Məhkəmə qərarları › İş №2-1(107)-4/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-4/2021

05.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-4/2021 05.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Kərimli İsmayıl Aslan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "JN-391 A nömrəli şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-339/2020 nömrəli qərarından iş üzrə üçüncü şəxs X21 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə Qəbələ rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(025)-1210/2019 saylı qətnaməsi ilə mərhum atası X1 xx.xx.2015-ci ildə ölümü ilə ondan miras qalmış Qəbələ rayonu Nic qəsəbəsində 0.15 ha torpaq sahəsi və 1965-ci ildə tikilmiş 2 otaqlı, ümumi sahəsi 72 kv.m, yaşayış sahəsi 44 kv.m olan fərdi yaşayış evi, yardımçı təsərrüfat-tövlə və təndirxanadan ibarət mirasın tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. O, həmin torpaq sahəsinə və evə çıxarış almaq üçün Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport almaq üçün qanuni şəkildə dövlət rüsumu ödəyərək müraciət etmişdir. Reyestrin işçiləri gəlib həmin torpaq sahəsini və evi ölçmüşdürlər. Sonradan ona həmin sənədi verməkdən imtina etdilər ki, atasından ona miras qalmış evin yerləşdiyi torpaq sahəsinə JN-391 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” hazırlanıb. O, bu qanunsuz imtina ilə razılaşmamış. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir, həmin JN-391 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”ni ləğv etsinlər və ona atasından miras qalmış, doğulub böyüdüyü həyətə və evə dair çıxarış və texniki pasport versinlər. Həmin İdarədən ona yenidən qanunsuz imtina verdilər ki, Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyil, aidiyyəti məhkəmə orqanlarına müraciət etməyini tövsüyyə etdilər. Həmin şəhadətnamənin mövcudluğu onun həyətə və evə dair çıxarış və texniki pasport işlənməsinə maneə yaradır. İddiaçı JN-391 A nömrəli şəhadətnamənin ləğv edilməsi barədə qərar qəbul edəsini xahiş etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə ünvanladığı, ərizəsini və təqdim etdiyi sənədlər tərəflərindən araşdırılmışdır. Müraciətində qeyd etdiyi JN- 391 A saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin ləğv edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyil. Bu səbəbdən də müraciətin icrası mümkün olmamışdır. Cavabdehin etirazının dəlilləri: Şəki İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan 2-1(84)-1755/2019 saylı, 28 noyabr 2019-cu il tarixli sərəncamının icrası ilə əlaqədar bildirirlər ki, İddiaçı Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0.42 ha torpaq sahəsinə texniki səhv olaraq hazırlanmış JN-391 A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikası X17 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Texniki səhv olaraq hazırlanmış JN-391 saylı 0.42 ha torpaq sahəsinə dair Torpağın mülkiyyət hüququna dair şəhadətnamənin ləğv edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyil. Qeyd olunan səbəbə görə də müraciətinin icrası tərəflərindən mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər əsasında aparır və "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdirlər. Üçüncü şəxs tərəfindən etirazın dəlilləri: İddiaçı qızı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi idarəsinə qarşı “JN-391A nömrəli Şəhadətnamənin ləğv edilməsinə dair qərar qəbul edilməsi” tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Onlar yəni, X14, X2, X9, X3, X4, X5, ÇotariDeniz Romanoviç və X15 iddia ərizəsində üçüncü şəxslər kimi göstərilmişik. İddiaçı iddia ərizəsinin təsviri hissəsinin birinci cümləsində göstərmişdir ki, Qəbələ rayon Məhkməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(025)-1210/2019 saylı qətnaməsi ilə mərhum atası X1 xx.xx.2015-ci ildə ölümü ilə ondan miras qalmış Qəbələ rayonunun Nic qəsəbəsində 0,15 ha torpaq sahəsi və 1965-ci ildə tikilmiş 2 otaqlı, ümumi sahəsi 72 kv.m, yaşayış sahəsi 44 kv.m olan fərdi yaşayış evi, yardımçı təsərrüfat-tövlə və təndirxanadan ibarət mirasın tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Məhkəmə qətnaməsi yuxarı instansiya məhkəmələrində mübahisələndirilməmişdir. Çünki, bu barədə məlumatları olmamışdır. Həmçinin iddiaçı iddia ərizəsində göstərir ki, məhkəmə qətnaməsi qəbul edildikdən sonra o, torpaq sahəsinə və evə mülkiyyət hüququ əldə etmək üçün DƏDRX-nə müraciət etmiş, lakin orada ona bildirmişlər ki, miras evin yerləşdiyi torpaq sahəsinə başqalarının adına, yəni onların adlarına mülkiyyət hüququnu təsdiq edən JN-391A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə vardır. Qeyd edir ki, iddiaçının atası mərhum X16 aqrar islahatı aparılan zaman Azərbaycan Respublikasında yaşamamış və bu səbəbdən onun adı islahata gedən subyektlərin siyahısına daxil edilməmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında 3-cü şəxslər iddiaya etiraz etdiklərini bildirdilər. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-339/2020 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, JN-391 A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin qismən - Azərbaycan Respublikası Mənzil Kommunal-Təsərrüfat Nazirliyi üzrə Qutqaşen rayon şöbəsinin 1990-cı ilin fevral ayında tərtib etdiyi 946 inventar nömrəli «Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu»nda göstərilən torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası X17 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan üçüncü şəxs X21 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs apellyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçı iddia ərizəsinin təsviri hissəsinin birinci cümləsində göstərmişdir ki, Qəbələ rayon Məhkməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(025)-1210/2019 saylı qətnaməsi ilə mərhum atası X1 20. 08. 2015-ci ildə ölümü ilə ondan miras qalmış Qəbələ rayonunun Nic qəsəbəsində 0,15 ha torpaq sahəsi və 1965-ci ildə tikilmiş 2 otaqlı, ümumi sahəsi 72 kvm, yaşayış sahəsi 44 kvm olan fərdi yaşayış evi, yardımçı təsərrüfat-tövlə və təndirxanadan ibarət mirasın tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Məhkəmə qətnaməsi yuxarı instansiya məhkəmələrində mübahisələndirilməmişdir. Çünki, bu barədə xəbərimiz olmamışdır. Həmçinin iddiaçı iddia ərizəsində göstərmişdir ki, məhkəmə qətnaməsi qəbul edildikdən sonra o, torpaq sahəsinə və evə mülkiyyət hüququ əldə etmək üçün DƏDRX-nə müraciət etmiş, lakin orada ona bildirmişlər ki, miras evin yerləşdiyi torpaq sahəsinə başqalarının adına, yəni bizim adımıza mülkiyyət hüququnu təsdiq edən JN-391A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə vardır. Birincisi, qeyd etmişdir ki, iddiaçının atası mərhum X16 aqrar islahatı aparılan zaman Azərbaycan Respublikasında yaşamamış və bu səbəbdən onun adı islahata gedən subyektlərin siyahısına daxil edilməmişdir. Qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsi də iddiaçının maraqlarını təmin edən qərar qəbul edərkən heç bir araşdırma aparmamış, mübahisə predmeti olan torpaq sahəsinin hüquqi rejimini müəyyən etməmişdir. Hətta məhkəmə “mülkiyyət” dedikdə torpaq sahəsinin iddiaçıya və ya iddiaçının atasına məxsus olmasını belə müəyyənləşdirməmişdir. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Mənzil Kommunal- Təsərrüfat Nazirliyi üzrə Qutqaşen rayon şöbəsinin 1990-cı ilin fevral ayında tərtib etdiyi 946 inventar nömrəli “fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportuna” istinad etmişdir. Bununla da məhkəmə hesab etmişdir ki, həmin ev mərhum X1 mülkiyyətidir. 0,15 ha torpaq sahəsini isə evin ayrılmaz hissəsi kimi qəbul etmişdir. Məhkəmə həmin sənədə istinad edərkən Azərbaycan Respublikası MM-nin 139- 1.1.5-ci və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinin 3 və 4-cü bəndlərinin tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası MM-nin 139-1.1.5ci maddəsinə əsasən mərhum X16 2006cı il iyul ayının 6-dək evə və torpaq sahəsinə dair mülkiyyət hüququnu əldə etmək üçün qeydiyyat vəsiqəsi almalı idi ki, o mülkiyyət hüququ əldə etsin. Lakin o, bunu etməmişdir. Həmin Maddədə deyilir: “2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları (AR X17 Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Şəhərsalma və Arxitextura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları, habelə daşınmaz əmlaka hüquqların qeydiyyatını aparmış başqa dövlət orqanları) tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümladən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak komplesi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;” İş materiallarında qanunda sadalanan bu sənədlərin heç biri olmamışdır. Yalnız yuxarıda qeyd edilən texniki pasporta əsaslanaraq məhkəmə qərar qəbul etmişdir. Həmin texniki pasport məhkəmə qərarının əsasını təşkil etmiş və bununla da mərhum mülkiyyətçi kimi qəbul edilmişdir. Mərhumun mülkiyyət hüququ tanınmadan mübahisə predmeti olan yaşayış evi və torpaq sahəsi qüvvədə olan mülki qanunvericiliyinə tələblərinə görə miras əmlakın kütləsinə daxil edilə bilməzdi və mirasın qəbul edilməsi faktı, eləcə də bizim mülkiyyətimizdə olan torpaq sahəsi alınıb iddiaçıya verilə bilməzdi. Əgər mirasın miras olduğu qanunla müəyyən edilməyibsə mülkiyyətimizdə olan torpaq sahəsinin əlimizdən alınması bizim hüquqlarımızın kobud şəkildə pozulması deməkdir. Mərhum X1 mübahisə predmeti olan yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüququ tanınmış olsaydı belə yenə də bizə məxsus olan daha doğrusu aqrar islahatı zamanı bizim mülkiyyətimizə verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququ tanınmış olsaydı belə yenə də bizə məxsus olan daha doğrusu aqrar islahatı zamanı bizim mülkiyyətimizə verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququmuz pozula bilməzdi. Çünki, aqrar islahatı zamanı mərhum başqa dövlətin vətəndaşı olduğuna görə onun adı islahata gedən subyektlərin siyahısına daxil edilməmişdir. Edilmiş olsaydı belə hüquqlarımız pozula bilməzdi. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinin 3-cü bəndində qeyd edilir ki, keçmiş torpaq mülkiyyətçilərinin (onların varislərinin) torpaq sahələri üzərində hüquqlarının restitusiyasına yol verilmir. İddiaçının iddiasından məlum olduğu kimi mərhum X16 xx xxxxxx 2015-ci ildə vəfat etmiş və aradan 4 ildən artıq vaxt keçmişdir. Torpaq sahəsi onun mülkiyyəti olmuş olsaydı belə mübahisə predmeti olan torpaq sahəsi ötən illər ərzində, xarici vətəndaş olduğuna görə özgəninkiləşdirilməli idi. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-339/2020 saylı qərarının ləğv edilməsini və İddiaçı cavabdeh Azərbaycan Respublikası X17 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "JN-391 A nömrəli şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiasının təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-339/2020 nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X21 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)- 339/2020 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X10 vəkili Vəkil üçüncü şəxs X11 oxşar məzmunlu izahat verərək Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-339/2020 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iclasda iştirak etməmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı AA nömrəli şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surəti, AZE seriyalı 09214864 nömrəli, AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqələrinin surətləri, DƏDRX-nin 9 saylı Qəbələ saylı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli **********71 nömrəli imtina məktubu, xx.xx.2019-cu il tarixli **********22 nömrəli bildiriş, DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli **********96 nömrəli etirazı, JN-391A seriyalı 40600068 nömrəli şəhadətnamənin təsdiqlənmiş surəti, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(025)-1210/2019 nömrəli qətnaməsi, üçüncü şəxsin xx.xx.2020-ci il tarixli etiraz ərizəsi aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, hazırda mübahisələndirilən JN-391 A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,42 ha torpaq sahəsində yerləşən 2 otaqlı ev əvvəllər X12 məxsus olmuş, evin həyətyanı torpaq sahəsi 1500 kv.m olmuşdur. O, xx.xx.2015-ci il tarixdə ölmüş, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən ondan qalmış mirasın faktiki qəbul edilməsi faktı müəyyən edilmişdir. Belə ki,Azərbaycan Respublikası Mənzil Kommunal- Təsərrüfat Nazirliyi üzrə Qutqaşen rayon şöbəsinin 1990-cı ilin fevral ayında tərtib etdiyi 946 inventar nömrəli «Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu»ndan görünür ki, Qəbələ rayonu Nic qəsəbəsində X1 adına 1500,0 ha torpaq sahəsi, Liter A, bünövrəsi çay daşından, divarları soman kərpicdən hörülmüş, bir mərtəbəli, iki otaqlı, ümumi və yaşayış sahəsi 50,4 kv.m olan fərdi yaşayış evi qeydə alınmışdır. Texniki pasportda M 1: 500 miqyasda (ölçüdə) torpaq sahəsinin, M 1:100 miqyasda (ölçüdə) tikilinin planı göstərilmişdir. Texniki pasportun «tikili və qurğuların təsviri» hissəsində evin, çəkilmiş hasarın, torpaq sahəsində yerləşən tövlənin, dəmir qapının ölçüləri, həcmi, ilkin qiyməti və s. qeyd olunmuşdur. Göründüyü kimi, JN-391 A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" verilərkən evin və onun yerləşdiyi 1500 kv.m torpaq sahəsinin X1 mülkiyyətində olması nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmiş və “JN-391 A” nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin qismən - Azərbaycan Respublikası Mənzil Kommunal-Təsərrüfat Nazirliyi üzrə Qutqaşen rayon şöbəsinin 1990-cı ilin fevral ayında tərtib etdiyi 946 inventar nömrəli «Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu»nda göstərilən torpaq sahəsi ilə üstüstə düşən hissədə ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Şəhadətnamə 0,42 ha torpaq sahəsi ilə bağlı verildiyinə və iddiaçının evinin yerləşdiyi 0,15 ha torpaq sahəsi çıxıldıqdan sonra qalan torpaq sahəsinə iddiaçının aidiyyəti olmadığına görə iddia şəhadətnamənin qalan hissəsinə münasibətdə təmin edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə yalnış olduğundan birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam və hərtərəfli araşdırılmamış, tərəflərin məhkəməyə təqdim etdiyi sübutlar tam tədqiq edilməmiş, müvafiq tikinti-texniki ekspertizalar keçirilməmiş, hətta qərarında belə üst-üstə düşən torpaq sahəsinin iddiaçıya və yaxud iddiaçının atasına məxsus olmasını belə müəyyənləşdirməmiş,tərəflər arasında mübahisə predmeti olan torpaq sahəsinin qanuni mülkiyyətçisini müəyyən etmək üçün torpaq sahəsinin üst-üstə düşüb-düşməməsinin və həmin torpaq sahələrinin harada yerləşməsinin aydınlaşdırılması üçün cavabdeh orqanın xx.xx.2019-cu il tarixli imtina barədə arayışına istinad edərək prossesul normaları pozmaqla iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarında olan JN seriyalı 391A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Qəbələ rayonu Nic kəndi ərazisindən X18, X6, X21, X3, X7, X5, X22 və X8 Qəbələ Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999cu il tarixli 03 nömrəli qərarı ilə 0,42 ha torpaq sahəsi verilmişdir. İş materiallarından görünür ki, üçüncü şəxs X21 iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı DƏDRX-nin 9 saylı Qəbələ Ərazi idarəsinə qarşı “JN-391A nömrəli Şəhadətnamənin ləğv edilməsinə dair qərar qəbul edilməsi” tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Onlar yəni, X14, X2, X21, X3, X4, X5, X23 və X13 iddia ərizəsində üçüncü şəxslər kimi göstərilmişlər. İddiaçı iddia ərizəsinin təsviri hissəsinin birinci cümləsində göstərmişdir ki, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(025)-1210/2019 nömrəli qətnaməsi ilə mərhum atası X1 xx.xx.2015-ci ildə ölümü ilə ondan miras qalmış Qəbələ rayonu Nic qəsəbəsində 0,15 ha torpaq sahəsi və 1965-ci ildə tikilmiş 2 otaqlı, ümumi sahəsi 72 kv.m, yaşayış sahəsi 44 kv.m olan fərdi yaşayış evi, yardımçı təsərrüfat-tövlə və təndirxanadan ibarət mirasın tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Məhkəmə qətnaməsi yuxarı instansiya məhkəmələrində mübahisələndirilməmişdir. Çünki, bu barədə məlumatları olmamışdır. Həmçinin, iddiaçı iddia ərizəsində göstərir ki, məhkəmə qətnaməsi qəbul edildikdən sonra o, torpaq sahəsinə və evə mülkiyyət hüququ əldə etmək üçün DƏDRX-yə müraciət etmiş, lakin orada ona bildirmişlər ki, miras evin yerləşdiyi torpaq sahəsinə başqalarının adına, yəni onların adlarına mülkiyyət hüququnu təsdiq edən JN-391A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə vardır. Qeyd etmişdir ki, iddiaçının atası mərhum X16 aqrar islahatı aparılan zaman Azərbaycan Respublikasında yaşamamış və bu səbəbdən onun adı islahata gedən subyektlərin siyahisina daxil edilməmişdir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində qeyd edilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsində qeyd edilir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Cavabdeh inzibati orqan xx.xx.2019-cu il tarixli məktubla iddia tələbinə etiraz edərək bildirmişdir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan 2-1(84)-1755/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli sərəncamının icrası ilə əlaqədar bildirirlər ki, İddiaçı Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0.42 ha torpaq sahəsinə texniki səhv olaraq hazırlanmış JN-391 A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi ilə bağlı DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Texniki səhv olaraq hazırlanmış JN-391 saylı 0.42 ha torpaq sahəsinə dair Torpağın mülkiyyət hüququna dair şəhadətnamənin ləğv edilməsi DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyil. Qeyd olunan səbəbə görə də müraciətinin icrası tərəflərindən mümkün olmamışdır. DƏDRX-nin 9 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər əsasında aparır və "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, JN seriyalı 391A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, Qəbələ rayonu Nic kəndi ərazisindən X18, X2, X21, X3, X7, X5, X22 və X8 Qəbələ Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 03 nömrəli qərarı ilə verilmiş 0,42 ha torpaq sahəsi ilə Azərbaycan Respublikası Mənzil Kommunal Təsərrüfat Nazirliyi üzrə Qutqaşen rayon şöbəsinin 1990cı ilin fevral ayında tərtib etdiyi 946 inventar nömrəli «Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu»na əsasən, Qəbələ rayonu Nic qəsəbəsində X1 adına olan 1500,0 ha torpaq sahəsinin üst-üstə düşüb-düşməməsinin və həmin torpaq sahələrinin harada yerləşməsinin aydınlaşdırılması üçün məhkəmə tikinti-texniki eskpertizası təyin edilməli və rəy alınanadək icraat dayandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, üçüncü şəxslər X21, X13 və Vəkil məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə etiraz etmədiklərini bildirmişlər. Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-202/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə, inzibati iş üzrə məhkəmə tikinti-texniki ekspertizаsı təyin edilmiş, rəy alınanadək inzibati işin icraatı dayandırılmış, ekspertizanın aparılması Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin ekspertlərinə həvаlə edilmiş və tədqiqat prosesinə Azərbaycan Respublikası X17 Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilmişdir. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin 10/2904 saylı məhkəmə tikinti-texniki ekspertizаsının rəyi xx xxxxxx 2021-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Həmin ekspertiza rəyində göstərilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X17 Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş xx xxxxxxxx 2020-ci il tarixli **********34 saylı mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Mənzil Kommunal Təsərrüfatı Nazirliyi üzrə Qutqaşen rayon şöbəsinin 1990-cı ilin fevral ayında tərtib etdiyi 946 inventar nömrəli “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportü'na əsasən, Qəbələ rayonu, Nic qəsəbəsində Çotanyan Mais Mİkasoviçin adına olan 1500.0 kv.m torpaq sahəsi barədə üzərində məkan göstəricilərinin əks olunduğu hüquqi və texniki sənəd (Daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış, Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair Şəhadətnamə, torpaq sahəsinin plan və ölçüsü) tərtib olunmadığı üşün harada yerləşməsini təyin etmək mümkün deyildir. JN seriyalı 391 A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, Qəbələ rayonu, Nic kəndi erazisindən X19, X2, X24, X3, X7, X5, X22 və X8 Qəbələ Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1980-ci il tarixli 03 nömrəli qararı İlə verilmiş 0.42 ha torpaq sahəsinin yerləşmə sxemi təyin olunmuşdur. Azərbaycan Respublikası Mənzil Kommunal- Təsərrüfat Nazirliyi üzrə Qutqaşen rayon şöbəsinin 1990-cı ilin fevral ayında tərtib etdiyi 946 inventar nömrəli «Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu»ndan görünür ki, Qəbələ rayonu Nic qəsəbəsində X1 adına olan 1500,0 ha torpaq sahəsinə aid məkan göstəriciləri qeyd olunmuş texniki və hüquqi sənəd tərtib olunmadığı üçün faktiki yerini və JN seriyalı 391 A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən verilmiş 0,42 ha torpaq sahəsi ilə üst-üstə düşməni təyin etmək mümkün deyildir. Göründüyü kimi, Qutqaşen rayon şöbəsinin 1990-cı ilin fevral ayında tərtib etdiyi 946 inventar nömrəli “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportü'na əsasən, Qəbələ rayonu, Nic qəsəbəsində Çotanyan Mais Mİkasoviçin adına olan 1500.0 kv.m torpaq sahəsi barədə üzərində məkan göstəricilərinin əks olunduğu hüquqi və texniki sənəd (Daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış, Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair Şəhadətnamə, torpaq sahəsinin plan və ölçüsü) tərtib olunmadığı üşün harada yerləşməsini təyin etmək mümkün deyildir. Buda məhkəmə kollegiyasının apellyasiya baxışında cavabdehin apellyasiya şikayətində qoyulmuş əsaslarla və keçirilmiş ekspertizanın rəyi ilə qərarın dəyişdirilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir. Məhkəmə kollegiyası ekspert rəyini sübut kimi qəbul edir. Beləliklə, iş materiallarına əlavə olunan sənədləri tədqiq edən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia tələbində göstərdiyi xüsusatların, yəni Qəbələ rayonu Nic qəsəbəsində X1 adına olan 1500,0 ha torpaq sahəsinə aid məkan göstəriciləri qeyd olunmuş texniki və hüquqi sənəd tərtib olunmadığı üçün faktiki yerini və JN seriyalı 391 A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən verilmiş 0,42 ha torpaq sahəsi ilə üst-üstə düşməsinin təyin etməyin mümkün olmaması iddianın əsassız olması qənaətinə gəlmişdir. İş üzrə mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə İddiaçı 159,18 manat tutularaq tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X17 Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X20 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********) aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 100 (bir yüz) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İPM-in 87.6-cı maddəsinə əsasən üçüncü şəxs X21 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-339/2020 nömrəli qərarı ləğv edilməli, inzibati iş üzrə yeni qərar çıxarılaraq, İddiaçı cavabdeh Azərbaycan Respublikası X17 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "JN-391 A nömrəli şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs X21 tərəfindən verilmiş apellyasiya şikayəti təmin təmin edilsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-339/2020 nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilməsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası X17 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "JN-391 A nömrəli şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi rədd edilsin. İş üzrə mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə İddiaçı 159,18 manat tutularaq tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X17 Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X20 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********)ödənilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 100 (bir yüz) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar