Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-404/2025 21.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, üçüncü şəxsin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxslər X11, X14 və X4 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinın cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2-1(116)-1504/2025 nömrəli qərarından iş üzrə üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. işin halları:
1. xx.xx.2024-cü il tarixdə notarial qaydada bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X1 şəhəri, Aydın Məmmədov küçəsi, ev 8/2, mənzil 34 ünvanında yerləşən yaşayış sahəsini İddiaçı bağışlamışdır.
2. xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi üzərində İddiaçı tam xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.
3. Azərbaycan Respublikası DİN Mingəçevir ASAN tərəfindən verilmiş ******* №-li “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X11, xx.xx.2011-ci il təvəllüdlü X14 və xx.xx.1978-ci il təvəllüdlü X2 şəhəri, Aydın Məmmədov küçəsi, ev 8/2, mənzil 34 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.
4. Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi 8 saylı MİS-nin təsdiq etdiyi xx.xx.2024-cü il tarixli aktda qeyd edilmişdir ki, X11, X14 və X2 şəhəri, Aydın Məmmədov küçəsi, ev 8/2, mənzil 34 ünvanında qeydiyyatdadırlar, lakin həmin ünvanda yaşamırlar.
5. İddiaçı, cavabdeh orqana müraciət edərək X11, X14 və X4 ünvan 1 ünvanında pasport qeydiyyatdan çıxarılmasını xahiş etmişdir.
6. Cavabdeh orqan xx.xx.2024-cü il tarixli məktubunda müraciətdə qeyd olunan məsələnin məhkəmə orqanlarının səlahiyyətində olmasını qeyd edərək iddiaçıya imtina cavabı vermişdir.
7. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(051)-1694/2015 saylı qətnaməsi ilə iddiaçı X4 cavabdeh Qanuni nümayəndə qarşı “nikahın pozulması” tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında xx.xx.2010-cu ildə Mingəçevir şəhər Nikah evində bağlanmış 259 saylı nikah qeydi pozulmuş, xx.xx.2010-cu il təvəllüdlü X11 və xx.xx.2011-ci il təvəllüdlü X8 anası Qanuni nümayəndə yanında qalması müəyyən edilmişdir.
8. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(051)-89/2016 saylı qətnaməsi ilə iddiaçı Qanuni nümayəndə cavabdeh X9 qarşı “xx.xx.2011-ci il təvəllüdlü X8 cavabdehdən məcburi qaydada alınıb ona verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
9. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(051)-304/2020 saylı qətnaməsi ilə iddiaçı X4 cavabdeh X10 qarşı “ünvan 2 ünvanına köçürülmə” tələbinə dair iddiası təmin edilmişdir.
10. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(051)-1694/2015, xx.xx.2016-ci il tarixli, 2(051)-89/2016 və xx.xx.2020-ci il tarixli, 2(051)-304/2020 saylı qətnamələri qanuni qüvvəsini almışdır.
11. AZEMİS-dən çıxarışdan görünür ki, Qanuni nümayəndə Bakı şəh., Səbail rayonu 19 ünvanında qeydiyyatdadır.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
12. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X11, X14 və X4 ünvan 1 ünvanında pasport qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanındakı mənzil ona məxsusdur. Belə ki, ona həmin mənzilə dair mülkiyyət sənədi verilmişdir. Lakin mülkiyyətində olan mənzildə üçüncü şəxslərin istifadə hüququ olmadan qeydiyyatdadırlar. Bununla bağlı o, Cavabdehnə müraciət edərək üçüncü şəxsin mənzilindən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Lakin oradan ona bunun mülki məsələ olduğunu və buna görə də məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. Onlar, üçüncü şəxsləri başqa yolla mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarda bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Üçüncü şəxslər sözügedən mənzillərdə qeydiyyatda olsalar da, orada yaşamırlar. Onların mənzilə qeydiyyatı formal xarakter daşıyır.
14. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X11, X14 və X17 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər (zəruri cəlbetmə).
15. Şəki İnzibati Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2-1(116)-1504/2025 nömrəli qərarı ilə (hakim Fəxri Hacızadə) iddia təmin edilmişdir.
16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak iddiaçının xüsusi mülkiyyətindədir. İş üzrə üçüncü şəxslər hal-hazıradək iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatdadırlar. Üçüncü şəxslər həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatda olsalar da faktiki olaraq həmin ünvanda yaşamırlar, həmin yaşayış sahəsində istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. İş üzrə üçüncü şəxslər qeydiyyatda olduqları ünvanda faktiki olaraq yaşamırlar və həmin mənzillə bağlı heç bir əmlak hüquqları yoxdur. Hazırkı iş üzrə üçüncü şəxslər iddiaçıya münasibətdə ailə üzvü sayılmır, ailə qanunvericilyi baxımından iddiaçıdan özlərinin saxlanılmasını tələb etmək hüquqları yoxdur, həmçinin faktiki olaraq həmin ünvanda yaşamırlar. İddiaçının isə həmin mənzil üzərində xüsusi mülkiyyət hüququ əldə etməsi işin mübahisəsiz halıdır. Belə olan halda məhkəmə hesab edir ki, üçüncü şəxslərin həmin mənzildə qeydiyyatı hər hansı əmlak hüququnun yaranmasına səbəb olmur və qeydiyyat tamamilə formal xarakter daşıyır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Üçüncü şəxslərin mülkiyyətçiyə məxsus evdən qeydiyyatdan çıxarılması tələbi də mülkiyyətçinin məhz bu kimi hüquqlarından irəli gəlir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia tələbi təmin edilməklə üçüncü şəxslər X11, X14 və X4 ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
17. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri
18. Apellyasiya şikayətinin dəlillərinə görə üçüncü şəxs 28 aprel 1978-ci ildə Mingəçevir şəhərində doğulmuşdur. İddiaçı Vüsal Nağıyevin bacısıdır. Vüsal Nağıyev - Ələsgər Yusub oğlu ilə X5 birgə nikahından doğulmuşdur. Onlar dörd uşaq olmuşlar: bacıları İddiaçı, Əliyeva (Nağıyeva) Elnarə Ələsgər qızı, Məmmədova (Nağıyeva) Sevinc Ələsgər qızı və Vüsal. Atası və anası dövlət müəssisəsində işləmişlər. Onların ailəsinə əvvəl iki otaqlı, daha sonra isə ailələri böyüdüyü üçün hazırkı mübahisə edilən Mingəçevir şəhəri, A. Məmmədov küçəsi 8/2 saylı evin 34 saylı, dörd otaqdan ibarət mənzil verilmişdir. Mənzil onların dörd uşaq olması nəzərə alınmaqla dövlət tərəfindən verilmişdir. Mingəçevir şəhər məhkəməsinin 2(051)-304/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, X2 şəhəri, A. Məmmədov küçəsi 8/2 saylı evin 34 saylı mənzilinə köçürülməsi qərara alınmışdır. Məhkəmə qətnaməsinin əsaslandırma hissəsindən müəyyən olunur ki, X4 mübahisəli olan Mingəçevir şəhəri, A. Məmmədov küçəsi 8/2 saylı evin 34 saylı mənzilinə istifadə hüququ olduğu üçün köçürülməsi təmin edilmişdir. Mingəçevir şəhər məhkəməsinin 2(051)-304/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmiş, qətnamə icra edilməsi üçün Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi tərəfindən X2 şəhəri, A. Məmmədov küçəsi 8/2 saylı evin 34 saylı mənzilinə köçürülmüş, mübahisəli mənzilin bir otağının əşyaları yığılaraq akt tərtib edilmiş, otağın açarı X9 təhvil verilmişdir. Mingəçevir şəhəri, A. Məmmədov küçəsi 8/2 saylı evin 34 saylı mənzil anası X5 mülkiyyətində olmuşdur. Bacısı İddiaçı mülkiyyətinə hansı qaydada keçməsindən məlumatı yoxdur. O, mövsümi olaraq Rusiya Federasiyasına gedib-gəlir. Rusiyadan gələndən sonra başqa yaşayış yeri yoxdur. Mingəçevir şəhəri, A. Məmmədov küçəsi 8/2 saylı evin 34 saylı mənzilində yaşayır. Mingəçevir şəhəri, A. Məmmədov küçəsi 8/2 saylı evin 34 saylı mənzili əvvəllər dövlət fondu mənzili olmuşdur. Ailə üzvü kimi onun razılığı ilə (digər ailə üzvləri ilə birlikdə) mənzil anası X5 adına özəlləşdirilmişdir. Məhkəmənin qanunsuz qərarında istinad etdiyi hallardan biri, Mənzil İstismar Sahəsi tərəfindən verilmiş aktdır. Aktda qeyd edilir ki, üçüncü şəxslər Mingəçevir şəhəri, A.Məmmədov küçəsi 8/2 saylı evin 34 saylı mənzilində qeydiyyatda olsalar da, yaşamırlar. Aktda hansı tarixdən yaşamadıqları göstərilmir. Vüsal Nağıyev tez-tez Rusiya Federasiyasına gedib-gəlir və gələn zaman da, yaşamaq hüququ olan mənzilə gedərək həm əşyalarından istifadə edir, həm də yaşamaq hüququ olan mənzildə yaşayır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
19. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları
20. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi (vəkili) apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək Şəki İnzibati Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2-1(116)-1504/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə təqdim etdikləri müraciətlərində inzibati işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ ... İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 27. Fiziki şəxsin yaşayış yeri 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. ... Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. ... Maddə 157. Mülkiyyətin müdafiəsi ... 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
23. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. ... Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. ... Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
25. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. İddiaçı, onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi üçüncü şəxs X6 iddiaçının mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində düzgün nəticəyə gəlsə də, digər üçüncü şəxslərə münasibətdə iddia tələbinin təmin edilməsində səhvə yol vermişdir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
28. İPM-in 12.1, 12.2, 58.7, 82-ci maddələrində təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
29. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı - ünvan 1 ünvanından üçüncü şəxslər X11, X14 və X4 qeydiyyatdan çıxarılmasına nail olmaqdır. Üçüncü şəxs Vüsal Nağıyev iddiaçının qardaşı, digər üçüncü şəxslər isə iddiaçının qardaşının uşaqlarıdır.
30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarında əks edilmiş mövqeylə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılması ilə bağlı mübahisəli hüquq münasibətinin həlli üçün iki hal şəxsin həmin yaşayış evində yaşamaması və həmin evə dair əmlak hüquqlarının mövcud olmaması müəyyən edilməlidir.
31. İş materialları ilə müəyyən edilmişdir ki, üçüncü şəxs X4 ünvan 2 ünvanına köçürülməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(051)- 304/2020 saylı qətnaməsi mövcuddur. Həmin qətnamə xx.xx.2020-ci il tarixdə qanuni qüvvvəsini almış və icra edilmişdir. Sözügedən qətnamədə qeyd olunmuşdur ki, V.Nağıyevin mübahisəli mənzildən istifadə ilə bağlı hüquq münasibəti mənzilin əldə olunduğu vaxtdan yaranmış və onun həmin mənzildən istifadə hüququ mövcud olmuşdur.
32. Üçüncü şəxs V.Nağıyevin hazırda mübahisəli mənzildə faktiki olaraq yaşamamasına münasibətdə qeyd edilməlidir ki, bu hal mövcud olsa belə, onun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas ola bilməz. Belə ki, V.Nağıyev həmin yaşayış sahəsinə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən köçürülmüş və istifadə hüququ əldə etmişdir. Onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı heç bir sübut mövcud deyildir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxsin sözügedən mənzilə köçürülməsi ilə bağlı mülki məhkəmə icraatında mübahisəyə baxılarkən həmin mənzil Şükufə Nağıyevanın mülkiyyətində olmuşdur. Bununla belə hazırkı mülkiyyətçi İddiaçı da, məhkəmə çəkişməsi zamanı cavabdeh qismində iştirak etmiş və qəbul edilmiş məhkəmə qətnaməsindən məlumatlı olmuşdur.
34. Beləliklə, V.Nağıyevin sözügedən yaşayış sahəsinə istifadə hüququ olduğundan, o, öz razılığı və ya istifadə hüququna xitam verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı olmadan həmin yaşayış yeri üzrə qeydiyyatdan çıxarıla bilməz.
35. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbində qeydiyyatdan çıxarılması tələb olunan xx.xx.2010-cu il təvəllüdlü X6 14, xx.xx.2011-ci il təvəllüdlü X14 isə hazırda 13 yaşı vardır. Odur ki, üçüncü şəxs Aliyə Nağıyevanın yaşayış yeri valideynlərinin yaşayış yeri sayılır. Digər üçüncü şəxs Kəklik Nağıyevanın yaşayış yeri isə valideynlərin razılığı ilə müəyyən edilməlidir.
36. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin 3-cü abzasına əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.
37. Həmin Qanunun 2-ci maddəsinin 4-cü abzasına əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir.
38. İş materialları ilə müəyyən edilir ki, Aliyə Nağıyeva və Kəklik Nağıyevanın valideynləri – arasında xx.xx.2010-cu ildə Mingəçevir şəhər Nikah evində bağlanmış 259 saylı nikah qeydi Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(051)- 1694/2015 saylı qətnaməsi ilə pozulmuş, hər iki uşağın anası Qanuni nümayəndə yanında qalması müəyyən edilmişdir.
39. Bununla belə, Aliyə Nağıyeva faktiki olaraq atasının himayəsində qalmışdır. Sonradan onun cavabdehdən məcburi qaydada alınaraq Qanuni nümayəndə verilməsi ilə bağlı sonuncunun qaldırdığı iddia isə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(051)-89/2016 saylı qətnaməsi ilə təmin edilməmişdir.
40. Yuxarıda qeyd edildiyi kimi, hazırkı iş üzrə məhkəmə qətnaməsi ilə atanın (V. Nağıyevin) iddiaçıya məxsus mənzilə köçürülməsi və həmin mənzildən istifadə hüququ təsbit edildiyindən, onun himayəsində olan 13 yaşlı övladı Aliyə Nağıyevanın yaşayış yeri də valideyninin yaşayış ünvanına uyğun olaraq həmin ünvan hesab edilməlidir.
41. Məhkəmə kollegiyası hesab edir ki, nikahın pozulmasından sonra anasının yanında qalması müəyyən edilən və hazırda da faktiki olaraq anası ilə yaşayan 14 yaşlı Kəklik Nağıyevanın yaşayış yeri anasının yaşayış yerinə uyğun olaraq müəyyən edilməlidir. Ana - Qanuni nümayəndə - iddiaçıya məxsus ünvanda deyil, Bakı şəhəri, Səbail rayonu, 19 ünvanında qeydiyyatda olduğundan, uşağın yaşayış yeri də həmin ünvan hesab edilməlidir. Belə ki, məhkəmə qətnaməsi ilə himayəsinə verilmiş valideyn iddiaçıya məxsus mənzildə yaşamır və orada hər hansı əmlak hüququna malik deyil. Buna görə də uşağın yaşayış yeri iddiaçıya məxsus mənzil kimi müəyyən edilə bilməz.
42. Məhkəmə kollegiyası şərh olunanları ümumiləşdirərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, ləğv edilən hissədə iddia təmin edilməməli, qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilir. Şəki İnzibati Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2-1(116)-1504/2025 nömrəli qərarı qismən - üçüncü şəxslər X13 və X8 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması hissəsində ləğv edilir. Həmin hissədə iddia təmin edilmir. Şəki İnzibati Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2-1(116)-1504/2025 nömrəli qərarı qalan hissədə (üçüncü şəxs X6 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması hissəsində) dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir