Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-405/2020 29.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - İddiaçı; Cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialının nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı ailə başçısını itirməyə görə pensiya almaq hüququ pozulduğundan, ərinin vəfatı günündən xx.xx.2019-cu il tarixədək ödənilməmiş (4 ay 10 gün x 779,28 manat) pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dаir inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2-1(116)-373/2020 saylı qərarından İddiaçı tələbinə dair inzibati işə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı şöbənin xx.xx.2002-ci il tarixli 172 nömrəli qərarı ilə əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. İddiaçının əri X5 xx xxxxxxx 2018-ci il tarixdə vəfat etmişdir. Vəfat etdiyi günə kimi, zərərli iş sahəsində işləmişdir. İddiaçı əlilliyə görə pensiya aldığı üçün, həmçinin onun oğlu X1 Universitetinin əyani şöbəsində təhsil aldığından, hər ikisinin ailə başçısını itirilməsinə görə, mərhum ərinin aldığı pensiya məbləğinin bərabər şəkildə bölünməsinə hüquqları yaranmışdır. Oğlu Ağami tələbə olduğundan, ona xx.xx.2018-ci il tarixdən ailə başçısını itirməyə görə 750,80 manat pensiya təyin olunmuşdur. İddiaçı ərinin vəfatı ilə əlaqədar xx.xx.2019cu il tarixdə şöbəyə ərizə ilə müraciət edərək pensiya növündə dəyişiklik edərək pensiyasını əlilliyə görə pensiya növündən ailə başçısını itirməyə görə pensiya növünə keçirilməsini xahiş etmişdir. İddiaçının müraciətinə pensiya təyin edən komissiyanın xx.xx.2019-cu il tarixdə keçirilən iclasında baxılmış, pensiya növündə dəyişiklik edilərək ailə başçısını itirməyə görə pensiyaya keçirilmiş, ona xx.xx.2019-cu il tarixdən 779,28 manat pensiya təyin olunmuşdur. İddiaçı xx xxxxxxx 2018-ci ildən xx xxxx 2019-cu il tarixədək ailə başçısını itirməyə görə nəzərdə tutulmuş pensiyanın verilməsini tələb edərək rəsmi qaydada cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətinə belə bir cavab vermişdir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 18.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qanunun 13.3-cü və 13.3.1-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilmiş, yəni ailə başçısının pensiyasının sığorta hissəsinin məbləği, ailə başçısını itirməyə görə pensiya almaq hüququ olan şəxslər arasında bərabər bölüşdürülmüşdür. Sizə daha sərfəli olduğu üçün pensiya növündə dəyişiklik edilərək əlilliyə görə əmək pensiyası növündən ailə başçısını itirməyə görə əmək pensiyası növünə keçirilməsi əvvəlcədən təklif olunmasına baxmayaraq siz bu barədə xx.xx.2019-cu il tarixdə şöbəyə ərizə ilə müraciət etmisiniz. xx.xx.2019-cu il tarixdən Qanunvericiliyə uyğun olaraq pensiya növündə dəyişiklik edilərək sizə ailə başçısını itirməyə görə 779,28 manat pensiya təyin olunmuşdur. Xahiş edirik nəzərə alasınız.” Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, o, ərinin xx xxxxxxx 2018-ci il tarixdə vəfatı ilə əlaqəda “qırx” mərasimindən sonra oğlu ilə birlikdə cavabdeh orqana müraciət etmişdirlər. Oğlu tələbə olduğundan, ona xx.xx.2018-ci il tarixdən ailə başçısını itirməyə görə 750,80 manat pensiya təyin olunmuşdur. İddiaçıya isə ailə başçısını itirməyə görə pensiya məbləği ödənilməmişdir, səbəbi isə onun əlilliyə görə pensiya hüququndan istifadə etməyi olmuşdur. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2-1(116)-373/2020 saylı qərarı ilə (hаkim İlqar Cabbarov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı ailə başçısını itirməyə görə pensiya almaq hüququ pozulduğundan, ərinin vəfatı günündən xx.xx.2019-cu il tarixədək ödənilməmiş (4 ay 10 gün x 779,28 manat) pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2-1(116)-373/2020 saylı qərarından apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikаyəti onunlа əsаslаndırılmışdır ki, məhkəmə yalnız işdə olan sənədlər əsasında, o, cümlədən, cavabdehin təqdim etdiyi etiraz və etirazda bildirdiyi fikirlər üzrə qərar qəbul etmişdir. Məhkəmə Qanunun normalarını və Qaydaların bir neçə bəndini sadalasa da, sonda cavabdehin etirazına uyğun qərar qəbul etmişdir ki, bu da, nəticə etibarı ilə əsassızdır. Cavabdeh qeyd etmişdir ki, guya ki, onun tərəfindən lazımi sənədlər vaxtında təqdim edilməmişdir. Əslində isə həmin orqana dərhal məlumat verilmişdir və oğlu tələbə olduğu üçün dərhal ödənilmə aparılmış, lakin onun müraciətini isə yalnız fevral ayından qeydiyyata almışlar. Məhkəmə xidməti səlahiyyətlərindən tam şəkildə istifadə etməmiş, növbəti dəfə inzibati prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Ona görə də, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2-1(116)-373/2020 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2-1(116)-373/2020 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialının nümayəndəsi X3 apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2-1(116)-373/2020 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İcraat materialları Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına təqdim olunmuş və məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin materiallara AZE seriyalı ******** nömrəli ş/v surəti, DSMF-nin İsmayıllı rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********6 nömrəli imtina məktubu, AZ-İ seriyalı 973801 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surəti, DSMF-nin İsmayıllı rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********6 nömrəli etirazı, Qeydiyyat-Nəzarət Vərəqəsinin təsdiqlənmiş surəti, xx.xx.2019-cu il tarixli Ərizənin təsdiqlənmiş surəti, DSMF-nin İsmayıllı rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın xx.xx.2019-cu il tarixli 549 nömrəli qərarının təsdiqlənmiş surəti, İV-ЖГ seriyalı 320253 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surəti, xx.xx.2020-ci il tarixli 036312 nömrəli əlillik vəsiqəsinin təsdiqlənmiş surəti, DSMF-nin İsmayıllı rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********8 nömrəli məktubu və ona əlavə edilmiş pensya işlərinin təsdiqlənmiş surətləri daxildir. Həmin sənədlərin məzmununa istinad olunur. Əsaslandırma hissəsi: İddiaçının apelyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuna ziddir. Cavabdeh inzibati orqanın bu hərəkəti iddiaçının sosial təminat hüququnu pozur (İPM-in 34.1-ci maddəsi)”. İddia mümkün iddiadır. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. İddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, inzibati orqanın isə onun tələbini təmin etməməsi və ya qanunla müəyyən edilmiş müddət ərzində müraciətini cavablandırmamasıdır. İddiaçı pensiya təyin edilməsi ilə bağlı əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu onun iş illərini sığorta stajına daxil etmədiyini bildirdiyindən hazırkı mübahisə yaranmışdır. Apelyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı cavabdehə təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.1-ci, 85.2 -ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində cavabdehin tələbi göstərilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki,İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü, 31.2-ci maddələrinin və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 6-cı bölməsinin 6.2-ci bəndinin tələbinə zidd olduğu üçün qəbul edilə bilməz və iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa 34-cü maddəsinin şərtinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. Həmin Qanunun 31.2-ci maddəsinə əsasən Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Həmin Qanunun 32.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 6-cı bölməsinin 6.1-ci bəndinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə Qanunun 34-cü addəsinə uyğun olaraq aparılır. Həmin Qaydaların 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. Həmin Qaydaların 6.3-cü bəndinə əsasən, yaşa və əlilliyə görə pensiya növündən ailə başçısını itirməyə görə pensiya növünə keçdikdə, pensiya ilk növbədə vəfat edənin sığorta göstəriciləri nəzərə alınmaqla hesablanır. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Həmin Qaydaların 6.4-cü bəndinə əsasənvəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir. Sadalanan normalardan göründüyü kimi, əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edildikdə aparılır.Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılır. İş materiallarından da göründüyü kimi, iddiaçı xx.xx.2019-cu il tarixdə cavabdehə ərizə ilə müraciət edərək aldığı pensiya növündə dəyişiklik edilməklə əlilliyə görə pensiya növündən ailə başçısını itirməyə görə pensiya növünə keçirilməsini xahiş etmişdir. İddiaçının müraciətinə pensiya təyin edən komissiyanın xx.xx.2019-cu il tarixdə keçirilən iclasında baxılaraq pensiya növündə dəyişiklik edilmiş və ona ailə başçısını itirməyə görə pensiyanın xx.xx.2019-cu ildən verilməsi qərara alınmışdır. İddiaçının mərhum ərinin vəfatının “qırx mərasimi”ndən sonra, yəni 2018-ci ilin dekabr ayında pensiya növündə dəyişiklik edilməsinə dair cavabdeh orqana rəsmi qaydada müraciət etməsi barədə bəyanı iş materialları ilə təsdiqini tapmamışdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməməsi nəticəsinə gələrkən birinci instansiya məhkəməsi haqlı olmuşdur. Apelyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2-1(116)-373/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-405/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-405/2020
29.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver