Məhkəmə qərarları › İş №2-1(107)-406/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-406/2020

01.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-406/2020 01.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İddiaçı Asadullah qızının (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və X13 Nazirliyi yanında Dövlət X16 Balakən rayon şöbəsinə (bundan sonra cavabdeh və ya DSMF-un Balakən rayon şöbəsi) qarşı “Dövlət X16 Balakən rayon şöbəsinin xx.xx.2019-cu il tarixlı qərarının ləğv edilməsi və xx.xx.2019-cu il tarixdən pensiya ödənişinin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-112/2020 nömrəli qərarından DSMF-un X19 Balakən rayon filialı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1961-ci il tarixdə Balakən rayon Xalatala kəndində anadan olmuşdur. Hazırda həmin rayonun Yeni Şərif kəndində yaşayır. O, 1980, 1982, 1983, 1984-cü illərdə M.Ə.Sabir adına kolxozda, 1985-1998-ci illərdə isə Əzizbəyov adına kolxozda işləmişdir. xx.xx.2016-cı ildə 55 yaşı tamam olduğuna görə sənədlərini Fondun Balakən rayon şöbəsinə yaşa görə əmək pensiyası təyin edilməsi uçün təqdim etmişdir. Ona görə ki, o, 5 uşaq doğub 8 yaşadək tərbiyə etdiyinə görə 55 yaşı tamam olduqda 10 il sığorta stajına əsasən yaşa görə əmək pensiyası hüququ yaranır. Lakin ona pensiya təyin etməkdən imtina edilmişdir. Fondun Balakən rayon şöbəsində ona bildirmişlər ki, yaşa görə əmək pensiyası təyin edilməsi üçün 10 il tələb olunan stajınıza qarşı cəmi 6 il 7 ay stajınız vardır. Belə ki, o, 1980, 1982-1985 və 1985-1998-ci ilədək 17 il deyil 6 il 7 ay nəzərə alınır. Buna gorə də ona yaşa görə əmək pensiyası verilməsindən imtina edilmişdir. Sonradan ona məlum olmuşdur ki, xx.xx.2006-cı ilədək qüvvədə olmuş vətəndaşların pensiya təminatı haqqında qanunun 67-ci maddəsində qeyd edilir ki, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirak minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət nəzərə alınır. Eyni zamanda həmin maddənin e) bəndində qeyd edilir: işləməyən ananın körpə uşağlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq sığorta stajına daxıl edilir. O, 1987-ci ildə, 1989-cu ildə, 1990-cı ildə, 1991-ci ildə və 1994-cü ildə uşaq doğmuşdur. 5 uşaq anasıdır və həmin illərdə o üzürlü səbəbdən minimum adam gün normalarını yerinə yetirməmiş və ya həmin illərdə işə çıxa bilməmişdir. Ona görə də həmin illərdə onun iş stajı minimum adam gün normaları doldurularaq tam il kimi nəzərə alınmalıdır. Belə olduqda onun iş stajı 5 il artaraq 11 il 7 ay təşkil edir və onun yaşa görə əmək pensiyası hüququ yaranır. İddiaçı birinci instansiya məhkəməsinə xx.xx.2020-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Dövlət X16 Balakən rayon şöbəsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və xx.xx.2019-cu il tarixdən pensiya ödənişinin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı izahatında iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinə cavabdeh xx.xx.2020-ci il tarixli arayış göndərmiş və bildirmişdir ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı xx.xx.2016-cı il tarixdən 55 yaşı tamam olmuş, 5 uşaq doğub 8 yaşadək tərbiyə etdiyinə görə yaşa görə əmək pensiyası hüququ həmin tarixdən yaranmışdır. Lakin həmin tarixə İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün 10 il sığorta stajı tələb olunur. Onun şöbəyə təqdim etdiyi sənədlərə əsasən müəyyən edilmişdir ki, cəmi 6 il 4 ay sığorta stajına malikdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2017 ci il tarixli 2-(019)-1512/2017 №-li qətnaməsinə əsasən onun sığorta stajı tam 10 il nəzərə alınaraq əmək pensiyası təyin edilmişdir. Ona pensiya təyin edilərkən 1987, 1989, 1990, 1991 və 1994 cü illərdə uşaq doğduğu illəri tam il olmaqla nəzərə alınmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı uşaq doğduğu illər Balakən rayon məhkəməsinin qətnaməsində ayrıca tam il kimi nəzərə alınması qeyd edilməmişdir. Bu səbəbdən onun pensiyası xx.xx.2019-cu ildən dayandırılmışdır. Qeyd edilmişdir ki bu məsələ Balakən rayon Məhkəməsinin səlahiyətində deyil, ona görədə İddiaçı Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmək məcburiyətində qalmışdır.. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X12 izahatında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-112/2020 nömrəli qərarı ilə iddia təmin edilərək, DSMF-un Balakən rayon şöbəsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi, DSMF-un Balakən rayon şöbəsinin üzərinə İddiaçı xx.xx.2019-cu il tarixdən pensiya ödənişinin bərpa olunması öhdəliyinin qoyulması qərara alınmışdır. DSMF-un X19 Balakən rayon filialı apelyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-112/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdehin apelyasiya şikayəti imtina məktubunun dəlillərinə uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən DSMF-un Balakən rayon şöbəsinin nümayəndəsi X12 apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-112/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-112/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. DSMF-nin Balakən rayon şöbəsinin xx.xx.2019-cu il tarixli 254 nömrəli imtina məktubu; Balakən rayon Dövlət Arxivinin xx.xx.2017-ci il tarixli 369 nömrəli arxiv arayışları; DSMF-nin Balakən rayon şöbəsinin xx.xx.2019-cu il tarixli ********* nömrəli məktubu; xx.xx.2019-cu il tarixli AZ-İİ seriyalı 354913 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surəti; xx.xx.1987-ci il tarixli Xİİ-ЖГ seriyalı 390058 nömrəli, xx.xx.1989-cu il tarixli XİV- ЖГ seriyalı 307221 nömrəli, xx.xx.1990-cı il tarixli XV-ЖГ seriyalı 280046 nömrəli, xx.xx.2019cu il tarixli AZ-İV seriyalı 347076 nömrəli, xx.xx.2019-cu il tarixli AZİV seriyalı 347077 nömrəli doğum haqqında şəhadətnamələrin təsdiqlənmiş surətləri; DSMF-nin Balakən rayon şöbəsinin xx.xx.2019-cu il tarixli 456 nömrəli məktubu; DSMFnin Balakən rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, xx.xx.2017-ci il tarixli 407 nömrəli qərarlarının təsdiqlənmiş surətləri; Balakən rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(019)-1512/2017 saylı qətnaməsinin təsdiqlənmiş surəti; DSMF-nin Balakən rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********6 nömrəli, xx.xx.2020-ci il tarixli **********0 nömrəli məktu. Dövlət X16 Balakən rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********0 nömrəli məktubundan görünür ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı xx.xx.2016-cı il tarixdən 55 yaşı tamam olmuş onun 5 uşaq doğub 8 yaşadək tərbiyə etdiyinə görə yaşa görə əmək pensiyası hüququ həmin tarixdən yaranmışdır. Lakin həmin tarixə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 10 il sığorta stajı tələb olunur. İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun cəmi sığorta stajı 6 il 4 ay təşkil etmişdir. Əgər uşaq doğduğu 1987-1989, 1990, 1991 və 1994cü illər tam nəzərə alınmazsa onun cəmi iş stajı 17 il 4 ay təşkil edərdi. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-112/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. İddiaçı tərəfindən iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl edilmişdir. İşin həqiqi halları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. O, 1980, 1982, 1983, 1984-cü illərdə M.Ə.Sabir adına kolxozda, 1985-1998-ci illərdə isə Əzizbəyov adına kolxozda işləmişdir. xx.xx.2016-cı ildə 55 yaşı tamam olduğuna görə sənədlərini Fondun Balakən rayon şöbəsinə yaşa görə əmək pensiyası təyin edilməsi uçün təqdim etmişdir. Ona görə ki, o, 5 uşaq doğub 8 yaşadək tərbiyə etdiyinə görə 55 yaşı tamam olduqda 10 il sığorta stajına əsasən yaşa görə əmək pensiyası hüququ yaranır. Lakin ona pensiya təyin etməkdən imtina edilmişdir. Fondun Balakən rayon şöbəsində ona bildirmişlər ki, Sizə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 10 il tələb olunan stajınıza qarşı cəmi 6 il 7 ay stajınız vardır. Belə ki, o, 1980, 1982- 1985 və 1985-1998-ci ilədək 17 il deyil 6 il 7 ay nəzərə alınır. Buna gorə də ona yaşa görə əmək pensiyası verilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə kollegiyası bunları qeyd etməyi zəruri hesab edir. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 8.1-ci maddəsinə əsasən, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İşdən görünür ki, iddiaçının beş uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etdiyi işin materialları ilə təsdiq olunur. Belə olduğu təqdirdə iddiaçının çoxuşaqlı ana kimi yaşa görə pensiya hüququ 55 yaşının tamam olduğu 2016-cı il 21 may tarixdə yaranmış olur. Belə ki, işdə olan doğum haqqında şəhadətnamələrdən görünür ki, X4 xx.xx.1987-ci ildə, X6 xx.xx.1989-cu ildə, X3 xx.xx.1990-cı ildə, X5 xx.xx.1991-ci ildə, X1 xx.xx.1994-cü ildə anadan olmuşlar, ataları X2, anaları isə İddiaçıdır. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsində qeyd olunmuşdur ki, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş materiallarında olan Dövlət X16 Balakən rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********0 nömrəli məktubundan görünür ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı xx.xx.2016-cı il tarixdən 55 yaşı tamam olmuş onun 5 uşaq doğub 8 yaşadək tərbiyə etdiyinə görə yaşa görə əmək pensiyası hüququ həmin tarixdən yaranmışdır. Lakin həmin tarixə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 10 il sığorta stajı tələb olunur. İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun cəmi sığorta stajı 6 il 4 ay təşkil etmişdir. Əgər uşaq doğduğu 1987-1989, 1990, 1991 və 1994-cü illər tam nəzərə alınmazsa onun cəmi iş stajı 17 il 4 ay təşkil edərdi. Kollegiya hesab edir ki, iddiaçı 1987-1989, 1990, 1991 və 1994-cü illərdə müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəbdən, yəni 5 uşaq doğub onları tərbiyə etdiyi üçün yerinə yetirə bilmədiyi üçün həmin müddət tam olaraq nəzərə alınmalıdır. Belə ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu, körpə uşaqlara qulluq etdiyi və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa, sonrakı tənzimləmələr iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəməm təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik “anlaşıqlı”, “aydın” və “proqnozlaşdırıla bilən” olmalıdır. Məhkəmənin təşəkkül tapmış presedent hüququna əsasən “qanunla nəzərdə tutulmuş” ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericilikdə müəyyən əsasa malik olmalıdır, həm də sözügedən qanunun keyfiyyətinə istinad edərək tələb edir ki, həmin Qanunun Konvensiyanın preambulasında aydın şəkildə ifadə olunan qanunun aliliyi prinsipinə uyğun olmalı, eləcədə müvafiq şəxs üçün “çatımlı” olmalı və onun nəticələrini “öncədən görmək” mümkün olmalıdır. Normanın nəticələrini isə o halda, “öncədən görmək” mümkündür ki, o, hər bir fərdin öz davranışını tənzimləməsinə imkan vermək baxımından kifayət qədər dəqiqliklə ifadə edilsin. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Göründüyü kimi, bərabərlik prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2014-cü il tarixli qərarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Göründüyü kimi, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır. Kollegiya hesab edir ki, iddiaçı 1987-ci ildə, 1989-cu ildə, 1990-cı ildə, 1991-ci ildə və 1994-cü ildə uşaq doğmuşdur. 5 uşaq anasıdır və həmin illərdə o üzürlü səbəbdən minimum adam gün normalarını yerinə yetirməmiş və ya həmin illərdə işə çıxa bilməmişdir. Ona görə də həmin illərdə onun iş stajı minimum adam gün normaları doldurularaq tam il kimi nəzərə alınmalıdır. Belə olduqda onun iş stajı 5 il artaraq 11 il 7 ay təşkil edir və onun yaşa görə əmək pensiya hüququ yaranır. Kollegiya birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, DSMF-un Balakən rayon şöbəsinin iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-112/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Azərbaycan Respublikasının Əmək və X13 Nazirliyinin tabeliyində Dövlət X18 X19in Balakən rayon filialının apelyasiya şikayəti təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar