Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-40/2023 26.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı tarixdən bu günə kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2-1(116)-1175/2022 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ona hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2021-ci il tarixdən bu günə kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1961-ci ildə Şəki rayonunda anadan olmuşdur. O, 1983-cü ildən bu günədək müxtəlif sahələrdə işləmişdir. Son olaraq xx.xx.1995-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-nin Kabel Təsərrüfatına Xidmət Mərkəzinin Şəki kabel sahəsində işləmişdir. İddiaçı cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır.
3. Cavabdeh xx.xx.2022-ci il tarixli **********9 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40800,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 36083,91 manat təşkil edir.
4. Cavabdeh xx.xx.2022-ci il tarixli **********2 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 46560,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 41159,21 manat təşkil edir.
5. Cavabdeh xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş etiraz məktubunda imtina məktubunda göstərilənləri qeyd etmiş və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı ərizə təqdim edərək “ona hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı tarixdən bu günə kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 20 sentyabr 2022-ci il tarixli 2-1(116)-1175/2022 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır.
8. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı hesablayarkən qanunun tələblərinə zidd olaraq 2020-ci ildə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun 2.6%, götürməklə hesablamalı olduğu halda 16,6% götürməklə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq hesablamış, eyni hərəkətləri 2021-ci il üçün edərək 2,6% götürməklə hesablamalı olduğu halda 11,4% götürməklə hesablamışdır. Həmçinin, birinci instansiya məhkəməsi qərarın “qərara aldı” hissəsində iddiaçıya xx.xx.2021-ci il tarixdən pensiyanın təyin edilməsi öhdəliyini cavabdehin üzərinə qoysa da onun xx.xx.2006-cı il tarixdən sonra olan fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının məbləğini cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək olan 22904,39 manat kimi götürmüşdür. Ona görə də Şəki İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2-1(116)-1175/2022 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmuş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2-1(116)-1175/2022 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2-1(116)- 1175/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
13. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: "xxxx" MMC-nin Kabel Təsərrüfatına Xidmət Mərkəzinin xx.xx.2021-ci il tarixli 34 nömrəli arayışında qeyd olunur ki, iddiaçı X1 Qovşağında (indiki Kabel Təsərrüfatına Xidmət Mərkəzi) xx.xx.1996-cı il tarixdən əmək fəaliyyətinə başlamışdır. xx.xx.2002-ci il tarixdən (xx.xx.2002-ci il tarixli k\ə 53 saylı əmr) xx.xx.2018-ci il tarixədək Şəki kabel sahəsində kabelçi lehimləyici vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olaraq hər ay zərərli iş şəraitinə görə əmək haqqına 12%-lik əlavə, həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilmiş, əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmayaraq əsas məzuniyyətinə birləşdirilərək verilmişdir. xx.xx.2018-ci il tarixdən NRYTN-nin "xxxx" MMC-nin strukturunun yeni redaksiyada təsdiq edilməsi haqqında xx.xx.2017-ci il tarixli 0055 saylı əmrinə əsasən Şəki xətt qrupuna qaynaqçı-operator vəzifəsinə keçirilib. İddiaçı qeyd olunan müddətdə (xx.xx.2002-ci il tarixdən xx.xx.2018-ci il tarixədək) kabelçi lehimləyici işində zərərli iş şəraitində işləmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “rabitə” bölməsinə (30) əsasən, (qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər-lehimləyicilər) güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. "xxxx" MMC-nin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli 102-216/1/8169-21 nömrəli məktubunda qeyd edilmişdir ki, işlədiyi dövrdə hesablanan sosial sığorta haqları B-3 hesabat formasında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilmiş və 36.083,91 manat hesablanmış vəsait iddiaçının sosial sığorta kartına işlənmişdir. 2021-ci ilin 1-ci rübü üçün hesablanmış 2149,10 manat vəsait DSMF-yə təqdim edilərək sosial sığorta kartına işlənəcəkdir. 2021-ci ilin aprel, may, iyun ayları üçün hesablanmış 2246,40 manat isə 2-ci rüb başa çatdıqdan sonra B-3 hesabat formasında DSMF-yə təqdim edilərək, sosial sığorta kartına işlənməsi təmin ediləcəkdir. İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçının xx.xx.2006-cı ilədək təhsil və müxtəlif dövrlərdə iş stajı aşağıdakı kimidir: xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilədək təhsil illər (10 ay 05 gün); xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilədək (01 il 07 ay 19 gün); xx.xx.1985-ci ildən xx.xx.1990-cı ilədək (05 il 01 ay 27 gün); xx.xx.1990-cı ildən xx.xx.1992-ci ilədək (01 il 11 ay 11 gün); xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək (00 il 05 ay 09 gün); xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilədək (01 il 08 ay 10 gün); xx.xx.1994-cü ildən xx.xx.1996-cı ilədək (01 il 03 ay 03 gün); xx.xx.1996-cı ildən xx.xx.2001-ci ilədək 4-cü dərəcəli, xx.xx.2001-ci ildən xx.xx.2002-ci ilədək 5-ci dərəcəli, xx.xx.2002-ci ildən altıncı dərəcəli kabel lehimləyici işinə keçirilmişdir (06 il 02 ay 03 gün). xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı ilədək (03 il 08 ay 27 gün). İddiaçıya məxsus 664248 nömrəli diplomun surətindən görünür ki, iddiaçı xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilədək 6 nömrəli Texniki peşə məktəbində bənna peşəsi üzrə əyani təhsil almışdır. İddiaçıya məxsus ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1981-ci il tarixinədək hərbi xidmət keçmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 102-2-15/3521-22 nömrəli “məlumatların təqdim olunması barədə” məktubunda qeyd edilmişdir ki, X1 X4 sahəsinin işçisi İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək X6 Qovşağında, xx.xx.1995-ci il tarixdən xx.xx.2002-ci il tarixədək X3 elektrik montyoru, xx.xx.2002-ci il tarixdən xx.xx.2018-ci il tarixədək X1 Qovşağında kabelçi-lehimləyici çalışmışdır. xx.xx.2018-ci il tarixdən hal-hazıradək X7 qrupunda qaynaqçı-operator vəzifəsində çalışır. Cavabdehin xx.xx.2022-ci il tarixli **********1 nömrəli “müvafiq məlumatların təqdim edilməsi haqqında” məktubunda qeyd olunmuşdur ki, İddiaçı fərdi hesabının sığorta hissəsində 1 iyun 2021-ci il tarixinə 131,23 manat, 1 avqust 2021-ci il tarixinə 121,69 manat, 1 sentyabr 2021-ci il tarixinə 136,21 manat, 1 noyabr 2021-ci il tarixinə 121,40 manat olmaqla qeyd edilən dövr üzrə ümumilikdə 510,53 manat pensiya kapitalı qeydə alınmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli **********9 nömrəli “müvafiq məlumatların təqdim edilməsi haqqında” məktubunda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2006-cı il tarixinədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 16902,89 manat, xx.xx.2006xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində isə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 20729,15 manat olmaqla cəmi pensiya kapitalı 37632,04 manat təşkil edir. Əlavə olaraq bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 21 il 5 ay 13 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 16902,89 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında xx.xx.2021-ci il tarixinədək 20729,15 manat pensiya kapitalı qeydə alınmışdır. İddiaçı 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 21 il 5 ay 13 gün (xx.xx.1979xx.xx.1981-ci il, xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1990-cı il, xx.xx.1990xx.xx.1991-ci il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1995-xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Bundan başqa, “Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən adıçəkilən şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, xx.xx.2021-ci il tarixədək olan dövr üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 37632,04 manat təşkil edirdi. Həmçinin, İddiaçı xx.xx.2022-ci il tarixədək olan dövr üçün isə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 45600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 42203,89 manat təşkil edirdi. Əlavə olaraq bildirilir ki, onun 2021-ci ilin iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarında ümumilikdə fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 908,88 manat təşkil edir. Cavabdehin məhkəməyə təqdim etdiyi “məhkəmə sorğusuna cavab” məktubunda qeyd olunur ki, iddiaçının xx.xx.2021-ci il tarixinədək əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40800,00 manat hesablanmışdır. (40800,00/200(minimum pensiya məbləği) = 204 (gözlənilən pensiya ödənişi müddətinin ayları). xx.xx.2022-ci il tarixinədək əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 46560,00 manat hesablanmışdır. (46560,00/240(minimum pensiya məbləği) = 194 (gözlənilən pensiya ödənişi müddətinin ayları). Vətəndaşın yaşı artdıqca, ayların sayı azalır. 1 iyun 2021-ci il tarixinə 131,23 manat, 1 avqust 2021-ci il tarixinə 121,69 manat, 1 sentyabr 2021-ci il tarixinə 136,21 manat, 1 noyabr 2021-ci il tarixinə 121,40 manat, ümumilikdə 510,53 manat pensiya kapitalı qeydə alınmışdır. Məhkəmə kollegiyası tərəfindən xx.xx.2023-cü il tarixli məktubla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına sorğu edilərək, İddiaçı xx.xx.2006-cı il tarixədək və həmin tarixdən xx.xx.2021-ci il tarixədək hesablanmış fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının həmin illər üzrə indeksləşdirmə əmsalları göstərilməklə və hansı dövrlər əsasında hesablanması barədə (açıqlama cədvəli əlavə edilməklə) ətraflı məlumatın məhkəmə kollegiyasına təqdim edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəmə kollegiyasına daxil olmuş xx.xx.2023-cü il tarixli məktuba əsasən, İddiaçı xx.xx.2006-cı il tarixinədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 16902,89 manat, xx.xx.2006-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində isə fərdi hesabın sığorta hissəsində qeydə alınana pensiya kapitalı 20729,15 manat olmaqla cəmi pensiya kapitalı 37632,04 manat təşkil edir. İddiaçı xx.xx.2006-cı il tarixinədək olan 21 il 5 ay 13 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 16902,89 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında xx.xx.2021-ci il tarixinədək 20729,15 manat pensiya kapitalı qeydə alınmışdır. İddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 21 il 5 ay 13 gün (xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1995-xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər. Bundan başqa, “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinin xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən adıçəkilən şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, xx.xx.2021-ci il tarixədək olan dövr üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 37632,83 manat təşkil edirdi. Həmçinin, iddiaçının xx.xx.2022-ci il tarixədək olan dövr üçün isə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 45600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 42203,89 manat təşkil edirdi. Onun 2021-ci ilin iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarında ümumilikdə fərdi hesabının sığorta hissəsində qeydə alınana pensiya kapitalı 908,88 manat təşkil edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 27.1-ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun iddiaçının müraciət etdiyi tarixdə, yəni xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinin mətninə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
17. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.
18. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
19. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
20. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
22. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının sonuncu iş yeri xx.xx.1996-cı ildən işlədiyi "xxxx" MMC, vəzifəsi isə qaynaqçı-operator olmuşdur. Cavabdeh tərəfindən iddiaçının 2006-2022-ci illər üzrə toplanmış pensiya kapitalının əks olunduğu cədvəl aylar üzrə məbləğlər göstərilməklə məhkəməyə təqdim edilmişdir. Məhkəmə tərəfindən iş materiallarına əlavə olunmuş cədvələ əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixə iddiaçının 22.904,39 manat pensiya kapitalı qeydə alındığı müəyyən edilmişdir. Göstərilən stajların toplanması nəticəsində iddiaçının xx.xx.2006-cı il tarixinədək cəmi 24 il 11 ay 15 gün ümumi iş stajına malik olduğu müəyyən edilir. Sözügedən Qaydalara müvafiq olaraq iddiaçının sosial sığorta stajına münasibətdə pensiya kapitalı aşağıdakı kimi indeksləşdirilməlidir: (24 il x 306 manat) + (306 manat : 12 ay x 11 ay) + (306 manat / 365 gün x 15 gün) = 7344 + 280,5 + 12,57 = 7637,07 manat, 2007-ci il üzrə: 7637,07 + 8.3% = 8.270,94681 manat, 2008-ci il üzrə: 8272,94681 + 16.7% = 9.652,19493 manat, 2009-cu il üzrə: 9652,19493 + 20.8% = 11.659,8515 manat, 2010-cu il üzrə: 11.659,8515 + 1.5% = 11834,7492 manat, 2011-ci il üzrə: 11.834,7492 + 5.7% = 12.509,33 manat, 2012-ci il üzrə: 12.509,33 + 7.9% = 13.497,567 manat, 2013-cü il üzrə: 13.497,567 + 1.1% = 13.646,0403 manat, 2014-cü il üzrə: 13.646,0403 + 2.4% = 13.973,5452 manat, 2015-ci il üzrə: 13.973,5452 + 1.4% = 14.169,1749 manat, 2016-cı il üzrə: 14.169,1749 + 4% = 14735,9418 manat, 2017-ci il üzrə: 14.735,9418 + 12.4% = 16.563,1986 manat, 2018-ci il üzrə: 16.563,1986 + 5.7% = 17.507,301 manat, 2019-cu il üzrə: 17.507,301 + 3% = 18.032,52 manat, 2020-ci il üzrə: 18.032,52 + 16.6% = 21.025,9183 manat, 2021-ci il üzrə: 21.025,9183 + 11.4% = 23.422,873 manat. Yekun olaraq iddiaçının xx.xx.2021-ci il tarixə qeydə alınmış pensiya kapitalının 23.422,873 manat (xx.xx.2006-cı il tarixə indeksləşdirilmiş məbləğ) + 22.904,39 manat (xx.xx.2006-cı ildən xx.xx.2021-ci il tarixədək qeydə alınmış pensiya kapitalı) = 46.327,263 manat təşkil etdiyi müəyyən edilmişdir.
23. Cavabdeh inzibati orqanın imtina məktubundan görünür ki, xx.xx.1961-ci il təvəllüdlü iddiaçının 60 yaşı xx.xx.2022-ci il tarixdə tamam olmuş, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ilkin tələb olan 60 yaşı tamam olduqdan sonra cavabdehə müraciət etmiş, artıq ilk dəfə xx.xx.2021-ci il tarixdə onun müraciətinə fərdi hesabının sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi tələbinə cavab verməməsi əsası ilə imtina cavabı verilmişdir.
24. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlillərinin əsasını birinci instansiya məhkəməsinin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı hesablanarkən qanunun tələblərinə zidd olaraq 2020-ci ildə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun 2.6% götürməklə hesablamalı olduğu halda 16,6% götürməklə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq hesablaması, eyni hərəkətləri 2021-ci il üçün edərək 2,6% götürməklə hesablamalı olduğu halda 11,4% götürməklə hesablaması təşkil edir.
25. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam və hərtərəfli araşdırılmadan iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı hesablanarkən 2020-ci ildə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun 2.6% götürməklə hesablamalı olduğu halda 16,6% götürməklə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 2020-ci il üzrə: 18.032,52 + 16.6% = 21.025,9183 manat, 2021-ci il üzrə: 21.025,9183 + 11.4% = 23.422,873 manat hesablanmışdır.
26. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına sorğu edilmiş və xx.xx.2023-cü il tarixdə məhkəmə kollegiyasına daxil olmuş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubu ilə bildirilmişdir ki, İddiaçı xx.xx.2006-cı il tarixinədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 16902,89 manat, xx.xx.2006-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində isə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 20729,15 manat olmaqla cəmi pensiya kapitalı 37632,04 manat təşkil edir. İddiaçı xx.xx.2006-cı il tarixinədək olan 21 il 5 ay 13 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 16902,89 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında xx.xx.2021-ci il tarixinədək 20729,15 manat pensiya kapitalı qeydə alınmışdır. İddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 21 il 5 ay 13 gün (xx.xx.1979xx.xx.1981-ci il, xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1990-cı il, xx.xx.1990xx.xx.1991-ci il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1995-xx.xx.1996-cı il, xx.xx.1996xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər.
27. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən adıçəkilən şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. xx.xx.2021-ci il tarixədək olan dövr üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 37632,83 manat təşkil edirdi. Həmçinin, iddiaçının xx.xx.2022-ci il tarixədək olan dövr üçün isə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 45600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 42203,89 manat təşkil edirdi. Onun 2021-ci ilin iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarında ümumilikdə fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 908,88 manat təşkil edir.
28. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, inzibati iş üzrə birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-in 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri”nin tələbləri pozulmuşdur.
29. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək qeyd edir ki, xx.xx.2021-ci il tarixədək olan dövr üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 37632,83 manat təşkil etmiş, eyni zamanda iddiaçının xx.xx.2022-ci il tarixədək olan dövr üçün isə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 45600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 42203,89 manat təşkil etmişdir. Eyni zamanda onun 2021-ci ilin iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarında ümumilikdə fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 908,88 manat təşkil edir.
30. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsini nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə hazırkı işdə iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
31. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edən inzibati orqanın hərəkətləri əsaslı olmuş, işə baxan birinci instansiya məhkəməsi tam araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlməmişdir.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı tarixdən bu günə kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməli, apellyasiya şikayəti təmin edilməlidir.
33. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2-1(116)-1175/2022 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı tarixdən bu günə kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.