Məhkəmə qərarları › İş №2-1(107)-413/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-413/2021

20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-413/2021 20.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Rəfiyev Rövşən Rafiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Həsənzadə Haqverdi Nəbi oğlunun katibliyi cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı "15.10.2020-ci il tarixli **********9217 nömrəli və 13.11.2020-ci il tarixli **********1948 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarların ləğv edilməsi" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 03.08.2021-ci il tarixli, 2-1(116)-493/2021 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə Cavabdeh 9 saylı Ərazi Vergilər İdarəsinin 02.09.2020-ci il tarixli **********037 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar"ına əsasən, İddiaçı məxsus olan Zərdab şəhəri 4 yol ayrıcında yerləşən tikinti mallarının satışı mağazasında 03.09.2020-ci ildən 02.10.2020-ci ilədək operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. Həmin yoxlama "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri"ndə qeydə alınmış və reyestrdən 03.09.2020-ci il tarixli KY201479819 nömrəli çıxarış verilmişdir. Cavabdehin 02.09.2020-ci il tarixli **********037 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar"ı 03.09.2020-ci ildə İddiaçı təqdim olunmuş və iddiaçı qərarla tanış olmasını qərarın surətinə yazaraq bunu imzası ilə təsdiq etmişdir. Cavabdehin əməkdaşı X4 tərəfindən 03.09.2020-ci ildə saat 11.10-da qeyd olunan mağazada bir ədəd duş şlanqı alınaraq 4 manat pul ödənilmiş, lakin ona nəzarət kassa aparatı çeki verilməmiş, araşdırma zamanı nəzarət kassa aparatının nasaz olması, eləcə də nəzarət kassa aparatının işləmədiyi dövrdə nağd pul hesablaşmalarının aparılmasına dair əməliyyatların uçotu kitabının olmaması müəyyən edilmişdir. Bununla bağlı cavabdehin əməkdaşları tərəfindən 03.09.2020-ci il tarixli DVX seriyalı 002478 nömrəli "Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında akt" tərtib edilmişdir. İddiaçı bu sənədi imzalamaqdan və bir nüsxəsini almaqdan imtina etmiş, həmin sənəddə bu barədə qeydiyyat aparılmışdır. Cavabdeh tərəfindən iddiaçıya 08.09.2020-ci il tarixli **********474300 nömrəli bildiriş göndərilərək, onun barəsində tərtib edilmiş 03.09.2020-ci il tarixli DVX seriyalı 002478 nömrəli "Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında akt"la bağlı işə 15.10.2020-ci ildə saat 10-da baxılacağı bildirilmişdir. Həmin sənəd 12.09.2020-ci ildə poçt xəbərnaməsinə imza etdirilməklə iddiaçıya çatdırılmışdır. Cavabdehin 15.10.2020-ci il tarixli **********9217 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ı ilə İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Bundan başqa, cavabdeh tərəfindən iddiaçıya 03.09.2020-ci il tarixli **********5082 nömrəli "Operativ vergi nəzarəti zamanı nəzarətin keçirilməsi üçün zəruri sənədlərin təqdim olunması haqqında tələbnamə" verilmiş, iddiaçı tələbnaməni 03.09.2020-ci ildə almasını tələbnamənin surətində imza etməklə təsdiq etmişdir. Tələbnamədə vergilərin hesablanması ilə bağlı malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə faktura və ya elektron vergi hesab faktura əsasında alınmasını təsdiq edən sənədlərin, malların alış aktı, elektron qaimə olmadan malların satıldığı şəxs barədə məlumatların, ciddi hesabat blankı və idxal gömrük bəyannaməsi əsasında alınmasını təsdiq edən və həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin, vergilərin hesablanması ilə əlaqədar bütün sənədlərin 1 iş günü müddətində təqdim olunması tələb edilmişdir. İddiaçı sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə satış məqsədi ilə aldığı malların pərakəndə bazar qiymətinin müəyyən edilməsi zərurəti yarandığına görə cavabdehin 11.09.2020-ci il tarixli **********6105 nömrəli "Ekspertizanın təyin edilməsi haqqında qərar"ı ilə ekspertiza təyin edilmiş və ekspertizanın keçirilməsi üçün "xxxx" MMC-dən ekspert dəvət edilmişdir. Cavabdehin əməkdaşları iddiaçını 14.09.2020-ci ildə həmin qərarla tanış etmiş, lakin iddiaçı **********6284 nömrəli "Ekspertizanın keçirilməsi haqqında qərarla tanış olma barədə protokolu imzalamaqdan imtina etmiş, ona görə də protokolda bu barədə qeyd aparılmışdır. "xxxx" MMC tərəfindən cavabdehə təqdim edilmiş 02.10.2020-ci il tarixli ekspert rəyində 538 adda olan malların pərakəndə bazar qiyməti 61783,45 manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş 02.10.2020-ci il tarixli DVX seriyalı 000348 nömrəli "Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaiməfaktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında akt" tərtib edilmişdir. Həmin aktda operativ vergi nəzarəti zamanı 02.10.2020-ci ildə saat 14.00-da 538 adda ümumi dəyəri 61793,45 manat olan sənədsiz mal qalığının aşkar edilməsi göstərilmişdir. Cavabdeh tərəfindən iddiaçıya 05.10.2020-ci il tarixli **********381600 nömrəli bildiriş göndərilərək, onun barəsində tərtib edilmiş 02.10.2020-ci il tarixli DVX seriyalı 000348 nömrəli "Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında akt"la bağlı işə 13.11.2020-ci ildə saat 10-da baxılacağı bildirilmişdir. Aktın surəti bildirişə əlavə edilmiş və həmin sənəd 06.10.2020-ci ildə poçt xəbərnaməsinə imza etdirilməklə iddiaçıya çatdırılmışdır. Cavabdehin 13.11.2020-ci il tarixli **********1948 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ı ilə İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesabfaktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmamasına görə 6178,35 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı "15.10.2020-ci il tarixli **********9217 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ın ləğv edilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Bundan sonra o, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı "13.11.2020- ci il tarixli **********1948 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ın qanunsuz hesab edilməsi" barədə iddia ərizəsi ilə də Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin 29.04.2021-ci il tarixli qərardadı ilə məhkəmənin icraatında olan həmin işlər üzrə icraat bir icraatda birləşdirilmişdir. İddiaçı hər iki iddianı belə əsaslandırmışdır ki, cavabdehin əməkdaşları ondan hər hansı sənəd tələb etməmiş, yoxlama aparmamışlar. Cavabdehin hər iki qərarı qanunsuz və əsassızdır. Daha sonra iddiaçı məhkəməyə ərizə verərək iddia tələbini dəqiqləşdirmiş və cavabdehin 13.11.2020-ci il tarixli **********1948 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ın qanunsuz hesab edilməsini deyil, ləğv olunmasını xahiş etdiyini bildirmişdir. Cavabdeh 9 saylı Ərazi Vergilər İdarəsi iddianı qəbul etməyərək, iddiaya qarşı 17.12.2020-ci il tarixli və 26.02.2021-ci il tarixli etirazlarında bildirmişdir ki, vergi ödəyicisinin iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi vergi orqanı tərəfindən ona hesablanmış maliyyə sanksiyasını ödəməkdən yayınmaq üçün özünümüdafiə xarakteri daşıyır və yoxlama zamanı heç bir qanun pozuntusuna yol verilməmişdir. Şəki İnzibati Məhkəməsinin 03.08.2021-ci il tarixli, 2-1(116)-493/2021 nömrəli qərarı ilə iddia təmin edilməmiş, prosessual xərclər İddiaçı aid edilməsi və ekspertiza tədqiqatının dəyərini təşkil edən 122 manat məbləğində pul ondan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qərara alınmışdır. İddiaçı həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir. Belə ki, iş üzrə prosessual hüquq normaları kobud şəkildə pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. 9 saylı ərazi vergilər idarəsinin əməkdaşları ondan hər hansı sənəd tələb etməmiş, yoxlama aparmamışlar. Həmin qərar qanunsuz və əsassızdır, cavabdehin qanunsuz tələblərini yerinə yetirməkdən imtina etdiyinə görə ondan qisas almaq cəhdidir. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəməyə ünvanladığı ərizədə göstərmişdir ki, 9 saylı ərazi vergilər idarəsinin əməkdaşları işlədiyi tikinti materialları mağazasında yoxlama aparmaq istəmişlər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq onlara işləmələri üçün şərait yaratmış, sənədləri təqdim etmişdir. Lakin 9 saylı ərazi vergilər idarəsinin əməkdaşları heç bir yoxlama aparmadan ondan konkret məbləğdə pul tələb etmişlər. Onlara hazırda ölkədə tətbiq edilən karantin qaydalarından sonra dövriyyənin və təbii ki, gəlirlərin azalmasını bildirmiş və xahiş etmişdir ki, qanuni yoxlamalarını aparsınlar. 9 saylı ərazi vergilər idarəsinin əməkdaşları qanunsuz əməllərində təkidli olmaları səbəbindən 28 sentyabr 2020-ci il tarixdə məcburən teleqramla Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət etmiş, 9 saylı ərazi vergilər idarəsinin əməkdaşlarının qanunsuz əməllərindən şikayət etmişdir. Bundan başqa Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinə teleqaramla şikayət etmiş, müşahidə kameralarının yaddaşında qalmış görüntüləri təqdim etmiş, sonuncuların çağırışı ilə izahat vermişdir. Hazırda 9 saylı ərazi vergilər idarəsinin əməkdaşlarının qanunsuz əməlləri ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsi tərəfindən müvafiq araşdırma aparılır. 9 saylı, ərazi vergilər idarəsinin rəisi, baş vergi xidməti müşaviri, cənab X1 "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" **********9217 saylı, 15 oktyabr 2020-ci il tarixli qərarı 9 saylı ərazi vergilər idarəsinin əməkdaşlarının qanunsuz əməllərinə haqq qazandırmaq, Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsi tərəfindən aparılan araşdırmaya mane olmaq üçün qəbul edilmişdir. Qərarın guya aşkar edilmiş pozuntu faktından bir neçə gün sonra tərtib edilmiş sənədlər əsasında qəbulu,eləcə də onun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə etdiyi müraciətdən sonra yazdıqlarını sübut edir. 13 yanvar 2021-ci il tarixli məktubunuza uyğun olaraq mağazanın müşahidə kamerasının yaddaş kartından çıxarışı məhkəməyə göndərir. Videogörüntülərdən də məlum olur ki, 9 saylı ərazi vergilər idarəsinin əməkdaşları protokolda göstərilən tarixdə deyil, ondan 5 gün sonra tərtib etmək və ona imzalatmaq istəsələr də etiraz etmişdir. Həmçinin görüntülərdən də məlum olur ki, kassa aparatının müvəqqəti nasazlığı barədə o aidiyyəti vergi qurumlarına, o cümlədən cavabdehə vaxtında məlumat vermişdir. Hazırda miibahisələndirdiyi qərar qəbul edilərkən o qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməmişdir. Cavabdeh təşkilatda onunla bir dəfə söhbət aparılıb, söhbətin görüntü ilə aparılmışdır, lakin söhbət ümumi olmuş, konkret inzibati xəta barədə olmamışdır." Lakin barəsində şikayət veridiyi məhkəmə aktında göstərilmişdir ki, guya o yaddaş məlumatlarını məhkəməyə təqdim etməmişdir. Bundan başqa, vergi əməkdaşları hər hansı yoxlama aparmamışlar. Vergi əməkdaşları tərəfindən tərtib edilmiş, guya sənədsiz aşkar edilmiş mal qalığı siyahısında əksini tapan malların qiymətləri heç bir standarta, ölçüyə yuğun gəlmir, həmin siyahı hər hansı yoxlama aparılmadan tərtib edildiyindən məhkəmənin elementar araşdırması belə tərtib edilmiş siyahının əsassızlığını siibut edə bilərdi, lakin məhkəmə hər hansı araşdırma aparılmasını təmin etməmişdir. İddiamın əsas dəlillərindən biri "Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnamə"də olan imzanın ona məxsus olmamasıdır. Bu dəlilin yoxlanması üçün məhkəmənin 04.05.2021-ci il tarixli qərardadı ilə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən. 22.06.2021-ci il tarixli 4/669 nömrəli ekspert rəyi alındı. O ekspert rəyi ilə razılaşmamış, ekspertizanın keçirilməsində iştirak etmək isətəsə də ekspertiza idarəsi buna imkan verməmişdir, məhkəmədən təkrar ekspertiza keçirilməsini xahiş etsə də vəsatətim təmin olunmamışdır. İddianın digər dəlili də yoxlama ilə bağlı tərtib edilmiş sənədlərə 03.09.2020-ci il tarixi qoyulsa da, əslində, cavabdehin əməkdaşları mağazada 08.09.2020-ci ildə olmuşlar və mağazanın təhlükəsizlik kamerası onları məhz həmin tarixdə çəkmişdir. Məhkəmənin tələb etdiyi bəzi videogörüntülərin həqiqətən silindiyi səbəbdən məhkəməyə təqdim edə bilməsə də təqdim etdiyi sənədlər iddianın əsaslılığını sübut edə bilirdi. Belə ki, görüntülərdə vergi əməkdaşlarının hər hansı bir sənəd tərtib etmədikləri tarixdə də ticarət obyektində olduqları videogürüntülərdədir. Belə vəziyyətdə sual yaranırdı ki, hər hansı sənəd tərtib etmədikləri tarixdə vergi əməkdaşları ticarət obyektinə niyə gəlmişdilər? Bu səbəbdən də hesab edir ki, məhkəmə tərəflərin təqdim etdikləri sübutlara obyektiv yanaşmamış, təqdiq etməmiş, sübutları tənqidi qiymətləndirmədən hüquqlarını pozan qərar vermişdir. Qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 03.08.2021-ci il tarixli, 2-1(116)- 493/2021 nömrəli qərarının ləğv edilməsini və iş üzrə iddiaçının iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 03.08.2021-ci il tarixli, 2-1(116)-493/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.1-ci maddəsi). Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı haqlı olaraq təmin etməmişdir. İddiaçının apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 03.08.2021-ci il tarixli, 2-1(116)-493/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki,məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: Cavabdeh 9 saylı Ərazi Vergilər İdarəsinin 02.09.2020-ci il tarixli **********037 nömrəli Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarından görünür ki, İddiaçı məxsus olan Zərdab şəhəri 4 yol ayrıcında yerləşən tikinti mallarının satışı mağazasında 03.09.2020-ci ildən 02.10.2020-ci ilədək operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. 03.09.2020-ci il tarixli KY201479819 nömrəli "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, həmin yoxlama "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri"ndə qeydə alınmışdır. Cavabdehin 02.09.2020-ci il tarixli **********037 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarından görünür ki, həmin qərar 03.09.2020-ci ildə İddiaçı təqdim olunmuş və iddiaçı qərarla tanış olmasını qərarın surətinə yazaraq bunu imzası ilə təsdiq etmişdir. 03.09.2020-ci il tarixli DVX seriyalı 002478 nömrəli "Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında aktdan görünür ki, cavabdehin əməkdaşı X4 tərəfindən 03.09.2020-ci ildə saat 11.10-da qeyd olunan mağazada bir ədəd duş şlanqı alınaraq 4 manat pul ödənilmiş, lakin ona nəzarət kassa aparatı çeki verilməmiş, araşdırma zamanı nəzarət kassa aparatının nasaz olması, eləcə də nəzarət kassa aparatının işləmədiyi dövrdə nağd pul hesablaşmalarının aparılmasına dair əməliyyatların uçotu kitabının olmaması müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 08.09.2020-ci il tarixli **********474300 nömrəli bildirişdən görünür ki, iddiaçı barəsində tərtib edilmiş 03.09.2020-ci il tarixli DVX seriyalı 002478 nömrəli "Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında aktla bağlı işə 15.10.2020-ci ildə saat 10-da baxılacağı bildirilmişdir. Cavabdehin 15.10.2020-ci il tarixli **********9217 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 03.09.2020-ci il tarixli **********5082 nömrəli "Operativ vergi nəzarəti zamanı nəzarətin keçirilməsi üçün zəruri sənədlərin təqdim olunması haqqında tələbnamə"dən görünür ki, iddiaçı tələbnaməni 03.09.2020-ci ildə almasını tələbnamənin surətində imza etməklə təsdiq etmişdir. Tələbnamədə vergilərin hesablanması ilə bağlı malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə faktura və ya elektron vergi hesab faktura əsasında alınmasını təsdiq edən sənədlərin, malların alış aktı, elektron qaimə olmadan malların satıldığı şəxs barədə məlumatların, ciddi hesabat blankı və idxal gömrük bəyannaməsi əsasında alınmasını təsdiq edən və həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin, vergilərin hesablanması ilə əlaqədar bütün sənədlərin 1 iş günü müddətində təqdim olunması tələb edilmişdir. Cavabdehin 11.09.2020-ci il tarixli **********6105 nömrəli "Ekspertizanın təyin edilməsi haqqında qərar"ından görünür ki, İddiaçı sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə satış məqsədi ilə aldığı malların pərakəndə bazar qiymətinin müəyyən edilməsi zərurəti yarandığına görə ticarət üçün ekspertiza təyin edilmiş və ekspertizanın keçirilməsi üçün "xxxx" MMC-dən ekspert dəvət edilmişdir. "xxxx" MMC tərəfindən cavabdehə təqdim edilmiş 02.10.2020-ci il tarixli ekspert rəyindən görünür ki, 538 adda olan malların pərakəndə bazar qiyməti 61783,45 manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş 02.10.2020-ci il tarixli DVX seriyalı 000348 nömrəli "Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında akt"dan görünür ki, operativ vergi nəzarəti zamanı 02.10.2020-ci ildə saat 14.00-da 538 adda ümumi dəyəri 61793,45 manat olan sənədsiz mal qalığı aşkar edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 05.10.2020-ci il tarixli **********381600 nömrəli bildirişdən görünür ki, iddiaçının barəsində tərtib edilmiş 02.10.2020-ci il tarixli DVX seriyalı 000348 nömrəli "Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaiməfaktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında akt"la bağlı işə 13.11.2020-ci ildə saat 10-da baxılacağı bildirilmişdir. Aktın surəti bildirişə əlavə edilmişdir. Cavabdehin 13.11.2020-ci il tarixli **********1948 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ından görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71- 2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmamasına görə 6178,35 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, iddiaçının mübahisələndirdiyi 15.10.2020-ci il tarixli **********9217 nömrəli və 13.11.2020-ci il tarixli **********1948 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"lar onun ticarət fəaliyyəti həyata keçirdiyi mağazada cavabdeh tərəfindən operativ vergi nəzarəti həyata keçirilməsi nəticəsində aşkar edilmiş hallarla bağlı qəbul edilmişdir. Cavabdehin 15.10.2020-ci il tarixli **********9217 nömrəli qərarı ilə iddiaçı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə, 13.11.2020-ci il tarixli **********1948 nömrəli qərarı ilə isə sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaiməfaktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmamasına görə 6178,35 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı cavabdehin qərarları ilə razılaşmamasını bir neçə dəlillə əsaslandırmışdır. Onlardan biri 03.09.2020-ci il tarixli **********5082 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnamə"də olan imzanın ona məxsus olmamasından ibarətdir. Yuxarıda qeyd olunan dəlilin yoxlanması üçün məhkəmənin 04.05.2021-ci il tarixli qərardadı ilə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən 22.06.2021-ci il tarixli 4/669 nömrəli ekspert rəyi alınmışdır. Həmin rəylə müəyyən edilmişdir ki, qeyd olunan sənədin aşağı hissəsində "İddiaçı" əlyazma mətni ilə "03.09.2020-ci il" əlyazma mətni arasında "İmza" qrafasındakı imza İddiaçı tərəfindən icra olunmuşdur. Göründüyü kimi, iddiaçının bu dəlili ekspert rəyi ilə təkzib olunmuşdur. Bundan başqa iddiaçının digər dəlili bundan ibarətdir ki, yoxlama ilə bağlı tərtib edilmiş sənədlərə 03.09.2020-ci il tarixi qoyulsa da, əslində, cavabdehin əməkdaşları mağazada 08.09.2020-ci ildə olmuşlar və mağazanın təhlükəsizlik kamerası onları məhz həmin tarixdə çəkmişdir. Ona görə də məhkəmənin 10.02.2021-ci il, 29.03.2021-ci il və 09.04.2021-ci il tarixli məktubları ilə iddiaçıya aşağıdakı sübutları məhkəməyə təqdim etməsi təklif olunmuşdur: - Mağazanızın giriş-çıxış qapılarının, nəzarət kassa aparatının qoyulduğu yerin və şəxsən özünün olduğu yerin videoçəkilişini aparan kameralar vardırsa, 03.09.2020-ci ildə saat 11.00-dan 12.00-dək olan çəkilişlər. - 03.09.2020-ci ildə saat 11.00dan 12.00-dək olan müddətdə iddiaçı özü mağazadan kənar başqa bir yerdə olmuşdursa, bunu təsdiq edən sübutlar. Lakin İddiaçı mağazada olan digər kameraların yaddaşının silindiyini bildirərək tələb olunan sübutları məhkəməyə təqdim etməmiş təqdim etdiyi video görüntülər isə onun apellyasiya şikayətinin əsaslılığını təsdiqləmir. Əksinə, iddiaçının 02.09.2020-ci il tarixli **********037 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar"ın bir nüsxəsində qərarla tanış olmasını yazaraq imzalaması və 03.09.2020-ci il tarixini yazması, eləcə də 03.09.2020-ci il tarixli **********5082 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnamə"nin bir nüsxəsində tələbnaməni almasına dair imza edərək 03.09.2020-ci il tarixini yazması qeyd olunan hərəkətlərin məhz 03.09.2020-ci ildə yerinə yetirildiyini təsdiq edir. Ona görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas ola bilməz. Bununla baglı,Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 50.1-ci maddəsində göstərilmişdir ki, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır. 50.2-ci maddəsinə əsasən, operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3-cü maddəsinə görə, operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4-cü maddəsinə görə, operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.7-ci maddəsinə görə, Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. 58.7.1-ci maddəsində deyilir ki, bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 58.8-ci maddəsində isə deyilir ki, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesabfaktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: 58.8.1. pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə - 1000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir; 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda - alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir; 58.8.3. bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda - alıcıya rəsmiləşdirilməyən xərclərin 10 faizi miqdarında. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi haqqında” qərarların qanunazid olduğunu və həqiqəti əks etdirmədiyini sübut və bunun təsdiq edən mötəbər sübutları təqdim edə bilmədiyindən, habelə məhkəmə araşdırması zamanı sözügedən qərarın qanunverciliyin tələblərinə əməl edilməklə qəbul edilməsi müəyyən edildiyindən iddia tələbi rədd edilməlidir. Qeyd olunanalara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instаnsiyа məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli olan qanunu düzgün tətbiq etmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apelyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 03.08.2021-ci il tarixli, 2-1(116)-493/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar