Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-407/2021 11.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - İddiaçı nümayəndəsi X1 və onun vəkili X3, Cavabdeh - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X4, İş üzrə digər cavabdeh - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı "19.03.2018-ci il tarixli **********144714 nömrəli qərarın ləğv edilməsi, əlavə hesablanmış verginin, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyasının, faizlərin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması", cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı "03.06.2019-cu il tarixli **********184368 nömrəli qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış 61187,48 manat əsas və 30753,74 manat maliyyə sanksiyasının müəssisənin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 13 iyul 2021-ci il tаrixli, 2-1(116)-17/2021 saylı qərarından cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Cavabdeh 13 saylı Ərazi Vergilər İdarəsinin 03.10.2017-ci il tarixli qərarına əsasən, İddiaçındə (bundan sonra mətndə - "xxxx" MMC) may 2015-ci ildən avqust 2017-ci ilədək olan müddət üzrə növbəti səyyar vergi yoxlaması keçirilmiş və nəticədə 19.03.2018-ci il tarixli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar" qəbul edilmişdir. Həmin qərara görə, 2015-ci il üzrə 46295,38 manat mənfəət vergisi, 2016-cı il üzrə 105253,43 manat mənfəət vergisi, 2016-cı il üzrə 2340,36 manat ödəmə mənbəyində tutulan vergi, 2017-ci il üzrə 198 manat ödəmə mənbəyində tutulan vergi, eləcə də bu məbləğin hər birinə görə 50 faiz olmaqla, cəmi 77043,59 manat maliyyə sanksiyası hesablanmışdır. İddiaçı "xxxx" MMC cavabdeh 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı "19.03.2018ci il tarixli **********144714 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ın ləğv edilməsi, əlavə hesablanmış verginin, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyasının, faizlərin silinməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddiaçı həmçinin məhkəməyə müvəqqəti xarakterli müdafiə tədbirləri barədə ərizə verərək cavabdeh 13 saylı Ərazi Vergilər İdarəsinin üzərinə işə mahiyyəti üzrə baxılıb qərar qəbul edilənə qədər iddiaçı "xxxx" MMC-nin Bank Respublika ASC-nin Zaqatala filialında olan bank hesablarına qoyulmuş sərəncamların götürülməsi və işə mahiyyəti üzrə baxılıb, qəbul edilmiş yekun qərar qüvvəyə minənədək həmin bank hesablarına özünün 19.03.2018-ci il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarına əsasən təkrar sərəncamların qoyulmasından çəkinmək vəzifəsinin qoyulmasını xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 06.04.2018-ci il tarixli 2-1(84)-713/2018 nömrəli qərardadına əsasən, cavabdeh 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən iddiaçının Bank Respublika ASC-nin Zaqatala filialında olan bank hesablarına qoyulmuş sərəncamların götürülməsi və 13 saylı Ərazi Vergilər İdarəsinin üzərinə işə mahiyyəti üzrə baxılıb, qəbul edilmiş yekun qərar qüvvəyə minənədək həmin bank hesablarına özünün 19.03.2018-ci il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarına əsasən təkrar sərəncamların qoyulmasından çəkinmək vəzifəsi qoyulmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsi məhkəmənin həmin qərardadından apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin 23.05.2018-ci il tarixli 2-1(107)-250/2018 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 06.04.2018-ci il tarixli 2-1(84)-713/2018 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan sonra, cavabdeh Şəki Apellyasiya Məhkəməsinin həmin qərardadından kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 07.05.2019-cu il tarixli 2-1(102)-6/2019 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin 23.05.2018-ci il tarixli 2-1(107)-250/2018 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin 04.01.2019-cu il və 21.02.2019-cu il tarixli qərarlarına əsasən, "xxxx" MMC-də mart 2015-ci ildən dekabr 2017-ci ilədək olan müddət üzrə səyyar vergi yoxlaması keçirilmiş və nəticədə 03.06.2019-cu il tarixli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar" qəbul edilmişdir. Həmin qərara görə, 2017-ci il üzrə 48431,44 mənfəət vergisi, 2017-ci il üzrə 5781,04 manat əlavə dəyər vergisi, 2017-ci il üzrə 6975 manat ödəmə mənbəyində tutulan vergi, eləcə də bu məbləğin hər birinə görə 50 faiz olmaqla, cəmi 30753,74 manat maliyyə sanksiyası hesablanmışdır. Bundan sonra, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin 13.09.2019-ci il tarixli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi barədə" qərarı ilə "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" 19.03.2018-ci il tarixli **********144714 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. İddiaçı 22.10.2019-cu il tarixli iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" 19.03.2018-ci il tarixli **********144714 nömrəli cavabdeh tərəfindən ləğv edilmiş qərarın etibarsız sayılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 20.11.2019-cu il tarixli 2-1(84)-11/2019 nömrəli qərardadı ilə mübahisələndirilən 19.03.2018-ci il tarixli **********144714 nömrəli qərar ləğv olunduğu üçün iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi auditi baş idarəsinin 24.12.2019cu il tarixli qərarı ilə 13 saylı Ərazi Vergilər İdarəsinin 13.09.2019-cu il tarixli **********485700 nömrəli qərarı ləğv edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.01.2020-ci il tarixli 21(107)- 50/2020 nömrəli qərardadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 20.11.2019-cu il tarixli 2- 1(84)-11/2019 nömrəli qərardadı ləğv edilmiş və iddia mümkün sayılaraq iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır. Bundan başqa, iddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı "03.06.2019-cu il tarixli **********184368 nömrəli qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış 61187,48 manat əsas və 30753,74 manat maliyyə sanksiyasının müəssisənin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə də məhkəməyə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi 16.12.2019-cu ildə iş üzrə icraatın dayandırılması barədə vəsatətlə məhkəməyə müraciət etmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 16.12.2019-cu il tarixli 2-1(84)-1130/2019 nömrəli qərardadı ilə vəsatət rədd edilmişdir. Cavabdeh məhkəmənin həmin qərardadından apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin 13.02.2020-ci il tarixli 2-1(107)-126/2020 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 16.12.2019-cu il tarixli 2-1(84)-1130/2019 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan sonra, cavabdeh Şəki Apellyasiya Məhkəməsinin həmin qərardadından kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 03.07.2020-ci il tarixli 2-1(102)-1241/2020 nömrəli qərardadı ilə kassasiya şikayəti mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsinin 05.11.2020-ci il tarixli qərardadı ilə məhkəmənin icraatında olan aşağıdakı inzibati işlər üzrə icraat bir icraatda birləşdirilmişdir: 1) İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında D 2) İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında D İddiaçı "xxxx" MMC hər iki iddianı belə əsaslandırmışdır ki, vergi yoxlaması vergi qanunvericiliyinin pozulması ilə keçirilmişdir. Müəssisənin mənfəəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 nömrəli "Vergi ödəyicisinin mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları"na əsasən hesablanmışdır, halbuki bu qaydalar gəliri birbaşa müəyyən etmək mümkün olmadıqda tətbiq olunur. Əgər Qaydaların tətbiqində gəlir "Mənfəət vergisi bəyannaməsi"ndən birbaşa götürülürsə, yəni gəliri birbaşa təyin etmək mümkündürsə, onda bu qaydalardan istifadə edilməməlidir. Vergi orqanı Vergi Məcəlləsinin 67.1-ci maddəsində öz əksini tapan əlaqəli məlumatlardan istifadə etməli, əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatlarından istifadə etməli idi. Cavabdehlər 13 saylı Ərazi Vergilər İdarəsi və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi iddianı qəbul etməmiş və iddiaya qarşı etirazlarında bildirmişlər ki, müəssisə yoxlanılan dövrdə fındıq məhsulunun tədarükü, emalı və fındıq ləpəsinin ixracı ilə məşğul olmuşdur. Yoxlanılan dövrdə fındıq məhsulunun tədarükü ilə bağlı müvafiq sənədləşmələr düzgün tərtib edilməmiş, eləcə də mühasibat uçotu və vergi qanunvericiliyinin tələblərinə əməl edilməmişdir. Belə ki, yoxlanılan dövrdə fındıq məhsulu müəssisənin tədarükçüsü tərəfindən Zaqatala bazarı və ətraf kəndlərdən tədarük edilmiş, məhsul təqdim edən hər bir şəxslə ayrı-ayrılıqda müvafiq ada alış aktı əvəzinə ümumi tədarük üçün bir alış aktı tərtib edilmişdir. Vergi bəyannaməsinin düzgünlüyü yoxlanılarkən xərc sənədləri yoxlamaya təqdim edilmədiyindən mənfəəti müəyyənləşdirmək mümkün olmamışdır. Bu səbəbdən Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadıqda, həmin mənfəətin hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması" Qaydalarına müvafiq olaraq aparılmışdır. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, 19.03.2018-ci il tarixli **********144714 nömrəli "Vergi ödəyicisinin vergi qanunveric - İşdə olan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin 13.09.2019-ci il tarixli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi barədə" qərarından görünür ki, "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" 19.03.2018-ci il tarixli **********144714 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. - İşdə olan, Azərbaycan Respublikası Vergilər Nazirliyinin auditi baş idarəsinin 24.12.2019-cu il tarixli "Vergi orqanının qərarının yuxarı vergi orqanı tərəfindən ləğvi barədə" qərarından görünür ki, "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi barədə" 13.09.2019-cu il tarixli **********485700 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. - İşdə olan, 03.06.2019-cu il tarixli **********184368 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərardan görünür ki, büdcəyə çatası mənfəət vergisinin 2015 və 2016-cı illərdə əvvəlki səyyar vergi yoxlaması ilə artıq hesablandığı, hazırkı yoxlama ilə 2017-ci ildə mənfəət vergisinin, 2017ci ilin dekabr ayı ƏDV-nin və 2017-ci ilin 4-cü rübü üzrə ödəmə mənbəyində tutulan verginin azaldıldığı müəyyən edilmiş, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, maliyyə sanksiyası tətbiq edilmişdir. - İşdə olan, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 27.08.2019-cu il tarixli etiraz məktubundan görünür ki, mübahisələndirilən 03.06.2019-cu il tarixli qərar, o cümlədən qərarla hesablanmış vergilər və tətbiq edilmiş maliyyə sanksiyaları məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinin tələblərinə uyğun olmaqla bərabər hesablanılan şəxs hamı üçün aydın göstərilmişdir. Belə olan halda həmin məsuliyyət qərarı prosessual pozuntularla tərtib edilmiş və etibarsız sayıla bilməz. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarı qəbul edilmişdir. Şəki İnzibati Məhkəməsinin 13 iyul 2021-ci il tаrixli, 2-1(116)-17/2021 saylı qərarından cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən apellyasiya şikayətləri verilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikаyəti onunlа əsаslаndırılmışdır ki, məhkəmənin 13.07.2021-cı il tarixli qərarı ilə razı deyillər. Belə ki, yoxlanılan dövrdə fındıq məhsulu müəssisənin tədarükçüsü tərəfindən Zaqatala bazarı və ətraf kəndlərdən tədarük edilmiş, məhsul təqdim edən hər bir şəxslə ayrı-ayrılıqda müvafiq formada alış aktı əvəzinə ümumi tədarük üçün bir alış aktı tərtib edilmişdir. Vergi bəyannaməsinin düzgünlüyü yoxlanılarkən xərc sənədləri yoxlamaya təqdim edilmədiyindən mənfəəti müəyyənləşdirmək mümkün olmamışdır. Bu səbəbdən Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadıqda, həmin mənfəətin hesablanması AR Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması" Qaydalarına müvafiq olaraq aparılmışdır. Hesablama nəticəsində ümumilikdə 2015 və 2016-cı illər üzrə mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli məbləğinə nisbətən 151.548.81 manat (46.295,38+105.253,43) azaldılması müəyyən edilmiş və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin azaldılmasına görə 75.774.41 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama zamanı vergilərin 154.087,17 manat azıldılması aşkar edilmiş və 77.043,59 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama zamanı vergilərin külli miqdarda (151.548,81 manat mənfəət vergisinin və 2.538,36 manat ödəmə mənbəyində tutulan vergi olmaqla ümumilikdə 154.087,17 manat) azaldılması aşkar edildiyindən, toplanmış materiallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213cü maddəsində (Vergi ödəməkdən yayınma) nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olmasını nəzərə alaraq, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə (bundan sonra-VCİABİ) göndərilmişdir. VCİABİ-nin 04.01,2019-cu il tarixli qərarı ilə iddiaçının fəaliyyəti üzrə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə müvafiq olaraq növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın nəticəsi 15.04.2019-cu il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmiş, 03 06.2019-cu il tarixdə “Vergi ödəyicisinin vergi qanunvericiliyininin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Vergi yoxlaması ********* nömrəli cinayət işində olan (o cümlədən əvvəlki yoxlama zamanı 12.01.2018-ci il tarixli protokolla götürülmüş 643 vərəqdən ibarət ilkin sənədlər) sənədlər, yoxlamaya təqdim edilmiş sənədlər və yoxlamaya cəlb edilmiş mütəxəssis rəyi əsasında aparılmışdır. Yoxlamanın nəticələrinə əsasən təkrar yoxlanılan dövrdə: 2015-ci il üzrə əvvəlki yoxlama aktı ilə əlavə hesablanmış 46.295,38 manat mənfəət vergisi öz təsdiqini tapmadığı üçün müəssiənin şəxsi hesab vərəqəsində azaldılmış və ona tətbiq edilmiş 23.147,69 manat maliyyə sanksiyası ləğv edilmişdir. 2016cı il üzrə əvvəlki yoxlama aktı ilə əlavə hesablanmış 105.253,43 manat mənfəət vergisi və ona tətbiq edilmiş 52 626,72 manat maliyyö sanksiyası isə qismən öz təsdiqini tapmışdır. Təsdiqini tapmayan 65.962,83 manat hissədə mənfəət vergisi azaldılmış və həmin hissədə tətbiq edilmiş 32.981,42 manat maliyyə sanksiyası ləğv edilmişdir. Son aparılmış yoxlama ilə də, iddiaçının mənfəət vergisi üzrə öhdəliyini təqdim etdiyi sənədlər əsasında birbaşa müəyyən etmək mümkün olmamışdır. İddiaçının mənfəət vergisi öhdəliyi, Vergi Məcəlləsinin 45-ci və 108-ci maddələrinin tələblərinə əsasən “Azərekspertiza” Birliyinin 09.04.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən iddiaçının 2015-ci ildəki məlumatlarına istinad edilməklə müəyyən etdiyi xammal silgisi nəzərə alınmaqla müəyyən edilmişdir. Həmin rəyə əsasən iddiaçının obyektində ləpənin istehsal prosesində tələb olunan ardıcıllıq pozulmuşdur. Habelə sənədləşmə də lazımi qaydada aparılmamışdır. Belə ki, sənədlərdə fındıqların nə alındığı anda, nə də ki, sındırılmaya verildiyi anda sortu, növü və nəmlik faizləri göstərilmişdir. İstehsal prosesi başa çatdırıldıqdan sonra sındırılmaya verilən fındıq, nəmlik çıxarı, əldə edilən ləpənin və fındıq qabığının miqdarı barədə məlumatları özündə əks etdirən aktlar, daha sonra isə fındıq qabığının istifadə edilməsinə dair silgi aktları tərtib edilmişdir. Tərtib edilmiş aktlarda istehsal prosesində əhəmiyyətli itkilərin olduğu göstərilmiş, nəticədə xammal silgisi olduğundan çox göstərilmişdir. Müəssisənin “anbara təhvil aktlarında” göstərilən qədər fındıq alması sənədlərlə də sübut olunmur. Belə ki, təqdim edilmiş sənədlərdən görünür ki, əsasən alış faktı rəsmiləşdirilməmiş və malsatanlar qeyri-müəyyəndir. Qeyd olunanlardan göründüyü kimi, səyyar vergi yoxlaması ilə hesablanmış vergilər və tətbiq edilmiş maliyyə sanksiyaları tam olaraq qanuni və əsaslıdır. Buna baxmayaraq iddiaçı iddia ərizəsində ümumi ifadələrdən istifadə etməklə, hesablamanı qanuni hesab etmədiyini bildirməklə kifayətlənmiş, mövqeyini heç bir aidiyyəti hüquq norması, konkret faktlarla əsaslandıra bilməmişdir. Eyni zamanda bildirmək istəyirlər ki, Şəki İnzibati Məhkəməsi yalnız Azərbaycan Republikasının Ədliyyə Nazirliyinin Məkəmə Ekspertiza Mərkəzinin 06.04.2021-ci il tarixli 9/5265 nömrəli ekspert rəyinə istinad etməklə qərar qəbul etmişdir. Halbuki, qeyd edilən ekspert rəyi tam əsassız olmaqla tərtib edilmiş və bu barədə cavabdeh vergi orqanı məhkəmə qarşısında vəsatətlə çıxış edərək, ekspert rəyinin iş üzrə mötəbər sübut kimi qiymətləndirilməməsini xahiş etmişdir. Belə ki, Şəki İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 05.11.2020-ci il tarixli, 2-1(116)-72/2020 saylı qərardad ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 06.04.2021-ci il tarixli, 9/5265 nömrəli ekspert rəyi ilə iddiaçıya hesablanmış vergilərdən yalnız 2016-2017-ci illər üzrə ümumilikdə hesablanmış 2538,36 manat ödəmə mənbəyində vergilər təsdiqlənmiş, səyyar vergi yoxlaması ilə hesablanmış digər vergilər isə (2015-2016-cı illər üzrə mənfəət vergisinə münasibətdə) öz təsdiqini tapmamışdır. Bildirirlər ki, 06.04.2021-ci il tarixli ekspertiza rəyi müstəqil ekspert araşdırmasından daha çox səyyar vergi yoxlaması aktında qeyd edilənləri və Vergi Məcəlləsinin bir neçə maddəsini təkrar olaraq sadalamaqdan ibarət olan söz toplusu təsiri bağışlayır. Başqa sözlə desək, ekspert rəyi 11 səhifədən ibarət olsa da, rəydə ekspertin hansı metdoddan (üsuldan) istifadə etməsi, ümumiyyətlə qoyulmuş suallarla bağlı hər hansı araşdırma, tədqiqat aparması müəyyən edilmir. Halbuki mübahisələndirilən səyyar vergi yoxlaması ilə vergi ödəyicisinin fəaliyyəti 4 fərqli istiqamətdə ətraflı olaraq tam araşdırılmış və əldə edilmiş nəticələr üzrə MMC-yə ən əlverişli olan metod ilə iddiaçının vergi öhdəliyi müəyyən edilmişdir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi yoxlama ilə əhatə edilən dövr üzrə müəssisə fındığın tədarükü, emalı və ləpə şəklində müxtəlif ölkələrə ixracı fəaliyyəti ilə məşğul olmuşdur. MMC-nin gəliri bilavasitə ixracdan formalaşdığından və mötəbər sənədlərlə təsdiqini tapdığından olduğu kimi qəbul edilmiş və yalnız xammal xərcləri müvafiq sənədlərlə təsdiqini tapmadığı üçün yoxlama ilə azaldılmışdır. 2016-2017-ci illər üzrə vergi ödəyicisi tərəfindən sənədlər təqdim edildikdən sonra belə xərcləri təsdiq edən sənədlər tam olmamış, bu da vergi ödəyicisində mənfəət vergisinin mütəxəssis rəyi əsas götürülməklə gəlir və xərclər əsasında müəyyən edilməsinə əsas vermişdir. Ekspert isə yalnız “Vergi Məcəlləsində mənfəət vergisi üzrə öhdəliyin müəyyən edilməsi məqsədilə 4 istiqamətdə araşdırma aparılaraq verginin hesablanmasının nəzərdə tutulmadığı” kimi heç bir normativ əsası olmayan qeyd aparmaqla kifayətlənərək qanunsuz rəy tərtib etmişdir. Yəni əsas funksiyası mənfəət vergisi ilə bağlı hesablamaya rəy bildirmək olan ekspert qarşısında qoyulmuş əsas sualla bağlı isə “Vergi Məcəlləsində mənfəət vergisi üzrə öhdəliyin müəyyən edilməsi məqsədilə 4 istiqamətdə araşdırma aparılaraq verginin hesablanmasının nəzərdə tutulmadığım” deməklə öz tədqiqatını yekunlaşdırmışdır. Həmçinin ekspert rəyində səyyar vergi yoxlaması aktında 2 tərəfli alış aktlarının təqdim olunmaması qeyd edilsə də, iş materiallarında həmin aktların olduğunu bildirmişdir. Həmçinin X9 də həmin 2 tərəfli alış aktlarının iş materiallarında mövcud olması qənaətinə gəlmişdir. Bununla bağlı bildirmək istəyirlər ki, ekspert rəyində həqiqətə uyğun olmayan məlumatlar əks edilmişdir. Cavabdeh tərəfindən yoxlama üçün zəruri olan sənədlərin, o cümlədən 2 tərəfli alış aktlarının yoxlamaya təqdim edilmədiyi həm səyyar vergi yoxlaması aktında və materiallarında, həm iddia ərizəsinə dair verilmiş etirazda, həm də 06.04.2021-ci il tarixli ekspert rəyinin əsassız olması barədə məhkəməyə təqdim edilmiş vəsatətdə dəfələrlə bildirilsə də, X9 tərəfindən bu ziddiyətli məqamlar araşdırlmamış, həmin sənədlər tədqiq edilməmişdir. Ümumiyyətlə 2 tərəfli alış aktlarının hansı sənədlərdən ibarət olması, qarşı tərəflərin kimliyi, rekvizitləri və s. barədə məlumatlar cavabdehə məlum deyil və bu barədə məhkəmə iclaslarında araşdırma aparılmamışdır. Eyni zamanda ekspert rəyində bildirmişdir ki, yoxlama ilə vergi ödəyıcisinin xərc sənədi kimi nəzərə alınmamış alış aktlarının forması 2017-ci ilin noyabr ayında qüvvəyə minmişdir. Yəni xərc kimi nəzərə alınmamış anbara təhvil aktlarının, alış aktlarının və s. forması 2015-2016-cı illərdə mövcud olmamışdır. Göründüyü kimi ekspert əslində bir-birinə zidd olan fikirlərlə münasibət bildirməklə həmin xərc sənədi kimi nəzərə alınmamış alış aktlarının vergi ödəyicisində olmadığını təsdiq etmişdir. Bir daha bildirirlər ki, MMC tərəfindən ixrac edilmiş malların maya dəyərini, yəni ona çəkilmiş xərcləri müəyyən etmək üçün tələb edilən həmin malların alış aktları yoxlamaya təqdim edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən Şəki İnzibati Məhkəməsinin 13 iyul 2021-ci il tаrixli, 2-1(116)-17/2021 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə digər cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikаyəti onunlа əsаslаndırılmışdır ki, aşağıda göstərilən əsaslara görə həmin qərarın iddianın təmin olunmuş hissəsində qeyd olunanlarla razı deyillər. 04.01.2019-cu il tarixli qərar ilə iddiaçının fəaliyyəti üzrə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə müvafiq olaraq növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın nəticəsi 15.04.2019-cu il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmiş, 03.06.2019-cu il tarixdə "Vergi ödəyicisinin vergi qanunverıciliyininin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Vergi yoxlaması ********* nömrəli cinayət işində olan (o cümlədən əvvəlki yoxlama zamanı 12.01.2018-ci il tarixli protokolla götürülmüş 643 vərəqdən ibarət ilkin sənədlər) sənədlər, hazırkı yoxlamaya təqdim edilmiş sənədlər və yoxlamaya cəlb edilmiş mütəxəssis rəyi əsasında aparılmışdır. Hazırkı yoxlamanın nəticələrinə əsasən təkrar yoxlanılan dövrdə: 2015-ci il üzrə əvvəlki yoxlama aktı ilə əlavə hesablanmış 46.295,38 manat mənfəət vergisi öz təsdiqini tapmadığı üçün müəssiənin ŞHV-də azaldılmış və ona tətbiq edilmiş 23.147,69 manat maliyyə sanksiyası ləğv edilmişdir. 2016-cı il üzrə əvvəlki yoxlama aktı ilə əlavə hesablanmış 105.253,43 manat mənfəət vergisi və ona tətbiq edilmiş 52.626,72 manat maliyyə sanksiyası isə qismən öz təsdiqini tapmışdır. Təsdiqini tapmayan 65.962,83 manat hissədə mənfəət vergisi azaldılmış və həmin hissədə tətbiq edilmiş 32.981,42 manat maliyyə sanksiyası ləğv edilmişdir. 2017-ci il üzrə azaldılması müəyyən edilmiş 48.431,44 manat mənfəət vergisi müəssisənin ŞHV-də büdcəyə hesablanılmaqla, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış mənfəət vergisinin 50% miqdarında 24.215,72 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. 2017-ci ilin dekabr ayında 5.781,04 manat ƏDV büdcəyə hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış verginin 50% miqdarında 2.890,52 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. 2017-ci ilin 4-cü rübündə ödənilmiş dividenddən hesablanmalı 6.975,0 manat ödəmə mənbəyində vergi büdcəyə hesablanmış, həmçinin Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış verginin 50% miqdarında 3.487,5 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən hesabatlar əsas olmadan təqdim edilmədiyinə görə 160 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Odur ki, iddiaçının mənfəət vergisi üzrə öhdəliyinin müəyyən edilməsi məqsədilə 4 istiqamətdə araşdırılma aparılmış və əldə edilmiş aşağıdakı nəticələrdən iddiaçı üçün ən əlverişli olan 4-cü variant seçilmişdir (istiqamətlər üzrə araşdırma etiraza əlavə edilmiş səyyar vergi yoxlaması aktının 13-14-cü vərəqlərində əsaslandırılmışdır). Belə ki, iddiaçının mənfəət vergisi öhdəliyi Vergi Məcəlləsinin 45-ci və 108-ci maddələrinin tələblərinə əsasən mütəxəssisin iddiaçının 2015-ci ildəki məlumatlanna istinad edilməklə müəyyən etdiyi xammal silgisi nəzərə alınmaqla müəyyən edilmişdir. “Azərekspertiza” Birliyinin 09.04.2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçının obyektində ləpənin istehsal prosesində tələb olunan ardıcıllıq pozulmuşdur. Habelə sənədləşmə də lazımi qaydada aparılmamışdır. Belə ki, sənədlərdə fındıqların nə alındığı anda, nə də ki, sındırılmaya verildiyi anda sortu, növü və nəmlik faizləri göstərilməmişdir. İstehsal prosesi başa çatdırıldıqdan sonra sındırılmaya verilən fındıq, nəmlik çıxarı, əldə edilən ləpənin və fındıq qabığının miqdarı barədə məlumatları özündə əks etdirən aktlar, daha sonra isə fındıq qabığının istifadə edilməsinə dair silgi aktları tərtib edilmişdir. Müəssisənin “anbara təhvil aktlarında” göstərilən qədər fındıq alması sənədlərlə də sübut olunmur. Dəyər ifadəsində hesablamalar MMC-nin sənədlərinə əsasən orta alış (2015-ci il üzrə 3,03 manat, 2016-cı il üzrə 4,7 manat, 2017-ci il üzrə 3,5 manat) və satış (2015-ci il üzrə 9,77 manat, 2016-cı il üzrə 14,68 manat, 2017-ci il üzrə 11,03 manat) qiymətləri əsas götürülməklə müəyyən edilmişdir. İddiaçının 2015-2016-cı illər üzrə gəliri bilavasitə ixracdan formalaşdığından və mötəbər sənədlərlə təsdiqini tapdığından olduğu kimi qəbul edilmiş və 2017-ci il üzrə isə 2.912 kq fındıq ləpəsinin qalıqda olmadığı müəyyən edilmişdir. İddiaçının 2017-ci il üzrə 1 kq fındıq üçün tətbiq etdiyi orta ixrac qiyməti (11,03 manat) əsas götürülməklə iddiaçının həmin il üzrə gəliri 32.116,9 manat (2.912x11,03) artırılmışdır. Bununla yanaşı Azərekspertiza Birliyininin 09.04.2019-cu il tarixli rəyi nəzərə alınmaqla iddiaçının xammal xərcləri azaldılmışdır. Belə ki, 2016-cı ildə 41.798,5 kq. 2017ci ildə 60.011.5 kq nəmlik itgisinin normadan artıq verilməklə - cəmi 101.810,0 kq fındıq alışının çox rəsmiləşdirilməsi (xərclərin şişirdilməsi) müəyyən edilərək 2016-cı ildə 196 453,0 manat (41.798.5x4,7), 2017-ci ildə 210.040,3 manat (60.011,5x3,5) olmaqla, 406.493.0 manat məbləğ gəlirdən çıxılan xərclərin tərkibindən çıxarılmışdır. Qeyd olunanlar nəzərə alınmaqla, iddiaçıya 2015-ci il üzrə əvvəlki yoxlama aktı ilə əlavə hesablanmış 46.295,38 manat mənfəət vergisi öz təsdiqim tapmadığı üçün müəssisənin şəxsi hesab vərəqəsindən azaldılmış və ona tətbiq edilmiş 23.147.69 manat maliyyə sanksiyası ləğv edilmişdir. Vergi Məcəlləsinin 104-cü, 105-ci, 108-ci, maddələrinə əsasən iddiaçıya əvvəlki səyyar vergi yoxlaması ilə 2016-cı il üzrə hesablanmış 105.253,43 manat mənfəət vergisinin 39.290,6 manatı (196.453,0x20%) hazırkı yoxlama ilə təsdiqini tapmışdır. Həmçinin iddiaçıya 2017-ci il üzrə 48.431,44 manat ((210.040,3+32.116,9)x20%) əlavə mənfəət vergisi hesablanmışdır. İddiaçıya ƏDV-nin hesablanmasına münasibətdə bildiririk ki, müəssisə 2015-ci ilin mart-dekabr ayları 18% ƏDV tutulan, ƏDV-dən azad əməliyyatlar aparılmamış, ƏDV-yə "0"% dərəcə cəlb edilən satış 1.458.726,34 manat olmuş, əvəzləşdirilən ƏDV olmamış, büdcəyə ƏDV hesablanmamışdır. 2016-cı ildə 18% dərəcə ƏDV tutulan, ƏDV-dən azad əməliyyatlar aparılmamış, ƏDV-yə "0"% dərəcə cəlb edilən satış 3.331.143,2 manat olmuş, əvəzləşdirilən ƏDV olmamış, büdcəyə ƏDV hesablanmamışdır. Bütün bunlara baxmayaraq, məhkəmə tərəfindən qərar qəbul edilərkən iş üçün əhəmiyyətli olan faktiki hallar tam araşdırılmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qanunsuz və əsassız qərar qəbul edilmişdir. Ona görə də, Şəki İnzibati Məhkəməsinin 13 iyul 2021-ci il tаrixli, 2-1(116)-17/2021 saylı qərarının iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin nümayəndələri hər biri ayrı-ayrılıqda özləri tərəfindən verilmiş apellyasiya şikaytlərinin məzmunlarına uyğun izahat verərək onların təmin edilməsini, iş üzrə Şəki İnzibati Məhkəməsinin 13 iyul 2021-ci il tаrixli, 2-1(116)-17/2021 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X1 və onun vəkili X6 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək, şikayətlərin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2-1(116)-17/2021 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əsaslandırma hissəsi: Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Cavabdehin apellyasiya şikayətləri uğurlu sayılmır. Belə ki, onlar, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının iddiası mübahisələndirmə haqqında iddia (Azərbaycan Respublikası İPMin 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Apelyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.1-ci, 85.2 -ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində iddiaçının tələbi göstərilmişdir. Məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır: İşdən göründüyü kimi, cavabdeh 13 saylı Ərazi Vergilər İdarəsinin 19.03.2018-ci il tarixli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ı ilə iddiaçıya 2015-ci il üzrə 46295,38 manat mənfəət vergisi, 2016-cı il üzrə 105253,43 manat mənfəət vergisi, 2016-cı il üzrə 2340,36 manat ödəmə mənbəyində tutulan vergi, 2017-ci il üzrə 198 manat ödəmə mənbəyində tutulan vergi, eləcə də bu məbləğin hər birinə görə 50 faiz olmaqla, cəmi 77043,59 manat maliyyə sanksiyası hesablanmışdır. Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin 03.06.2019-cu il tarixli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ı ilə isə iddiaçıya 2017-ci il üzrə 48431,44 mənfəət vergisi, 2017-ci il üzrə 5781,04 manat əlavə dəyər vergisi, 2017-ci il üzrə 6975 manat ödəmə mənbəyində tutulan vergi, eləcə də bu məbləğin hər birinə görə 50 faiz olmaqla, cəmi 30753,74 manat maliyyə sanksiyası hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 103.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 104.1-ci maddəsinə görə, rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əssən, müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. Həmin Məcəllənin 108-ci maddəsinə əsasən, bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı, vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən əməliyyatlar aparıldıqda, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar aparıldıqda, həmin əməliyyatlar üzrə gəlirlərin və xərclərin uçotu ayrılıqda aparılmalıdır. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb olunan və vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar üzrə çəkilən, lakin bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılan məbləği vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında müəyyən edilir. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinə çəkilmiş məsrəflər gəlirdən çıxılan xərclərə aid edilir. Bundan başqa, həmin Məcəllənin 92-ci maddəsinə görə, bu Məcəllədə nəzərdə tutulan hallarda ödəmə mənbəyində gəlirdən (mənfəətdən) vergi tutmadan həmin məbləği ödəyən hüquqi şəxslər və onların müvafiq işçiləri və ya fiziki şəxslər verginin tutulmamasına və büdcəyə köçürülməməsinə görə bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 153-cü maddəsinə görə, əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir. Həmin Məcəllənin 173.1-ci maddəsinə görə, ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. Bundan başqa, həmin Məcəllənin 67.1-ci maddəsində deyilir ki, bu Məcəllənin 37.4cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 67.4-cü maddəsinə görə, vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Həmin Məcəllənin 67.14-cü maddəsində deyilir ki, bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Bundan başqa, həmin Məcəllənin 58.1-ci maddəsinə görə, verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı məhkəmə hesab etmişdir ki, iddiaçı "xxxx" MMC-nin mübahisələndirdiyi qərarların qanuniliyinə qiymət verilməsi üçün cavabdehlər tərəfindən yoxlama nəticəsində tətbiq olunan vergi məbləğləri və maliyyə sanksiyalarının düzgün hesablanıb-hesablanmadığı araşdırılmalıdır. Bu araşdırma isə maliyyə sənədləri əsasında aparılmalı olduğuna və həmin sahədə xüsusi bilik tələb etdiyinə görə birinci instansiya məhkəməsinin 06.11.2020-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibat ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) 13 saylı Ərazi Vergilər İdarəsinin 19.03.2018-ci il tarixli **********144714 nömrəli "Vergi ödəy 2) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 03.06.2019-cu il tarixli **********184368 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ında 2017-ci il üzrə 48431,44 mənfəət vergisi, 2017-ci il üzrə 5781,04 manat əlavə dəyər vergisi, 2017-ci il üzrə 6975 manat ödəmə mənbəyində tutulan vergi, bu məbləğlərə görə 30753,74 manat maliyyə sanksiyası düzgün hesablanmışdırmı? 3) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 03.06.2019-cu il tarixli **********184368 nömrəli qərarı 13 saylı Ərazi Vergilər İdarəsinin 19.03.2018-ci il tarixli **********144714 nömrəli qərarının 2015-ci il üzrə 46295,38 manat mənfəət vergisi, 2016-cı il üzrə 105253,43 manat mənfəət vergisi, 2016-cı il üzrə 2340,36 manat ödəmə mənbəyində tutulan vergi ilə bağlı hissəsinin düzgünlüyünü istisna edirmi? 4) "xxxx" MMC-də 13 saylı Ərazi Vergilər İdarəsi və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən keçirilmiş yoxlamalar zamanı fərqli nəticələrin əldə edilməsinin səbəbi nə olmuşdur? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 06.04.2021-ci il tarixli 9/5265 nömrəli ekspert rəyində tədqiqat prosesinin təsviri aşağıdakı kimi verilmişdir: Birinci sual üzrə: Tədqiq olunan iş materiallarından göründüyü kimi, "xxxx" MMC-nin 01.05.2015-ci ildən 01.09.2017-ci ilədək olan fəaliyyət dövrü üzrə səyyar vergi yoxlaması aparılmış və nəticədə müəssisə tərəfindən 151.548,81 manat məbləğində mənfəət vergisinin və 2538,36 manat məbləğində ÖMV-nin az hesablanması faktı aşkar edilmişdir. Yoxlamanın nəticələri öz əksini 29.01.2018-ci il tarixli **********125189 nömrəli səyyar vergi yoxlaması aktında tapmışdır. Mənfəət vergisi üzrə: Təqdim edilən iş materiallarından göründüyü kimi, müəssisə 2015-1016-cı illər üzrə mənfəət vergisinin ödəyicisi olmuş və bu haqda vergi orqanına bəyannamələr təqdim edilmişdir. İş materiallarından göründüyü kimi, müəssisə tərəfindən əhalidən və Zaqatala bazarından toplanılan fındıq məhsulunun anbara təhvil aktları, alış aktları və sair səyyar vergi yoxlaması zamanı xərc sənədləri olaraq təqdim edilmişdir. Lakin fındıq məhsullarının anbara təhvil aktları, alış aktları və sair yoxlayıcı tərəfindən xərc sənədləri olaraq nəzərə alınmamış, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 №-li qərarına əsasən şərti rentabellik səviyyəsi 20 % götürülməklə hesablanmışdır. Qeyd edilir ki, səyyar vergi yoxlaması ilə Vergi Məcəlləsinin 67-ci maddəsinə istinad edilmədən (yəni analoji müəssisənin olub-olmaması müəyyən edilmədən və s.) mənfəət vergisi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 №-li qərarına əsasən şərti rentabellik səviyyəsi 20 % götürülməklə hesablanmışdır. Halbuki, mənfəət vergisi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərini tətbiq etmək mümkün olmadıqda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 №-li qərarına əsasən şərti rentabellik səviyyəsi 20 % götürülməklə hesablanmalı idi. Qeyd edilir ki, 16.06.2017-ci il tarixli "Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası"nın və "İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası"na əsasən qəbul olunmuş Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının 04.10.2017-ci il tarixli qərarında (17.10.2017-ci ildə qüvvəyə minmişdir) yoxlama ilə vergi ödəyicisinin xərc sənədi kimi, nəzərə alınmamış alış aktlarının forması 2017-ci ilin noyabr ayında qüvvəyə minmişdir. Yəni yuxarıda göstərilən qaydalarda yoxlama ilə xərc kimi, nəzərə alınmamış anbara təhvil aktlarının alış aktlarının və s. forması 2015-2016-cı illərdə mövcud olmamışdır. Bundan başqa qeyd edilir ki, iş materiallarında 15.04.2019-cu il tarixli **********173527 nömrəli səyyar vergi yoxlaması aktı mövcuddur ki, həmin yoxlama aktında da müəssisəyə 2015-2016-cı illər üzrə mənfəət vergisi hesablanmışdır. Həmçinin qeyd edilir ki, 15.04.2019-cu il tarixli yoxlama aktında mənfəət vergisi fərqli qaydada hesablanmışdır. Həmin 15.04.2019-cu il tarixli səyyar vergi yoxlaması aktında müəssisənin mənfəət vergisi üzrə öhdəliyinin müəyyən edilməsi məqsədilə 4 istiqamətdə araşdırılma aparılması və MMC üçün 4-cü variant nəzərə alınmaqla mənfəət vergisi hesablanması göstərilmişdir. Səyyar vergi yoxlaması aktında mənfəət vergisinin hesablanması üçün istifadə edilmiş istiqamətlər aşağıdakılardan ibarət olmuşdur. 1-ci istiqamət - Vergi Məcəlləsinin 67-ci və 83-cü maddələrinin tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 nömrəli qərarına əsasən gəlirlərinə şərti rentabellik dərəcəsi (20 %) tətbiq edildikdə; 2-ci istiqamət - Vergi Məcəlləsinin 67.1, 67.2, 67.3 və 67.6-cı maddələrinin tələblərinə əsasən analoji fəaliyyətlə (fındıq ləpəsinin ixracı) məşğul olan vergi ödəyicisinin uçot və hesabat məlumatlarına əsasən müəyyən edildikdə; 3-cü istiqamət - Vergi Məcəlləsinin 45-ci və 108-ci maddələrinin tələblərinə əsasən mütəxəssisin standartlara istinad edilməklə müəyyən etdiyi xammal silgisi nəzərə alınmaqla müəyyən edildikdə; 4--cü istiqamət - Vergi Məcəlləsinin 45-ci və 108-ci maddələrinin tələblərinə əsasən mütəxəssisin MMC-nin 2015-ci ildəki məlumatlarına istinad edilməklə müəyyən etdiyi xammal silgisi nəzərə alınmaqla müəyyən edildikdə. Həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67 (vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları) və 83.9-cu maddələrində aşağıdakılar göstərilmişdir: 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. 67.5. Muzdla işləyən fiziki şəxslərin gəlir vergisini əlaqəli məlumata əsasən hesablamaq qeyrı-mümkün olduqda və ya fiziki şəxslərin işləməsi rəsmiləşdirilmədikdə vergi orqanı gəlir vergisinin məbləğini ötən ilin ölkə üzrə orta aylıq əmək haqqı əsasında hesablayır. 67.6. Verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, ən yuxarı məbləğdə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən vergi hesablanır. 67.7. Əlaqəli məlumata əsasən vergi hesablanarkən, vergi ödəyicisinin artıq ödənilmiş vergiləri, faizləri və maliyyə sanksiyaları nəzərə alınır. 67.8. Bu Məcəllənin 16.2-ci maddəsinə uyğun olaraq sahibkarlıq fəaliyyəti, əmlakının, torpağının və vergi tutulan əməliyyatının olmaması barədə vergi orqanına arayış təqdim etmiş vergi ödəyicilərinə əlaqəli məlumatlar əsasında vergilər hesablanmır. 67.9. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərə dair bəyannamələr vergi orqanına təqdim edildikdən sonra, hesablanmış vergilər bəyannamələr nəzərə alınmaqla yenidən hesablanır. 67.10. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərin alınması bu Məcəllənin 65-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 67.11. Qarşılıqlı surətdə asılı olan şəxslər arasında hər hansı əməliyyat aparıldıqda, vergi orqanı müstəqil şəxslər arasındakı əməliyyatlar zamanı əldə edilə bilən vergi tutulan gəliri müəyyənləşdirmək üçün gəlirləri və ya xərcləri həmin şəxslər arasında bölə bilər. 67.12. Şəxs fərdi istehlakına, o cümlədən əmlak alınmasına çəkilən xərclərin ödənilməsi üçün kifayət olmayan məbləğdə gəlir əldə etdiyini bildirirsə, vergi orqanı gəliri və vergiləri həmin şəxsin əvvəlki dövrlərdəki gəlirlərini, habelə kredit və borclarını nəzərə almaqla çəkdiyi xərclərə əsasən müəyyənləşdirir. 67.13. Verginin məqsədləri üçün barter əməliyyatları malların (işlərin, xidmətlərin) bazar qiymətləri ilə satışı kimi qiymətləndirilir. Barter əməliyyatının elektron qaimə-fakturada göstərilən məbləği azaldılmışdırsa, vergi orqanı vergitutma obyektlərini bazar qiymətləri nəzərə alınmaqla dəqiqləşdirir, verginin məbləğini yenidən hesablayır və Azərbaycan Respublikasının vergi qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulan sanksiyaları tətbiq edir. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 67.15. Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Qeyd edilir ki, Vergi Məcəlləsinin yuxarıda göstərilən tələblərində müəssisənin mənfəət vergisi üzrə öhdəliyinin müəyyən edilməsi məqsədilə 4 istiqamətdə araşdırılma aparılaraq və MMC üçün 4-cü variant nəzərə alınmaqla mənfəət vergisinin hesablanması nəzərdə tutulmamışdır. Eyni zamanda qeyd edilir ki, 29.01.2018-ci il tarixli **********125189 nömrəli səyyar vergi yoxlaması aktında 2015-2016-cı illər üzrə əlavə olaraq hesablanmış mənfəət vergisi 15.04.2019-cu il tarixli **********173527 nömrəli səyyar vergi yoxlaması aktında həmin illər üzrə kameral bəyannamə məlumatı göstərilmişdir. Bildirilir ki, Vergi Məcəlləsində səyyar vergi yoxlaması ilə 2015-2016-cı illər üçün müəssisəyə əlavə olaraq hesablanmış mənfəət vergisinin sonrakı səyyar vergi yoxlaması aktında kameral bəyannamə kimi götürülərək hesablama aparılması nəzərdə tutulmamışdır. Bütün yuxarıda göstərilənlərə və iş materiallarında olan sənədlərə əsasən, səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə dövlət büdcəsinə əlavə olaraq hesablanmış 151.548,81 manat məbləğində mənfəət vergisinin düzgünlüyü müəyyən edilmir. ÖMV üzrə: İş materiallarından göründüyü kimi, səyyar vergi yoxlaması zamanı "xxxx" MMC vergi ödəyicisi olmuş, lakin 2015-ci ilin İİ rübü - 2017-ci ilin İİ rübü üzrə ödəmə mənbəyində tutulan verginin bəyannaməsi təqdim edilmişdir. Səyyar vergi yoxlaması aktından göründüyü kimi, ödəmə mənbəyində tutulan verginin bəyannamələrinin düzgünlüyü yoxlanılarkən vergi ödəyicisi kimi vergi orqanında uçota alınmayan fiziki şəxslərin göstərdiyi nəqliyyat xidmətlərinə görə ödənişlərdən Vergi Məcəlləsinin 101-ci maddəsində nəzərdə tutulan vergi dərəcələri ilə vergi tutulmalı olduğu halda, səhvən başqa vergi dərəcələri tətbiq edilməklə ödəmə mənbəyində vergi tutulmuşdur. Göstərilən məlumatlara əsasən, hesablanmış 11.416,22 manat məbləğində vergi nəzərə alındıqda 2.538,36 (13.954,58 - 11.416,22) manat məbləğində ödəmə mənbəyindən tutulan verginin dövlət büdcəsinə az hesablanması müəyyən olunur. Beləliklə, bütün yuxarıda göstərilənlərə və iş materiallarında olan sənədlərə əsasən, səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə dövlət büdcəsinə əlavə olaraq hesablanmış 151.548,81 manat məbləğində mənfəət vergisinin düzgünlüyü müəyyən edilmir. Həmçinin səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan ÖMV-nin 2538,36 manat məbləğində az hesablanması müəyyən olunur. İkinci sual üzrə: Tədqiq olunan iş materiallarından göründüyü kimi, "xxxx" MMC-nin 01.03.2015-ci ildən 01.01.2018-ci ilədək olan fəaliyyət dövrü üzrə səyyar vergi yoxlaması aparılmış və nəticədə müəssisə tərəfindən 48431,44 manat məbləğində mənfəət vergisinin, 5781,04 manat məbləğində ƏDV-nin və 6975,00 manat məbləğində ÖMV-nin az hesablanması faktı aşkar edilmişdir. Yoxlamanın nəticələri öz əksini 15.04.2019-cu il tarixli səyyar vergi yoxlaması aktında tapmışdır. Mənfəət vergisi üzrə: 15.04.2019-cu il tarixli səyyar vergi yoxlaması aktında sənədlərin (2 tərəfli alış aktları, ödəniş sənədləri, fındıq satanları müəyyən etməyə imkan verən müqavilələri və s.) tam təqdim edilməməsi səbəbindən müəssisənin mənfəət vergisi üzrə öhdəliyinin müəyyən edilməsi məqsədilə 4 istiqamətdə araşdırılma aparılması və MMC üçün 4-cü variant nəzərə alınmaqla mənfəət vergisi hesablanması göstərilmişdir. Səyyar vergi yoxlaması aktında mənfəət vergisinin hesablanması üçün istifadə edilmiş istiqamətlər aşağıdakılardan ibarət olmuşdur. 1-ci istiqamət - Vergi Məcəlləsinin 67-ci və 83-cü maddələrinin tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 nömrəli qərarına əsasən gəlirlərinə şərti rentabellik dərəcəsi (20 %) tətbiq edildikdə; 2-ci istiqamət - Vergi Məcəlləsinin 67.1, 67.2, 67.3 və 67.6-cı maddələrinin tələblərinə əsasən analoji fəaliyyətlə (fındıq ləpəsinin ixracı) məşğul olan vergi ödəyicisinin uçot və hesabat məlumatlarına əsasən müəyyən edildikdə; 3-cü istiqamət - Vergi Məcəlləsinin 45-ci və 108-ci maddələrinin tələblərinə əsasən mütəxəssisin standartlara istinad edilməklə müəyyən etdiyi xammal silgisi nəzərə alınmaqla müəyyən edildikdə; 4-cü istiqamət - Vergi Məcəlləsinin 45-ci və 108-ci maddələrinin tələblərinə əsasən mütəxəssisin MMC-nin 2015-ci ildəki məlumatlarına istinad edilməklə müəyyən etdiyi xammal silgisi nəzərə alınmaqla müəyyən edildikdə; Hazırkı rəyin təsviri hissəsində qeyd edildiyi kimi, iş üzrə əlavə sənədlərin zəruriliyi ilə əlaqədar 30.11.2020-ci il tarixli vəsatət verilmiş və həmin vəsatətə əsasən əlavə sənədlər təqdim edilmişdir. Bildirlir ki, səyyar vergi yoxlaması aktında 2 tərəfli alış aktlarının və s. sənədlərin təqdim olunmaması qeyd edilsə də, iş materiallarında həmin aktlar və digər sənədlər öz əksini tapmışdır. Qeyd edilir ki, 16.06.2017-ci il tarixli "Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası"nın və "İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası"na əsasən qəbul olunmuş Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının 04.10.2017-ci il tarixli qərarında (17.10.2017-ci ildə qüvvəyə minmişdir) yoxlama ilə vergi ödəyicisinin xərc sənədi kimi, nəzərə alınmamış alış aktlarının forması 2017-ci ilin noyabr ayında qüvvəyə minmişdir. Yəni yuxarıda göstərilən qaydalarda yoxlama ilə xərc kimi, nəzərə alınmamış anbara təhvil aktlarının, alış aktlarının və s. forması 2015-2016-cı illərdə mövcud olmamışdır. Həmçinin qeyd edilir ki, Vergi Məcəlləsinin 67-ci və 83.9-cu mddələrinin tələblərində sənədlərin (2 tərəfli alış aktları, ödəniş sənədləri, fındıq satanları müəyyən etməyə imkan verən müqavilələr və s.) tam təqdim edilməməsi səbəbindən müəssisənin mənfəət vergisi üzrə öhdəliyinin müəyyən edilməsi məqsədilə 4 istiqamətdə araşdırma aparılaraq və MMC üçün 4-cü variant (yəni mütəxəssisin MMC-nin 2015-ci ildəki məlumatlarına istinad edilməklə müəyyən etdiyi xammal silgisi nəzərə alınmaqla mənfəət vergisinin hesablanması) nəzərə alınmaqla mənfəət vergisinin hesablanması nəzərdə tutulmamışdır. Həmçinin qeyd edilir ki, hazırkı rəyin təsviri hissəsində qeyd edildiyi kimi, iş üzrə əlavə sənədlərin zəruriliyi ilə əlaqədar 30.11.2020-ci il tarixli vəsatət verilmiş və həmin vəsatətə əsasən əlavə sənədlər təqdim edilmişdir. Bütün yuxarıda göstərilənlərə və iş materiallarında olan sənədlərə əsasən, səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə dövlət büdcəsinə əlavə olaraq hesablanmış 48431,44 manat məbləğində mənfəət vergisinin düzgünlüyü müəyyən edilmir. ƏDV üzrə: İş materiallarından göründüyü kimi, səyyar vergi yoxlaması ilə müəssisəyə əlavə olaraq dövlət büdcəsinə ödənilməli olan 5781,04 manat məbləğində ƏDV hesablanmışdır. Səyyar vergi yoxlaması aktında əlavə hesablamaya səbəb aşağıdakı kimi göstərilmişdir. "Faktiki yoxlama ilə 2015-2016-cı illərdə ƏDV bəyannamələri üzrə kənarlaşma aşkar edilmədi, 2017-ci ildə isə 2912 kq fındıq ləpəsinin qalıqda qalmadığı müəyyən edildi və ixracının bəyan edilmədiyi, habelə göstərilənlər izahatı ilə də təsdiq edildiyindən, tərəfimizdən Vergi Məcəlləsinin 159-cu, 161-ci və 166-cı maddələrinə əsasən MMC-nin özündə mövcud olan 2017-ci ilin orta ixrac qiyməti 11,03 manat ƏDV-siz qiymət kimi qəbul edilərək satış gəlirinin 32116,9 manat, ƏDV-nin 5781,04 manat az göstərildiyi müəyyən edildi." Bildirlir ki, 2017-ci ildə 2912 kq fındıq ləpəsinin qalıqda qalmamasının müəyyən edildiyi və ixracının bəyan edilmədiyi əsaslı hesab olunduğu təqdirdə, səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 5781,04 manat məbləğində ƏDV-nin az hesablanması müəyyən olunur. ÖMV üzrə: İş materiallarından göründüyü kimi, səyyar vergi yoxlaması ilə müəssisəyə əlavə olaraq dövlət büdcəsinə ödənilməli olan 6975,00 manat məbləğində ÖMV hesablanmışdır. Səyyar vergi yoxlaması aktında əlavə hesablamaya səbəb aşağıdakı kimi göstərilmişdir. “Baza və bəyannamə məlumatları üzrə 2015-2017-ci illərdə 254245,09 manat ödənişdən 30047,9 manat ödəmə mənbəyində vergi hesablanmışdır. Bunun 136747,65 manat ödəniş və həmin ödənişdən hesablanmış 19946,68 manat ödəmə mənbəyində vergi hissəsi təkrar yoxlanılan 2015-2016-cı il və 2017-ci ilin 1-ci yarımillik dövrünə aiddir və bu dövrdə hesablanmış 19946,68 manat verginin 12763,36 manat hissəsi əvvəlki vergi yoxlamaları nəticəsində əlavə hesablanmış ödəmə mənbəyində vergidən ibarətdir. Hazırkı yoxlama ilə təkrar yoxlanılan dövr üzrə ödəmə mənbəyində verginin büdcəyə hesablanmasında kənarlaşma aşkar edilmədi. Lakin 2017-ci ilin mənfəət vergisi bəyannaməsinin əlavəsində 73800,68 manat məbləğində sərbəst mənfəətin istifadə edilmiş kimi göstərilməsi və həmin mənfəətin istifadə edilməsinə dair hər hansı sənədin yoxlamaya təqdim edilməməsi əsas götürülməklə 2017-ci ilin 4-cü rübü üzrə Vergi Məcəlləsinin 122-ci maddəsinə əsasən dividend ödənişlərindən 6975,0 manat ÖMV-nin hesablanması təklif olunur”. Xalis mənfəətin dövriyyədən çıxarılması barədə hər hansı sənəd iş materiallarında öz əksini tapmadığından ödəmə mənbəyində tutulan verginin az hesablanmasının düzgünlüyü müəyyən edilmir. Beləliklə, bütün yuxarıda göstərilənlərə və iş materiallarında olan sənədlərə əsasən, səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə dövlət büdcəsinə əlavə olaraq hesablanmış 48431,44 manat məbləğində mənfəət vergisinin, 6975,00 manat məbləğində ÖMV-nin düzgünlüyü müəyyən edilmir, səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 5781,04 manat məbləğində ƏDV-nin az hesablanması müəyyən olunur. Üçüncü və dördüncü suallar üzrə: Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 03.06.2019-cu il tarixli **********184368 nömrəli qərarının 13 saylı Ərazi Vergilər İdarəsinin 19.03.2018-ci il tarixli **********144714 nömrəli qərarının 2015-ci il üzrə 46295,38 manat mənfəət vergisi, 2016-cı il üzrə 105253,43 manat mənfəət vergisi, 2016-cı il üzrə 2340,36 manat ödəmə mənbəyindən tutulan vergi ilə bağlı hissəsinin düzgünlüyünü istisna etməsinin müəyyən edilməsi və "xxxx" MMC-də 13 saylı Ərazi Vergilər İdarəsi və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən keçirilmiş yoxlamalar zamanı fərqli nəticələrin əldə edilməsinin səbəbinin müəyyən edilməsi məhkəmə mühasibat ekspertizasının predmetinə aid deyildir. Beləliklə, ekspert rəyinin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: Birinci sual üzrə: Rəyin tədqiqi hissəsində göstərilənlərə və iş materiallarında olan sənədlərə əsasən, səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə dövlət büdcəsinə əlavə olaraq hesablanmış 151.548,81 manat məbləğində mənfəət vergisinin düzgünlüyü müəyyən edilmir. Həmçinin səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan ÖMV-nin 2538,36 manat məbləğində az hesablanması müəyyən olunur. İkinci sual üzrə: Rəyin tədqiqi hissəsində göstərilənlərə və iş materiallarında olan sənədlərə əsasən, səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə dövlət büdcəsinə əlavə olaraq hesablanmış 48431,44 manat məbləğində mənfəət vergisinin, 6975,00 manat məbləğində ÖMV-nin düzgünlüyü müəyyən edilmir. Səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 5781,04 manat məbləğində ƏDV-nin az hesablanması müəyyən olunur. Üçüncü və dördüncü suallar üzrə: Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinin 03.06.2019-cu il tarixli **********184368 nömrəli qərarının 13 saylı Ərazi Vergilər İdarəsinin 19.03.2018-ci il tarixli **********144714 nömrəli qərarının 2015-ci il üzrə 46295,38 manat mənfəət vergisi, 2016-cı il üzrə 105253,43 manat mənfəət vergisi, 2016cı il üzrə 2340,36 manat ödəmə mənbəyindən tutulan vergi ilə bağlı hissəsinin düzgünlüyünü istisna etməsinin müəyyən edilməsi və "xxxx" MMC-də 13 saylı Ərazi Vergilər İdarəsi və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən keçirilmiş yoxlamalar zamanı fərqli nəticələrin əldə edilməsinin səbəbinin müəyyən edilməsi məhkəmə-mühasibat ekspertizasının predmetinə aid deyildir. Beləliklə, ekspert rəyi ilə müəyyən olunur ki, 13 saylı Ərazi Vergilər İdarəsinin 19.03.2018-ci il tarixli qərarı 2015-ci il üzrə 46295,38 manat mənfəət vergisinə və 2016-cı il üzrə 105253,43 manat mənfəət vergisinə, eləcə də həmin məbləğlərə hesablanmış müvafiq olaraq 23147,69 manat və 52626,715 manat maliyyə sanksiyasına aid hissədə, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin 03.06.2019-cu il tarixli qərarı 2017-ci il üzrə 48431,44 mənfəət vergisinə və 2017-ci il üzrə 6975 manat ödəmə mənbəyində tutulan vergiyə, eləcə də bu məbləğlərə hesablanmış müvafiq olaraq 24215,72 manat və 3487,5 manat maliyyə sanksiyasına aid hissədə qanuni deyildir. İş materiallarından göründüyü kimi, müəssisə 2015-1016-cı illər üzrə mənfəət vergisinin ödəyicisi olmuş və bu haqda vergi orqanına bəyannamələr təqdim edilmişdir. Müəssisə tərəfindən əhalidən və Zaqatala bazarından toplanılan fındıq məhsulunun anbara təhvil aktları, alış aktları və sair səyyar vergi yoxlaması zamanı xərc sənədləri olaraq təqdim edilmişdir. Lakin fındıq məhsullarının anbara təhvil aktları, alış aktları və sair xərc sənədləri yoxlayıcı tərəfindən əsassız olaraq nəzərə alınmamış, Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 №-li qərarına əsasən şərti rentabellik səviyyəsi 20 % götürülməklə hesablanmışdır. Səyyar vergi yoxlaması ilə Vergi Məcəlləsinin 67-ci maddəsinə istinad edilmədən mənfəət vergisi Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 №-li qərarına əsasən şərti rentabellik səviyyəsi 20 % götürülməklə hesablanmışdır. Halbuki, mənfəət vergisi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərini tətbiq etmək mümkün olmadıqda Həmin Məcəllənin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 №-li qərarına əsasən şərti rentabellik səviyyəsi 20 % götürülməklə hesablanmalı idi. 16.06.2017-ci il tarixli "Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası"nın və "İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası"na əsasən qəbul olunmuş Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının 04.10.2017-ci il tarixli qərarında yoxlama ilə vergi ödəyicisinin xərc sənədi kimi nəzərə alınmamış alış aktlarının forması 2017-ci ilin noyabr ayında qüvvəyə minmişdir. Yəni yuxarıda göstərilən qaydalarda yoxlama ilə xərc kimi nəzərə alınmamış anbara təhvil aktlarının, alış aktlarının və s. forması 2015-2016-cı illərdə mövcud olmamışdır. İş üzrə üzrə məhkəmə mühasibatlıq ekspertizası tədqiqatını aparan ekspert də haqlı olaraq 2017-ci ilin noyabr ayınadək alış aktların vahid formasının olmamasına istinad etmişdir. Göründüyü kimi, iş materiallarında olan sənədlərə əsasən, səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə dövlət büdcəsinə əlavə olaraq hesablanmış mənfəət vergisinin düzgünlüyü müəyyən edilməmişdir. Apellyasiya şikayətlərinin başlıca dəlili birinci instansiya məhkəməsi tərəfindən alınmış ekspert rəyinin əsassız olduğuna görə iş üzrə mötəbər sübut kimi qiymətləndirilməsinin yolverilməz olmasıdır. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə qərarında göstərmişdir ki, iddiaçı ekspert rəyi ilə razılaşsa da, cavabdehlər rəylə razılaşmamış və iddianın rədd olunmasını xahiş etmişlər. Lakin məhkəmə qeyd edir ki, ekspert rəyi kifayət qədər aydın, tam, əsaslıdır və Vergi Məcəlləsinin tələblərinə uyğundur. Cavabdehlər məhkəməyə ekspert rəyini təkzib edən heç bir dəlil təqdim edə bilmədilər. Ona görə də məhkəmə ekspert rəyinin sübut kimi qəbul olunmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının iclasında da iş üzrə cavabdehlərin nümayəndələri istinad olunan ekspert rəyinin əsassızlığının nədən ibarət olmasının ağlabatan izahını verə bilmədilər. Əksinə müəyyən edilmişdir ki, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində istintаq оlunаn cinаyət işi üzrə məhkəmə-mühasibatlıq ekspertizаsının rəyi alınmışdır. İddiaçının vəkili Dərgah Mehdiyevin vəkil sorğusuna və birinci instansiya məhkəməsinin sənədin təqdim edilməsinə dair sərəncamı və bildirişinə baxmayaraq Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi həmin rəyi təqdim etməmişdir. Adı çəkilən ekspertizа rəyinin təsdiq olunmuş surətinin məhkəmə kоllegiyаsınа təqdim оlunmаsı vəzifəsini cаvаbdeh Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin nümаyəndəsi Məlikоv Rаfiq Cаmаləddin оğlunun üzərinə qоyulmasına baxmayaraq əsassız bəhanələrlə həmin rəy məhkəmə kollegiyasına təqdim edilməmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən alınmış ekspert rəyi ilə əlaqədar bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər; Həmin Məcəllənin 101.3-cü maddəsinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və həmin rəyi sübut növü kimi qəbul edir. X5rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibtələri üzrə düzgün nəticəyə gəlmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayətləri təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 13 iyul 2021-ci il tаrixli, 2-1(116)-17/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2-1(107)-407/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-407/2021
11.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver