Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-412/2020 01.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-432/2020nömrəli qərardadından iddiaçının prosessual hüquq varisi X14 tərəfindən verilmiş аpellyаsiyаşikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X26 (bundan sonra cavabdeh və ya DƏDRX-in 12 saylı X29) qarşı (üçüncü şəxs X6 cəlb edilməklə) iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, “Qax şəhəri N.ünvan 3 (yeni qaydada 55) ünvanda yerləşən fərdi evin yerləşdiyi torpaq sahəsi üzərində X7 hüququnun dövlət qeydiyyatının və həmin evə dair xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, həmin fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində (tam mülkiyyət hüququnda) X12 hüququnun dövlət qeydiyyatına alaraq Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qax şəhəri N.ünvan 1 ünvanda anası X12 adına fərdi yaşayış evi vardır. X19 1982-ci ildə vəfat etmiş, öldüyü məqamadək malik olduğu yuxarıda göstərilən fərdi yaşayış evi miras qalmışdır. X2 üzrə birinci növbədə olan, özü də daxil olmaqla, 7 vərəsəsi vardır (Əsas: Qax RİH başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 378 saylı xx.xx.2019-cu il tarixli Arayışı). Anası vəfat etdikdən sonra miras əmlaka sahiblik etməklə, bu dövrdə miras əmlaka əmlakın dəyərini xeyli artıran vəsait qoymaqla (əsaslı təmir və s.), bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə mirası qəbul etmişdir. O, yuxarıda göstərilən xx.xx.2019-cu il tarixli Çıxarış və xx.xx.2019-cu il tarixli Texniki Pasportu aşağıdakı səbəblərdən qanunsuz hesab edir, mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirir. Hesab edir ki, o, X2 üzrə birinci növbədə olan vərəsəsi olduğundan, yuxarıda göstərilənlər onun marağına toxunur. Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə xx.xx.2004-cü il tarixli qərarında göstərmişdir ki, fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər. Qeyd edir ki, bu işlə bağlı idarəyə müraciət etmişdir. İdarə tərəfindən təqdim edilən xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Qax şəhəri, N.Gəncəvi küçəsi, 18 (55) ünvanda yerləşən fərdi evin yerləşdiyi torpaq sahəsi üzərinə X7 (hazırda mərhum) hüququnun dövlət qeydiyyatına alınması zamanı, idarə hüquqi əsas kimi torpaq payı alacaq vətəndaşların siyahısını və Qax Rayonu Aqrar İslahat Komissiyasının 2007-ci il tarixli qərarı olmuşdur. Burada bir çox sual meydana çıxır. Məktubdan görünür ki, Qax Rayon AİK-nın qərarı 2007-ci ilə dəlalət edir. X9 2007-ci ildə fəaliyyət göstərirdimi, hələ bir qərar da versin. Bildirir ki, "Dövlət X5 yaradılması haqqında" xx.xx.1995-ci il tarixli və "AR Dövlət X10 haqqında Əsasnamənin təsdiq edilməsi barədə" xx.xx.1995-ci il tarixli normativ hüquqi aktlar AR Prezidentinin xx xxxxx 2005-ci il tarixli Fərmanı ilə qüvvədən düşmüşdür. 2007-ci ildə X9 fəaliyyət göstərmirdi. Torpaq payı alacaq vətəndaşların siyahısı və Qax Rayon AİK-nın qərarı torpaq sahəsi üzərinə hüququnun dövlət qeydiyyatına alınmasına hüquqi əsasdırsa, hansı səbəbdən evin xx.xx.2019-cu il tarixli Texniki Pasportunda hüquqi əsas kimi təkcə xx.xx.2008-ci il tarixli 066823 saylı “Torpaq sahəsinin planı və ölçüsü” göstərilmişdir. Torpaq payı alacaq vətəndaşların siyahısı və Qax Rayon AİK-nın qərarı isə göstərilməmişdir. xx.xx.2019-cu il tarixli Texniki Pasportdan müəyyən olunur ki, Qax şəhəri, N.Gəncəvi küçəsi, 18 (55) ünvanda yerləşən evin yerləşdiyi torpaq sahəsi üzərinə hüquqların dövlət qeydiyyatına alınmasına əsas X12 adına olan xx.xx.2008-ci il tarixli 066823 saylı “Torpaq sahəsinin planı və ölçüsü” olmuşdur. İşin hallarından görünür ki, qeydiyyat obyekti fərdi yaşayış evidir və onun mülkiyyətçisi X13. Qax Rayonu AİK-nın 2007-ci il tarixli qərarı olsa belə bu sənəd hüquqların dövlət qeydiyyatı üçün kifayətdirmi? Yoxsa başqa sənəd tələb olunur. Qax şəhəri, N.Gəncəvi küçəsi, 18 (55) ünvanda yerləşən evin yerləşdiyi torpaq sahəsi üzərində X7 hüququnun rəsmiləşdirilməsinə (xx.xx.2019-cu il tarixli Çıxarış və xx.xx.2019-cu il tarixli Texniki Pasportunun tərtib edilməsinə) heç bir hüquqi əsas mövcud deyildir. Torpaq payı alacaq vətəndaşların siyahısı və Qax Rayon AİK-nın qərarı hüquqların dövlət qeydiyyatı üçün kifayət etmir və əsas deyildir, qeydiyyat üçün “Torpaq sahəsinin planı və ölçüsü” tələb olunur. xx.xx.2008-ci il tarixli 066823 saylı “Torpaq sahəsinin planı və ölçüsü” isə yalnız X12 adına işlənmişdir. xx.xx.2008-ci il tarixli 066823 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nün ləğv edilmiş DTXK tərəfindən X12 adına işlənməsi isə qanunidir və yuxarıda göstərdiyi Əsasnaməyə əsaslanır. Hər bir halda, fərdi yaşayış evinin birinin, onun yerləşdiyi torpaq sahəsinin başqasının mülkiyyətində olması absurd görünür və Torpaq Məcəlləsinin 88-ci və Mülki Məcəllənin 245-ci maddələri ilə uzlaşmır. Yuxarıda göstəriləri rəhbər tutaraq hesab edir ki, xx.xx.2019-cu il tarixli Çıxarış və xx.xx.2019-cu il tarixli Texniki Pasport qanunsuz və əlverişsiz olduğundan ləğv edilməli və yeni sənədlər verilməlidir. Birinci instansiya məhkəməsinə cavabdeh etiraz ərizəsi göndərmiş etirazında bildirmişdir ki, X12 vərəsəsi tərəfindən DTXK-nın Qax rayon şöbəsi tərəfindən X12 adına verilmiş xx xxxxxxxx 2008-ci il tarixli, A-066823 saylı torpaq sahəsinin plan və ölçüsü və baş memar tərəfindən təsdiqlənmiş layihə təqdim edilərək Qax şəhəri N.ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi üçün ərazi idarəsinə müraciət edilmişdir. Ərazi idarəsinin arxiv materiallarında X12 adına ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair 1001 inventar nömrəli texniki pasport verilməsi barədə məlumat mövcuddur. DTXK-nın Qax rayon şöbəsi tərəfindən təhvil verilmiş Qax şəhərində aqrar islahat zamanı həyətyanı torpaq sahəsi alacaq subyektlərin siyahısının 516-cı qrafasında X19 və X7 adı göstərildiyindən xx xxxxxxxx 2019-cu il tarixdə ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda fərdi yaşayış evi tam olaraq X12 adına, torpaq sahəsi isə X12 və X8 adına olmaqla ümumi birgə göstərilmişdir. İddiaçı etibarnaməsi ilə çıxış edən X4 şəhəri N.ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə verilmiş **********17-10301 reyestr nömrəli çıxarışda torpaq sahəsində mülkiyyətçilər sırasından X8 adı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda mülkiyyətçilər sırasına Qax Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 2007-ci il tarixli qərarı əsasında daxil edildiyindən mülkiyyətçilər sırasından çıxarılmasının ərazi idarəsinin səlahiyyətlərinə aid olmadığı vətəndaşa bildirilmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə mərhum X7 qızı X6 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli iclasında Mülki Prosessual Məcəllənin 58-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixində ölmüş İddiaçı prosessual hüquq varisi X14 ilə ilə əvəz edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının prosessual hüquq varisi X14 izahatında mübahisəli evdə 6 ildən artıq müddətdə yay aylarında gəlib qaldıqlarını, həmin evdə X7, sonra isə X1 yaşamasına dayısı Qalibin icazə verdiyini, əslində evin sənəd üzrə olmasa da, faktiki olaraq Rusiyada yaşayan dayısına məxsus olduğunu, evin təmirinə onun 16 min manata yaxın vəsait xərclədiyi, mərhum X11 və X1 həmişə orada yaşadıqlarını bildirib iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X17 iddiaya etiraz edib izahatında çıxarış verilərkən heç bir qanun pozuntusuna yol verilmədiyini, plan ölçü sənədində şəhadətnamədən fərqli olaraq bütün ailə üzvlərinin deyil yalnız bir mülkiyyətçinin qeyd olunduğunu və həmin sənədə əlavə olunmuş siyahıya əsasən də sənəd verildiyini bildirib iddianın təmin olunmamasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs X6 izahatında göstərmişdir ki, anası ölənə qədər bir yerdə, sonra isə mübahisəli evdə özü yaşamış, mərhum iddiaçı ailəsi ilə bir yerdə həmin vaxtlar yay aylarında gəlib orada müvəqqəti yaşamışlar. İddianın rədd edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxsin vəkili X15 iddiaya etiraz edib izahatında, iddiaçının 10 ildən artıq müddət ərizində yay aylarında gəlib həmin evdə ailəsi ilə birlikdə qaldığını, üçüncü şəxsin faktiki olaraq həmin evin zirzəmisində yaşadığını, iddiaçının da, digər şəxslərin də həm üçüncü şəxsin mərhum anasının, həm də üçüncü şəxsin islahat vaxtı orada yaşadıqları bildiklərini, əksinə iddiaçının islahat vaxtı Qaxda qeydiyyatda olmadığını, həmin vaxtlarda Bakıda qeydiyyatda olmaqla yaşadığını bildirib iddianın rədd olunmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-432/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçının prosessual hüquq varisi X3 İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-432/2020 nömrəli qərardadından apelyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tək onun yox, sözü gedən daşınmaz əmlaka qanun üzrə vərəsə kimi hüququ olan bütün şəxslərin haqlarını tapdalamışdır. Digər tərəfdən DƏDRX-in 12 saylı X24 sual doğuran hərəkətlərinə hüquqi bəraət vermişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının prosessual hüquq varisi X14 apelyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-432/2020 nömrəli qərardadının ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X6 və vəkili X15 apelyasiya şikayətinin əsassız olduğu üçün təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-432/2020 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq DƏDRX-in 12 saylı X29 nümayəndəsinin iştirakını təmin etməmişdir. Nümayəndənin iştirak etməməsinin üzrlü səbəbdən olması haqqında hər hansı sübut daxil olmamışdır. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İPM-in 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqda düzgün nəticəyə gəlmişdir. Belə ki, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in xx xxxx 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 296.1-ci maddəsinə əsasən, iddiaçının öz hüququnun pozulduğunu bilməli olduğu vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. İşdən görünür ki, iddiaçının xx.xx.2008-ci il tarixli A seriyalı 066823 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin mövcudluğundan azından 2008-ci ildən məlumatı olmuş, lakin həmin vaxtdan 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etməmişdir. İddiaçının ləğvini tələb etdiyi çıxarışın verilməsinə əsas olan plan ölçü sənədi isə öz növbəsində Qax Rayon AİK-nin xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarına əsasən tərtib olunmuş, həmin qərar isə ləğv olunmamış və mübahisələndirilməmişdir. Həmin dövrdə mövcud olmuş DTXK-nin Qax rayon şöbəsinin vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi), hazırkı halda mübahisəli çıxarışın verilməsinə əsas olmuş plan ölçü sənədinin tərtib olunmasında hər hansı hüququnun pozulması ilə əlaqədar iddiaçı həmin dövrdə qüvvədə olmuş MPM-nin tələblərinə uyğun mübahisə qaldırmamışdır. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in xx xxxx 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, x xxxxxx 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni x xxxxxx 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti x xxxxxx 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə əsas olan plan ölçü sənədi 2008-ci ildə tərtib olunduğu üçün, həmin dövrdə isə İPM qüvvədə olmadığına görə müvafiq olaraq həmin dövrdə öhdəliyin icrasına dair iddia da mövcud olmamış, vətəndaşların pozulmuş hüquqlarının bərpası üçün müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar iddia qaldırmaq imkanı nəzərdə tutulmuşdur. Hər bir halda Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə əsas olan olan ilkin sənəd ləğv olunmadan çıxarışın ləğvinin mümkün olmaması səbəbindən, qeyd olunan ilkin sənədin də ləğv olunması üçün ilk növbədə cavabdeh inzibati orqana müraciət edilmədiyindən iddia mümkün sayıla bilməz. İşdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının hüquq varisinə yardım edilərək tələbin dəyişdirilməsi də iddianın mümkün sayılması ilə nəticələnə bilməzdi, belə ki, bu halda da cavabdeh inzibati orqana analoji tələblə müraciət olunması zəruri idi ki, iddiaçı tərəfindən buna əməl edilməmişdir. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. X20 Məhkəməsi “Miragall Eskolano və digərləri İspaniyaya” qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar; «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. 87.6-cı mаddəsinə əsаsən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-432/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı prosessual hüquq varisi X14 tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-432/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-412/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-412/2020
01.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver