Məhkəmə qərarları › İş №2-1(107)-411/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-411/2021

05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-411/2021 05.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə; İddiaçı - İddiaçı və onun nümayəndəsi və vəkili X8, Cavabdeh - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi nümayəndəsi X5, Üçüncü şəxs - X10 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "adına olan "Torpaq sahəsinin planı və ölçüsü"ndəki koordinatların dəyişdirilərək X9 adına olan "Torpaq sahəsinin planı və ölçüsü"ndəki koordinatlara uyğun göstərilməsi və bu barədə ona "Torpaq sahəsinin planı və ölçüsü"nün və "Texniki pasport"un verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə bağlı aşağıdakılar müəyyən edilmişdir: Mingəçevir şəhərində yerləşən 0,06 ha torpaq sahəsinə X12 mülkiyyət hüququ 19.08.2008-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə MH seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” verilmişdir. Həmin 0,06 ha torpaq sahəsi etibarnamə əsasında hərəkət edən X19 ilə X16 arasında bağlanmış 21.08.2008-ci il tarixli AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” ilə X1. X9 adına həmin torpaq sahəsi ilə bağlı 18.09.2008-ci ildə AA seriyalı 001680 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. Həmin 0,06 ha torpaq sahəsinə X9 mülkiyyət hüququ 18.09.2008-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə MH seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” verilmişdir. X16 ilə İddiaçı arasında bağlanmış 14.10.2013-cü il tarixli AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” ilə həmin 0,06 ha torpaq sahəsi İddiaçı satılmışdır. İddiaçı adına Mingəçevir şəhəri ünvan 1 ünvanında yerləşən həmin 0,06 ha torpaq sahəsi ilə bağlı 31.07.2014-cü ildə AA seriyalı 003162 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. Mingəçevir şəhəri ünvan 1 ünvanında yerləşən həmin 0,06 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ 06.08.2014-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” verilmişdir. Mingəçevir şəhəri ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən bağ evi ilə bağlı 29.03.2019-cu ildə cavabdeh tərəfindən İddiaçı adına “Texniki pasport” tərtib edilmişdir. Mingəçevir şəhəri ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə və bağ evinə İddiaçı mülkiyyət hüququ 29.03.2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” verilmişdir. Üçüncü şəxs X10 mülkiyyətində olan torpaq sahəsi ilə bağlı isə aşağıdakılar müəyyən edilmişdir: Mingəçevir şəhərində yerləşən faktiki 0,05117 ha (sənəd üzrə 0,0597 ha) torpaq sahəsi ilə bağlı X4 adına 16.09.2011-ci ildə AA seriyalı 003620 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir. Həmin 0,0512 ha torpaq sahəsinə X4 mülkiyyət hüququ 16.09.2011-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə MA seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. X6 ilə üçüncü şəxs X20 arasında bağlanmış 07.10.2011-ci il tarixli AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” ilə həmin 0,0512 ha torpaq sahəsi üçüncü şəxs X2. Üçüncü şəxs X10 adına həmin 0,0512 ha (sənəd üzrə 0,0597 ha) torpaq sahəsi ilə bağlı 18.10.2011-ci ildə AA seriyalı 003715 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. Həmin 0,0512 ha torpaq sahəsinə üçüncü şəxs X10 mülkiyyət hüququ 22.10.2011-ci ildə daşınmaz əmlakın dövlət reyestrindəqeydiyyata alınaraq bu barədə MA seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” verilmişdir. Mingəçevir şəhəri ünvan 2 ünvanında 0,0541 ha (sənəd üzrə 0,0597 ha) torpaq sahəsində yerləşən bağ evi ilə bağlı 04.07.2019-cu ildə cavabdeh tərəfindən üçüncü şəxs X10 adına “Texniki pasport” tərtib edilmişdir. Mingəçevir şəhəri ünvan 2 ünvanında yerləşən 0,0541 ha torpaq sahəsinə və bağ evinə üçüncü şəxs X10 mülkiyyət hüququ 04.07.2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” verilmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək Mingəçevir şəhəri ünvan 1 ünvanında yerləşən, mülkiyyətində olan torpaq sahəsinin eni 19,55 metr göstərilməklə “Torpaq sahəsinin planı və ölçüsü”nə salınmasını xahiş etmiş, lakin cavabdeh 31.08.2020-ci il tarixli **********17 nömrəli məktubla bildirmişdir ki, ona məxsus bağ evinə dair 29.03.2019cu ildə tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”ndə həmin ölçü 19,55 metr göstərilmişdir. Məktubda iddiaçıya məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “ona məxsus torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü”nə salınmayan hissəsinin “Torpaq sahəsinin planı və ölçüsü"nə salınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Bundan sonra o, məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə göndərərək öz adına olan “Torpaq sahəsinin planı və ölçüsü”ndəki koordinatların dəyişdirilərək X14 adına olan “Torpaq sahəsinin planı və ölçüsü”ndəki koordinatlara uyğun göstərilməsi və ona bu barədə çıxarışın, “Torpaq sahəsinin planı və ölçüsü”nün və "Texniki pasport"un verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin çıxarışın verilməsi hissəsində azaldılması barədə ərizə vermişdir. İddiaçı öz tələbini bununla əsaslandırmışdır ki, o, mülkiyyətində olan Mingəçevir şəhəri ünvan 3 ünvanında yerləşən 0,06 ha torpaq sahəsini X3 almışdır. X9 adına olan “Torpaq sahəsinin planı və ölçüsü”ndəki koordinatlar və onun adına olan “Torpaq sahəsinin planı və ölçüsü”ndəki koordinatlar arasında uyğunsuzluq vardır. Belə ki, ona məxsus “Texniki pasport”da torpaq sahəsinin planında torpaq sahəsinin eni 19,55 metr göstərildiyi halda, həm əvvəlki, həm də yeni “Torpaq sahəsinin planı və ölçüsü”ndə torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarında fərqli rəqəmlər yazılmışdır. Cavabdeh iddiaya qarşı yazılı etiraz verməsə də, məhkəməyə göndərdiyi 15.12.2020-ci il tarixli arayışda bildirmişdir ki, X9 adına və İddiaçı adına olan “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilmiş torpaq sahələri qismən üst-üstə düşür. İddiaçı mülkiyyətində olan torpaq sahəsini X7 11 14.10.2013-cü il tarixli alqı-satqı müqaviləsi ilə satın almışdır. Sözügedən torpaq sahəsi X9 mülkiyyətində olan dövrdə onun adına tərtib edilmiş 18.09.2008-ci il tarixli AA seriyalı 001680 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə 4-1 və 2-3 döngə nöqtələrində torpaq sahəsinin eni 20 metr kimi qeyd olunmuş, lakin iddiaçının hazırkı qonşusu X20 iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 1-2 döngə nöqtələrində sərhəd zolağı boyu 0,5 metr eninə ölçüdə zəbt edərək fərdi yaşayış evi inşa etmişdir. Ona görə də İddiaçı adına tərtib edilmiş 31.07.2014-cü il tarixli AA seriyalı 003162 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə torpaq sahəsinin yerləşdiyi koordinatlarda qismən fərqlilik yaranmışdır. X9 adına olan 18.09.2008-ci il tarixli AA seriyalı 001680 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən koordinatlar elektron xəritə baza məlumatlarına qismən uyğundur. İddiaçı adına olan 31.07.2014-cü il tarixli AA seriyalı 003162 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən torpaq sahəsinin yerləşdiyi koordinatlarda da natura üzrə qismən uyğunsuzluq vardır. Şəki İnzibati Məhkəməsinin 09.03.2021-ci il tarixli 2-1(116)-373/2021 saylı qərardadı ilə X20 üçüncü şəxs qismində iş üzrə inzibati məhkəmə icraatına cəlb edilmişdir. Üçüncü şəxs X10 nümayəndəsi vəkil Nümayəndə iddiaya qarşı 09.04.2021-ci il tarixli etirazında bildirmişdir ki, iddiaçı ilə üçüncü şəxs arasında olan mübahisə güya üçüncü şəxs tərəfindən iddiaçının torpaq sahəsinin zəbt edilməsi ilə bağlıdır. Lakin həmin mübahisəyə Mingəçevir Şəhər Məhkəməsində baxılmış və məhkəmənin 11.06.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilməmişdir. İddiaçıyaməxsus torpaq sahəsinin üçüncü şəxs tərəfindən zəbt edilməməsi 28.04.2020-ci il tarixli ekspert rəyində öz əksini tapmışdır. Belə ki, Mingəçevir Şəhər Məhkəməsində araşdırılma aparılarkən tikinti-texniki ekspertiza təyin edilmiş, yerində baxış keçirildikdən və zəruri sənədlər tədqiq edildikdən sonra üçüncü şəxsin iddiaçıya məxsus torpaq sahəsindən istifadə etmədiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Şəki İnzibati Məhkəməsinin 03 avqsut 2021-ci il tаrixli, 2-1(116)-373/2021 saylı qərarı ilə iddia təmin edilərək İddiaçı adına olan "Torpaq sahəsinin planı və ölçüsü"ndəki koordinatların dəyişdirilərək X9 adına olan 18.09.2008-ci il tarixli AA-001680 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndəki koordinatlara uyğun göstərilməsi və bu barədə ona “Torpaq sahəsinin planı və ölçüsü”nün və “Texniki pasport”un verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Şəki İnzibati Məhkəməsinin 03 avqsut 2021-ci il tаrixli, 2-1(116)-373/2021 saylı qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunlа əsаslаndırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, Ərazi idarəsinin arxiv məlumatlarına, elektron xəritə və məlumat bazasına əsasən X9 adına verilmiş 18.09.2008-ci il tarixli AA-001680 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatlar hazırda İddiaçı mülkiyyətində olan fərdi bağ evinin yerləşdiyi torpaq sahəsi sənəd üzrə və naturada üstüstə düşür. Hər hansı fərqlilik müşahidə olunmur. Eyni zamanda, X9 adına verilmiş torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş 0,06 ha torpaq sahəsinin İddiaçı adına olan torpaq sahəsinin planı və ölçüsü sənədinə daxil edilməyən 275 kv.m hissəsi elektron bazada kimin mülkiyyəti kimi göstərilməsi, reyestrdə kimin mülkiyyəti kimi qeydiyyata aalınması, yaxud kimin adına torpaq sahəsinin planı və ölçüsündə daxil edilməsi barədə məlumat ərazi idarəsinin nə arxivində, nə də ki elektron xəritə baza məlumatlarında mövcuddur. Ona görə ki, naturada ekspert rəyində qeyd edilən 275 kv.m torpaq sahəsi mövcud deyildir. İddiaçı adına olan 31.07.2014-cü il tarixli AA seriyalı 003162 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilmiş 0,06 ha torpaq sahəsi ilə üst-üstə düşməyən 275 kv.m hissəsi elektron bazada kimin mülkiyyətində və ya faktiki istifadəsində göstərilməsi barədə məlumat ərazi idarəsinin arxivində və elektron baza məlumatlarında mövcud deyildir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsi, Şəki İnzibati Məhkəməsinin 03 avqsut 2021-ci il tаrixli, 2-1(116)-373/2021 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxardılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X15 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsi və Şəki İnzibаti Məhkəməsinin 03 avqsut 2021-ci il tаrixli, 2-1(116)-373/2021 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili X17 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsi, Şəki İnzibаti Məhkəməsinin 03 avqsut 2021-ci il tаrixli, 2-1(116)-373/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X20 iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər təqdim olunmuşdur: - İşdə olan, MH seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan görünür ki, Mingəçevir şəhərində yerləşən 0,06 ha torpaq sahəsinə X12 mülkiyyət hüququ 19.08.2008-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan 21.08.2008-ci il tarixli AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, həmin 0,06 ha torpaq sahəsi etibarnamə əsasında hərəkət edən X19 tərəfindən X1. - İşdə olan 18.09.2008-ci ildə AA seriyalı 001680 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, həmin sənəd X9 adına 0,06 ha torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. - İşdə olan MH seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan görünür ki, həmin 0,06 ha torpaq sahəsinə X9 mülkiyyət hüququ 18.09.2008-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan 14.10.2013-cü il tarixli AN-İ seriyalı ******* nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"ndən görünür ki, X16 tərəfindən həmin 0,06 ha torpaq sahəsi İddiaçı satılmışdır. - İşdə olan 31.07.2014-cü ildə AA seriyalı 003162 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndən görünür ki, həmin sənəd İddiaçı adına Mingəçevir şəhəri ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. - İşdə olan RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan görünür ki, Mingəçevir şəhəri ünvan 1 ünvanında yerləşən həmin 0,06 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ 06.08.2014cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan “Texniki pasport”dan görünür ki, həmin sənəd Mingəçevir şəhəri ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən bağ evi ilə bağlı 29.03.2019-cu ildə cavabdeh tərəfindən İddiaçı adına tərtib edilmişdir. - İşdə olan RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan görünür ki, Mingəçevir şəhəri ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə və bağ evinə İddiaçı mülkiyyət hüququ 29.03.2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan AA seriyalı 003620 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, həmin sənəd Mingəçevir şəhərində yerləşən faktiki 0,05117 ha (sənəd üzrə 0,0597 ha) torpaq sahəsi ilə bağlı X4 adına 16.09.2011-ci ildə tərtib edilmişdir. - İşdə olan MA seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan görünür ki, həmin 0,0512 ha torpaq sahəsinə X4 mülkiyyət hüququ 16.09.2011-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan 07.10.2011-ci il tarixli AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqısatqı müqaviləsi”ndən görünür ki, X6 tərəfindən həmin 0,0512 ha torpaq sahəsi üçüncü şəxs X2. - İşdə olan AA seriyalı 003715 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, həmin sənəd üçüncü şəxs X10 adına həmin 0,0512 ha (sənəd üzrə 0,0597 ha) torpaq sahəsi ilə bağlı 18.10.2011-ci ildə tərtib edilmişdir. - İşdə olan MA seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan görünür ki, həmin 0,0512 ha torpaq sahəsinə üçüncü şəxs X10 mülkiyyət hüququ 22.10.2011-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan “Texniki pasport”dan görünür ki, həmin sənəd Mingəçevir şəhəri ünvan 2 ünvanında 0,0541 ha (sənəd üzrə 0,0597 ha) torpaq sahəsində yerləşən bağ evi ilə bağlı 04.07.2019-cu ildə cavabdeh tərəfindən üçüncü şəxs X10 adına tərtib edilmişdir. - İşdə olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan görünür ki, Mingəçevir şəhəri ünvan 2 ünvanında yerləşən 0,0541 ha torpaq sahəsinə və bağ evinə üçüncü şəxs X10 mülkiyyət hüququ 04.07.2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sözü gedən sənədin məzmununa istinad etdmişdir Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İddiaçının apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddia mümkün iddiadır. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1 və 2.2.3cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, inzibati orqanın isə onun tələbini təmin etməməsi və ya qanunla müəyyən edilmiş müddət ərzində müraciətini cavablandırmamasıdır. Apellyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.1-ci, 85.2 -ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində iddiaçının tələbi göstərilmişdir. İddia əsaslılıdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10.1-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsinə görə, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) Texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 2-ci maddəsində deyilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. (2.1-ci maddə) Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. (2.2-ci maddə) Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. (2.3-cü maddə) Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. (2.4-cü maddə) İşdən görünür ki, X16 özünə məxsus olan, Mingəçevir şəhəri ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsini İddiaçı satmış, iddiaçı həmin torpaq sahəsində bağ evi tikmişdir. X9 adına olan 18.09.2008-ci il tarixli AA-001680 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları aşağıdakı kimi göstərilmişdir: Döngə nöqtələri arasındakı Döngə məsafə nöqtələrinin X Y Döngə nömrələri nöqtələri Məsafə (metrlə) 1 167017,21 4521249,01 4-1 20,00 2 166992,88 4521266,57 1-2 29,99 3 167005,83 4521281,83 2-3 20,01 4 167030,15 4521264,26 3-4 29,99 İddiaçı adına eyni torpaq sahəsi ilə bağlı tərtib edilmiş 31.07.2014-cü ildə AA seriyalı 003162 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə isə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları aşağıdakı kimi göstərilmişdir: Döngə nöqtələri arasındakı Döngə məsafə nöqtələrinin X Y Döngə nömrələri nöqtələri Məsafə (metrlə) 1 673353,39 4515794,85 1-2 19,99 2 673364,96 4515811,15 2-3 29,97 3 673390,67 4515795,76 3-4 19,98 4 673379,11 4515779,47 4-1 29,97 Eyni zamanda, İddiaçı adına bağ evi ilə bağlı tərtib edilmiş 29.03.2019-cu il tarixli “Texniki pasport” da həmin ölçülərə uyğun hazırlanmışdır. Birinci instansiya məhkəməsinin 16.04.2021-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu edilərək aşağıdakı suallarla bağlı məlumat tələb olunmuşdur: 1) X9 adına olan 18.09.2008-ci il tarixli AA-001680 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilmiş koordinatlar və X4 adına olan 16.09.2011-ci il tarixli AA-003620 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilmiş koordinatlar üst-üstə düşürmü? 2) İddiaçı adına olan 31.07.2014-cü il tarixli AA-003162 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilmiş koordinatlar və X9 adına olan 18.09.2008-ci il tarixli AA- 001680 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilmiş koordinatlar üst-üstə düşürmü? 3) X10 adına olan 18.10.2011-ci il tarixli AA-003715 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilmiş koordinatlar və X4 adına olan 16.09.2011-ci il tarixli AA-003620 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilmiş koordinatlar üst-üstə düşürmü? 4) İddiaçı adına olan 31.07.2014-cü il tarixli AA-003162 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilmiş koordinatlar və X10 adına olan 18.10.2011-ci il tarixli AA- 003715 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilmiş koordinatlar üst-üstə düşürmü? 5) X13 məxsus olan ev X9 adına olan 18.09.2008-ci il tarixli AA-001680 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilmiş koordinatlarda yerləşən torpaq sahəsi ilə üst-üstə düşürmü? Düşürsə hansı koordinatlarda və ölçüdə? 6) Yuxarıda sadalanan “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin hansında göstərilmiş koordinatlar elektron bazaya uyğundur? Sorğuya cavab olaraq Mingəçevir Layihə Tədqiqat İdarəsi tərəfindən hazırlanmış 01.06.2021-ci il tarixli mütəxəssis rəyində aşağıdakı cavablar verilmişdir: 1) X9 adına olan 18.09.2008-ci il tarixli AA-001680 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilmiş 0,06 ha torpaq sahəsinin koordinatları və X4 adına olan 16.09.2011-ci il tarixli AA-003620 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilmiş 0,0597 ha torpaq sahəsinin koordinatları üst-üstə düşmür. 2) İddiaçı adına olan 31.07.2014-cü il tarixli AA-003162 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilmiş 0,06 ha torpaq sahəsinin koordinatları və X9 adına olan 18.09.2008-ci il tarixli AA-001680 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilmiş 0,06 ha torpaq sahəsinin koordinatları 325 kv.m hissədə üst-üstə düşür. 3) X10 adına olan 18.10.2011-ci il tarixli AA-003715 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilmiş 0,0597 ha torpaq sahəsinin koordinatları və X4 adına olan 16.09.2011-ci il tarixli AA-003620 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilmiş 0,0597 ha torpaq sahəsinin koordinatları bütövlükdə üst-üstə düşür. 4) İddiaçı adına olan 31.07.2014-cü il tarixli AA-003162 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilmiş 0,06 ha torpaq sahəsinin koordinatları və X10 adına olan 18.10.2011-ci il tarixli AA-003715 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilmiş 0,0597 ha torpaq sahəsinin koordinatları üst-üstə düşmür. 5) X13 məxsus olan ev X9 adına olan 18.09.2008-ci il tarixli AA-001680 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilmiş koordinatlarda yerləşən torpaq sahəsi ilə üst-üstə düşmür. 6) Sualın cavablandırılması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət olunması məqsədəmüvafiqdir. Sorğuda qoyulmuş 6-cı suala birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən cavab alınmışdır. Cavabdeh 07.06.2021-ci il tarixli məktubunda bildirmişdir ki, hər iki torpaq sahəsinə müxtəlif dövrlərdə tərtib olunan "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilən koordinatlar elektron xəritə baza məlumatlarına uyğundur. Beləliklə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin arayışı ilə müəyyən edilir ki, İddiaçı 0,06 ha torpaq sahəsini X3 aldığı halda, onun adına cavabdeh tərəfindən verilmiş 31.07.2014-cü il tarixli AA-003162 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndəki koordinatlar X9 adına verilmiş 18.09.2008-ci il tarixli AA-001680 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndəki koordinatlardan fərqli göstərilmiş və 600 kv.m torpaq sahəsinin koordinatları yalnız 325 kv.m hissədə üst-üstə düşür. Bununla yanaşı, müəyyən edilmişdir ki, üçüncü şəxs X10 adına olan 18.10.2011-ci il tarixli AA-003715 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndəki koordinatlar həmin torpaq sahəsini ona satmış X4 adına olan 16.09.2011-ci il tarixli AA-003620 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndəki koordinatlarla bütövlükdə üst-üstə düşür, iddiaçının adına olan “Torpaq sahəsinin planı və ölçüsü”ndəki koordinatlar isə üçüncü şəxsin adına olan “Torpaq sahəsinin planı və ölçüsü”ndəki koordinatlarla üst-üstə düşmür. Eyni zamanda, üçüncü şəxs X13 məxsus olan ev torpaq sahəsini iddiaçıya satan X9 adına olan “Torpaq sahəsinin planı və ölçüsü”ndəki koordinatlarla üst-üstə düşmür. Deməli, iddiaçının adına olan “Torpaq sahəsinin planı və ölçüsü”ndəki koordinatların torpağı ona satan X9 adına olan “Torpaq sahəsinin planı və ölçüsü”ndəki koordinatlardan fərqli göstərilməsinin səbəbi, cavabdehin dəlillərinin əksinə olaraq, üçüncü şəxsin iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsi və evi iddiaçıya məxsus torpaq sahəsində tikməsi deyildir. Birinci instansiya məhkəməsinin 14.06.2021-ci il tarixli məktubu ilə cavabdehə sorğu edilərək, aşağıdakı suallarla bağlı arayış tələb olunmuşdur: 1) İddiaçı adına olan “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən koordinatların X9 adına olan “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən koordinatlardan fəqli olmasının səbəbi nədir? 2) X9 adına olan “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilmiş 0,06 ha torpaq sahəsinin İddiaçı adına olan “Torpaq sahəsinin planı və ölçüsü”nə daxil edilməyən 275 kv.m hissəsi elektron bazada kimin mülkiyyəti kimi göstərilmiş, reyestrdə kimi mülkiyyəti kimi qeydiyyata alınmış, yaxud kimin adına olan “Torpaq sahəsinin planı və ölçüsü”nə daxil edilmiş və kimin faktiki istifadəsindədir? 3) İddiaçı adına olan “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən 0,06 ha torpaq sahəsinin X9 adına olan “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən 0,06 ha torpaq sahəsi ilə üst-üstə düşməyən 275 kv.m hissəsi elektron bazada kimin mülkiyyəti kimi göstərilmiş və kimin faktiki istifadəsindədir? Cavabdehin 30.06.2021-ci il tarixli cavab məktubunda suallara aşağıdakı cavablar verilmişdir: 1) Ərazi İdarəsinin arxiv məlumatlarına, elektron xəritə və məlumat bazasına əsasən, X9 adına olan “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilmiş koordinatlar hazırda İddiaçı mülkiyyətində olan fərdi bağ evinin yerləşdiyi torpaq sahəsi sənəd üzrə və naturada üst-üstə düşür, hər hansı fərqlilik müşahidə olunmur. 2) X9 adına olan “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilmiş torpaq sahəsinin İddiaçı adına olan “Torpaq sahəsinin planı və ölçüsü”nə daxil edilməyən 275 kv.m hissəsinin elektron bazada kimin mülkiyyəti kimi göstərilməsi, reyestrdə kimi mülkiyyəti kimi qeydiyyata alınması, yaxud kimin adına olan “Torpaq sahəsinin planı və ölçüsü”nə daxil edilməsi barədə məlumat Ərazi İdarəsinin arxivində saxlanılan və elektron xəritə baza məlumatlarında mövcud deyil. 3) İddiaçı adına olan “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən 0,06 ha torpaq sahəsinin X9 adına olan “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən 0,06 ha torpaq sahəsi ilə üst-üstə düşməyən 275 kv.m hissəsinin elektron bazada kimin mülkiyyəti kimi göstərilməsi və ya faktiki istifadəsində göstərilməsi barədə məlumat Ərazi İdarəsinin arxivində saxlanılan və elektron xəritə baza məlumatlarında mövcud deyil. Göründüyü kimi, İddiaçı və torpağı ona satmış X9 adlarına olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərindəki koordinatlar açıq-aşkar fərqli olduğu halda, cavabdeh bunun səbəbini izah etmək əvəzinə, cavab məktubunda bunu inkar etməyə çalışmış, eyni zamanda, həmin sənədlərlə üst-üstə düşməyən 275 kv.m torpaq sahəsi ilə bağlı işə baxan məhkəmələrə heç bir məlumat verə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçının adına “Torpaq sahəsinin planı və ölçüsü”nü tərtib edərkən iddiaçının X3 aldığı 600 kv.m torpaq sahəsinin yalnız 325 kv.m hissəsini sənədə daxil etmiş, daxil etdiyi qalan 275 kv.m isə iddiaçıya məxsus olmayan torpaq sahəsidir. Buna uyğun olaraq, iddiaçının adına verilmiş “Texniki passport”da torpaq sahəsi ilə bağlı məlumatlar da yanlışdır. Ona görə də iddia təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə bağlı sonuncunun adına verilmiş plan ölçü sənədləri ilə həmin torpaq sahəsinin əvvəlki mülkiyyətçillərinin adına olan plan ölçü sənədləri arasında olan fərqliliklərin səbəblərinin ağlabatan izahını verə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi əsassızdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibаti Məhkəməsinin 03 avqsut 2021-ci il tаrixli, 2-1(116)-373/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar