Məhkəmə qərarları › İş №2-1(107)-402/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-402/2025

09.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-402/2025 09.12.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən, məruzəçi), X27 və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, Üçüncü şəxs X3 vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "Təhsil Şöbəsinin "Maarif" bağçılıq yoldaşlığından ayrılmış 59 saylı 500 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X19 məxsus olması barədə arayışın hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-5/2024 nömrəli qərarından iş üzrə üçüncü şəxs X20 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Mingəçevir İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 76 nömrəli qərarına əsasən Təhsil Şöbəsinin "Maarif" bağçılıq yoldaşlığından X19 ayrılmış 59 nömrəli 500 kv.m torpaq sahəsinə adına plan və ölçü hazırlanmaqla mülkiyyət hüququnun qeydiyyata alınıb çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki inzibati Məhkəməsi tərəfindən iddiaçıya İPM-nin 13-cü maddəsinə əsasən xx.xx.2021-ci il tarixdə hüquqi yardım edilərək iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi izah edilmişdir.

3. İddiaçı xx.xx.2022-ci il tarixdə iddianı dəyişdirmiş və məhkəməyə "İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə" verərək iddia tələbini "Mingəçevir İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 76 nömrəli qərarına əsasən Təhsil Şöbəsinin "Maarif" bağçılıq yoldaşlığından X19 ayrılmış 59 nömrəli 500 kv.m torpaq sahəsinə X3 adına verilmiş **********497 reyestr nömrəli "X34 və ölçüsü"nün ləğv edilməsi, X13 adına "X34 və ölçüsü" hazırlanmaqla mülkiyyət hüququnun qeydiyyata alınıb çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" kimi ifadə etmişdir.

4. Şəki inzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-588/2022 nömrəli qərardadı ilə İddiaçı iddianı dəyişdirməsi qəbul edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi ilə əvəz edilmişdir.

5. Şəki inzibati Məhkəməsi xx.xx.2022-ci il tarixli, 22-1(116)-588/2022 nömrəli qərardadı ilə X20 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.

6. Şəki inzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-44/2023 saylı qərardadı ilə Mingəçevir bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir.

7. İddiaçının vəkili xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərək, Mingəçevir İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 76 nömrəli qərarına əsasən Təhsil Şöbəsinin "Maarif" bağçılıq yoldaşlığından ayrılmış 59 saylı 500 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X19 məxsus olması barədə arayışın (elektron çıxarışın) hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. Şəki inzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsinin dəqiqləşdirilməsi icraata qəbul edilmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, X28 onun atasıdır. O, 19 avqust 2008-ci ildə vəfat etmişdir. X39 Mingəçevir şəhər Xaldan şossesinin sol tərəfindən Mingəçevir İcraiyyə Komitəsinin 21 fevral 1989-cu il tarixli 76 saylı Qərarına əsasən Təhsil Şöbəsinin «Maarif» bağçılıq yoldaşlığından 500 kv.metr torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin nömrəsi 59-dur. Orada yaşayış evi inşa etdirmişdir. Atası vəfat etdikdən sonra o, mirasın qəbulu ilə bağlı notariat ofisinə müraciət etmiş və vərəsəlik işi açılmışdır. Bu əsaslarla da cavabdeh orqana müraciət edib torpağa mülkiyyət hüquqlarını qeydə aldırmaq istəmişdir. Oradan isə 05 oktyabr 2021-ci il tarixli məktubla imtina verilmişdir. İmtinada göstərilmişdir ki, sənədləşdirmək istədiyi naturada torpaq sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər Şöbəsi tərəfindən verilmiş **********497 reyestr nömrəli X34 və ölçüsündə göstərilən digər şəxsin istifadəsində olan torpaq sahəsində yerləşir ki, bu da bağ sahəsinin dövlət qeydiyyatına alınması ilə ziddiyyət təşkil edir. Qeyd edir ki, torpaq sahəsi onun istifadəsindədir və orada başqa şəxsin hüquqlarının qeydə alınması mümkün deyildir. Buna görə də, hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

10. Cavabdeh inzibati orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı Mingəçevir şəhərində yerləşən Mingəçevir şəhər Təhsil şöbəsinin “Maarif bağçılıq təsərrüfatı tərəfindən X19 ayrılmış 0,05 ha torpaq (bağ) sahəsinə dair çıxarışın və texniki pasportun verilməsinə köməklik edilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlər araşdırılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, ləğv edilmiş Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixli Akta əsasən DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş Mingəçevir şəhər Təhsil şöbəsinin “Maarif” bağçılıq təsərrüfatının Təhsil işçilərinə bağ sahələrinin verilməsinə dair adlı siyahısında X13 adı qeyd edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, torpaq sahəsində zəruri olan inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmışdır. Üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınacaq, naturada olan faktiki istifadə olunan torpaq sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsi tərəfindən verilmiş **********497 reyestr nömrəli X34 və ölçüsündə göstərilən digər şəxsin istifadəsində olan torpaq sahəsində yerləşir ki, bu da bağ sahəsinin dövlət qeydiyyatına alınması ilə ziddiyyət təşkil edir.

11. Üçüncü şəxs X20 iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, İddiaçı hazırkı iddia tələbi ilə razılaşmır və hesab edir ki, iddia tələbi əsassızdır, təmin edilməməlidir. Belə ki, İddiaçı onun doğma qardaşıdır və o, iddia ərizəsində göstərir ki, guya o, mübahisələndirdiyi torpaq sahəsinin istifadəçisidir və həmin torpaq sahəsində yaşayış evi inşa etmişdir. Məlumat üçün bildirir ki, Mingəçevir Şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli 76 №li qərarı ilə Mingəçevir Şəhər Təhsil Şöbəsinin “Maarif" bağçılıq təsərrüfatına bağçılıq üçün torpaq sahəsi ayrılmış və Azərbaycan Təhsil İşçiləri X30 Mingəçevir Şəhər Komitəsi tərəfindən atası X19 Mingəçevir şəhəri 4 saylı orta məktəbin müəllimi kimi həmin torpaq sahəsindən 500 kv.metr bağçılıq üçün torpaq sahəsi istifadəsinə verilmişdir. Ayrılmış torpaq sahəsində 1989-1990-cı illərdə atasının və onun maddi vəsaiti ilə 2 mərtəbəli yaşayış evi və tikililər tikilmişdir. Həmin vaxtdan halhazıradək bu torpaq sahəsindən və yaşayış evindən o, ailə üzvləri ilə və anası ilə birgə istifadə edir. İddiaçı isə heç zaman, bir gün də olsa bu torpaq sahəsindən istifadə etməmiş, bu yaşayış evində yaşamamış və hər hansı maliyyə vəsaiti xərcləməmişdir. 2008-ci ilədək olan müddətdə vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinə yalnız bağçılıq pasportu verilmiş və sonradan Mingəçevir Şəhər İcra Hakimiyyətinin tabeliyində olmuş Bağlar Təsərrüfatının, Fərdi və Bağ Evlərinin Tikintisi, İstismarı və İnkişafı İdarəsi tərəfindən həmin torpaq sahələrinə və üstündəki evlərə və digər tikililərə bağ təsərrüfatının texniki pasportu tərtib edilmişdir. Lakin, vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin onların xüsusi mülkiyyətinə verilməsi məqsədilə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 20 saylı sərəncamı ilə yaradılmış komissiya ilə mütəxəssislərin və aidiyyəti yerli orqanların iştirakı ilə torpaqların uçot-inventarizasiya və planaalma işləri aparılmış, torpaq istifadəçilərinin siyahısında dürüstləşdirmə aparılaraq ailə başçılarının, ailə üzvlərinin soyadı, adı, ata adı dəqiqləşdirilmiş və yekun siyahı hazırlanaraq təsdiq olunmuş siyahıya və yerquruluşu sənədlərinə əsasən vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin özəlləşdirilməsi üçün hüquqi sənədlərin hazırlanıb onlara verilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xahiş olunmuşdur. Həmin siyahılaşdırma və inventarizasiya aparılan müddətdə 2008-ci ilin may-iyun aylarında DT və XK-nin mütəxəssislərindən və digər işçilərdən 4 nəfər nümayəndə onların istifadəsində olan torpaq sahəsində də dəqiqləşdirmə apararkən o və atası Şəmil Zeynalov evdə olmuşlar. Ölçü aparan həmin mütəxəssislər izah elədilər ki, torpaq sahələrinin qanuni ölçüləri müəyyənləşdirilərək nəticəsi üzrə torpaq istifadəçilərinin adına X34 və Ölçüsü tərtib olunacaq və bu hüquqi sənəd torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən ilkin sənəd hesab olunacaq. Atası həmin sənədin onun adına rəsmiləşdirilməsinə razılıq verərək onların tərtib etdiyi sənəddə (siyahıda) onun soyadını, adını və ata adını qeyd elətdirmişdir. Belə ki, həmin vaxt bu evdə valideynləri və onun ailəsi yaşayırdı. Nümayəndələr də, yalnız evdə yaşayanlardan birinin adına hüquqi sənəd tərtib ediləcəyini əvvəlcədən bildirmişdilər. Qeyd etmişdir ki, atası hələ sənədləşmə aparılmamışdan əvvəl də qardaşı, İddiaçı yaşayış evi olduğuna və bu evin tikilməsində onun zəhmətinin olduğuna görə evin və torpaq sahəsinin Mehmana qalacağını anasına və digər ailə üzvlərinə bildirmişdir. Odur ki, hələ atasının sağlığında torpaq sahələrinin və istifadəçilərinin dəqiqləşdirilməsi aparılmış və müəyyən vaxt tələb olunduğuna görə onların torpaq sahəsində aparılmış dəqiqləşdirmədən 4 ay sonra onun adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir Şəhər Şöbəsi tərəfindən **********497 nömrəli X34 və Ölçüsü verilmişdir. Yəni, atası sağ ikən bu məsələ həll olunmuş və onun adına sənədləşmə aparılmışdır. Lakin, iddiaçı ilə arasında sonradan ailə münasibətləri zəminində ziddiyyət yarandığına görə o, atasının ölümündən 13 il sonra evdən və torpaq sahəsindən mülk ələ keçirmək niyyətilə mübahisəyə başlamışdır. Hesab edir ki, 1989-1990-cı illərdən hal-hazıradək ailə üzvlərinin də birgə yaşadığı evin və istifadə etdiyi torpaq sahəsinin faktiki və qanuni istifadəçisidir və atasının sağlığında onun razılığı ilə onun adına rəsmiləşdirilmiş mübahisələndirilən X40 və Ölçüsü qanuni və əsaslıdır, iddia mümkün sayılmamalıdır.

12. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin cavabdeh orqana ünvanladığı məktubdan görünür ki, ünvan 2a qeydiyyatda olan İddiaçı (tel:***-***-**-**) ünvan 2a yaşamış, xx.xx.1931-ci il təvəllüdlü, xx.xx.2008-ci il tarixdə vəfat etmiş atası X8 qalmış mirasın qəbulu və həmin hüququn rəsmiləşdirilməsinə dair ərizəsinə əsasən vərəsəlik işi açılmışdır. - AZ-İ 362442 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X28 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ləğv edilmiş Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixli Akta əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş Mingəçevir şəhər Təhsil şöbəsinin "Maarif bağçılıq təsərrüfatının Təhsil işçilərinə bağ sahələrinin verilməsinə dair adlı siyahısında X13 adı qeyd edilmişdir. - A 277731 nömrəli X34 və ölçüsü sənədindən görünür ki, sözügedən sənəd Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 161 nömrəli sərəncamına əsasən X3 adına 402,42 kv.metr torpaq sahəsinə münasibətdə tərtib edilmişdir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli **********60 nömrəli məktubdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, aparılmış araşdırma nəticəsində Mərkəzin arxivində mövcud olan əlyazma subyektlərin siyahılarında X3 adı aşkar edilməmişdir. Lakin elektron siyahıda vətəndaşın adı mövcuddur. - Həmin məktuba əlavə olunmuş Mingəçevir şəhəri üzrə bağ sahələrinə dair ilkin subyektlər siyahısından görünür ki, sıra nömrəsi 153 olan X14 adının qarşısında “qanuni istifadəsində olan bağ sahəsi” qrafasında 0,05 ha torpaq sahəsi, Mingəçevir şəhəri üzrə vətəndaşların xüsusi mülkiyyətinə verilən bağ sahələrinə aid subyektlər siyahısında, sıra nömrəsi 1160 olan İddiaçı Şamil oğlunun adının qarşısında “bağların sahəsi” qrafasında 0,05 ha torpaq sahəsi, yekun (dürüstləşdirilmiş) subyektlər siyahısında isə sıra nömrəsi 1158 olan X3 adının qarşısında “həyətyanı torpaq sahəsi” qrafasında 0,0500 ha, “mülkiyyətçiyə verilən torpaq sahəsi” qrafasında 0,0403 ha torpaq sahəsi qeyd edilmişdir. - Mingəçevir Şəhəri İcra Hakimiyyəti Başçısının Sərəncamı xx.xx.2008-ci il tarixli 161 nömrəli sərəncamından görünür ki, Mingəçevir şəhəri İcra Hakimiyyəti başçısının 11 fevral 2008-ci il tarixli 20 saylı sərəncamı ilə yaradılmış komissiyanın yekun aktını nəzərə alaraq qərar alınmışdır:

1. Mingəçevir şəhərində vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin onların mülkiyyətinə verilməsi məqsədilə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 20 saylı sərəncamı ilə yaradılmış komissiyanın iştirakı ilə hazırlanmış akt və yekun (dürüstləşdirilmiş) siyahı təsdiq edilsin.

2. Dövlət Yerquruluşu Layihə İnstitutunun mütəxəssisləri tərəfindən aidiyyəti yerli orqanların iştirakı ilə yerində, təsdiq olunmuş siyahıya uyğun, müasir topogeodeziya ölçü alətləri vasitəsilə aparılmış uçot-inventarizasiya işlərinə dair hazırlanmış yerquruluşu planı təsdiq edilsin.

3. Təsdiq olunmuş siyahıya və yerquruluşu sənədlərinə əsasən Mingəçevir şəhərində vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı hüquqi sənədlərin hazırlanıb verilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xahiş edilsin. - cavabddehin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-2188/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddia olunan torpaq sahəsi naturada 535 kv.metrdir. Elektron məlumat bazasında mövcud olan Mingəçevir bələdiyyəsinin “X6 X23”ndəki xəritəsinə əsasən iddiaçının naturada göstərdiyi və iddia etdiyi 535 kv.metr torpaq sahəsinin mülkiyyətçisi Mingəçevir bələdiyyəsi, təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin döngə nöqtələri, koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. A 277731 nömrəli plan-ölçü sənədində göstərilmiş torpağın sahəsi mövcud olan və iddia etdiyi torpaq sahəsini əks etdirmir. A 277731 nömrəli “X34 və ölçüsü" sənədində qeyd edilmiş koordinatlar daxilində yerləşən 402.42 kv.metr torpaq sahəsinin 223.56 kv metr hissəsi **********24-11301 reyestr nömrəli çıxarışla mülkiyyətə verilmiş toraq sahəsi ilə, 108.48 hissəsi **********91 reyestr nömrəli çıxarışla mülkiyyətə verilmiş torpaq sahəsi ilə, qalan 70.38 kv.metr hissəsi isə Mingəçevir bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsi ilə üst-üstə düşür. - X41 Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli 3-29-40/2-18/2024 nömrəli məktubuna əlavə olunmuş “Maarif” bağçılıq yoldaşlığından X19 ayrılmış torpaq sahəsinə dair xx.xx.1999-cu il tarixli çıxarışdan görünür ki, Mingəçevir “Maarif” bağçılıq təsərrüfatının üzvləri siyahısında sıra nömrəsi 59 olan X13 torpaq sahəsinin nömrəsi 59-dur.

13. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) xx.xx.2024-cü il tarixli, 2- 1(116)-5/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X35 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə “Mingəçevir İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 76 nömrəli qərarına əsasən Təhsil Şöbəsinin "Maarif" bağçılıq yoldaşlığından ayrılmış 59 saylı 500 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X19 məxsus olması barədə arayışın iddiaçıya verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

14. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Təhsil Şöbəsinin "Maarif" bağçılıq yoldaşlığından ayrılmış 59 saylı 500 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X19 məxsus olması barədə arayışın cavabdeh orqan tərəfindən verilməsinə nail olmaqdır. Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixli Akta əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş Mingəçevir şəhər Təhsil şöbəsinin "Maarif bağçılıq təsərrüfatının Təhsil işçilərinə bağ sahələrinin verilməsinə dair adlı siyahısında X13 adı mövcuddur. Bununla belə "xxxx" MMC tərəfindən təqdim edilmiş Mingəçevir şəhəri üzrə bağ sahələrinə dair ilkin subyektlər siyahısında sıra nömrəsi 153 olan X14, Mingəçevir şəhəri üzrə vətəndaşların xüsusi mülkiyyətinə verilən bağ sahələrinə aid subyektlər siyahısında, sıra nömrəsi 1160 olan İddiaçı Şamil oğlunun və yekun (dürüstləşdirilmiş) subyektlər siyahısında sıra nömrəsi 1158 olan X3 adına 0.05 ha torpaq sahəsinin olması ilə bağlı qeydlər icra edilmişdir. Təqdim edilmiş siyahılardan görünür ki, 0.05 ha torpaq sahəsinin həm iddiaçının, həm X31, həm də üçüncü şəxsin qanuni istifadəsində olması göstərilmişdir. Odur ki, məhkəmə tərəfindən sözügedən siyahılar ayrı-ayrılıqda tədqiq edilərək hüquqi qiymət verilmişdir. - İşin mübahisəsiz halı ondan ibarətdir ki, mərhum X24 şəhər Təhsil şöbəsinin "Maarif bağçılıq təsərrüfatının üzvü olmuşdur. "xxxx" MMC tərəfindən təqdim edilmiş Mingəçevir şəhəri üzrə bağ sahələrinə dair ilkin subyektlər siyahısında da, məhz onun adı mövcuddur. Üçüncü şəxs X3 adı qeyd olunan siyahı isə xx.xx.1997-ci ildə tərtib edilmişdir. Üçüncü şəxsin mövqeyinə görə torpaq sahəsi ilkin olaraq atasına ayrılsa da, sonradan həmin torpaq sahəsi onun adına keçirilmiş, buna görə də həmin siyahıya onun adı daxil edilmişdir. Məhkəmə tərəfindən üçüncü şəxsin həmin dəlili yoxlanılmış və X41 Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli 3-29-40/2-18/2024 nömrəli məktubuna əlavə olunmuş “Maarif” bağçılıq yoldaşlığından X19 ayrılmış torpaq sahəsinə dair çıxarışla müəyyən edilmişdir ki, xx.xx.1999-cu il tarixdə 59 sıra nömrəsi ilə Mingəçevir “Maarif” bağçılıq təsərrüfatının üzvləri siyahısında X28 qeyd edilmişdir. Yəni, üçüncü şəxsin adının qeyd olunduğu, xx.xx.1997-ci ildə tərtib edilmiş siyahıdan sonrakı dövrə (xx.xx.1999) aid olan sənədlərdə yenə də, Şəmil Zeynalov bağçılığın üzvü olaraq göstərilmişdir. Başqa sözlə, Şəmil Zeynalov tərəfindən torpaq sahəsinin bağçılığa qaytarılması və həmin torpaq sahəsi ilə bağlı bağçılıq üzvlərinin subyekt tərkibinin dəyişdirilməsi baş verməmişdir. - İddiaçının özünün də adının qeyd olunduğu yekun dürüstləşdirilmiş siyahı isə 2008- ci ildə tərtib edildiyindən ümumiyyətlə həmin siyahıda iddiaçının adının olması sözügedən torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınmasına səbəb ola bilməz. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara məhz 2007-ci il mayın 22-dək ayrılmış bağ sahələrinə dair verilmiş yuxarıda sadalanan sənədlər hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Odur ki, iddiaçının və üçüncü şəxsin adına müvafiq siyahılarda torpaq sahəsi ilə bağlı qeydlərin mövcudluğu həmin torpaq sahəsinə münasibətdə hüquqların dövlət qeydiyyatına əsas yaratmır. X31 adı isə ləğv edilmiş Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixli Akta əsasən DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş Mingəçevir şəhər Təhsil şöbəsinin “Maarif” bağçılıq təsərrüfatının Təhsil işçilərinə bağ sahələrinin verilməsinə dair adlı siyahısında olduğundan sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ ona məxsus olmuşdur. - Məhkəmə, A 277731 nömrəli X34 və ölçüsü sənədinin X3 adına tərtib edilməsinə və həmin plan-ölçü sənədində Mingəçevir Şəhəri İcra Hakimiyyəti Başçısının Sərəncamı xx.xx.2008-ci il tarixli 161 nömrəli sərəncamına istinad olunmasına münasibətdə qeyd edir ki, sözügedən torpaq sahəsi ilə bağlı dürüstləşdirilmiş siyahılar hazırlanarkən faktiki olaraq X5 idi (xx.xx.2008-ci il tarixdə vəfat etmişdir). Hətta 2008-ci ildə dürüstləşdirilmiş siyahıda belə üçüncü şəxsin adı yox, hazırkı iş üzrə iddiaçının adı qeyd edilmişdir. Həmçinin Mingəçevir Şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 161 nömrəli sərəncamı bağ torpaq sahələrinin qanuni istifadəçilərin mülkiyyətinə verilməsini nəzərdə tutduğundan, həmin sərəncamın üçüncü şəxsə münasibətdə tətbiq edilməsi üçün torpaq sahəsinin onun qanuni istifadəsində olması şərti sübuta yetirilməlidir. İşin yuxarıda qeyd olunmuş hallarından göründüyü kimi iddia olunan torpaq sahəsinə münasibətdə qanuni istifadəçi yalnız Maarif” bağçılıq təsərrüfatının üzvü olmuş X28 olmuşdur. A 277731 nömrəli “X34 və ölçüsü” sənədində istinad olunmuş Mingəçevir Şəhəri İcra Hakimiyyəti Başçısının Sərəncamı xx.xx.2008-ci il tarixli, 161 nömrəli sərəncamı torpaq sahəsinin dövlət ehtiyat fondu torpaqlarından fiziki şəxsə fərdi qaydada ayrılmasını müəyyən etməmişdir. Həmin sərəncamın mətnindən göründüyü kimi, sərəncamla tənzimlənən məsələ vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin onların mülkiyyətinə verilməsi ilə bağlıdır. Odur ki, istinad olunan sərəncam, onun qəbul edilməsindən əvvəl qanuni istifadəsinə bağ torpaq sahələri verilmiş subyektlərə, mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməsinin müvafiq orqanlardan xahiş edilməsi ilə bağlıdır. Yəni, müvafiq sərəncam torpaq sahəsinin qanuni istifadəyə verilməsi əsası kimi nəzərdən keçirilə bilməz. Həmçinin qeyd olunmalıdır ki, “X40 və ölçüsü” sənədi torpaq sahəsi üzərində hüququn yaranmasının hüquqi əsasını təşkil etmir, yalnız həmin torpaq sahəsinin sərhədlərinin yerə (naturaya) keçirilməsini və yerquruluşu işlərinin aparılmasını təsdiq edir. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, mərhum Şəmil Zeynalova münasibətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinin tələbləri ödənildiyindən iddiaçı, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun həmin şəxsə məxsus olması barədə arayışın verilməsini cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur.

15. Üçüncü şəxs X20 həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 2-1(116)-5/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli, 2-1(107)-433/2024 nömrəli qərardadı ilə üçüncü şəxs X20 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-5/2024 nömrəli qərarı ləğv edilmiş və İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "Təhsil Şöbəsinin "Maarif" bağçılıq yoldaşlığından ayrılmış 59 saylı 500 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X19 məxsus olması barədə arayışın hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır.

17. İddiaçı və onun vəkili Vəkil3 həmin qərardaddan kassasiya şikayəti vermişdirlər.

18. Kassasiya instansiya məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, 2-1(102)- 633/2025 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 oktyabr 2024-cü il tarixli, 2-1(107)-433/2024 nömrəli qərardadı ləğv edilmiş, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

Apellyasiya şikayətinin dəlilləri

19. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmənin həmin qərarı aşağıdakı səbəblərdən hesab edirəm ki, əsassız və qanunsuzdur, ləğv edilməlidir. Belə ki, məhkəmə tərəfindən işə baxılarkən və qərar qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, məhkəmə işdə mövcud olan sübutlara düzgün və obyektiv qiymət verməmiş, habelə işin faktiki hallarını tam aydınlaşdırmamış, habelə torpaq sahəsinin mülkiyyət hüququ ilə kimə mənsub olmasını nəzərə almamışdır. İşin faktiki və hüquqi halları ondan ibarətdir ki, Mingəçevir Şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli 76 №-li qərarı ilə Mingəçevir Şəhər Təhsil Şöbəsinin “Maarif” bağçılıq təsərrüfatına bağçılıq üçün torpaq sahəsi ayrılmış və Azərbaycan Təhsil İşçiləri X30 Mingəçevir Şəhər Komitəsi tərəfindən atası X19 Mingəçevir şəhəri 4 saylı orta məktəbin müəllimi kimi həmin torpaq sahəsindən 500 kv.metr bağçılıq üçün torpaq sahəsi istifadəsinə verilmişdir. Ayrılmış torpaq sahəsində 1989-1990-cı illərdə atasının və onun maddi vəsaiti ilə 2 (iki) mərtəbəli yaşayış evi və tikililər tikilmişdir. Həmin vaxtdan hal-hazıradək bu torpaq sahəsindən və yaşayış evindən o ailə üzvlər ilə və anası ilə birgə istifadə edir. İddiaçı isə heç zaman, bir gün də olsa bu torpaq sahəsindən istifadə etməmiş, bu yaşayış evində yaşamamış və hər hansı maliyyə vəsaiti xərcləməmişdir. Onu da qeyd etmək istəyir ki, 2008-ci ilədək olan müddətdə vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinə yalnız bağçılıq pasportu verilmiş və sonradan Mingəçevir Şəhər İcra Hakimiyyətinin tabeliyində olmuş Bağlar Təsərrüfatının, Fərdi və Bağ Evlərinin Tikintisi, İstismarı və İnkişafı İdarəsi tərəfindən həmin torpaq sahələrinə və üstündəki evlərə və digər tikililərə bağ təsərrüfatının texniki pasportu tərtib edilmişdir. Lakin, vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin onların xüsusi mülkiyyətinə verilməsi məqsədilə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 20 saylı sərəncamı ilə yaradılmış komissiya ilə mütəxəssislərin və aidiyyəti yerli orqanların iştirakı ilə torpaqların uçot-inventarizasiya və planaalma işləri aparılmış, torpaq istifadəçilərinin siyahısında dürüstləşdirmə aparılaraq ailə başçılarının, ailə üzvlərinin soyadı, adı, ata adı dəqiqləşdirilmiş və yekun siyahı hazırlanaraq təsdiq olunmuş siyahıya və yerquruluşu sənədlərinə əsasən vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin özəlləşdirilməsi üçün hüquqi sənədlərin hazırlanıb onlara verilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xahiş olunmuşdur. Həmin siyahılaşdırma və inventarizasiya aparılan müddətdə 2008-ci ilin may-iyun aylarında DT və XK-nin mütəxəssislərindən və digər işçilərdən 4 nəfər nümayəndə onların istifadəsində olan torpaq sahəsində də dəqiqləşdirmə apararkən o və atası Şəmil Zeynalov evdə olmuşlar. Ölçü aparan həmin mütəxəssislər izah etdilər ki, torpaq sahələrinin qanuni ölçüləri müəyyənləşdirilərək nəticəsi üzrə torpaq istifadəçilərinin adına X34 və Ölçüsü tərtib olunacaq və bu hüquqi sənəd torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən ilkin sənəd hesab olunacaq. Atası həmin sənədin onun adına rəsmiləşdirilməsinə razılıq verərək onların tərtib etdiyi sənəddə {siyahıda) onun soyadını, adını və ata adını qeyd elətdirdi. Belə ki, həmin vaxt bu evdə valideynləri və onun ailəsi yaşayırdı. Nümayəndələr də yalnız evdə yaşayanlardan birinin adına hüquqi sənəd tərtib ediləcəyini əvvəlcədən bildirmişdilər. Qeyd edir ki, atası hələ sənədləşmə aparılmamışdan əvvəl də qardaşı, İddiaçı yaşayış evi olduğuna və bu evin tikilməsində onun zəhmətinin olduğuna görə evin və torpaq sahəsinin ona qalacağını anasına və digər ailə üzvlərinə bildirmişdir. Odur ki, hələ atasının sağlığında torpaq sahələrinin və istifadəçilərinin dəqiqləşdirilməsi aparılmış və müəyyən vaxt tələb olunduğuna görə onların torpaq sahəsində aparılmış dəqiqləşdirmədən 4 ay sonra onun adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir Şəhər Şöbəsi tərəfindən **********497 nömrəli X34 və Ölçüsü verilmişdir. Yəni, atası sağ ikən bu məsələ həll olunmuş və onun adına sənədləşmə aparılmışdır. Lakin, iddiaçı ilə aralarında sonradan ailə münasibətləri zəminində ziddiyyət yarandığına görə o, atasının ölümündən 13 il sonra evdən və torpaq sahəsindən mülk ələ keçirmək niyyətilə mübahisəyə başlamışdır. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən də təqdim edilmiş sübutlarla müəyyən və təsdiq olunmuşdur ki, iddiaçının iddia tələbini əsaslandıran hər hansı mötəbər sübut yoxdur. - Beləliklə mübahisələndirilən torpaq sahəsi “Maarif” bağçılıq yoldaşlığı tərəfindən atası Şamil Zeynalova ayrılsa da, xx.xx.1997-ci ildə tərtib edilmiş siyahıda onun adı qeyd olunmuşdur. Sözügedən torpaq sahəsinin onun və ailə üzvlərinin qanuni istifadəsində olması mötəbər sübut olan xx.xx.1997-ci il tarixli siyahı ilə, 2008-ci il sentyabr tarixli yekun dürüstləşdirilmiş siyahı ilə tam təsdiq olunur. Həmin torpaq sahəsində onun və atasının maliyyə vəsaiti ilə 1989-1990-cı illərdə 2 mərtəbəli yaşayış evi tikilib və halhazıradək onlar bu evdə yaşayır. Bundan başqa, məhkəmə qərarında qeyd edir ki, “A 277731 nömrəli “X34 və ölçüsü” sənədində istinad olunmuş Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 161 nömrəli sərəncamı torpaq sahəsinin dövlət ehtiyat fondu torpaqlarından fiziki şəxsə fərdi qaydada ayrılmasını müəyyən etməmişdir. Həmin sərəncamın mətnindən göründüyü kimi, sərəncamla tənzimlənən məsələ vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin onların mülkiyyətinə verilməsi ilə bağlıdır”. Bəli, məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, həmin sərəncam qüvvədədir, ləğv olunmamışdır və bu sərəncamla təkcə onların torpaq sahələri deyil, yüzlərlə vətəndaşların istifadəsində olan torpaq sahələri sənədləşdirilərək X34 və ölçüsü tərtib olunmuş və sonradan qeydiyyat vəsiqələri ilə (Çıxarışlarla) rəsmiləşdirilmişdir. Yəni, Mingəçevir şəhər İcra Hakimiyyətinin sərəncamı verilərkən torpaq sahəsi onun qanuni istifadəsində olmuşdur. Eyni zamanda qeyd etmək istəyir ki, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə görə iddia olunan və iddiaçının naturada göstərdiyi torpaq sahəsi naturada 535 kv.metr olmaqla Mingəçevir Bələdiyyəsinin “X6 X23”ndəki xəritəsinə əsasən Mingəçevir Bələdiyyəsinin mülkiyyətindədir, yəni mülkiyyətçi Mingəçevir Bələdiyyəsidir, torpaq bələdiyyə torpağıdır. Belə olan halda hazırkı iddia ilə Şəki İıızbati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-44/2023 saylı qərardadı ilə inzibati məhkəmə icraatında üçüncü şəxs qismində zəruri qaydada cəlb edilmiş mülkiyyətçi Mingəçevir Bələdiyyəsi məhkəməyə müraciət edə bilər və İddiaçı bu iddia ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ yoxdur. Lakin məhkəmə torpaq sahəsinin mülkiyyətçisi kimi öz qərardadı ilə Mingəçevir Bələdiyyəsini üçüncü şəxs kimi məhkəmə icraatına zəruri cəlb etsə də, mütəxəssis rəyi ilə əlaqədar hissədə məsələyə heç bir hüquqi qiymət verməmişdir

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

20. İddiaçı nümayəndəsi və vəkili olmuş X15 apellyasiya şikayətinə etiraz verərək qeyd etmişdir ki, o, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin üzərinə Mingəçevir İcraiyyə Komitəsinin 21 fevral 1989-cu il tarixli 76 saylı Qərarına əsasən Təhsil Şöbəsinin «Maarif» bağçılıq yoldaşçılığından ayrılmış 59 saylı, 500 kv. metr torpaq sahəsi üzərində mulkiyyət hüququnun mərhum X19 məxsus olması barədə arayışın (elektron çıxarışın) hazırlanıb verilməsi öhdəliyinin qoyulması barədə iddia qaldırmışdır. Şəki İnzibati Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2-1(116)-5/2024 saylı qərarı ilə onun iddia tələbi təmin edilmişdir. Qərardan iş üzrə 3-cü şəxs X20 apellyasiya şikayəti vermiş, Mingəçevir Bələdiyyəsi münasibət bildirmişdir. Əvvəla onu qeyd edir ki, o, 31 iyul 2023-cü ildə məhkəməyə müraciət edərək göstərmişdir ki, «Mingəçevir Bələdiyyəsinin iş üzrə zəruri cəlb edilməsi ilə əlaqədar bildirir ki, 3-cü şəxs Mehman Zeynalovun vəkili Vəkil2 həmçinin Mingəcevir Bələdiyyəsinin hüquqşünasıdır. Mingəcevir Baladiyyəsinin nümayəndəsi öz mövqeyini dəqiqləşdirməlidir». Məhz bu səbəbdən Mingəçevir Bələdiyyəsi bu iş üzrə çıxarılmış qərardan şikayət vermədiyi halda 3-cü şəxs Mehman Zeynalovun apellyasiya şikayətinin surətini öz münasibətinə daxil etməklə apellyasiya şikayətini müdafiə edən ərizə ünvanlamışlar. Verilmiş apellyasiya şikayəti ilə əlaqədar bildirir ki, cavabdehin onun atası X31 hüquqlarının olmasına dair arayış verilməsinə dair müraciətinə olan etirazı bundan ibarət olmuşdur ki, «Sənədləşdirmək istədiyiniz naturada torpaq sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər Şöbəsi tərəfindən verilmiş **********497 reyestr nömrəli X34 və ölçüsündə göstərilən digər şəxsin istifadəsində olan torpaq sahəsində yerləşir ki, bu da bağ sahəsinin dövlət qeydiyyatına alınması ilə ziddiyyət təşkil edir». Qeyd olunan **********497 reyestr nömrəli X34 və ölçüsünün Mehman Zeynalova məxsus olması ona məhkəmənin gedişində məlum olmuş və həmin sənəd atası Şəmil Zeynalov 19 avqust 2008-ci idə vəfat etdikdən sonra 29 iyun 2010-cu ildə Mehman Zeynalov hansısa qaydada əldə etmişdir. Cavableh orqanın məhkəməyə ünvanladığı 12 iyun 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, **********497 reyestr nömrəli A№277731 saylı Mehman Zeynalovun adına tərtib olunan plan və ölçü sənədi 402.42 kv. metr torpaq sahəsinə aid olmaqla onun iddia etdiyi torpaq sahəsi ilə üst-üstə düşmür. Bu rəydən sonra o, Mehman Zeynalovun işdəki 3-cü şəxs qismində cəlbinə etiraz edib ləğv edilməsi barədə ərizə vermişdir. X25 təqdim etdiyi və özünə məxsus olduğunu bildirdiyi torpaq sahəsinin onun iddia etdiyi torpaq sahəsinə aidiyyatı yoxdur və Mehman Zeynalov subyektiv hüququ olmayan şəxsdir. X9i istifadəsində olan torpaq sahəsinin ona verdiyinə dair dəlilləri ilə bağlı göstərir ki, cavabdeh orqan tərəfindən 26 iyul 2022-ci il tarixdə məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, X13 adı adlı siyahıda 59-cu sırada qeyd olunmuş, xx.xx.1993-cü ildə eyni saylı torpaq sahəsi üçün mərhuma bağçılıq təsərrüfatının üzvü kimi pasport verilmiş, Mingəçevir şəhər İcra Hakimiyyətinin nəzdində Bağlar təsərrüfatının, Fərdi və Bağ evlərinin Tikintisi, İstismarı və İnkişafı İdarəsi tərəfindən 01 iyun 1999-cu ildə 03/53 saylı «vətəndaşın istifadəsində olan bağ təsərrüfatının texniki» Pasportu tərtib olunmuş və Şəmil Zeynalovun şəxsi imzası olan bağın inventarlaşdırma vərəqəsində bağ sahəsində olan yaşayış evini X29 öz şəxsi vəsaiti hesabına inşa etdiyi göstərilmişdir. Şəmil Zeynalov həmin həyəti Mehman Zeynalova verdiyinə dair hər hansı sübut mövcud deyildir. Hazırki iddianı qaldırmaq üçün o, Şəmil Zeynalovun vərəsəsi olmağına dair 30 avqust 2021-ci il tarixli məktubun surətini iddia ərizəsinə əlavə etmişdir. Xahiş edir ki, hüququ olmayan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə Şəki İnzibati Məhkəməsinin 16 aprel 2024-cü il tarixli 2-1(116)-5/2024 nömrəli qərarı qanuni qüvvədə saxlanılsın.

21. Üçüncü şəxs Mingəçevir şəhəri Mingəçevir bələdiyyəsi apellyasiya şikayətinə münasibət bildirərək qeyd etmişdir ki, İddiaçı iddia tələbi əsassızdır, onun mübahisələndirilən torpaq sahəsinə münasibətdə həmin iddia ilə subyektiv tələb hüququ yoxdur. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə qərarının təsviri hissəsində qeyd olunan xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, iddia olunan torpaq sahəsi naturada 535 kv.metrdir. Elektron məlumat bazasında mövcud olan Mingəçevir Bələdiyyəsinin “X6 X23”ndəki xəritəsinə əsasən iddiaçının naturada göstərdiyi və iddia etdiyi 535 kv.metr torpaq sahəsinin mülkiyyətçisi Mingəçevir Bələdiyyəsi, təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlardır. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin döngə nöqtələri, koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. A 277731 nömrəli plan-ölçü sənədində göstərilmiş torpağın sahəsi mövcud olan və iddia etdiyi torpaq sahəsini əks etdirmir. A 277731 nömrəli “X34 və ölçüsü” sənədində qeyd edilmiş koordinatlar daxilində yerləşən 402.42 kv.metr torpaq sahəsinin 223.56 kv.metr hissəsi **********24-11301 reyestr nömrəli çıxarışla mülkiyyətə verilmiş torpaq sahəsi ilə, 108.48 hissəsi **********91 reyestr nömrəli çıxarışla mülkiyyətə verilmiş torpaq sahəsi ilə, qalan 70.38 kv.metr hissəsi isə Mingəçevir Bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsi ilə üst-üstə düşür. Belə olan halda qanunauyğun olaraq hesab edirik ki, birinci instansiya məhkəməsinin qərardadı ilə üçüncü şəxs qismində zəruri qaydada cəlb edilmiş mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi kimi Mingəçevir Bələdiyyəsi həmin bələdiyyə torpağının müqəddəratının həllində sərbəst və bilavasitə subyektiv hüquqa və səlahiyyətlərə malikdir, üçüncü şəxs X3 adına verilmiş “X34 və ölçüsünün ləğv edilməsi və torpaq sahəsinin boşaldılması tələbi ilə yalnız Mingəçevir Bələdiyyəsi məhkəməyə müraciət edə bilər və ya bu torpaq sahəsinin açıq hərrac və ya müsabiqə vasitəsilə fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətə verə bilər. Çox təəssüf ki, məhkəmə işə baxarkən işin bu hallarını və qanunun tələblərini nəzərə almamış, Mingəçevir Bələdiyyəsinin mülkiyyət hüququna heç bir hüquqi qiymət verməmişdir. Beləliklə, işin hallarından və qanunun bu tələblərindən göründüyü kimi Mingəçevir Bələdiyyəsinin mülkiyyətində olan bu torpaq sahəsinə münasibətdə İddiaçı belə bir iddia qaldırmağa subyektiv hüququ yoxdur və onun iddiası mümkün sayılmamalıdır.

Tərəflərin izahatları

22. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxs X3 vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-5/2024 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

23. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X15 apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsi qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

24. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər proses iştirakçıları məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 152.1. mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 10.2. qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. X34 və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Maddə 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

29. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Məcəllə): - 46-cı maddəsinin birinci-üçüncü bəndlərinə əsasən, dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət ehtiyat fondu torpaqları. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir; - 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında yaranır; - 65-cı maddəsinə əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.

2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.

3. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.

5. X34nın və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir; - 68-cı maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

30. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.8. qarşılıqlı etimad – inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.1. inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; Maddə 13.3. müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.4. inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Maddə 13.5. fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt.

Apellyasiya şikayətinin mümkünlüyü

31. Üçüncü şəxsin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

32. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

33. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

34. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır, üçüncü şəxs X3 apellyasiya şikayətinin və iddia ərizəsinin dəlillərini əsaslı hesab edir və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

36. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı Təhsil Şöbəsinin "Maarif" bağçılıq yoldaşlığından ayrılmış 59 saylı 500 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun atası-mərhum X19 məxsus olması barədə arayışın cavabdeh orqan tərəfindən verilməsinə nail olmaqdır.

37. İş materiallarına əlavə edilmiş A 277731 nömrəli X34 və ölçüsü sənədindən görünür ki, sözügedən sənəd Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 161 nömrəli sərəncamına əsasən üçüncü şəxs X3 adına 402,42 kv.metr torpaq sahəsinə münasibətdə tərtib edilmişdir.

38. Həmçinin, Mingəçevir Şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 161 nömrəli sərəncamından görünür ki, Mingəçevir şəhəri İcra Hakimiyyəti başçısının 11 fevral 2008-ci il tarixli 20 saylı sərəncamı ilə yaradılmış komissiyanın yekun aktını nəzərə alaraq qərar alınmışdır:

1. Mingəçevir şəhərində vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin onların mülkiyyətinə verilməsi məqsədilə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 20 saylı sərəncamı ilə yaradılmış komissiyanın iştirakı ilə hazırlanmış akt və yekun (dürüstləşdirilmiş) siyahı təsdiq edilsin.

2. Dövlət Yerquruluşu Layihə İnstitutunun mütəxəssisləri tərəfindən aidiyyəti yerli orqanların iştirakı ilə yerində, təsdiq olunmuş siyahıya uyğun, müasir topogeodeziya ölçü alətləri vasitəsilə aparılmış uçot-inventarizasiya işlərinə dair hazırlanmış yerquruluşu planı təsdiq edilsin.

3. Təsdiq olunmuş siyahıya və yerquruluşu sənədlərinə əsasən Mingəçevir şəhərində vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı hüquqi sənədlərin hazırlanıb verilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xahiş edilsin.

39. Həmin sərəncamın mətnindən göründüyü kimi, sərəncamla tənzimlənən məsələ vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin onların mülkiyyətinə verilməsi ilə bağlıdır. Sözügedən sərəncama əsasən, X3 adına 402,42 kv.metr torpaq sahəsinə münasibətdə planı və ölçü sənədi işlənib hazırlanmışdır.

40. İddiaçı eyni tələblə cavabdehə müraciət etmiş, cavabdeh isə imtina məktubunda qeyd etmişdir ki, ləğv edilmiş Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixli, Akta əsasən DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş Mingəçevir şəhər Təhsil şöbəsinin “Maarif” bağçılıq təsərrüfatının Təhsil işçilərinə bağ sahələrinin veilməsinə dair adlı siyahısında X19 adı qeyd edilmişdir. Əlavə olaraq qeyd etmişdirlər ki, torpaq sahəsində zəruri olan inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmışdır. Sənədləşdirmək istədiyiniz naturada olan torpaq sahəsi ləğv edilmiş DT və XK-nın Mingəçevir şəhər şöbəsi tərəfindən verilmiş **********497 reyestr nömrəli X34 və ölçüsündə göstərilən digər şəxsin istifadəsində olan torpaq sahəsi yerləşir ki, bu da bağ sahəsinin dövlət qeydiyyatına alınması ilə ziddiyət təşkil etməsi ilə əsaslandırılmışdır.

41. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçının qaldırdığı hazırkı iddianı birinci instansiya məhkəməsi təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının və üçüncü şəxsin adına müvafiq siyahılarda torpaq sahəsi ilə bağlı qeydlərin mövcudluğu həmin torpaq sahəsinə münasibətdə hüquqların dövlət qeydiyyatına əsas yaratmır. X31 adı isə ləğv edilmiş Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixli Akta əsasən DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş Mingəçevir şəhər Təhsil şöbəsinin “Maarif” bağçılıq təsərrüfatının Təhsil işçilərinə bağ sahələrinin verilməsinə dair adlı siyahısında olduğundan sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ ona məxsus olmuşdur.

42. Həmçinin, iş materiallarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, 2-1(102)-633/2025 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 oktyabr 2024-cü il tarixli, 2-1(107)-433/2024 nömrəli qərardadı ləğv edilmiş, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

43. İnzibati-Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.

44. Ali Məhkəmə hazırki iş üzrə 17 aprel 2025-ci il tarixli, 2-1(102)-633/2025 nömrəli qərarda qeyd etmişdir ki, 3-cü şəxsin iddiaya dair səsləndirdiyi etirazın üzərində çox ətraflı dayanmasının səbəbi, apellyasiya məhkəməsi tərəfindən orada göstərilmiş dəlillərin faktiki olaraq araşdırılmamasıdır, belə ki, 3-cü şəxs torpağa dair sənədin atası tərəfindən onun adına rəsmiləşdirilməsinə razılıq verdiyini bildirsə də, belə bir yazılı razılıq işdə, o cümlədən cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərdə mövcud deyildir. - Həmçinin 3-cü şəxsin deməsinə görə torpaq sahəsinə dair onun adının (ailə üzvləri ilə birlikdə) dürüstləşdirilmiş siyahıda olması da iş materialları ilə təsdiq olunmur, belə ki, cavabdehin özünün məhkəməyə yazdığı xx.xx.2022-ci il tarixli cavab məktubunda (İ cild, iş səh.143) göstərilmişdir ki, “Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 161 nömrəli sərəncamı təsdiq edilmiş aktın və yekun (dürüstləşdirilmiş) siyahısının ilkin kağız variantı Ərazi İdarəsində mövcud deyildir. Həmin siyahını əldə etmək üçün X12 Filialına müraciət olunması tövsiyə olunur.” - İşdə olan (İ cild, səh. 130) X12 filialının xx.xx.2022-ci il tarixli Arxiv arayışında yazılmışdır ki, “Mingəçevir Şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli, 161 saylı sərəncamının 1-ci bəndində qeyd olunan komissiyanın aktı sərəncama əlavə olunsa da, adlı siyahı filiala mühafizə edilmək üçün təhvil verilməmişdir.” - Eyni zamanda işdə İ cild olan (iş səh. 160) publik hüquqi şəxs olan "xxxx" MMCnin məhkəməyə göndərdiyi məktubunda göstərilmişdir ki, “Mərkəzin arxivində mövcud olan əlyazma subyektlərinin siyahılarında X3 adı aşkar edilməmişdir. Lakin elektron siyahıda vətəndaşın adı mövcuddur.” - Digər tərəfdən işdə olan (İ cild, iş səh.162) həmin Arxivin verdiyi siyahıya görə X18 bağın nömrəsi 153, istifadə olunan torpaq sahəsinin ölçüsü 0,05 hektar göstərilmiş, sözügedən siyahıda İddiaçı Şamil oğluna verilən bağ sahəsinin nömrəsi 1160, torpaq sahəsinin ölçüsü 0,05 hektar qeyd edilmiş (İ cild, iş səh .163), elektron variantında olan versiyada X10 verilən torpaq sahəsi 0,05 hektar faktiki isə 0,0403 hektar yazılmış bağın nömrəsi isə göstərilməmişdir (İ cild, 164 səh.). - Bununla yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, işdə (İ cild, səh.117-119) olan Mingəçevir Şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 161 saylı sərəncamında və həmin İcra Hakimiyyətinin yaratdığı Komissiyanın xx.xx.2008ci il tarixli aktda ümumiyyətlə konkret olaraq iddiaçının və 3-cü şəxsin mərhum atasının, eləcə də onların özlərinin heç birinin adı, soyadı göstərilməmişdir. - Sözügedən sərəncam və akt Mingəçevir şəhərində vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı hazırlanmış yerquruluşu sənədlərinin təsdiq edilməsi barədədir. Lakin apellyasiya məhkəməsi yuxarıda göstərilmiş sənədlərin heç birini tam və hərtərəfli araşdırmamışdır. - Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin cavabdeh orqana ünvanladığı məktubdan görünür ki, ünvan 2a qeydiyyatda olan İddiaçı (tel:***-***-**-**) ünvan 2a yaşamış, xx.xx.1931-ci il təvəllüdlü, xx.xx.2008-ci il tarixdə vəfat etmiş atası X8 qalmış mirasın qəbulu və həmin hüququn rəsmiləşdirilməsinə dair ərizəsinə əsasən vərəsəlik işi açılmışdır. Lakin apellyasiya instansiyası məhkəməsi həmin vərəsəlik işinin nə ilə nəticələndiyini araşdırmamışdır. - Cavabddehin xx.xx.2023-cü il tarixli, 3-21-3-35/2-2188/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddia olunan torpaq sahəsi naturada 535 kv.metrdir. Elektron məlumat bazasında mövcud olan Mingəçevir bələdiyyəsinin “X6 X23”ndəki xəritəsinə əsasən iddiaçının naturada göstərdiyi və iddia etdiyi 535 kv.metr torpaq sahəsinin mülkiyyətçisi Mingəçevir bələdiyyəsi, təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin döngə nöqtələri, koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. A 277731 nömrəli plan-ölçü sənədində göstərilmiş torpağın sahəsi mövcud olan və iddia etdiyi torpaq sahəsini əks etdirmir. A 277731 nömrəli “X34 və ölçüsü" sənədində qeyd edilmiş koordinatlar daxilində yerləşən 402.42 kv.metr torpaq sahəsinin 223.56 kv.metr hissəsi **********24-11301 reyestr nömrəli çıxarışla mülkiyyətə verilmiş torpaq sahəsi ilə, 108.48 hissəsi **********91 reyestr nömrəli çıxarışla mülkiyyətə verilmiş torpaq sahəsi ilə, qalan 70.38 kv.metr hissəsi isə Mingəçevir bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsi ilə üst-üstə düşür. - Göründüyü kimi, işdə biri digərinə zidd olan sənədlər mövcuddur ki, onlar da apellyasiya məhkəməsi tərəfindən müqayisəli şəkildə araşdırılmamış, onlar faktiki olaraq nəzərə alınmamış və sübut kimi qiymətləndirilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə ekspertiza təyin edilməsi və iddiaçının iddia tələbinin konkret şəkildə hansı torpaq sahəsinə yönəldilmiş olması müəyyən edilməlidir.

45. Ali Məhkəmənin hüquqi mövqeyinə əsasən məhkəmə kollegiyası ilkin olaraq Dövlət Notariat Arxivinə müvafiq sorğu ilə müraciət etmişdir. Belə ki, Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin cavabdeh orqana ünvanladığı məktubundan görünür ki, ünvan 3da qeydiyyatda olan İddiaçı ünvan 3da yaşamış xx.xx.1931-ci il təvəllüdlü, xx.xx.2008-ci il tarixdə vəfat etmiş atası X8 qalmış mirasın qəbulu və həmin hüququn rəsmiləşdirilməsinə dair ərizəsinə əsasən vərəsəlik işi açılmışdır. Odur ki, v- 24/2010 nömrəli vərəsəlik işinə dair sənədələrin təsdiq edilmiş surətlərinin məhkəmə kollegiyasına təqdim edilməsi xahiş edilmişdir.

46. Dövlət Notariat Arxivinin xx.xx.2025-ci il tarixli, 3-10/1-2029/2025 nömrəli məktubundan görünür ki, «Elektron notariat» İnformasiya sistemində X28 tərəfindən Mingəçevir regional “ASAN xidmət” mərkəzində notariat ofisində xx.xx.2024-cü il tarixdə 812,xx.xx.2018-ci il tarixdə 232, xx.xx.2024-cü il tarixdə 799 və Mingəçevir şəhəri 2 saylı notariat ofisində xx.xx.2012-ci il tarixdə 1323 reyestr nömrələri ilə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verildiyi müəyyən edilmişdir. Mingəçevir şəhəri 2 saylı notariat ofisində 2012-2025-ci illərdə və Mingəçevir regional “ASAN xidmət” mərkəzində notariat ofisində rəsmiləşdirilmiş notariat sənədləri arxivə təhvil verilməmişdir. - Qeyd edilən məktuba əlavə edilmiş 2v-32 nömrəli vərəsəlik işindən müəyyən olunur ki, Şəhadətnamə ilə xx.xx.2008-ci ildə vəfat etmiş X16 vərəsəsi İddiaçı verilən miras əmlak DƏDRX Yevlax Ərazi İdarəsinin xx.xx.2010-cu il, 862 №-li arayışına və Mingəçevir DTİ və MHQ İdarəsində xx.xx.1994-cü il tarixdə 1/377b №-lə qeydə alınmış qeydiyyat vəsiqəsinə əsasən Mingəçevir şəhəri, Əliağa Vahid küçəsi, ev 4/1-də yerləşən, ümumi sahəsi 43.18 kv.m, yaşayış sahəsi 30.41 kv.m olan 2 (iki) otaqlı, 43 (qırx üç) nömrəli mənzildən və Yevlac RQİŞ-7 tərəfindən verilmiş, VAZ-21033 minik markalı, XTA210300C1231818 ban nömrəli, ** BD *** dövlət nömrə nişanlı avtomobildən ibarətdir.

47. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi vərəsəlik üzrə İddiaçı Təhsil Şöbəsinin "Maarif" bağçılıq yoldaşlığından ayrılmış 59 saylı 500 kv.metr torpaq sahəsi üzərində hər hansı bir miras payı müəyyən edilməmişdir.

48. Ali Məhkəmənin öz qərarında göstərdiyi digər hüquqi mövqeyinə əsasən məhkəmə kollegiyası cavabdeh orqana müvafiq sorğu ilə müraciət edərək üçüncü şəxs X3 adına hazırlanmış və dövlət torpaq kadastr kitabında xx.xx.2010-cu il tarixdı 3443 nömrə ilə uçota alınmış 277731 nömrəli X40 və ölçü sənədi üzrə faktiki torpaq sahəsinin mərhum X19 Təhsil Şöbəsinin "Maarif" bağçılıq yoldaşlığından ayrılmış 59 saylı 500 kv.metr torpaq sahəsi ilə eynilik təşkil edib-etməməsi, tərəflərin iştirakı ilə baxış keçirilməklə İddiaçı iddia etdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, həmin torpaq sahəsinin digər mülkiyyətçilərə məxsus torpaq sahələri ilə üst-üstə düşübdüşməməsi, üst-üstə düşdüyü təqdirdə hansı hissədə üst-üstə düşməsi barədə araşdırma aparılmışdır.

49. Azərbaycan Respubilkası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-35/2-4738/2025 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, X3 adına hazırlanmış A 277731 nömrəli “X34 və ölçüsü” sənədində qeyd edilmiş koordinatlar daxilində yerləşən torpaq sahəsi ilə iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi üst-üstə düşmür. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi **********57 reyestr nömrəli çıxarışla mülkiyyətə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür.

50. Göründüyü kimi İddiaçı iddia etdiyi torpaq sahəsi üçüncü şəxs X3 adına hazırlanmış A 277731 nömrəli “X34 və ölçüsü” sənədində qeyd edilmiş koordinatlar daxilində yerləşən torpaq sahəsi ilə üst-üstə düşmür.

51. İddiaçı naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin **********57 reyestr nömrəli çıxarışla mülkiyyətə verilmiş torpaq sahəsi ilə üst-üstə düşməsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2- 1(116)-5/2024 saylı qərarı ilə iddia təmin edildikdən sonra, lakin həmin qərar qanuni qüvvəsini almadan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən iddiaçının iddia etdiyi torpaq sahəsinə **********57 reyestr nömrəli çıxarış verilmişdir.

52. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs X3 adına hazırlanmış A 277731 nömrəli “X34 və ölçüsü” sənədində qeyd edilmiş koordinatlar daxilində yerləşən torpaq sahəsi ilə iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin üst-üstə düşməməsinin səbəbi torpaq sahəsinin X3 adına qeydiyyata alınarkən yanlışlıqla mübahisə predmeti olan Təhsil Şöbəsinin "Maarif" bağçılıq yoldaşlığından ayrılmış 59 saylı 500 kv.metr torpaq sahəsinin yaxınlığında yerləşən 402.42 kv.m torpaq sahəsinin qeydiyyata alınması olmuşdur.

53. Bununla bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz.

54. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi nümayəndəliyinin xx.xx.2025-ci il tarixli,1176 nömrəli arayışı ilə üçüncü şəxs X3 ailə üzvləri ilə birlikdə yaşadığı Mingəçevir şəhəri Günəşli yaşayış massivi, Mikayıl Useynov küçəsindəki 2 mərtəbəli fərdi yaşayış evi 1989-1990-cı illərdə onun tərəfindən inşa olunmuşdur və o hal-hazıradək həyətyanı torpaq sahəli həmin fərdi yaşayış evində yaşayır. Üçüncü şəxsin həyat yoldaşı X11 xx.xx.2024-cü il tarixdə vəfat etməsi müəyyən edilmişdir.

55. Eyni zamanda üçüncü şəxsin vəkili tərəfindən məhkəmə kollegiyasına göndərilmiş Mingəçevir şəhər MKT İstehsalat Birliyinin xx.xx.2025-ci il tarixli, 166 nömrəli arayışından görünür ki, üçüncü şəxs X1 Useynov küçəsində yaşayır və onun ailə üzvləri X26, X17, X21 və X4 ibarət tərkibdədir.

56. Göründüyü kimi, işdə olan sübutlarla cavabdehin göstərdiyi dəlillər təkzib olunmur. Cavabdeh tərəfindən mübahisəli torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmasından imtina etməsi qanunauyğun olmuş, onun hüquqlarını pozmamışdır.

57. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir.

58. Beləliklə birinci instansiya məhkəmə iddianı təmin etməklə yanlış nəticəyə gəlmiş və üçüncü şəxs X3 hüquqlarını pozmuşdur.

59. Göründüyü kimi İddiaçı Təhsil Şöbəsinin "Maarif" bağçılıq yoldaşlığından ayrılmış 59 saylı 500 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X19 məxsus olması barədə arayışın hazırlanıb verilməsi tələbinə dair iddə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

60. Belə olan halda, məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri”nin tələbləri pozulmuş, məhkəmə inzibati işin faktiki hallarını tam araşdırmadan, sübutları maddi və prossesual normalara uyğun qiymətləndirmədən iddia tələbini təmin etməkdə səhv nəticəyə gəlmişdir.

61. Bundan başqa hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Etimad hüququnun qorunması prinsipi baxımından müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqanların həmin vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Qanunun 13.1-ci maddəsində təsbit edilmiş etimad hüququnun qorunması prinsipi inzibati orqanın faktiki xarakterli hərəkətlərinə də şamil olunur. “İnzibati icraat haqqında” Qanunun 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Belə ki, inzibati orqanın mövcud praktikasına vətəndaşın etimad hüququ qanunla qorunsa da, etimad hüququnun tətbiq edildiyi orqanın praktikası qanunsuz hərəkətlərə əsaslana bilməz.

62. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.

63. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etmişdir.

64. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. Buna görə də apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilməməlidir.

65. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası,

Qərara aldı

Üçüncü şəxs X20 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-5/2024 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılsın. İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "Təhsil Şöbəsinin "Maarif" bağçılıq yoldaşlığından ayrılmış 59 saylı 500 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X19 məxsus olması barədə arayışın hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar