Məhkəmə qərarları › İş №2-1(107)-403/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-403/2023

05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-403/2023 05.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin Cavabdeh qarşı “Mingəçevir şəhəri, M.Rəhimov ilə Xocalı küçələrinin kəsişməsində zəbt olunmuş bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılması nəticəsində yan divarlarının və dam örtüyünün tikintisi başa çatmış obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq cavabdehin hesabına sökülməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 26 may 2023-cü il tarixli 2-1(116)-1460/2023 nömrəli qərardadından iş üzrə iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Mingəçevir şəhəri, M.Rəhimov ilə Xocalı küçələrinin kəsişməsində zəbt olunmuş bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılması nəticəsində yan divarlarının və dam örtüyünün tikintisi başa çatmış obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyuğun olaraq cavabdehin hesabına sökülməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə elektron qaydada hüquqi yardım barədə məktub təqdim edilərək izah olunmuşdur ki, hazırkı iddia tələbi “öhdəliyin icrası haqqında” iddia növünə aid olmasına baxmayaraq, bununla bağlı cavabdehin müraciətin təmin olunmasından imtina etməsi iş materialları ilə müəyyən olunmur.

3. İddiaçı iddia ərizəsinə xx.xx.2023-cü il tarixli Akt əlavə etmişdir. Lakin,həmin akt iddiaçı tərəfindən imzalanmamış, iş materiallarına əsasən iddiaçının hazırkı iddia tələbindən məlumatlı olduğu müəyyən edilimir.

4. Hüquqi yardım məktubu iddiaçıya məxsus elektron kabinetə yerləşdirilməsinə baxmayaraq hazırkı vaxtadək yardım məktubuna münasibət bildirilməmiş, iddianın mümkünlük şərtlərinə cavab verdiyini sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir.

5. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçının nəzərinə çatdırmışdır ki, hazırkı iddia tələbi “öhdəliyin icrası haqqında” iddia növünə aiddir və həmin iddianın mümkünlük şərtlərindən biri də iddiaçının ilk öncə analoji tələblə cavabdehə müraciət edib-etməməsidir. İddia ərizəsinə əlavə olunan sənədlərə cavabdehə müraciət etməyi və müraciətdən cavabdehin imtina etməsi və ya cavabsız saxlaması barədə müvafiq sənəd əlavə edilməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 26 may 2023-cü il tarixli 2- 1(116)-1460/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

7. İddiaçı Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

8. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 26 may 2023-cü il tarixli 2-1(116)-1460/2023 nömrəli qərardadının ləğv edilməsini və mahiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 26 may 2023-cü il tarixli 2-1(116)-1460/2023 nömrəli qərardadının ləğv edilməsini və mahiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Mingəçevir şəhər İcra Hakimiyyətinin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 26 may 2023-cü il tarixli 2-1(116)-1460/2023 nömrəli qərardadının ləğv edilməsini və mahiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbi barədə məlumat verməmişdir.

12. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

14. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının: 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 4.2-ci bəndinə əsasən hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.5-ci bəndinə əsasən iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır.

15. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi Qaydaları"nın: 5-ci hissəsinə əsasən (Məhkəmə qaydasında sökülən tikinti obyektləri ilə bağlı Agentliyin vəzifələri) bu Qaydaların 2.1.3-cü, 2.1.4-cü və 2.1.5-ci yarımbəndlərində nəzərdə tutulmuş hallarda, habelə bu Qaydaların 3-cü və 4-cü hissələrində göstərilən obyektlərdə yan divarların və dam örtüyünün tikintisi tam başa çatdırıldıqda, Agentlik tikinti obyektinin və ya onun hissəsinin sökülməsi barədə məhkəməyə müraciət edir. 2.1.3. tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda, həmin tikinti işlərinin dayandırılması barədə Məcəllənin 92.4.2-ci maddəsinə əsasən qəbul edilmiş qərarda nəzərdə tutulan pozuntular 2 (iki) il müddətində aradan qaldırılmadıqda; 2.1.4. tikinti işlərinin tikintiyə icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə layihənin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə, həmin tikinti işlərinin dayandırılması barədə Məcəllənin 92.4.3-cü maddəsinə əsasən qəbul edilmiş qərarda nəzərdə tutulan pozuntular 2 (iki) il müddətində aradan qaldırılmadıqda; [2] 2.1.5. tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olduqda, lakin müəyyən olunmuş müddətdə aşkarlanmış pozuntuların aradan qaldırılması təmin edilmədikdə və həmin tikinti işlərinin dayandırılması barədə Məcəllənin 92.4.4-cü maddəsinə əsasən qəbul edilmiş qərarda nəzərdə tutulan pozuntular 2 (iki) il müddətində aradan qaldırılmadıqda; 3-cü hissəsi Tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edilən obyektin və ya onun hissəsinin sökülməsi, 4-cü hissəsi tikintisinə icazə alınmadan inşa olunan obyektin və ya onun hissəsinin sökülməsi barədədir

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

16. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi Qaydalan"nın 2.1.3-cü, 2.1.4-cü və 2.1.5-ci yarımbəndlərində pozuntuların 2 (iki) il müddətində aradan qaldırılmaması şərtinin müəyyən edilməsi, habelə 3.1-ci bənddə texniki baxış aktının bir nüsxəsinin onu tərtib edən vəzifəli şəxs tərəfindən imzalanmaqla sifarişçiyə (sahibə) və ya onun nümayəndəsinə təqdim edilməsi, sifarişçi (sahib) və ya onun nümayəndəsi isə onun ikinci nüsxəsində adı, soyadı və tarix göstərilməklə texniki baxış aktını qəbul etməsi barədə imza etməsi, 3.5-ci bəndə bu Qaydaların 2.1.1-ci yarımbəndində göstərilən halların mövcudluğuna görə barəsində texniki baxış aktı tərtib olunmuş tikinti obyektinin sifarişçisi (sahibi) və ya onun nümayəndəsi aşkar olunmadıqda və onu aşkarlamaq mümkün olmadıqda, Agentlik həmin texniki baxış aktı və onun hüquqi nəticəsi olaraq tikinti obyektinin sökülməsi haqqında qərar qəbul ediləcəyi barədə kütləvi informasiya vasitələrində elan verilməsi, 3.6-cı bənddə elan verildikdən sonra 10 (on) gün müddətində tikinti obyektinin sifarişçisi (sahibi) və ya onun nümayəndəsi tikinti obyekti barəsində tərtib olunmuş texniki baxış aktında qeyd edilən və bu Qaydaların 3.3.7-ci yarımbəndində nəzərdə tutulan sənədləri təqdim etmədikdə Agentlik, yerli icra hakimiyyəti orqanının, şəhər (kənd, qəsəbə) və ya sahə inzibati ərazi dairəsi üzrə yerli icra hakimiyyəti başçısının nümayəndəliyinin (Azərbaycan Respublikası Mənzil X3 sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə inşa edilən tikinti obyektlərinə münasibətdə həmin Agentliyin nümayəndəsinin), aidiyyəti bələdiyyənin nümayəndələrinin iştirakı ilə, bu Qaydaların 3.3.7-ci yarımbəndində nəzərdə tutulan sənədlərin təqdim olunmadığı, habelə tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin tikinti üçün ayrılmadığı barədə müvafiq akt tərtib etməsi, 4.3-cü bənddə Bu Qaydaların 4.1-ci bəndində göstərilən qərarın sifarişçiyə (sahibə) və ya onun nümayəndəsinə təqdim edilməsi, müvafiq orqanlara göndərilməsi, kütləvi informasiya vasitələrində elan edilməsi, habelə bu qərarın icrası məqsədi ilə tikinti obyektinin sifarişçisi (sahibi) və ya onun nümayəndəsi və ya Agentlik tərəfindən sökülməsi məsələlərinə bu Qaydaların 3.9-3.20-ci bəndlərinin tətbiq edilməsi prosedurunun müəyyən edilməsi onu deməyə əsas verir ki, istinad olunan “Qaydaların” tələbləri baxımından hər bir halda Agentlik, irəli sürdüyü tələblərlə bağlı cavabdehi məlumatlandırmalı və yalnız yuxarıda sadalanan şərtlərə əməl edilməklə məlumatlandırılmış (cavabdeh aşkar olunmadığı halda kütləvi informasiya vasitələri ilə elan verilməklə) cavabdeh tərəfindən tələblər yerinə yetirilmədiyi halda tikinti obyektinin və ya onun hissəsinin sökülməsi barədə məhkəməyə müraciət etməlidir.

19. Yəni, məhkəməyə müraciət edilmənin əsasını lazımı qaydada məlumatlandırılmış cavabdeh tərəfindən tələb olunan şərtlərin yerinə yetirilməməsi təşkil etməlidir.

20. Bu isə cavabdehin müraciətin təmin edilməsindən imtinası (və ya müraciəti cavabsız saxlaması) şəklində ifadə oluna bilər ki, hazırkı iş materiallarından ümumiyyətlə cavabdehin məlumatlandırılması, o cümlədən cavabdehin irəli sürülən tələblərin yerinə yetirilməsindən imtina etməsi müəyyən edilmir. Odur ki, məhkəmə istinad olunan “Qaydalar”da nəzərdə tutulmuş normalara məcmu halda qiymət verərək hesab edir ki, imtinanın mövcudluğu ilə bağlı tələb birbaşa həmin “Qaydaların” mahiyyətindən irəli gəlir. Buna görə imtinanın mövcudluğu ilə bağlı tələbin qanunvericilikdə müəyyən edilməməsi ilə bağlı iddiaçının hüquqi mövqeyini məhkəmə düzgün hesab etmir.

21. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iddiaçının hazırkı iddia tələbi ilə bağlı imtinası olmadığından, hazırkı mərhələdə iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması müəyyən edilmir.

22. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2023-cü il tarixli Akt iddiaçı tərəfindən imzalanmamış, cavabdehin həmin aktdan məlumatlı olması barədə heç bir sənəd təqdim edilməmişdir.

23. Bundan başqa hazırkı iddia öhdəliyin icrası haqqında iddia olduğundan cavabdehin imtinasının olub-olmaması iddianın xüsusi mümkünlük şərti kimi yoxlanılmalı və iddia tələbi yalnız cavabdehin imtinası olduğu halda və ya cavabdehin hərəkətsizliyi səbəbindən iddiaçının müraciəti cavablandırılmadığı halda mümkün sayılmalıdır.

24. İPM-in 35-ci maddəsinin mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.

25. Məhkəmə kollegiyasının qənaətinə görə belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddianın əsaslılığını yoxlamamışdan əvvəl iddiaçının müvafiq ərizə ilə cavabdehə müraciət edib-etmədiyi, həmçinin, cavabdehin iddiaçının müraciətini təmin etməkdən imtina edib-etmədiyi müəyyən edilməlidir.

26. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

27. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 26 may 2023-cü il tarixli 2-1(116)- 1460/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 26 may 2023-cü il tarixli 2-1(116)-1460/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar