Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-413/2023 04.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “Göyçay şəhəri, Vidadi küçəsi dalan 4 ev 4 (yeni qaydalarla Göyçay şəhəri, M.V.Vidadi küçəsi 48) ünvanında yerləşən fərdi yaşayış evindən Cavadova Şölə Hicran qızı, X16, X22, X23, Cavadova Günay Aris qızı və X17 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 9 fevral 2023-cü il tarixli 2-1(116)-371/2023 nömrəli qərarından iş üzrə üçüncü şəxslər X16, X22, Cavadova Günay Aris qızı və X24 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı birinci instansiya məhkəməsinə müraciət edərək, Göyçay şəhəri, Vidadi küçəsi dalan 4 ev 4 (yeni qaydalarla Göyçay şəhəri, M.V.Vidadi küçəsi 48) ünvanında yerləşən fərdi yaşayış evindən Cavadova Şölə Hicran qızı, X16, X14, X22, X23, Cavadova Günay Aris qızı və X17 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddia ərizəsinin əsaslarına görə, Göyçay şəhəri, Vidadi küçəsi dalan 4 ev 4 (yeni qaydalarla Göyçay şəhəri, M.V.Vidadi küçəsi 48) ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı fərdi yaşayış evi ilə bağlı sənədləşmə işlərinə görə notariat kontoruna müraciət edərkən ona məlum olmuşdur ki, Cavadova Şölə Hicran qızı, X16, X14, X22, X23, Cavadova Günay Aris qızı və X24 ona məxsus fərdi yaşayış evində pasport qeydiyyatındadırlar. İddiaçı cavabdehə müraciət edərək, həmin şəxslərin ona məxsus evdən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli 196- 26589M-3222 nömrəli imtina məktubunda qeyd etmişdir ki, həmin şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məhkəmə orqanlarının səlahiyyətindədir.
3. Cavabdeh xx.xx.2022-ci il tarixli, 196-37621-1222 nömrəli məktubunda qeyd etmişdir ki, Cavadova Şölə Hicran qızı, X16, X14, X22, X23, Cavadova Günay Aris qızı və X6 şəhəri, Vidadi küçəsi dalan 4 ev 4 saylı ünvanda qeydiyyatda olmaqla Göyçay RPŞ-nin Q və ŞVQ tərəfindən şəxsiyyət vəsiqəsi almışlar. Vətəndaşlardan yığılan sənədlər 5 ilin tamamında akt tərtib edilərək komissiya üzvlərinin iştirakı ilə məhv edilir. Odur ki, həmin şəxslərin şəxsiyyət vəsiqəsi aldıqları vaxtdan 5 il keçdiyi üçün qeydiyyata alınmalarına əsas olmuş sənədlər məhv edilmişdir.
4. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-2137/2022 nömrəli qərardadı ilə Cavadova Şölə Hicran qızı, X16, X14, X22, X23, Cavadova Günay Aris qızı və X24 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb olunmuşlar.
5. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-371/2023 nömrəli qərardadı ilə X7 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatında iştirakına xitam verilmişdir.
6. İddiaçı xx.xx.2023-cü il tarixli teleqramında məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş, iddia tələbini müdafiə etdiyini və iştirakı olmadan işə baxaraq iddianın təmin olunmasını xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin sərəncamı üçüncü şəxslərə ünvanlanmış məktubla birlikdə çatdırılması üçün Göyçay RİH başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdir. Üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 9 fevral 2023-cü il tarixli 2- 1(116)-371/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
9. Üçüncü şəxslər X16, X22, Cavadova Günay Aris qızı və X24 həmin qərardan apellyasiya şikayəti vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsinin qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd edilir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri puplik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********19 nömrəli məktubuna əlavə olunmuş 3509 inventar nömrəli, 675 reyestr nömrəli texniki pasporta əsasən Göyçay şəhəri, Vidadi küçəsi, dalan 4, ev 4 (yeni qaydalarla Göyçay şəhəri, M.V.Vidadi küçəsi 48) ünvanında yerləşən yaşayış evi əvvəlcə X8 mülkiyyətində olmuş, daha sonra X1 onun xüsusi mülkiyyətinə keçmiş və sonuncu tərəfindən isə İddiaçı satılıraq xüsusi mülkiyyətinə verilmişdir. Sözügedən cavab məktubunda Göyçay şəhəri, Vidadi küçəsi, dalan 4, ev 4 (yeni qaydalarla Göyçay şəhəri, M.V.Vidadi küçəsi 48) ünvanında yerləşən yaşayış evinə mülkiyyət hüququnun X10 hansı əsaslarla, nə vaxtdan keçməsi qeyd edilməmişdir. Lakin işə baxan məhkəmə təqdim edilən cavab məktubuna əsaslanmaqla kifayətlənmişdir. Yenə həmin qərərda göstərildiyi kimi mübahisə predmeti olan yaşayış sahəsinin ünvanının Göyçay rayonu olduğu qeyd edildiyi halda, həmin ünvana dair sənədlər 17 saylı Yevlax rayon ərazi idarəsi tərəfindən təqdim olunmuşdur. Bəhs edilən yaşayış evi Göyçay rayonunda yerləşdiyindən evə dair hüquqmüəyyənedici sənədlərdə həmin rayonda aiddiyatı üzrə əlaqəli olduğu 16 saylı Ucar Ərazi İdarəsindən və ya Göyçay ərazi şöbəsindən, yəni müvafiq orqan tərəfindən təqdim edilməli idi. Belə olan halda yaşayış evinin Mehriban Kərimovaya məxsus olduğunu təsdiqləyən sənədlərin qanuniliyinə və düzgünlüyünə əsaslı şübhələr yaranmaqdadır. Göyçay rayon XDS İcraiyyə Komitəsinin 08 avqust 1990-cı il tarixli 16 saylı iclas protokolundan çıxarışdan aydın olur ki, Göyçay şəhəri, Vidadi küçəsi, dalan 4, ev 4 ünvanında yerləşən 22,4 kv.m yaşayış sahəsi, həyətyanı torpaq sahəsi ilə birgə Göyçay rayon XDS İcraiyyə Komitəsinin qərarına əsasən, X11 mülkiyyət hüquqi ilə verilmişdir. Bundan əlavə, Azərbaycan SSRİ tərəfindən təqdim olunan qeydiyyat şəhadətnaməsindən (rayonlararası texniki invertarlaşdırma bürosu tərəfindən) göründüyü kimi Göyçay şəhəri, Vidadi küçəsi, dalan 4, ev 4 ünvanında yerləşən yaşayış sahəsi 22,4 kv.m fərdi yaşayış evi X7 adına qeydiyyata alınmışdır. Sözügedən Göyçay şəhəri, Vidadi küçəsi, dalan 4, ev 4 ünvanında X7 və eləcə də onu ailə üzvləri kimi pnları qeydiyyata alınmağı müvafiq “Ev Kitabı”dan görmək mümkündür. Həmin sənədə əsasən, Sabir Cavadov 1983-cü ildən qeyd edilən ünvanda yaşayır. Yuxarıda göstərilən məlumatlar və şikayətə əlavə edilən sənədlər Sabir Cavadova mülkiyyət hüququ ilə məxsus olan yaşayış evinin Göyçay şəhəri, Vidadi küçəsi, dalan 4, ev 4 ünvanında yerləşdiyini təsdiq edir. Mərhum ataları X14 vəfat etdiyi günədək, onlar isə bu günədək həmin ünvanda, ünvan 7yırlar. Sabir Cavadovun, həmçinin onun qohumları kimi onların Göyçay şəhəri, Vidadi küçəsi, dalan 4, ev 4 ünvanında qeydiyyatda olmaqları qanuna uyğundur və onların qeydiyyatdan çıxarılması ilə bağlı edilmiş hər hansı hərəkət mülkiyyət hüquqlarının pozulmasına səbəb olacaqdır. Hal-hazırda Göyçay şəhəri, Vidadi küçəsi, dalan 4, ev 4 ünvanında yerləşən yaşayış evində faktiki yaşayan X16, X22, X23, Cavadova Günay Aris qızı şəxsiyyət vəsiqələrinin istifadəsinə məhdudiyyət qoyulduğundan həmin ünvanda qeydiyyatdan çıxmaq məcburiyyətində qalmışlardır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 9 fevral 2023-cü il tarixli 2-1(116)-371/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər.
TƏRƏFLƏRİN İZAHATLARİ
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxslər X16 və X24 və onların nümayəndəsi X25 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 9 fevral 2023-cü il tarixli 2-1(116)-371/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdilər.
12. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, üçüncü şəxslər X22, Cavadova Günay Aris qızı, Cavadova Şölə Hicran qızı, X23, vəkilləri Vəkil məhkəmə iclasına gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.
13. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
14. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinin xx.xx.2022-ci il tarixli **********19 nömrəli məktubunda qeyd olunur ki, Cavadova Şölə Hicran qızı, X16, X14, X22, X23, Cavadova Günay Aris qızı və X17 iddiaçıya məxsus fərdi yaşayış evindən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinin xx.xx.2022-ci il tarixli **********19 nömrəli məktubuna əlavə olunmuş: - 3509 inventar nömrəli, 675 reyestr nömrəli texniki pasportun təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Göyçay şəhəri, Vidadi küçəsi dalan 4 ev 4 X8 mülkiyyətində olmuşdur. - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı 290510 nömrəli plan-ölçü sənədinin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Göyçay rayon AİK-nın xx.xx.1999-cu il tarixli 50 nömrəli qərarı ilə 579,2 kv.m həyətyanı torpaq sahəsi X9 ayrılmışdır. - 08.06.2001-ci il tarixli Müqavilənin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, X15 mülkiyyətində olan Göyçay şəhəri, Vidadi küçəsi dalan 4 ev 4 ünvanında yerləşən fərdi yaşayış evini X2. - RX seriyalı ******* nömrəli xx.xx.2012-ci il tarixli çıxarışdan görünür ki, Göyçay şəhəri, Vidadi küçəsi dalan 4 ev 4 ünvanında yerləşən fərdi yaşayış evi X4 xüsusi mülkiyyətində olmuşdur. - 05.09.2012-ci il tarixli ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, X12 xüsusi mülkiyyətində olan Göyçay şəhəri, Vidadi küçəsi dalan 4 ev 4 ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı satmışdır. - RX seriyalı ******* nömrəli xx.xx.2012-ci il tarixli və xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışlardan görünür ki, Göyçay şəhəri, Vidadi küçəsi dalan 4 ev 4 (yeni qaydalarla Göyçay şəhəri, M.V.Vidadi küçəsi 48) ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. - “Elektron notariat” X3 vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışdan görünür ki, üçüncü şəxslər iddiaçıya məxsus fərdi yaşayış evində pasport qeydiyyatındadırlar. - “AZEMİS” Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, X14 xx.xx.2022-ci ildə vəfat etmişdir. - Məhkəmə kollegiyası tərəfindən xx.xx.2023-cü il tarixdə DƏDKR PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə sorğu edilərək mübahisə predmeti olan, İddiaçı mülkiyyətində olan, “Göyçay şəhəri, Vidadi küçəsi dalan 4 ev 4 (yeni qaydalarla ünvan 8 ünvanının və vətəndaşlar Cavadova Şölə Hicran qızının, X13, X18, X19, Cavadova Günay Aris qızının və X17 qeydiyyatda olduğu ünvan 9 ünvanı ilə eyni olub-olmaması, əgər eyni deyilsə ayrıayrılıqda hansı ünvanlar olması barədə rəsmi məlumatın məhkəmə kollegiyasına təqdim edilməsi xahiş edilmişdir. - DƏDKR PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubuna əsasən, İddiaçı Cavadova Şölə Hicran qızı, X16, X22, X23, Cavadova Günay Aris qızı və X17 mülkiyyətində olan fərdi yaşayış evlərinin ünvanları fərqlidir. Bundan əlavə qeyd edilmişdir ki, İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin ünvanı ünvan 10çəsi 48), Cavadova Şölə Hicran qızı, X16, X22, X23, Cavadova Günay Aris qızı və X17 istifadəsində iki fərdi yaşayış evi olduğu üçün ünvanlar dalan 4, ev 3 və dalan 4, ev 3A-dır.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
16. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının: - 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. - 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. - 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. - 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 11-ci bəndində qeyd edilir ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə məhkəmədə inzibati icraat üzrə işin başlanılması üçün mübahisə olmalıdır, yəni iddiaçı ilə iddia tələblərində göstərilən inzibati orqanlar arasında inzibati hüquq münasibətləri yaranmalı, manasibətlərin çərçivəsində inzibati orqanın inzibati aktın qəbul edilib-edilməməsi və yaxud hərəkət edilib-edilməməsi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması ehtimal edilməlidir. Hazırkı iş üzrə iddiaçının verdiyi iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan bu növ iddianın mümkün sayılması üçün digər mümkünlük şərtləri ilə yanaşı, iddiaçının iddia qaldırmaq səlahiyyətinin də mövcud olub-olmadığı yoxlanılmalıdır. Mübahisələndirmə haqqında iddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Başqa sözlə, iddiaçı yalnız öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq şəxsə dövlətin onun qanunla qorunan azadlıq sferasına müdaxilə etməkdən çəkinməyi və belə bir müdaxilənin aradan qaldırılmasını tələb etmək hüququ verir.
17. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyul 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır….subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
18. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və qismən əsaslıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 9 fevral 2023-cü il tarixli 2-1(116)-371/2023 nömrəli qərarı ləğv edilərək, iddia tələbi mümkün sayılmamalıdır.
20. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 35-ci maddəsinin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
21. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin, həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar.
22. Məhkəmə kollegiyası iş materiallarını, aparılan araşdırmanı və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlüyü məsələsini və mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır.
23. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı Göyçay şəhəri, Vidadi küçəsi dalan 4 ev 4 (yeni qaydalarla Göyçay şəhəri, M.V.Vidadi küçəsi 48) ünvanında yerləşən fərdi yaşayış evindən Cavadova Şölə Hicran qızı, X16, X22, X23, Cavadova Günay Aris qızı və X17 qeydiyyatdan çıxarılmasından ibarətdir. Buna görə də, iddianın mümkünlüyü, yəni iddiaçının hazırkı iddianı irəli sürməyə subyektiv hüququnun olubolmaması məsələsi adı çəkilən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları əsasında həll edilməlidir.
24. İddiaçının subyektiv hüququnu araşdırmaq üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci bəndinə görə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən, şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, 2-ci bəndinə əsasən, başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, 4-cü bəndinə görə öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.
25. Göründüyü kimi qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Lakin şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar birbaşa mövcud olmasa da, Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququ sahibinin tələbi əsasında fərdi yaşayış evinə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması normanın hüquqi məzmunu baxımından məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir.
26. Lakin hazırkı işdə məhkəmə kollegiyası tərəfindən xx.xx.2023-cü il tarixdə DƏDKR PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə sorğu edilərək mübahisə predmeti olan, İddiaçı mülkiyyətində olan, “Göyçay şəhəri, Vidadi küçəsi dalan 4 ev 4 (yeni qaydalarla ünvan 8 ünvanının və vətəndaşlar Cavadova Şölə Hicran qızının, X13, X18, X19, Cavadova Günay Aris qızının və X17 qeydiyyatda olduğu ünvan 9 ünvanı ilə eyni olubolmaması, əgər eyni deyilsə ayrı-ayrılıqda hansı ünvanlar olması barədə rəsmi məlumatın məhkəmə kollegiyasına təqdim edilməsi xahiş edilmişdir. DƏDKR PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubuna əsasən, İddiaçı Cavadova Şölə Hicran qızı, X16, X22, X23, Cavadova Günay Aris qızı və X17 mülkiyyətində olan fərdi yaşayış evlərinin ünvanları fərqlidir. Bundan əlavə qeyd edilmişdir ki, İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin ünvanı ünvan 10çəsi 48), Cavadova Şölə Hicran qızı, X16, X22, X23, Cavadova Günay Aris qızı və X17 istifadəsində iki fərdi yaşayış evi olduğu üçün ünvanlar dalan 4, ev 3 və dalan 4, ev 3A-dır.
27. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının üçüncü şəxslərlə bağlı inzibati orqana qarşı iddianın qaldırılması o halda mümkün hesab oluna bilər ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın.
28. Halbuki,işin faktiki hallarından göründüyü kimi, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin ünvanı əvvəllər ünvan 11 əsasən Göyçay şəhəri, M.V.Vidadi küçəsi 48 olduğundan,inzibati iş üzrə qeydiyyatdan çıxarılmasını tələb etdiyi 3-cü şəxslər Cavadova Şölə Hicran qızı, X16, X22, X23, Cavadova Günay Aris qızı və X17 isə istifadəsində iki fərdi yaşayış evi olduğu üçün ünvanları dalan 4, ev 3 və dalan 4, ev 3A olduğundan onun hazırkı iddia tələbi üzrə subyektiv hüququ olmamışdır.
29. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.
30. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
31. Belə olan halda məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozaraq iddianın mümkünlük şərtlərini yoxlamadan, iddiaçının hazırkı iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını nəzərə almadan, nəticə etibarilə İPM-in 12-ci, 13-cü və 48-ci maddələrinin tələblərini pozaraq inzibati iş üzrə kifayət qədər araşdırma aparmadan qərar qəbul etməkdə haqlı olmamışdır.
32. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayət qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 9 fevral 2023-cü il tarixli 2- 1(116)-371/2023 nömrəli qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır.
33. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxslər X16, X22, Cavadova Günay Aris qızı və X24 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 9 fevral 2023-cü il tarixli 2-1(116)-371/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı “Göyçay şəhəri, Vidadi küçəsi dalan 4 ev 4 (yeni qaydalarla Göyçay şəhəri, M.V.Vidadi küçəsi 48) ünvanında yerləşən fərdi yaşayış evindən Cavadova Şölə Hicran qızı, X16, X22, X23, Cavadova Günay Aris qızı və X17 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.