Məhkəmə qərarları › İş №2-1(107)-407/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-407/2023

27.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-407/2023 27.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı Zərdab şəhər Mənzil İstismar Sahəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Zərdab şəhəri, H.Əliyev prospekti (keçmiş Azərbaycan küçəsi) 19 nömrəli evin 9 nömrəli 4 otaqdan ibarət 58,34 kv.m mənzilinə dair xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli mülkiyyət hüquqlarının qeydiyyatına dair çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 28 aprel 2023-cü il tarixli 2-1(116)- 274/2023 nömrəli qərarından iş üzrə iddiaçı Zərdab şəhər Mənzil İstismar Sahəsi və üçüncü şəxs X35 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Zərdab şəhəri, H.Əliyev prospekti (keçmiş Azərbaycan küçəsi), 19 nömrəli evin 9 nömrəli 4 otaqdan ibarət 58,34 kv.m mənzilinə dair xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli mülkiyyət hüquqlarının qeydiyyatına dair çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə, Zərdab şəhəri, Azərbaycan küçəsi, 19 saylı evin 9 saylı 4 otaqdan ibarət, 58,34 kv.m mənzili Zərdab rayon XDS İK-nin 28 fevral 1990-cı il tarixli qərarı ilə 104 saylı order əsasında X5 5 nəfər ailə üzvləri ilə birlikdə yaşaması üçün verilmişdir. Həmin mənzil Zərdab şəhər Mənzil İstismar Sahəsinin balansında olmaqla dövlət mülkliyyətində olmuşdur. Zərdab şəhəri, Azərbaycan küçəsi, 19 saylı evin 9 saylı 4 otaqdan ibarət 58,34 kv.m mənzilin kirayəçisi X6 rəsmi müraciəti əsasında Zərdab rayon XDS İK-nin 10 may 1990-cı il tarixli 1 saylı dəyişmə orderi əsasında kirayəçi X16 Göyçay şəhəri, Kommunist küçəsi, 105 saylı evin, 20 saylı mənzilini dəyişdirmişdir. Həmin mənzili özəlləşdirmiş, bir müddətdən sonra başqa bir şəxsə sataraq, Göyçay rayonunun kəndinə köçmüşdür. Zərdab şəhəri, Azərbaycan küçəsi, 19 saylı evin 9 saylı 4 otaqdan ibarət 58,34 kv.m mənzilinin kirayəçisi X36 həmin mənzilə qeydiyyata düşməklə orada yaşamışdır. 20 may 1990-cı ildə tanışları olan X24 ailə üzvləri ilə birlikdə mənzilə köçürmüşdür. Lakin mənzilin kirayəçisi qismində X36 olmuşdur. X8 ailə üzvləri ilə birlikdə mənzildən qeydiyyatdan çıxmışdır. Göyçay şəhəri, Kommunist küçəsi, 105 saylı evin, 20 saylı mənzilini qanuni əsaslar ilə əldə etmiş, həmin mənzili özəlləşdirib satmışdır. Zərdab şəhər Mənzil İstismar Sahəsinin keçmiş rəhbərliyi ilə əlaqəyə girərək Zərdab şəhəri, H.Əliyev prospekti (keçmiş Azərbaycan küçəsi), 19 saylı evin 9 saylı 4 otaqdan ibarət 58,34 kv.m mənzilində qeydiyyatda olan X36 məhkəmədə iddia qaldıraraq mənzilin ondan sonrakı kirayəçisi olmuş şəxsin mənzilə istifadə hüquqlarına xitam verilməsinə dair 03 sentyabr 2018-ci il tarixli qətnamənin çıxarılmasına nail olmuş, bundan sonra həmin qətnamə qanuni qüvvəsini almadan qanunsuz sübutlar ilə cavabdeh Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin 16 saylı Ucar ərazi idarəsinə müraciət etmiş, mənzil kirayə müqaviləsi olmadığı, mənzildə faktiki yaşamadığı halda xx.xx.2018-ci il tarixdə mülkiyyət hüquqlarının qeydiyyatına dair çıxarış almış, mənzildə 1990-cı ildən faktiki yaşayan 3-cü şəxsin hüquqlarını pozmuş, mənzilin əsassız mülkiyyətçisinə çevrilmişdir. Zərdab şəhəri, H.Əliyev prospekti (keçmiş Azərbaycan küçəsi), 19 saylı evin 9 mənzili saxta sənədlər əsasında özəlləşdirilmiş, xx.xx.2013-cü il tarixdə hüquqi qeydiyyatdan keçməklə RX seriyalı, ******* saylı mülkliyyət hüquqlarının qeydiyyatına dair Çıxarış verilmişdir.

3. İddiaçı hazırkı iddia tələbi ilə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********53 nömrəli imtina məktubunda qeyd etmişdir ki, X6 Zərdab şəhəri, Heydər Əliyev prospekti 19 ünvanında yerləşən 9 nömrəli mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində rəsmiləşdirilərək çıxarış və daşınmaz əmlakın texniki pasportu verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

4. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********54 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri əsas gətirərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-274/2023 nömrəli qərardadı ilə X9 iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.

6. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(116)-274/2022 nömrəli qərardadı ilə X35, X37 və X32 iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb olunmuşlar.

7. Üçüncü şəxs Yeganə Məmmədyarovanın nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə təqdim etdiyi etirazında qeyd etmişdir ki, iddia ərizəsinin məzmununda iddiaçı kimi Zərdab şəhər Mənzil İstismar Sahəsi göstərilsə də, Vəkil1 elektron kabineti vasitəsi ilə yüklədiyi və imzaladığı elektron ərizə fiziki şəxs İddiaçı adından verilmişdir. Halbuki İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Bundan başqa Zərdab şəhər Mənzil İstismar Sahəsinin nizamnaməsi də iddia ərizəsinə əlavə edilməmişdir. Belə olduğu halda Zərdab şəhər Mənzil İstismar Sahəsinin məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququnun olub-olmamasını müəyyən etmək qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinin tələblərinə görə hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. İddiaçı Zərdab şəhər Mənzil İstismar Sahəsinin rəisi İddiaçı iddia tələbi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız sayılması ilə bağlıdır. İddia ərizəsinin məzmunundan və ərizəyə əlavə edilmiş cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin iddiaçı Zərdab Mənzil İstismar Sahəsinə ünvanladığı 17 avqust 2022-ci il tarixli **********53 saylı məktubundan görünür ki, iddiaçı inzibati orqana Y.Məmmədyarovaya məxsus ünvan 3 ünvanında yerləşən mənzilə verilmiş çıxarışın ləğv edilməsini xahiş etmişdir. Buna baxmayaraq inzibati orqanın imtinasından sonra iddiaçı məhkəməyə çıxarışın ləğv edilməsi deyil, etibarsız sayılması tələbi ilə müraciət etmişdir. Y.Məmmədyarova hesab edir ki, iddiaçının hazırkı tələbi irəli sürmək üçün subyektiv hüququnun olub-olmaması, çıxarışın etibarsız sayılması barədə inzibati orqana müraciət edib-etməməsi yoxlanılmalıdır.

8. Üçüncü şəxs Y.Məmmədyarova etirazında qeyd olunanlara əsasən iddianın mümkün sayılmamasını, iddia mümkün sayıldığı halda isə təmin edilməməsini xahiş etmişdir.

9. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “Zərdab şəhəri, H.Əliyev prospekti (keçmiş Azərbaycan küçəsi) 19 nömrəli evin 9 nömrəli 4 otaqdan ibarət 58,34 kv.m mənzilinə dair xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli mülkiyyət hüquqlarının qeydiyyatına dair çıxarışın ləğv edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur.

10. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

11. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxs X6 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

12. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxs X17 nümayəndəsi Qanuni nümayəndə iddianın təmin olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

13. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 28 aprel 2023-cü il tarixli 2-1(116)-274/2023 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

14. İddiaçı Zərdab şəhər Mənzil İstismar Sahəsi və üçüncü şəxs X35 həmin qərardan apellyasiya şikayətləri vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

15. İddiaçı Zərdab şəhər Mənzil İstismar Sahəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Zərdab şəhəri, Azərbaycan küçəsi, 19 saylı evin 9 saylı 4 otaqdan ibarət, 58.34 kv.m mənzili Zərdab rayon XDS İK-nin 28 fevral 1990-cı il tarixli qərarı ilə 104 saylı order əsasında X5 5 nəfər ailə üzvləri ilə birlikdə yaşaması üçün verilmişdir. Həmin mənzil Zərdab şəhər Mənzil İstismar Sahəsinin balansında olmaqla dövlət mülkliyyətində olmuşdur. Zərdab şəhəri, Azərbaycan küçəsi, 19 saylı evin 9 saylı 4 otaqdan ibarət 58,34 kv.m mənzilin kirayəçisi X6 rəsmi müraciəti əsasında Zərdab rayon XDS İK-nin 10 may 1990-cı il tarixli 1 saylı dəyişmə orderi əsasında kirayəçi X16 Göyçay şəhəri, Kommunist küçəsi, 105 saylı evin, 20 saylı mənzilini dəyişdirmişdir. Ailəsi ilə birlikdə daimi olaraq yaşamaq üşün həmin mənzilə köçmüşdür. Həmin mənzili özəlləşdirmiş, bir müddətdən sonra Göyçay şəhər sakini olan başqa bir şəxsə sataraq, Göyçay rayonunun kəndinə köçmüşdür. Zərdab şəhəri, Azərbaycan küçəsi, 19 saylı evin 9 saylı 4 otaqdan ibarət kv.m mənzilinin kirayəçisi X36 həmin mənzilə qeydiyyata düşməklə orada yaşamışdır. 20 may 1990-cı ildə tanışları olan X24 ailə üzvləri ilə birlikdə mənzilə köçürmüşdür. Lakin mənzilin kirayəçisi qismində X36 olmuşdur. X8 ailə üzvləri ilə birlikdə mənzildən qeydiyyatdan çıxmışdır. Göyçay şəhəri, Kommunist küçəsi, 105 saylı evin, 20 saylı mənzilini qanuni əsaslar ilə əldə etmiş, həmin mənzili özəlləşdirib satmışdır. Zərdab şəhər Mənzil İstismar Sahəsinin keçmiş rəhbərliyi ilə əlaqəyə girərək Zərdab şəhəri, H.Əliyev prospekti (keçmiş Azərbaycan küçəsi), 19 saylı evin 9 saylı 4 otaqdan ibarət 58,34 kv.m mənzilində qeydiyyatda olan X25 qarşı məhkəmədə iddia qaldıraraq mənzilin ondan sonrakı kirayəçisi olmuş şəxsin mənzilə istifadə hüquqlarına xitam verilməsinə dair 03 sentyabr 2018-ci il tarixli qətnamənin çıxarılmasına nail olmuş, bundan sonra həmin qətnamə qanuni qüvvəsini almadan qanunsuz sübutlar ilə cavabdeh Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin 16 saylı Ucar ərazi idarəsinə müraciət etmiş, mənzil kirayə müqaviləsi olmadığı, mənzildə faktiki olaraq D.M.Məmmədova daimi yaşamasına, onun isə 1990-cı ildən yaşamadığı halda xx.xx.2018-ci il tarixdə mülkiyyət hüquqlarının qeydiyyatına dair çıxarış almış, mənzildə 1990-cı ildən faktiki yaşayan 3-cü şəxsin hüquqlarını pozmuş, mənzilin əsassız mülkiyyətçisinə çevrilmişdir. Zərdab şəhəri, H.Əliyev prospekti (keçmiş Azərbaycan küçəsi), 19 saylı evin 9 mənzili saxta sənədlər əsasında özəlləşdirilmiş, xx.xx.2018-ci il tarixdə hüquqi qeydiyyatdan keçməklə RX seriyalı, ******* saylı mülkliyyət hüquqlarının qeydiyyatına dair Çıxarış verilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********53 nömrəli imtina məktubunda qeyd etmişdir ki, X6 Zərdab şəhəri, Heydər Əliyev prospekti 19 ünvanında yerləşən 9 nömrəli mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində rəsmiləşdirilərək çıxarış və daşınmaz əmlakın texniki pasportu verilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********43 nömrəli məktubu ilə təqdim olunmuş: Zərdab rayon Dövlət Arxivinin 378 nömrəli, xx.xx.2016-cı il tarixli məktubunda göstərilən Zərdab rayon XDS İK-nın xx.xx.1990-cı il tarixli 2 nömrəli iclasının protokolunun 16 nömrəli qərarından çıxarışdan görünür ki, həmin qərarla Azərbaycan SSR Mənzil Məcəlləsinin 38-ci maddəsinə uyğun olaraq X7 5 nəfər ailə üzvləri ilə birlikdə Azərbaycan küçəsində 19 nömrəli kommunal binanın 4 otaqlı 9 nömrəli mənzilinin verilməsi barədə mənzil məişət komissiyasının xx.xx.1990-cı il tarixli iclasının qərarı və komissiyanın xx.xx.1989-cu il tarixli aktı təsdiq edilmişdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyat haqqında ərizədən görünür ki, X2 şəhəri, H.Əliyev prospekti bina 15 (19) mənzil 9 ünvanında yerləşən mənzilin onun adına qeydiyyata alınması və texniki pasport verilməsi ilə bağlı xx.xx.2018-ci il tarixdə 16 saylı Ucar ərazi idarəsinə müraciət etmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2018-ci il tarixli müayinə (baxış) aktından görünür ki, ünvan 5 ünvanında yerləşən mənzilin ümum sahəsi sənəd üzrə 105,41 kv.m, faktiki 85,2 kv.m, yaşayış sahəsi sənəd üzrə 58,34 kv.m, faktiki 58,6 kv.m-dir. Daşınmaz əmlaka ilkin baxış keçirilmişdir. Mənzilin faktiki vəziyyəti və texniki göstəricilərinin təqdim edilmiş sənədlərlə uyğun gəldiyi və əsas yük götürən divarlardan kənara çıxılmadığı dəqiqləşdirilmişdir. Müayinə zamanı heç bir mübahisə halı baş verməmişdir. RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Zərdab şəhəri, H.Əliyev prospekti bina 19, mənzil 9 X6 xüsusi mülkiyyətindədir. Mənzilin müayinə aktı deyilən bir sənəd də tam yanlışdır. Belə bir müayinə aparılmamışdır. Göyçay rayon Polis Şöbəsinin Vəkil2 ünvanladığı xx.xx.2018-ci il tarixli, 196-13717-1218 nömrəli məktubunda qeyd olunmuşdur ki, xx.xx.1936-cı il təvəllüdlü Dəmirçiyan (Abdullayevə) Roza Ağası qızı barəsində şöbənin Q və ŞVQ-nin kartotekasında heç bir məlumat yoxdur. Göyçay rayon Dövlət Notariat Kontorunun xx.xx.1993-cü il tarixli, 210 saylı alqı-satqı müqaviləsindən görünür ki, Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 129 saylı evin, 20 saylı mənzili Yeganə Məmmədyarova tərəfindən Göyçay rayon Dövlət Notariat Kontorunun xx.xx.1993-cü il tarixli, 210 saylı alqı-satqı müqaviləsinə əsasən X1. Zərdab rayon Dövlət Arxivinin 07 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş: Zərdab rayon XDS İK-nın xx.xx.1990-cı il tarixli, 2 nömrəli iclas protokolundan görünür ki, vətəndaşlara yaşayış sahəsinin birinci növbədə verilməsi barədə mənzil-məişət komissiyasının qərarı müzakirə olunmuş və təqdim edilmiş qərar layihəsi təsdiq edilmişdir. Məhkəmə Zərdab şəhər Mənzil İstismar Sahəsinin xx.xx.2023-cü İl tarixli, 07 nömrəli məktubda qeyd olunmuşdur ki, Zərdab şəhəri, H.Əliyev prospektindəki 19 nömrəli yaşayış evinin 9-cu mənzilinin kirayə haqqı X9 tərəfindən 2018-ci ildən 2023-cü ilədək Zərdab şəhər MİS-in hesabına cəmi 887,0 manat vəsait ödənİlmişdir. X35 və ailə üzvlərinin adlarına yuxarıda göstərilən ünvan barədə Zərdab şəhər MİS-də rəsmi heç bir sənəd (order, kirayə müqaviləsi) yoxdur. Lakin hal-hazırda həmin ünvanda yaşayırlar. Məhkəmə araşdırmamışdır ki, X9 2018-ci ilədək, yəni mənzil onun adına saxta sənədlər əsasında sənədləşdirilənədək harada yaşamışdır. Bundan başqa mübahisəli mənzildə yaşayırsa Zərdab Rayon Məhkəməsinin məlum qətnaməsi kimə lazımdır. İş materiallarında olan iddiaçı tərəfindən təqim edilmiş, notariat qaydada xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə X26 və X46 tərəfindən verilmiş ərizələrdən görünür ki, X38 ona məxsus olan Göyçay şəhəri M.Ə.Rəsulzadə (Kommunist) küçəsi 129 nömrəli evin 20 nömrəli mənzilini (Zərdab rayon XDS İK-nın xx.xx.1990-cı il tarixli 1 nömrəli dəyişmə orderinə əsasən) Zərdab şəhəri Azərbaycan küçəsi 6-cı məhəllədə 19 nömrəli binada yerləşən 9 nömrəli mənzilə dəyişmiş və həmin ünvana qeydiyyata düşmüşdür. 1990-cı il iyun ayında X39 öz aralarında olan razılığa əsasən X33 ailə üzvləri ilə birlikdə həmin mənzilə (Zərdab rayonu Azərbaycan küçəsi 6-cı məhəllə, bina 19 mənzil 9) yerləşdirmişdir. Məhkəmənin sorğusuna Zərdab rayon Dövlət Arxivinin 15 nömrəli xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunur ki, xx.xx.1990-cı il tarixdə XDS İcraiyyə Komitəsinin İclası olmamışdır. İş materiallarında olan DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2-10178/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, xx.xx.1956-cı il təvəllüdlü X26 xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, ev 120-də, xx.xx.2004-cü il tarixdən hazırkı vaxtadək ünvan 8 ünvanında qeydiyyatdadır. Məhkəmə nəzərə almamışdır ki, 1996-cı ilədək vətəndaşların qeydiyyatını polis orqanları deyil müvafiq MİS-lər də aparmışdır. Azərbaycan Respublikası Dövlət X66 filialına xx.xx.2023-cü il tarixli soğuya 19 may 2023-cü il tarixli 157 saylı cavab məktubunda göstərilmişdir ki; -Göyçay rayon XDS İK-nin 20 aprel 1990-cı il tarixli 09 saylı iclasının qərraı ilə Göyçay şəhəri, Kommunist küçəsi 105/20 saylı ünvanda yaşayış sahəsi 46.5 kv.m olan 3 otaqlı mənzildə 3 nəfər ailə üzvü ilə yaşayan X40 ilə ünvan 9 ünvanda yaşayış sahəsi 58,34 kv.m olan 4 otaqlı mənzildə 5 nəfər ailə üzvü ilə yaşayan X10 yaşadıqları mənzilləri dəyişdirilmiş və onlara dəyişdirilmə orderi verilmişdir. Zərdab rayon XDS-nin İKnin 21 aprel 1990-cı il tarixli 55 saylı icazəsi ilə Zərdab rayon XDS İK Zərdab şəhəri Azərbaycan küçəsi, 6-cı məhəllədə, 19 saylı evin,9 saylı mənzilində, yaşayış sahəsi 58,34 kv.m olan 4 otaqlı evdə 5 nəfər ailə üzvləri ilə birlikdə yaşayan X10 yaşadığı mənzili, Göyçay şəhəri, Kommunist küçəsi 105 saylı binanın 20 saylı mənzilində yaşayış sahəsi 46.5 kv.m olan, 3 nəfər ailə üzvləri ilə birlikdə yaşayan X40 ilə "Azərbaycan SSR-də yaşayış sahələrini dəyişdirmək qaydalarının təsdiq edilməsi haqqında" 11 dekabr 1987-ci il tarixli 454 saylı qərarının tələblərinə müvafiq olaraq dəyişdirilməsinə etiraz etmir. X40 ilə ünvan 10 ünvanda yaşayış sahəsi 46.5 kv.m olan, üç otaqlı mənzilin istifadəsinə dair XDS, Dövlət Koooperativ və ictimai təşkilatlarının yaşayış evlərinin kirayəsi haqqında 20 may 1975-ci il tarixli nümunəvi müqavilə bağlanmışdır. X40 23 Mart 1990-cı ildə Göyçay rayon XDS İK-nə rəsmi ərizə verərək üç nəfər yetkinlik yaşına çatmış ailə üzvləri ilə birlikdə Göyçay şəhəri, Kommunist küçəsi 105/20 saylı ünvanda yaşayış sahəsi 46.5 kv.m olan, üç otaqlı mənzilini, Zərdab şəhəri Azərbaycan küçəsi, 6-cı məhəllədə, 19 saylı evin, 9 saylı mənzilində, yaşayış sahəsi 58,34 kv.m olan 4 otaqlı evdə 5 nəfər ailə üzvləri ilə birlikdə yaşayan X10 yaşadığı mənzili ilə dəyişmək istədiyini bildirmişdir. Ərizəni Mənzil İstismar sahəsininin rəisi təsdiq etmişdir. ünvan 11 ünvanda yaşayış sahəsi 46.5 kv.m olan, üç otaqlı, 3 nəfər ailə yaşayan X19 yaşadığı mənzilin ünvan 12 ünvanda yaşayış sahəsi 58,34 kv.m olan 4 otaqlı mənzilində beş nəfər ailə üzvləri ilə birlikdə yaşayan X20 ilə yaşadığı mənzili, Göyçay şəhəri, Kommunist küçəsi 105 saylı binanın 20 saylı mənzilində yaşayış sahəsi 46.5 kv.m olan, 3 nəfər ailə üzvləri ilə birlikdə yaşayan X40 ilə "Azərbaycan SSR Nazirlər Sovetinin "Azərbaycan SSR-də yaşayış sahələrini dəyişdirmək qaydalarının təsdiq edilməsi haqqında" 11 dekabr 1987-ci il tarixli 454 saylı qərarının tələblərinə müvafiq olaraq dəyişdirilməsinə etiraz etmir. İş üzrə 3-cü tərəf olan X3 rayon XDS-nin İKnin 21 aprel 1990-cı il tarixli 55 saylı icazəsi ilə Zərdab rayon XDS İK Zərdab şəhəri Azərbaycan küçəsi, 6-cı məhəllədə, 19 saylı evin,9 saylı mənzilində, yaşayış sahəsi 58,34 kv.m olan 4 otaqlı evdə 5 nəfər ailə üzvləri ilə birlikdə yaşayan X10 yaşadığı mənzili, Göyçay şəhəri, Kommunist küçəsi 105 saylı binanın 20 saylı mənzilində yaşayış sahəsi 46.5 kv.m olan, 3 nəfər ailə üzvləri ilə birlikdə yaşayan X40 ilə "Azərbaycan SSR-də yaşayış sahələrini dəyişdirmək qaydalarının təsdiq edilməsi haqqında" 11 dekabr 1987-ci il tarixli 454 saylı qərarının tələblərinə müvafiq olaraq dəyişdirilməsinə icazə almış, dəyişdirməni baş çatdırmış, Zərdab şəhərində olan mənzilini X27 təhvil verərək, Göyçay şəhəri, Kommunist küçəsi 105 saylı binanın 20 saylı mənzilinə köçüb yaşamışdır. Bununla da Zərdab şəhəri Azərbaycan küçəsi, 6-cı məhəllədə, 19 saylı evin, 9 saylı mənzilinə hüquqlarını itirmişdir. Lakin, qüvvədə olmayan orderini müxtəlif bəhanələrlə özündə saxlayaraq cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə təqdim edərək aldatma yolu ilə hüquqlarını qeydə aldırmışdır. Məhkəmə işin yuxarıda qeyd olunan bu faktiki hallarına qanunvericilik normalarının tətbiqi baxımından düzgün hüquqi qiymət verməmişdir. Nəticədə 3-cü şəxsin ustalıqla saxtalaşdırdığı sübutlara birtərəfli yanaşaraq həqiqətin üzə çıxarılması üçün faktiki olaraq heç bir tədbir görməmişdir. İddiaçı kimi iddia tələbinin əsası qismində üçüncü şəxs Y.Məmmədyarova tərəfindən mübahisəli mənzilin Dəmirçiyan (Abdullayevə) Roza Ağası qızı ilə dəyişdirmə orderinə əsasən dəyişdirildikdən sonra yenidən əsassız olaraq üçüncü şəxsin adına rəsmiləşdirildiyinə istinad etsələr də, məhkəmə qeyd etmişdir ki, araşdırma ilə sözügedən dəyişdirmə orderinin əsli və iddiaçının tələbinin əsaslılığını təsdiq edən sübutlar aşkar olunmamışdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, üçüncü şəxs Y.Məmmədyarovanın mübahisəli mənzillə dəyişdirmə orderi əsasında əldə etmiş olduğu iddia edilən Göyçay rayonu M.Ə.Rəsulzadə küçəsində yerləşən mənzili o bağışlama müqaviləsi əsasında əldə etmiş, bu barədə onun adına X11 Bürosu tərəfindən xx.xx.1992-ci il tarixdli 6173 nömrəli Qeydiyyat vəsiqəsi tərtib edilmişdir. Məhkəmə həmin sübuta istinad edən zaman dəyişmə orderinə qədər olan mərhələləri nəzərə almamışdır. Halbuki, bu dəyişmə orderinə qədər hər iki tərəfin- Y.Məmmədyarova və R.Abdullayevanın yazılı razılıqları, yetkinlik yaşına çatmış ailə üzvlərinin razılıqları, Göyçay və Zərdab XDS İK-nin qərarları olmasını xatırlatmamış, bu sübutların tələb olunmasını belə lazım bilməmişdir. xx.xx.1990-cı il tarixdə isə dəyişdirmə orderinin tərtib edilməsinə əsas olduğu iddia olunan Zərdab rayon XDS İcraiyyə komitəsinin iclası olmamışdır. Y.Məmmədyarova və ailə üzvlərinə yaşayış sahəsinin verilməsi barədə Zərdab rayon XDS İK-nın fevral 1990cı il tarixli 16 nömrəli qərarı qüvvədədir və arxiv nüsxəsi mövcuddur. Həmçinin, həmin qərar əsasında verilmiş xx.xx.1990-cı il tarixli 104 nömrəli orderin ləğv edilməsi barədə hər hansı qərar mövcud deyildir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 aprel 2023-cü il tarixli 2-1(116)-274/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

16. Üçüncü şəxs X35 apellyasiya şikayətini iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 aprel 2023-cü il tarixli 2-1(116)-274/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 aprel 2023cü il tarixli 2-1(116)-274/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X6 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətlərinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 28 aprel 2023-cü il tarixli 2-1(116)-274/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X17 nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 aprel 2023-cü il tarixli 2-1(116)-274/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdi.

20. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxslər X9, X35, X32 və X37 məhkəmə iclasına gəlməmişdir.

21. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

22. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: Cavabdehin xx.xx.2022-ci il tarixli, **********43 nömrəli məktubu ilə təqdim olunmuş: Zərdab rayon Dövlət Arxivinin 378 nömrəli, xx.xx.2016-cı il tarixli məktubunda göstərilən Zərdab rayon XDS İK-nın xx.xx.1990-cı il tarixli 2 nömrəli iclasının protokolunun 16 nömrəli qərarından çıxarışdan görünür ki, həmin qərarla Azərbaycan SSR Mənzil Məcəlləsinin 38-ci maddəsinə uyğun olaraq X7 5 nəfər ailə üzvləri ilə birlikdə Azərbaycan küçəsində 19 nömrəli kommunal binanın 4 otaqlı 9 nömrəli mənzilinin verilməsi barədə mənzil məişət komissiyasının xx.xx.1990-cı il tarixli iclasının qərarı və komissiyanın xx.xx.1989-cu il tarixli aktı təsdiq edilmişdir. Zərdab rayon XDS İK tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli, 104 nömrəli orderdən görünür ki, X7 ailə üzvləri ilə birlikdə Azərbaycan küçəsində yerləşən 19 nömrəli evin 4 otaqdan ibarət 9 nömrəli mənzilində 58,34 kv.m yaşayış sahəsini tutmağa icazə verilmişdir. Notariat qaydada verilmiş xx.xx.2018-ci il tarixli ərizələrdən görünür ki, X41, X12, X13 və X4 şəhəri, Azərbaycan küçəsi ev 19, mənzil 9 (H.Əliyev prospekti ev 15 mənzil 9) ünvanında yerləşən mənzilin anaları X6 adına özəlləşdirilməsinə etiraz etməmişlər. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyat haqqında ərizədən görünür ki, X2 şəhəri, H.Əliyev prospekti bina 15 (19) mənzil 9 ünvanında yerləşən mənzilin onun adına qeydiyyata alınması və texniki pasport verilməsi ilə bağlı xx.xx.2018-ci il tarixdə 16 saylı Ucar ərazi idarəsinə müraciət etmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2018-ci il tarixli müayinə (baxış) aktından görünür ki, ünvan 5 ünvanında yerləşən mənzilin ümumi sahəsi sənəd üzrə 105,41 kv.m, faktiki 85,2 kv.m, yaşayış sahəsi sənəd üzrə 58,34 kv.m, faktiki 58,6 kv.m-dir. Daşınmaz əmlaka ilkin baxış keçirilmişdir. Mənzilin faktiki vəziyyəti və texniki göstəricilərinin təqdim edilmiş sənədlərlə uyğun gəldiyi və əsas yük götürən divarlardan kənara çıxılmadığı dəqiqləşdirilmişdir. Müayinə zamanı heç bir mübahisə halı baş verməmişdir. xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Zərdab şəhəri, H.Əliyev prospekti bina 19, mənzil 9 X6 xüsusi mülkiyyətindədir. X9 tərəfindən təqdim olunmuş: Cavabdehin vəkili Vəkil2 ünvanladığı xx.xx.2018-ci il tarixli, **********73 nömrəli məktubundan görünür ki, Abdullayeva (Dəmirçiyan) Roza Ağası qızının Azərbaycan küçəsində yerləşən 19 nömrəli binanın 9 nömrəli mənzilinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Göyçar Rayon Polis Şöbəsinin Vəkil2 ünvanladığı xx.xx.2018-ci il tarixli, 196-13717- 1218 nömrəli məktubunda qeyd olunmuşdur ki, xx.xx.1936-cı il təvəllüdlü Dəmirçiyan (Abdullayeva) Roza Ağası qızı barəsində şöbənin Q və ŞVQ-nin kartotekasında heç bir məlumat yoxdur. Zərdab Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(035)-642/2018 nömrəli qətnaməsi ilə iddiaçı Zərdab şəhər Mənzil İstismar Sahəsinin cavabdeh Dəmirçiyan (Abdullayeva) Roza Ağası qızına qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsinə dair” iddiası təmin edilmiş, cavabdeh Dəmirçiyan (Abdullayeva) Roza Ağası qızının Zərdab şəhəri, Azərbaycan küçəsi, 6-cı məhəllə, 19 nömrəli evin 9 nömrəli mənzilindən istifadə hüququ itirilmiş hesab edilmişdir. Zərdab Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(035)-85/2021 nömrəli qətnaməsi ilə ilkin iddiaçı X6 cavabdehlər X35, X32, X37 və X22 qarşı “mənzildən çıxarılma tələbinə dair”, qarşılıqlı iddiaçı X17 cavabdehlər X9 və AR ƏMDK yanında DƏDRX-nin 16 saylı Ucar ərazi idarəsinə qarşı “mənzilə istifadə hüquqlarının müəyyən edilməsi, həmin mənzilin dövlət reyestrindəki qeydiyyatının etibarsız hesab olunması və RX seriyalı ******* saylı Çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddiasına hüquqi qiymət verilərək, qarşılıqlı iddianın təmin edilməməsi, ilkin iddianın təmin edilməsi, cavabdehlər X35, X32, X37 və X14 Zərdab şəhəri, H.Əliyev prospekti, 19 nömrəli evin 9 nömrəli mənzilindən çıxarılması qət edilmişdir. Qətnamədə qeyd edilmişdir ki, sözügedən Zərdab şəhəri, Azərbaycan küçəsi 19 saylı binada yerləşən 9 saylı mənzil Zərdab rayon X44 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 104 saylı orderinə əsasən hazırkı ilkin iddiaçı X7 verilmiş, o, həmin mənzili Zərdab rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli 1 saylı dəyişmə orderinə əsasən cavabdeh Dəmirçiyan (Abullayeva) Roza Ağası qızı ilə dəyişdirmişdir. Lakin, dəyişmə formal olaraq qalmış, Dəmirçiyan (Abdullayeva) Roza Ağası qızı erməni millətindən olduğu üçün 1990-cı ilin 20 Yanvar hadisələrindən sonra azərbaycanlılarla bir binada yaşaya bilmədiyindən dəyişdiyi mənzildə yaşamamış, mənzillə bağlı kirayə müqaviləsi bağlamamış, mənzilin icarə haqqını ödəməmiş və 1990-cı ilin may ayından daimi yaşamaq üçün məlum olmayan ünvana köçmüşdür. Hazırkı qarşılıqlı iddiaçı 1990-cı ilin iyun ayından ailə üzvləri ilə birlikdə sözügedən mənzildə yaşamağa başlasalar da, balanssaxlayan olan Zərdab şəhər MİS ilə mənzil kirayə müqaviləsi bağlamamış, mənzilin kirayə haqqını ödəməmiş, mənzilə qeydiyyata düşməmiş, nə də ki, məhkəmə və ya hər hansı bir başqa qaydada mənzilə istifadə hüququnu tanıtdırmamışdır. Qarşılıqlı iddiaçı sözügedən mənzilə dair hüquq verən sənədə (mənzilə köçməyə əsas verən orderə, mənzildə yaşamaq hüququ verən mənzil kirayə müqaviləsinə və s.) malik deyildir. Əksinə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ilkin iddiaçı Yeganə Məmmədyarovanın sözügedən mənzilə dair mülkiyyət hüququ dövlət tərəfindən tanınmış və bu barədə ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2018-ci il olan çıxarış verilmişdir. Həmin çıxarış nə məhkəmə qaydasında, nə də ki, inzibati qaydada ləğv olunmamışdır. Zərdab Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(035)-85/2021 nömrəli qətnaməsindən cavabdeh X35 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(107)-584/2022 nömrəli qərardadı ilə hüquqi qiymət verilmişdir. Qətnamədə qeyd olunmuşdur ki, AR ƏMDK DƏDRX 16 saylı Ucar ərazi idarəsi tərəfindən Zərdab Rayon Məhkəməsinə ünvanlanmış **********53 saylı, 21,05.2021-ci il tarixli və **********00 saylı, xx.xx.2021-ci il tarixli məktublardan və əlavə edilmiş sənədlərdən görünür ki, Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 129 saylı evin, 20 saylı mənzili Göyçay Mənzil Təsərrüfat Təmir İstehsalat İdarəsi tərəfindən xx.xx.1992-ci ildə bağışlama müqaviləsi əsasında X7 bağışlanmış və 2275 saylı, xx.xx.1993-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olmuşdur. Həmin mənzil Yeganə Məmmədyarova tərəfindən Göyçay rayon Dövlət Notariat Kontorunun xx.xx.1993 cü il tarixli, 210 saylı alqı-satqı müqaviləsinə əsasən X1. ünvan 15 ünvanında yerləşən mənzil daşınmaz əmlakın dövlət reyestrində X6 adına qeydiyyata alınmışdır. Apellyasiya instansiyası məhkəməsi mövqeyində qeyd etmişdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Zərdab Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli 2(035)- 85/2021 nömrəli qətnaməsi qismən-qarşılıqlı iddianın təmin olunmamış “mənzilin dövlət reyestrindəki qeydiyyatının etibarsız hesab olunması və RX seriyalı ******* saylı Çıxarışın ləğv edilməsi” hissəsində ləğv edilməli və bu hissədə iş üzrə icraata xitam verilməlidir. Kollegiyanın qənaətinə görə iddianın birinci hissəsi ümumi məhkəmədə baxılmalı olsa da, qalan iki tələb inzibati icraat qaydasında baxılmalıdır. İşin faktiki halından müəyyən edilir ki, qarşılıqlı iddiaçının mübahisələndirdiyi xx.xx.2018-ci il tarixli RX seriyalı, ******* saylı Çıxarışın verilməsinə əsas olmuş sənədlər Zərdab rayon X44 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 104 saylı orderi, Zərdab rayon İcra Hakimiyyəti, Zərdab şəhər Mənzil İstismar Sahəsinin arayışları olmuşdur. Məhkəmə kollegiyası tələblə bağlı qeyd edir ki, birinci instasiya məhkəməsi tərəfindən qarşılıqlı iddianın bu hissəsinə ümumi məhkəmədə mahiyyəti üzrə baxılaraq iddia tələbi rədd edilərkən, məhkəmə aiddiyyatı qaydaları pozulmuşdur. Lakin birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə yolverilməzliyinə görə qəbul etməkdən imtina etməyərək iddia tələbinin həmin hissəsinə ümumi məhkəmədə baxılmalı olmadığı halda mahiyyəti üzrə baxmışdır. Beləliklə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(107)-584/2022 nömrəli qərardadı ilə cavabdeh X35 tərəfindən verilmiş apellyasiya şikayəti mübahisələndirilən hissədə qismən təmin edilmiş, Zərdab Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2(035)-85/2021 nömrəli qətnaməsi qismən-qarşılıqlı iddianın təmin olunmamış “mənzilin dövlət reyestrindəki qeydiyyatının etibarsız hesab olunması və RX seriyalı ******* saylı Çıxarışın ləğv edilməsi” hissəsində ləğv edilmiş və bu hissədə iş üzrə icraata xitam verilmişdir. Zərdab Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(035)-85/2021 nömrəli qətnaməsindən cavabdeh X35 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(107)-584/2022 nömrəli qətnaməsi ilə hüquqi qiymət verilmiş, cavabdeh X35 tərəfindən verilmiş apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilməmiş, Zərdab Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2(035)-85/2021 nömrəli qətnaməsi mübahisələndirilən-ilk iddianın təmin olunmuş, qarşılıqlı iddianın “istifadə hüququnun müəyyən edilməsinin” təmin olunmayan hissələrində dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(107)- 584/2022 nömrəli qətnaməsindən X35 tərəfindən verilmiş kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-4846/2022 nömrəli qərarından görünür ki, kassasiya şikayəti üzrə işin icraatı Şəki İnzibati Məhkəməsinin icraatında olan hazırkı iş üzrə məhkəmə aktı qanuni qüvvəyə minənə qədər dayandırılmışdır İddiaçı məhz həmin qərara istinadən hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim olunmuş: xx.xx.1992-ci il tarixli müqavilədən görünür ki, Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 129 saylı evin, 20 saylı mənzili Göyçay Mənzil Təsərrüfat Təmir İstehsalat İdarəsi tərəfindən xx.xx.1992-ci ildə bağışlama müqaviləsi əsasında X7 bağışlanmışdır. 2275 saylı, xx.xx.1993-cü il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 129 saylı evin, 20 saylı mənzili X7 məxsus olmuşdur. Göyçay rayon Dövlət Notariat Kontorunun xx.xx.1993-cü il tarixli, 210 saylı alqı-satqı müqaviləsindən görünür ki, Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 129 saylı evin, 20 saylı mənzili Yeganə Məmmədyarova tərəfindən Göyçay rayon Dövlət Notariat Kontorunun xx.xx.1993-cü il tarixli, 210 saylı alqı-satqı müqaviləsinə əsasən X1. Zərdab rayon Dövlət Arxivinin 07 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş: Zərdab rayon XDS İK-nın xx.xx.1990-cı il tarixli, 2 nömrəli iclas protokolundan görünür ki, vətəndaşlara yaşayış sahəsinin birinci növbədə verilməsi barədə mənzil-məişət komissiyasının qərarı müzakirə olunmuş və təqdim edilmiş qərar layihəsi təsdiq edilmişdir. Zərdab rayon XDS İK-nın 16 nömrəli, fevral 1990-cı il tarixli qərarından görünür ki, həmin qərarla Azərbaycan SSR Mənzil Məcəlləsinin 38-ci maddəsinə uyğun olaraq X7 5 nəfər ailə üzvləri ilə birlikdə Azərbaycan küçəsində 19 nömrəli kommunal binanın 4 otaqlı 9 nömrəli mənzilinin verilməsi barədə mənzil məişət komissiyasının xx.xx.1990-cı il tarixli iclasının qərarı və komissiyanın xx.xx.1989-cu il tarixli aktı təsdiq edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim olunmuş Zərdab şəhər MİSnin Vəkil1 ünvanladığı xx.xx.2023-cü il tarixli, 09 nömrəli məktubda qeyd olunmuşdur ki, Zərdab şəhəri, Azərbaycan küçəsi 19 nömrəli yaşayış evinin 9 nömrəli mənzili Zərdab rayon XDS İK-nın xx.xx.1990-cı il tarixli 104 nömrəli orderi ilə X7 verilmiş və 16 saylı Ucar ərazi idarəsi tərəfindən xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarış tərtib olunmuşdur. Zərdab şəhəri, Azərbaycan küçəsi 19 nömrəli evin 9 nömrəli mənzilində X9 qeydiyyatdadır. Hal-hazırda Zərdab şəhəri, Azərbaycan küçəsi 19 nömrəli evin 9 nömrəli mənzilində uzun illərdir ki, X35 ailə üzvləri ilə birlikdə yaşayır. Zərdab şəhər Mənzil İstismar Sahəsinin Vəkil2 ünvanladığı xx.xx.2023-cü il tarixli, 07 nömrəli məktubda qeyd olunmuşdur ki, Zərdab şəhəri, H.Əliyev prospektindəki 19 nömrəli yaşayış evinin 9-cu mənzilinin kirayə haqqı X9 tərəfindən 2018-ci ildən 2023-cü ilədək Zərdab şəhər MİS-in hesabına cəmi 887,0 manat vəsait ödənilmişdir. X35 və ailə üzvlərinin adlarına yuxarıda göstərilən ünvan barədə Zərdab şəhər MİS-də rəsmi heç bir sənəd (order, kirayə müqaviləsi) yoxdur. Lakin hal-hazırda həmin ünvanda yaşayırlar. İddiaçı tərəfindən təqim edilmiş, notariat qaydada xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə X28 və X46 tərəfindən verilmiş ərizələrdən görünür ki, X38 ona məxsus olan Göyçay şəhəri M.Ə.Rəsulzadə (Kommunist) küçəsi 129 nömrəli evin 20 nömrəli mənzilini (Zərdab rayon XDS İK-nın xx.xx.1990-cı il tarixli 1 nömrəli dəyişmə orderinə əsasən) Zərdab şəhəri Azərbaycan küçəsi 6-cı məhəllədə 19 nömrəli binada yerləşən 9 nömrəli mənzilə dəyişmiş və həmin ünvana qeydiyyata düşmüşdür. 1990-cı il iyun ayında X38 öz aralarında olan razılığa əsasən X33 ailə üzvləri ilə birlikdə həmin mənzilə (Zərdab rayonu Azərbaycan küçəsi 6-cı məhəllə, bina 19 mənzil 9) yerləşdirmişdir. Məhkəmənin sorğusuna Zərdab rayon Dövlət Arxivinin 15 nömrəli xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunur ki, xx.xx.1990-cı il tarixdə XDS İcraiyyə Komitəsinin iclası olmamışdır. DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2- 10178/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, xx.xx.1956-cı il təvəllüdlü X26 xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, ev 120-də, xx.xx.2004-cü il tarixdən hazırkı vaxtadək ünvan 8 ünvanında qeydiyyatdadır. xx.xx.1982-ci il təvəllüdlü X47 xx.xx.2008-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Zərdab şəhəri, Füzuli küçəsi, ev 45-də, xx.xx.2011-ci il tarixdən hazırkı vaxtadək ünvan 18 ünvanında qeydiyyatdadır. xx.xx.1936-cı il təvəllüdlü Abdullayevə (Dəmirçiyan) Roza Ağası qızı, xx.xx.1979-cu il təvəllüdlü X29 Azərbaycan Resbublikası ərazisində qeydiyyatları barədə məlumat müəyyən edilməmişdir. Dövlət arxivinin Göyçay filialının xx.xx.2023-cü il tarixli 36 nömrəli məktubuna əlavə edilmiş Göyçay rayon XDS tərəfindən verilmiş icazə sənədindən görünür ki, Göyçay şəhəri, Kommunist küçəsi 105/20 ünvanında yşayış sahəsi 46.5 kv.m olan 3 otaqlı X30 məxsus mənzilin ünvan 19 ünvanda yaşayış sahəsi 58.34 olan 4 otaqlı mənzilin X15 ilə dəyişdirilməsinə etiraz etməmişdir. Zərdab rayon XDS tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli icazə sənədindən görünür ki, Göyçay şəhəri, Kommunist küçəsi 105/20 ünvanında yşayış sahəsi 46.5 kv.m olan 3 otaqlı X30 məxsus mənzilin ünvan 19 ünvanda yaşayış sahəsi 58.34 olan 4 otaqlı mənzilin X15 ilə dəyişdirilməsinə etiraz etməmişdir. Dövlət arxivinin Göyçay filialının xx.xx.2023-cü il tarixli 158 nömrəli arxiv arayışından görünür ki, xx.xx.1972-ci ildə Göyçay şəhərində leysan yağış və güclü sel daşqını nəticəsində evsiz qalan vətəndaşlara, hazırda ictimai yaşayış evi olmadığı üçün onlar şəhərin Kommunist küçəsində tikilməkdə olan 40 mənzilli yaşayış evində mənzil ilə təmin edilmək üçün çörək bişirmə zavodunda fəhlə işləyən X30 46.5 kv.m-dən 3 otaqlı mənzilin verilməsi göstərilmişdir. Dövlət arxivinin Göyçay filialının xx.xx.2023-cü il tarixli 157 nömrəli arxiv arayışından görünür ki, xx.xx.1990-cı il tarixli 9 saylı iclas protokoluna əsasən, ünvan 20 ünvanda yaşayış sahəsi 46.5 kv.m olan 3 otaqlı mənzildə 3 nəfər ailə üzvü ilə yaşayan X38 ilə ünvan 21 ünvanda yaşayış sahəsi 58,34 kv.m olan 4 otaqlı mənzildə 5 nəfər ailə üzvü ilə yaşayan X6 yaşadıqları mənzillərin dəyişdirilməsi və dəyişmə orderinin verilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası tərəfindən xx.xx.2023-cü il tarixdə mübahisə predmeti olan Zərdab şəhəri, H.Əliyev prospekti (keçmiş Azərbaycan küçəsi) 19 nömrəli evin 9 nömrəli (4 otaqdan ibarət 58,34 kv.m sahəsi olan) mənzilində əvvəllər X6 yaşayıb-yaşamaması, əgər yaşamışsa hansı tarixlərdə yaşadığı barədə, eyni zamanda sozügedən mənzilin kommunal xərclərinin X9 tərəfindən ödənilib-ödənilməməsi, əgər ödənilmişsə hansı tarixlər üçün ödənildiyi barədə arayışın Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə sorğu edilmişdir. Zərdab şəhər Mənzil İstismar Sahəsi xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubuna əsasən, Zərdab şəhəri, H.Əliyev prospekti (keçmiş Azərbaycan küçəsi) 19 nömrəli kommunal binanın 4 otaqlı 9 nömrəli mənzili Zərdab rayon XDS İK-in xx.xx.1990cı il tarixli 2 nömrəli iclasının protokolunun 16 nömrəli qərarının və Zərdab rayon XDS İK tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli 10 nömrəli orderi ilə X7 5 nəfər ailə üzvlərinə verilmişdir. Həmin order əsasında X7 DƏDKR PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli RX seriyalı ******* saylı mülkiyyət hüquqlarının qeydiyyatına dair çıxarış vermişdir. Həmin mənzilin bütün kommunal xidmətləri X9 tərəfindən xx.xx.2023-cü il tarixə tamamilə ödənilmişdir. Hal-hazırda Zərdab şəhəri, H.Əliyev prospekti (keçmiş Azərbaycan küçəsi) 19 nömrəli kommunal binanın 4 otaqlı 9 nömrəli mənzilində yalnız X9 qeydiyyatda olmasına baxmayaraq uzun illərdir yaşamır, həmin mənzildə X35 yaşayır.

TƏTBİQ EDİLƏN HÜQUQ

23. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanunu: Maddə 1.0.4. Qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; 8.0.11-ci maddəsinə görə Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1- dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

26. xx.xx.1982-ci il tarixli Mənzil Məcəlləsinin: Maddə 44. Yerli xalq deputatları Sovetlərinin mənzil fonduna məxsus evlərdə yaşayış sahəsi verilməsi qaydası Yerli xalq deputatları Sovetlərinin mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara icraiyyə komitəsi yanında mənzil məsələləri üzrə Sovetlərin deputatlarından, ictimai təşkilatların, əmək kollektivlərinin nümayəndələrindən yaradılan ictimai komissiyanın iştirakı ilə rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X44 icraiyyə komitəsi tərəfindən verilir. Maddə 45. İdarə mənzil fondu evlərində yaşayış sahəsi verilməsi qaydası İdarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X44 icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq X44 icraiyyə komitəsinə məlumat verilir. Maddə 48. Yaşayış sahəsi orderi Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X44 icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq hərbi şəhərciklərdə yaşayış sahələri orderləri SSR İttifaqı qanunvericiliyində nəzərdə tutulmuş qaydada verilir. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Maddə 68. Yaşayış sahəsinin dəyişdirilməsi Yaşayış sahəsinin dəyişdirilməsi haqqında saziş yerli xalq deputatları Sovetlərinin icraiyyə komitələri tərəfindən verilən orderlərin alındığı vaxtdan qüvvəyə minir. Order verilməsindən imtina haqqında altı ay müddətində məhkəməyə şikayət etmək olar.

26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

27. Apellyasiya şikayətləri vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.

28. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

29. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

30. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, belə ki, iddia tələbinin əsası qismində üçüncü şəxs Y.Məmmədyarova tərəfindən mübahisəli mənzilin dəyişdirmə orderinə əsasən başqa şəxsin mülkiyyətinə verildiyi iddia olunsa da, məhkəmə araşdırması ilə sözügedən dəyişdirmə orderinin əsli, mənzilin mülkiyyətinə verildiyi iddia olunan şəxsin adına tərtib edilmiş order, sosial kirayə müqaviləsi və ya hər-hansı qərar aşkar edilməmiş, iddiaçının tələbinin əsaslılığını təsdiq edən sübutlar müəyyən olunmamışdır. Cavabdehin imtinasını əsaslılığı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

33. İş materiallarından görünür ki, Zərdab rayon XDS İK tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli, 104 nömrəli orderə əsasən, X7 ailə üzvləri ilə birlikdə Azərbaycan küçəsində yerləşən 19 nömrəli evin 4 otaqdan ibarət 9 nömrəli mənzilində 58,34 kv.m yaşayış sahəsini tutmağa icazə verilmişdir. Notariat qaydada verilmiş xx.xx.2018-ci il tarixli ərizələrlə X41, X12, X13 və X4 şəhəri, Azərbaycan küçəsi ev 19, mənzil 9 (H.Əliyev prospekti ev 15 mənzil 9) ünvanında yerləşən mənzilin anaları X6 adına özəlləşdirilməsinə etiraz etməmişlər. xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışla Zərdab şəhəri, H.Əliyev prospekti bina 19, mənzil 9-a X6 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Dövlət arxivinin Göyçay filialının xx.xx.2023-cü il tarixli 158 nömrəli arxiv arayışından görünür ki, xx.xx.1972-ci ildə Göyçay şəhərində leysan yağış və güclü sel daşqını nəticəsində evsiz qalan vətəndaşlara, hazırda ictimai yaşayış evi olmadığı üçün onlar şəhərin Kommunist küçəsində tikilməkdə olan 40 mənzilli yaşayış evində mənzil ilə təmin edilmək üçün çörək bişirmə zavodunda fəhlə işləyən X30 46.5 kv.m-dən 3 otaqlı mənzilin verilməsi göstərilmişdir. Dövlət arxivinin Göyçay filialının xx.xx.2023-cü il tarixli 36 nömrəli məktubuna əlavə edilmiş Göyçay rayon XDS tərəfindən verilmiş icazə sənədindən və Zərdab rayon XDS tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli icazə sənədindən görünür ki, Göyçay şəhəri, Kommunist küçəsi 105/20 ünvanında yşayış sahəsi 46.5 kv.m olan 3 otaqlı X30 məxsus mənzilin ünvan 19 ünvanda yaşayış sahəsi 58.34 olan 4 otaqlı mənzilin X15 ilə dəyişdirilməsinə etiraz etməmişdir. görünür ki, Dövlət arxivinin Göyçay filialının xx.xx.2023-cü il tarixli 157 nömrəli arxiv arayışından görünür ki, xx.xx.1990-cı il tarixli 9 saylı iclas protokoluna əsasən, ünvan 20 ünvanda yaşayış sahəsi 46.5 kv.m olan 3 otaqlı mənzildə 3 nəfər ailə üzvü ilə yaşayan X38 ilə ünvan 21 ünvanda yaşayış sahəsi 58,34 kv.m olan 4 otaqlı mənzildə 5 nəfər ailə üzvü ilə yaşayan X6 yaşadıqları mənzillərin dəyişdirilməsi və dəyişmə orderinin verilməsi qərara alınmışdır.

34. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırkı işdə iddiaçının hüquqi marağı Zərdab şəhəri, H.Əliyev prospekti (keçmiş Azərbaycan küçəsi) 19 nömrəli evin 9 nömrəli 4 otaqdan ibarət 58,34 kv.m mənzili üzərində xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli mülkiyyət hüquqlarına dair qeydiyyatın və çıxarışın ləğv edilməsindən ibarət olmuşdur.

35. Mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan Mənzil Məcəlləsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. X38 ona məxsus olan Göyçay şəhəri M.Ə.Rəsulzadə (Kommunist) küçəsi 129 nömrəli evin 20 nömrəli mənzilini X7 məxsus olan Zərdab şəhəri Azərbaycan küçəsi 6-cı məhəllədə 19 nömrəli binada yerləşən 9 nömrəli mənzili ilə dəyişdiyindən və dəyişdirildiyi vaxtdan, təxminən 1990-cı ildən X9 mübahisə predmeti olan mənzildə yaşamadığından Zərdab şəhəri, H.Əliyev prospekti (keçmiş Azərbaycan küçəsi) 19 nömrəli evin 9 nömrəli 4 otaqdan ibarət 58,34 kv.m mənzilinə dair xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli mülkiyyət hüquqlarına dair qeydiyyatın və çıxarışın ləğv edilməsi ilə bağlı iddia tələbi əsaslı olmuşdur.

36. Birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmadan, iş üzrə lazımi sorğular etmədən qərar qəbul etməklə İPM-in 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri”nin tələblərini pozmuşdur.

37. Məhkəmə kollegiya apellyasiya şikayətlərinin dəlillərini əsaslı hesab edərək qeyd edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur.

38. Belə ki, X38 ona məxsus olan Göyçay şəhəri M.Ə.Rəsulzadə (Kommunist) küçəsi 129 nömrəli evin 20 nömrəli mənzilini X7 məxsus olan Zərdab şəhəri Azərbaycan küçəsi 6-cı məhəllədə 19 nömrəli binada yerləşən 9 nömrəli mənzili ilə dəyişdiyindən X7 Zərdab rayon XDS İK tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli, 104 nömrəli order öz hüquqi qüvvəsini itirdiyindən inzibati orqan tərəfindən həmin order əsasında mülkiyyət hüquqlarının qeydiyyata alınması və xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışın verilməsi qanunsuz olmuşdur.

39. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edən inzibati orqanın hərəkətləri əsassız olmuşdur. “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan lazımi qaydada araşdırma aparmadan iddiaçının müraciətinin təmin edilməsindən əsassız olaraq imtina etmişdir.

40. Bununla yanaşı, işə baxan birinci instansiya məhkəməsi tam araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.

41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə Zərdab şəhəri, H.Əliyev prospekti (keçmiş Azərbaycan küçəsi) 19 nömrəli evin 9 nömrəli 4 otaqdan ibarət 58,34 kv.m mənzili üzərində xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli mülkiyyət hüquqlarına dair qeydiyyatın və çıxarışın ləğv edilməsi öhdəliyi qoyulmalı, apellyasiya şikayəti təmin edilməlidir.

42. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı Zərdab şəhər Mənzil İstismar Sahəsi və üçüncü şəxs X35 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 28 aprel 2023-cü il tarixli 2-1(116)-274/2023 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə Zərdab şəhəri, H.Əliyev prospekti (keçmiş Azərbaycan küçəsi) 19 nömrəli evin 9 nömrəli 4 otaqdan ibarət 58,34 kv.m mənzili üzərində xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli mülkiyyət hüquqlarına dair qeydiyyatın və çıxarışın ləğv edilməsi öhdəliyi qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar