Məhkəmə qərarları › İş №2-1(107)-401/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-401/2021

13.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-401/2021 13.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Mahmudov Ayaz Akif oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan X2rşı (üçüncü şəxs Maliyyə Nazirliyi) “Azərbaycan Avtomobil Yolları Agentliyindən (Cavabdeh) onun xeyrinə mülkiyyətində olan Yevlax rayonu, Aşağı Qarxun kəndi, Bakı-Qazax şossesinin 272-ci km-nin sol tərəfində yerləşən Yanacaqdoldurma və X27 başqa əraziyə köçürülməsi üçün 436620.0 manat məbləğində vəsaitin, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli Fərmanına əsasən 20 faiz satınalma qiymətinə əlavə haqqın 87332.4 manat, 1245548.4 manat (249109.68 manat illik gəlir 5 il) əldən çıxmış gəlirin tutulması barədə” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli 2-1(116)-6/2020 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: təsviri hissə: İddiaçı cavabdehr Cavabdeh-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “cavabdehdən onun xeyrinə mülkiyyətində olan Yanacaqdoldurma və X27 başqa əraziyə köçürülməsi üçün 417492.0 manat vəsaitin, 83498.4 manat əlavə haqqın, 207317.1 manat əldən çıxmış gəlirin tutulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi İdarəsinin 29.06.2013-cü il tarixli, ******* saylı çıxarışına əsasən Yevlax rayonu, Aşağı Qarxun kəndi, Bakı-Qazax şossesi, 272-ci km-nin sol tərəfində yerləşən 0.1173 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən Yanacaqdoldurma və X33 Məntəqəsinin mülkiyyətçisidir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi İdarəsi tərəfindən iddiaçının mülkiyyətində olan Yanacaqdoldurma və X33 Məntəqəsinin texniki pasportu tərtib edilmişdir. Yanacaqdoldurma və X33 Məntəqəsi keçmiş sovetlər dövründə, 70-80-cı illərdə inşa edilmiş, Bakı-Qazax şossesindən ayrılan xüsusi yol vasitəsi ilə oraya daxil olmaq və çıxmaq mümkün olmuşdur. Məntəqənin fəaliyyəti normal ahəngdə davam etdiyi dövrdə, 2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Kürdəmir-Ucar-YevlaxTərtər avtomobil yolunun yenidən qurulması layihəsi, yəni "xxxx" ASC tərəfindən Kürdəmir-Ucar-Yevlax-Tərtər avtomobil yolunun yenidən bərpası, genişləndirilməsi və 4 zolaqlı yola təkmilləşdirilməsi layihəsi həyata keçirilirdi. Ona xəbərdarlıq edilmişdi ki, genişlənmə nəticəsində yolun bir hissəsi Yanacaqdoldurma və X33 Məntəqəsinin ərazisini tam əhatə edəcək və bu səbəbdən məntəqə başqa əraziyə köçürüləcək, ona kompensasiya veriləcəkdir. Buna baxmayaraq tikinti işlərinin getdiyi ərəfədə "xxxx" ASC heç bir kompensasiya vermədən Bakı-Qazax şossesindən ayrılan məntəqənin xüsusi yolunu dağıdaraq uçurmuş, beləliklə də oraya nəqliyyat vasitələri tərəfindən girib-çıxmaq mümkün olmamışdır. Bununla bağlı iddiaçı "xxxx" ASC-yə öz pretenziyalarını bildirəndə onlar cavab vermişlər ki, bu dövlət layihəsidir, Yanacaqdoldurma və X33 Məntəqəsi başqa əraziyə köçürüləcək və ona kompensasiya veriləcəkdir. Belə olan halda iddiaçı məcburiyyət qarşısında fəaliyyətini dayandırmış və düşünmüş ki, dövlət layihəsidir, kompensasiyanın verilməsini gözləməlidir. İllər ötmüş, yol çəkilişi başa çatmış, məntəqə fəaliyyət göstərə bilməmiş və müştərilərini itirmiş, lakin vəd edilmiş kompensasiya verilməmişdir. Cavabdeh-dən iddiaçıya verilmiş 1-3/16-1310 saylı, 01.03.2017-ci il tarixli məktubda Yanacaqdoldurma və X27 yolun tikintisi altına düşən hissəsinə dəymiş ziyana görə 3500 manat məbləğində kompensasiyanın hesablandığı göstərilmişdir. İddiaçı bu məbləğlə bağlı etirazını bildirmişdir. O hesab edir ki, yuxarıda göstərilənlər Yanacaqdoldurma və X27 başqa əraziyə köçürülməsi ilə əlaqədar görülməli təmir-bərpa işləri ilə bağlı Cavabdeh-dən onun xeyrinə bazar qiyməti ilə hesablanmış 417492,0 manat xərcin, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli Fərmanında nəzərdə tutulan 83498,4 manat kompensasiyanın, son 3 il ərzində (ötən müddət 5 ildən artıq olsa da, iddiaçı humanistlik göstərərək son 3 ili iddia edir) əldən çıxmış 207317,1 manat (69105,7 manat*3 il) gəlirin tutulması üçün əsasdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin Qərardadından müəyyən edilir ki, iddiaçı Cavabdeh-yə qarşı “zəbt edilmiş torpaq sahəsinin qaytarılması və ziyana görə kompensasiya ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmiş, lakin məhkəmənin 2(001)-201/2017 nömrəli, 06.02.2017-ci il tarixli Qərardadı (məhkəmə aidiyyəti) ilə icraata xitam verilmişdir. İddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4368/2017 nömrəli 06.04.2017-ci il tarixli Qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-201/2017 nömrəli, 06.02.2017-ci il tarixli Qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin Qərardadından müəyyən edilir ki, iddiaçı Cavabdeh-yə qarşı Cavabdeh-dən onun xeyrinə mülkiyyətində olan Yanacaqdoldurma və X27 başqa əraziyə köçürülməsi üçün 417492 manat vəsaitin, 83498.4 manat əlavə haqqın, 207317.1 manat əldən çıxmış gəlirin tutulması” tələbi ilə məhkəməyə müraciət etmiş, lakin məhkəmənin 01.06.2017-ci il tarixli 2-1(81)3463/2017 nömrəli Qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Həmin iş üzrə cavabdeh orqan tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq məhkəmələr tərəfindən təmin edilməmişdir. X32-İqtisadi Məhkəməsinin dəftərxanasına 16.02.2018-ci il tarixdə daxil olmuş və həmin gündən icraata qəbul edilmişdir. İddiaçı tərəfindən “iddia ərizəsinə əlavə”yə dair məhkəmənin dəftərxanasına 15.05.2019-cu il tarixdə daxil olan cavabdeh Azərbaycan X2rşı ərizədə iddiaçı “Azərbaycan Avtomobil Yolları Agentliyindən (Cavabdeh) onun xeyrinə mülkiyyətində olan Yevlax rayonu, Aşağı Qarxun kəndi, Bakı-Qazax şossesi, 272-ci km-nin sol tərəfində yerləşən Yanacaqdoldurma və X27 başqa əraziyə köçürülməsi üçün 436620.0 manat məbləğində vəsaitin, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli Fərmanına əsasən 20 faiz satınalma qiymətinə əlavə haqqın 87332.4 manat, 1245548.4 manat (249109.68 manat illik gəlir*5 il) əldən çıxmış gəlirin tutulması barədə” qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 24.05.2019-cu il tarixli iclasında ərizə protokol qərardadı ilə icraata qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdeh orqanın nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)6038/2016 nömrəli 15.07.2016-cı il tarixli Qərardadı ilə kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Aparılan tikinti-texniki tədqiqatın nəticəsi aşağıdakı kimi olmuşdur: - Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Yevlax rayonu, Aşağı Qarxun kəndi, Bakı-Qazax şossesi, 272-ci km-nin sol tərəfində yerləşən Yanacaq Doldurma və X21rşısında yerləşən 1520 kv.m torpaq sahəsinin 260 kv.m (********) hissəsinin yol tikintisi ilə əlaqədar istifadə olunduğu müəyyən edilir. - Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Yevlax rayonu, Aşağı Qarxun kəndi, Bakı-Qazax şossesi, 272-ci km-nin sol tərəfində yerləşən Yanacaq Doldurma və X27 başqa sahəyə köçürülməsi ilə əlaqədar görülməli təmir-bərpa işlərinin mövcud bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin təqribən 417492,0 manat məbləğində olduğu müəyyən edilir. - Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Yevlax rayonu, Aşağı Qarxun kəndi, Bakı-Qazax şossesi, 272-ci km-nin sol tərəfində yerləşən Yanacaq Doldurma və X27 binasının hazırkı bazar qiymətlərinə uyğun dəyərinin müəyyən edilməsinə dair tədqiqat aparılmadı. Aparılan mühasibatlıq tədqiqatının nəticəsi aşağıdakı kimi olmuşdur: - Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Yevlax rayonu, Aşağı Qarxun kəndi, Bakı-Qazax şossesi, 272-ci km-nin sol tərəfində yerləşən Yanacaq Doldurma və X27 fəaliyyəti, analoji olaraq “T.E.K.O” firması ilə eyni götürüldükdə 2015-ci il üzrə 69.105,7 manat həcmində gəlir əldə edə bilər. İş materiallarında olan cavabdeh orqanın iddiaçıya ünvanladığı 01.03.2017-ci il tarixli İ-3/16-1310 nömrəli məktubdan görünür ki, iddiaçının əmlakının yolun tikinti altına düşən hissəsinə dəymiş ziyana görə 3500 manat məbləğində kompensasiya hesablanmışdır. İş materiallarında olan “Qarşılıqlı iddia ərizəsi”ndən müəyyən edilir ki, ərizə üzrə iddiaçı (hazırkı iş üzrə cavabdeh) Azərbaycan Avtomobil X23 cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi və ərizə üzrə üçüncü şəxs (hazırkı iş üzrə iddiaçı) İddiaçı qarşı “çıxarışın etibarsız edilməsi” tələbi ilə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət etmiş və qarşılıqlı iddianın icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)- 492/2018 nömrəli 30.03.2018-ci il tarixli Qərardadı ilə qarşılıqlı iddia mümkün sayılmamışdır. Qərardaddan ərizə üzrə iddiaçı tərəfindən verilən apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17.05.2018-ci il tarixli 2-1(107)-246/2018 nömrəli Qərardadı və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1726/2018 nömrəli 17.10.2018ci il tarixli Qərarı ilə təmin edilməmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-492/2018 nömrəli 06.12.2018-ci il tarixli Qərardadı ilə iş üzrə kompleks tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. 21.02.2019-cu il tarixdə aparılan məhkəmə tikinti-texniki ekspertizasının nəticəsində qeyd edilmişdir: - Azərbaycan Respublikası Nəqliyyat nazirliyi «Azəryolservis açıq səhimdar Cəmiyyəti» tərəfindən verilən məktuba əsasən X19nin reklam lövhəsi və 2,57 sot torpaq sahəsi yolun tikintisinin atına düşərək istifadə olunduğu müəyyən olunur. - Bakı-Qazax magistral yolunun 272-ci kilometrliyinin sol tərəfində yerləşən iddiaçının mülkiyyətində olan yanacaqdoldurma və maye qaz məntəqəsi A tikilisi (talvar və ya kalonka) yeni salınmış yolun oxundan 20,0 metr kənarda yerləşdiyini və Azərbaycan Respubilkası Nazirlər Kabinetinin “Avtomobil yollarında təhkim və mühafizə zolağından istifadəsinin tənzimlənməsinə dair əlavə tədbirlər haqqında” 28 fevral 2004-cü il tarixli 18 nömrəli qərarına əsasən Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun qorunma (mühafizə) zolağının eni yolun orta hissəsindən hər iki tərəfə 30 m olmaqla torpaq sahəsinin bir hissəsi və A tikilisi (talvar və ya kalonka) avtomobil yolunun qorunma (mühafizə) hissəsinə düşdüyü müəyyən olunur. - Bakı-Qazax magistral yolunun 272-ci kilometrliyinin sol tərəfində yerləşən və iddiaçının mülkiyyətində olan yanacaqdoldurma və maye qaz məntəqəsinin torpaq sahəsinin cox hissəsinin (2.57 sot) yol tikintisinin altında qaldığını, talvar və çənlərin yolun mühafizə zolağına düşdüyünü və yanacaq-maye qaz çənlərin yolun kənarına yaxın ərazidə (təqribən 5/6m) yerləşdiyini nəzərə alaraq, iddiaçının mülkiyyətində olan yanacaqdoldurma və maye qaz məntəqəsinin təyinatı üzrə istifadəsinin mümkünsüz olduğu, inşa olunmuş yeni magistral yolun yanacaqdoldurma və maye qaz məntəqəsinin giriş-çıxışına maneə yaratdığı müəyyən olunur. Yanacaq və qaz doldurma talvarı ilə yolun arasında az məsafə olduğu və yolun mühafizə zolağına düşdüyü və Avtomobil yolları haqqında Azərbaycan Respublikasının Qanunun 14-cü və 33-cü maddələrinə əsasən avtomobil yollarının qorunma (mühafizə) zolaqlarında tikililərin yerlədirilməsi qadağan olduğu üçün yanacaq-maye qaz doldurma məntəqəsinə nəqliyyat vasitəsinin sərbəst girişçıxışı məhdudlaşır və təyinətı üzrə istifadəsi mümkün deyil. - Yanacaqdoldurma və maye qaz məntəqəsindən təyinatı üzrə istifadəyə mövcud olan maneənin aradan qaldırılması üçün həmin yanacaqdoldurma və maye qaz məntəqəsi başqa əraziyə köçürülməlidir. İstifadəyə yaranmış maneəni aradan qaldırmaq üçün görülməli tikinti- təmir işlərinin mövcud bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin təqribən 436607.0 manat məbləğində olduğu müəyyən edilmişdir. - Yanacaqdoldurma və maye qaz məntəqəsinə xidmət edən yanacaq çənləri Bakı-Qazax yolunun mühafizə zolağında yerləşdiyi üçün həmin çənlər yolun istifadəsi üçün təhlükə törədir. Yuxarıda göstərilənlərə yanacaqdoldurma və maye qaz məntəqəsinin (çənlərlərlə birlikdə) başqa əraziyə köçürülməsi zəruri olduğu və başqa sahəyə köçürülməsi nəticəsində tikinti-təmir işlərinin dəyəri smetada ətraflı göstərilmişdir. İlkin ekspertiza ilə hazırkı ekspertizanın nəticələri arasında yaranmış fərq tikinti materiallarının qalxması ilə izah olunur. 01.04.2019-cu il tarixdə aparılan məhkəmə-mühasibat ekspertizasının nəticə hissəsində qeyd edilir: - Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Yevlax rayonu, Aşağı Qarxun kəndi, Bakı-Qazax şossesinin 272-ci km-nin sol tərəfində yerləşən Yanacaqdoldurma və X27 fəaliyyəti, analoji olaraq "xxxx" müəssisəsi ilə eyni götürüldükdə 2018-ci il üzrə 249.109,68 manat (20.759,14 x 12 ay) həcmində gəlir əldə edə bilər. İş materiallarında olan DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin 20.12.2018-ci il tarixli **********38 nömrəli məktubuna edilmiş RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri əlavə edilmişdir. Məktuba əlavə edilən 22.05.2001-ci il tarixli “Qeydiyyat vəsiqəsi”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, qeyd olunan YDM X14 adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Həmin YDM 15.03.2013-cü il tarixli AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən X24 adından etibarnamə əsasında səlahiyyətli nümayəndə (satıcı) X15 tərəfindən alıcı (iş üzrə iddiaçı) İddiaçı satılmışdır. Alıcı qeyd olunan daşınmaz əmlakı 25000 (iyirmi beş min) manata satın almışdır. Bunun əsasında iddiaçının adına 16.04.2013-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Məktuba əlavə edilmiş 17.05.2013-cü il tarixli 4326 nömrəli “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı Müqaviləsi”nin 1.1-ci bəndində qeyd edilir ki, müqavilənin predmetini 16.04.2013-cü il tarixli, ********** saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən “Alıcı”nın adına qeydiyyata alınmış Yevlax rayonu, Aşağı Qarxun kəndi, Bakı-Qazax yolunun 272-ci km-nin sol tərəfi ünvanındakı Yanacaqdoldurma Stansiyasının istifadəsində olan 1172.95 kv.m torpaq sahəsi təşkil edir. Müqavilənin 1.2-ci bəndinə əsasən Yanacaqdoldurma məntəqəsinin istifadəsində olan 1172.95 kv.m torpaq sahəsini alıcı 152 (bir yüz əlli iki) manata satın almışdır. Müqaviləyə əsasən satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini X22, alıcı hazırkı iş üzrə İddiaçıdur. Qeyd olunan müqaviləyə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən YDM və onun yerləşdiyi 0.1173 ha torpaq sahəsinə dair 29.06.2013-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarış və 02.07.2013cü il tarixdə tərtib olunmuş “Texniki pasport” verilmişdir. İş materiallarında olan 11 saylı Ərazi Vergilər Departamentinin dekabr 2018-ci il tarixli **********429800 nömrəli məktubunda qeyd edilir ki, məlumat-uçot bazasına əsasən Yevlax rayonu, Aşağı Qarxun kəndi ərazisində Bakı-Qazax şossesinin 272-ci kilometrliyində yolun sol tərəfində yerləşən yanacaqdoldurma və X33 məntəqəsi "xxxx" Firmasının (VÖEN:**********) təsərrüfat subyekti (obyekt) kimi 20.11.2007-ci il tarixdə **********-22001 kodla vergi uçotuna alınmışdır. Həmin obyekt "xxxx" Firmasının 27.12.2012-ci il tarixli ərizəsinə əsasən 28.12.2012-ci il tarixdən bağlanmışdır. Qeydiyyat qovluğundakı məlumatlara əsasən "xxxx" X1 tərəfindən özəlləşdirilmiş Yevlax rayonu 1 saylı ağ neft satışı məntəqəsinin əmlakının bazasında yaradılmışdır. "xxxx" Firmasının təsisçisi iştirak payı 21 may 2001-ci il tarixli notarial alqı-satqı müqaviləsinə əsasən X6 və bu fakt 09 iyul 2004-cü il tarixdə 10/87 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. "xxxx" Firmasının qeydiyyat qovluğundakı məlumatlara əsasən hazırda həmin firmanın təsisçisi X24, direktoru (qanuni təmsilçi) isə (iş üzrə iddiaçı) İddiaçıdur. "xxxx" Firması şəxsi hesab vərəqəsindəki məlumatlara əsasən fəaliyyət göstərdiyi müddətdə (uçot-məlumat bazasına əsasən şəxsi hesab vərəqəsinə vergi hesablamaları və ödənişlər üzrə yazılış 31.01.2006cı il tarixdən başlanmışdır) büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə cəmi 14032.76 (on dörd min otuz iki manat yetmiş altı qəpik) vəsait ödəmişdir. İş üzrə cavabdeh orqan tərəfindən verilmiş Vəsatətdə qeyd edilir ki, İddiaçı cavabdeh Azərbaycan X2rşı kompensasiya ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə mülkiyyətində olan Yanacaq Doldurma və X27 başqa əraziyə köçürülməsi 417492 manat vəsaitin, 83498,4 manat əlavə haqqın, 207317,1 manat əldən çıxmış gəlirin tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hesab edilir ki, iddiaçının iddia tələbinə cavab verilməli olan Azərbaycan Avtomobil X23 cavabdeh qismində olmamalıdır. Belə ki, 15 sentyabr 2011-ci il tarixində Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi "xxxx" ASC ilə "xxxx" MMC arasında müqavilə bağlanmışdır. Sifarişçinin dəstəyi ilə müqavilə üzrə Kürdəmir-Ucar-Yevlax-Bərdə-Tərtər Avtomobil yolu, Hissə 1C (km 130 +940) magistral avtomobil yolu üzrtə tikinti işlərinin podratçı tərəfindən yerinə yetirilməsinin planlaşdırılması və işlərin yerinə yetirilməsi, başa çatdırılması və qüsurların aradan qaldırılması üçün podratçının təklif etdiyi tender təklifini qəbul etmiş müqavilənin müvafiq bəndinə əsasən sifarişçinin podratçıya həyata keçirəcəyi ödəmələr əsasında Podratçı, işlərin yerinə yetirilməsi və meydana çıxacaq hər hansı nöqsanların aradan qaldırılmasını bu müqavilənin şərtlərinə müvafiq şəkildə həyata keçirəcəyinə dair sifarişçi ilə razılaşmışdır. İş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin 24.05.2019-cu il tarixli 21(84)-8/2019 nömrəli Qərardadı ilə iş üzrə Maliyyə Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına qəbul edilmişdir. İş materiallarında olan cavabdeh orqanın 07.06.2019-cu il tarixli 3/14-4125 nömrəli məktubunda qeyd edilir ki, Bakı-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun 272-ci kilometr hissəsi “Kürdəmir-Ucar-Yevlax-Tərtər avtomobil yolunun yenidənqurulması” layihəsinin tərkibinə daxil olmaqla, inşaası 07.11.2012-ci il tarixdə başlanmış və 22.12.2016-cı il tarixdə başa çatdırılaraq istifadəyə verilmişdir. İş materiallarında olan cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilən Vəsatət və ona əlavə edilmiş iddia ərizəsinin surətindən müəyyən edilir ki, cavabdeh orqan Yevlax Rayon Məhkəməsində DƏDRX tərəfindən İddiaçı verilmiş Çıxarış və Texniki pasportun etibarsız hesab edilməsi tələbi ilə iddia qaldırmışdır. Cavabdeh orqan verdiyi Vəsatətlə icraatda olan inzibati işin icraatının dayandırılmasını xahiş etmişdir. Şəki İnzibati- İqtisadi Məhkəməsinin 11.07.2019-cu il tarixli 2-1(84)-8/2019 nömrəli Qərardadı ilə inzibati işin icraatı mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Yevlax Rayon Məhkəməsinin 06.08.2019-cu il tarixli 2(039)-1545/2019 nömrəli Qətnaməsi ilə iddia rədd edilmişdir. Cavabdeh orqan tərəfindən verilən apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18.12.2019-cu il tarixli 2(107)-3187/19 nömrəli Qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 22.07.2020-ci il tarixli 2(102)3482/2020 nömrəli Qərarı ilə təmin edilməmişdir. İş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04.09.2020-ci il tarixli 21(116)-6/2020 nömrəli Qərardadı ilə iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Onlara AZE seriyalı 15756830 nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti, cavabdeh orqanın 01.03.2017-ci il tarixli İ-3/16-1310 nömrəli məktubu, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-6038/2016 nömrəli 15.07.2016-cı il tarixli Qərardadı, 28.11.2016-cı il tarixli məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizalarının rəyləri, 21.02.2019-cu il və 01.04.2019-cu il tarixlərində aparılan məhkəmə tikinti-texniki ekspertizalarının rəyləri, DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin 20.12.2018-ci il tarixli **********38 nömrəli məktubu və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətləri, 11 saylı Ərazi Vergilər Departamentinin dekabr 2018-ci il tarixli **********429800 nömrəli məktubu, cavabdeh orqanın 07.06.2019-cu il tarixli 3/14- 4125 nömrəli məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 18 noyabr 2020-ci il tarixli 2- 1(116)-6/2020 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan X2rşı (üçüncü şəxs Maliyyə Nazirliyi) “Azərbaycan Avtomobil Yolları Agentliyindən (Cavabdeh) onun xeyrinə mülkiyyətində olan Yevlax rayonu, Aşağı Qarxun kəndi, Bakı-Qazax şossesinin 272-ci kmnin sol tərəfində yerləşən Yanacaqdoldurma və X27 başqa əraziyə köçürülməsi üçün 436620.0 manat məbləğində vəsaitin, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli Fərmanına əsasən 20 faiz satınalma qiymətinə əlavə haqqın 87332.4 manat, 1245548.4 manat (249109.68 manat illik gəlir*5 il) əldən çıxmış gəlirin tutulması barədə” tələbinə dair iddiasının təmin edilməməsi, ekspert rəyinin verilməsinə çəkilən xərcə görə 245 (iki yüz qırx beş) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X9, kod: 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli 2-1(116)-6/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 aprel 2021-ci il tarixli 2- 1(107)-122/2021 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli 2-1(116)-6/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 14 iyul 2018-ci il tarixli, 2-1(102)1197/2021 qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 aprel 2021-ci il tarixli 2-1(107)-122/2021 nömrəli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin 18.11.2020-ci il tarixli 2-1(116)-6/2020 saylı iş üzrə iddianın təmin edilməməsi barədə qərar çıxarmışdır. Şəki İnzibati Məhkəməsi öz qərarında gedən bütün məhkəmə proseslərinə toxunduğundan məhkəmə prosesini və hadisələri ardıcıllığı ilə qeyd edir. Cavabdeh Azərbaycan Avtomobil X23 (AAYDA), (köhnə adı ’’Azəravtoyol” ASC),("xxxx" ASC) tərəfindən, Yevlax rayonu, Aşağı Qarxun kəndi, Bakı Qazax şosesi, 272-ci km-nin sol tərəfində 0.1173 ha sahədə yerləşən Yanacaq Doldurmavə X33 məntəqəm Bakı- Qazax beynəlxalq avtomobil magistral yolun tikintisi altına düşmüşdür. Cavabdeh Azərbaycan Avtomobil X23 (AAYDA) mənə bildirdiyinə görə reklam lövhəsinin yeri və 2.57 sot torpaq sahəsi yolun tikintisi altına düşmüşdür. Ona heç bir bildiriş izahat vermədən, ödəniş etmədən sahibkarlıq mülkiyyəti olan yanacaqdoldurma stansiyam zəbt olunmuşdur. Faktiki olaraq yanacaqdoldurma stansiyasının qalan hissəsi avtomobil yolunun mühafizə zolağına düşmüşdür.Avtomobil yolları haqqında Qanuna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 sentyabr tarixli 317 nömrəli qərarına və avtomobil yolları haqqında digər qanun və qərarlara əsasən avtomobil yollarının yerləşdiyi torpaq sahələri dövlət mülkiyyətidir. Yolun mühafizə hissəsində aparılan hər bir iş qanuna əsasən AAYDA ilə razılaşdırılmalıdır və yolun mühafizə hissəsi dövlət mülkiyyətidir, özəlləşdirilə bilməz. Magistral yolda gedən tikinti və yenidənqurma işlərində onun yanacaqdoldurma və maye qaz stansiyası həmin tikinti planına düşməsi, hansı qayda və şərtlərlə obyektin torpağın, dövlət ehtiyaclarına alınması prosesi aparılması barədə məlumat verilməsi barədə 13.01.2015-ci il tarixdə "xxxx" ASC -yə ərizə ilə müraciət etmişdir. 18.06.2015-ci il tarixli 1-4/14-3440 saylı cavab məktubunda bildirilirdi ki, “yanacaqdoldurma məntəqəsinə aid torpaq sahəsindən reklam lehəsi və 2.57 sotu yolun tikintisi altına düşmüşdür. Həmin torpaq sahəsinə təzminat hesablanması istiqamətində işlər aparılır və bu barədə Sizə əlavə məlumat veriləcəkdir.” Məktubdan görünür ki, torpaq sahəsinə müdaxilə olunub “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikası Qanunu” pozulub ona heç bir bildiriş, ödəniş verilmədən torpaq sahəsi zəbt olunub, həmin qanununa əsasən giriş hüququ pozulmuşdur. Buna görə Azərbaycan Respublikası Avtomobil Yolları haqqında Qanunu və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikası Qanun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 sentyabr tarixli 317 nömrəli qərarını əsas götürərək həmin ərazidə ona bitişik sahədə yeni torpaq sahəsinin ayrılmasını, yeni müasir Yanacaq Doldurma və X33 Məntəqəsinin tikintisi üçün Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsi 18.06.2015-ci il tarixli 1-4/14-3440 saylı cavab məktubunu nəzərə almadan iddianın mümkün saylılmaması barədə 15 mart 2016-cı il tarixli 2-1(843)- 249/2016-cı il tarixli qərardad qəbul etmişdir. Məhkəmə qərardadı onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbini irəli sürməmişdən öncə həmin tələblə inzibati orqanına müraciət etməli, sonuncu müraciətinin təmin edilməsindən imtina edildiyi və ya müraciətini qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində cavablandırmadığı halda iddiaçı məhkəmə müdafiəsi hüququndan istifadə etməlidir. İş materiallarından və iddiaçının izahatı ilə müəyyən olunur ki, kompensasiya olaraq ona məxsus torpaq sahəsinə bitişik ərazidən yeni torpaq sahəsinin ayrılmasını və ona məxsus yanacaq doldurma və maye qaz məntəqəsinin sökülərək yenisi yanacaq doldurma və X27 tikilməsi tələbi ilə əvvəlcədən cavabdehə müraciət etməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddianın əsaslılığının yoxlanması mümkün deyildir. Bundan sonra Binəqədi Rayon Məhkəməsinə müraciət etdi. Binəqədi Rayon Məhkəməsi onun ekspertiza keçirilməsi üçün vəsatəti olmadan yanacaqdoldurma və X27 köçürülmə üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə rəy alınması üçün qərqardad çıxartmışdır. Tədqiqat üçün sualları məhkəmə cavabdehlə razılaşdırmışdır. Binəqədi Rayon Məhkəməsi 15 iyul 2016-ci il tarixli 2(001)-6038/2016 saylı iş üzrə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası keçirilməsini qərara almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası qərarla bağlı 28 noyabr 2016-ci il tarixli 18814 nömrəli ekspert rəyi vermişdir. Binəqədi Rayon Məhkəməsi ekspertin əlavə materialların təqdim olunması barədə vəsatətinə əsasən “Lukoyl Azərbaycan “ QSC-nin rəhbərliyinə Bakı-Qazax yolunda Yevlax dairəsində yerləşən Yanacaqdoldurma məntəqəsində 2015-ci il üçün hər ay üzrə göstərməklə Aİ-95, Aİ-92 və dizel yanacağının satışının həcmi və həmin satışdan əldə olunmuş təqribi gəlir barədə ətraflı yazılı məlumatı sorğunu təqdim edən şəxs vasitəsilə və ya bilavasitə məhkəməyə göndərilməsi haqqında müraciət ünvanlamışdır. Binəqədi Rayon Məhkəməsi 06 fevral 2017-ci il tarixli 2(001)-201/2017ci il üzrə onun cavabdeh Azərbaycan Respublikası Azəravtoyol ASC- yə qarşı “zəbt edilmiş torpaq sahəsinin qaytarılması və ziyana görə konpensasiya ödənilməsinə dair” iddiası üzrə icaraata xitam verilmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, mülki icraata xitam verilməlidir. Bələ ki, inzibati orqan olan "xxxx" ASC-in hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiya ödənilməsi tələbinə dair iddialara ümumi məhkəmədə deyil, inzibatı-iqtisadi məhkəməsində baxılmalıdır. Həmçinin məhkəmə aidiyyəti mübahisəsi yarandığı zaman, mülki işlərin ümumi məhkəmədən inzibati-iqtisadi məhkəməsinə göndərilməsi qanunvericilikdə nəzərdə tutulmadığına görə, hazırki mülki iş üzrə icraata Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən xitam verilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İş üzrə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülkü Kollegiyası 06 aprel 2017-ci il yarixli 2(103)-4368/2017 saylı iş üzrə qərara almışdır ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-201/2017 saylı, 06 fevral 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Cavabdeh-yə pretenziya qaydasında müraciət etmişdir. 01 mart 2017-ci il tarixli 1-3/16-1310 saylı məktubla onun müraciətində yolun tikintisi altına düşən hissəsinə dəymiş ziyana görə 3500 manat məbləğində konpensasiya hesablandığını və 2015-ci il 31 iyul tarixli bildiriş qeydiyyatda olduğu ünvana göndərildiyini bildirmişdilər. Qeyd edir ki, bildiriş və ya bu xarakterli xəbərdarlıq məktubları almamışdır. Bu barədə keçirilən sonrakı məhkəmə proseslərində də bildirmiş və sübutların məhkəməyə təqdim olunmasını xahiş etmişdir. Əsas üçün qeyd edir ki, Şəki İnzibati- İqtisadi Məhkəməsi 15 mart 2016-cı il tarixli 2-1(84)-249/2016 saylı qərardad qəbul edərkən, bildiriş barədə məlumat olmayıb. Yəni bildiriş barədə məhkəməyə məlumat verilməyib, sənəd təqdim olunmayıb. Binəqədi Rayon Məhkəməsi 06 fevral 2017-ci il tarxli 2 (001)-201/2017 saylı qərardadında da bildiriş barədə bir kəlmə yazmayıb, yəni bildiriş barədə yenə məhkəməyə məlumat verilməyib sənət təqdim olunmayıb. 1 saylı İnzibatı İqtisadi Məhkəməsi 01 iyun 2017-ci il tarixli qarardadla işə baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsini qərara almışdır. Cavabdeh məhkəmə prosesini uzatmağa çalışmışdır. Cavabdeh Azərbaycan Avtomobil X23 Şəki İnzibati Məhkəməsinə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üçüncü şəxs qismində cəlb edilməsi barədə vəsatət vermişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsi 24.05.2019-cu il tarixli 2- 1(84)-8/2109 saylı iş üzrə Maliyyə Nazirliyini üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilməsi haqqında qərardad qəbul etmişdir. Cavabdeh Azərbaycan Avtomobil X23 yenə vasatət verərək bildirmişdir ki, “İddiaçının iddia tələbinə cavab verilməli olan Azərbaycan Avtomobil X23 cavabdeh qismində olmamalıdır. Belə ki, 15 sentyabr 2011-ci il tarixində Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin "xxxx" ASC ilə "xxxx" MMC arasında müqavilə bağlanmışdır. Sifarişçinin dəstəyi ilə müqavilə üzrə Kürdəmir-Ucar- Yevlax-Bərdə-Tərtər Avtomobil yolu, Hissə İC (km 130+940) magistral avtombil yolu üzrə tikinti işlərinin podratçı tərəfindən yerinə yetiriliməsinin planlaşdırılması və işlərin yerinə yetirilməsi, başa çatdırılması və qüsurların aradan qaldırılması üçün podratçının təklif etdiyi tender təklifini qəbul etmiş müqavilənin müvafiq bəndinə əsasən sifarişçinin podratçıya həyata keçirəcəyi ödəmələr əsasında Podratçı, işlərin yerinə yetirilməsi və meydana çıxacaq hər hansı nöqsanların aradan qaldırılmasını bu müqavilənin şərtlərinə müvafiq şəkildə həyata keçirəcəyinə dair sifarişçi ilə razılaşmışdır.” Cavabdeh Azərbaycan Avtomobil X23 unutmuşdur ki, podratçıya bütün layihə smeta sənədlərini özü təqdim edib, yolun onun yanacaqdoldurma stansiyamin ərazisindən keçməsi, yoxsa podratçının özbaşına həmin ərazidən yol çəkməsi, ona pul ayrılması, onun bu barədə məlumatlı olmaq kimi bir vəzifənin olub olmamasını unutmuşdur. Azərbaycan Avtomobil X23 yenidən vəsatət verərək göstərmişdir ki, “iddiaçının tələbininin əsaslandığı hallara görə iddiaçının hazırkı tələblə yəni kompensasiya tələb etdiyi yanacaq doldurma məntəqsinin yerləşdiyi torpaq sahəsi ƏMDK yanında DƏDRX- nin 17 saylı Ərazi İdarəsinin 29.06.2013-cü il tarixli Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqənda daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla ona məxsus olmaqla həmin çıxarışın və texniki pasportun verilməsi qanuni olmuşdur. Hazırda isə tərəfindən həmin çıxarış və texniki pasport mübahisələndirilir və bununla bağlı məhkəmədə iddia qaldırılmışdır. Ona görə də hazırkı iddianın predmeti çıxarış və texniki pasport olduğundan iş üzrə preyudisial əhəmiyyət kəsb etdiyindən icraatınızda olan inzibati işin icraatının dayandırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir.” Şəki İnzibati-İqtisadi Məhkəməsi 11.07.2019-cu il tarixli 2-1(84)-8/2019 saylı iş üzrə texniki pasportun etibarsız sayılması tələbinə dari mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılması haqqında qərar qəbul etmişdir. Cavabdeh Azərbaycan X5rşılıqlı iddia ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia qaldırmışdır. Şəki İnzibati Məhkəməsi 30 mart 2018-ci il tarixli 2-1(84)-492/2018 saylı iş üzrə qarşılıqlı iddianın mümkün sayılmaması barədə qərardad qəbul edərək gösrərmişdir ki, onun cavabdeh Azərbaycan X2rşı “mülkiyyətində olan Yanacaq Doldurma və X27 başqa əraziyə köçürülməsi üçün 417492,0 manat vəsaitin, 83498,4 manat əlavə haqqın, 207317,1 manat əldən çıxmış gəlirin cavabdehdən tutulması” tələbinə dair iş üzrə cavabdeh Azərbaycan Avtomobil X13 “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası mümkün sayılmasın. Cavabdeh Azərbaycan Avtomobil X23 Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası 17 may 2018-ci il tarixli qərardadla cavabdeh Azərbaycan Avtomobil X13 apellyasiya şikayətinin təmin edilməməsi haqqında qərar qəbul etmişdir. Cavabdeh Azərbaycan Avtomobil X23 Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 may 2018-ci il tarixli 2-1(107)-246/2018 saylı qərarından kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası onun cavabdeh Azərbaycan X2rşı 2-1(102)-1726/2018 iş üzrə 17 oktyabr 2018-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 may 2018-ci il tarixli, 2-1(107) saylı qərardadı dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul etmişdir. Azərbaycan Avtomobil X23 iddiaçı qismində çıxış edərək cavabdeh Yevlax şəhəri İcra Hakimiyyətini və üçüncü səxs onun Yevlax şəhər X18 Reyasət Heyəti tərəfindən verilmiş 27 aprel 1994-cü il tarixli 37 nömrəli qərarının ləğv edilməsi barədə Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Yevlax şəhər İcra Hakimiyyətinin başçısının aparatı Azərbaycan Respublikası Şəki İnzibatı Məhkəməsinin hakimi cənab İlqar Cabbarova 25 dekabr 2019-cu il tarixli 2-1(84)-1905/2019 saylı məktubuna münasibət bildirərkən bildirmişdir ki, torpaq sahəsi ayrılarkən müvafiq qürumlarla razılaşdırıldığını, torpaq sahəsi ayrılarkən bir neçə dəfə təmir edilərək genişləndirildiyini, iddianın rədd edilməsi və mümkün sayılmaması barədə qərar qəbul edilməsini bildirmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsi 12.06.2020-ci il tarixli 2-1(116)- 473/2020 saylı iş üzrə iddiaçı Azərbaycan Avtomobil X13 cavabdeh Yevlax şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs İddiaçı) qarşı “Yevlax şəhər X18 Rəyasət Heyəti tərəfindən verilmiş 27.04.1994-cü il tarixli 37 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmaması haqqında qərar qəbul etmişdir. Azərbaycan Avtomobil X23 Yevlax Rayon Məhkəməsinə çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi baradə iddia tələbinə dair cavabdeh qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Rayon Ərazi İdarəsi və ona qarşı iddia ərizəsi ilə müraciət etmişdir. Yevlax Rayon Məhkəməsi 06.08.2019 tarixli 2(039)-1545/2019 saylı iş üzrə qərar qəbul etmişdir. Qərarda göstərilmişdir ki, iddiaçı Azərbaycan Avtomobil X13 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax rayon Ərazi İdarəsinə və ona qarşı “çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. O, Yevlax Rayon Məhkəməsinin qərarı ilə razılaşmayaraq apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyası 18.12.2019-cu il tarixli 2(107)-2184/2019 sayli qətnamə qəbul etmişdir. Məhkəmə qət etmişdirdi, iddiaçı Azərbaycan Avtomobil X23 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədin, Yevlax Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli 2(039)-1545/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Azərbaycan Avtomobil X23 Şəki Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası 22.07.2020-ci il tarixli 2(102)-3482/2020 saylı iş üzrə qərara almışdır ki, kassasiya şikayəti təmin edilməsin, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18.12.2019-cu il tarixli, 2(107)-3187/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddianın mahiyyəti üzrə keçən məhkəmə proseslərinə baxdıqda görürük ki, Şəki İnzibati- İqtisadi Məhkəməsi 06 dekabr 2018-ci il tarixli, 2-1(84)-492/2018 iş üzrə məhkəmə tikintitexniki və əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə qərardad təyin etmişdir. Məhkəmənin ekspertiza qarşısında qoyduğu suallarda torpaq sahəsindən nə qədər hissəsi Bakı-Qazax yolunun çəkilişi ilə əlaqədar istifadə olunması, yolun qorunma (mühafızə) zolağının nə qədər təşkil etməsi, yolun qorunma zolağına düşməsi və yolun qorunma zolağından hansı məsafədə yerləşməsi, yanacaqdoldurma və maye qaz məntəqəsinə giriş və çıxışa maneə mövcud olması, giriş-çıxışa hansı vasitə ilə məhdudlaşdırılması və bu maneə hansə vasitə ilə aradan qaldırıla bilməsi, yanacaq dolurma və maye qaz məntəqəsindən təyinatı üzrə isdifadəyə maneə yaradılırmı və bu maneəlarin hansı üsulla aradan qaldırılması və aradan qaldırıla bilirsə bunun üçün nə qədər xərc tələb olunması haqqında, həmçinin yanacaq doldurma və maye qaz məntəqəsinə xidmət edən yanacaq çənləri Bakı-Qazax yolundan isdifadə üçün təhlükə törədirmi və bu təhlükə hansı üsullarla aradan qaldırıla bilər və bunun üçün nə qədər xərc tələb olunması, yanacaq doldurma və maye qaz məntəqəsinin köçürülməsi zəruridirmi və zəruridirsə bunun üçün nə qədər xərc tələb olunması, yanacaq doldurma və maye qaz məntəqəsindən təyinatı üzrə isdifadə edilsəydi məntəqənin vergilər çıxıldıqdan sonra bir illik xalis gəlirin nə qədər təşkil edə bilməsi haqqında suallar qoymuşdur. Ekspertizanın keçirilməsi və ekspert qarşısında qoyulan suallar məhkəmə tərəfindən qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Eksperti cavabdehin rəsmi nümayəndəsinin şəxsən iştirakı ilə bir yerdə Yanacaq doldurma və maye qaz məntəqəsinə baxış keçirdikdən sonra 21 fevral 2019-cu il tarixli 2-1(84)-492/2018 saylı iş üzrə 33193 nömrəli, 01 aprel 2019-cu il tarixli 33506 nömrəli ekspert rəyləri vermişdir. Ekspert rəyində avtomobil yolunun qorunma (mühafızə) zolağının hər iki tərəfə 30 m. olmaqla torpaq sahəsinin bir hissəsi və A tikilisi ( talvar və ya kalonka) avtomobil yolunun qorunma hissəsinə düşdüyü müəyyən olunur, yanacaq maye qaz doldurma məntəqəsində nəqliyyat vasitəsinin sərbəst giriş çıxışı məhdudlaşdığını və təyinatı üzrə isdifadəsinin mümkün olmadığını, həmin yanacaq doldurma maye qaz məntəqəsinin başqa yerə köçürülməsinin zəruri olduğunu göstərmişdir. Şəki İnzibati Məhkəməsinin 18.11.2020-ci il tarixli 2-1(116)- 6/2020 saylı iş üzrə qərar çıxararmışdır. Qərarda gösrəlir ki, onun cavabdeh Azərbaycan X2rşı (üçüncü şəxs Maliyyə Nazirliyi) “Azərbaycan Avtobil X23ndən (“Azəravtoyol “ ASC ) onun xeyrinə mülkiyyətində olan Yevlax rayonu, Aşağı Qarxun kəndi, Bakı-Qazax şossesinin 272 km-nin sol tərəfində yerləşən Yanacaqdoldurma və X29 başqa əraziyə köçürülməsi üçün 436620.0 manat məbləğində vəsaitin, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr2007-ci il tarixli Fərmanına əsasən 20 faiz satınalma qiymətinə əlavə haqqın 87332.4 manat, 1245548.4 manat (249109.68 manat illik gəlir x 5 il) əldən çıxmış gəlirin tutulması barədə” tələbinə dair iddiası təmin edilməmişdir. Ekspert rəyinin verilməsinə çəkilən xərcə görə 245 (iki yüz qırx beş) manat odan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qeyd edir ki, məhkəmə qərarı əsaslandığı hissə cavabdehin vəsadətinə əsaslanaraq gəldiyi nəticədir. Qərar məhkəmənin keçirildiyi əvvəlki məhkəmə baxışlarına, çıxışlara, ekspertiza rəyinə, qanunlara zidd cavabdehin müdafiəçisi kimi əsaslandırılmışdır. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, o, məhkəmədə iddia qaldırmamışdan əvvəl ərizə ilə cavabdehə müraciət etmiş, imtina cavabı aldıqdan sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrəinzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM ) 68.1 -ci maddəsi) sübutları qiymətləndirərək hesab etmişdir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün olsa da , müəyyən etibarı ilə əsassızdır. Məhkəmənin gəldiyi nəticə başa düşülmür. Bir qayda olaraq məhkəməyə müraciət edəndə icra orqanına yazılı müraciət etməyi və imtina olunduğu icra orqanının gəldiyi nəticə ərizəçini qane etmədiyi təqdirdə məhkəməyə müraciət etməsi məsləhət görülür. İddia ərizəsində də göstərmiş ki, “Torpaqların dövlət ehtiyaclarına alınması haqqında № 987-İİİQ 20 aprel 2010-cu il tarixli Azərbaycan Respublikasının Qanunun X fəsil 77 maddəsində bildirişlərin çatdırılması üsulları, 78-ci maddəsində göstərilən giriş hüquqları pozulmuş, faktiki olaraq zəbt olunmuşdur. Onun yanacaqdoldurma və X27 avtomobil yolu tikintisinin altına düşməsi, həmin sahənin dövlət ehtiyacı üçün alınması, Nazirlər Kabinetinin hər hansı bir siyahısında olmaması, Maliyyə Nazirliyinin məlumatsız olması həmin sahənin yəni şəxsi mülkin zəbtidir. Yuxarıda qeyd etdiyi kimi, cavabdeh Azərbaycan X3 bildirdiyinə görə reklam lövhəsinin yeri və 2.57 sot torpaq sahəsi yolun tikintisi altına düşmüşdür. Bu zaman ona heç bir bildiriş izahat vermədən, sahibkarlıq mülkiyyəti olan yanacaqdoldurma və maye qaz stansiyası zəbt olunmuş, faktiki olaraq yanacaqdoldurma və X21lan hissəsi avtomobil yolunun mühafizə zolağına düşmüşdür. Avtomobil yolları haqqında Qanuna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 sentyabr tarixli 317 nömrəli qərarına və avtomobil yolları haqqında digər qanun və qərarlara əsasən avtomobil yollarının yerləşdiyi torpaq sahələri dövlət mülkiyyətidir. Yolun mühafizə hissəsində aparılan hər bir iş qanuna əsasən AAYDA ilə razılaşdırılmalıdır və yolun mühafizə hissəsi dövlət mülkiyyətidir, özəlləşdirilə bilməz. Bundan başqa hər hansı bir yanacaqdoldurma stansiyasının fəaliyyət göstərməsi üçün müəyyən ölçü kvadrat sahə lazımdır. Belə çıxır ki, sabah başqa bir təşkilat qalan sahəni zəbt edəcək, səsi çıxdığını gördükdə nə istəsə o qədər məbləğ təklif edəcəkdir. Qeyd edir ki, magistral yolda gedən tikinti və yenidənqurma işlərində onun yanacaqdoldurma və maye qaz stansiyası həmin tikinti planına düşməsi, hansı qayda və şərtlərlə obyektin torpağın , dövlət ehtiyaclarına alınması prosesi aparılması barədə məlumat verilməsi barədə 13.01.2015-ci il tarixdə "xxxx" ASC -yə ərizə ilə müraciət etmişdir.18.06.2015-ci il tarixli 1-4/14-3440 saylı cavab məktubunda bildirilirdi ki, “yanacaqdoldurma məntəqəsinə aid torpaq sahəsindən reklam lövhəsi və 2.57 sotu yolun tikintisi altına düşmüşdür. Həmin torpaq sahəsinə təzminat hesablanması istiqamətində işlər aparılır və bu barədə Sizə Əlavə məlumat veriləcəkdir. Məktubdan görünür ki, torpaq sahəsinə müdaxilə olunub “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikası Qanunu ” pozulub ona heç bir bildiriş , ödəniş verilmədən torpaq sahəm zəbt olunub , həmin qanununa əsasən giriş hüququ pozulmuşdur. 01 mart 2017-ci il tarixli İ-3/16-1310 nömrəli məktubla ona müraciətində yolun tikintisini altına düşən hissəsinə dəymiş ziyana görə 3500 manat məbləğində konpensasiya hesablandığını və 2015-ci il 31 iyul tarixli bildiriş qeydiyyatda olduğu ünvana göndərildiyini bildirmişdirlər.Qeyd edir ki, bildiriş və ya bu xarakterli xəbardarlıq məktubları almamışdır. Bu barədə keçirilən sonrakı məhkəmə proseslərində də bildirmişdir və sübutların məhkəməyə təqdim olunmasını xahiş etmişdir.“Məhkəmənin gəldiyi nəticəyə əsasən sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir.” Məhkəmə hansı sübutu qiymətləndirir? Azərbaycan Respublikasının Konstitusiyasını , “Torpaqların dövlət ehtiyaclarına alınması haqqında № 987-İİİQ 20 aprel 2010-cu il tarixli Azərbaycan Respublikasının Qanunu”? Azərbaycan Respublikası Avtomobil Yolları haqqında Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 sentyabr tarixli 317 nömrəli qərarını ? “Yoxsa məhkəmənin öz təşəbbüsü ilə keçirdiyi ekspertizanı? Ekspertiza rəyini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzi vermişdir. Ekspertiza rəyində yanacaqdoldurma və maye qaz məntəqəsinin köçürülməsinin zəruri olub olmaması sualları qoymuşdur. Ekspertiza qarşısında qoyulan sualların onun tərəfindən qoyulmadığından məhkəmənin özü tərəfindən və cavabdehlə razılaşdıraraq qoyulduğunu hesab edir.Yoxsa Azərbaycan Avtomobil X13 özünün məktubunda reklam lövhəsinin və 2.57 sot torpağın yolun tikintisi altında qaldığını göstərdiyinə, qalan hissəsinin qanunvericiliyə əsasən yolun mühafizə zolağına düşdüyü üçün onun orada mülkiyyət və sahibkarlıq hüququnun itdiyini? Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.Konstitusiyanın 29-cu maddəsinə görə , hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir.Mülkiyyət hüququ , o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə , konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Konstitusiyanın 13-cü maddəsində göstərilir ki, “ İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsində göstərilir ki, “ İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.” Məhkəmə iddia tələbini üç hissəyə bölmüşdür. Halbuki tələbi “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikası Qanuna “ əsasən yanacaqdoldurma stansiyasının köçürülməsi və həmin qanun çərçivəsində kompensasiyanı almaqdır. Görünür məhkəmə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikası Qanunu “ və Konstitusiyanın 29-cu maddəsi ilə tanış olmamışdır. Heç bir məhkəmə qərarı olmadan , heç bir razılaşma olmadan, dövlət ehtiyacı üçün torpaq alınarkən Nazirlər Kabinetinin sərancamlarında mülkiyyətimin, adımın qeyd olunmaması faktiki zəbtini qanuniləşdirməyə çalışmışdır. Bundan sonra məhkəmə əsaslandırmışdır ki, “məhkəmə araşdırması zamanı edildiyi kimi, 15 sentyabr 2011-ci il tarixində Azərbaycan Respublikası Kürdəmir-Ucar-Yevlax- Bərdə-Tərtər Avtomobil yolu , hissə lC(-kml30 +940) magistral avtomobil yolu üzrə tikinti işlərinin yerinə yetirilməsinin planlaşdırılması və işlərin yerinə yetirilməsi, başa çatdırılması və qüsurların aradan qaldırılması işlərə başlanılmışdır.” Bu hissədə bildirmək istəyir ki, məhkəmə yəqin ki, planlaşdırma işləri ilə yerinə yetirilmə işlərini ayırd etməmişdir. Onun məhkəmə çəkişmələri başlayan zaman əldə etdiyi məlumata əsasən yolun həmin hissədə layihələndirməsi dekabr 2012-ci il olmuşdur. Yolun tikintisi isə həmin hissədə 2015-ci ildə olmuşdur. Yolun tikintisi zamanı isə lahiyələndirmə bir neçə dəfə dəyişdirilmişdir . Onun təbii ki, bu barədə məlumatım olmamışdır. Məhkəmə planlaşdırma barədə araşdırma aparmaqdansa, onun yanacaqdoldurma stansiyasının neçənci ildə zəbt olduğunu, niyə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikası Qanuna “ əməl olunmadığını , niyə bu barədə Nazirlər Kabinetinin , Maliyyə Nazirliyinin məlumatlı olmadığını , niyə bildiriş verilmədiyini, niyə dövlət məmuruna yaraşmayan sifətlə ”qoçu” kimi zəbt etdiyini araşdırmamışdır. “Eyni zamanda müəyyənedilmişdir ki, Yevlaxrayonu, Aşağı Qarxun kəndi, Bakı-Qazax yolunun 272-ci km-nin sol tərəfində yerləşən Yanacaqdoldurma X4 mülkiyyətində olmuş və sonuncu Kürdəmir-Ucar-Yevlax-Bərdə-Tərtər Avtomobil yolunun tikildiyi dövrdə 15.03.2013-cü il tarixli AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqısatqı müqaviləsi”nə əsasən məntəqəni iddiaçıya satmışdır.Bundan sonra iddiaçı 17.05.2013-cü il tarixdə Yevlax rayonu, Aşağı Qarxun kəndi, Bakı-Qazax yolunun 272-ci km-nin sol tərəfi ünvanında yerləşən Yanacaqdoldurma Stansiyasının isdifadəsində olan 1172.95 kv.m torpaq sahəsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsindən 152(yüz əlli iki) manata satın almışdır.” Yenə məhkəmə öz əsaslandırması ilə aləmi bir-birinə qatmışdır. Alınmış mənzilə “kupça” alarkən daşınmaz əmlaka rüsum, çertyoj və sənədləşmə üçün müəyyən məbləğ ödənir. Məhkəmənin qənaətincə ödənmiş 152 manat pul həmin mənzilin qiymətidir. Belə yanaşma olduqca səhv, tərəf tutmağa çalışmaqdır. Məhkəmə təsviri hissədə 2013-cü ildə 25000 (iyirmi beş min) manata aldığımı qeyd edib. Görünür bu hissə yadından çıxıb. İş materiallarında da var ki, Dövlət Əmlak Komitəsinin auksion protokoluna əsasən 28 mart 1997-ci ildə 18506000 manata özəlləşdirilib. 20 iyul 2009-cu ildə ona Yevlax 2 saylı notariusun verdiyi vəkalətnamə ilə yanacaqdoldurma stansiyasını X12 almışdır. Sənədləşmə işləri vaxt apardığından rəsmiləşdirilməmişdir. Əslində onun mülkiyyət hüququ o dövrdən başlayır. Təbii ki, məhkəmənin təsviri hissədə qeyd etdiyi kimi 25000 manata yox baha qiymətə almışdır. Sənədləşdirmə, rəsmiləşdirmə işlərinin başa çatması üçün bir sıra əlavə xərcləri də çıxmışdır. Hamıya məlumdur ki, yol kənarı 25000 manata yanacaqdoldurma stansiyası olmamışdır. 25000 manat daşınmaz əmlakın alqı-satqı müqaviləsində göstərilən qiymətdir. X14 neft məhsullarının satışına lisenziyası və "xxxx" firması olmuşdur. O, "xxxx" firmasının direktoru olmuşdur. Firmanın yanvar 2009-cu il fevral 2010-cu ilər dövrü üçün səyyar vergi yoxlamasını da keçirtmişdir. Orada da qeyd olunur ki, yoxlanılan dövrdə firmanın direktoru o olmuşdur. İşin mübahisəsiz və ekspert rəyləri ilə müəyyən olunan halları ondan ibarətdir ki, ona məxsus Yanacaqdoldurma və X27 isdifadəsində olan 1172.95 kv.m torpaq sahəsinin 257 kv.m hissəsi Kürdəmir-Ucar-Yevlax-Bərdə-Tərtər Avtomobil yolunun tikintisi zamanı yolun tikintisində istifadə olunmuş və bunun müqavilində ona 3500 manat komensasiya hesablanmışdır. Dövlət ehtiyacı üçün torpağın alınarkən bazar qiyməti ilə müəyyənləşir. İkincisi yolun tikintisi altına düşən sahədən başqa qalanı avtomobil yolunun mühafizəsi altına düşür. Həmin sahə qanuna əsasən avtomobil yoluna aiddir. Onun orada hər hansı bir iş görməyim cavabdeh AAYDA- mn razılığı ilə ola bilər. Özü də mülkiyyətçi olmadan. Məhkəmə əsaslandırır ki, onun mülkiyyətində olan Yanacaqdoldurma və maye qaz Stansiyasından isdifadə edə bilmədiyini bildirirək iddianın birici hissəsini irəli sürmüş və məntəqənin köçürülməsi və müasir avadanlıqlarla yeni məntəqənin tikilməsi üçün dövlət tərəfindən vəsaitin verilməli olmasını iddia edir ki, onun iddiası əsassız və qanunsuzdur. Belə ki, iş materiallarında olan fotoşəkillərdən və mülkiyyət sənədlərindən müəyyən olunur ki, onun mülkiyyətində olan məntəqə 1992-1995-ci illərdə tikilmiş və məntəqənin avadanlıqları həmin dövrə uyğundur. Yəni, məntəqə və onun ləvazimatı köhnədir və istismara yararlı olub-olmaması bəlli deyildir. Burada dəqiqləşdirmək lazımdır ki, 27 aprel 1994-cü ildə Yevlax şəhər X18 qərarı ilə torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi "Aztexinnjxtarlaşdırma" İstehsalat Birliyi tərəfindən 29 oktyabr 1996-cı ildə X26 Məntəqi İstismar İdarəsinə X19 kimi Texniki Pasport verilib. 28 mart 1997-ci ildə Auksionda özəlləşdirilib 25 sentyabr 1997-ci ildə "Azəmefttəchizat" X31 Bazasına göndərdiyi 01-07/685 saylı məktuba əsasən neft məhsulları ilə təmin olunub. Məhkəmə təsviri hissədə qeyd etdiyi kimi 70-80-ci ilin Sovet dönəminin köhnə tikilisi deyil Müstəqilliyimizin ilk dövrlərində tikilmiş X19dir. Məhkəmə niyə 1992-ci il yazır başa düşülmür. Belə anlaşılır ki, istismara yararlı olmasa kim nə istəsə edə bilər .Deməli məhkəmə yerində baxış keçirtməmişdir, ancaq fotoşəkil vasitəsi ilə müəyyən etmişdir. Bundan başqa iş materiallarında olan fotoşəkillərdən müəyyən olunur ki, məntəqəyə giriş və çıxış hər hansı formada məhdudlaşdırılmayıb və ekspertin rəyi ilə razılaşmayan məhkəmə qeyd edir ki, rəyin bu hissədə məzmunu işin faktiki hallarına uyğun deyildir. Eyni zamanda ekspert rəyində məntəqənin təyinatı üzrə fəaliyyət göstərməsinə maneə kimi yanacaq doldurma çənlərinin yolun təsir zonasına düşdüyü qeyd olunur ki, bununla əlaqədar yanacaq doldurma və maye qaz məntəqəsinin deyil çənlərini yerinin dəyişdirilməsi kifayətdir ki, onun çənlərin yerinin dəyişdirməli və məntəqnin hazırki standartlara uyğun təchiz etdikdən sonra məntəqənin təyinatı üzrə isdifadəsinə nail ola bilər. Bu zaman onun cavabdehdən yalnız çənlərin yerinin dəyişdirilməsi ilə bağlı çəkdiyi xərcləri görülmüş işlərə dair smeta təqdim etməklə təqdim edə bilər ki, bu da hazırki məhkəmə araşdırmasının predmetini təşkil etmir. Yuxanda şərh olunan qanunvericiliyin tələbinə əsasən məhkəmə qeyd edir ki, yolun çəkilməsi ilə əlaqədar dövlət onun yanacaq doldurma və maye qaz məntəqəsinə hər hansı ziyan yetirilmədiyindən və dövlət yalnız yolun çəkilməsinə idtifadə edilmiş torpaq sahəsinin dəyəri həddində hazırki vəziyyətdə məsuliyyət daşıdığından iddiaçının tələbi üzrə məntəqənin köçürülməsi və müasir standartlara cavab verən məntəqənin tikintisinə görə məsuliyyət daşımır və dövlətdən bununla bağlı pul tutula bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia qiymət verlən hissədə rədd edilməlidir. Əwəlki məhkəmə baxışını keçirən məhkəmə iclaslarının birində qeyd etmişdi ki, yanacaqdoldurma məntəqəsinin yanından keçəndə yolun mühafizə hissəsinin məntəqənin xeyli hissəsinin tutduğunu cavabdehə bildirmişdir. Məhkəmə köçürülmənin vacib olub olmamasının müəyyən edilməsi üçün eksperiza keçirməsi haqqında qərardad qəbul etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xüsusi biliyə malik ekspertlərinin rəyini sübutların qiymətləndirilməsində nəzərə almaması məhkəmənin səlahiyyətidir. Lakin məhkəmənin ekspert əvəzi fotoşəkillə müəyyən etməsi onu çaşdırır. Görünür əvvəlki hakim o qədər sahədə xüsusi biliklərə malik olmamışdır. Məhkəmənin əsaslandırmasında qeyd olunur ki, onun çənlərinin yerini dəyişdirməli, öz hesabına hər şey etməlidir. O, qeyd edir ki, yolun mühafizə olan hissəsi yanacaqdoldurma və maye qaz stansiyanı tutur. Yanacaqdoldurma və X27 təhlükəsizlik məsələləri necə olsun. O birisi gün Fövqəladə hallar nazirliyi gəlsin bağlasın ki, təhlükəsizlik tələblərinə cavab vermir. AAYDA- mn özü istənilən zaman deyəcək ki, çıx onun mühafizə zolağından. İddianın ikinci hissəsi ilə bağlı (Azərbaycan Respublikası Prezdentinin 26 dekabr 2007-ci il tarixli Fərmanına əsasən 20 faiz satınalma qiymətinə 87332.4 manat əlavə haqqın cavabdehdən tutulması) məhkəmə qeyd edir ki, iddia bu hissədə də əsassızdır. Müəyyən olunduğu kimi onun mülkiyyətində olan X19nə xidmət edən və onun tərəfindən Kürdəmir-Ucar-Yevlax-Bərdə-Tərtər Avtomobil yolunun tikintisi zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsindən 152 ( bir yüz əlli iki) manata satın alınmış 1172.95 km.m torpaq sahəsini mövcüd olmuşdur. Yəni satın alınmış torpaq sahəsinin 1 kv.m hissəsi təqribən 13 qəpiyə qiymətləndirilmişdir. Kürdəmir-Ucar-Yevlax- Bərdə-Tərtər Avtomobil yolunun tikintisi zamanı bu torpaq sahəsinin yalnız 257 kv.m hissəsi istifadə edilmişdir ki, istifadə edilmiş 257 kv.m torpaq sahəsini yalnız 257 kv.m torpaq sahəsinin 2013-cü ildə satın alma dəyəri təqribən 33 manat təşkil etmişdir ki, cavabdehə 257 kv.m torpaq sahəsinə görə hesablanan kompensasiyanın məbləği 3500 manat olaraq tam ədalətli olmaqla Azərbaycan Respublikası Prezdentinin 26 dekabr 2007-ci il tarixli Fərmanına əsasən əlavə verilməli olan 20 faiz nəzərə alındıqda belə artıqdır. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, iddia bu hissədə də əsassız olduğundan rədd edilməlidir. Qeyd edir ki, neft məhsullarının qiymətləri Taarif Şürası tərəfindən tənzimlənir. Vergi tutulmaları isə Vergi Məcəlləsi ilə tənzimlənir. O ki ,qaldı firmanın əvvəlki dövrlərdə işləməsinə qazanc verməsinə bu neft məhsullarının qiymətləri və vergilər kimi tez-tez dəyişmişdir. Onun öz fəaliyyəti "xxxx" QSC ilə təsisçisi və direktoru olduğu "xxxx" MMC arasında 06 aprel 2018 il tarixdə 01/715 nömrəli alqı-satqı müqaviləsinə əsasən 16930000(on altı milyon doqquz yüz otuz min) manat oluşdur. Bildirir ki, məhkəmənin ekspert üçün qoyduğu sual (əmtəəşunaslıq üçün 12-ci sual) müqavilənin onuncu maddəsində hüquqi ünvan ünvan 3əli ərazilə. Həmin müqavilədə nəzərdə tutulan neft məhsullarından 222475 manat mal almış və satmışdır . "xxxx" QSC həmin əraziyə mal buraxılışını dayandırmışdır, mal buraxılışımmn dayanma səbəbi isə beynəlxalq avtomobil yolu olduğundan, avtobillərin yüksək sürət həddi məntəqənin təhlükəli zona da yəni yolun mühafizə zolağında olması səbəbindən, təhlükəsizlik baxımından qeyri rəsmi imtina edilmişdir. Məhkəmə 8 saylı Beyləqan ərazi idarəsindən təsisçi olduğu "xxxx" MMC VÖEN ********** və "xxxx" MMC VÖEN ********** firmalar haqqında sorğu göndərib bilgi tələb etsəydi neft məhsullarının topdan və pərakəndə alqı-satqısı ilə fəaliyyət görsədən yüksək dövrüyə ilə işləyən iş adamı olduğu barədə dəqiq məlumat əldə edə bilərdi. Məhkəmə onun həmin ərazidə öz fəaliyyətini niyə görməməzlikdən gəlir başa düşmür. Onun yanacaqdoldurma və X27 köçürülməsi üçün əsaslandığı hissə ərazimin 2.57 sot hissəsinin yolun tikintisi altına düşməsi qalan hissənin yolun mühafizə zolağına düşməsi, bu səbəbdən təhlükəsizlik tədbirlərinin görülməsinin vacibliyi və Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikası Qanununa əsasən köçürülmədir. Bütün yuxarıda göstərilənləri , Azərbaycan Respublikasının Konstitusiyasını, “Torpaqların dövlət ehtiyaclarına alınması haqqında № 987-İİİQ 20 aprel 2010-cu il tarixli Azərbaycan Respublikasının Qanunu”, “Azərbaycan Respublikası Avtomobil Yolları haqqında Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 sentyabr tarixli 317 nömrəli qərarını “ nəzərə alaraq, Şəki İnzibati Məhkəməsinin 18.11.2020-ci il tarixli 2- 1(116) - 6/2020 saylı iş üzrə qərarını ləğv etməyinizi, İddiaçı cavabdeh Azərbaycan X2rşı (üçüncü şəxs Maliyyə Nazirliyi) “Azərbaycan Avtobil X23ndən (“Azəravtoyol“ ASC) onun xeyrinə mülkiyyətində olan Yevlax rayonu, Aşağı Qarxun kəndi, Bakı-Qazax şossesinin 272 km-nin sol tərəfində yerləşən Yanacaqdoldurma və X29 başqa əraziyə köçürülməsi üçün 436620.0 manat məbləğində vəsaitin, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr2007-ci il tarixli Fərmanına əsasən 20 faiz satınalma qiymətinə əlavə haqqın 87332.4 manat, 1 245548.4 manat (249.109.68 manat illik gəlir x 5 ilə) əldən çıxmış gəlirin tutulması barədə” yeni qərar qəbul çıxarılmasını xahiş edir. tərəflərin izahatları: İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. Məhkəmə kollegiyası işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. əsaslandırma hissəsi: Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 82-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi mübаhisə ilə bаğlı işə şikаyət həddində və hüquqi məsələlər, hаbelə sübutlаr və fаktlаr (fаktiki hаllаr) əsаsındа mаhiyyəti üzrə tаm həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci mаddəsinin tələblərinə əsаsən yeni təqdim olunmuş sübutlаrı (sübutetmə vаsitələrini) və fаktlаrı (fаktiki hаllаrı) dа nəzərə аlır. Apellyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı cavabdehə təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Ali Məhkəmənin göstərişləri ilə qarşılıqlı surətdə araşdıraraq belə qənaətə gəlir ki, İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 14 iyul 2018-ci il tarixli, 2-1(102)1197/2021 qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 aprel 2021-ci il tarixli 2-1(107)-122/2021 nömrəli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır Ali Məhkəmənin sözügedən qərarında işə təkrar baxılarkən nəzərə alınmalı prosessual normalar göstərilmişdir. İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmənin tövsiyəsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Belə ki, işdən görünür ki, iddiaçı mülkiyyətində olan Yevlax rayonu, Aşağı Qarxun kəndi, Bakı-Qazax şosesinin 272-ci kilometrinin sol tərəfində yerləşən Yanacaqdoldurma və X27 başqa əraziyə köçürülməsi üçün 436.620 manat məbləğində vəsaitin, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli Fərmanına əsasən 20 faiz satınalma qiymətinə 87.332 manat əlavə haqqın və hər ilə 249.109 manat olmaqla 5 il üçün 1.245.548 manat əldən çıxmış gəlirin cavabdehdən tutulmasını xahiş etmişdir. İddiaçı hesab edir ki, Kürdəmir-Ucar-Yevlax-Bərdə-Tərtər Avtomobil yolunda magistral avtomobil yolu üzrə tikinti işlərinin yerinə yetirilməsinin planlaşdırılması və işlərin yerinə yetirilməsi, başa çatdırılması üçün işlərə başlanılmış, bu zaman mülkiyyətində olan X19nin bir hissəsi yeni salınacaq yola, bir hissəsi də mühafizə zolağına düşdüyündən mülkiyyətindən istifadə edə bilməmiş, nəticədə ona dəyən ziyanın məbləği ekspertiza rəyi ilə müəyyən edilmişdir. İddiaçı tələbində Yanacaqdoldurma və X27 başqa əraziyə köçürülməsi üçün kompensasiya ödənilməsini xahiş etmişdir. İşə baxan inzibati məhkəmə isə iddiaçı ilə tələbi dəqiqləşdirməmiş, Yanacaqdoldurma və X27 konkret olaraq hansı əraziyə, o cümlədən qonşu əraziyə, yaxud başqa ünvana (hansı ünvana) köçürülməli olmasını müəyyən etməmiş, iddiaçı ilə bu barədə dəqiqləşdirmə aparmamış, həmçinin yanacaqdoldurma məntəqəsi (onun bir hissəsi) yolun tikinti altına və mühafizə zolağına düşdüyündən fəaliyyət göstərmədiyinə görə, yoxsa məntəqənin başqa əraziyə köçürülməsi ilə bağlı xərclər də nəzərə alınmaqla dəyən ziyan üçün kompensasiya ödənilməli olması ilə bağlı iddia tələbini dəqiqləşdirməmişdir. Belə ki, işdə olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda Yevlax rayonu, Aşağı Qarxun kəndi, Bakı-Qazax şosesi, 272-ci km-nin sol tərəfi ümumi sahəsi 15,2 kv.m tikili, 0,1173 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Lakin çıxarışda qeyri-yaşayış sahəsinin tərkibi kimi operator binası 43,85 kv.m, talvar 58,10 kv.m, ayaqyolu 2,56 kv.m, cəmi 104,51 kv.m olduğu göstərilmiş, qeyd edilən tikililərin (hansının) yolun tikinti altına və mühafizə zolağına düşməsi araşdırılmamışdır. Cavabdeh iddiaçıya göndərdiyi ayrı-ayrı məktublarında yanacaqdoldurma məntəqəsinə aid torpaq sahəsindən yalnız 2,57 sot torpaq sahəsinin və reklam lövhəsinin yolun tikinti altına düşdüyünü bildirmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 21 fevral 2019-cu il tarixli rəyində 2,57 sot torpaq sahəsinin və reklam lövhəsinin yolun tikinti altına, A tikilisinin və çənin yolun mühafizə zolağına düşdüyü, həmçinin yanacaq-maye qaz doldurma məntəqəsinə nəqliyyat vasitəsinin sərbəst giriş-çıxışı məhdudlaşdığı və təyinatı üzrə istifadəsinin mümkün olmadığı qeyd edilmişdir. İşə baxan məhkəmə qeyd olunan hallarla bağlı araşdırma aparmamış, iddiaçının yolun tikinti altına və mühafizə zolağına düşməyən əmlakından təyinatı üzrə istifadə etməsinin mümkünlüyünü tərəflərin və ekspertin iştirakı ilə yoxlamamış, yanacaqmaye qaz doldurma məntəqəsinə nəqliyyat vasitəsinin sərbəst giriş-çıxışın məhdudlaşmasının hansı həddə olduğunu müəyyən etməmiş, bundan asılı olaraq bütövlükdə əmlakın hamısı və yolun tikinti altına və mühafizə zolağına düşən hissəsi üçün dəyən ziyanın məbləğini müəyyən etməmişdir. Bundan başqa işdən görünür ki, iddiaçının əmlakının ən azından bir hissəsinin dövlət əhəmiyyətli yolun çəkilməsi üçün istifadə edilməsi mübahisəsiz hal olsa da cavabdeh əmlakın (torpaq sahəsinin) bazar qiyməti ilə bağlı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələb etdiyi qaydada məhkəmələrə hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.1 və 58.2-ci maddələrinə istinad edərək bildirir ki, bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Lakin işdən görünür ki, iddiaçının əmlakı alınarkən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə əməl olunması araşdırılmamış, əmlakın dəyəri həmin Qanuna uyğun qiymətləndirilməmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə fotoşəkillərə və iddiaçının mülkiyyət sənədlərinə istinad edərək məntəqənin 1992-1995-ci illərdə tikildiyini və avadanlıqların həmin dövrə aid olduğunu, bu səbəbdən məntəqə və onun ləvazimatının köhnə olduğunu bildirmiş, lakin fotoşəkillərin çəkilmə vaxtını, həqiqətən iddiaçıya aid yanacaqdoldurma məntəqəsi olduğunu, yol çəkilərkən məntəqənin fəaliyyət göstəribgöstərməməsini araşdırmamış, 1992-1995-ci ildə tikilmiş məntəqənin 2011-2013-cü illərdə köhnə olmasını əsaslandırmamış, yolun çəkilişi zamanı istismara yararlı olub-olmamasını müəyyən etməmiş, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 29 iyun 2013-cü il tarixli çıxarışda qeyri-yaşayış binasının tərkibi kimi ayrı-ayrı tikililərin qeyd edilməsini, texniki pasportda əsas tikililərin texniki təsviri və vəziyyəti səhifəsində köhnəlmə faizinin 20 faiz göstərilməsini və s. nəzərə almamışdır. Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli Fərmanına görə dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə yuxarıda göstərilən qaydada iddiaçının əmlakının (ziyan dəyən həddə) bazar qiymətini müəyyən etməməklə yanaşı, hesablanmalı bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilməsi hissəsində düzgün nəticəyə gəlməmiş, iddiaçıya ödənilməli olan kompensasiyanın 20 faizi miqdarında əlavə haqqı bazar qiymətinə uyğun hesablamamışdır. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentinin məhkəməyə ünvanladığı məktubunda bildirmişdir ki, Yevlax rayonu, Aşağı Qarxun kəndi ərazisində Bakı-Qazax şosesinin 272-ci km-də yolun sol tərəfində yerləşən yanacaqdoldurma və X33 məntəqəsi "xxxx" Firmasının (VÖEN:**********) təsərrüfat subyekti (obyekt) kimi 20.11.2007-ci il tarixdə **********-22001 kodla vergi uçotuna alınmışdır. Həmin obyekt "xxxx" Firmasının 27.12.2012-ci il tarixli ərizəsinə əsasən 28.12.2012-ci il tarixdən bağlanmışdır. Lakin adı çəkilən obyekti iddiaçı aldıqdan və iddiaçının mülkiyyət hüququ yarandıqdan sonra təsərrüfat subyekti kimi fəaliyyət göstərməsi araşdırılmamış, bununla bağlı vergi orqanına, statistika idarəsinə və s., həmçinin kommunal xərclər ödənilməsi ilə bağlı sorğular edilməmişdir. Beləliklə, işə baxan birinci instansiya məhkəməsi iddiaçının iddia ərizəsində qeyd etdiyi halları tam və ətraflı şəkildə araşdırmayaraq qanunveriicliyin tələblərinə uyğun olmayan qərar qəbul etmişdir. İnzibati Prosessual Məcəllənin İPM-in 87.7-ci maddəsinə görə Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: [40] 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Qeyd edilən Məcəllənin 12.1-ci maddəsində qeyd edilir ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsində isə göstərilir ki, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əhəmiyyətli sayda və ya geniş həcmdə sübutları araşdırmadan yekun qərar qəbul etmişdir. Ona görə də apellyasiya şikayəti qsimən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş mahiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli 2-1(116)-6/2020 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan X2rşı (üçüncü şəxs Maliyyə Nazirliyi) “Azərbaycan Avtomobil Yolları Agentliyindən (Cavabdeh) onun xeyrinə mülkiyyətində olan Yevlax rayonu, Aşağı Qarxun kəndi, Bakı-Qazax şossesinin 272-ci km-nin sol tərəfində yerləşən Yanacaqdoldurma və X27 başqa əraziyə köçürülməsi üçün 436620.0 manat məbləğində vəsaitin, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli Fərmanına əsasən 20 faiz satınalma qiymətinə əlavə haqqın 87332.4 manat, 1245548.4 manat (249109.68 manat illik gəlir 5 il) əldən çıxmış gəlirin tutulması barədə” tələbinə dair inzibati iş yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. İş üzrə sədrlik edən hakim Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar