Məhkəmə qərarları › İş №2-1(107)-4/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-4/2023

19.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-4/2023 19.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və 3-cü şəxs X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X24, X7, X15, X25, X16) “cavabdeh orqan tərəfindən adına verilmiş 3/338 saylı, 04 mart 2011-ci il tarixli torpaq sahəsinin plan və ölçüsünün, üçüncü şəxslərin adlarına verilmiş JN-1615A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsinə və həmin şəhadətnamənin cavabdeh idarənin elektron xəritə bazasından silinməsi və 300 kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2-1(116)-10/2021 nömrəli qərarından üçüncü şəxs X16 tərəfindən verilmiş apellyasiya şikаyətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh orqan tərəfindən adına verilmiş 3/338 saylı, 04 mart 2011 -ci il tarixli torpaq sahəsinin plan və ölçüsünün, üçüncü şəxslərin adlarına verilmiş JN-1615A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsinə və həmin şəhadətnamənin cavabdeh idarənin elektron xəritə bazasından silinməsi və 300 kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Ağdaş şəhər Xalq Deputatları İcraiyyə Komitəsinin 11 nömrəli, 15 sentyabr 1983-cü il tarixli qərarı ilə iddiaçıya ünvan 1 ünvanda yaşamış mərhum atası X17 istifadəsində olan torpaq sahəsindən bir otaqlı, bir mərtəbəli yaşayış evi tikdirmək üçün eni 15 metr, uzunluğu 20 metr olmaqla 300 kv.metr torpaq sahəsi verilmişdir. Ağdaş RİHB-nın 05 yanvar 2006-cı il tarixli 01 saylı qərarı ilə iddiaçının adına torpaq sahəsinin planı və ölçüsü işlənərkən texniki səhvə yol verilərək Ağdaş şəhər XDS İK tərəfindən ona verilmiş 300 kv. metr həyətyanı torpaq sahəsi 125.1 kv.m kimi qeyd edilmişdir. Qeyd olunanlarla bağlı iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, **********72 nömrəli məktubunda qeyd etmişdir ki, müraciətdə qeyd olunan plan-ölçü sənədi və JN-1615A nömrəli şəhadətnamənin ləğv edilməsi 17 saylı Ərazi İdarəsinin səlahiyyətində deyil. Belə ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsində qeyd edildiyi kimi qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdir. Cavabdeh orqan birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.2019-cu il tarixli, **********27 nömrəli məktubunda qeyd etmişdir ki, iddiaçının ərizəsinə baxılmış və bununla əlaqədar torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanarkən məlum olmuşdur ki, onun atasına məxsus olan Ağdaş şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1983-cü il tarixli, 11 saylı qərarı ilə verimiş torpaq sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən verilmiş JN- 1615A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X17, X13, X1, X8, X14 və X6 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. X17 adına ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə aprel 1987-ci il tarixli, fərdi yaşayış fonduna daxil olan 422 inventar nömrəli texniki pasport tərtib edilmiş, lakin o sonradan müraciət etmədiyi üçün fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Ərazi idarəsinin elektron məlumat bazasına əsasən JN-1615A nömrəli "torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də Ağdaş şəhərində X17 və ailə üzvünün ümumbirgə (6 nəfər) mülkiyyətində 0.06 hektar həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmiş və ona müvafiq imtina məktubu verimişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxslər iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdilər. İş materiallarında olan cavabdeh orqanın məhkəməyə ünvanladığı xx.xx.2019-cu il tarixli, **********11 nömrəli məktubunda qeyd edilir ki, ünvan 3 ünvanında yerləşən həyətyanı torpaq sahəsində idarənin mütəxəssisi tərəfindən zəruri olan inventarlaşdırma işləri aparılmış, tələb olunan iddiaçıya verilmiş 300 kv.m torpaq sahəsinin faktiki vəziyyətdə döngə nöqtələrinin koordinatları müəyyən edilmiş, elektron xəritə bazasında, həmçinin arxivdə olan X17 adına tərtib olunmuş 422 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportunda göstərilən torpaq sahəsinin planında müqayisə etdikdə, məlum olmuşdur ki, həmin torpaq sahəsi faktiki sahəsi 1152.0 kv.m olan torpaq sahəsinin tərkib hissəsidir. Yuxarıda qeyd olunan məktuba əlavə edilən JN-1615A nömrəli şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki,Ağdaş rayon, AİK-nın xx.xx.2006-cı il tarixli, 01 saylı qərarı ilə 0.06 ha həyətyanı torpaq sahəsi X26 və onun ailə üzvlərinin (iş üzrə üçüncü şəxslər) mülkiyyətinə verilmişdir. Məktuba əlavə edilən Ağdaş şəhəri, S.Vurğun küçəsində yerləşən əmlakın yerləşdiyi məhəllənin ortofoto görüntüsündən müəyyən edilir ki, iddiaçının tələbində qeyd etdiyi 0.03 ha torpaq sahəsi X17 adına tərtib olunmuş 422 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportunda göstərilən faktiki sahəsi 1152.0 kv.m olan torpaq sahəsinin tərkib hissəsidir. Məktuba əlavə edilən inventar nömrəsi 422 olan Ağdaş şəhəri, S.Vurğun küçəsi 20 ünvanında yerləşən yaşayış evinin texniki pasportunun təsdiq edilmiş surətindən müəyyən edilir ki, evin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüsü 1152.0 kv.m-dir. Məktuba əlavə edilən Ağdaş şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1983-cü il tarixli qərarından görünür ki, həmin qərara əsasən şəhərin S.Vurğun küçəsi 20 ünvanında yaşayan İddiaçı həmin ünvanda yaşayan atası X17 istifadəsində olan torpaq sahəsindən bir otaqlı, bir mərtəbəli 24 kv.m yaşayış sahəli, 21 kv.m qeyri-yaşayış sahəli yaşayış evi tikmək üçün eni 15 metr, uzunluğu 20 metr olmaqla 300 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına cavabdeh tərəfindən təsdiq edilmiş surəti əlavə edilən torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Ağdaş Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 01 nömrəli sərəncamı ilə 125.1 kv.m həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarına təsdiq edilmiş surətləri əlavə edilən 333078 nömrəli və 451379 nömrəli "Ölüm haqqında şəhadətnamələr”dən görünür ki, həmin şəhadətnamələrə əsasən müvafiq olaraq X26 xx.xx.1992-ci ildə, X3 xx.xx.1990-cı ildə vəfat etmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli, **********23 nömrəli məktubuna əlavə edilən Cədvəlin təsdiq edilmiş surətindən görünür ki, X26 və ailə üzvlərinə (iş üzrə üçüncü şəxslər) 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 02 iyun 2021-ci il tarixli, 2- 1(116)-10/2021 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə İddiaçı adına tərtib olunmuş **********0338 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin və JN-1615A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qismən - iddiaçıya Ağdaş şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1983-cü il tarixli qərarı ilə ayrılmış 300 kv.m torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, həmin hissədə şəhadətnamənin elektron xəritə bazasından silinməsi və 300 kv.m həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Üçüncü şəxs X2 İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2-1(116)-10/2021 nömrəli qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Üçüncü şəxs X16 apellyasiya şikayətində qeyd etmişdir ki, 24 yanvar 2018-ci ildə İddiaçı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin, Ağdaş rayon İcra və Probasiya şöbəsinin əməkdaşlarının və onun iştirakı ilə Ağdaş şəhəri, S.Vurğun 20 nömrəli ünvanda yerləşən mübahisəli torpaq sahəsində ölçü işləri aparılmış və bunun nəticəsində JN-1615A nömrəli şəhadətnamə əsasında atası və onun ailə üzvlərinə məxsus olan torpaq sahəsinin və həyətyanı torpaq sahəsində onun iddia etdiyi hissənin üst-üstə düşmədiyi müəyyən edilmişdir. Bu barədə müvafiq akt tərtib edilmiş və iddiaçı özü şəxsən bu aktı imzalamışdır. İddiaçı öz iddia ərizəsində Ağdaş RİHB-nin 05 yanvar 2006-cı il tarixli 01 saylı qərarı ilə onun adına torpaq sahəsinin planı və ölçüsü işlənərkən texniki səhvə yol verilərək Ağdaş şəhər XDS İK tərəfindən ona verilən 300 kv.m həyətyanı torpaq sahəsi səhvən 125.1 kv.m kimi qeyd edilmiş olduğunu məhkəməyə sübut etməmiş və bunun sübutetmə vasitələrini göstərməmişdir. Hesab edir ki, işin ədalətli və qanuna uyğun həlli üçün məhkəmə öz təşəbbüsü ilə ləğv edilmiş Ağdaş şəhər X19 İcraiyyə Komitəsinin arxivə verilmiş sənədlərim tələb etməli və iddiaçıya Ağdaş şəhər X19 İcraiyyə Komitəsinin 11 nömrəli, 15 sentyabr 1983-cü il tarixli qərarı ilə verilən torpaq sahəsi ilə bağlı bütün məlumatları əldə etməli və Ağdaş RİHB sorğu göndərərək hansı səbəbdən iddiaçıya verilən torpaq sahəsinin planı və ölçüsü işlənərkən Ağdaş RİHB -nın 05 yanvar 2006-cı ıl tarixli 01 saylı qərarı ilə torpaq sahəsinin ölçüsü 125 1 kv.m kimi göstərilməsini aydınlaşdırmalı idi. Məhkəmə bunu həm də o səbəbdən etməli idi ki, iddiaçı bu torpaqdan heç bir vaxt istifadə etmədiyi və heç bir fəaliyyət göstərmədiyi üçün ola bilsin ki, Ağdaş şəhər X19 İcraiyyə Komitəsinin 11 nömrəli, 15 sentyabr 1983-cü il tarixli qərarı ləğv edilmiş və başçının 05 yanvar 2006-cı il tarixli 01 saylı qərarı ilə onun mülkiyyətinə məhz 125.1 kv.m ölçüdə torpaq sahəsi verilmişdir. Odur ki, apellyasiya şikayətin təmin edilməsini Şəki İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2-1(116)-10/2021 nömrəli qərarının ləğv edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Üçüncü şəxs X16 apellyasiya şikayətinin təmin edilməsini Şəki İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2-1(116)-10/2021 nömrəli qərarının ləğv edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini Şəki İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2-1(116)-10/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi və digər üçüncü şəxslər X24, X7, X15, X25 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə kollegiyası aşağıdakı hallara görə hesab edir ki, üçüncü şəxsin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. "Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş "Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. "Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. "Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.1 -ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Şəki Apellyasiya Məhkəməsinin 16 sentyabr 2021-ci il tаrixli, 2(107)-368/2021 nömrəli qərаrdаdına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 02 dekabr 2022-ci il tarixli 10/5951 nömrəli ekspert rəyində göstərilmişdir: Mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən tərtib edilmiş, mütəxəssis rəyinə əsasən İddiaçı mərhum atası X17 adına Ağdaş şəhər Xalq Deputatları İcraiyyə Komitəsinin 11 nömrəli, 15 sentyabr 1983-cü il tarixli qərarı ilə ona evi tikdirmək üçün verilmiş 300 kv.m torpaq sahəsinə aid sənədlər 17 saylı Yevlax Ərazi İdarəsində mövcud olmadığından naturada iddia etdiyi və göstərdiyi 399.29 kv.m torpaq sahəsilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Ağdaş bələdiyyəsinin xəritə materiallarına (DWG - torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu lahiyəsi) və “X12 X22"nə əsasən iddiaçı X9 naturada iddia etdiyi və göstərdiyi 399.29 kv.m torpaq sahəsi X24, X10, X20, X25, X11 adına verilmiş JN- 1615 A nömrəli “Torpağın mülkiyətə verilməsinə dair” şəhadətnamədə göstərilən torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma və eyni zamanda iş materiallarına əlavə edilmiş yuxarıda sadalanan sənədlərdən də göründüyü kimi Ağdaş şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1983-cü il tarixli qərarına əsasən şəhərin S.Vurğun küçəsi 20 ünvanında yaşayan iddiaçıya həmin ünvanda yaşayan atası X17 istifadəsində olan torpaq sahəsindən bir otaqlı, bir mərtəbəli 24 kv.m yaşayış sahəli, 21 kv.m qeyriyaşayış sahəli yaşayış evi tikmək üçün eni 15 metr, uzunluğu 20 metr olmaqla 300 kv.m həyətyanı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinin sxematik planı tərtib olunmuşdur. Daha sonra mübahisəli plan ölçü sənədi tərtib olunarkən qeyd olunan qərar və sxematik plana istinad olunmadan iddiaçıya aidiyyəti olmayan ərazinin koordinatları qeyd olunmuş, ümumiyyətlə torpaq sahəsinin ölçüsü 125.1 kv.m yazılmışdır. Eyni zamanda iş üzrə 3-cü şəxslərin və iddiaçının atasının adına JN-1615A nömrəli şəhadətnamə hazırlanmış, həmin şəhadətnamə hazırlanarkən də Ağdaş şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1983-cü il tarixli qərarı və sxematik plan nəzərə alınmamış, nəticədə iddiaçıya ayrılmış torpaq sahəsi həmin şəhadətnamədə qeyd olunan torpaq sahəsi ilə üst-üstə düşmüşdür. Məhkəmə kollegiyası iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi düzgün hesab etmişdir ki, iddiaçının tələbi qismən təmin olunmalı, cavabdehin üzərinə iddiaçının adına tərtib olunmuş **********0338 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin tam, JN- 1615A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qismən - iddiaçıya Ağdaş şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1983-cü il tarixli qərarı ilə ayrılmış 300 kv.m torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, həmin hissədə şəhadətnamənin elektron xəritə bazasından silinməsi və 300 kv.m həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin qoyulmalıdır. Məhkəmə kollegiyası inzibati mübahisə üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Habelə üçüncü şəxs X16 apellyasiya məhkəməsinin iclasında apellyasiya şikayətində irəli sürdüyü dəlillərini təsdiq edəcək heç bir sübut təqdim edə bilmədi. İPM-in 110.1-ci maddəsinə görə, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat üçüncü şəxs X4 tutularaq dövlət büdcəsi hesabına köçürülməlidir. (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayətləri təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs X16 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2-1(116)-10/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə-tikinti-texniki ekspertizasının xərci olan 50 (əlli) manat üçüncü şəxs X4 tutularaq X5nin hesabına, (Kodu: 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22) köçürülsün. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar