Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-401/2024 10.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), X3 və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli **********343700 nömrəli əmri ilə verilmiş töhmətin ləğv edilməsi və 2023-cü ilin oktyabr, noyabr ayları üçün və iddia tələbi üzrə qəbul ediləcək qərar icra edilən günədək hesablanmalı olan əmək haqqına əlavələrin və 8 Noyabr Zəfər bayramı münasibətilə bağlı verilmiş olan mükafatın və iddia tələbi üzrə qəbul ediləcək qətnamə icra edilən günədək ona verilməli olan mükafatların hesablanaraq cavabdehdən tutularaq verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 22 may 2024-cü il tarixli 2-1(116)- 1592/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin xx.xx.2023-cü il tarixli **********343700 nömrəli əmri ilə verilmiş töhmətin ləğv edilməsi və 2023-cü ilin oktyabr, noyabr ayları üçün və iddia tələbi üzrə qəbul ediləcək qərar icra edilən günədək hesablanmalı olan əmək haqqına əlavələrin və 8 Noyabr Zəfər bayramı münasibətilə bağlı verilmiş olan mükafatın və iddia tələbi üzrə qəbul ediləcək qətnamə icra edilən günədək ona verilməli olan mükafatların hesablanaraq cavabdehdən tutularaq verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
2. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 22 may 2024-cü il tarixli 2- 1(116)-1592/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
4. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə cavabdeh inzibati orqana mübahisənin mediasiya qaydasında həll edilməsi üçün təklif göndərmiş, xx.xx.2023-cü il tarixdə, Yevlax 1 saylı Mediasiya Təşkilatına müraciət göndərmiş, Mediasiya prosesinin tətbiqinə xx.xx.2023-cü il tarixdən başlanılmışdır. xx.xx.2023-cü il tarixdə X1 iştirak edilməməsinə dair Yevlax 1 saylı Mediasiya Təşkilatından arayış əldə etdikdən sonra xx.xx.2023-cü il tarixdə Yevlax Rayon Məhkəməsində cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı "əmək mübahisəsi — töhmətin ləğv edilməsi, əmək haqqına əlavə və mükafatların ödənilməsi "iddia tələbini irəli sürmüş, iddia ərizəsi Yevlax Rayon Məhkəməsində tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Yevlax Rayon Məhkəməsinin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 2(039)-329/2024 saylı qərardada iddia tələbinə Azərbaycan Respublikası MPM-nin 153.2 və 153.2.1-ci maddələrinə əsasən mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması səbəbilə mülki işin icraatına xitam verilməsinə dair qərardad qəbul edilmişdir. Yevlax Rayon Məhkəməsinin yuxarıda qeyd edilən qərardadı qəbul edildikdən sonra İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 2.0.4-cü maddəsinə əsasən (ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciəti) cavabdeh inzibati orqana maraqlarımın təmin edilməsi üçün müraciət etmişdir. Belə ki, mübahisəyə inzibati icraatda baxılmalı olduğundan, o cümlədən iddia tələbi irəli sürməmişdən öncə , mübahisənin həlli ilə bağlı cavabdeh inzibati orqana müraciət etməli olduğu qanunun tələbi olduğundan yenidən 11 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət edərək mübahisələndirilən əmrin ləğv edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edildiyi kimi Şəki İnzibati Məhkəməsinin xx.xx.2024- cü il tarixli 2-1(116)-1592/2024 saylı qərardadının 2-ci səhifəsinin 8-ci abzasında yazılmışdır: iddiaçı X1 iştirak edilməməsi barədə arayışı əldə etdikdən sonrakı müddətdə yuxarı inzibati orqana və ya məhkəməyə deyil, yenidən xx.xx.2024-cü il tarixdə 11 saylı Ərazi Vergilər Baş idarəsinə müraciət edərək mübahisələndirilən əmrin ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin bu mövqeyinə qarşı bildirmişdir ki, o, Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(039)-329/2024 saylı qərardadı qəbul edildikdən sonra mübahisəyə inzibati icraat qaydasında baxılmalı olduğunu bildiyindən, yenidən 11 saylı Ərazi Vergilər İdarəsinə ona görə müraciət etmişdir ki, inzibati icraatda, iddia qaldırmazdan öncə mübahisənin həlli ilə bağlı cavabadeh inzibati orqana müraciət etmək inzibati qanunvericiliyin tələbidir. Eyni zamanda, hazırkı iddia tələbi üzrə Şəki İnzibati Məhkəməsində irəli sürdüyü iddia ərizəsinə Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(039)-329/2024 saylı qərardadını əlavə etmişdir. Yəni, o, X1 iştirak edilməməsi barədə arayışı əldə etdikdən sonrakı müddətdə birbaşa Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 22 may 2024-cü il tarixli 2-1(116)-1592/2024 nömrəli qərardadının ləğv edilməsini və işin yenidən Şəki İnzibati Məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
5. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 22 may 2024-cü il tarixli 2-1(116)-1592/2024 nömrəli qərardadının ləğv edilməsini və işin yenidən Şəki İnzibati Məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etdi.
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 22 may 2024-cü il tarixli 2-1(116)-1592/2024 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ
7. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. 24.5. Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. 24.6. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. 24.7. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibatı aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
9. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
10. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
11. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarına əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin, başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
13. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamaqda haqlı olmuşdur.
14. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, cavabdeh orqana qarşı irəli sürülmüş tələblər aşağıdakılardan ibarətdir:
1. cavabdeh orqan tərəfindən töhmət verilməsi barədə xx.xx.2023-cü il tarixli, **********343700 №-li əmrin ləğv edilməsi,
2. 2023-cü ilin oktyabr, noyabr ayları üçün və iddia tələbi üzrə qəbul ediləcək qərar icra edilən günədək hesablanmalı olan əmək haqqına əlavələrin və 8 noyabr Zəfər bayramı münasibətilə verilmiş olan mükafatın, iddia tələbi üzrə qəbul ediləcək qərar icra edilən günədək verilməli olan mükafatların hesablanması və cavabdehdən tutularaq ödənilməsi.
15. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq göstərmişdir ki, iddia tələbinin “xx.xx.2023-cü il tarixli, **********343700 №-li əmrlə verilmiş töhmətin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, töhmətin ləğvi tələbi yox, töhmətin verilməsi ilə bağlı verilmiş əmrin ləğvi tələbi irəli sürülə bilər. Hər bir halda iddiaçının hüquqi marağı nəzərə alınaraq məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli, **********343700 №-li əmrin mübahisələndirilməsi ilə bağlı tələbin mümkünlük şərtləri yoxlanılmışdır.
16. İş materialları ilə müəyyən olunur ki, cavabdehin xx.xx.2023-cü il tarixli, **********343700 №-li əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi 1-ci dərəcəli müfəttiş İddiaçı töhmət verilmişdir.
17. Qeyd edilən əmr xx.xx.2023-cü il tarixdə iddiaçıya məlumat üçün elektron qaydada təqdim edilmişdir. Həmin əmrin mübahisələndirilməsi ilə bağlı iddiaçı xx.xx.2023cü il tarixdə Yevlax 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir.
18. İlkin mediasiya sessiyası xx.xx.2023-cü il tarixə təyin edilmiş, həmin tarixdə Yevlax 1 saylı Mediasiya Təşkilatı tərəfindən “Mediasiya haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən X1 iştirak edilməməsi barədə arayış tərtib edilmişdir (cavabdeh orqan əmək mübahisəsinin qarşılıqlı razılıqla həll edilməsinin mümkünsüz olduğunu bildirmişdir).
19. “Mediasiya haqqında” Qanunun 29.7-ci maddəsinə əsasən bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir.
20. İşdən göründüyü kimi mediasiyada iştirakla bağlı Yevlax 1 saylı Mediasiya Təşkilatına müraciət edilən zaman artıq mübahisələndirilən əmrdən iddiaçının məlumatlı olmasından 14 gün keçmişdir. xx.xx.2023-cü il tarixdə X1 iştirak edilməməsi barədə arayışı əldə etdikdən sonrakı müddətdə iddiaçı, yuxarı inzibati orqana və məhkəməyə yox, yenidən xx.xx.2024-cü il tarixdə 11 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət edərək mübahisələndirilən əmrin ləğv edilməsini xahiş etmişdir. 11 saylı Ərazi Vergilər Baş İdarəsi hazırkı mübahisəyə münasibətdə yuxarı inzibati orqan olmadığından, müraciətə verilən cavab məktubunun xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə iddiaçıya çatdırılması “xx.xx.2023-cü il tarixli, **********343700 №-li əmrin ləğv edilməsi” barədə tələbin irəli sürülməsi üçün iddia müddətinin xx.xx.2024-cü il tarixdən hesablanmasına səbəb olmur.
21. Hazırkı iddia tələbinin “xx.xx.2023-cü il tarixli, **********343700 №-li əmrin ləğv edilməsi” hissəsi “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır.
22. Hazırkı işin hallarına münasibətdə xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə mübahisə ilə bağlı Yevlax 1 saylı Mediasiya Təşkilatında icraat aparılmasına baxmayaraq, artıq sözügedən mediasiya təşkilatına müraciət edilənədək əmrdən iddiaçının məlumatlı olduğu vaxtdan 14 gün keçdiyindən, xx.xx.2023-cü il tarixdə X1 iştirak edilməməsi barədə arayışı əldə etdikdən sonrakı 16 gün ərzində məhkəmədə iddia qaldırılmalı idi.
23. Yəni, xx.xx.2023-cü il tarixli, **********343700 №-li əmrin mübahisələndirilməsi ilə bağlı 30 günlük iddia müddətinin buraxılması ilə bağlı Yevlax 1 saylı Mediasiya Təşkilatında icraat aparıldığı dövrün üzürlü hal kimi qəbul edilməsi mümkün olsa da, mediasiya icraatı başa çatdıqdan sonrakı dövr ərzində - xx.xx.2023-cü il tarixədək məhkəməyə müraciət edilmədiyinə görə İPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddəti buraxılmışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə 11 saylı Ərazi Vergilər Baş İdarəsinə, daha sonra isə Yevlax Rayon Məhkəməsinə müraciət edərkən artıq, xx.xx.2023-cü il tarixli, **********343700 №-li əmrin mübahisələndirilməsi ilə bağlı 30 günlük iddia müddəti ötürülmüşdür.
24. Hazırkı iş üzrə iddia ərizəsi isə xx.xx.2024-cü il tarixdə, yəni, 1 ay, 18 gün sonra Şəki İnzibati Məhkəməsinə təqdim edilmişdir.
25. Odur ki, xx.xx.2023-cü il tarixli, **********343700 №-li əmrin mübahisələndirilməsi ilə bağlı İPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddəti buraxılmışdır. Bu isə iddianın mümkün sayılmaması üçün əsasdır.
26. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə ... İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini... yoxlamalıdırlar.
27. İddia tələbinin “2023-cü ilin oktyabr, noyabr ayları üçün və iddia tələbi üzrə qəbul ediləcək qərar icra edilən günədək hesablanmalı olan əmək haqqına əlavələrin və mükafatların, 8 noyabr Zəfər bayramı münasibətilə verilmiş olan mükafatın cavabdehdən tutularaq ödənilməsi” hissəsinə münasibətdə qeyd edilməlidir ki, xx.xx.2023-cü il tarixli, **********343700 №-li əmrin verilməsi nəticəsində iddiaçının məhrum olduğu əmək haqqına əlavələr, mükafatların hesablanaraq ödənilməsi hissəsi ilkin tələbdən asılı tələbdir və həmin ödənişlərin verilməməsi məhz sözügedən əmrin qəbul edilməsi ilə bağlı olduğundan ilkin tələbin qeyri-mümkün olması tələbin həmin hissəsinin də, mümkünsüzlüyünə səbəb olur.
28. “Məhkəmə qərarının icra edildiyi günədək hesablanmalı olan əmək haqqına əlavələrin və mükafatların ödənilməsi” tələbinə münasibətdə isə qeyd edilməlidir ki, iddiaçı hazırda cavabdeh orqanla aralarında yaranmış mübahisə ilə bağlı iddia tələbi irəli sürməklə bərabər, inzibati orqanla aralarında gələcəkdə mövcud olub-olmayacağı qeyrimüəyyən olan hüquq münasibətləri üzrə ödənişlərin verilməsini tələb edir. Hazırkı mərhələdə tələbin həmin hissəsində iddiaçı ilə cavabdeh orqan arasında mübahisə olmadığından, tələbin həmin hissəsinə münasibətdə iddiaçının hüquqi marağının mövcudluğu müəyyən edilmir (tələb gələcək zamana münasibətdə inzibati orqana qarşı ödənişlərin verilməsindən ibarətdir).
29. Gələcək dövrə münasibətdə ödənişlərin verilməsi tələbi ilə bağlı cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsinin (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcudluğu müəyyən edilmir.
30. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.
31. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün iddiaçıya 10 gün müddət təyin edilmişdir. Lakin, ötən müddət ərzində məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməmişdir.
32. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.
33. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
34. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 22 may 2024-cü il tarixli 2-1(116)- 1592/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 22 may 2024-cü il tarixli 2-1(116)-1592/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.