Məhkəmə qərarları › İş №2-1(107)-405/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-405/2021

28.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-405/2021 28.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Məlikov Vəzirxan İsgəndər oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə İddiaçı Cavabdeh, üçüncü şəxslər X11 və X7 qarşı Cavabdeh Qəyyumluq və Himayə X1 və X3 11.02.2011-ci il təvəllüdlü X12 və 16.02.2012-ci il təvəllüdlü X13 ilə görüşərək ünsiyyətdə olmalarının müəyyən edilməsinə dair 01.06.2021-ci il tarixli qərarının ləğv edilməsi tələbi barədə Şəki İnzibаti Məhkəməsinin 03 avqust 2021-ci il tаrixli, 2-1(116)- 1067/2021 saylı qərаrdadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikаyətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Təsviri hissə: İddiaçı Cavabdeh, üçüncü şəxslər X11 və X7 qarşı Cavabdeh Qəyyumluq və Himayə X1 və X3 11.02.2011-ci iln təvəllüdlü X12 və 16.02.2012-ci il təvəllüdlü X13 ilə görüşərək ünsiyyətdə olmalarının müəyyən edilməsinə dair 01.06.2021-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Cavabdehn Qəyyumluq və Himayə Orqanının 01.06.2021-ci il tarixli iclasının qərarına əsasən Ucar rayonu, Ənvər Məmmədxanlı kənd sakinləri X3 və X4 nəvələri X12 və X13 ilə hər həftənin 5ci günü, saat 15:00-dan 17:00dək hər ayda 4 dəfə Cavabdeh başçısının Ucar şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasında görüşərək ünsiyyətdə olmaq hüquqları müəyyən edilmişdir. Eyni zamanda həmin qərarla Cavabdeh başçısının Ucar şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəsi X2 ünsiyyət prosesinin həyata keçirilməsinə zəruri şəraitin yaradılması tapşırılmışdır. İddiaçı həmin qərarı mübahisələndirərək onun ləğv edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya 30.06.2021-ci il tarixdə hüquqi yardım edilərək həmin tələbə inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalı olması bildirilmişdir. İddiaçı tərəfindən məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməmişdir. Şəki İnzibаti Məhkəməsinin 03 avqust 2021-ci il tаrixli, 2-1(116)-1067/2021 saylı qərardadına əsasən (hakim Vüqar Musayev) İddiaçı Cavabdeh, üçüncü şəxslər X11 və X7 qarşı Cavabdeh Qəyyumluq və Himayə X1 və X3 11.02.2011-ci iln təvəllüdlü X12 və 16.02.2012-ci il təvəllüdlü X13 ilə görüşərək ünsiyyətdə olmalarının müəyyən edilməsinə dair 01.06.2021-ci il tarixli qərarının ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Şəki İnzibаti Məhkəməsinin 03 avqust 2021-ci il tаrixli, 2-1(116)-1067/2021 saylı qərardadından İddiaçı oğlu apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsi iddia tələbini mümkün saymamaqda haqlı olmamışdır. Tələbin inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalı olmasını, Cavabdeh Qəyyumluq və Himayə Orqanının 01.06.2021-ci il tarixli qərarının inzibati akt olmadığını məcburilik xüsusiyyətlərinə malik olmamasını göstərmişdir. Lakin Cavabdeh Qəyyumluq və Himayə Orqanının 01.06.2021-ci il tarixli qərarının inzibati akt olmadığı halda, ünvanladığı şəxsə üçün hər hansı bir nəticə yaratmadığı və sonuncunun qərarı məcburilik xüsusiyyətlərinə olmadığı halda, həmin qərarın icrasını Ucar Rayon İcra və Probasiya şöbəsi tərəfindən ondan tələb edildiyini bildirmiş, belə olan halda həmin qərarın inzibati akt olduğunu və ünvanladığı şəxs üçün nəticə yaratdığını göstərmişdir. Bundan başqa Ucar Rayon Məhkəməsinin 01.04.2021-ci il tarixli 2(063)-203/2021 nömrəli qərardadı ilə X5 11.02.2011-ci iln təvəllüdlü X12 və 16.02.2012-ci il təvəllüdlü X13 ilə hər həvtənin bazar günü saat 11:00-dan 14:00-dək ünsiyyətdə olamsı qərara alındığını, üçüncü şəxslər X11 və X10 ilə görüşmək istəmədiklərini bu barədə Cavabdeh Qəyyumluq və Himayə Orqanı araşdırma aparmadan qərar qəbul etdiyini bildirmişdir. Ona görə də, Şəki İnzibаti Məhkəməsinin 03 avqust 2021-ci il tаrixli, 2-1(116)-1067/2021 saylı qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları: İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq proses iştirakçıları məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM-nin) 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin həmin Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassızdır. İş materiallarına əlavə edilmiş, Cavabdehn Qəyyumluq və Himayə Orqanının 01.06.2021-ci il tarixli iclasının qərarından görünür ki, X3 və X9 nəvələri X12 və X13 ilə hər həftənin 5-ci günü, saat 15:00-dan 17:00-dək hər ayda 4 dəfə Cavabdeh başçısının Ucar şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasında görüşərək ünsiyyətdə olmaq hüquqları müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş, Ucar rayon Məhkəməsinin 01.04.2021-ci il tarixli 2(063)-203/2021 nömrəli qərardadından görünür ki, İddiaçı cavabdeh X8 qarşı nikahın pozulması və uşaqların himayəsində saxlanması tələbinə dair mülki iş mahiyyəti üzrə həll edilənə kimi cavabdeh X6 uşaqları – 11.02.2011-ci il tarixdə doğulmuş X12 və 16.02.2012ci il tarixdə doğulmuş X13 ilə hər həftənin bazar günü, saat 11:00-dan 14:00-dək ünsiyyətdə olmağına edilən maneələr İddiaçı qadağan edilmişdir. Azərbaycan Respublikasının İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İşin hallarından müəyyən edilir ki, Cavabdehn Qəyyumluq və Himayə Orqanının 01.06.2021-ci il tarixli iclasının qərarına əsasən Ucar rayonu, Ənvər Məmmədxanlı kənd sakinləri X3 və X4 nəvələri X12 və X13 ilə hər həftənin 5ci günü, saat 15:00-dan 17:00dək hər ayda 4 dəfə Cavabdeh başçısının Ucar şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasında görüşərək ünsiyyətdə olmaq hüququnun təmin edilməsi məqsədəmüvafiq hesab edilmişdir. İddiaçı hazırki ərizəsində Cavabdehn Qəyyumluq və Himayə Orqanının 01.06.2021ci il tarixli qərarını mübahisələndirərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər– tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Kollegiya qeyd edir ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni inzibati orqan iştirak edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən yalnız publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati orqanların inzibati aktların verilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı (faktiki xarakterli hərəkətləri də daxil olmaqla) fəaliyyəti inzibati mübahisənin predmetini təşkil edə bilər. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri-bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Cavabdeh qəyyumluq və himayə orqanının 01.06.2021-ci il tarixli qərarı onun inzibati fəaliyyətinin nəticəsində qəbul edilməmişdir. Ləğvi tələb edilən qərar uşaqların nənə və babası ilə ünsiyyətdə olması ilə bağlı prosesin nizama salınması məqsədi ilə Qəyyumluq və Himayəçilik Orqanı tərəfindən verilmişdir. Belə ki, inzibati fəaliyyət inzibati orqanlar tərəfindən həyata keçirilən və nəticədə ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən nəticələrin yaranmasına səbəb olan inzibati aktın qəbulu ilə nəticələnən fəaliyyətdir. İnzibati akt isə - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (“İnzibati İcraat Haqqında” Qanunun 2.0.2-ci maddəsi) ki, Cavabdeh Qəyyumluq və Himayə Orqanının fəaliyyəti “İnzibati icraat haqqında” qanunla deyil Azərbaycan Respublikası Mülki və Ailə Məcəllələri ilə tənzimlənir. Buna görə də iddia ərizəsində qeyd olunan Cavabdeh Qəyyumluq və Himayə Orqanının 01.06.2021-ci il tarixli qərarı inzibati akt deyil, ünvanlandlığı şəxs üçün hər hansı nəticə yaratmır və sonuncunun qərarı məcburilik xüsusiyyətlərinə malik deyil. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında olan münasibətlər inzibati sahədə (publik) deyil, ailə hüquq sahəsində yaranmışdır. İddiaçı ərizəsində cavabdeh qismində inzibati orqan olan Cavabdeh göstərsə də, irəli sürülən tələb xüsusi hüquqa - mülki hüquq münasibətlərinə aiddir və iddia tələbi mülki mübahisədir, ona görə publik hüquqla tənzimlənmir. Mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılması üçün tərəflərdən biri inzibati orqan olmalı və tərəflər arasında yaranmış hüquq münasibətləri inzibati xarakterli olmalıdır. Yəni, göstərilən şərtlər məcmu yaratdığı halda münahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Ona görə tərəflər arasında qeyd edilən mülki mübahisələrə inzibati mübahisə kimi inzibati məhkəmələrdə baxıla bilməz. Həmin tələbə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun aidiyyatı üzrə ümumi məhkəmədə (rayon və ya şəhər məhkəmələrində) baxılmalıdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, mübahisələndirilən Cavabdehn Qəyyumluq və Himayə Orqanının 01.06.2021-ci il tarixli qərarı ailə münasibətlərindən yaranan məsələləri tənzimləyir. Ona görə də onun ləğv edilməsi tələbinə inzibati icraat qaydasında baxılmır. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla doğru nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qərardadı ləğv etmək üçün əsas deyil, odur ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikаyəti təmin edilməsin. Şəki İnzibаti Məhkəməsinin 03 avqust 2021-ci il tаrixli, 2-1(116)-1067/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərаrdаddаn rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyаsiyа Məhkəməsi (AZ-5507, Şəki şəhəri, Salman Mümtaz küçəsi) vаsitəsilə Azərbаycаn Respublikаsı Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikаyəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar