Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-403/2020 30.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı, cavabdeh Dövlət X8 publik hüquqi şəxsinin Qax rayon filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X8 publik hüquqi şəxsinin Qax rayon filialına qarşı "xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair" inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-941/2020 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikаyətinə açıq məhkəmə iclаsındа baxaraq, müəyyən etdi: Şəki İnzibаti Məhkəməsinin (hаkim İ.H.Cabbarov) xx xxxx 2020-ci il tarixli, 2-1(116)- 941/2020 nömrəli qərаrı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X8 publik hüquqi şəxsinin Qax rayon filialına qarşı "xx.xx.2015ci il tarixdən xx.xx.2018-ci il tarixədək müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair" iddiası təmin edilməmişdir. İşin hаllаrı: İddiaçı xx.xx.1975-ci ildə Qax rayonunda anadan olmuş, 11 illik tam orta məktəbi bitirmiş və xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Silahlı Qüvvələrin tərkibində həqiqi hərbi xidmətdə olmuşdur. Döyüş tapşırıqlarını yerinə yetirmək məqsədi ilə dəfələrlə döyüş zonalarına xidməti ezamiyyətlərə göndərilərək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, xx.xx.2018-ci il tarixdə ona “müharibə veteranı” adı və vəsiqəsi verilmiş, xx.xx.2019-cu il tarixdən Müharibə veteranı kimi Prezident təqaüdü ödənilir. İddiaçı DSMF-nin Qax rayon şöbəsinə müraciət edərək ona əvvəlki dövr üçün də veteranlar üçün nəzərdə tutulmuş müavinətin ödənilməsini xahiş etmiş, lakin xx.xx.2020-ci il tarixdə DSMF-nin Qax rayon şöbəsi tərəfindən iddiaçıya imtina məktubu göndərilmişdir. İddiaçı imtinanı əsassız hesab etmiş və məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsində imtinanın əsassız olduğunu qeyd etmiş, iddiasının təmin olunması və tələbi üzrə öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar verilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə qarşı etirazını belə əsaslandırmışdır ki, İddiaçı Əmək və X3 Nazirliyi yanında Dövlət X5 Qax rayon şöbəsindən Müharibə veteranı kimi Prezident təqaüdü ödənilir. Həmin təqaüdün əvvəlki dövr üçün ödənilməsi nəzərdə tutulmamışdır. Ona görə də iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq qərar qəbul etmişdir. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qərаrı çıxаrılmışdır. Apelyаsiyа şikаyətinin dəlilləri: Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-941/2020 nömrəli qərarından İddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ona xx xxxxx 2018-ci il tarixdə “müharibə veteranı” adı və vəsiqəsi verilmiş, xx.xx.2019-cu il tarixdən Müharibə veteranı kimi Prezident təqaüdü ödənilir. O, sənədlərini DSMF-in Qax rayon şöbəsinə təqdim edərək, əvvəlki dövrlərə görə veteranlar üçün nəzərdə tutulmuş müavinətin ödənilməsini xahiş etmişdir. Lakin DSMF-in Qax rayon şöbəsi əvvəlki dövrlər üçün müavinətin ona ödənilməsindən imtina etmişdir. İmtinanı əsassız hesab etdiyindən iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, “xx.xx.2015-ci il tarixindən xx.xx.2018-ci il tarixə kimi veteranlar üçün nəzərdə tutulmuş müavinətin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin məhkəmə onun iddia tələbini əsassız hesab edərək təmin etməmişdir. Məhkəmə iddianı rədd etməkdə onun 2013-cü ildən əmək pensiyası aldığını əsas gətirmişdir. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə tamamilə səhvdir. Belə ki, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsi müharibə veteranı adı və vəsiqəsinin verilməsini Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə, qüvvədə olan Əsasnamə isə 1991ci il oktyabrın 9-dan sonrakı dövr üçün bunun verilməsini belə əməliyyatlarda iştirak etmiş şəxslərdən hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, hərbi qulluqçulara, o cümlədən yaralanmış, xəsarət və ya kontuziya almış hərbi qulluqçulara şamil etmişdir. Mübahisədən görünür ki, müharibə veteranı vəsiqəsi ona döyüş əməliyyatlarında iştirak etdiyi üçün verilmiş və həmin vəsiqə əsasında ona müavinət təyin edilmişdir. Həmin pensiya məbləği işlədiyi və xidmət etdiyi müddətə görə, müavinət isə döyüş əməliyytalarında iştirak etdiyi üçün təyin edilmişdir. Hesab edir ki, apelyasiya şikayəti təmin edilməlidir. Apelyasiya məhkəməsinin iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-941/2020 nömrəli qərarının ləğv edilib iddia tələbinin təmin edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında iştirak edən cavabdeh Dövlət X8 publik hüquqi şəxsinin Qax rayon filialının nümayəndəsi X2 apelyasiya şikayətinin təmin edilməməsini, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-941/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iddiaçı və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-941/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 82-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi mübаhisə ilə bаğlı işə şikаyət həddində və hüquqi məsələlər, hаbelə sübutlаr və fаktlаr (fаktiki hаllаr) əsаsındа mаhiyyəti üzrə tаm həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci mаddəsinin tələblərinə əsаsən yeni təqdim olunmuş sübutlаrı (sübutetmə vаsitələrini) və fаktlаrı (fаktiki hаllаrı) dа nəzərə аlır. DSMF-nin Qax rayon şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktubla Fondun X4 İdarəsinə iddiaçının hərbi rütbəli şəxs kimi pensiya alıb-almaması barədə sorğu göndərilmiş və müvafiq olaraq xx.xx.2020-ci il tarixdə **********1 nömrəli məktubla cavab verilmişdir. Cavab məktubunda qeyd olunan məlumatlara əsasən İddiaçı xx.xx.2013-cü il tarixdən pensiya alır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli M/V seriyalı 084183 nömrəli veteran vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi verilmişdir. İş materiallarında olan DSMF-nin Qax rayon şöbəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X5 Qax rayon şöbəsindən pensiya almır. İddiaçı Əmək və X3 Nazirliyi yanında Dövlət X5 Qax rayon şöbəsindən Müharibə veteranı kimi Prezident təqaüdü ödənilir. Məktubda həmçinin bildirilir ki, Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X5 X4 İdarəsinə iddiaçının hərbi rütbəli şəxs kimi pensiya alıb-almaması barədə sorğu göndərilmiş və müvafiq olaraq xx.xx.2020-ci il tarixdə **********1 nömrəli məktubla cavab verilmişdir. Cavab məktubunda qeyd olunan məlumatlara əsasən İddiaçı xx.xx.2013-cü il tarixdən pensiya alır. Birinci instansiya məhkəməsi işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab etmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, ““Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019cu il tarixli 640 nömrəli Fərmanı qəbul edildikdən sonra müharibə veteranları üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, onun aylıq məbləği 80 manat müəyyən olunmuş, eləcə də Fərmanın xx.xx.2019-cu il tarixindən tətbiq ediləcəyi təsbit edilmişdir. Fərmanın 2.1.1-ci bəndinə əsasən, sözügedən təqaüd 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Həmin Fərmanın 2.1.2-ci bəndinə əsasən, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin Nazirlik tərəfindən ödənilir. Bundan başqa, ““Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 973 nömrəli Fərmanının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda istinad edilən xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanının 3-cü bəndinə əsasən, bu Fərman xx.xx.2019-cu il tarixdən tətbiq edilir. Beləliklə, xx.xx.2019-cu il tarixdən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir. İddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin xx.xx.2018-ci il tarixdə, yəni Prezident təqaüdünün təsis edilməsindən əvvəl verilməsinə əsaslanaraq iddia edir ki, onun tələbinə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla, ona müharibə veteranlarına verilən müavinət xx.xx.2018-ci il tarixdən əvvəlki üç il üçün ödənilməlidir. Belə ki, adı çəkilən Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (...) müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir... Bu baxımdan hesab edir ki, ona xx.xx.2018-ci il tarixdən əvvəlki üç il üçün müavinət hesablanıb ödənilməlidir. Həmin mülahizə ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, “Sosial müavinətlər haqqında” Qanununa müvafiq olaraq müavinətlərin növlərindən birini həmin Qanunun 4.0.1.6-cı maddəsində nəzərdə tutulan “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət” təşkil edir. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 257 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün ayda 55 min manat məbləğində müavinət təyin edilmişdir. “Sosial müavinətlər haqqında” Qanunun 7.0.6-cı maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Həmçinin, Qanunun 11.1.5-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs əmək pensiyası hüququ qazandıqda dayandırılır. İşin hallarından görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdən Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X5 X4 İdarəsindən hərbi rütbəli şəxs kimi əmək pensiyası alır. İddiaçıya xx.xx.2018-ci il tarixdə “müharibə veteranı” adı və vəsiqəsi verilsə də, lakin həmin vaxtdan xx.xx.2019-cu il tarixədək ona əmək pensiyası aldığından müvafiq müavinət növü (kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət) təyin edilməmişdir. xx.xx.2019-cu il tarixdən isə ona ““Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 640 nömrəli Fərmanına əsasən ayda 80 manat məbləğində Prezident təqaüdünün ödənilməsinə başlanılmışdır. Qeyd edilən vəziyyətdə iddiaçıya “müharibə veteranı” vəsiqəsini aldığı xx.xx.2018-ci il tarixindən əvvəlki 3 ilin müavinəti ödənilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və bununla bağlı hüquqi əsaslandırması ilə tam razıdır. Məhkəmə iddianı təmin etməməkdə haqlı olmuş və düzgün nəticəyə gəlmişdir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Beləliklə, məhkəmə kollegiyаsı аpelyаsiyа şikаyətinin dəlillərini birinci instаnsiyа məhkəməsinin qərаrının ləğv edilməsi üçün yetərli hesаb etmir və bu nəticəyə gəlir ki, AR İPM-in 87.6-cı mаddəsinə əsаsən аpelyаsiyа şikаyəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərаrı dəyişdirilmədən qüvvədə sаxlаnmаlıdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87, 89, 90, 94-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-941/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərаrdаn surəti tam formada təqdim olunduğu gündən 01 (bir) ay müddətində Şəki Apelyаsiyа Məhkəməsi vаsitəsilə Azərbаycаn Respublikаsı Ali Məhkəməsinə şikаyət verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-403/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-403/2020
30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver