Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-41/2023 19.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2- 1(116)-1534/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı N2-ci ilin yanvar ayının 21-i hərbi xidmətə getmişdir. N nömrəli hərbi hissə komandirinin N iyul N2-ci il tarixli, 3 nömrəli əmri ilə N iyul N2-ci il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlarına daxil edilmişdir. Ermənilərin Azərbaycan Respublikasına hücumu nəticəsində N iyul N2-ci il tarixdən 10 may N4-cü ilə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Belə ki, iddiaçı Ağcabədi və Ağdam rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İddiaçının döyüşməsini, müharibədə iştirak etməyini döyüş yoldaşları da şahidlik etməklə təsdiqləyə bilərlər. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N6-cı il tarixli müvafiq əmrinə əsasən, tərxis olunmuş və N nömrəli hərbi hissə komandirinin N iyul N6-cı il tarixli, 157 nömrəli əmrilə 05 iyul N6-cı il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, qeydiyyata düşmək üçün Yevlax Rayon Hərbi Komissarlığına göndərilmişdir. İddiaçı cavabdehə müraciət edərək ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli 4/3-4529 nömrəli imtina məktubunda qeyd etmişdir ki, iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2-1807 nömrəli arayışına əsasən Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olan N nömrəli hərbi hissənin 3-cü, 6-cı və 8-cı Zenit-raket divizionlarında hərbi xidməti barədə məlumat olmadığına görə iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixli 11/3160 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 12 may N4-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteram” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasıdır. Normanı ümumiləşdirərək qeyd edilir ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən iki zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: - Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Hazırkı iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-5073 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 3 nömrəli əmri ilə İddiaçı, şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlara qoyulmuş, həmçinin N nömrəli hərbi hissə komandirinin xx.xx.N6-cı il tarixli 157 nömrəli əmri ilə xx.xx.N6-cı il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Yevlax RHK-na göndərilmişdir. Həmçinin sözügedən məktubda N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixdən 05 iyul N6-cı il tarixədək olan nizami hissə üzrə əmrlərində Z.F.Zevnalovun döyüş əməliyyatları bölgəsinə ezamiyyətə göndərilməsi barədə məlumat qeyd edilməmişdir. Bundan başqa iş materialına əlavə edilmiş Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın xx.xx.2022-ci il tarixli 4/3-8605 nömrəli məktubunda N nömrəli hərbi hissənin 3-cü, 6-cı və 8-ci zenitraket divizionlarınm xx.xx.N3-cü il tarixdən xx.xx.N4-cü il tarixlərdə döyüş əməliyyatlarında iştirak etdiyi qeyd edilmişdir. İş materialına əlavə edilmiş veteran komissiyasının məktubundan görünür ki, N nömrəli hərbi hissə tam şəkildə (3-cü, 6-cı və 8-ci zenit-raket divizionları istisna olmaqla) döyüşlərdə iştirak etməmişdir. Həmçinin, Mərkəzi arxivin yuxarıda qeyd edilən məktubunda N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixdən 05 iyul N6-cı il tarixədək olan nizami hissə üzrə əmrlərində İddiaçı döyüş əməliyyatları bölgəsinə ezamiyyətə göndərilməsi barədə məlumat aşkar edilmədiyi qeyd edilmişdir. Beləliklə iş materiallarında görünür ki, İddiaçı qanuni əsaslarla hərbi xidmətə çağrılması və hərbi xidmətdən ehtiyata buraxılmasına baxmayaraq o, döyüş əməliyyatlarında iştirak etməsi üçün döyüş əməliyyatları bölgəsinə ezamiyyətə göndərilməmiş və nəticədə iddiaçı Y.T.Zevnalov döyüşlərdə iştirak etməmişdir. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteran” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Hazırkı inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-14.3), cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (İPM-13.2 və 17). Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsindən və MPM-nin 81-ci maddəsinə görə qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli,396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edən şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-lqtisadi Kollegiyasının 20 iyun 2017-ci il tarixli 2-1(102)-1161/2017 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər “Müharibə veteranı” sayılmırlar. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflərə birinci instansiya məhkəməsinin iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 05 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1534/2022 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1534/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəməyə təqdim etdiyim ******* nömrəli hərbi biletin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, o, N2-ci ildən xx.xx.N6-cı ilədək N nömrəli hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 4-cü səhifədə xx.xx.2000-ci ildən xx.xx.2003-cü ilədək N nömrəli hərbi hissədə avtomobil bölüyünün sürücüsü işləmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 898 nömrəli məktubuna əlavə olunmuş onun xidmət dəftərçəsində 10-cu sırada xx.xx.N2-ci ildə Yevlax RHK-dan hərbi xidmətə çağırılmağı, xx.xx.N2-ci ildə N nömrəli hərbi hissədə andı qəbul etməyi, xx.xx.N2-ci il tarixdən xx.xx.N6-cı ilədək N nömrəli hərbi hissədə xidmət etməyi, Müdafiə Nazirliyinin xx.xx.N6-cı il tarixli 141 nömrəli əmrinə əsasən tərxis olunmağı, həmçinin xx.xx.2000-ci il N saylı əmrlə N8 saylı hərbi hissədə sürücü işləməyi, xx.xx.2003-cü il tarixli 3/GƏ nömrəli əmrlə Əsasnamənin 156-cı maddənin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmağı göstərilmişdir. Cavabdehin etiraz məktubuna əlavə olunmuş Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2 5073 nömrəli məktubunda qeyd olunur ki, hərbi xidmətini davam etdirmək üçün N Ns-li hərbi hissədən gəlmiş, sıravi İddiaçı Ferrudin oğlu N8 Ns-li hərbi hissə komandirinin N iyul N2-ci il tarixli 3 NQ-İİ əmrilə (əsas: səh.-3, §1, sıra-20; qeyd: əmrdə atasının adı “Ferrudin” yazılmışdır) xx.xx.N2-ci il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N8 №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 110 №-li əmrində (əsas: səh 52, §2 əmrdə adı və atasının adı tam yazılmamışdır) sıravi İddiaçı Bakı şəhərinə ezamiyyətə göndərilməsi barədə məlumat vardır. N8 Ns-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 112 Ns-li əmrində (əsas: səh.,-96, §3; qeyd: əmrdə adı tam, atasının adı yazılmamışdır) sıravi İddiaçı xx.xx.N2-ci il tarixdən Ağdam rayonundan ezamiyyətdən qayıtmış hesab edilərək, xidməti vəzifəsinin icrasına başlaması barədə məlumat vardır. N8 NQ-ll hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 38 Ns-li əmrilə (əsas: səh 82, §3, sıra 3) sıravi İddiaçı Firuddin oğluna növbəti “kiçik çavuş” hərbi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N6-cı il tarixli müvafiq əmrinə əsasən ehtiyata tərxis olunmuş, Avtomobil bölüyünün tağım komandirinin müavini, çavuş İddiaçı Firuddin oğlu N8 NQ-İİ hərbi hissə komandirinin xx.xx.N6-cı il tarixli 157 NQ- İİ əmrilə (əsas: §1, sıra-23) xx.xx.N6-cı il tarixdən şəxsi heyətin siyahısından və bütü növ təminatlardan çıxarılaraq, qeydiyyata düşmək üçün Yevlax RHK-na göndərilmişdir. Cavabdeh məktubunda onun ezamiyyətdən qayıtmağı göstərilmişdir, demək o, ezamiyyətə göndərilmişdir. Birinci instansiya məhkəməsi hərbi biletə və Mərkəz Arxiv arayışına əhəmiyyət verməyərək, onun altı il Birinci Qarabağ müharibəsində xidmətinə qiymət verməmişdir. Hərbi biletində açıq formada hərbi xidmətə başlamağı və hərbi xidmətdən təxris olunmağı qeyd edilmişdir. Arxiv arayışında Ağdam rayonundan ezamiyyətdən qayıtmış hesab edilmiş hesab edilərək, xidməti vəzifəsinin icrasına başlaması barədə məlumat vardır-göstərilmişdirsə, demək Ağdam rayonuna ezamiyyətə göndərilmişdir. Arxiv arayışında onun xx.xx.N2-ci il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilməyi qeyd edilmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1534/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2- 1(116)-1534/2022 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni məhkəmə qərar qəbul edilməsini xahiş etmişdir Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddiaçının apellyasiya şikayəti uğurlu sayılır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslıdır. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunsuzdur. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə qərarında qeyd etmişdir ki, iddiaçı “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, həmçinin hərbi döyüşlərdə, ümumiyyətlə döyüş əməliyyatlarında iştirakını sübut edən başqa sənədlərə malik deyildir. İddiaçı tələbin faktiki əsası kimi formal olaraq iş materiallarına istinad etmiş, lakin iş materialları və arxiv arayışları ilə onun hərbi əməliyyatlarda iştirak etməsi barədə məlumatlar öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad etmiş və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. İş materiallarında olan: İddiaçıya məxsus ******* nömrəli hərbi biletin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, N2-ci ildən xx.xx.N6-cı ilədək N nömrəli hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 4-cü səhifədə xx.xx.2000-ci ildən xx.xx.2003-cü ilədək N nömrəli hərbi hissədə avtomobil bölüyünün sürücüsü işləmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 898 nömrəli məktubuna əlavə olunmuş iddiaçının xidmət dəftərçəsində 10-cu sırada onun xx.xx.N2-ci ildə Yevlax RHK-dan hərbi xidmətə çağırıldığı, xx.xx.N2-ci ildə N nömrəli hərbi hissədə andı qəbul etdiyi, xx.xx.N2-ci il tarixdən xx.xx.N6-cı ilədək N nömrəli hərbi hissədə xidmət etdiyi, Müdafiə Nazirliyinin xx.xx.N6-cı il tarixli 141 nömrəli əmrinə əsasən tərxis olunduğu, həmçinin xx.xx.2000-ci il N saylı əmrlə N8 saylı hərbi hissədə sürücü işlədiyi, xx.xx.2003-cü il tarixli 3/GƏ nömrəli əmrlə Əsasnamənin 156-cı maddənin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Cavabdehin etiraz məktubuna əlavə olunmuş Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2-5073 nömrəli məktubunda qeyd olunur ki, hərbi xidmətini davam etdirmək üçün N №-li hərbi hissədən gəlmiş, sıravi İddiaçı Ferrudin oğlu N8 №-li hərbi hissə komandirinin N iyul N2-ci il tarixli 3 №-li əmrilə (əsas: səh.-3, §1, sıra-20; qeyd: əmrdə atasının adı “Ferrudin” yazılmışdır) xx.xx.N2-ci il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N8 №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 110 №-li əmrində (əsas: səh 52, § 2, əmrdə adı və atasının adı tam yazılmamışdır) sıravi İddiaçı Bakı şəhərinə ezamiyyətə göndərilməsi barədə məlumat vardır. N8 №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 112 №-li əmrində (əsas: səh,- 96, §3; qeyd: əmrdə adı tam, atasının adı yazılmamışdır) sıravi İddiaçı xx.xx.N2-ci il tarixdən Ağdam rayonundan ezamiyyətdən qayıtmış hesab edilərək, xidməti vəzifəsinin icrasına başlaması barədə məlumat vardır. N8 NQ-İİ hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 38 №-li əmrilə (əsas: səh 82, § 3, sıra 3) sıravi İddiaçı Firuddin oğluna növbəti “kiçik çavuş” hərbi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N6-cı il tarixli müvafiq əmrinə əsasən, ehtiyata tərxis olunmuş, Avtomobil bölüyünün tağım komandirinin müavini, çavuş İddiaçı Firuddin oğlu N8 NQ-İİ hərbi hissə komandirinin xx.xx.N6-cı il tarixli 157 NQ- İİ əmrilə (əsas: §1, sıra-23) xx.xx.N6-cı il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, qeydiyyata düşmək üçün Yevlax RHK-na göndərilmişdir. Cavabdehin etiraz məktubuna əlavə olunmuş xx.xx.2022-ci il tarixli 4/3-8605 nömrəli məktubda qeyd olunur ki, N nömrəli hərbi hissənin 3-cü, 6-cı və 8-ci Zenit-raket divizionları xx.xx.N3-xx.xx.N4-cü il tarixlərdə döyüş əməliyyatlarında iştirak edib. Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2-1807 nömrəli arayışına əsasən Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olan N nömrəli hərbi hissənin 3-cü, 6-cı və 8-cı Zenit-raket divizionlarında hərbi xidməti barədə məlumat olmadığına görə iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmişşəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Həmin Əsasnamənin 1-ci bəndinin Qeyd hissəsində göstərilmişdir ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı həqiqətən N2-ci ildən xx.xx.N6-cı ilədək N nömrəli hərbi hissədə həqiqi hərbi xidmət keçmiş, N nömrəli hərbi hissənin 3-cü, 6-cı və 8-ci Zenit-raket divizionları xx.xx.N3-xx.xx.N4-cü il tarixlərdə döyüş əməliyyatlarında iştirak etmişdir. Ona məxsus hərbi biletin 7-ci səhifəsində isə onun xx.xx.N4-cü ilə kimi Ağcabədi və Ağdam rayonları ərazisində gedən döyüş əməliyyatlarında iştirak etməsi N8 saylı hərbi hissə komandirinin möhürü ilə təsdiq edilir. Həmçinin Müdafiə Nazirliyinin xx.xx.N6-cı il tarixli 141 nömrəli əmrindən görünür ki, qanuni əsaslarla ehtiyata buraxılmışdır. Bundan başqa iş materiallarından görünür ki, iddiaçı xx.xx.2000-ci ildən xx.xx.2003-cü ilədək N nömrəli hərbi hissədə avtomobil bölüyünün sürücüsü işləmişdir. Lakin cavabdeh orqan onun Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olan N nömrəli hərbi hissənin 3-cü, 6-cı və 8-cı Zenit-raket divizionlarında hərbi xidməti barədə məlumat olmadığına görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsi isə işin yuxarıda göstərilən faktiki hallarına düzgün qiymət verməyərək iddia tələbini təmin etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda adı göstərilən Əsasnamənin qeyd hissəsində döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərdən söhbət gedir ki, hazırkı iş üzrə iddiaçının barəsində qeyd olunan cinayətlərə görə cinayət işinin olmasını, eləcə də cinayət məsuliyyətindən azad edilməsini təsdiq edən müvafiq sübutlar cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri əsas götürərərək hesab edir ki, iddiaçının hərbi xidmətdə olması və qanuni əsaslarla ehtiyata buraxılması ilə yanaşı, onun xidmət keçdiyi hərbi hissə döyüş əməliyyatlarında iştirak etmişdir. Ona görə də, cavabdeh orqanın imtinası əsassız olmuşdur və iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməlidir. Odur ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1534/2022 nömrəli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iş üzrə iddia tələbi təmin edilməli, İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməlidir. Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən iddiaçının apellyasiya şikayəti təmin edilərək, birinci instаnsiyа məhkəməsinin qərаrı ləğv edilməli, yeni qərar qəbul edilərək iddia təmin edilməlidir Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1534/202 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İş üzrə iddia tələbi təmin edilsin. İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-41/2023
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-41/2023
19.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver