Məhkəmə qərarları › İş №2-1(107)-41/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-41/2020

23.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-41/2020 23.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Abbasov Gündüz Qasım oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, İddiaçı və onun vəkili X1 və cavabdeh Azərbaycan Respublikası Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “xx.xx.1971-ci il təvəllüdlü qardaşı X4 şəhid olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-1101/2019nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə X8 iddiaçının qardaşı olmuşdur. Adəm Əliyevin xx.xx.1993-cü il tarixdə Ağdərə rayonu ərazisində gedən döyüşlərdə aldığı odlu silahdan yaralanması barədə məlumat olsa da, 1993-1996-cı illərdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olması barədə arxiv sənədləri içərisində, habelə qaytarılmaz itkilərin elektron məlumat sistemində və keçmiş Ağdaş RHK-dan göndərilmiş Ağdaş rayonu üzrə şəhidlərin siyahısında onun xidməti və ölməsi barədə məlumatlar yoxdur. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(014)-115/2008 nömrəli qətnaməsi ilə (ərizəçi: iddiaçının anası X3, maraqlı şəxs: DSMF-nin Ağdaş rayon şöbəsi) xx.xx.1971-ci il təvəllüdlü Ağdaş rayonu Aşağı Ləki kəndində anadan olmuş X4 Azərbaycan Republikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xx.xx.1993-cü il tarixdə Ağdərə rayonu ərazisində gedən döyüşlərdə aldığı onurğanı dəlib keçən silah yarasından xx.xx.1996-cı il tarixdə ölməsi faktı müəyyən edilmişdir. İşin məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Cavabdeh məhkəmə icraatının iştirakçısı olmamışdır. İddiaçı qardaşının şəhid olması barədə arayışın verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2019-cu il tarixli, 597 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, X10 Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(014)-115/2008 nömrəli qətnaməsi ilə xidmətin üzərinə öhdəlik qoyulmadığından onun adı şəhidlərin siyahısına əlavə edilməmişdir. Bununla razılaşmayan iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, mərhum qardaşı xx xxxxxx 1971 -ci il təvəllüdlü Ağdaş rayonunun Aşağı Ləki kəndində anadan olmuş, X8 xx xxxxxx 1991 -ci il tarixdə Ağdaş Hərbi Komissarlığı tərəfindən Azərbaycan Respublikasının Milli Ordusuna çağırılaraq N saylı hərbi hissənin tərkibində xx xxxxxx 1993-cü il tarixdə Ağdərə rayonu uğrunda gedən döyüşlərdə ağır güllə və qəlpə yarası alaraq yaralanmışdır. xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hospitalına gətirilmişdir. O, həmin tarixdən xx xxxxxx 1996-cı ilədək ağır vəziyyətdə olduğundan və döyüşdə aldığı yaralardan göstərilən tarixdə Ağdaş rayonu Aşağı Ləki kəndində ölmüşdür. 1721 saylı xəstəlik şəhadətnaməsində gösrərilir ki, qardaşı xx xxxxxx 1993- cü il tarixdə Ağdərə uğrunda gedən döyüşlərdə ağır yaralanaraq , onurğanı deşib keşən odlu silahla yaralanması nəticəsində 9-10-cu fəqərələri ətrafının işləməməsi və digər odlu silahla törədilmiş qəlpə yaraları almışdır. Həmçinin ölüm haqqında şəhadətnamədən məlum olur ki, qardaşı Adəm Əliyev xx xxxxxx 1996-cı ildə ölmüşdür və ölmünə səbəb onurğanı dəlib keçən odlu silah yaralanması nəticəsində 9-10cu fəqərəsi ətrafının işləməməsi olmuşdur. Bu fakt bir sıra səlahiyyətli orqanlar tərəfindən verilmiş arayışlarla da təsdiq olunur. Həmçinin qardaşının ölümündən sonra, şəhid ailəsinə edilən güzəştlər ona da şamil edilmişdir. Bundan əlavə anası Adilə Əliyeva “Hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair ” iddia ərizəsilə Ağdaş Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx xxxx 2008-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək qardaşım Adəm Əliyevin Azərbaycan Respublikasının bütövlüyü uğrunda döyüşlərdə aldığı odlu silah yarasından xx xxxxxx 1996-cı il tarixdə ölməsi qət edilmişdir. Qardaşının adının şəhidlər siyahısında olmaması həqiqəti əks etdirmir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqanın nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etiraz edərək iddiaçının müraciətindən imtinanın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Rüfət Məcidov) xx xxxxxxx 2019-cu il tarixli, 2-1(84)-1101/2019 nömrəli qərarla ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “xx.xx.1971-ci il təvəllüdlü qardaşı X4 şəhid olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbinə dair iddia təmin edilməmişdir. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətində göstərilmişdir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməlidir. Belə ki, mərhum qardaşım X4 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xx xxxxxx 1993cü il tarixdə Ağdərə ərazisində gedən döyüşlərdə aldığı onurğanı dəlib keçən silah yarasından xx xxxxxx 1996-cı il tarixdə ölməsi faktı artıq Ağdaş Rayon Məhkəməsinin 2(014)-115/2008 saylı, xx xxxx 2008-ci il tarixli qətnaməsi ilə öz təsdiqini tapmışdır və qardaşımın Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə aldığı güllə yarasından şəhid olmasına əsasdır və həmin qətnamədə cavabdeh tərəf kimi iştirak etməsə də, tələb olunan arayışın verilməsi üçün başqa sübuta ehtiyac yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mərhum qardaşımın X4 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xx xxxxxx 1993-cü il tarixdə Ağdərə ərazisində gedən döyüşlərdə aldığı onurğanı dəlib keçən silah yarasından xx xxxxxx 1996-cı il tarixdə ölməsi Ağdaş Mərkəzi rayon Xəstəxanasının məhkəməyə təqdim etdiyi doqnazla da təsdiqini tapır. Həmin diaqnozdan da aydın görünür ki, mərhum qardaşımın ölümünə səbəb onurğa sütununun və onurğa beyninin 10-cu fəqərə səviyyəsində tam anatomik kəsilməsi, hər iki aşağı ətrafın paraparezi və trofıki yarası, hər iki ağ ciyərin güllə yaralanması (yad cisim) olmuşdur. Qardaşımın X4 ölüm haqqında şəhadətnaməsindən görünür ki, onun ölüm səbəbi Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə aldığı güllə yarasından olmuşdur. Lakin işə baxan məhkəmə bütün bunlara öz qərarında qiymət versə də, həmin faktları dolayısı ilə təkzib etmiş, qardaşım X4 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xx xxxxxx 1993cü il tarixdə Ağdərə rayonu ərazisində gedən döyüşlərdə aldığı onurğanı dəlib keçən silah yarasından xx xxxxxx 1996-cı il tarixdə ölməsi faktı müəyyən edilməsi məhkəmə araşdırması zamanı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsi proses iştirakçısı qismində məhkəmə icraatında iştirak etməmsini və bu səbəbdən qətnamə hazırki iş üzrə cavabdehə münasibətdə preyudisial əhəmiyyətə malik olmamasını, Adəm Əliyev xx xxxxxx 1993-cü il tarixdə Ağdərə rayonu ərazisində gedən döyüşlərdə aldığı odlu silahdan yaralanması barədə məlumat olsa da, 1993-1996-cı illərdə Silahlı qüvvələrin Baş Klinik Hospitalında stasionar müayinə və müalicə olması barədə arxiv sənədləri içərisində, habelə qaytanlanmış itkilərin elektron məlumat sistemində və keçmiş Ağdaş RHK-dan göndərilmiş Ağdaş rayonu üzrə şəhidlərin siyahısında onun xidməti və ölməsi barədə məlumatların olmamasını əsas göstərməklə iddia tələbini təmin etməməklə səhv nəticəyə gəlmişdir. Göründüyü kimi işə baxan Şəki İnzibati-İqtisadi Məhkəməsi işə baxılarkən yuxarıda qeyd etdiyim işin həqiqi hallarını tam təsdiq edən mötəbər sübutlarımı tam və əlaqəli şəkildə araşdırmamış, cavabdeh orqanın imtina məktubunu və mütəxəssis rəyini əsas göstərməklə iddiamın təmin edilməməsi haqqında qanunsuz və əsassız, eləcə də ədalətsiz hesab etdiyim qərarını çıxarmışdır. Əgər qeyd etdiyim faktlar məhkəmə tərəfindən hərtərəfli və obyektiv araşdırılsaydı iddianın əsaslı olduğu məhkəmə tərəfindən müəyyən edilərdi. İşə baxan Şəki İnzibati-İqtisadi Məhkəməsi işə baxılarkən qeyd edilən işin həqiqi hallarını və faktları tam və hərtərəfli araşdırmamış, təqdim edilmiş sübutları əlaqəli şəkildə şəhr etməmiş və aydın şəkildə əsaslandırmamışdır. Bununla da işə baxan məhkəmə nəticədə maddi və prosessual hüquq normalarını, yəni “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin, Həmin maddəyə dair Azərbaycan Respublikası Konstitusiya Məhkməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”mn 1.2.6-cı yarımbəndin, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 49, 58 və 68ci maddələrinin tələblərini pozaraq və düzgün tətbiq etməyərək özünün qanunsus və əsassız, eləcə də ədalətsiz hesab etdiyim qərarını qəbul etmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinə qarşı “xx.xx.1971-ci il təvəllüdlü qardaşı X4 şəhid olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” barədə 2(84)- 1101/2019 saylı iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilərək iddianın əsaslı olduğundan təmin edilməsinə dair yeni qərarçıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)- 1101/2019nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçıvəkili X1 apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)- 1101/2019nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Cavabdeh nümayəndəsi X6 apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-1101/2019nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübаhisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (fаktiki hаllаr) əsasında mаhiyyəti üzrə tаm həcmdə baxır. Apelyаsiyа instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci mаddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və fаktlаrı (fаktiki hаllаrı) dа nəzərə alır. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən əsaslanmışdır ki, X8 iddiaçının qardaşı olmuşdur. Adəm Əliyevin xx.xx.1993-cü il tarixdə Ağdərə rayonu ərazisində gedən döyüşlərdə aldığı odlu silahdan yaralanması barədə məlumat olsa da, 1993-1996-cı illərdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olması barədə arxiv sənədləri içərisində, habelə qaytarılmaz itkilərin elektron məlumat sistemində və keçmiş Ağdaş RHK-dan göndərilmiş Ağdaş rayonu üzrə şəhidlərin siyahısında onun xidməti və ölməsi barədə məlumatlar yoxdur. Göründüyü kimi, iddiaçının mərhum qardaşının yaralanması barədə məlumatlar olsa da, məhkəmə araşdırması zamanı sonuncunun ölüm səbəbinin aldığı güllə yarası ilə səbəbli əlaqəsinin olması öz təsdiqini tapmır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və qeyd edir ki, iddiaçının hazırkı tələblə iddia qaldırmaq hüququ qanunvericilikdə nəzərdə tutulmamışdır. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə görə şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” 2.1-ci maddəsinə görə şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; arvadı (əri); valideynləri; 18 yaşına çatmamış və uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladları; qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. Qaydaların şəhid adının verilməsi mexanizmini tənzimləyən 4.1-ci bəndinə müvafiq olaraq, şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vasatəti ilə baxılır. Həmin bəndə görə, şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara qediyyatda olduqları hərbi komissarlıqlar, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanuna və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1-ci bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə əhalinin sosial müdafiə mərkəzləri tərəfindən verilir (4.2-ci bənd). Həmçinin, vurğulanmalıdır ki, qeyd olunan məsələ ilə bağlı səlahiyyətli orqanların qəbul etdiyi aktlarla razılaşmayan maraqlı şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüquqları vardır. Məhkəmə kollegiyası qeyd edilən qanunvericilik aktlarının tələbindən çıxış edərək qeyd edir ki, iddiaçı mərhum X4 qardaşı olmaqla, şəhid ailəsinə daxil olan şəxslərin siyahısına daxil olmadığından belə bir iddia qaldırmaq hüququ yoxdur. Qeyd edilən normalarda yalnız şəhid olmuş şəxsin uşaq evlərində tərbiyə olunanqardaş və bacılarının belə bir hüququ müəyyən edilmişdir. İddiaçının isə belə müəsissədə olması ilə bağlı sübut mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Prossessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyət zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli 5 saylı Qərarında məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 5.1 və 5.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Belə vəziyyətdə, iddiaçının iddia qaldırmaq hüququ olmadığından iddiaçıya müvafiq iddia tələblərinin irəli sürülməsində hər hansı hüquqi yardım göstərilməmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, qeyd edilən hallar birinci instаnsiyа məhkəməsinin qərаrının ləğv edilməsi üçün əsаslardandır, buna görə Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən, аpelyаsiyа şikаyəti qismən təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrı ləğv edilərək iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, yalnız atasının və qardaşının vərəsəsi olaraq mülki qanunvericiliklə müəyyən edilmiş tələblər nəzərə alınmaqla mirasın qəbul edilməsi ilə bağlı şəhər (rayon) məhkəməsində müvafiq iddia qaldıra bilər. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87, 94, 115.1-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı qərаrа аldı: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-1101/2019 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “xx.xx.1971-ci il təvəllüdlü qardaşı X4 şəhid olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərаrdаddаn 10 gün müddətində Şəki Аpelyаsiyа Məhkəməsi (Şəki şəhəri Salman Mümtaz küçəsi 1) vаsitəsilə Аzərbаycаn Respublikаsı Ali Məhkəməsinə (АZ-1025, Bаkı şəhəri Yusif Səfərоv küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikаyəti verilə bilər. Sədrlik edən: Vəzirxan Məlikov Hаkimlər: Gündüz Abbasov Rövşən Rəfiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar