Məhkəmə qərarları › İş №2-1(107)-412/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-412/2023

12.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-412/2023 12.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “X8, X4 və X5 adına işlənmiş torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə (JN-252 F, kod ********) dəyişiklik edilməsi, adları qanunsuz olaraq işlənmiş X4 və X5 adlarının adlılar siyahısından çıxarılması, Ağdaş rayon AİK-nın 10 fevral 1998-ci il tarixli qərarına əsasən 1996-2000-ci illərin təsərrüfatbaşına kitabında təsərrüfatın başçısı olmuş X8, arvadı X7 və oğlu İddiaçı2 adlarının adlılar siyahısına əlavə edilməsi və müvafiq elektron baza məlumatlarında yerləşdirilməsi vəzifəsinin öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 may 2023-cü il tarixli 2-1(116)-770/2023 nömrəli qərardadından iş üzrə iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “X9, X4 və X5 adına işlənmiş torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə (JN-252 F, kod ********) dəyişiklik edilməsi, adları qanunsuz olaraq işlənmiş X4 və X5 adlarının adlılar siyahısından çıxarılması, Ağdaş rayon AİK-nın 10 fevral 1998-ci il tarixli qərarına əsasən 1996-2000-ci illərin təsərrüfatbaşına kitabında təsərrüfatın başçısı olmuş X8, arvadı X7 və oğlu İddiaçı2 adlarının adlılar siyahısına əlavə edilməsi və müvafiq elektron baza məlumatlarında yerləşdirilməsi vəzifəsinin öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Sonradan iddiaçıların vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “X9, X4 və X5 adına işlənmiş torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin qismən ləğv edilməsinə, X4 və X5 adlarının adlılar siyahısından çıxarılmasına, 10 fevral 1998-ci ildə Ağdaş rayon AİK-nın sədrinin imzası və möhürü ilə təsdiqlənmiş Ağdaş RİHB-nin Dəhnəxəlil kəndində torpaq payı almaq hüququ olan vətəndaşların siyahısı adlı sənədə əsasən 242 saylı təsərrüfatda adları qeyd olunmuş 1966-cı il təvəllüdlü X9 özü ailə başçısı olmaqla,1969-cu il doğumlu arvadı İddiaçı1 və 1995-ci il doöumlu oğlu İddiaçı2 adlarının müvafiq elektron baza məlumatlarına yerləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə birinci instansiya məhkəməsinin iclas protokolun qərardadı ilə qəbul edilmişdir.

3. İşin qısa mahiyyəti ondan ibarətdir ki, hazırkı iş üzrə iddiaçılardan İddiaçı1 mərhum X3 arvadı, İddiaçı2 isə onun oğludur. İddiaçılar Aqrar islahatı zamanı qanuni istifadələrində olan fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinin onların birgə mülkiyyətinə verilməli olduğu halda, hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb olunmuş X5 və X1 nikaha daxil olduğu mərhum X4 mülkiyyətinə verildiyini iddia ərizəsində qeyd etmiş,bu faktın qanuni olmasını mübahisələndirmişdir.Cavabdeh tərəfindən 28 noyabr 2022-ci il tarixli məktuba əsasən tələbləri icra olunmamışdır.

4. Cavabdeh birinci instansiya məhkəməsinə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya münasibətində bildirmişdir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq başqabaşqa subyektlərin mülkiyyətində olan sənəddə hər hansı bir düzəlişin və ya har hansı hüquq sahibinin ləğv edilməsi 17 saylı Yevlax ərazi İdarəsinin səlahiyyətinə aid deyildir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.Cavabdeh orqan iddia tələbinə etirazını ilkin imtina dəlillərinə uyğun əsaslandırmışdır.

5. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.

7. Üçünçü şəxs iddia ərizəsinə etirazında iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 23 may 2023-cü il tarixli 2- 1(116)-770/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

9. İddiaçıların nümayəndəsi və vəkili Vəkil1 həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

10. İddiaçıların nümayəndəsi və vəkili apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin tərəfə hüquqi yardımı qaydasında iddia tələbində dəqiqləşmə aparılmasına baxmayaraq, məhkəmə iddia tələbini mümkün saymamışdır. Məhkəmənin qərardadını əsassız və qanunsuz hesab edir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 23 may 2023-cü il tarixli 2-1(116)-770/2023 nömrəli qərardadının ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 23 may 2023-cü il tarixli 2-1(116)-770/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçılar, onların nümayəndəsi və vəkili, üçüncü şəxslər və onların vəkili məhkəmə iclasında iştirak etməmişdir.

13. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

15. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.

16. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət X17siyası, Naxçıvan Muxtar Respublikası X17siyası, rayon və yerli X17siyaları aparır. 22-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli X17siyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon X17siyasına şikayət edə bilərlər. Rayon X17siyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X6 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət X17siyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət X17siyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət X17siyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

17. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkilinə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq hüquqi yardım qaydasında izah olunmuşdur ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olduğundan cavabdehin imtinasının olubolmaması iddianın xüsusi mümkünlük şərti kimi yoxlanılmalı və iddia tələbi yalnız cavabdehin imtinası olduğu halda və ya cavabdehin hərəkətsizliyi səbəbindən iddiaçının müraciəti cavablandırılmadığı halda mümkün sayılmalıdır.İddia tələbinin dəqiqləşdirilməsində göstərilən tələblə bağlı cavabdeh inzibati orqana müraciət olunmamışdır.

20. Belə ki, iddia ərizəsinin əsasən iddiaçıların tələbi aşağıdakılardan ibarətdir: 1. X9, X4 və X5 adına işlənmiş torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin qismən ləğv edilməsi; 2. X4 və X5 adlarının adlılar siyahısından çıxarılması; 3. 10 fevral 1998-ci ildə Ağdaş rayon AİK-nın sədrinin imzası və möhürü ilə təsdiqlənmiş Ağdaş RİHB-nin Dəhnəxəlil kəndində torpaq payı almaq hüququ olan vətəndaşların siyahısı adlı sənədə əsasən 242 saylı təsərrüfatda adları qeyd olunmuş 1966-cı il təvəllüdlü X9 ailə başçısı olmaqla,onun 1969-cu il doğumlu arvadı İddiaçı1 və 1995-ci il doğumlu oğlu İddiaçı2 adlarının müvafiq elektron baza məlumatlarına yerləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması.

21. İddiaçıların cavabdehə 23 sentyabr 2023-cü il tarixli ilkin müraciəti “X8, X4 və X5 adına işlənmiş torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə (JN-252 F, kod ********) dəyişiklik edilməsi, adları qanunsuz olaraq işlənmiş X4 və X5 adlarının adlılar siyahısından çıxarılması, Ağdaş rayon AİK-nın 10 fevral 1998-ci il tarixli qərarına əsasən 1996-2000-ci illərin təsərrüfatbaşına kitabında təsərrüfatın başçısı olmuş X8, arvadı X7 və oğlu İddiaçı2 adlarının adlılar siyahısına əlavə edilməsi və müvafiq elektron baza məlumatlarında yerləşdirilməsi vəzifəsinin öhdəliyinin cavabdehin üzərinə qoyulması” şəklində olmuşdur.

22. İddia tələbinin dəqiqləşdirilməsi zamanı irəli sürülən iddia tələbləri ilkin müraciətdə göstərilənlərdə fərqli olmuşdur. Belə ki, hazırkı iddianın dəqiqləşdirilməsi barədə ərizədə göstərilən “X9, X4 və X5 adına işlənmiş torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin qismən ləğv edilməsi” barədə tələb inzibati orqana ilkin müraciətdə təsbit olunmamışdır.

23. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı islahat zamanı şəxsin mülkiyyətinə verilmiş torpaq sahəsinin üzərində ümumbirgə mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir. Lakin,iddiaçı tərəfindən hazırkı iddia tələbi onların hüquqi marağına uyğun tərtib edilməmiş,iddia tələbinin dəyişdirilməsi zamanı isə iddianın xüsusi mümkünlük şərtlərinə uyğun olmadığı müəyyən edilmişdir. 24.Məhkəmə kollegiyası digər tərəfdən də onuda qeyd edir ki, “X17 siyasının qərarını dəyişdirmək, torpaq payı almamış şəxslərin adlarını torpaq payı alacaq subyektlərin siyahısına daxil etmək” formasında iddia tələbi özü-özlüyündə mümkün iddia tələbi deyildir.Belə ki,həmin tələblərin irəli sürülməsi müddəti ötürülmüşdür.

25. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005- ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X14 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X6 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir.

26. X6 qərarları inzibati aktdır ki, həmin qərarların mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. X2 verilməsinə əsas olmuş X17siyasının qərarı qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər.

27. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur.

28. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.

29. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət X17siyası, Naxçıvan Muxtar Respublikası X17siyası, rayon və yerli X17siyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli X17siyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon X17siyasına şikayət edə bilərlər. Rayon X17siyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X6 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət X17siyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət X17siyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət X17siyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir.

30. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005- ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X14 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X6 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir.

31. İnzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir.

32. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.

33. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

34. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 may 2023-cü il tarixli 2-1(116)- 770/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ: İddiaçıların nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 23 may 2023-cü il tarixli 2-1(116)-770/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar