Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-404/2021 28.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi İddiaçı - İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati işə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xx.xx.N970-ci il tarixdə Qax rayonu Şotavar kəndində anadan olmuşdur. 20.05.N990-cı ildən 20.04.N992-ci illərdə Sovet Ordusunda xidmət etmişdir. 2N.N2.N992ci il tarixdə könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmək üçün Qax rayon Hərbi Komisarlığından hərbi xidmətə getmişdir. İddiaçı ona müharibə veteranı adının verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin Müdafiə Nazirliyinin müvafiq məktubları ilə ona veteran adının verilməsindən imtina olunmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyinin edərək cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını belə əsaslandırmışdır ki, 2N.N2.N992-ci il tarixdən sonra Müdafə Nazirliyinin 002, N45, N və N saylı hərbi hissələrində baş texnik, baş gizir hərbi rütbəsində xidmət etmişdir. Həmin hərbi hissədə 20.07.N-cü il tarixədək xidmət etmişdir. Eyni zamanda o, N9.0N.N-cü il tarixdə Ağdam rayonu uğrunda gedən döyüşlərdə Fərrux dağında sol budunun N/3 arxa hissəsindən güllə yarası almışdır. Yaralandıqdan sonra o, Ağdam rayonu Qərvənd kəndində yerləşən tibb məntəqəsinə gətirmiş və orada ilkin yardım göstərildikdən sonra vertalyotla Bakı Travmatologiya institutuna gətirilmişdir. Orada N2.02.N-cü il tarixədək müalicə olunmuşdur. O, 20.07.N-cü il tarixədək qeyd olunan hərbi hissələrdə xidmət etmişdir. Lakin ona məxsus olan hərbi biletdə qeydlər aparılmayıb. Hazırda o, müharibə veteranı kimi dövlət tərəfindən verilən müəyyən imtiyazlardan istifadə etmək istəyir. “Müharibə veteranı” vəsiqəsi almaq üçün Müdafiə Nazirliyinə müraciət etmiş, lakin Müdafiə Nazirliyinin müvafiq məktubları ilə ona veteran adının verilməsindən imtina olunmuşdur. Belə olan halda o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı 29.03.202N-ci il tarixli etirazında göstərmişdir ki, qüvvədə olan veteranlar haqqında qanunvericiliyin göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə qeyd edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən iki zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir. N. Şəxsin keçməsi xidmət keçməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. 2.Bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfumuna AR Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Hazırki iş üzrə iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsas isə ondan ibarətdir ki, Mərkəzi Arxivin NN.03.2020-ci il tarixli 9/2-3260 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin N5.NN.N992-20.07.N-cü il tarixli nizami hissə üzrə əmrlərinə əlavələr qovluğunda, N nömrəli hərbi hissə komandirinin 05.02.N-cü il tarixli 23 nömrəli əmri ilə İddiaçı Ağdam döyüş bölgəsində iştirak etdiyi üçün pul təminatı ödənilmiş və N nömrəli hərbi hissə komandirinin yanvar N-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı yaralanması barədə məlumat aşkar edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Şəki İnzibаti Məhkəməsinin 03 avqust 202N-ci il tаrixli, 2-N(NN6)-737/202N saylı qərаrı ilə (hаkim Vüqar Musayev) İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilməmişdir. Şəki İnzibаti Məhkəməsinin 03 avqust 202N-ci il tаrixli, 2-N(NN6)-737/202N saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətlərinin dəlilləri Apellyasiya şikаyəti onunlа əsаslаndırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə ətarflı araşdırma aparılmadan mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmadan qərar qəbul edilmişdir. Məhkəməyə mötəbər sübutlar təqdim etdiyini, cavabdeh tərəfin guya onun hərbi hissədən qanuni əsaslarla təxris edilmədiyini, cavabdehin etiraz ərizəsini əsas götürdüyünü, hərbi hissəni öz başına tərk etmədiyini, fərariliklə bağlı hər hansı bir cinayət işinin olmaması sübutlarla təsdiq etdiyini bildirmişdir. Ona görə də, Şəki İnzibаti Məhkəməsinin 03 avqust 202N-ci il tаrixli, 2-N(NN6)-737/202N saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Şəki İnzibаti Məhkəməsinin 03 avqust 202N-ci il tаrixli, 2-N(NN6)-737/202N saylı qərarının ləğv edilməsini və ona veteran vəsiqəsinin və adının verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə kollegiyası işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in N.N, 2.N və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. İddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.N-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, inzibati orqanın isə onun tələbini təmin etməməsi və ya qanunla müəyyən edilmiş müddət ərzində müraciətini cavablandırmamasıdır. Apellyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı cavabdehə təqdim olundugu gündən İPM-in 85.N-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.N-ci, 85.2 -ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində iddiaçının tələbi göstərilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia ərizəsinin “xahiş edirəm” hissəsində iddiaçı ona müharibə veteranı vəsiqəsinin verilməsini xahiş etsə də, iddia ərizəsinin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırki iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona həm də “Müharibə veteranı” adının verilməsinə nail olmaqdır. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmadığından hazırki iddia tələbinə mahiyyəti üzrə baxılması mümkün hesab edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşmışdır. İddia mümkün iddia olsa da, əsassızdır. İş materiallarında olan, SHXÇDX-nin Qax Rayon Bölməsinin 20.05.202N-ci il tarixli 322 nömrəli məktuba əlavə etdiyi, İddiaçı qeydiyyat kartasının təsdiq edilmiş surətindən və H3 seriyalı ******* nömrəli hərbi biletin təsdiqlənmiş surətindən görünür ki, müvafiq sənədlərdə iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi barədə qeyd aparılmamışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 2N.09.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının N-cü ilin fevral ayından sonra N nömrəli hərbi hissədə xidməti, müalicədən sonra xidmət yerinə qayıtmağı və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə arxiv sənədlərində məlumat olmadığına görə müraciətin təmin olunmasından imtina edilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin NN.03.20N0-ci il tarixli 9/2-3260 nömrəli arxiv arayışından görünür ki, N nömrəli hərbi hissə komandirinin N5.NN.92 - 20.07.93-cü il tarixli nizami hissə üzrə əmrlərinə əlavələr qovluğunda pul təminatı ilə təmin olunmuş şəxsi heyətin siyahısında N970-ci il təvəllüdlü baş texnik, baş gizir İddiaçı adı qeyd olunmuşdur. Ağdam döyüş bölgəsində iştirak etdiyi üçün baş texnik, baş gizir İddiaçı N nömrəli hərbi hissə komandirinin N fevral N-cü il tarixli 23 nömrəli əmrilə (əsas: səh-52, §-2, sıra-95) N2.0N.93-cü il tarixdən pul təminatı ödənilmişdir. N №-li hərbi hissə komandirinin yanvar N-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı yaralanması barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin N992-ci il tarixli nizami hissə üzrə əmrləri və Bakı Travmatologiya İnstitutunun sənədləri Müdafiə Nazirliyinin Mərkəz Arxivinə daxil olmamışdır. İş materiallarında olan, Şəki Şəhər Rayon Polis Şöbəsinin 08.05.202N-ci il tarixli N89-N2266-NN2N nömrəli məktubuna əlavə edilmiş tələbnamədən görünür ki, İddiaçı barəsində DİN BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan, Tərtər Hərbi Prokurorluğunun 06.05.202N-ci il tarixli 22HP2288 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı barəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə cinayət təqibinin həyata keçirilməsi, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə Tərtər Hərbi Prokurorluğunda cinayət işi istintaq olunmamış və araşdırma aparılmamışdır. İş materiallarında olan, Qarabağ Hərbi Prokurorluğunun N6.05.202N-ci il tarixli N8/2265 nömrəli məktubundan görünür ki, İddiaçı barəsində Qarabağ Hərbi Prokurorluğunda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. İş materiallarında olan, Füzuli Hərbi Prokurorluğunun 09.06.202N-ci il tarixli N6/286N nömrəli məktubundan görünür ki, İddiaçı barəsində Füzuli Hərbi Prokurorluğunda təqsirləndirici material və cinayət işi yoxdur. İddiaçının apellyasiya şikayəti uğurlu sayılmır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin N-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N99N-ci il oktyabrın 9dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İddia tələbinin əsassız olmasının səbəbi iddiaçının qanuni əsaslarla tərxis olunması və şəxsi heyət siyahısından çıxarılmasının iş materialları ilə təsdiq edilməməsi ilə bağlıdır. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (07 oktyabr N997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun N4-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətinin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. İş materiallarında olan Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin NN.03.20N0-ci il tarixli 9/2-3260 nömrəli arxiv arayışından görünür ki, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmasına dair məlumat yoxdur. Şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Yəni, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. N-cü ilin fevral ayından sonra N nömrəli hərbi hissədə xidməti, müalicədən sonra xidmət yerinə qayıtmağı və qanuni əsaslarla tərxis olunması ilə bağlı iş materiallarında hər hansı sübut yoxdur. Məhkəmə iclasında verdiyi izahatında iddiaçı müalicədən sonra hərbi hissəyə qayıtdığını və daha sonra könüllülərin olduğu hərbi hissəyə göndərildiyini və həmin hərbi hissədə xidmət etdiyini, həmin hərbi hissədən isə atəşkəs olduğuna görə digər şəxslər kimi özünün də geri, yəni evinə qayıtdığını bildirmişdir. Lakin, nəzərə alınmalıdır ki, hərbi qulluqçuların ehtiyata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” N996-cı il tarixli, 433 nömrəli Fərmanından sonra başlamışdır. Odur ki, iddiaçının müharibə veteranı statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması şərti sübuta yetirilmir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və şəxsi heyət siyahısından çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Həmçinin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaətini əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya “Müharibə veteranı”adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı hərbi hissədən qanuni əsaslarla tərxis edilməsini sübut edə bilməmişdir. İPM-in 34.N-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslı deyildir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Şəki İnzibаti Məhkəməsinin 03 avqust 202N-ci il tаrixli, 2-N(NN6)-737/202N saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibаti Məhkəməsinin 03 avqust 202N-ci il tаrixli, 2-N(NN6)-737/202N saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən N ay müddətində Şəki Apellyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ-N025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi N4, NN93-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-404/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-404/2021
28.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver