Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-408/2021 18.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "İsmayıllı Bələdiyyəsinin 29.12.2010-cu il tarixli 15 nömrəli qərarı ilə İsmayıllı şəhərinin ərazisindən ona satılmış 0,06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2-1(116)-681/2021 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı 2010-cu ildə ərizə ilə İsmayıllı Bələdiyyəsinə müraciət edərək, İsmayıllı Bələdiyyəsinin mülkiyyətində olan həyətyanı torpaq sahəsi üçün ayrılmış torpaq sahəsindən 0,06 ha torpaq sahəsinin ona satılmasını xahiş etmişdir. İsmayıllı Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi 07.09.2010-cu il tarixli məktubla İsmayıllı Bələdiyyəsinə müraciət edərək, İddiaçı 0,06 ha həyətyanı torpaq sahəsinin satılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi də İsmayıllı Bələdiyyəsinə 01.10.2010-cu il tarixli 53 nömrəli rəy verərək, İddiaçı həyətyanı məqsədilə bələdiyyə mülkiyyətində olan sair torpağından 0,06 ha torpaq sahəsinin satılmasına etiraz etmədiyini bildirmişdir. Bundan sonra İsmayıllı Bələdiyyəsinin 29.12.2010-cu il tarixli 15 nömrəli qərarına əsasən, Azərbaycan Respublikasının 28.10.2008-ci il tarixli 709-İİİ-QD nömrəli Qanununa uyğun olaraq İsmayıllı Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən fərdi yaşayış evi tikmək məqsədi ilə 0,06 ha torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır. İddiaçı tərəfindən 0,06 ha torpaq sahəsi almaq üçün İsmayıllı Bələdiyyəsinin bank hesabına 29.12.2010-cu ildə 720 manat məbləğində pul ödənilmişdir. İsmayıllı Bələdiyyəsi ilə İddiaçı arasında 0,06 ha torpaq sahəsinin alqı-satqısına dair 30.12.2010-cu il tarixli akt tərtib edilmiş və həmin tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsində 66 nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi tərəfindən İddiaçı adına 600 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ilə bağlı A-318166 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmiş və 19.01.2011-ci ildə 3993 nömrə ilə X2 kitabında uçota alınmışdır. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, İsmayıllı şəhərində yerləşən 0,06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin sonuncu 22.02.2021-ci il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, İsmayıllı Bələdiyyəsinin iddiaçıya torpaq sahəsinin ayrılması barədə 29.12.2010-cu il tarixli qərarı "Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanunundan və "Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 01.12.2011-ci il tarixli 271 nömrəli sərəncamından irəli gələn tələblərə cavab vermir. Bundan başqa, qüvvədə olan qanunvericiliyin tələblərinə görə, 01.12.2007-ci ildən sonra bələdiyyələr torpaq sahələri üzərində hüquqlarını dövlət reyestrində qeydiyyata aldırdıqdan sonra həmin torpaq sahəsinə dair qərar qəbul edə bilərlər. Bu səbəblərə görə 0,06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün deyil. Bundan sonra İddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddianı belə əsaslandırmışdır ki, İsmayıllı Bələdiyyəsinin 29.12.2010-cu il tarixli 15 nömrəli qərarı ilə İsmayıllı şəhərinin ərazisindən 0,06 ha həyətyanı torpaq sahəsi ona bələdiyyə ərazisində 30 ildən artıq yaşayan, ilk dəfə həyətyanı torpaq sahəsi alan fiziki şəxs kimi hərracdan kənar satılmışdır. Torpaq ona satılanadək mülkiyyətində heç bir daşınmaz əmlak, o cümlədən ev və həyətyanı torpaq sahəsi olmamışdır. Bələdiyyə onun ərizəsini və faktiki vəziyyətini nəzərə alaraq qanunvericiliyin tələblərinə uyğun olaraq ona torpaq sahəsini satmış, bunun üçün Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin razılığını almışdır. Torpağın nəzərdə tutulan dəyəri onun tərəfindən bələdiyyənin bank hesabına ödənilmişdir. Buna görə də cavabdehin onun qanuni istifadəsində olan müvafiq qanunvericiliklə mülkiyyətinə verilməli olan həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina etməsi qanunsuzdur. Cavabdeh birinci instansiya məhkəməsinə göndərdiyi 27.04.2021-ci il tarixli etirazında imtina məktubunun dəlillərinə istinad etmiş, əlavə olaraq isə bildirmişdir ki, mübahisəli torpaq sahəsi faktiki olaraq 0,057 ha-dır, İsmayıllı Bələdiyyəsinə aid olan yaşayış məntəqələri torpağıdır, faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsinin koordinatları arasında 2,4 metr fərq vardır və torpaq sahəsinin istifadəçisi İddiaçıdur. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: İşdə olan İsmayıllı Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi 07.09.2010cu il tarixli məktubundan görünür ki, həmin şöbə İddiaçı 0,06 ha həyətyanı torpaq sahəsinin satılmasına etiraz etməmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin 01.10.2010-cu il tarixli 53 nömrəli rəyindən görünür ki, həmin şöbə İddiaçı həyətyanı məqsədilə bələdiyyə mülkiyyətində olan sair torpağından 0,06 ha torpaq sahəsinin satılmasına etiraz etməmişdir. İşdə olan, İsmayıllı Bələdiyyəsinin 29.12.2010-cu il tarixli 15 nömrəli qərarından çıxarışdan görünür ki, Azərbaycan Respublikasının 28.10.2008-ci il tarixli 709-İİİ-QD nömrəli Qanununa uyğun olaraq İsmayıllı Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən fərdi yaşayış evi tikmək məqsədi ilə 0,06 ha torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır. İşdə olan 29.12.2010-cu il tarixli 19 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 0,06 ha torpaq sahəsi almaq üçün İsmayıllı Bələdiyyəsinin bank hesabına 720 manat məbləğində pul ödənilmişdir. İşdə olan İsmayıllı Bələdiyyəsi ilə İddiaçı arasında 0,06 ha torpaq sahəsinin alqısatqısına dair 30.12.2010-cu il tarixli akt tərtib edilmiş və həmin tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsində 66 nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan A-318166 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndən görünür ki, həmin sənəd Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi tərəfindən İddiaçı adına 600 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ilə bağlı tərtib edilmiş və 19.01.2011-ci ildə 3993 nömrə ilə X2 kitabında uçota alınmışdır. İşdə olan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən 16.06.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş və Şəki Layihə-Tədqiqat İdarəsi tərəfindən hazırlanmış mütəxəssis rəyindən görünür ki, İddiaçı tərəfindən göstərilən, faktiki naturada ölçülmüş torpaq sahəsi Mərkəzin elektron baza məlumatlarında öz əksini tapan İsmayıllı rayonunun İsmayıllı şəhəri ərazisində aparılmış torpaq islahatına dair Kompleks Yerquruluşu Layihəsinə əsasən, İsmayıllı şəhəri inzibati ərazi dairəsinin sərhədi daxilində uqodiyası çoxillik əkmələr olan yaşayış məntəqələrinə aid torpaqlarda yerləşir. Faktiki naturada ölçülmüş 0,057 ha torpaq sahəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A-318166 nömrəli planölçü sənədi üzərində İsmayıllı Bələdiyyəsinin 29.12.2010-cu il tarixli 15 nömrəli qərarına əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsi ilə üst-üstə düşür.. Şəki İnzibati Məhkəməsinin (hаkim Vidadi Qasımov) 22 iyul 2021-ci il tarixli, 2-1(116)- 681/2021 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "İsmayıllı Bələdiyyəsinin 29.12.2010-cu il tarixli 15 nömrəli qərarı ilə İsmayıllı şəhərinin ərazisindən ona satılmış 0,06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməmişdir. Şəki İnzibаti Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2-1(116)-681/2021 saylı qərarından İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı İsmayıllı bələdiyyəsinin 29 dekabr 2010~cu il tarixli 15 saylı qərarı ilə İsmayıllı şəhərinin ərazisindən ona satılmış 0,06 hektar həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsinin üzərinə qoyulması tələbi ilə iddia qaldırmışdır. Həmin işə Şəki İnzibati məhkəməsində 22 iyul 2021 -ci il tarixdə baxılaraq iddianın təmin edilməməsinə dair 2- 1(116)- 681/2021 saylı qərar qəbul edilmişdir. Məhz məhkəmənin gəldiyi bu nəticə ilə qəti olaraq razılaşmır. Hesab edir ki, qərar tamamilə əsassız, ədalətsiz, qeyri-obyektiv və qanunsuzdur. Belə ki, o, 1965-ci ildə doğulmaqla 1980-cı illərin sonundan daimi olaraq İsmayıllı şəhərində yaşayır. İsmayıllı şəhər bələdiyyəsinin 29 dekabr 2010-cu il tarixli 15 saylı qərarı ilə İsmayıllı şəhərinin ərazisindən 0,06 hektar həyətyanı torpaq sahəsi ona bələdiyyə ərazisində 30 ildən artıq yaşayan, ilk dəfə həyətyanı topaq sahəsi alan fiziki şəxs kimi hərracdan kənar satılmışdır. Torpaq ona satılanadək mülkiyyətində heç bir daşınmaz əmlak, o cümlədən ev və həyətyanı torpaq sahəsi olmamışdır. Bələdiyyə ərizəni və faktiki vəziyyətini nəzərə alaraq qanunvericiliyin tələblərinə uyğun ona torpaq sahəsi satmış, bunun üçün AR DTXK İsmayıllı rayon şöbəsinin müsbət İsmayıllı rayon İcra Hakimiyyətinin razılığını almışdır. Torpaq nəzərdə tutulan dəyəri tərəfindən bələdiyyənin bankdakı hesabına ödənilmişdir. Həmin torpaq sahəsinin ona satılmasında da İsmayıllı bələdiyyəsinin sədrinin, onun və AR DTXK İsmayıllı rayon şöbəsinin müdirinin iştirakı ilə «Torpaqların alqı-satqısına dair» Akt tərtib olunmuşdur. Həmin qanuni sənədlərə əsasən ARİ DTXK İsmayıllı rayon şöbəsi tərəfindən torpağın İsmayıllı şəhərinin xəritəsi üzrə cizgisi hazırlanmış, Azərbaycan Respublikası DTXK tərəfindən AM: 318168 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” hazırlanaraq X2 kitabında 19.01.2011-ci ildə 3993 nömrə ilə qeydə alınmışdır. Lakin qeyd edilən təşkilat 22 fevral 2021-ci il tarixli **********51 nömrəli məktubla mülkiyyət hüququnun qeydə alınmasından imtina etmişdir. İmtinaya əsas kimi cavabdeh təşkilat göstərmişdir ki, torpaq satılarkən bələdiyyə tərəfindən AR Prezidentinin 01.12.2007-ci il tarixli 271 saylı Sərəncamından irəli gələn tələblərə cavab verməməsi, yəni satılacaq torpaq sahəsi üzərində bələdiyyə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlet reyestrində qeydə alınmasının mümkün olmaması göstərilmişdir. Lakin məhkəmə tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 9 saylı Ərazi İdarəsinə yəni Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında ƏÜVSDX-nin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu edilmiş və sorğuya cavab olar verilmiş rəydə bildirilmişdir ki, güya mübahisələndirilən həyətyanı torpaq sahəsi İsmayıllı şəhəri inzibati ərazi dairəsinin sərhədi daxilində uqodiyası çoxillik əkmələr olan yaşayış məntəqələrinə aid torpağa aiddir. Əvvəla sual olunur ki, bu həyətyanı torpaq sahəsi mənə 2010-cu üdə bələdiyyə tərəfindən satılanda, keçmiş DTXK-nin İsmayıllı rayon şöbəsi tərəfindən İsmayıllı şəhərinin xəritəsi üzrə cizgisi hazırlanmış, həmin torpaq sahəsinin yerində cizgisi çəkiləndə və ona satılması barədə həm torpaq şöbəsi tərəfindən, həm də İsmayıllı rayon İcra Hakimiyyəti tərəfindən rəsmi razılıq veriləndə torpağın uqodiyası bilinmirdimi ? İkinci, torpaq ona satılarkən torpaq sahəsinin dörd tərəfi yaşayış evləri olmuş və orada heç bir çoxillik əkmələr mövcud olmamışdır. Üçüncü, cavabdeh təşkilat mülkiyyət hüququmu qeydə almaqdan imtina edərkən torpağın uqodiyasını deyil, yuxarıda qeyd edilən başqa bir səbəbi əsas tutmuşdur. Dördüncü, hazırkı iş üzrə rəy verən təşkilatla cavabdeh təşkilat eyni bir qurumun tərkib hissəsidir və onlardan ədalətli rəy verilməsini gözləmək olmaz. Odur ki, Şəki İnzibati məhkəməsinin 22 iyul 2021-ci si tarixli 2-1(116)- 681/2021 saylı qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibаti Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2-1(116)-681/2021 saylı qərarının ləğv edilərək iddianın təmin edilməsi xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: İddiaçının apellyasiya şikayəti uğurlu sayılır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslıdır. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunsuzdur. İddia mümkün iddia olduğuna görə birinci instansiya məhkəməsi iddiaya mahiyyət üzrə baxmışdır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı Azərbaycan Respublikası İPM-in 2.2.3 və 34.1-ci maddələrinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Apelyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.1-ci, 85.2 -ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində iddiaçının tələbi göstərilmişdir. İddiaçının tələbi İsmayıllı Bələdiyyəsinin 29.12.2010-cu il tarixli 15 nömrəli qərarı ilə İsmayıllı şəhərinin ərazisindən 0,06 ha həyətyanı torpaq sahəsi ona bələdiyyə ərazisində 30 ildən artıq yaşayan, ilk dəfə həyətyanı torpaq sahəsi alan fiziki şəxs kimi hərracdan kənar satılmışdır. Torpaq ona satılanadək mülkiyyətində heç bir daşınmaz əmlak, o cümlədən ev və həyətyanı torpaq sahəsi olmamışdır. Bələdiyyə onun ərizəsini və faktiki vəziyyətini nəzərə alaraq qanunvericiliyin tələblərinə uyğun olaraq ona torpaq sahəsini satmış, bunun üçün Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin razılığını almışdır. Torpağın nəzərdə tutulan dəyəri onun tərəfindən bələdiyyənin bank hesabına ödənilmişdir. Cavabdeh 27.04.2021-ci il tarixli etirazında imtina məktubunun dəlillərinə istinad etmiş, əlavə olaraq isə bildirmişdir ki, mübahisəli torpaq sahəsi faktiki olaraq 0,057 ha-dır, İsmayıllı Bələdiyyəsinə aid olan yaşayış məntəqələri torpağıdır, faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsinin koordinatları arasında 2,4 metr fərq vardır və torpaq sahəsinin istifadəçisi İddiaçıdur. İddia, mahiyyət etibarı ilə əsaslıdır. Belə ki, hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə, yəni inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara aiddir ki, bu iddia növləri üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (İPMin 14.2-maddəsi). Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İsmayıllı Bələdiyyəsinin 29.12.2010-cu il tarixli 15 nömrəli qərarı ilə İddiaçı ev tikmək məqsədilə satılmış 0,06 ha torpaq sahəsi kənd təsərrüfatı üçün istifadə olunan çoxillik əkmələrə aid olduğuna və fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmadığına görə həmin torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alına bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşması qaydaları haqqında” Əsasnamənin: 18-ci bəndinıə görə, müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. 19-cu bəndinə əsasən, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. 23-cü bəndində göstərilmişdir ki, bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alqı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Göründüyü kimi, bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul etməklə bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alqı-satqı müqaviləsi bağlanılmaqla torpağın dəyəri ödənilməlidir. Qeyd olunan müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə görə, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Həmin qanunun 10.2.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri və həmin qanunun 10.2.2-ci maddəsinə görə torpaq sahəsinin planı və ölçüsü sənədi hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən əsas sənədlərdir. İşdə olan sənədlərdən görünür ki, 0,06 ha torpaq sahəsi İddiaçı İsmayıllı Bələdiyyəsinin 29.12.2010-cu il tarixli 15 nömrəli qərarı ilə satılmışdır. İş materiallına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mürşidov X1 Bələdiyyəsinin 29.12.2010-cu il tarixli 15 nömrəli protokolu əsasında sahəsi 600 kv.m torpaq sahəsi barədə plan və ölçü sahəsindən görünür ki, həmin torpaq sahəsinin yer və koordinatları müəyyən edilmişdir. Torpaqa dair planı və ölçü sənədi təsdiq edilmiş və X2 kitabında 19.01.2011-ci ildə 3993 nömrə ilə qeydə alınmışdır. İş üzrə cavabdeh orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin **********82 saylı, 02 noyabr 2021-ci il tarixli məktubundan görünür ki, Ərazi İdarəsində mövcud olan elektron kadastr baza məlumatlarında İddiaçı İsmayıllı rayonunun İsmayıllı bələdiyyəsindən alqı-satqı yolu ilə əldə etdiyi S.Əsgərov küçəsində yerləşən 0.06 ha torpaq sahəsi yaşayış məntəqələri torpaqlarıdır. Həmin torpaq sahəsinin qonşuluğunda və ətrafında yerləşən torpaq sahələri və fərdi yaşayış evləri qanunvericiliyin tələblərinə uyğun dövlət qeydiyyatına alınmışdır. İsmaıyıllı Bələdiyyəsinin 447 saylı 05 oktyabr 2021-ci il tarixli məktubundan görünür ki, İsmayıllı bələdiyyəsinin 29.12.2010-cu il tarixli 15 saylı iclas protokolunun qərarı ilə İddiaçı satılmış 0.06 ha torpaq sahəsi yaşayış məntəqəsi torpaqları daxilində yerləşdiyindən həyətyanı məqsədli torpaq sahəsidir. İşdə olan sənədlərdən görünür ki, iddiaçının alqı-satqı yolu ilə əldə etdiyi 0,06 ha torpaq sahəsin bələdiyyə aktı və plan və ölçü sənədi mövcuddur. Məhkəmə kollegiyası işin faktiki hallarını uyğun araşdıraraq hesab edir ki, İddiaçı dövlət qeydiyyatına aldırmaq istədiyi 0.06 ha torpaq sahəsini İsmayıllı bələdiyyəsinin qərarı və aralarında bağlanmış alqı-satqı yolu ilə əldə edilmişdir. Torpaq sahəsinə dair plan-ölçü sənəd tərtib edilmiş və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı şöbəsi tərəfindən təsdiq edilmişdir.Həmin torpaq sahəsi yaşayış məntəqələr aid torpaq sahəsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun: 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə kollegiyası hesab edir ki, fiziki və ya hüquqi şəxslərin etimadı iki halda qorunur ki, bunlardan birincisi, inzibati orqanların inzibati praktikası, ikincisi isə, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədləri və bəyanatlarıdır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbi baxımından mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya qanunla müəyyən edilmiş qaydada ayrıldığından və torpaq sahəsinə dair qərar hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edildiyindən iddiaçının həmin torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmalıdır. Belə ki, yuxarıda şərh olunan qanunvericiliyin tələbi baxımından mübahisə predmeti olan torpaq sahəsi iddiaçının qanuni istifadəsində olmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edən orqanın hərəkətləri əsassız olmuş, işə baxan birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən tam araşdırma aparmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlməmişdir. Belə olan halda məhkəmə kollegiyasının qənaətinə görə, cavabdeh İddiaçı İsmayıllı Bələdiyyəsinin 29.12.2010-cu il tarixli 15 nömrəli qərarı ilə İsmayıllı şəhərinin ərazisindən ona satılmış 0,06 ha həyətyanı torpaq üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina etməklə düzgün nəticəyə gəlməmişdir. Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən iddiaçının apellyasiya şikayəti təmin edilərək, birinci instаnsiyа məhkəməsinin qərаrı ləğv edilməli, yeni qərar qəbul edilərək iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2-1(116)-681/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İş üzrə iddia tələbi təmin edilsin. İddiaçı "İsmayıllı Bələdiyyəsinin 29.12.2010-cu il tarixli 15 nömrəli qərarı ilə İsmayıllı şəhərinin ərazisindən ona satılmış 0,06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulsun. Prosessual xərclər cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə aid edilsin və ondan 311 manat məbləğində pul alınaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin hesabına ödənilsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-408/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-408/2021
18.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver