Məhkəmə qərarları › İş №2-1(107)-406/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-406/2025

27.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-406/2025 27.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi ilə, İddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ya qarşı “xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar OFPnın 2-ci dərəcə məhdudlaşma halının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 11 mart 2025-ci il tarixli 2-1(116)-239/2025 nömrəli qərarından İddiaçı və cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-yə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək səhhətinə uyğun əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin iclasında iddiaçı iddia tələbini dəqiqləşdirərək, “xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar OFP-nın 2-ci dərəcə məhdudlaşma halının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı birinci Qarabağ müharibəsi zamanı gedən döyüşlərdə xx.xx.1993-cü ildə mərmi partlayışı nəticəsində ağır yaralanmışdır. Aldığı hərbi travma nəticəsində baş nahiyəsinin təpə, alın, gicgah, üz, yuxarı ətrafların çoxsaylı qəlpə yarası, alın hissəsinin sümüyünün sınması kəllə-beyin travması zədələri almışdır. Aldığı xəsarətlərlə bağlı müxtəlif müalicə müəssisələrində müalicə və müayinə olunmuşdur. O, həmin gündən 30 ildir ağır eşitmə, öyümə-qusma, baş gicəllənmə, hərəkət edərkən tarazlığın və koordinasiyanın pozulması, yuxarı ətrafın, aşağı ətrafın zəif hərəkət etməsi, sol gözün parezif (sol tərəfli hemiparez), tez-tez gözqırpma titrəmə, hərəkət pozqunluqları, qeyri-adi sidik və nəcis ifrazatı, psixi pozqunluqlar, qıcolmadan əziyyət çəkir. - Aldığı hərbi travma ilə bağlı xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaraların nəticələrinə görə “qəlpə yaralanmasından sonra başın alın, təpə, gicgah, üz nahiyyələrində, sol əlin İ-İl barmaq, sağ əlin İİİ-İV-V barmağın arxa nahiyəsində köhnə çapıq toxumalar" diaqnozu qoyulmuşdur. Daha sonra xx.xx.2016cı il tarixdə Azərbaycan Respublikası Mərkəzi Hərbi Həkim Komissiyasının 825 saylı qərarı ilə “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" hərbi travma ilə bağlı diaqnozlara görə ikinci qrup əlilliyi müəyyən edilmişdir. - Aldığı xəsarətlərdən bağlı əziyyət çəkdiyindən o mütəmadi olaraq Bakı şəhəri 3 saylı klinik xəstəxanası, Azərbaycan Respublikası Mərkəzi klinik xəstəxanası, Azərbaycan Respublikası Tibbi Universitetinin Cərrahiyyə şöbəsində, Gəncə şəhəri Abbas Səhhət adına Mərkəzi Xəstəxanasında, 220 saylı Hərbi Hospitalda, X1 müalicə olunması nəticəsində hər iki qulağın 4-cü dərəcəli neyrosensor tip ağır eşitmə, postravmatik ağır forma vestibulopatiya, davamlı qalıq əlaməti olan hipertoniya, tez-tez hipertonik krizlər, duadenit, idrakın pozulması hərəkət pozuntuları, aritmiya, ikinci tip şəkər xəstəliyi, baş beyin insultu müəyyən edilmişdir. - Azərbaycan Respublikası Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 130 nömrəli məktubu ilə ona aid sənədlər Hərbi Həkim Komissiyası tərəfindən araşdırılmış və şəhadətləndirilmənin, qəbul edilmiş 825 saylı qərarın düzgün olması və dəyişdirilməsinə heç bir əsas olmadığı müəyyən edilmişdir. Lakın cavabdeh xx.xx.2023-cü il tarixli 3-17-4\2-A-30554\2023 saylı məktubu ilə onun mövcud diaqnozu əlillik əlaməti təyin etmir əsası ilə hərbi səbəblə əlaqəli olmayan ümumi xəstəliklər olduğu qənaətinə gəlmişdir.

5. Cavabdeh orqan iddia tələbinə etirazı onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi. hərbi xidmət dövründə aldığı kəllə beyin travmasından sonra eşitmənin neyrosensor tip iki tərəfli itirilməsi.. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Xüsusi səbəbdən-Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Ümumi xəstəlik səbəbi ilə əlaqədar- Müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir." səbəbi ilə imtina verilmişdir. - Bundan əlavə Mingəçevir şəhər sakini xx.xx.1957-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0288003AAKK8 nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunmaqla geri göndərilmişdir. - Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli 825 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Xroniki eroziyalı duodenitin kəskinləşməsi. Follikulyar angina. Qəlpə yaralanmalarından sonra başın alın nahiyəsində, təpə nahiyəsində sol tərəfində, sol gicgah nahiyəsində, sağ yanaq nahiyəsində, sol əlin İ-İİ barmaqlararası nahiyədə, sağ əlin ll-İV-V barmaqlarının arxa səthində köhnə çapıq toxumalar" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. - Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı üzündə olan çapıq izlərini göstərməyə çalışmış, nevroloji statusunda yaşa uyğun dəyişikliklər, əzələ gücü, tonusu normal, reflekslər yüksək çağrılmış, Laseq, Neri simptomları müsbət, emosional, vazomator labil müəyyən edilmişdir. Əyani baxış zamanı çapıq izləri, nevroloji ocaqlı patologiya və iflic, parez qeyd olunmamışdır. - Təqdim edilmiş Bakı Sağlamlıq Mərkəzi EEQ müayinəsinin nəticəsi “Foto stimulyasiya-patoloqiya aşkar edilmədi, hiperventilyasiya zamanı-patologiya qeyd edilmir” kimi müəyyən olunmuşdur. İTS Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası PHŞ xx.xx.2020-ci tarixli Bel-oma MRT müayinəsinin nəticəsi" Lumbal ostexondroz. L5-S1 diskdə dural kisəni və hər iki sinir kökünü bir qədər sıxan bilateral olaraq fəqərəarası dəlikləri daraldan 2,5 mm ölçülü, geniş əsaslı arxa mərkəzi protruziya" kimi qiymətləndirilmişdir. - Hal-hazırda aktiv əmək müqaviləsi var. Obyektiv müayinənin nəticələri, təqdim edilmiş sənədlərə əsasən əlillik təyinatına əsas verən hərbi travmanın qalıq əlamətləri, patofunksional pozuntu və hərəki məhdudiyyət aşkar edilməmişdir. - Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. - Həmçinin Mingəçevir şəhər sakini xx.xx.1957-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti DTSERA-da əyani müayinə zamanı xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. (ESDAS **********0). Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin növbəti göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). - Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli 825 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Xroniki eroziyalı duodenitin kəskinləşməsi. Follikulyar angina. Qəlpə yaralanmalarından sonra başın alın nahiyəsində, təpə nahiyəsində sol tərəfində, sol gicgah nahiyəsində, saq yanaq nahiyəsində, sol əlin İ-İİ barmaqlararası nahiyədə, sağ əlin ll-İV-V barmaqlarının arxa səthində köhnə çapıq toxumalar" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. - Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, "Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı üzündə olan çapıq izlərini göstərməyə çalışmış, nevroloji statusunda yaşa uyğun dəyişikliklər, əzələ gücü, tonusu normal, reflekslər yüksək çağrılmış, Laseq, Neri simptomları müsbət, emosional, vazomator labil müəyyən edilmişdir. Əyani baxış zamanı çapıq izləri, nevroloji ocaqlı patologiya və iflic, parez qeyd olunmamışdır" kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. - Xəstənin hazırki obyektiv müayinəsi zaman başgicəllənmə, hərəkət pozuntuları, ürəkbulanma, hissiyatın zəifləməsindən, eşitmə zəifliyindən şikayətlənmiş, sağ qulağında eşitmə cihazı olduğu müşahidə edilmişdir. Anamnezində 2022-ci ilin avqust ayında kiçik ölçülü insult keçirdiyi məlum olmuşdur. Müayinə zamanı qoruyucu bez istifadə etdiyi məlum olsa da, bez quru və təmiz olmuşdur. İfrazat funksiyasının pozulması və qeyri-iradi olması həkim mütəxəssislər tərəfindən keçirilmiş insultun qalıq əlamətləri kimi dəyərləndirilməmişdir. Medikamentoz preparatlardan Aktovegin qəbul etdiyini bildirmişdir. Müayinə zamanı vətəndaş insultdan sonrakı kəskin dövr əlamətlərini aqrovasiya etmişdir. Qıcolma tutmalarına dair heç bir şikayət bildirməmiş, məlumat verməmişdir. Mərkəzi Klinikanın xx.xx.2022-ci il tarixli KT müayinəsinin nəticəsi “Baş beynin orta dərəcəli kortikal atrofiyası" kimi qeyd olunmuşdur. - Mərkəzi Klinikanın xx.xx.2022-ci il tarixli MRT müayinəsinin nəticəsi "Uzunsov beynin yuxarı-sol-arxa hissəsində və beyincik ayaqcığının alt-medial hissəsində yerləşən, kiçik ölçülərdə kəskin dövr infarkt ocağı. Beynin orta dərəcəli kortikal atrofiyası" kimi qeyd olunmuşdur. - Azərbaycan Respublikası Tibb Universitetinin xx.xx.2022-ci il tarixli BERA testi müayinəsinin nəticəsi “Hər iki qulaqda 4-cü dərəcə neyrosensor tip ağıreşitmə qeyd olunur” kimi qeyd edilmiş, müayinə zamanı öz təsdiqini tapmamışdır. - Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2022-ci il tarixli 9678 nömrəli Ambulator xəstənin tibbi vərəqində diaqnoz “İki tərəfli koxlear nevrit. Neyrosensor ağıreşitmə. İV-cü dərəcə" kimi qeyd edilmişdir. - X12 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2022-ci il tarixli 12158 nömrəli Tibbi Rəyində diaqnoz “OU-Başlanğıc katarakta. Vis QU=0.3k/e'' kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. - Hərbi travmanın qalıq əlamətləri əlillik təyinatına əsas verməmişdir. - Yanaşı xəstəliyin müalicə potensialının bitmədiyini nəzərə alaraq, ixtisaslaşmış tibb müəssisələrində müayinə və müalicənin davam etdirilməsi məsləhət görülmüşdür. - Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və Ümumi xəstəlik ilə əlaqədar Müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir.

6. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imitna məktubu; - Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli 825 nömrəli qərarı; - Tibbi-Sosial Ekspert Komissiyasının müayinə cavabları (Akt nömrələri: xxxxxxx0001, xxxxxxx0002, xxxxxxx0004, xxxxxxx0005, xxxxxxx0006, xxxxxxx0007); - “Məhkəmə-Tibbi Ekspertiza və X8” PHŞ-nin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə olunmuş T637/2024 nömrəli ekspert rəyi; - Mingəçevir şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2024-cü il tarixli məktubu; - Mingəçevir şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2025-ci il tarixli məktubu.

7. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 11 mart 2025-ci il tarixli 2- 1(116)-239/2025 nömrəli qərarı ilə iddia qismən təmin edilərək cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X16nin üzərinə İddiaçı xx.xx.2023-cü il tarixdən 2 il müddətinə ümumi xəstəlik səbəbindən OFP-nın 2-ci dərəcə məhdudlaşma halının müəyyən edilməsi öhdəliyinin qoyulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

8. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, cavabdeh orqan sonuncu dəfə xx.xx.2023-cü il tarixdə iddiaçıya əlilliyin təyin edilməsindən “diaqnoz öz təsdiqini tapmaması” əsası ilə imtina etmişdir. Daha sonra cavabdeh orqan iddiaçının müraciəti əsasında onun əyani müayinəsini həyata keçirmiş və xx.xx.2023-cü il tarixdə yenidən əlillik təyinatının aparılmasından imtina etmişdir. - Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-1420/2024 saylı qərardadı ilə iş üzrə canlı şəxsin məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “Məhkəmə-Tibbi Ekspertiza və X8” PHŞ-yə həvalə edilmişdir. - Təqdim edilmiş ekspert rəyində qeyd edilmişdir ki, iddiaçının tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi ilə əlaqədar onun adına “Mingəçevir şəhər xəstəxanası” PHŞ tərəfindən tərtib edilmiş K00052244FKZ saylı Forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilən “Əsas diaqnoz: H90.3- eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi. Hərbi xidmət dövründə aldığı kəllə-beyin travmasından sonra eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi. Ağırlaşmalar: F01.8-digər vaskulyar demensiya, ağıl zəifliyi, F07.2-postkontuzion sindrom, F45.3-vegetativ sinir sisteminin somatofrom disfunksiyası, kəskin astenonevrotik vəziyyət, Z74.1-özünə xidmət zamanı köməyə ehtiyac, kənar şəxsin köməyinə ehtiyacı var. Yanaşı xəstəliklər: T90.5-kəllədaxili travmaların nəticələri, kəllə-beyin travması, E11insulindən asılı olmayan şəkərli diabet İİ tip, orta ağır forma, 163-beyin infarktı keçirmiş sağ beyin yarımkürəsinin işemik tip insultdan sonrakı vəziyyəti, sol tərəfli hemiparez” diaqnoz ona stasionarda müalicəsi zamanı anamnestik, klinik və laborator instrumental müayinələrin əsasında müəyyən edilmiş və müalicə tədbirləri vəziyyətinin ağırlığına uyğun aparılsa da şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlilliyin təyini zamanı ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 №-li qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın hərhansı bir maddəsini aid etməyə əsas vermədi. Diaqnozdakı xəstəliklər ixtisaslaşmış stasionar müalicə davam edəcəyi halda tam aradan qalxması (tam reabilitasiya) mümkün deyildir, yalnız bir qədər yüngülləşə bilər. - İddiaçı barəsində tibbi göndəriş tərtib etmiş səhiyyə müəssisəsi ona qoyulmuş diaqnozların Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 №-li qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.6 (T90 qapalı kəllə beyin travması, davamlı qalıq əlamətləri; T90.5 kəllə daxili travmaların nəticələri, kəllə beyin travması), 7.6.1 (F01.8 – digər vaskulyar demensiya, ağıl zəifliyi), 10.1.3 (H90.3 – eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi) və 11.2.7.2-ci (E11 – insulindən asılı olmayan şəkərli diabet, İİ tip, orta ağır forma) bəndlərinə uyğun olmasını bildirmişdir. - Məhkəmə tərəfindən T90 XBT kodunun istinad olunan meyarlara “Əlavə”nin 13.6-cı bəndinin hansı qiymətləndirmə halına uyğun olması barədə tibb müəssisəsinə sorğu göndərilmişdir. Tibb müəssisəsi tərəfindən iddiaçının sağlamlıq vəziyyəti barədə məlumat təqdim edilsə də, sözügedən diaqnozun 13.6.1-13.6.3-cü bəndlərdən (kəllə sümüklərinin plastikası mümkün olmayan çatışmazlıqları (3 sm2 və daha çox) və ya kəllə sümüyünün plastikası mümkün olan geniş (30 sm2-dən artıq) qüsuru, üzün (kəllə sümüyünün) eybəcərləşmə ilə nəticələnən sümük və dəri strukturlarının həcminə və zədələnməsinə görə çatışmazlıqları, burunun tam itirilməsi) hansına aid olması konkret qeyd edilməmişdir. Həmçinin icraat materialları əsasında hər hansı uyğunluq müəyyən edilməmişdir. - Tibb müəssisəsinin istinad etdiyi 7.6.1-ci bəndə münasibətdə məhkəmə qeyd etmişdir ki, istinad olunan meyarlara “Əlavə”-nin 7.6.1-ci bəndində demensiyanın dərəcələri və hər bir dərəcəyə uyğun əlamətlər və MMSE balları göstərilmişdir. Lakin, tibbi göndərişdə iddiaçının sağlamlıq vəziyyətinin məhz hansı MMSE balına uyğun olması və bunun hansı qaydada müəyyən edilməsi, o cümlədən aşkar edilmiş funksional pozuntular qeyd edilməmişdir. Nəzərə alınmalıdır ki, “digər vaskulyar demensiya, ağıl zəifliyi” diaqnozu təkbaşına 7.6.1-ci bənd üzrə əlilliyin təyin edilməsinə əsas vermir. Bunun üçün 7.6.1-7.6.3-cü bəndlərdə göstərilən hallar da, mövcud olmalıdır. Məhkəmə iclasında iddiaçı, kifayət qədər məzmunlu və geniş şəkildə xəstəliyin yaranma səbəbi, aldığı travma və nəticələri barədə məlumat vermiş, gündəlik davranışında 7.6.1-ci bənddə göstərilən simptomların olmadığını bildirmişdir. İddiaçının davranışı və özünü ifadə etmək bacarığı normal idrak səviyyəsinə uyğun gəldiyindən məhkəmə hesab etmişdir ki, ona qoyulmuş demensiya və ağıl zəifliyi diaqnozu əlilliyin təyin edilməsi üçün tələb olunan səviyyədə olmamışdır. - Tibb müəssisəsinin istinad etdiyi 10.1.3-ci bəndə münasibətdə məhkəmə qeyd etmişdir ki, sözügedən bənd görmənin və eşitmənin kombinə olunmuş pozuntuları olaraq təsbit edilmiş və İİİ-İV eşitmə zəifliyi ilə birgə tam (total) və ya praktiki görmənin tam itirilməsi halının əlillik təyinatına səbəb olması müəyyən edilmişdir. Yəni, İİİ-İV eşitmə zəifliyi ilə birgə tam (total) və ya praktiki görmənin tam itirilməsi” — kompleks funksional pozuntu kimi qiymətləndirilir və bu diaqnozun əlillik meyarlarına uyğunluğu yalnız hər iki pozuntu eyni zamanda mövcud olduqda mümkün olur. - Məhkəmə iclası zamanı iddiaçı hər hansı eşitmə cihazından istifadə etmədən verilən sualları aydın şəkildə eşidərək cavablandırmış, eşitmə funksiyasının gündəlik ünsiyyət və funksional fəaliyyət üçün adekvat olduğu müəyyən edilmişdir. Bununla yanaşı tam (total) və ya praktiki görmə itkisi halları ümumiyyətlə müşahidə olunmamışdır. - Göründüyü kimi, tibb müəssisəsi yuxarıda göstərilən diaqnozları tibbi göndərişdə qeyd etməklə kifayətlənmiş, onun funksional nəticələrini və qiymətləndirmə meyarlarına uyğunluğunu əsaslandırmamışdır. - Tibb müəssisəsinin istinad etdiyi 11.2.7.2-ci bəndə münasibətdə müəyyən edilir ki, iddiaçının sağlamlıq vəziyyəti ilə bağlı tibbi göndərişin tərtib edildiyi və cavabdeh orqan tərəfindən imtina qərarının verildiyi dövrdə qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları”na əlavə edilmiş cədvəldə, 11.2.7.2-ci bənddə insulindən asılı olmayan şəkərli diabet diaqnozu üzrə orqan və sistemlərin çoxsaylı funksional pozuntularının müşahidə olunduğu hallarda orqanizmin funksiyalarının pozulma faizi 2 il müddətinə 65–80% həddində müəyyən edilmişdir. Həmin diaqnozun düzgünlüyü iş materiallarında olan ekspert rəyi və digər icraat materialları ilə sübut olunur. - Məhkəmə, həmçinin qeyd etmişdir ki, cavabdeh orqan iddiaçıya “ümumi xəstəliklə əlaqədar müalicənin davam etdirilməsi” əsası ilə imtina cavabı versə də, iş materiallarında olan ekspert rəyində iddiaçıya qoyulmuş diaqnoz üzrə xəstəliklərin ixtisaslaşmış stasionar müalicə ilə tam sağalmasının (tam reabilitasiyanın) mümkün olmadığı, yalnız qismən yüngülləşmənin mümkün ola biləcəyi qeyd edilmişdir. - Əlilliyin səbəb əlaqəsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli 825 nömrəli Qərarında iddiaçıya “Xroniki eroziyalı duodenitin kəskinləşməsi. Follikulyar angina. Qəlpə yaralanmalarından sonra başın alın nahiyəsində, təpə nahiyəsində sol tərəfində, sol gicgah nahiyəsində, sağ yanaq nahiyəsində, sol əlin İ-İİ barmaqlararası nahiyədə, sağ əlin ll-İV-V barmaqlarının arxa səthində köhnə çapıq toxumalar" diaqnozu qoyulmuş, travmanın səbəb əlaqəsi “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. - İş materiallarında olan ekspert rəyi ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli 825 nömrəli qərarında göstərilən diaqnozla göndərişdə qeyd edilmiş diaqnozlar arasında səbəbli əlaqə yoxdur. - Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, iddiaçıya ümumi xəstəlik səbəbli əlaqəsi nəzərə alınmaqla xx.xx.2023-cü il tarixdən 2-il müddətinə OFP-nın 2-ci dərəcəli məhdudlaşma halının təyin edilməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmalıdır.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 2- 1(116)-239/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

10. Daha sonra cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X16 də həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 2-1(116)- 239/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətlərinin dəlilləri

11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-4\2-A-30554\2023 saylı məktubu ilə onun mövcud diaqnozu əlillik əlaməti təyin etmir əsasını rəhbər tutaraq hərbi xəsarətlərin nəticəsində mövcud xəstəliklərin hərbi səbəblə əlaqəli olmayan ümumi xəstəliklər olduğu qənaətinə gəlmişdir. Məhz bu hal iddia tələbinin əsasını təşkil edir. - Hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə araşdırması zamanı və qənaətini müəyyən edərkən “Məhkəmə-Tibbi Ekspertiza və X8” PHŞ-nin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə olunmuş T637/2024 nömrəli ekspert rəyi, Mingəçevir şəhər Mərkəzi Xəstəxanası X16nin xx.xx.2024-cü il tarixli məktubu, Mingəçevir şəhər Mərkəzi Xəstəxanası X16nin xx.xx.2025-ci il tarixli məktubunda göstərilən dəlilləri düzgün qiymətləndirməmiş və özünün qeyd etdiyi ““Əlilliyin müəyyən olunması meyarları”nın 13.6 (T90 qapalı kəllə beyin travması, davamlı qalıq əlamətləri; T90.5 kəllə daxili travmaların nəticələri, kəllə beyin travması), 7.6.1 (F01.8– digər vaskulyar demensiya, ağıl zəifliyi), 10.1.3 (H90.3– eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi) və 11.2.7.2-ci (E11– insulindən asılı olmayan şəkərli diabet, İİ tip, orta ağır forma) bəndlərinə uyğun olmasını bildirmişdir” hallarını nəzərə almadan yanlış qənaətə gəlmiş və iddia tələbini tam təmin etməmişdir.

12. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq “Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir” və “Ümumi xəstəlik ilə əlaqədar Müalicənin davam etdirilməsi” barədə qərar qəbul edilmişdir. - Birinci instansiya məhkəməsi işə baxarkən sırf ekspert rəyinə əsaslanaraq öz mülahizəsinə uyğun şəkildə və işi lazımi qaydada araşdırmayaraq vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. - Sözügedən hal iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X3- Sosial Ekspertləri tərəfindən müəyyən edirmişdir. - Həmçinin bildirmək istəyirlər ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. - Məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. - Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər-hansı bir bəndini aid etmək mümkün olmadı. - Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. - Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstəliyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. İddiaçı cavabdeh orqanın apellyasiya şikayətinə qarşı etirazını onunla əsaslandırmışdır ki, o, DTSERA əyani müayinədə olarkən qeyd etmişlər ki, əyani baxış zamanı “çapıq izləri nevroloji ocaqlı patologiya və iflic qeyd olunmamışdır" kimi qeyd edilmişdir. Müayinə zamanı qoruyucu bezdən istifadə etdiyi məlum olsa da, bez quru və təmiz olmuşdur. İfrazat funksiyasının pozulması və qeyri-iradi olması həkim mütəxəssislər tərəfindən keçirilmiş insultun qalıq əlamətləri kimi dəyərləndirilməmişdir. Qıcolma tutmalarına dair heç bir şikayət bildirməmiş, məlumat verməmişdir. - Yazıb bildirir ki, o, xx.xx.1993-cü ildə yanında mərmi partlayıb aldığı qəlpə yaralanmasından sonra əmələ gələn çapıq toxuması 32 il sonra atrofiyalaşmışdır. Orada qeyd edilir ki, onda parez və iflic yoxdur. Bu Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəznində "Məhkəmə tibbi ekspertləri və patoloji anotomiya birliyi”nin ekspertləri, Mingəçevir şəhər nervipatoloqları tərəfindən müəyyən edilmişdir. Pampersdə sidik ola-ola deyir təmizdir. Onda qıcolma ola-ola deyir ki, şikayət etməmişdir. Onda “Bera” testi öz təsdiqini tapmamışdır. Bakı Sağlamlıq Mərkəzinin verdiyi sənədi tam sonacan qeyd etməmişdirlər. İddia tələbinin təmin edilməsini xahiş edir.

Tərəflərin izahatları

14. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən İddiaçı apellyasiya şikayətinin, iddiasının və kollegiyaya ünvanladığı etiraz məktublarının məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-239/2025 saylı, xx.xx.2025-cü il tarixli qərarının ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək cavabdehin şikayətinin təmin edilməməsini, iddiaçının şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 2-1(116)- 239/2025 saylı, xx.xx.2025-cü il tarixli qərarının iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Şəki İnzibari Məhkəməsinin 2-1(116)-239/2025 saylı, xx.xx.2025-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

19. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

4. Əlilliyin müddətləri … 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.

21. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra –Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: 2.1.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik; 2.2. " Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu: 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra- xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa;

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra - Meyarlar) "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

Apellyasiya şikayətinin mümkünlüyü

24. İddiaçı və cavabdeh apellyasiya şikayətlərini vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri əsassız olsa da, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia tələbi qismən təmin edilməli, iddiaçının xx.xx.2023-cü il tarixdən 2 il müddətinə ümumi xəstəlik səbəbindən OFP-nın 65-80 faizinin müəyyən olunması öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır.

26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya xx.xx.2023-cü il tarixdən 2 il müddətinə ümumi xəstəlik səbəbindən əlillik müəyyən edilməsinin əsaslarının mövcudluğu ilə bağlı məsələ birinci instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

27. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsində orqanizmin funksiyalarının 65–80 faiz pozulmasının “ikinci dərəcə məhdudlaşma” kimi göstərilməsi tətbiq edilən maddi hüquq normaları ilə tam uyğunluq təşkil etmir.

28. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 3-cü bəndində Orqanizmin funksiyalarının pozulması faizləri əks edilmişdir. Qeyd edilmişdir ki, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

29. Məhkəmə kollegiyası bildirir ki, adı çəkilən Meyarlarda orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10 kodları ilə yanaşı, orqanizmin funksiyalarının pozulmasının faizlərlə göstərilməli olduğu qeyd edilmişdir. Lakin birinci instansiya məhkəməsi cavabdehin üzərinə OFP-nın 65-80 faiz pozulması halının qoyulması əvəzinə, İİ dərəcə məhdudlaşma kimi qeyd etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsi Meyarların 3.2-ci bəndinə və Meyarlara Əlavənin tələblərinə uyğun olaraq OFP-in İİ dərəcə məhdudlaşdırılması hissəsində dəyişdirilməklə, iddiaçının orqanizmin funksiyalarının pozulmasının 65-80 faizi müəyyən edilməlidir.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları da qeyd etməyi zəruri hesab edir.

31. Cavabdeh orqan apellyasiya şikayətində göstərmişdir ki, diaqnoz şəxsin mövcud sağlamlıq vəziyyətini əks etdirməsinə baxmayaraq, əyani müayinə zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin müəyyən edilməsi üçün tələb olunan səviyyədə olmadığından, dərəcənin təyini zamanı həmin hal nəzərə alınmamışdır. Bu səbəbdən, xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər hansı bir bəndinin tətbiqi mümkün olmamışdır.

32. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iş materiallarında olan sənədlərdən və xüsusilə də təyin edilmiş məhkəmə-tibbi ekspertiza rəyindən aydın görünür ki, iddiaçının sağlamlıq vəziyyəti kompleks və davamlı xarakter daşıyan ümumi xəstəliklərlə səciyyələnir.

33. Belə ki, Tibb müəssisəsinin istinad etdiyi 11.2.7.2-ci bəndə münasibətdə müəyyən edilir ki, iddiaçının sağlamlıq vəziyyəti ilə bağlı tibbi göndərişin tərtib edildiyi və cavabdeh orqan tərəfindən imtina qərarının verildiyi dövrdə qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları”na əlavə edilmiş cədvəldə, 11.2.7.2-ci bənddə insulindən asılı olmayan şəkərli diabet diaqnozu üzrə orqan və sistemlərin çoxsaylı funksional pozuntularının müşahidə olunduğu hallarda orqanizmin funksiyalarının pozulma faizi 2 il müddətinə 65–80% həddində müəyyən edilmişdir. Həmin diaqnozun düzgünlüyü iş materiallarında olan ekspert rəyi və digər icraat materialları ilə sübut olunur.

34. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan iddiaçıya “ümumi xəstəliklə əlaqədar müalicənin davam etdirilməsi” əsası ilə imtina cavabı versə də, iş materiallarında olan ekspert rəyində iddiaçıya qoyulmuş diaqnoz üzrə xəstəliklərin ixtisaslaşmış stasionar müalicə ilə tam sağalmasının (tam reabilitasiyanın) mümkün olmadığı, yalnız qismən yüngülləşmənin mümkün ola biləcəyi qeyd edilmişdir.

35. İddiaçının tibbi sənədlərinin təhlili zamanı ona aid tərtib edilmiş Forma 088 tibbi göndərişində göstərilən diaqnozlar anamnestik, klinik və laborator-instrumental müayinələr əsasında formalaşdırılmışdır.

36. Kollegiya bildirir ki, ekspert rəyində açıq şəkildə qeyd edilmişdir ki, iddiaçının diaqnozunda əks olunan xəstəliklər ixtisaslaşmış stasionar müalicə davam etdirildiyi halda belə tam sağalma və ya tam reabilitasiya ilə nəticələnmir, yalnız vəziyyətin bir qədər yüngülləşməsi mümkündür. Bu hal iddiaçının sağlamlıq vəziyyətinin keçici deyil, davamlı və ümumi xəstəlik xarakterli olduğunu sübut edir.

37. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı barəsində tibbi göndərişi tərtib etmiş səhiyyə müəssisəsi onun sağlamlıq vəziyyətinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın bir sıra konkret bəndlərinə, o cümlədən kəllə-beyin travmalarının davamlı qalıq əlamətləri, vaskulyar demensiya, eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi və insulindən asılı olmayan şəkərli diabetlə bağlı müddəalarına uyğun olduğunu əsaslandırmışdır.

38. Göründüyü kimi, iş materiallarında olan sübutlar, xüsusilə də məhkəmə-tibbi ekspertiza rəyi iddiaçının sağlamlıq vəziyyətinin ümumi xəstəlik xarakteri daşıdığını və uzunmüddətli tibbi-sosial qiymətləndirmə tələb etdiyini təsdiq edir.

39. Cavabdehin apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.

40. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də "İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.

41. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

42. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin müəyyən olunmasından imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

43. Bu mənada apellyasiya şikayətinin cavabdehin diskresion səlahiyyətə malik olması, diaqnoz əlillik təyinatına əsas vermədiyi halda (diaqnoz əsasında) şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri də əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu nöqteyi-nəzərdən qiymət verilməlidir.

44. Belə ki, nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.

45. Bununla yanaşı, nəzərə alınmalıdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).

46. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir.

47. İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Hazırkı halda, həmin normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığı işin yuxarıda qeyd olunan və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən halları ilə təsdiq olunmuşdur.

48. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan şikayətində iddiaçının “diaqnozunun əlillik təyinatına əsas verməməsi”ni qeyd etsə də, bununla bağlı mötəbər sübutlar təqdim edilməmişdir.

49. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin onun mövcud diaqnozlarının əlillik əlaməti yaratmaması qənaətinə gələrək, hərbi xidmət dövründə aldığı xəsarətlər nəticəsində formalaşmış xəstəlikləri əsassız olaraq hərbi səbəblə əlaqəli olmayan ümumi xəstəliklər kimi qiymətləndirməsini əsaslandırılmamış hesab edir.

50. Kollegiya qeyd edir ki, iş üzrə obyektiv və hərtərəfli araşdırmanın aparılması məqsədilə birinci instansiya məhkəməsinin qərardadı ilə iddiaçı barəsində məhkəmə-tibbi ekspertiza təyin edilmiş və ekspertizanın aparılması “Məhkəmə-Tibbi Ekspertiza və X8” publik hüquqi şəxsə həvalə olunmuşdur.

51. Həmin qurumun xx.xx.2024-cü il tarixli, 4761 nömrəli məktubuna əlavə edilmiş T637/2024 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli 825 nömrəli qərarında göstərilən diaqnozla göndərişdə qeyd edilmiş diaqnozlar arasında səbəbli əlaqə yoxdur.

52. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli 825 nömrəli Qərarında iddiaçıya “Xroniki eroziyalı duodenitin kəskinləşməsi. Follikulyar angina. Qəlpə yaralanmalarından sonra başın alın nahiyəsində, təpə nahiyəsində sol tərəfində, sol gicgah nahiyəsində, sağ yanaq nahiyəsində, sol əlin İ-İİ barmaqlararası nahiyədə, sağ əlin ll-İV-V barmaqlarının arxa səthində köhnə çapıq toxumalar" diaqnozu qoyulmuş, travmanın səbəb əlaqəsi “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir.

53. Məhkəmə kollegiyasının araşdırması zamanı kollegiyanın qərardadı ilə iddiaçı barəsində əlavə məhkəmə-tibbi ekspertiza təyin edilmiş və ekspertizanın aparılması “Məhkəmə-Tibbi Ekspertiza və X8” publik hüquqi şəxsə həvalə olunmuşdur.

54. “Məhkəmə-Tibbi Ekspertiza və X8” X16n xx.xx.2025-ci il tarixli T701/2025 nömrəli ekspert rəyində göstərilmişdir ki, vətəndaş Ş.R.Aşirovun tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə əlaqədar onun adına “Mingəçevir şəhər Xəstəxanası” Phş tərəfindən tərtib edilmiş K00052244FKZ saylı Forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilən “Əsas diaqnoz: H90.3-eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi. Hərbi xidmət dövründə aldığı kəllə-beyin travmasından sonra eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi. Ağırlaşmalar: F01.8-digər vaskulyar demensiya, ağıl zəifliyi, F07.2-postkontuzion sindrom, F4 5.3-vegetativ sinir sisteminin somatofrom disfunksiyası, kəskin astenonevrotik vəziyyət, Z74.1-özünə xidmət zamanı köməyə ehtiyac, kənar şəxsin köməyinə ehtiyacı var. Yanaşı xəstəliklər: T90.5- kəllədaxili travmaların nəticələri, kəllə-beyin travması, El 1-insulindən asılı olmayan şəkərli diabet İİ tip, orta ağır forma, İ63-beyin infarktı keçirmiş sağ beyin yarımkürəsinin işemik tip insultdan sonrakı vəziyyəti, sol tərəfli hemiparez” diaqnoz ona stasionarda müalicəsi zamanı anamnestik, klinik və laborator instrumental müayinələrin əsasında müəyyən edilmişdir. Şəxsin xx.xx.2025-ci il tarixdə əyani müayinəsi zamanı alında, sol gicgahda, sağ yanaqda, sağ əlin 2,4,5-ci və sol əlin 2ci barmağında çapıqlar aşkar edildi. Hərəkəti təmkinlidir, danışığı fasiləlidir. Əzələlərdə atrofıya, üzülmə aşkar edilmədi. - Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında İddiaçı xx.xx.2025-ci il tarixdə ambulator müayinəsi zamanı “H90.3 Eşitmənin neyrosensor tip pozulması; Z74.1 Özünə xidmət zamanı köməyə ehtiyacı; F01.8 Vaskulyar demensiya; F07.2 Postkontuzion sindrom; F45.3 Somatoform pozğunluq. Eli Şəkərli diabet; İ63 Beyin infarktı. T90.5 Kəllə daxili travmanın nəticələri” diaqnozu qoyulmuşdur. - İddiaçı xx.xx.2025-ci il tarixdə ATU-nun X4 və Respublika Klinik Xəstəxanasında Bera testi aparılmış, “Hər iki qulaqda 4-cü dərəcə neyrosensor tip ağıreşitmə” diaqnozu təyin edilmişdir. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59№li Qərarı ilə təsdiq edilmiş “Hərbi Həkim Ekspertizası haqqında Əsasnamə”-nin müvafiq bəndinə əsasən keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə bağlı səbəb əlaqəsinin təyini Hərbi Həkim Komissiyasının səlahiyyətlərinə aiddir.

55. Bundan sonra, kollegiyanın sorğusu əsasında daxil olmuş Müdafiə Nazirliyinin Hərbi-Həkim Komissiyasının 12 dekabr 2025-ci il tarixli məktubdan görünür ki, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 tərəfindən iddiaçı X9 barədə sağlamlıq vəziyyətinin müəyyən olunmasına dair T701/2025 nömrəli ekspert rəyində qeyd edilmiş “Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi. Hərbi xidmət dövründə aldığı kəllə beyin travmasından sonra eşitmənin neyrosensor tip iki tərəfli itirilməsi, F01.8-digər vaskulyar demensiya. Ağıl zəifliyi. F07.2-Postkontuzion sindrom. F45.3-Vegetativ sinir sisteminin somatoform disfunksiyası, kəskin asteno-nevrotik vəziyyət. T90.5. Kəllədaxili travmaların nəticələri, kəllə-beyin travması, E11-İnsulindən asılı olmayan şəkərli diabet, şəkərli diabet İİ tip, orta ağır forma. İ63-Beyin infarktı keçirilmiş sağ beyin yarımkürəsinin işemik tip insultundan sonrakı vəziyyət, sol tərəfli hemiparez, Z74.1-özünə xidmət zamanı köməyə ehtiyac, kənar şəxsin köməyinə ehtiyacı var” diaqnozları ilə MN Mərkəzi Hərbi Həkim Komisiyasının xx.xx.2016-cı il tarixli 825 nömrəli qərarında göstərilən “Xroniki eroziyalı duodenitin kəskinləşməsi. Follikulyar angina. Qəlpə yaralanmasından sonra başın alın nahiyəsində, təpə nahiyəsinin sol tərəfində, sol gicgah nahiyəsində, sağ yanaq nahiyəsində, sol əlin l-ll barmaqlararası nahiyədə, sağ əlin İİ, İV, V barmaqların arxa səthində köhnə çapıq toxumaları” diaqnozunun arasında səbəb əlaqə yoxdur. - Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 iddiaçının sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T701/2025 nömrəli ekspert rəyində göstərilən xəstəliklərlə MN Mərkəzi Hərbi Həkim Komisiyasının xx.xx.2016-cı il tarizxli 825 nömrəli qərarında göstərilən “Xroniki eroziyalı duodenitin kəskinləşməsi. Follikulyar angina. Qəlpə yaralanmasından sonra başın alın nahiyəsində, təpə nahiyəsinin sol tərəfində, sol gicgah nahiyəsində, sağ yanaq nahiyəsində, sol əlin l-ll barmaqlararası nahiyədə, sağ əlin İİ, İV, V barmaqların arxa səthində köhnə çapıq toxumaları” diaqnozunun arasında səbəb əlaqə yoxdur.

56. Göründüyü kimi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli 825 nömrəli Qərarı ilə iddiaçıya qoyulmuş diaqnozlarla hazırda onda aşkar edilmiş xəstəliklər arasında səbəbli əlaqənin olmaması işdə olan sənədlərlə və ekspert rəyləri ilə təsdiq edilmişdir.

57. Beləliklə, iş materiallarında olan sübutlar və ekspert rəyləri iddiaçının sağlamlıq vəziyyətinin davamlı xarakter daşıyan ümumi xəstəliklərdən ibarət olduğunu, bu xəstəliklərin onun həyat fəaliyyətinin məhdudlaşmasına səbəb olduğunu və tibbi-sosial qiymətləndirmənin aparılmasını zəruri etdiyini təsdiq edir.

58. Yuxarıda qeyd olunan hallar, iş materiallarında mövcud olan sübutlar və məhkəmə-tibbi ekspertiza rəylərinin məcmu qiymətləndirilməsi nəticəsində məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı tərəfindən irəli sürülmüş müharibə (hərbi xidmət) ilə səbəbli əlaqəli əlilliyin müəyyən edilməsi tələbi əsaslı hesab edilə bilməz. Belə ki, iş üzrə aparılmış hər iki məhkəmə-tibbi ekspertiza rəyində iddiaçının mövcud sağlamlıq pozuntuları ilə hərbi xidmət dövründə aldığı xəsarətlər arasında səbəbli əlaqənin olmadığı açıq və birmənalı şəkildə göstərilmiş, habelə hərbi xidmətlə əlaqənin müəyyən edilməsi üzrə səlahiyyətli orqan olan Hərbi Həkim Komissiyasının müvafiq qərarı ilə də bu mövqe təsdiq edilmişdir. Bu səbəbdən, iddiaçının sağlamlıq vəziyyətinin müharibə ilə əlaqəli əlillik kimi qiymətləndirilməsi üçün hüquqi və tibbi əsaslar mövcud deyildir.

59. Lakin mövcud sübutlar iddiaçının sağlamlıq vəziyyətinin ümumi xəstəlik xarakteri daşıdığını və davamlı funksional məhdudiyyətlər yaratdığını təsdiq etdiyindən, iddia qismən təmin edilməli, iddiaçıya xx.xx.2023-cü il tarixdən etibarən 2 il müddətinə ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının pozulmasının 65-80 faizinin müəyyən edilməsi cavabdeh orqanın üzərinə öhdəlik kimi qoyulmalıdır.

60. Kollegiya bildirir ki, iş materiallarında olan sübutlar və məhkəmə-tibbi ekspertiza rəyləri ilə təsdiq olunduğu kimi, iddiaçıya qoyulmuş diaqnozlar iddiaçının sağlamlıq vəziyyəti ilə bağlı tibbi göndərişin tərtib edildiyi və cavabdeh orqan tərəfindən imtina qərarının verildiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əlavə edilmiş cədvələ uyğun olmuşdur. Bu baxımdan, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində əlilliyin müəyyən edilməsindən “müalicənin davam etdirilməsi” əsası ilə ümumiyyətlə imtina edilməsi düzgün hesab edilməməlidir, çünki həmin imtina iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halları nəzərə alınmaqla onun sağlamlıq vəziyyətinə mütənasib olmamışdır.

61. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən xüsusi xəstəlik səbəbindən əlilliyin müəyyən edilməsi tələb edilsə də, iş üzrə aparılmış məhkəmətibbi ekspertiza rəyləri və səlahiyyətli orqanların mövqeyi bu tələbin əsaslı olmadığını göstərir. Bu səbəbdən, iddiaçının xüsusi xəstəlik səbəbindən əlilliyin müəyyən edilməsi tələbi əsaslı hesab edilə bilməz.

62. Bununla yanaşı, kollegiya vurğulayır ki, məcburetmə xarakterli iddialar üzrə məhkəmə inzibati orqanın əvəzinə qərar qəbul etmir, lakin inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin edilməsindən əsassız imtina etdikdə, məhkəmə nəzarəti qaydasında həmin orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsi öhdəliyini qoymalıdır. Bu yanaşma hakimiyyətlərin bölgüsü prinsipinə əsaslanır.

63. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın əlilliyin müəyyən edilməsindən ümumiyyətlə imtina etməsi əsassız olmuş, iddiaçının bu əsasla məhkəməyə müraciət etməsi haqlı sayılmalıdır. Bununla yanaşı, iddiaçının tələbləri xüsusi xəstəlik səbəbindən əlilliyin müəyyən edilməsi hissəsində təmin edilməməli, lakin ümumi xəstəlik səbəbindən əlilliyin müəyyən edilməsi zəruri hesab olunmalıdır.

64. Odur ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli və iddia qismən təmin edilməklə cavabdeh "Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” PHŞ-nin üzərinə İddiaçı xx.xx.2023-cü il tarixdən 2 il müddətinə ümumi xəstəlik səbəbindən OFP-nın 65-80 faizinin müəyyən edilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır.

65. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

Qərara aldı

İddiaçı və cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X16 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 11 mart 2025-ci il tarixli 2-1(116)-239/2025 nömrəli qərarı dəyişdirilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı xx.xx.2023-cü il tarixdən 2 il müddətinə ümumi xəstəlik səbəbindən OFP-nın 65-80 faizinin müəyyən edilməsi öhdəliyi qoyulsun. İddia tələbi qalan hissədə (xüsusi xəstəlik səbəbindən əlilliyin müəyyən edilməsi) təmin edilməsin. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar