Məhkəmə qərarları › İş №2-1(107)-406/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-406/2024

25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-406/2024 25.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik еdən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Göyçay rayonu Yeniarx bələdiyyəsinin adına verilmiş **********57 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın torpağa mülkiyyət hüququna dair JN-194 saylı dövlət aktına əsasən onun və ailə üzvlərinin mülkiyyətində olan 1,81 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-731/2024 nömrəli qərardadından İddiaçı vəkili Vəkil tərəfindən vеrilmiş аpеllyаsiyа şikаyətinin mümkünlüyü məsələsinə аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 30 aprel 2024-cü il tarixli 2- 1(116)-731/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Göyçay rayonu Yeniarx bələdiyyəsinin adına verilmiş **********57 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın torpağa mülkiyyət hüququna dair JN-194 saylı dövlət aktına əsasən onun və ailə üzvlərinin mülkiyyətində olan 1,81 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmamışdır. Həmin qərardaddan İddiaçı vəkili Vəkil tərəfindən аpеllyаsiyа şikаyəti verilmişdir. Müəyyən edilmişdir ki, аpellyаsiyа şikаyəti qаnunlа nəzərdə tutulmuş müddət burаxılmаqlа, o cümlədən səlahiyyətli olmayan şəxs tərəfindən verilmişdir. Buna görə də, apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı 25 iyun 2024-cü il tarixə məhkəmə iclası təyin edilmiş, iddiaçı və onun vəkilinə bu barədə rəsmi məlumat verilmiş və eyni zamanda bununla əlaqədar olaraq cavabdehə apellyasiya instansiya məhkəməsi üçün order və etibarnamənin, həmçinin apellyasiya şikayətinin qanunla müəyyən olunmuş müddət ərzində təqdim olunmasına dair sübutların və ya buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizənin həmin tarixədək Şəki Apellyasiya Məhkəməsinə təqdim edilməsi təklif olunmuşdur. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və onun vəkili məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası da iddaçı və onun vəkilinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının vəkili tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya instansiya məhkəməsi üçün order və müvafiq etibarnamə əlavə edilməmiş, şikayət səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Bununla əlaqədar olaraq iddiaçı və onun vəkilinə apellyasiya instansiya məhkəməsi üçün order və müvafiq etibarnaməni xx.xx.2024-cü il tarixədək Şəki Apellyasiya Məhkəməsinə təqdim edilməsi təklif olunmuşdur. Lakin, iddiaçı və vəkili tərəfindən məhkəməyə qeyd olunan sənədlər təqdim olunmamışdır. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının vəkili Şəki İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli 2-1(116)-731/2024 nömrəli qərardadını xx.xx.2024-cü il tarixdə aldıqdan sonra xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verərək şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddəti 6 gün ötürmüşdür. Beləliklə, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin qərardadından apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüş və bu müddətin üzrlü səbəbdən buraxılması barədə müvafiq sübutlar təqdim edilməmişdir. Apellyasiyanın mümkünlüyü əsasları dedikdə, şikayətin İPM-nin 81-ci maddəsində nəzərdə tutulan şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, şikayətin mümkünlüyündən bəhs edən 83-cü maddəsində müəyyən edilmiş halların mövcudluğu, 85-ci maddədə təsbit olunmuş tələblərə riayət olunmaqla verilməsi və digər şərtlərə əməl olunması başa düşülür. Ona görə də apellyasiyanın mümkünlüyü məsələsinin həlli, apellyasiya şikayətinin həmin normalar üzrə yoxlanılmasını ehtiva edir. İş materiallarından da görünür ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-731/2024 nömrəli qərardadı xx.xx.2024-cü il tarixdə, saat 17:38-də iddiaçı və onun vəkilinin elektron kabinetinə yerləşdirilmiş, lakin iddiaçının vəkili tərəfindən apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə məhkəmənin elektron kabinetinə yüklənmişdir. Göründüyü kimi, məhkəmənin qərardadı iddiaçı və onun vəkili tərəfindən 21 may 2024-cü il tarixdə qəbul edilmiş, şikayəti isə xx.xx.2024-cü il tarixdə, yəni məhkəmənin qərardadından apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 10 günlük müddət ötürülməklə məhkəməyə təqdim olunmuşdur. Bununla əlaqədar olaraq iddiaçı və onun vəkilinə apellyasiya şikayətinin qanunla müəyyən olunmuş müddət ərzində təqdim olunmasına dair sübutları və ya buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizəni xx.xx.2024-cü il tarixədək Şəki Apellyasiya Məhkəməsinə təqdim edilməsi təklif olunmuşdur. Lakin, iddiaçı və onun vəkili tərəfindən apellyasiya şikayətinin məhz qanunvericiliklə nəzərdə tutulmuş 10 günlük müddət ərzində təqdim olunduğunu təsdiq edən sübut və buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizə apellyasiya instansiyası məhkəməsinə təqdim olunmamışdır. Ona görə də, kollegiya hesab edir ki, işdə olan sübutlar əsasında qərardad qəbul edilməlidir. Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin: Maddə 9-1.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 9-1.4. Bu Məcəllənin 9-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş məhkəmə aktlarının və digər sənədlərin başqa qaydada verilməsi tələb oluna bilməz. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 20.3. Məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, inzibati məhkəmə icraatının iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 81.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 86.1. Şikayət daxil olduqdan sonra inzibati məhkəmə şikayətlə bağlı aşağıdakı formal tələblərə apellyasiya şikayəti verən şəxs tərəfindən əməl olunmasını yoxlayır: 86.1.1. şikayətin səlahiyyətli şəxs tərəfindən imzalanmasını; 86.2. Bu Məcəllənin 86.1-ci maddəsində göstərilən tələblərə əməl olunmaması ilə bağlı formal xətaların aradan qaldırılmasında məhkəmə apellyasiya şikayəti verən şəxsə yardım etməlidir. Maddə 87.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3-cü maddəsinə əsasən, apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4-cü maddəsinə görə, apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 361.2. apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Eyni zamanda Avropa İnsan Hüquqları Məhkəməsi "Miraqall Eskolano və digərləri İspaniyaya qarşı" iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, "atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar". Avropa İnsan Hüquqları Məhkəməsinin "Staqno Belçikaya qarşı" iş üzrə 07 iyul 2009cu il tarixli qərarında qeyd olunur ki, iddia müddətləri iddiaçılar üçün son tarix müəyyən etməklə, potensial cavabdehləri gecikdirilmiş şikayətlərdən qorumaqla və məhkəmələr tərəfindən vaxtın ötdüyünə görə qeyri-müəyyən, natamam sübutlara əsaslanmaqla qarar çıxarılmasının qarşısını almaqla hüquqi müəyyənliyi təmin etmək məqsədi daşıyır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli 2-1(116)-731/2024 nömrəli qərardadından iddiaçının vəkili tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və şikayətin icraata qəbulundan imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı vəkili Vəkil Şəki İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli 2-1(116)- 731/2024 nömrəli qərardadından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın və şikayətin icraata qəbulundan imtina edilsin. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar