Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-407/2020 30.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, iddiaçı X1, cavabdeh DSMF X18 Balakən rayon filialının nümayəndəsi X4 iştirakı ilə, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi tabeliyində Dövlət X19 X18 Balakən rayon filialına qarşı “Dövlət X13 Balakən rayon şöbəsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və xx.xx.2019-cu il tarixdən pensiya ödənişinin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair" inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-95/2020 nömrəli qərarından iş üzrə cavabdeh Dövlət X19 X18 Balakən rayon filialı tərəfindən verilmiş apelyasiya şikаyətinə аçıq məhkəmə iclаsındа baxaraq, müəyyən etdi: Şəki İnzibаti Məhkəməsinin (hаkim İ.H.Cabbarov) xx xxxxxx 2020-ci il tarixli, 2- 1(116)-95/2020 nömrəli qərаrı ilə iddia tələbi təmin edilmiş, Dövlət X13 Balakən rayon şöbəsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və cavabdeh Əmək və X11 Nazirliyi tabeliyində Dövlət X19 X18 Balakən rayon filialının üzərinə xx.xx.2019-cu il tarixdən iddiaçı X1 pensiya ödənişinin bərpa olunması öhdəliyinin qoyulması qərara alınmışdır. İşin hаllаrı: İddiaçı xx xxxxxx 1971-ci ildə anadan olmuşdur. 2006-cı ildən əmək fəaliyyətinə başlamışdır. xx.xx.2006-cı ildə Balakən rayon Mərkəzi Xəstəxanasının nəzdindəki X6 Xəstəliklər şöbəsinə tibb bacısı vəzifəsinə təyin edilmişdir. Uşaq Xəstəxanası ixtisar olunduğu üçün Balakən rayon Mərkəzi Xəstəxanasının baş həkiminin xx xxxxxx 2010-cu il tarixli 01/K nömrəli əmrinə əsasən Mərkəzi xəstəxananın uşaq şöbəsinin tibb bacısı vəzifəsinə keçirilmişdir. Hal-hazırda da həmin şöbənin tibb bacısı vəzifəsində işləyir. Xəstəliyi ilə əlaqədar İİİ qrup əlildir. Ona xx.xx.2017-ci il tarixdən 10 il 10 ay sığorta stajına əsasən əlilliyə görə əmək pensiyası təyin edilmiş və 160 manat pensiya müəyyən edilmişdir. 2019-cu ilin iyun ayında əmək pensiyasının ödənişi dayandırılmışdır. Buna görə də o, Dövlət X13 Balakən rayon şöbəsinə şifahi olaraq müraciət etmişdir. DSMF-nun Balakən rayon şöbəsi iddiaçıya xx xxxx 2019-cu il tarixli 194 nömrəli məktubla belə cavab vermişdir: - Əmək və X11 Nazirliyi yanında Dövlət X13 Balakən rayon şöbəsi Sizin şifahi sorğunuza cavab olaraq bildirir ki, Sizə xx.xx.2017-ci il tarixdən 10 il 10 ay sığorta stajına əsasən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Lakin xx.xx.2019-cu ildən müəyyən olunmuşdur ki, Forma-4 əlavədə göstərilən 10 il 10 ay X14 (PAS) qeydə tam alınmamışdır. Ona görə də Sizə əlilliyə görə pensiya ödənişi qanunauyğun olmamış və dayandırılmışdır. Əgər tələb olunan sığorta stajınız PAS-da qeydiyyata alınarsa pensiyanızın ödənişi davam etdirilə bilər. Bundan sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə xx.xx.2006-cı ildən xx.xx.2010-cu ilədək Balakən rayon Mərkəzi Xəstəxanasının nəzdindəki X6 Xəstəliklər şöbəsində tibb bacısı və xx.xx.2010-cu il tarixdən xx.xx.2017-ci il tarixədək Balakən rayon Mərkəzi Xəstəxanasının uşaq şöbəsinin tibb bacısı işlədiyi 10 il 10 ay sığorta stajının X14 (PAS) tam qeydə alınması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi haqda ərizə təqdim edərək, “Dövlət X13 Balakən rayon şöbəsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və xx.xx.2019-cu il tarixdən pensiya ödənişinin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2020-ci il tarixli **********5 nömrəli arayışında qeyd etmişdir ki, xx.xx.1971-ci il təvəllüdlü X2 xx.xx.2017-ci il tarixdən əlilliyə görə 10 il 10 ay sığorta stajına əsasən əmək pensiyası təyin edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, 2006-cı ildə 11 ay və 2012-ci ildə 8 ay PAS-da (X14) görünmür, ona görə də İddiaçı pensiyası dayandırılmışdır. Bundan başqa İddiaçı xx.xx.2017-ci ildə 46 yaşı tamam olduğundan ona əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 10 il 4 ay sığorta stajı tələb olunur. Lakin onun PAS-da (X14) faktiki olaraq 9 il 3 ay sığorta stajı müəyyən edilmişdir. Ona görə də İddiaçı pensiya ödənişi dayandırılmışdır. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi X8 iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh inzibati orqanın nümayəndəsi iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qərаrı çıxаrılmışdır. Apelyаsiyа şikаyətinin dəlilləri: Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-95/2020 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi tabeliyində Dövlət X19 X18 Balakən rayon filialı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və İddiaçı iddiası qanuna zidd və əsassız olduğuna görə təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2006-cı ildə qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən xx.xx.2017-ci il tarixədək 46 yaşlı əlil 10 (on) il 4 (dörd) ay sığorta stajına malik olduqda əlilliyə görə əmək pensiyası hüququ qazanır. İddiaçının sığorta stajı tələb olunan 10 (on) il 4 (dörd) aya qarşı 9 (doqquz) il 3 (üç) ay olduğundan ona əlilliyə görə əmək pensiyası təyin edilməsi qanunauyğun deyildir. X21 Məhkəməsi bunu nəzərə almamış, onun pensiyasının bərpa edilməsi barədə qərar qəbul etmişdir. Hesab edirlər ki, apelyasiya şikayəti təmin edilməlidir. Apelyasiya məhkəməsinin iclasında cavabdeh DSMF X18 Balakən rayon filialının nümayəndəsi X9 apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-95/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında iddiaçı X3 apelyasiya şikayətinin təmin edilməməsini, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)- 95/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iddiaçının və cavabdeh inzibati orqanın nümayəndəsinin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, cavabdeh DSMF X18 Balakən rayon filialı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2- 1(116)-95/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 82-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi mübаhisə ilə bаğlı işə şikаyət həddində və hüquqi məsələlər, hаbelə sübutlаr və fаktlаr (fаktiki hаllаr) əsаsındа mаhiyyəti üzrə tаm həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci mаddəsinin tələblərinə əsаsən yeni təqdim olunmuş sübutlаrı (sübutetmə vаsitələrini) və fаktlаrı (fаktiki hаllаrı) dа nəzərə аlır. İş materiallarında olan AZE-08077259 nömrəli Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1971-ci ildə anadan olmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 1058 nömrəli Balakən Rayon Mərkəzi Xəstəxanasının arayışdan görünür ki, X3 xx.xx.2006-cı il tarixdə X7 xəstəliklər şöbəsinin tibb bacısı vəzifəsinə təyin edilib. Uşaq Xəstəxanası ixtisar olunduğu uçun xx.xx.2010-cu il tarixdə 01/K nömrəli əmrə əsasən Balakən MRX-nın Usaq şöbəsinin tibb bacısı vəzifəsinə keçirilib. Hazırda həmin işdə işləyir. İş materiallarında olan Dövlət X13 Balakən rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktubundan görünür ki, X1 xx.xx.2016-cı il tarixə PAS-da cəmi 8 il 7 ay sığorta stajı olmuşdur. Lakin həmin tarixə İddiaçı 44 yaşı tamam olduğuna görə ona tələb olunan iş stajı 9 il 8 aydır. İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün xx.xx.2017-ci ildə müraciət etdiyindən həmin tarixə tələb olunan 10 il 4 ay sığorta stajı olduqda əmək pensiyası təyin edilə bilər. Cavabdeh tərəfindən mübahisələndirilən məqam ondan ibarətdir ki, 2006-cı ildə 11 ay və 2012-ci ildə 8 ay PAS-da (X14) görünmür, ona görə də İddiaçının pensiyası dayandırılmışdır. İş materiallarında olan Balakən rayon Mərkəzi Xəstəxanasından birinci instansiya məhkəməsinin sorğularına cavab olaraq göndərilmiş xx.xx.2019-cu il tarixli və xx.xx.2020ci il tarixli məktublardan görünür ki, mübahisəli aylarda iddiaçıya ödənilmiş əmək haqqından DSMF-yə sosial sığorta haqqı köçürülmüşdür. İş materiallarında olan ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.2006-cı il tarixindən Balakən rayon Mərkəzi Xəstəxanasında işləyir. Birinci instansiya məhkəməsi işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Dövlət X13 Kollegiyasının xx xxxxxx 2014-cü il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığorta haqqının toplanması" Qaydalarının 1.2.1-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçı təşkilata ödənilən pul vəsaitidir; 1.2.2-ci maddəsinə əsasən sosial sığortanın iştirakçıları - sığortaçı, sığortaedənlər və sığortaolunanlardır; 1.2.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Dövlət X19 - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası üzrə fəaliyyəti həyata keçirən sığortaçı hüquqi şəxsdir; 1.2.4-cü maddəsinə əsasən sığortaedənlər - Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, habelə özünü və ya başqasını sosial sığortaedən digər şəxslərdir; 1.2.5-ci maddəsinə əsasən sığortaolunan – xeyrinə sığorta fəaliyyəti həyata keçiriləndir. "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, sığortaolunanın sığorta stajı - sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. Həmin Qanunun 9-cu maddəsinə əsasən, sığortaçının hüquqları aşağıdakılardır: bütün sığortaedənlərdən məcburi dövlət sosial sığortası üzrə işçilərin sığorta edilməsini tələb etmək; sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığorta edənlərdən arayış almaq; məcburi dövlət sosial sığortası qaydalarına sığortaedənlər tərəfindən əməl edilməsinə nəzarət etmək; könüllü (əlavə) sosial sığorta müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Sığortaçının vəzifələri aşağıdakılardan ibarətdir: - özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək; sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək; könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Həmin Qanunun 10-cu maddəsinə əsasən, sığortaedənlər aşağıdakı hüquqlara malikdirlər: - sosial sığortanın bütün formalarında iştirak etmək; könüllü (əlavə) sosial sığortanı həyata keçirmək üçün sığortaçı təşkilatı müstəqil seçmək; sosial sığorta qaydalarına və könüllü (əlavə) sosial sığorta üzrə müqavilələrə əməl edilməsini tələb etmək. Həmin Qanunun 11-ci maddəsinə əsasən, sığortaedənlərin vəzifələri aşağıdakılardır: - məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla); müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək; sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək; hesabat dövründə fəaliyyət göstərmədiyi halda sığortaçıya hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Göründüyü kimi, baxılan işdə sığorta edənin "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə müvafiq olaraq, məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək vəzifəsi olmuş, Azərbaycan Respublikası DSMF-nin isə sığortaçı kimi, sözügedən Qanunun 9-cu maddəsinə müvafiq olaraq sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək vəzifəsi olmuşdur. Belə olan halda, 2006-cı ildə 11 ay və 2012-ci ildə 8 ay sığorta haqqı ödənişinin PASda (X14) görünməməsi səbəbi ilə iddiaçının pensiya ödənişinin dayandırılması barədə cavabdeh inzibati orqanın qərarı əsassız olmaqla qanunvericiliyin tələblərinə ziddir. Belə ki, məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi sığortaolunan iddiaçının təqsiri deyildir. Bu vəzifə sığorta edənə aiddir və uçotun vaxtlı-vaxtında aparılmasına nəzarət etmək isə Dövlət X13 vəzifəsidir. Qeyd olunan nöqsan inzibati orqan tərəfindən asanlıqla aradan qaldırıla bilən olmaqla bərabər, inzibati icraat zamanı həll olunması mümkün olan hal olmuşdur. İnzibati orqan olan cavabdeh üzərinə düşən öhdəliyi lazımınca icra etmədiyi üçün iddiaçı əsassız yerə süründürməçiliyə məruz qalmışdır. Əlavə olaraq məhkəmə qeyd etmişdir ki, hətta iddiaçının xəstəxanada stajı natamam olsa idi belə, iş materiallarından müəyyən olunur ki, iddiaçının xx.xx.1995-ci il tarixində X10 və xx.xx.2000-ci il tarixində X12 adlı övladları anadan olmuşdur. xx xxxxxx 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “e” bəndinə əsasən işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq iş stajına daxil edilir. Bununla əlaqədar məhkəmə həmçinin qeyd etmişdir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta (iş) stajı bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu, körpə uşaqlara qulluq etdiyi və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa, sonrakı tənzimləmələr iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. İPM-in 1.2-ci maddəsindən göndərişlə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsının 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Əmək və X11 Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3-cü bəndində müəyyən edilmişdir ki, 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə xx xxxx 2017-ci il tarixli 543-VQD nömrəli Qanunla 12.1-ci maddə yeni redaksiyada: “12.1. Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.” kimi təsbit edilmişdir. Əvvəlki redaksiyada isə deyilirdi: “12.1. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir.” “Əmək pensiyaları haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Qanunun 12.1ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1971-ci ildə doğulmuş, onun əlilliyə görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2016-cı ildə 44 yaşı olmuş, lakin pensiya təyin olunduğu xx xxxx 2017-cı il tarixdə 46 yaşı olmuş və həmin tarixdən ona əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 10 il 4 ay sosial sığorta stajı tələb olunmuşdur (46 il - 15 il = 31 x 4ay / 12 = 10 il 4 ay). İddiaçının məhkəməyə təqdim etdiyi ******* nömrəli əmək kitabçasına və körpə uşaqlara qulluq etdiyi 6 ilə əsasən isə onun həmin tarixə tələb olunan 10 il 4 aydan artıq sosial sığorta stajı var. İşin faktiki hallarını və bu halların yuxarıda qeyd olunan qanun normalarına uyğunluğunu nəzərə alan birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməli, cavabdehin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilməli və onun üzərinə xx.xx.2019-cu il tarixdən iddiaçı X2 pensiya ödənişinin bərpa olunması öhdəliyi qoyulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və bununla bağlı əsaslandırması ilə razılaşaraq hesab edir ki, məhkəmə iddianı təmin etməkdə haqlı olmuş və düzgün qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Beləliklə, məhkəmə kollegiyаsı аpelyаsiyа şikаyətinin dəlillərini birinci instаnsiyа məhkəməsinin qərаrının ləğv edilməsi üçün yetərli hesаb etmir və bu nəticəyə gəlir ki, Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən аpelyаsiyа şikаyəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərаrı dəyişdirilmədən qüvvədə sаxlаnmаlıdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87, 89, 90, 94-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi tabeliyində Dövlət X19 X18 Balakən rayon filialı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-95/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərаrdаn surəti tam formada təqdim olunduğu gündən 01 (bir) ay müddətində Şəki Apelyаsiyа Məhkəməsi vаsitəsilə Azərbаycаn Respublikаsı Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikаyəti verilə bilər. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2-1(107)-407/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-407/2020
30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver