən aldıqdan sonra 2012-ci ilin əvvəllərində həyətyanı torpaq sahəsinin bir hissəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə ümumi sahəsi 20,0 kv metr olan mağaza tikdirmək qərarına gələrək orada mağaza tikmiş və icazə üçün Ağdaş Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinə müraciət etmişdir. Ondan layihə tələb olunduğundan müraciəti əsasında Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin Layihə Təşkilat “xxxx” MMC-dən sahibkarlıq obyektinin eskiz layihəsini və lisenziya alaraq Memarlıq və tikinti şöbəsinə təqdim etmişdir. Layihə əsasında Ağdaş RİHnin Memarlıq və tikinti şöbəsinə müraciət etmişdir. Lakin oradan tikili guya xx xxxxxx 2013cü ildən sonra tikildiyindən qanunsuz tikili hesab edilmiş və mülkiyyət hüququnun tanınması üçün məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Həmin bir mərtəbəli mağaza tikintisi heç bir kommunikasiya xətlərinə maneçilik törətmir. Mağazanı inşa etdirdikdən sonra mağazanı adına qeydə aldırmaq üçün tələb olunduğundan müvafiq rəyin verilməsi xahişi ilə Ağdaş RİH-yə və eləcə də həmin tikilinin adına qeydə alınması üçün DƏDRX-nın 17 saylı Ərazi İdarəsinə müraciət etmişdir. DƏDRX-nın 17 saylı Ərazi İdarəsi xüsusi mülkiyyətində inşa etdirdiyi 20,0 m2 tikilinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 101 və 103-cü maddələrinin tələbinə riayət edilmədən tikildiyindən, təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından, yəni həmin tikili xx xxxxxx 2013-cü ildən sonra inşa edildiyindən, həmin tikilini adına qeydə almaqdan imtina etmişdir. Halbuki, o, həmin tikilini 2012-ci ilin sonuna kimi inşa etdirib başa çatdırmışdır. Lakin cavabdeh orqanlar guya tikinti xx xxxxxx 2013-cü ildən sonra tikildiyini əsas götürərək, həmin Qanunun 8.0.10.1-ci maddəsinə əsasən, həmin obyekti qeydə almaqdan imtina edərək sənədlərini geri qaytarmış və şifahi qaydada həmin tikiliyə mülkiyyət hüququnun tanınması üçün məhkəməyə müraciət etməsini tövsiyə etmişlər. Əslində həmin tikilinin mövcudluğu, qonşuların və digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur və onların həyatı və sağlamlığı üçün heç bir təhlükə yaratmır. Həmin tikili xx xxxxxx 2013-cü ilədək xüsusi mülkiyyətində olan torpaq sahəsinin üzərində inşa edildiyindən, həmin tikiliyə onun mülkiyyət hüququ tanınmalıdır və cavabdeh orqanlar tərəfindən tələb olunan müvafiq rəy verilməklə adına qeydə alınmalıdır. X6-İqtisadi Məhkəməsi işə baxılarkən işin həqiqi hallarını tam və əlaqəli şəkildə araşdırmamış, cavabdeh orqanın imtina məktubunu əsas göstərməklə iddianın təmin edilməməsi haqqında qanunsuz və əsassız, eləcə də ədalətsiz qərar çıxarmışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı və cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə kollegiyasının iclasına gəlməmiş, məhkəmə kollegiyası işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında izahat verən iddiaçı apelyasiya şikayətinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında çıxış edən cavabdehin nümayəndəsi Səxavət Kərimov qanunsuz və əsassız olduğundan apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. SÜBUTLAR Məhkəmə kollegiyasının аrаşdırmа predmetini AA seriyalı 005987 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin surəti, RX seriyalı ******* nömrəli çıxarışın surəti, Ağdaş Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 08-58 nömrəli məktubunun surəti, cavabdehin xx.xx.2017-ci il tarixli **********17 nömrəli, xx.xx.2018-ci il tarixli **********66 nömrəli, Ağdaş Rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli 08-479 nömrəli məktubunun surəti, xx xxxxxx 2019-cu il tarixli ekspert rəyi və digər sənədlər təşkil etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin (bundan sonra İPM) 82-ci mаddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübаhisə ilə bаğlı işə şikаyət həddində və hüquqi məsələlər, hаbelə sübutlаr və fаktlаr (fаktiki hаllаr) əsаsındа mаhiyyəti üzrə tаm həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi, həmçinin bu Məcəllənin 12-ci mаddəsinin tələblərinə əsаsən, yeni təqdim olunmuş sübutlаrı (sübutetmə vаsitələrini) və fаktlаrı (fаktiki hаllаrı) dа nəzərə аlır. İddianın mümkünlüyü ilə bağlı qeyd olunmalıdır ki, iddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3-cü maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 33.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən, hazırki mübahisə yaranmışdır. Apelyasiya şikayətinə gəlincə, iddiaçının apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Ağdaş rayonunun Nehrəxəlil kəndində yerləşən 0,12 hektar torpaq sahəsi RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı həmin torpaq sahəsi üzərində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə qanunsuz tikili inşa etmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyası tərəfindən xx.xx.2018-ci ildə DƏDRX-nın 17 saylı Ərazi İdarəsinə sorğu edilərək, qeyd olunan tikilinin RX seriyalı ******* nömrəli çıxarışda və AA 005987 nömrəli plan ölçü sənədində göstərilən cizgilərdə yerləşib-yerləşməməsi, əgər həmin cizgilərdən kənara çıxarsa hansı hissədə kənara çıxması barədə mütəxəssis rəyinin təqdim edilməsi, tikilinin qeyd olunan hüquq müəyyən edən sənədlərdə göstərilən cizgilərdən kənara çıxan hissəsi ilə bağlı mütəxəssis tərəfindən tərtib edilmiş sxemin rəylə birlikdə təqdim edilməsi xahiş edilmişdir. DƏDRX-in 17 saylı Ərazi İdarəsinin məhkəmə kollegiyasına ünvanladığı xx.xx.2018-ci il tarixli **********66 nömrəli sorğuya cavab məktubundan görünür ki, qeyd edilən tikili RX seriyalı ******* nömrəli çıxarışda və AA 005987 nömrəli plan və ölçü sənədində göstərilən cizgilərdə yerləşir və kənara çıxılma yoxdur. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyası tərəfindən xx.xx.2018-ci ildə Ağdaş Rayon İcra Hakimiyyətinə sorğu edilərək, İddiaçı istifadəsində olan, Ağdaş rayonu Nehrəxəlil kəndində yerləşən 0,0012 ha torpaq sahəsi üzərində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə inşa edilmiş tikilinin tikinti normalarına və qaydalarına uyğun olub-olmaması barədə Ağdaş rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi tərəfindən tərtib edilmiş rəyin məhkəməyə göndərilməsinin təmin edilməsi xahiş edilmişdir. Ağdaş Rayon İcra Hakimiyyətinin xx xxxx 2018-ci il tarixli 08-479 nömrəli məktubunda Şəki Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının sorğusuna cavab olaraq bildirilmişdir ki, ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli çıxarışa əsasən, Ağdaş rayonunun Nehrəxəlil kəndi ərazisində vətəndaş İddiaçı mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmiş tikilinin əsas yükdaşıyıcı divarları mişar daşından, dam örütüyü yerli ağac materialı ilə primitiv üsulla örtülmüşdür. Bina ümumilikdə dayanıqlıdır. Nəqliyyatın hərəkətinə maneçilik törətmir, yerli əhəmiyyətli Ağdaş-Ləki Avtomobil yolunun mühafizə zonasında və yerüstü kommunikasiya xətlərinin qorunma zolağında yerləşmir. Tikili Azərbaycan Respublikası Tikinti norma və qaydalarına qismən uyğundur. Lakin yeraltı kommunikasiya xətlərinin aşkar edilməsi mümkün olmadığı üçün Ağdaş Rayon İcra Hakimiyyəti tərəfindən bu barədə rəy bildirilməsi imkan xaricində qalmışdır. Azərbaycan Respublikası ƏMDK yanındaDaşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məhkəmə kollegiyasına ünvanladığı xx.xx.2019-cu il tarixli **********40 nömrəli cavab məktubundan görünür ki, qeyd edilən tikilinin ölçüləri 0,21 hektardır. Həmin tikili RX seriyalı ******* nömrəli çıxarışda və AA 005987 nömrəli plan və ölçü sənədində göstərilən iddiaçıya verilmiş 0,12 hektar torpaq sahəsinin sərhədləri daxilində yerləşmir. Tikilinin ölçüləri həmin torpaq sahəsindən 0,9 hektar kənara çıxmışdır. Tikili ilə zəbt edilmiş torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsidir. Kassasiya qaydasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsi qərarında iş üzrə müvafiq məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi zərurətini göstərilmişdir. Ali Məhkəmənin müvafiq göstərişini yerinə yetirmək üçün məhkəmə kollegiyası tərəfindən keçirilmiş məhkəmə tikinti ekspertizanın xx xxxxxx 2019-cu il tarixli 28434 nömrəli rəyində göstərilmişdir ki, iddiaçı X1 mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi, Ağdaş rayonunun Nehrəxəlil kəndində yerləşən, sahibkarlıq fəaliyyəti məşğul olmaq məqsədi ilə inşa edilmiş inşa edilmiş tikilinin faktiki ölçüləri (sahəsi) 0,21 kv metrdir. Həmin tikili RX seriyalı ******* nömrəli çıxarışa və AA 005987 nömrəli plan və ölçü sənədinə əsasən, iddiaçı N.Ağaməmmədovun mülkiyyətinə verilmiş 12 kv metr torpaq sahəsinin sərhədləri daxilində yerləşmir. Tikilinin ölçüləri həmin torpaq sahəsinin hüdudlarından 0,9 kv metr kənara çıxmışdır. Tikili ilə zəbt edilmiş torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsidir. Beləliklə, işdən görünür ki, “xxxx” MMC tərəfindən tərtib edilmiş, iddiaçıya məxsus sahibkarlıq obyektinin layihəsinə əsasən tikilinin ölçüləri 4,15:5,05 metr olmaqla, ümumulikdə 0,21 hektar təşkil edir ki, bu da iddiaçının mülkiyyətinə verilmiş 0,12 hektar torpaq sahəsinin ölçülərindən kənara çıxır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin tələb üzrə gəldiyi nəticə ilə razılaşır. Belə ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən, çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı qeydiyyatı üçün əsas hesab olunur. Ağdaş Rayon İcra Hakimiyyəti tərəfindən göndərilmiş xx xxxxxx 2017-ci il tarixli 08-58 nömrəli məktubuna əsasən, iddiaçı Nazim Ağaməmədova Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinə əsasən, 2013-cü ilin yanvar ayının 1dən etibarən vətəndaşlar tikinti niyyəti barədə rayon icra hakimiyyətlərinə müraciət etməli və tikinti barədə razılıq sənədi əldə etdikdən sonra tikinti işinə başlaması, icazə sənədi olmadan tikinti işlərinin aparılması və həmin tikilinin özbaşına inşa edilmiş tikili hesab olunması bildirilmişdir Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə görə isə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin bütün dəlilləri əsassız olduğundan, təmin edilməməli və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iş üzrə gəldiyi bu nəticə həm də İPM-in 96.11-ci maddəsinin tələbindən irəli gəlir. Çünki, həmin maddəyə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Qeyd olunanlarla yanaşı, iş mаteriаllаrındаn görünür ki, iddia tələbinin həlli ilə bаğlı аpelyаsiyа instаnsiyаsıməhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəmə tikintitexniki ekspertizasının tədqiqаtınındəyəri 50 mаnаt, mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc 89 manattəşkil edir. Məhkəmə kollegiyаsı hesаb edir ki, İPM-in 110.1-ci mаddəsinə uyğun olаrаq, həmin məbləğ iş üzrə iddiaçıya аid edilməli və ondаn аlınаrаq Azərbаycаn Respublikаsının dövlət büdcəsinə ödənilməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə ekspertizası xərci olan əlli manat və mütəxəssis rəyinin verilməsi üçün çəkilən səksən doqquz manat iş üzrə iddiaçı İddiaçı tutulub dövlət xəzinədarlığı agentliyinin (Kod: 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22) və Kapital Bank ASC-nin Xətai filialının hesabına (Kod: 200071, VÖEN **********, müxbir hesab AZ37NABZ********************, SFİFT KOD AİİBAZ2X) köçürülsün. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən bir аy müddətində Аzərbаycаn Respublikаsı Аli Məhkəməsinin İnzibаti kоllegiyаsınа (AZ-1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14, 1193-cü məhəllə) Şəki Аpelyаsiyа Məhkəməsi vаsitəsilə kаssаsiyа şikаyəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(107)-4/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-4/2020
11.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver